Məhkəmə qərarları › İş №1(027)-70/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-70/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-70/2025 19.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər Tərtər Qarnizon Hərbi Tribunalının 03 iyul 1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə red.) 243-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli qərarı ilə həmin cəzasının /2 hissəsini çəkməkdən azad edilməklə 06 iyul 2000-ci il tarixdə cəzasını çəkib qurtarmış, Yasamal rayon məhkəməsinin 16 avqust 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310-cu maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinin tətbiqi ilə 05 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Goranboy rayon məhkəməsinin 23 fevral 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4, 310-cu maddələri ilə təqsirli bilinərək CMnin 66.3 və 66.5-ci maddələrinin tətbiqi ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70.2.4-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsini çəkmək üçün MTCM-yə keçirilmiş və 31 mart 2016-cı il tarixdə həmin cəzasının sonu ilə azad edilmiş, işləməyən, Füzuli rayonu, Zərgar kəndində daimi pasport qeydiyyatında olmaqla hal-hazırda Füzuli rayonu Dördüncü Zobucuq qəsəbəsi ev 225-də müvəqqəti yaşayan, 28 yanvar 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayında internet informasiya ehtiyatlarından istifadə edərək “Tik-tok” sosial şəbəkəsində “@elcan.7” səhifəsində canlı yayım açaraq işə düzəltmə ilə məşğul olması barədə söhbətlər edərkən tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya adını Elcan olaraq təqdim etməklə və onu Quba RMX-da işləyən vəzifəli tanışı olmasına inandırmaqla həmin vəzifəli şəxsin vasitəsilə onu həmin xəstəxanada işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq 05 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs öz telefonu vasitəsilə istifadəsində olan 5243 7544 4136 7420 nömrəli “UNİBANK” pul kartı hesabından Təqsirləndirilən şəxs 4169 7388 9451 2634 nömrəli “KAPİTAL BANK” pul kartına köçürdüyü 170 manat, 06 dekabr 2024-cü il tarixdə saat 11.23-də isə Zərərçəkmiş şəxs Quba şəhəri, 22-ci Məhəllədə yerləşən “OBA-26 markef’in “Million” terminalından onun həmin “KAPİTAL BANK” pul kartına göndərdiyi 1630 manat pulunu, yəni, Zərərçəkmiş şəxs ümumilikdə 1800 manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2024-cü ilin dekabr ayının əvvəllərindən başlayaraq internetdə “Tik-tok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi @elcan.7 səhifəsində canlı yayım açmışdır. 04 dekabr 224-cü il tarixdə onun səhifəsindəki canlı yayıma Zərərçəkmiş şəxs adlı qadın qoşularaq ona iş axtarması barədə yazdıqda onunla iş barədə ətraflı danışması üçün sonuncuya öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini vermişdir. Daha sonra, Quba rayonundan olduğunu öyrəndiyi Zərərçəkmiş şəxs öz telefonu ilə ona “Whatsap”da görüntülü zəng edib onunla danışmışdır. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs işə düzəldəcəyi adı aldatmaq qərarına gəlmiş, bu səbəbdən telefon danışıqları zamanı sonuncuya əsl adını gizlədərək adının Elcan olduğunu, Quba RMX-da işləyən vəzifəli tanışları olmasını söyləyərək onu həmin xəstəxanada işlə təmin etməyə köməklik göstərə biləcəyini, uzağı 2025-ci ilin yanvar ayının əvvəllərinə kimi işə başlayacağını bildirmiş və bu işini həll etməsi müqabilində ondan özünə 1800 manat verməsini istəmişdir. Belə olub həmin danışıqları zamanı Afət ona pul verməyə razılıq vermişdir. 05 dekabr 2024-cü il tarixdə o, bu dəfə istifadə etdiyi başqa nömrə yəni, ***-***-**-** mobil nömrəsindən ona “Whatsap” vasitəsilə zəng edib özünə məxsus “KAPİTAL BANK”a aid 4169 7388 9451 2634 nömrəli pul kartının nömrəsini Afətə yazıb atmışdır. Bundan sonra Afət də, əvvəlcə öz telefonu vasitəsilə istifadəsində olan 5243 7544 3894 9909 nömrəli “UNİBANK” pul kartı hesabından onun 4169 7388 9451 2634 nömrəli pul kartına 170 manat köçürmüş, bir gün sonra 06 dekabr 2024-cü il tarixdə isə həmin “KAPİTAL BANK” kartına daha 1630 manat köçürməklə onun qəbzinin şəklini atmışdır. Sonrakı dövrdə o, Afətin göndərdiyi cəmisi 1800 manat məbləğində pul vəsaitini ələ keçirib onları öz ehtiyacları üçün xərclədiyindən sonuncunu işə düzəltməyə kömək edə bilməyəcəyindən onun telefon zənglərinə cavab verməməklə yayınmağa başlamışdır. 24 yanvar 2025ci il tarixdə Quba RPŞ-nin əməkdaşları onu Qubaya gətirəndə bilmişdir ki, Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. O, Zərərçəkmiş şəxs aldadaraq 1800 manat məbləğində pulunu ələ keçirməsinə görə peşmandır. Afətin pulunu ələ keçirməsində başqa şəxslərlə heç bir əlbirliyi və cinayət əlaqəsi olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etdiyini bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 04 dekabr 2024- cü il tarixdə o, internetdə “Tik-tok” sosial şəbəkəsində @elcan.7 səhifəsində canlı yayım açmış üzdən tanıdığı kişi cinsindən olan bir nəfər şəxsin həmin canlı yayımına öz adından qoşulmuşdur. Bu zaman o, öz adından iş axtarması barədə yazdıqda həmin şəxs ona özünün istifadəsindəki ***-***-**-** mobil nömrəsini vermişdir. Sonra o, həmin şəxsin telefon nömrəsi ilə “Whatsap”da onunla görüntülü danışarkən sonuncu adının Elcan olduğunu, hazırda “AZAL ASC”nin pilotu işlədiyini və Quba RMX-da işləyən vəzifəli tanışları olmasını söyləyərək onun həmin xəstəxanada işlə təmin etməyə köməklik göstərə biləcəyini bildirmişdir. Lakin bu işini həll etməsi müqabilində ondan özünə 1800 manat verməsini istəmişdir. Həmin danışıqları zamanı o pul verməyə razılıq vermiş və danışıqlarına görə, 2025-ci ilin yanvar ayının əvvəllərinə kimi onun işə çıxacağına Elcan söz vermişdir. Növbəti gün yəni, 05 dekabr 2024-cü il tarixdə Elcan adlı şəxs bu dəfə istifadəsindəki ***-***-**-** mobil nömrəsindən ona “Whatsap” vasitəsilə zəng edib özünə məxsus “KAPİTAL BANK”a aid 4169 7388 9451 2634 nömrəli pul kartının nömrəsini yazıb atmışdır. Bundan sonra o, həmin vaxt özündə az pul olduğundan öz telefonu vasitəsilə istifadəsində olan 5243 7544 3894 9909 nömrəli “UNİBANK” pul kartı hesabından Elcan adlı şəxsin verdiyi 4169 7388 9451 2634 nömrəli “KAPİTAL BANK” pul kartına 170 manat köçürmüşdür. Bir gün sonra isə yəni, 06 dekabr 2024-cü il tarixdə saat 11:23-də Quba şəhəri, 22-ci Məhəllədə yerləşən “OBA-26 markef’ə gedərək oradakı “Million” terminalından həmin “KAPİTAL BANK” pul kartına daha 1630 manat köçürmüşdür. Lakin onun köçürdüyü pulları həmin şəxs ələ keçirdikdən sonra, “Whatsap”da ona kart nömrəsini göndərdiyi mesajı dərhal silmiş və sonralar istifadəsindəki telefon nömrələrinə də dəfələrlə zənglər etsə də həmin zənglərinə cavab verməmişdir. O, Elcan adlı şəxs tərəfindən aldadıldığına əmin olduqdan sonra, 14 yanvar 2025-ci il tarixdə Quba rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, sonra onun həmin ərizəsinə Quba RPŞ-də baxıldıqda izahat vermişdir. İlkin araşdırma zamanı Quba RPŞ-nin əməkdaşları ona “Tik-tok” sosial şəbəkəsində @elcan.7 səhifəsinə aid foto şəkili göstərdikdə o, həmin şəkildəki şəxslərin arasından ona özünü Elcan adı ilə təqdim etmiş şəxsi tanımışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, əslində ona özünü Elcan adı ilə təqdim etmiş həmin şəxs Füzuli rayon sakini Təqsirləndirilən şəxsdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi etirafedici ifadəsilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Qarnizon Hərbi Tribunalının 03 iyul 1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə red.) 243-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli qərarı ilə həmin cəzasının !4 hissəsini çəkməkdən azad edilməklə 06 iyul 2000-ci il tarixdə cəzasını çəkib qurtarmış, Yasamal rayon məhkəməsinin 16 avqust 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310-cu maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinin tətbiqi ilə 05 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Goranboy rayon məhkəməsinin 23 fevral 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310-cu maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələrinin tətbiqi ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70.2.4-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsini çəkmək üçün MTCM-yə keçirilmiş və 31 mart 2016-cı il tarixdə həmin cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Füzuli RİHB-nın Dördüncü Zobucuq qəsəbəsi İƏD üzrə nümayəndəliyindən alınmış 28 yanvar 2025-ci il tarixli 5-13-440/2-38 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X1 rayonu Dördüncü Zobucuq qəsəbəsi ev 225-də müvəqqəti qeydiyyatda olub orada yaşayır, hazırda subaydır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyan tam şəkildə ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Qeyd edilən Məcəllənin 45.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal olduğundan, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 saat üçün 55 manat Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə icraata xitam verilsin və o, cinayət məsuliyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar