Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-71/2020 09.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Siyəzən şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx xxxxxx 2020-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilir, ona görə ki, o, Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il saat 15 radələrində Zərərçəkmiş şəxs Quba rayonu, Cağacuq kəndində yerləşən evinin ikinci mərtəbəsinin eyvanına, həyətdə olan nərdivan vasitəsilə çıxaraq qapı yerinə bərkidilmiş çadırı yerindən çıxarıb binaya qanunsuz daxil olaraq evin zirzəmisinə düşüb orada saxlanılan 1 metrinin dəyəri 0,50 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H05VV-F 2x0,75 mm2 300/500 V» markalanma göstərici olan, üzəri ağ rəngli izolyasiyalı, iki damarlı keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli kabeli, 1 metrinin dəyəri 0,90 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 6 mm2 450/750 V» markalanma göstərici olan, üzəri göy rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli, 1 metrinin dəyəri 0,70 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 4 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri qırmızı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli, 1 metrinin dəyəri 0,53 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda üzərində markalanma göstərici olmayan, diametri 4,7 mm, üzəri çəhrayi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,90 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 6 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri sarı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,70 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda üzərində markalanma göstərici olmayan, diametri 4,0 mm, qəhvəyi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,50 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 2,5 mm2 TİP 450/750 V» markalanma göstərici olan, üzəri qara rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,40 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 1,5 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, yaşıl-sarı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,50 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 2,5 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri qəhvəyi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış elektirik naqillərini, ümumilikdə Zərərçəkmiş şəxs 234 (iki yüz otuz dörd) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il saat 14 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs Quba rayonu, Cağacuq kəndində yerləşən evinin ikinci mərtəbəsinin eyvanına, həyətdə olan nərdivan vasitəsilə çıxaraq qapı yerinə bərkidilmiş çadırı yerindən çıxarıb binaya qanunsuz daxil olaraq evin birinci mərtəbəsində suvaq altı plastik boruların içərisi ilə çəkilmiş 1 metrinin dəyəri 0,50 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H05VV-F 2x0,75 mm2 300/500 V» markalanma göstərici olan, üzəri ağ rəngli izolyasiyalı, iki damarlı keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli kabeli, 1 metrinin dəyəri 0,90 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 6 mm2 450/750 V» markalanma göstərici olan, üzəri göy rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli, 1 metrinin dəyəri 0,70 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 4 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri qırmızı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli, 1 metrinin dəyəri 0,53 manat təşkil edən 150 metr uzunluğunda üzərində markalanma göstərici olmayan, diametri 4,7 mm, üzəri çəhrayi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,90 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 6 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri sarı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,70 manat təşkil edən 150 metr uzunluğunda üzərində markalanma göstərici olmayan, diametri 4,0 mm, qəhvəyi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,50 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 2,5 mm2 TİP 450/750 V» markalanma göstərici olan, üzəri qara rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,40 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 1,5 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, yaşıl-sarı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,50 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 2,5 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri qəhvəyi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış elektirik naqillərini və 1 metrinin dəyəri 2 manat təşkil edən 100 metr uzunluğunda plastik borunu bərkidildəkləri yerlərdən evdə olan balta ilə kəsərək çıxardıqdan sonra özü ilə aparmaq məqsədilə orada olan kisələrə yığdığı vaxt kənd sakinlərinin həyətə gəldiklərini görüb evin pəncərəsindən çıxıb qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 1077,50 (min yetmiş yeddi manat əlli qəpik) dəyərində əmklakını gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 263.2-ci, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, ümumi rejimli cəzaçəkmə məntəsində bir il on ay cəza çəkmiş, sonra həmin cazaçəkmə məntəqəsindən Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən məntəqə tipli cəzaçəkmə yerinə köçürülmüşdür. 2019-cu ilin dekabr ayının axırlarında icazə alıb evinə getmiş və təxminən ay yarım əvvəl Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən daş karxanasında sürücü işləmişdir. Daş karxanasında HOVA markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməklə çınqıl daşımışdır. İş vaxtının sonunda idarə etdiyi avtomobili daş karxanasının qarajında saxlamaqla hər gün piyada Cağacuq kəndinə gedib oradan yol maşınları ilə Siyəzən şəhərinə getmişdir. Həmin vaxtı yolun kənarında tikintisi tam başa çatmayan üç mərtəbəli ev olduğunu və həmin evdə yaşayış olmadığını görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə iş yerinə gəlmiş, saat 13 radələrindək gözləmiş, havanın qarlı və şaxtalı olmasına görə iş olmayacağını bilib evə qayıdarkən Cağacuq kəndində olan və yolun kənarında yerləşən yarım tikilmiş evə keçib içərisinə baxmaq istəmişdir. Evin birinci mərtəbəsinin qapıları bağlı olduğundan həyətdə olan nərdivanla ikinci mərtəbənin eyvanına çıxmış, qapı yerinə bərkidilmiş göy rənli çadır örtüyü aralayıb içəri daxil olmuşdur. Otaqları gəzə-gəzə birinci mərtəbəyə düşmüş, heç nə tapa bilməmişdir. Zirzəmiyə düşəndə orada bir neçə rəngdə və müxtəlif markalarda elektirik naqilləri görmüşdür. 9 yarımçıq top (bükümləri) naqilləri orada olan ağ rəngli kisəyə yerləşdirib birinci mərtəbənin taxta materialdan olan qapısını arxadan açıb çölə çıxmış və kisəni çiyninə alaraq əvvəl Cağacuq çayının kənarında tonqal yandırıb əritmişdir. Bir nəfər kənd sakinin ona yaxınlaşdığını görüb naqilin qalan hissəsini kisəyə yığaraq Quba-Bakı yolunun kənarına çıxmış və yol maşını ilə gedib Şabran çayın kənarında düşmüşdür. Bakı istiqamətində yolun sol kənarında tonqal yandırıb qalan naqilləri orada əritmişdir. Yandırdığı naqillərdən əldə etdiyi mis simləri həmin kisəyə yığıb yolun kənarına çıxmış, markasını və nömrə nişanını xatırlamadığı avtobusu saxladıb əyləşərək X6 qəsəbəsinə getmişdir. Qəsəbənin içərisində yolun sağ kənarında markasını və nömrə nişanını xatırlamadığı avtomobildə metal qəbul edən şəxsə yaxınlaşıb simləri orada təhvil vermiş, müqabilində 58 manat pul almışdır. Metal qəbul edən yaşlı kişi heç bir sənəd istəməmiş və simləri haradan aldığını soruşmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində yenidən Quba rayonu Cağacuq kəndində yerləşən həmin evinə həyətinə gəlmişdir. Evdə naqil qalmadığını bilməsinə baxmayaraq yeni materialların gətirilməsini güman etmiş və həmin materialdan oğurlamaq istəmişdir. Bu məqsədlə eyni üsulla, yəni nərdivan vasitəsilə ikinci mərtəbəyə qalxıb oradan birinci mərtəbəyə düşmüş, yeni material olmadığını görmüşdür. Başqa bir əşya tapmadığından suvaq altı plastik boruların içərisi ilə çəkilmiş naqillərdən kəsib oğurlamaq qərarına gəlmişdir. Evin zirzəmisində olan dəmir saplı balta ilə naqilləri kəsib doğramış, bir hissəsini iki ədəd kisəyə yığmışdır. Bu vaxt həyətə iki nəfər şəxsin gəzişdiyini görmüş, kəsdiyi naqilləri götürmədən içəridən pəncərəni açıb həyətə tullanmış və qaçmağa başlamışdır. Həmin şəxslər arxasınca qaçıb kəndin içərisində, Quba-Bakı yolunun kənarında onu yaxalamış, orada olan polis əməkdaşlarına təhvil vermişlər. Polis əməkdaşları onu avtomobilə mindirib polis şöbəsinə aparanda əməlindən utandığı üçün avtomobilin içərisində olan "sarıkız" su şüşəsini götürüb avtomobilin şüşəsinə vurub sındırmış, şüşə qırığını boynunun sol tərəfinə sürtüb özü-özünə xəsarət yetirmişdir ki, polis əməkdaşları onu buraxsınlar. Lakin polislər onu tutmuş, şüşə sınığını əlindən almışlar. xx.xx.2020-ci il tarixdə oğurluq əməlini törədən zaman həmin evə ikinici dəfə də, oğurluğa girməyi planlaşdırmamış, gücü çatan qədər naqil və kabel götürmüş, həmin naqil və kabelləri satdıqdan sonra hava şəraiti ilə əlaqədar işlədiyi karxanada iş olmadığından maddi vəziyyəti pisləşmiş və ikinci dəfə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə kənd camaatı tərəfindən yaxalanacağını görüb, oğurlamaq istədiyi bütün naqil və kabelləri hadisə yerində qoyaraq qaçmaq istəmiş, lakin buna baxmayaraq yaxalanmışdır. Daha sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanın ödənilməsini, təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu, Cağacuq kəndi ərazisində, yolun kənarında 16 sot torpaq sahəsində iki mərtəbəli və çardaqlı ev tikdirmiş, tikintinin başa çatmasına baxmayaraq təmir işləri yekunlaşmamışdır. Yaxınlıqda yaşadığı üçün iki üç gündən bir evə baş çəkmişdir. Evdə elektirik naqilləşməsi işi başa çatmış, təxminən 9 ədəd yarımçıq bükümlərdə müxtəlif rəngdə və markada istifadə olunmamış elektirik naqilləri və bir neçə metr plasmas boru artıq qaldığından evin zirzəmisində saxlanılmışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində evə baxmağa gedəndə zirzəmidə saxlanılan artıq qalmış naqillərin yerində olmadığını görmüşdür. Ona görə də xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edərək bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və rayon polis şöbəsinə gedərək evindən 400- 500 manat dəyərində elektirik naqillərinin oğurlandığı barədə şikayət ərizəsi yazmışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında oğlu Elçindən eşitmişdir ki, evinə yenidən oğru girmiş, naqilləri suvaqaltından kəsib oğurlayarkən kənd sakinləri tərəfindən yaxalanıb polisə təhvil verilmişdir. Sonra özü gedib evə baxanda birinci mərtəbədə və zirzəminin bir hissəsində suvaq altı plasmas boruların içərisində olan naqillərin bir hissəsinin balta ilə doğrandığını görmüşdür. Evindən oğurlanmış elektirik naqillərini Bakı şəhərindən almış, naqillərə və plasmas borulara ümumilikdə 4 min manatadək pul xərcləmiş, həmin naqillərin demək olar ki, çox hissəsi divar altı olaraq istifadə olunmuş, cüzi hissəsi isə təxminən 9 yarımçıq bükümdə qalmışdı. 9 bükümün hər bükümündə 40 metrə yaxın naqil, təxminən 10 metr isə plasmas boru qalmışdır. Ümumiliukdə isə evin naqilləşməsi üçün 20 top naqil almış və hər topa təxminən 200 manata yaxın pul vermişdir.Evinə ikinci dəfə oğru girəndən sonra şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edən zaman iki oğurluq nəticəsində ona ümumilikdə 6 min manatadək ziyan dəyməsini göstərmişdir. Həmin ziyanı hesablayarkən ümumilikdə evin naqilləşməsi üçün aldığı naqil və plasmas boruları, eyni zamanda usta xərcini nəzərə almışdır. Birinci dəfə evin zirzəmisindən 9 yarımçıq bükümdə təxminən 40 metr, yəni ümumilikdə 360 metr istifadə olunmamış elektirik naqilləri oğurlanmış, ikinci dəfə isə zirzəmi ilə birinci mərtəbənin arasında suvaqaltı çəkilmiş elektirik naqillərini evdə olan balta ilə doğrayıb bir hissəsini iki ədəd kisələrə yığmışdır. Beləliklə iki ədəd kisələrə yığılmış dəqiq ölçüsünü bilmədiyi və suvaqaltı çəkilmiş plasmas borunun içərisində doğranmış doqquz rəngdə və markada ümumi uzunluğu 900 metr olan elektirik naqilləri, 100 m isə plasmas boru oğurluq məqsədilə doğranmışdır. Oğurluq edən şəxs həmin naqilləri oğurlamaq istəyəndə kənd camaatı onu gördüyündən pəncərədən çıxıb qaçmış, lakin camaat onu küçədə yaxalayıb polisə təhvil vermişlər. Sonradan həmin oğurluq edən şəxsin Siyəzən şəhər sakini Toğrul adlı şəxs olduğunu bilmiş, həmin şəxsi əvvəllər tanımamış, onunla hər hansı ədavəti olmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs daha sonra göstərmişdir ki, evindən hər hansı başqa əşya oğurlanmamış, eyni zamanda evinin birinici mərtəbəsi ilə zirzəmisi arasındakı yerdən başqa, digər yerlərdəki suvaqaltı naqillərə toxunulmamışdır. Kompleks məhkəmə-fiziki-kimyəvi-əmtəəşünaslıq ekspertizasında oğurlanmış naqil və kabellərinin qiymətləri ilə tanış olmuş, həmin qiymətlərdən əmlakının yalnız təzə olan qiyməti ilə razı olmuş, çünki əmlakı həqiqətən işlənməmiş yeni olmuş, birinci oğurluq hadisəsi zamanı 9 bağlama naqil və kabellərin hər bağlamasından 40 metr, ikinci oğurluğa cəhd zamanı isə həmin kabel və naqillərin 150 metr hissəsi oğurlanmağa cəhd edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxstəqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir tələb və şikayəti olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, Quba rayonu, Cağacuq kəndində doğulmuş, bir neçə ildir ki, X3 vilayəti, Belova qəsəbəsində yaşayır və orada ticarətlə məşğul olur, özü Rusiya Federasiyası vətəndaşıdır. Anası Zərərçəkmiş şəxs isə Quba rayonu, Talabi-qışlaq kəndində yaşayır. Ara-sıra anasına baş çəkmək üçün kəndə gəlir, eləcə də anası rayonun Cağacuq kəndində ev tikdirdiyi üçün ona lazımi köməklik göstərir. Anasının rayonun Cağacuq kəndindəki 19 sot torpaq sahəsində iki mərtəbəli və çardaxlı ev tikdirdiyi evdə təmir işləri aparılır. Evin elektirik naqillərini çəkmək üçün Bakı şəhərindən 20 top müxtəlif markalı və rəngli naqillər alınmış, hər bir top üçün 200 manata yaxın, yəni naqil və suvaqaltı plasmas boru üçün ümumilikdə 4 min manatadək pul xərclənmişdir. Usta xərci ilə birlikdə isə naqilləşmə işi 6 min manatadək məbləğə başa gəlmişdir. Aldıqları naqillərdən 9 yarımçıq top naqil artıq qalmış və evin zirzəmisində saxlanılmışdır. Hər topdan təxminən 40 metr naqil artıq qalmışdır. Evin pəncərələri qoyulmuş, lakin qapıların yerinə müvəqqəti olaraq köhnə taxta qapı qoyulmuşdur. İkinci mərtəbəsindəki eyvana açılan qapının yerinə isə göy rəngli çadır örtük çəkilmişdir. xx xxxxxx 2020-ci il tarixdə evin zirzəmisində qalan artıq naqillərin oğurlanması barədə anası ona məlumat vermiş və bu barədə polis şöbəsinə şikayət etdiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə yeni tikilən ev üçün giriş qapısı sifariş vermək məqsədilə Quba şəhərinə getmişdir. Qubaya çatanda təxminən saat 13 radələrində mobil telefonla həmkəndlisi və qayını Şahid2 zəng edib demişdir ki, evin həyətinə getsin, giriş qapısının ölçülərini ona desin. Beş-on dəqiqədən sonra Famil zəng edib demişdir ki, evin içərisində kimsə var. Ona görə də içəri daxil olmamağı və kömək gözləməsini Familə tapşırmış, dərhal bibisi oğlu Şahid4 zəng edib təcili həmin yerə getməyi tapşırmış, özü isə təcili olaraq taksi ilə kəndə qayıtmışdır. Kəndə qayıdanda kəndin içərisindən keçən Quba-Bakı yolunun sağ kənarındakı "Ayaz petrol" un yanında Famillə Rəcəbin oğrunu təqib etdiklərini görmüş, oğru taksi saxladanda ona yaxınlaşıb avtomobildən düşməsini tələb etmiş, həmin şəxs taksidən düşüb qaçanda onu yaxalamışlar. Həmin anda artıq Quba rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəldiyi üçün yaxalanmış şəxsi polislərə təhvil vermişlər. Ondan sonra anası DİN-nin 102 xidmətinə telefonla zəng edib məlumat vermiş və polis şöbəsinə isə şikayət ərizəsi yazmışdır. Sonradan bilmişlər ki, oğurluq edən Siyəzən şəhər sakini Toğrul adlı şəxs olmuşdur. Anasının evindən birinci dəfə 9 yarımçıq top naqil oğurlanmış, ikinci dəfə isə iki ədəd kisələrə naqillər yığılmış, evin zirzəmisi ilə birinci mərtəbəsinin arasında suvaq altı çəkilmiş naqillər və plasmas borular evdə olan balta ilə doğranmışdır. Lakin qayını Famil həmin anda həyətə gəldiyindən oğru heç nə apara bilməmiş, pəncərəni açıb çıxaraq qaçmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında onun mobil telefonuna zəng edib Quba rayonu Cağacuq kənd sakini Zərərçəkmiş şəxs evinə oğru girdiyi barədə məlumat vermişlər. Ona görə də baş əməliyyat müvəkkili Elşad Dəmirovun idarə etdiyi “Daewo” markalı avtomobillə təcili olaraq Cağacuq kəndinə getmişlər. Kəndə çatanda Quba-Bakı yolunun kənarında kənd camaatının bir nəfəri saxladığını görüb yaxınlaşmış və orada bilmişdir ki, Zərərçəkmiş şəxs evinə daxil olmuş şəxs evdən çıxıb qaçanda onu kəndin içərisində yaxalamışlar. Həmin şəxs Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi üçün avtomobilə əyləşdirmək istəyəndə onlardan buraxılmasını xahiş etmiş və ziyanı ödəyəcəyini bildirmişdir. Lakin avtomobilə mindiriləndə Təqsirləndirilən şəxs avtomobildə olan "Sarıkız" su qabını avtobilə vurub çındırmış, şüşə qırığı ilə boğazını kəsmişdir. Ona görə də şüşə qırığını Təqsirləndirilən şəxs əlindən almış və onu əvvər Quba rayon Mərkəzi Xəstəxanasına aparmış, orada ilk tibbi yardım alandan sonra polis şöbəsinə aparıb təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 eyni məzmunlu ifadə verərək şahid Samir Abbasovun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə kəndin mal növbəsində olmuş, mal-qaranı kəndin ətrafında otarmış, saat təxminən 15 radələrində kəndin aşağı hissəsində, yəni Quba-Bakı yolundan təxminən 300 metr sol tərəfdə, Cağacuq çayının kənarında, zibillər tökülmüş yerdə bir nəfərin tonqalın yanında dayandığını və tonqalı əlində olan ağacla qarışdırdığını görmüş, diqqətini cəlb etdiyi üçün həmin şəxsə yaxınlaşmış, Həmin şəxs təxminən 30 yaşlarında olmaqla az saqqallı bir oğlan olmuş, həmin oğlan ondan bir ədəd siqaret istədiyi üçün ona siqaret vermiş, həmin oğlandan nə işlə məşğul olması barədə soruşduqda həmin şəxs Quba rayonu, Nügədi kəndində işlədiyini, əmək haqqı əvəzinə olaraq ona elektrik naqilləri verildiyini, ona görə də, həmin naqilləri yandıraraq mis məftilə çevirdikdən sonra satacağını bildirmiş, bu zaman tonqalın içində bir neçə rəngdə elektrik naqillərinin yandığını özü görmüş, həmin naqillər mis naqillər olmaqla yeni olmuş, sonra o, malqaranın arxasıyca getmiş, ona görə də, həmin şəxsin hansı istiqamətdə getdiyini görməmiş, bir neçə gündən sonra həmkəndlisi Zərərçəkmiş şəxs yeni tikilmiş evindən elektirk naqillərinin oğurlanması barədə eşitmişdir. İş materiallarından görünür ki,xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələrinə tövsif edilərək, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuş, Quba rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ciil tarixli 4443/4444 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş, elektirik naqillərinin 2020-ci ilin fevral ayına respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. -bir metr üzərində "HES KABLO H05VV-F 2X0,75 mm 399\500 V”markalanma göstəricisi olan kabelin təzəsi 0,50 manat, köhnəlməsini nəzərə alaraq 0,35 manat;-bir metr üzərində "HES KABLO H0771-K 6 mm 450\750 V”markalanma göstəricisi olan, üzəri göy rəngli izolyasiyalı naqilin təzəsi 0,90 manat, köhnəlməsini nəzərə alaraq 0,63 manat; -bir metr üzərində "HES KABLO H0771-K 4 mm 450\750 V”markalanma göstəricisi olan, üzəri qırmızı rəngli izolyasiyalı naqilin təzəsi 0,70 manat, köhnəlməsini nəzərə alaraq 0,49 manat; -bir metr üzərində markalanma göstəricisi olmayan, diametri 4,7 mm, üzəri cəhrayı rəngli izolyasiyalı naqilin təzəsi 0,53 manat, köhnəlməsini nəzərə alaraq 0,53 manat; -bir metr üzərində "HES KABLO H0771-K 6 mm TİP1 450\750 V”markalanma göstəricisi olan, üzəri sarı rəngli izolyasiyalı naqilin təzəsi 0,90 manat, köhnəlməsini nəzərə alaraq 0,63 manat;-bir metr üzərində markalanma göstəricisi olmayan, diametri 4 mm, qəhvəyi rəngli naqilin təzəsi 0,70 manat, köhnəlməsini nəzərə alaraqizolyasiyalı naqil 0,49 manat;-bir metr üzərində "HES KABLO H0771-K 2,5 mm TİP1 450\750 V”markalanma göstəricisi olan, üzəri qara rəngli izolyasiyalı naqilin təzəsi 0,50 manat, köhnəlməsini nəzərə alaraq 0,35 manat;-bir metr üzərində "HES KABLO H0771-K 1,5 mm TİP1 450\750 V”markalanma göstəricisi olan, yaşıl-sarı rəngli izolyasiyalı naqilin təzəsi 0,40 manat, köhnəlməsini nəzərə alaraq 0,28 manat;-bir metr üzərində "HES KABLO H0771-K 2,5 mm TİP1 450\750 V”markalanma göstəricisi olan, üzəri qəhvəyi rəngli izolyasiyalı naqilin təzəsi 0,50 manat, köhnəlməsini nəzərə alaraq 0,35 manat; -bir metr plasmas boru 2,00 manat;Tədqiqata təqdim olunmuş 9 ədəd müxtəlif ölçülü kabel nümunələrinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır.Termiki təsirə məruz qalmış (ərimiş) kabel ölçülərinə görə təqdim edilən kabellərdən üzərində "HES KABLO HO771-K 2,5mm TİP1 450\750 V markalama göstəricisi olan kabel (sıra sayı9) ilə eynilik təşkil edir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum etmə, 2 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3cü maddələri ilə təqsirli bilinərək 4 il 1 ay 1 gün azadlıqdan, 2 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 6 saylı MTCMdən daxil olmuş Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 A ünvanında qeydiyyatda olmaqla sonuncu cəzaçəkmə yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs 20 8 1992-ci We Sryəzən şəhərində anadan olmuş. AR vətəndaşı, subay, orta təhsilli. ünvan 3 A ünvanında qeydiyyatda olmuş, 30 01.2017-ci il tarixdə Şabran rayonu Məhkəməsinin hökmü ilə AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 06 09 2017-ci il tarixdə Şabran rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3, 29,177 2.1, 29,177.2.2, 29,177.2,3-cü maddələri ilə 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuşdur. AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 01 (bır) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuşdur. AR CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının icrası müstəqil təyin edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Şabran rayonu Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş əsas cəzasının çəkilməmiş 03 (üç) il 09 (doqquz) ay 12 (on iki) gün hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. cəzasının əvvəli xx.xx.2017-ci il tarixdə, cəzasının sonu isə xx.xx.2021-ci il tarixdə başa çatır. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08.11 2019-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və xx.xx.2019-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə gətirilərək qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixədək 02 ıl 05 ay 06 gün cəza çəkmiş, çəkilməmiş cəzası 01 il 07 ay 25 gün təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin cinayət tərkibi var.Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2020-ci il saat 15 radələrində Zərərçəkmiş şəxs Quba rayonu Cağacuq kəndində yerləşən evinin ikinci mərtəbəsinin eyvanına, həyətdə olan nərdivan vasitəsilə çıxaraq qapı yerinə bərkidilmiş çadırı yerindən çıxarıb binaya qanunsuz daxil olaraq evin zirzəmisinə düşüb orada saxlanılan 1 metrinin dəyəri 0,50 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H05VV-F 2x0,75 mm2 300/500 V» markalanma göstərici olan, üzəri ağ rəngli izolyasiyalı, iki damarlı keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli kabeli, 1 metrinin dəyəri 0,90 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 6 mm2 450/750 V» markalanma göstərici olan, üzəri göy rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli, 1 metrinin dəyəri 0,70 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 4 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri qırmızı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli, 1 metrinin dəyəri 0,53 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda üzərində markalanma göstərici olmayan, diametri 4,7 mm, üzəri çəhrayi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,90 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 6 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri sarı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,70 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda üzərində markalanma göstərici olmayan, diametri 4,0 mm, qəhvəyi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,50 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 2,5 mm2 TİP 450/750 V» markalanma göstərici olan, üzəri qara rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,40 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 1,5 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, yaşıl-sarı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,50 manat təşkil edən 1 ədəd topda 40 metr uzunluğunda «HES KABLO H0771-K 2,5 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri qəhvəyi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış elektirik naqillərini, ümumilikdə Zərərçəkmiş şəxs 234 (iki yüz otuz dörd) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etməsi və təkrarən xx xxxxxx 2020-ci il saat 14 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs Quba rayonu Cağacuq kəndində yerləşən evinin ikinci mərtəbəsinin eyvanına, həyətdə olan nərdivan vasitəsilə çıxaraq qapı yerinə bərkidilmiş çadırı yerindən çıxarıb binaya qanunsuz daxil olaraq evin birinci mərtəbəsində suvaq altı plastik boruların içərisi ilə çəkilmiş 1 metrinin dəyəri 0,50 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H05VV-F 2x0,75 mm2 300/500 V» markalanma göstərici olan, üzəri ağ rəngli izolyasiyalı, iki damarlı keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli kabeli, 1 metrinin dəyəri 0,90 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 6 mm2 450/750 V» markalanma göstərici olan, üzəri göy rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli, 1 metrinin dəyəri 0,70 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 4 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri qırmızı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çox simli, 1 metrinin dəyəri 0,53 manat təşkil edən 150 metr uzunluğunda üzərində markalanma göstərici olmayan, diametri 4,7 mm, üzəri çəhrayi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,90 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 6 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri sarı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,70 manat təşkil edən 150 metr uzunluğunda üzərində markalanma göstərici olmayan, diametri 4,0 mm, qəhvəyi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,50 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 2,5 mm2 TİP 450/750 V» markalanma göstərici olan, üzəri qara rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,40 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 1,5 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, yaşıl-sarı rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, 1 metrinin dəyəri 0,50 manat təşkil edən 150 metr uzunluğunda «HES KABLO H0771-K 2,5 mm2 TİP1 450/750 V» markalanma göstərici olan, üzəri qəhvəyi rəngli izolyasiyalı, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış elektirik naqillərini və 1 metrinin dəyəri 2 manat təşkil edən 100 metr uzunluğunda plastik borunu bərkidildəkləri yerlərdən evdə olan balta ilə kəsərək çıxardıqdan sonra özü ilə aparmaq məqsədilə orada olan kisələrə yığdığı vaxt kənd sakinlərinin həyətə gəldiklərini görüb evin pəncərəsindən çıxıb qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 1077,50 (min yetmiş yeddi manat əlli qəpik) dəyərində əmklakını gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə təyin edilmiş cəzalar çəkilməsə də, o, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cərimə cəzasına və ehtiyatsızlıqdan törədilmiş cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan onun hazırkı törətdiyi cinayət əməli cinayətlərin residivini yaratmır və ona görə də residivə görə cəza təyin edilməsini müəyyən edən qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini 07 fevral və xx xxxxxx 2020-ci il tarixdə, yəni Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə” dair xx xxxx 2013-cü il tarixli plenum qərarından görünür ki, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi, cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin məsuliyyətini yuxarıda sadalanan yüngülləşdirici hallarını, faktiki vurulmuş ziyanın məbləğinin az olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 4 il 1 ay 1 gün azadlıqdan məhrum etmə cəzasının 01 il, 07 ay, 25 gün çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01(bir) il 06 (altı) azadlıqdan məhrum etmə cəzasına azadlıqdan məhrumetmə cəzası hissəsində qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3000 manat cərimə cəzası və 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar müstəqil icra edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 111,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan iki ədəd kisələrə yığılmış 9 ədəd müxtəlif markada, rəngdə olan naqillər hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs təhvil verilməli və iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası və 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 4 il 1 ay 1 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il, 07 ay, 25 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01(bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına azadlıqdan məhrumetmə cəzası hissəsində qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3000 manat cərimə cəzası və 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar müstəqil icra olunsun. Azadllıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 111,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan iki ədəd kisələrə yığılmış 9 ədəd müxtəlif markada, rəngdə olan naqillər hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-71/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-71/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver