Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-71/2022 25.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs hüquqi varisi Şahid5 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1960-ci ildə Quba rayonu, Timiryazev qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayon məhkəməsinin 24.01 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş., xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olmuş və yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 saylı hökmünə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 17500,00 manat və mənəvi ziyana görə 4000,00 manat, həmçinin həmin Məhkəmənin 18 iyun 2020-ci il tarixli, 2(027)-996/2020 saylı qətnaməsi üzrə hər ay 190,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar X6 verilməsinə dair qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən 29 sentyabr 2021-ci il tarixədək Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 saylı hökmü üzrə cəza çəkdiyi müddət ərzində Binəli Tosoyevə cəmi 1250,00 manat ödəniş etməsi nəzərə alınmaqla 20250,00 manat borcu, həmçinin Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(027)-996/2020 saylı qətnaməsi üzrə cəmi 2660,00 manat məbləğində borcunu zərərçəkmiş şəxsin xeyrinə ödəməmiş, X6 ümumilikdə 22910,00 manat məbləğində maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü və qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə iştirak edən zaman təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 avqust 2018-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 17500,00 manat və mənəvi ziyana görə 4000,00 manat pul vəsaitinin X6 ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 24 yanvar 2019cu il tarixli, 1(027)-28/2019 saylı hökmünün, həmçinin Binəli Tosoyevin müalicəsi üçün hər ay 190 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Binəli Tosoyevin xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(027)-996/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq təqdimat verilən xx.xx.2021-ci il tarixədək 22910,00 manat məbləğində pulu tələbkara ödəməmişdir. Bu illər ərzində o, yalnız 1250 manat məbləğində pulu tələbkara ödəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs fərdi əməklə, yəni fəhləlik fəaliyyəti ilə məşğul olmaqla ayda təxminən 300-400 manat məbləğində qazancının özünün və ailəsinin dolanışığına çətinliklə çatması ilə əsaslandıraraq, borcunu yalnız hissə-hissə ödəməyə imkanı olduğunu qeyd etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,X9 onun atasıdır. X2 07 avqust 2018-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Jiquli 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilldə sərnişin qismində avtoqəza keçirmiş və uzun müddət müalicə olunduqdan sonra vəfat etmişdir. Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 17500,00 manat və mənəvi ziyana görə 4000,00 manat, həmçinin həmin Məhkəmənin 18 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən hər ay 190,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar X6 verilməsinə dair qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Buna baxmayaraq bu illər ərzində Təqsirləndirilən şəxs yalnız 1250 manat pulu onların xeyrinə ödəmişdir. İcra məmuru tərəfindən təqdimat verilən xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs ona 22910,00 manat məbləğində borcu olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yığılan borc məbləğinin tam ödənilməsini tələb edərək, əks təqdirdə ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 saylı hökmü üzrə Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 17500,00 manat və mənəvi ziyana görə 4000,00 manat, həmçinin həmin Məhkəmənin 18 iyun 2020-ci il tarixli, 2(027)-996/2020 saylı qətnaməsi üzrə hər ay 190,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar X6 verilməsinə dair qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra, yenidən izahatı alınıb, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2021-ci il tarixədək Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28 saylı hökmü üzrə cəza çəkdiyi müddət ərzində Binəli Tosoyevə cəmi 1250,00 manat ödəniş etmiş və 20250,00 manat borcu yaranmış, həmçinin Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(027)-996/2020 saylı qətnaməsi üzrə 2660,00 manat məbləğində borcundan zərərçəkmiş şəxsin xeyrinə heç bir ödəniş etməmiş, X6 ümumilikdə 22910,00 manat məbləğində maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü və qətnaməsini qərəzli olaraq, qəsdən icra etməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)- 28/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 17.500 manat və mənəvi ziyana görə 1000 manat məbləğində pul alınaraq, X6 verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 saylı hökmü dəyişdirilərək, mənəvi ziyana görə Təqsirləndirilən şəxs X6 verilməli olan pulun məbləği 1000 manatdan 4000 manata qədər artırılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(027)-996/2020 saylı qətnaməsindən və xx.xx.2020-ci il tarixli, 2(027)-996/2020 saylı icra sənədindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 saylı hökmünə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 17500,00 manat və mənəvi ziyana görə 4000,00 manat, həmçinin hər ay 190,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar X4 xeyrinə tutlmuşdur. İş materiallarında olan Quba rayon İcra Şöbəsinin icra məmurları Nurəddin Əmrullayevin və Şahid2 xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarlarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-996/2020 saylı icra sənədi üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 166149/166114/21-07 saylı bildirişdən görünür ki, inzibati məsuliyyətə cəlb edildikdən sonra, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-996/2020 saylı icra sənədinin icrası üçün 10 gün olmaqla yeni müddət təyin edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna hüquqi qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilmişdir.. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşə əlavə edilmiş AZ-İİ 285205 nömrəli, 29 sentyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməyən bədxassəli yenitörəmə səbəbindən ölmüşdür. Məhkəmədə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış Şahid5 məhkəməyə ərizə təqdim edərək, atası- Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi X8 təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 24.01 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən,şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərədə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərədə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3.1 və 106-1.4-cü maddələrinə əsasən xitam verilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan 11 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 08 saat üçün 48 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi subut, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.5, 43.3.1, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə icraata xitam verilsin.. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-71/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-71/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver