Məhkəmə qərarları › İş №1(027)-71/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-71/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-71/2023 05.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1968-ci ildə Sabirabad rayonu. Talış kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Quba rayonu, Vladimirovka kəndində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsrləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə saat 21.30 radələrində sərxoş vəziyyətdə Quba rayonu, Vladmirovka kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs alt çənəsinə kəllə ilə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən alt çənədə solda yumşaq toxumanın əziyi və qançırhemotomasından ibarət xəsarətlər yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 13 ildən artıq tanımış, münasibətlərini həmişə yaxşı olmuşdur. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs onun həyətində onun üçün odun doğramış, ona zəhmət haqqı olaraq 30 manat pul vermişdir. Lakin Zərərçəkmiş şəxs bundan sonra ondan 10 manat da pul istəmiş, ona pul verməli olmadığını demişdir. Bununla bağlı onların bir neçə dəfə mübahisəsi olmuşdur. Sonuncu dəfə 27 fevral 2023- cü il tarixdə saat 21.30 radələrində yaşadıqları kənddə Zaur adlı şəxsin işlədiyi mağazaya gələrək bazarlıq etmək istəyərkən orada Zərərçəkmiş şəxslə rastlamışdır. Zərərçəkmiş şəxs onu görən kimi ondan 15 manat pul istəmişdir. O, İlkinə ona borclu olmadığını bildirsə də İlkin onunla mübahisə etmiş, ona baş qoşmayıb çölə çıxandan sonra İlkin də onun arxasınca gəlmiş, mağazanın arxasına tərəf addımlayarkən İlkin onun qarşısını kəsmiş və onunla mübahisəni davam etdirməsindən bezərək onu bir dəfə ağzından kəllə ilə vurmuş, bundan sonra çıxıb evinə getmişdir. Mağazada onların söhbətini orada işləyən Zaur görmüş, çöldə isə mübahisələrini və onun İlkini vurmasını görən olmamışdır. Mübahisələri 4-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs tələb və şikayəti yoxdur. İlkin onu vurmamış və söyməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəıkmiş şəxslə barışqığını bildirib onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 4-5 ay öncə həmkəndlisi Təqsirləndirilən şəxs həyətində odun dorğrayan mişarla odun doğramış. Təqsirləndirilən şəxs ona 20 manat pul vermiş, 15 manat isə borclu qalmışdır. O hər dəfə pulunu istədikdə Rövşən müxtəlif bəhanələrlə pulunu verməkdən yayınmışdır. 27 fevral 2023-cü il tarixdə təxminən saat 21.30 radələrində kəndlərində yerləşən Zaur adlı şəxsin satıcı işlədiyi marketə azyaşlı uşağına pampers almaq üçün gəlmiş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs da həmin marketdən spirtli içki aldığını görüb ona yaxınlaşaraq 15 manat pulunu istəmişdir. Rövşən isə ona, «mən sənə borclu deyiləm və pul verməyəcəyəm» demişdir. Sonra o,. Rövşənin təklifi ilə marketin çöl tərəfinə çıxmış, orada Rövşən ona əllərini yanına salmağını tələb etmişdir. O, əllərini aşağı saldıqda Rövşən kəllə ilə onun ağız nahiyyəsinə vurmuşdur. Rövşən onu vurduqdan sonar, çıxıb getmişdir. O, da halsız vəziyyətdə ayağa qalxıb evlərinə gəlmiş, atası Şahid1 Rövşən tərəfindən döyüldüyünü bildirmişdir. Atası DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, özü isə ərizə ilə Quba RPŞ-yə müraciət etmişdir. Təqsirləndirilən şəxsla aralarındakı mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, onların yanında və ətrafda heç kim olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışqdığı üçün ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 28 fevral 2023-cü il tarixli 165 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət-alt çənədə solda yumşaq toxumanın əziyi və qançır-hematoması küt əyşanın (əşyaların) təsirindən törənməklə yetirmə müddəti qərarda göstərilən vaxta, yəni 27 fevral 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 01231 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin 09 mart 2023-cü il tarixli, PHŞ-6.56/-2-350/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın Poliklinika Şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarından olan Quba rayon İHB-nın Quba Vladimirovka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ildən Quba rayonu, Vladimirovka kəndində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar