Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-71/2025 27.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudavediyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - X4, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, 13 yanvar 2002-ci ildə Quba rayonu, Mirzəməmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, subay, Quba rayonu, Mirzəməmməd kəndində qeydiyyatda olan və yaşayan, 10 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X8 14 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində Quba şəhəri, X11 küçəsində yerləşən, yuyucu kimi işlədiyi avtoyuma məntəqəsində ona müştəri kimi yaxınlaşaraq yuduzdurmaq üçün təhvil verilmiş Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21099” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan icazəsiz və xəbərsiz olaraq talama məqsədi olmadan ələ keçirdikdən (qaçırdıqdan) sonra sürücülük hüququ olmadan idarə edərək həmin küçədə yerləşən “EKO” marketin qarşısına gətirib orada saxlayaraq marketə daxil olmuş, bır neçə dəqiqə sonra marketdən çıxaraq avtomobilə əyləşib geriyə hərəkət etdirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərini cinayətkarcasma etinasızlıq etməklə pozaraq, avtomobilin arxa aissəsi ilə piyada X2 vuraraq dərəcəsinə görə sağlamlığa uzun müddətə pozğunluq törədən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2024-cü ilin avqust ayından həmin ilin sentyabr ayının 14-ü tarixinədək Quba şəhəri Vaqif küçəsində yerləşən “404” adlanan avto-yuma məntəqəsində yuyucu işləmişdir. 14 sentyabr 2024-cü il tarixdə, saat təqribən 16 radələrində adını sonradan Zaur olaraq bildiyi şəxs özünə məxsus olan VAZ 21099 markalı **-LP-*** dövlət nömrə nişanlı avtomobil ilə məntəqəyə gələrək avtomobili yumaq üçün açarlarını ona vermişdir. O, avtomaşını təhvil aldıqdan az müddət sonra, həmin avtomaşınla özünə siqaret və ərzaq almaq üçün Quba şəhəri Vaqif küçəsində yerləşən “EKO” marketə getmək qərarına gəlmişdir. Həmin vaxt orada olan əvvəllər tanımadığı, adını bilmədiyi, başqa bir müştəri onun marketə getdiyimi görərək onu da özü ilə marketə aparmağı xahiş etmişdir. Bundan sonra o, sükan arxasına keçib tanımadığı həmin şəxslə Zərərçəkmiş şəxs2 avtomaşını ilə Quba şəhəri Vaqif küçəsində yerləşən “EKO” marketin qarşısına gəlmişdir. “Eko” marketin qarşısına çatdıqdan sonra maşını marketin qarşısında olan “parklanma” yerində saxlamış və adını bilmədiyi şəxs maşından enərək marketə daxil olmuş, özünün siqaret və yemək aldıqdan sonra maşına gələrək əyləşmiş, həmin şəxs isə daha sonra gələrək əyləşmişdir. Mühərriki işə salaraq maşını arxaya doğru hərəkət etdirən zaman avtomaşının arxasında dayanmış yaşlı qadını avtomaşının arxa hissəsi ilə vuraraq yerə yıxmışdır. Avtomaşından düşüb qadının xəsarət almasını görüb dərhal idarə etdiyi avtomaşınla qadını Quba RMX-na aparmışdır. Xəstəxanada qadına ilkin tibbi yardım göstərilmiş, daha sonra valideynləri xəstəxanaya gələrək qadına baş çəkmişlər. Xəstəxanaya gələn polis əməkdaşlarına özünü təqdim edərək hadisə ilə bağlı məlumat vermib polis əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək piyadanı vurduğu yeri onlara göstərmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və alkotestr vasitəsilə sərxoşluğu yoxlanılmışdır. Hadisə yerinə baxış protokoluna və tərtib edilmiş sxemə imza edərək doğrulunu təsdiq etmişdir Hadisə baş verən zaman avtomaşını 8-10 km/saat sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobildə özündən başqa onunla birlikdə əvvəllər tanımadığı şəxs olmuşdur. Avtomobildə texniki nasazlıq olmamışdır. Hadisə günü spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı səhhətində hər hansı narahatçılıq olmamışdır. Hərəkətə başlamazdan əvvəl qadının hərəkət istiqamətini görmədiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmadığını, Zərərçəkmiş şəxs2 məxsus avtomaşını idarə etmək üçün əvvəlcədən ondan icazə almadığı və zərərçəkmiş şəxslə barışdığını bildirərək, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Quba şəhəri M.P.Vaqif küçəsində yerləşən “Eko” marketdən alış-veriş edərək çıxıb “EKO" marketin qarşısında dayanaraq yaşadığı ünvana getmək üçün 01 nömrəli avtobusu gözləməyə başlamışdır. Avtobus gözləyərkən “VAZ- 21099” markalı **-LP-*** dövlət nömrə nişanlı avtomaşın arxa-arxaya hərəkət edərək onu vurub yerə yıxmışdır. Həmin vaxt avtomaşının sürücüsü hərəkətini davanm etdirərək avtomaşın ilə onun sağ qolunun üzərindən keçmişdir. Baş vermiş hadisə nəticəsində o, başından, qolundan və bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır Bundan sonra həmin avtomaşının sürücüsü və yanında olan tanımadığı şəxs avtomaşından düşərək onun yanına gəlmişlər. Bədəninin müxtəlif nahiyyələrində bərk ağrılar olduğu və əlinin sınması səbəbindən onu vüran sürücü idarə etdiyi avtomaşınla onu Quba RMX-na aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra onu palataya yerləşdirmişlər. Oru vuran sürücünün valideynləri və qohumları onun müalicəsində köməklik edəcəklərini bildirsələr də, sonradan onun yanma heç kəs gəlməmiş və müalicəsinə biganə yanaşmışlar. Sonradan o, müalicəsinin Qusar RMX-da davam etdirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 28 sentyabr 2024-cü il tarixli, 863 nömrəli nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - “hər iki gözün altında və sağ baldırın yuxan 1/3-nün bayır səthində qançır, burun sümüklərinin qapalı yerini dəyişməyən sınığı, sağ mil sümüyünün aşağı 1/3-dən qapalı qəlpəli yerini dəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 14 sentyabr 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 26 dekabr 2024-cü il tarixli, rəyindən görünür ki, VAZ-21099 markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Alkotesterlə yoxlama üzrə nəticəni əks etdirən çıxarışdan görüdüyü kimi, hadisə baş verən vaxt X1 müəyyən olunmamışdır. İş materiallarında olan məlumatdan və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından görünür ki, X4 bütün növ nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan X8 tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X4 qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş məhkəmə-tibb və məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, X8 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. X4 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X8 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Quba Rayon İcra hakimiyyəti Başçısının Quba rayon Vladimirovka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Mirzəməmədkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda da yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 məhkəməyə daxil olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışlaq əldə etməəsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X4 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə X6 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X8 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, X8 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, X4 barəsində həmin tarixdə başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, X8 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X6 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 128 manat X3 tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 8 saat üçün 88 manat Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli çəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X8 barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-71/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-71/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver