Məhkəmə qərarları › İş №1(027)-72/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-72/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-72/2021 30.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş o Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 0,09 qramdan artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və 2,717 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlayaraq həmin heroindən 0,031 qram, qurudulmuş marixuanadan isə 0,670 qram 24.02.2021-ci il tarixdə saat 23 radələrində, Quba şəhəri, M.Əcəmi küçəsində yerləşən evinin yaxınlığında 40 (qırx) manat pul müqabilində tanışı Şahid1 sonuncunun yaxın dostu Şahid3 vasitəsi ilə satmış, qalan heroini və qurudulmuş marixuananı satış məqsədi ilə üzərində saxlamış, 25.02.2021-ci il tarixdə saat 01:10-da Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Quba şəhəri, M.Əcəmi küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərək əynində olan qara rəngli gödəkçənin ön sol qoltuq cibindən parça materialdan hazırlanmış eynək qabının içinə qoyulmuş bir ədəd siqaret kağızına bükülü və 1ml-lik şprisdə maye halında hazırlanmış (0.044 və 0.015 qram) ümumi çəkisi 0.059 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2016-cı il tarixdə məhkum olunmuşdur. Həbsdən çıxdıqdan sonrada, ara-sıra narkotik vasitələrdən istifadə etməkdə davam etmişdir. 24.02.2021-ci il tarixdə, saat 19 radələrində onunla qonşuluqda yaşayan Elçin adlı tanışı onun yaşadığı evə gəlib onu həyətə çağıraraq ondan narkotik vasitə heroin və qurudulmuş marixuana istəmişdir. Həmin vaxtı üzərində narkotik vasitə olmadığı üçün Elçinə bildirmişdir ki, istədiyi narkotik vasitələri yalnız axşam saatlarında ona verə bilər. Bundan sonra, Elçin cibindən 40 manat pul çıxardıb ona vermişdir. Həmin gün axşam saat təxminən 23 radələrində küçədə dayanıb Elçini gözləyən zaman, Elçini Cəfər adlı şəxsin çayxanasının qarşısında Murad adlı tanışı ilə dayandığını görüb onu yanına çağırmışdır. Elçin həmin vaxt yaxınlıqda olan mağazaya girdiyindən, onun yanına Murad adlı şəxsi göndərmişdir. Sonra Murad adlı şəxs ona yaxınlaşaraq Elçinə verməli olduğu əmanəti ona verə biləcəyini dediyindən o, içində heroin və qurudulmuş marixuana olan kağız bükülünü Murada verib evinə getmişdir. Gecə saat təxminən 01:00 radələrində yaşadığı M.Əcəmi küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğu üçün saxlanıldığını ona bildirmişlər. Bundan sonra ora dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı o, üzərində olan əşyaları, o cümlədən əynində olan qara rəngli gödəkçənin üst tərəfdə olan sol qoltuq cibində saxladığı parça materialdan tikilən eynək qutusunu çıxarıb avtomobilin mühərrikxanasının üstünə qoymuşdur. Eynək qutusu açılaraq içinə baxıldıqda orada bir ədəd kağıza bükülmüş bükülü, bir ədəd göy rəngli siqaret kağızına bükülmüş kiçik bükülü, iki ədəd boş və bir ədədinin içində narkotik vasitələrdən hazırlanmış maye olan şpris aşkar edilmişdir. Həmin bükülülərdə nə olması ondan soruşulduqda həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu yay aylarında çay kənarı ərazidən tapdığını demişdir. Siqaret kağızına bükülmüş kütlənin nə olması ondan soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və təxminən 5 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən tanımadığı şəxsdən aldığını qeyd etmişdir. Şprisin içində olan mayenin özü tərəfindən istifadə etməsi üçün heroindən hazırlandığını bildirmişdir. Bundan sonra, üzərindən aşkar edilərək götürülmüş nürkotik vasitələr tərəzidə çəkilərək qablaşdırılmışdır. Sonra polis əməkdaşları tərəfindən Elçin adlı şəxsə narkotik basitə heroin və qurudulmuş marixuana satması ondan soruşulduqda, o Elçinə 40 manat məbləğində heroin və marixuana satmasını etiraf etmişdir. Elçin ona 40 manat pul verdikdə tək olmuş, yanında Muradı görməmiş, əvvəllər Elçinə narkotik vasitə satmamış, narkotik vasitəni Murada verən zaman həmin bükülünün içində narkotik vasitə olması barədə Murada məlumat verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, həyat yoldaşının vəfat etməsini və himayəsində bir azyaşlı övladının olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 24.02.2021-ci il tarixdə günortadan sonra Quba şəhərinə gəlib Quba şəhərində yaşayan dostu Elçinə zəng edərək onunla görüşmüşdür. Elçinlə görüşən zaman onun yanında əvvəllər tanımadığı Murad adlı şəxs olmuşdur. Onlar əvvəlcə birlikdə Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən Cəfər adlı şəxsin çayxanasına getmişlər. Çay içdikdən sonra, Elçin və Murad Əli adlı tanışları ilə görüşəcəklərini deyib çay evindən bayıra çıxmışlar. Təxminən 15 dəqiqədən sonra onlar geri qayıtmışlar. Sonra, onlar nahar etmək üçün birlikdə Quba rayonunda Dəvədabanı ərazisi kimi tanınan yerdə yerləşən yeməkxanaya getmişlər. Orada yemək yedikdən sonra, saat təxminən 23 radələrində yenidən Cəfərin çayxanasına qayıtmışlar. Cəfərin çayxanasına gələndə Elçinlə Murad yenidən çay evindən çıxsalar da, Elçin Muraddan tez qayıtmışdır. Təxminən 5 dəqiqədən sonra, Murad əlində bir bükülü çay evinə gəlib həmin bükülünü Elçinə vermişdir. Elçin isə həmin bükülünü götürüb əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibinə qoymuşdur. Bundan təxminən beş dəqiqə sonra, gecə saat təxminən 24 radələrində polis əməkdaşları çayxanaya gələrək Elçinin narkotik vasitələri qanunsuz üzərində saxlaması ilə bağlı şübhəli olduğunu bilidirmişlər. Polis əməkdaşları Elçinə üzərinə şəxsi axtarış keçiriləcəyini dedikdə, Elçin buna heç bir etiraz etməyərək üzərinə şəxsi axtarış keçirilə biləcəyini bildirmişdir. Bundan sonra, Elçinə ciblərində olan əşyaları masanın üzərinə qoyulması təklif edilmiş və Elçin üzərində olan əşyaları, o cümlədən əynindəki gödəkçənin sol qoltuq cibində saxladığı bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açılaraq içinə baxıldıqda, bükülünün içində iki ədəd kiçik olçülü, bir ədəd isə nisbətən böyük ölçülü bükülülərin olması müəyyən olunmuşdur. Həmin bükülülər açıldıqda, kiçik ölçülü bükülülərin içində sarımtıl rəngli toz formalı kütlə, nisbətən böyük ölçülü bükülünün içindən isə yaşıl rəngli ota bənzər kütlənin olması müəyyən olunmuşdur. Sonra Elçinin üzərindən aşkar edilib götürülmüş bükümlər polis əməkdaşları tərəfindən tərəzidə çəkilərək qablaşdırılmışdır. Sorğu-sual zamanı Elçin həmin bükümlərdə olan kütlənin narkotik vasitə olan heroin və qurudulmuş marixuana olduğunu və narkotik vasitəni bir qədər əvvəl Əli adlı tanışından ümumilikdə 40 manata aldığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-ın rəisi Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 narkotik vasitələrin qanunsuz dövrüyəsində şübhəli bilindiyi üçün 24 fevral 2021-ci il tarixdə saat 24 radələrində Quba şəhərinin ərazisində yerləşən Cəfər adlı şəxsin çayxanasında saxlanılaraq üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Elçinin üzərindən narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Sorğu-sual zamanı Elçin Əsgərov üzərindən aşkar edilib götürülmüş narkotik vasitələri 40 manat müqabilində tanışı Quba şəhər sakini Əli Səfərov adlı şəxsdən 40 manat müqabilində aldığını etiraf etmişdir. Bundan sonra onun, Quba RPŞ-nin TQ-nin təhqiqatçısı Şahin Məmmədovun və CAB-ın baş əməliyyat müvəkkili baş inspektor kriminalst Fuad İsmayılovun iştirakı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs 25.02.2021-ci il tarixdə, saat 01:10-da Quba şəhəri, M.Əcəmi küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra, təhqiqatçı Şahin Məmmədov Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirərək üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuş və video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim edilməsi xahiş olunduqda o, əynundə olan gödəkçəsinin ön sol qoltuq cibindən parça materialdan hazırlanmış eynək qabı çıxararaq avtomobilin mühərrikxanasının qapağının üzərinə qoymuş, həmin eynək qabı təhqiqatçı tərəfindən açıldıqda içində şübhəli bilinən əşyalar, bir ədəd siqaret kağızına bükülmüş bükülü, təxminən 1 ml-lik şprisdə maye halında hazırlanmış maddə və bir ədəd içində qəhvəyi rəngli tozşəkilli maddə olan göy rəngli siqaret kağızına bükülmüş bükülü aşkar edilmişdir. Nisbətən böyük bükülü açılaraq içinə baxıldıqda içində yaşıl rəngli ota bənzər maddə aşkar edilmişdir. Həmin kütlənin nə olduğunu və haradan əldə edilməsi Təqsirləndirilən şəxs soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu, həmin marixuananı yay vaxtı çay kənarı ərazisindən tapdığını bildirmişdir. X8 tərəfindən kiçik ölçülü göy rəngli siqaret kağızına bükülmüş kütlənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda Əli, həmin kütlənin içindəkinin heroin olduğunu, təxminən 5 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən tanımadığı şəxsdən aldığını, 1 ml-lik şprisdə maye halında hazırlanmış maddənin isə özü üçün hazırladığı heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış sorğu-sual zamanı o, bir qədər əvvəl Elçin adlı şəxsə 40 manat müqabilində heroin və qurudulmuş marixuana satmasını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə tərəzidə çəkilərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və X2 Elvin Rizvan oğlunun ifadəsində göstərdikləri xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəm-bioloji ekspertizasının 25 fevral 2021-ci il tarixli, 7/219 saylı rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə’’ yazılar və imzalar olan 1 nömrəli qəhvəyi rəngli kağız paketdə 1 (bir) ədəd qəhvəyi rəngli kağız bükülüdə təmiz çəkisi-2,047 qram bitki mənşəli kütlə, tərkibundə narkotik maddələr olan çətənə (konnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Təhqiqata təqdim olunmuş üzərində “Vət. X4 üzərindən aşkar olunmuş kütlə.... ’’yazılar və imzalar olan 2 nömrəli ağ rəngli kağız paketdə 1(bir) ədəd qəhvəyi rəngli kağız bükülüdə təmiz çəkisi-0,670 qram bitki mənşəli kütlə tərkibundə narkotik maddələr olan çətənə (konnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Vət. Təqsirləndirilən şəxs və Vət. X4 üzərlərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2021-ci il tarixli, 6/812 saylı ekspert rəyindən görünür ki, təhqiqata təqdim edilmiş iki ədəd qəhvəyi və bir ədəd ağ rəngli zərfin içərisində olan -üzərində “X4 üzərindən’’ yazılar və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,025 qram, 0,006 qarm ümumi təmiz çəkisi 0,031 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə’’ yazılar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,044 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş’’ sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd 1 ml həcmli şprisin içərisində 0,2 ml qəhvəyi rəngli maye narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi- 0,015 qramdır. X3 aşkar edilmiş toz şəkilli heroin Təqsirləndirilən şəxs üzərindən götürülmüş toz şəkilli heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 01.04.2021-ci il tarixli, 933 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 943 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İ 274174 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15.08.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 17.03.2008-ci il təvəllüdlü X13 məxsus AZ-İİ 209262 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 26.02 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25.02.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 131 (yüz otuz bir ) manat, 46 (qırx altı) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 2,027 qram olan narkotik vasitə qurudulmuş marixuana, çəkisi 0,060 qram olan heroin və 0,1 qram heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 12 saat üçün 72 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 131 (yüz otuz bir ) manat, 46 (qırx altı) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 2,027 qram olan narkotik vasitə qurudulmuş marixuana, çəkisi 0,060 qram olan heroin və 0,1 qram heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar