Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-72/2022 20.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun iştirakı ilə xx.xx.1989-cu ildə Xaçmaz rayonu Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonu Qaraqurtlu kəndində qeydiyyatda olan, Xaçmaz rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 228.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 3 il 09 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində çəza çəkən – Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanın mövqeyinə əsasən Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu 2020-ci il noyabrın 26-da, saat 19 radələrində Şabran rayonu Sincanboyad kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evin həyətyanı sahəsinin açıq qapısından keçib həyətə, oradan isə evin İ-ci mərtəbəsinin mətbəxindəki plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin İİ-ci mərtəbəsində yataq otağındakı sandığın qapağı üzərindəki qıfılı sındırıb, saxlanc yerindən Zərərçəkmiş şəxs8 Hacıbala qzına məxsus 585 əyarlı qızıldan hazırlanmış 35 qram çəkidə 1800 manat dəyərində 1 ədəd kolyeni, 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 600 manat dəyərində 1 ədəd qolbağı, 585 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə 800 manat dəyərində 1 ədəd qadın nişan üzüyünü, 585 əyarlı qızıldan yarpaq formasında hazırlanmış, üzərində sadə qaşları olan 15 qram çəkidə 700 manat dəyərində 1 ədəd qadın üzüyünü, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə 400 manat dəyərində 1 cüt qızıl sırğalarını, Zərərçəkmiş şəxs7 məxsus 585 əyarlı qızıldan hazırlanmış, üzərində xırda brilyant qaşları olan 25 qram çəkidə 1000 manat dəyərində 1 ədəd kişi üzüyünü, ümumilikdə Zərərçəkmiş şəxs7 və arvadı Zərərçəkmiş şəxs8 5,300 (beş min üç yüz) manat dəyərində əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin yanvar ayının 09-dan 10-na keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Quba rayonu Zərdabi qəsəbəsində yerləşən kompüter oyun zalının qarşısına gələrək binanın arxasındakı aluminium materialdan olan nəfəsliyi qırıb açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan bir ədəd 450 (dörd yüz əlli) manat dəyərində “Hisense” markalı televizoru, 300 (üç yüz) manat dəyərində “Samsunq” markalı bir ədəd monitordan və bir ədəd prosessordan ibarət kompüter dəstini, ümumilikdə 600 (altı yüz) manat dəyərində iki ədəd “Play Station” markalı oyun kompüterini və beş ədəd həmin kompyuterin pultlarını, ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 1350 (bir min üç yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin mart ayının 29-dan 30-na keçən gecə saat təxminən 03 radələrində Quba rayonu Vəlvələ kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus meyvə bağından dörd ədəd üzərində gidroforları olan su motorlarını, ümmumilikdə “Agrarco MMC”yə məxsus 2000 (iki min) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə saat 02 radələrində Quba rayonu Talabıqışlaq kəndi ərazisindən keçən Vəlvələ çayının kənarında yerləşən "xxxx" MMC-yə məxsus qumçınqıl karxanasından 100 (bir yüz) metr uzunluqda mis materialdan olan kabeli, ümumilikdə "xxxx" MMC-yə məxsus 5000 (beş min) manat dəyərində əmlakı olaraq talamaqla oğurluq etmişdir. İbtidai istintaq orqanın mövqeyinə əsasən o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən Tünzalə Mövlaquliyevaya məxsus 750 əyarlı qızıldan hazırlanmış 8000 manat dəyərində üzərində 40 ədəd brilliant qaşları olan 40 qram çəkidə kolyeni, 750 əyarlı qızıldan hazırlanmış 4000 manat dəyərində üzərində 30 ədəd brilliant qaşları olan 35 qram çəkidə qolbağı, 583 əyarlı qızıldan hazırlanmış 300 manat dəyərində üzərində bir ədəd silkon qaşı olan 3 qram çəkidə qadın üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış 400 manat dəyərində 5 qram çəkidə üzərində yarpaq naxışları olan qadın nişan üzüyünü, 583 əyarlı qızıldan səkkiz formasında hazırlanmış 350 manat dəyərində 3 qram çəkidə qadın üzüyünü, 583 əyarlı qızıldan «gül» formasında hazırlanmış 400 manat dəyərində üzərində beş ədəd silikon qaşları olan 5 qram çəkidə qadın üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış 300 manat dəyərində təxminən 4 qram çəkidə üzərində səkkiz ədəd silikon qaşları olan qadın üzüyünü, 583 əyarlı qızıldan uzunsov fantaziya formasında hazırlanmış 450 manat dəyərində 5 qram çəkidə üzərində beş ədəd silikon qaşları olan qadın üzüyünü, 583 əyarlı qızıldan uzunsov «gül» formasında hazırlanmış 320 manat dəyərində 4 qram çəkidə üzərində doqquz ədəd silikon qaşları olan qadın üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış 1.400 manat dəyərində 8 qram çəkidə üzərində beş ədəd brilliant qaşları olan qadın nişan üzüyünü, 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 4000 manat dəyərində 15 qram çəkidə üzərində doqquz ədəd brilliant qaşları olan bir ədəd üzük və bir cüt sırğaları, 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 1000 manat dəyərində 12 qram çəkidə üzərində 6 ədəd silikon qaşları olan bir ədəd üzüyü və bir cüt sırğaları, 583 əyarlı qızıldan hazırlanmış 800 manat dəyərində 7 qram çəkidə üzərində səkkiz ədəd brilliant qaşları olan kişi nişan üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış 700 manat dəyərində 6 qram çəkidə üzərində bir ədəd qara minalı və səkkiz ədəd silikon qaşları olan kişi üzüyünü, 583 əyarlı qızıldan yarpaq formasında hazırlanmış 400 manat dəyərində 4 qram çəkidə qırıq qolbağı, 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 600 manat dəyərində 5 qram çəkidə boyunbağı ilə birlikdə üzərində «allah sözü» yazılmış bir ədəd dördkünc formasında kulonu, 583 əyarlı qızıldan hazırlanmış 1500 manat dəyərində 20 qram çəkidə «Maktaym» markalı kişi qol saatını, misdən zəncir formasında hazırlanmış 30 manat dəyərində 200 qram çəkidə boyunbağın, sadə dəmirdən hazırlanmış 2 manat dəyərində 3 qram çəkidə üzərində «xarı bülbül» kulonu ilə birlikdə qolbağı və bir ədəd 35 manat dəyərində «Oukitel» markalı mobil telefonu, ümumilikdə Zərərçəkmiş şəxs9 24,987 (iyirmi dörd min doqquz yüz səksən yeddi) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 iyun 2021-ci il tarixdə saat 12 radələrində X1 məxsus Quba rayonu Timiryazev qəsəbəsində yerləşən evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən sonuncunun qızı Zərərçəkmiş şəxs1 məxsus qadın əl çantasının içərisindən bir ədəd 40 (qırx) manat dəyərində “Rolex” markalı qadın qol saatını, bir ədəd 700 (yeddi yüz) manat dəyərində Orient markalı kişi qol saatını, ümumilikdə 500 (beş yüz) manat dəyərində bir cüt üzərində ağ qaşları olan qızıl qadın sırğalarını, bir ədəd nazik qızıl qadın sepini, bir ədəd üzərində ağ və qara rəngli halqalar olan qızıl qadın üzüyünü, bir ədəd üzərində ağ və qara rəngli qaşları olan qızıl qadın qolbağını və 33 (otuz üç) manat pulu, ümumilikdə Zərərçəkmiş şəxs1 1273 (bir min iki yüz yetmiş üç) manat dəyərində əmlakını gizli olaraq talayıbməbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 iyul 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 məxsus Quba rayonu Alekseyevka kəndində yerləşən evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən sonuncuya məxsus 399 (üç yüz doxsan doqquz) manat 50 (əlli) qəpik dəyərində bir cüt qızıl qadın sırğalarını, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 399 (üç yüz doxsan doqquz) manat 50 (əlli) qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 iyul 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Quba rayonu Zərdabi qəsəbəsində yerləşən evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən sonuncuya məxsus ümumlikdə dəyəri 128 manat olan 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl sırğıanı, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 128 (yüz iyirmi səkkiz) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 iyul 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs3 məxsus Quba rayonu Alekseyevka kəndində yerləşən evin hasarından keçib həyətə. Oradan isə evin pəncərəsini sındırlmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən sonuncuya məxsus ümumilikdə 428 (dörd yüz iyirmi səkkiz) manat 40 (qırx) qəpik dəyərində bir ədəd qızıl qadın boyunbağısını və bir ədəd qızıl qadın qolbağını, həmçinin həmin evin yataq otağındakı şifonerin içərisindən 20 (iyirmi) manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 448 (dörd yüz qırx səkkiz) manat 40 (qırx) qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Quba rayonu Timiryazev qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gələrək evdə heç kəsin olmadığını əmin olduqdan sonra həmin ünvanda pul və qiymətli əşyaların olmasına əmin olaraq xx.xx.2021-ci il tarixdə saat 20 radələrində həmin evin həyətinə hasardan keçib evin pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub, evdən oğurluq etmək istəyərkən ev sahiblərinin geri qaydıaraq evə daxil olmaları və onu yataq otağında görmələri səbəbindən dərhal hadisə yerindən qaçıb uzaqlaşaraq faktiki olaraq qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.3-cü maddələrilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki o, narkotik vasitələrdən vaxtaşırı istifadə edir. Xeyli zamandır ki, heç bir yerdə işləmədiyindən maddi durumu çox çətinləşmiş, heç bir yerdə iş tapa bilmədiyi və ailəsinin dolanışığını təmin etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, 2021ci ilin yanvar ayının 09-dan 10-na keçən gecə saat təxminən 03-00 radələrində Quba rayonu Zərdabi qəsəbəsinə getmişdir. Həmin vaxt orada küçədə gəzən zaman qəsəbənin mərkəzində olan kompyuter oyunları klubu obyektini görmüşdür. Həmin vaxt pul qazanmaq üçün oradan “Play Station” oyun kompyuterlərini və onların pultlarını oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin obyektin balaca nəfəslik pəncərəsindən obyektin içərisinə daxil olmuş və obyektin içərisində olan bir ədəd televizoru, 1 ədəd kompyuterin monitorunu və 1 ədəd prosessorunu, 2 ədəd oyun kompyuterlərini və beş ədəd oyun kompyuterlərinin pultlarını oğurlayaraq obyektin qapısından çölə çıxartmış və orada olan parkın kənarında gizlətmişdir. Sonra yolun kənarına çıxaraq yol maşınlarından birini saxladıb həmin əşyaları həmin avtomobillə Xaçmaz rayonuna aparmış, bir müddət sonra Xaçmaz rayon bazarında tanımadığı şəxslərə sataraq əldə etdiyi pulları öz məsrəflərinə xərcləmişdir. Bundan başqa o, 2021-ci ilin mart ayının 29-dan 30-na keçən gecə saat təxminən 03 radələrində oğurluq etmək məqsədilə Quba rayonu Vəlvələ kəndinin yaxınlığına gəlmiş və həmin yolla bir qədər piyada getdikdən sonra meyvə bağlarının yanına gəlib çatmışdır. Orada meyvə bağlarına su vermək üçün qoşulmuş iri su motorlarını görmüş və həmin motorları oğurlayıb satmaq qərarına gəlmişdir. O, bağın müxtəlif yerlərindən həmin su motorlarını üzərində olan gidroforlarla birlikdə dörd ədədini sökərək özündə olan ağ rəngli kisəyə qoymuş, sonra həmin kisəni də götürərək yolun kənarına çıxıb oradan keçən avtomobillərdən birinə oturaraq Xaçmaz rayonuna gəlmişdir. Həmin su motorlarını üzərində olan gidroforlarla Xaçmaz rayon bazarında Şəmkir ləhcəsi ilə danışan tanımadığı şəxsə hazırda xatırlamadığı qiymətə satmışdır. Bundan başqa o, 2021-ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə saat təxminən 02 radələrində oğurluq etmək məqsədilə Quba rayonu Vəlvələ kəndinin yaxınlığına gəmiş və yolun kənarı ilə bir xeyli getdikdən sonra qum-çınqıl karxanasına gəlib çatmışdır. Oğurluq etmək üçün həmin yerə bir qədər baxdıqdan sonra orada qalın kabelin olmasını görmüş, həmin kabelin bir hissəsini kəsib oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə də oradan tapdığı balta ilə həmin kabeli kəsməyə başlamış, həmin kabelin bir xeyli hissəsini kəsdikdən sonra dolayıb özündə olan ağ rəngli kisəyə qoymuş və yolun kənarına gəlmişdir. O, yenə də yoldan keçən avtomobillərdən birinə oturaraq Xaçmaz rayonuna getmiş, həmin kabeli isə Xaçmaz rayonunda olan hazırda xatırlamadığı dəmir yığan yerlərdən birinə sataraq əldə etdiyi pulları özü üçün xərcləmişdir. Bundan başqa o, 29 iyun 2021-ci il tarixdə saat təxminən 12 radələrində tanışı Mübarizin idarə etdiyi Opel markal, Az **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Timiryazev qəsəbəsinə gəlmiş, qəsəbəyə daxil olduqdan sonra evlərdən birinin yaxınlığında avtomobili saxlayaraq həmin evlərdən birinə daxil olub oradan oğurluq etmək üçün avtomobildən yerə enmiş, Mübarizə tanışı ilə görüşüb gələcəyini və onu gözləməsini bildirmişdir. O, evlərin ətrafında bir qədər gəzdikdən sonra orada bir evin giriş qapısının üzərində qıfıl olmasını gördüm və həmin evin ətrafında bir qədər gəzdikdən sonra evdə heçkimin olmamasına əmin oldum. Mən həmin evin pəncərələrindən birinə yaxınlaşaraq pəncərəni açıb həmin evə daxil oldum. Mən həmin evdə yataq otağına daxil olub orada olan əşya yığmaq üçün nəzərdə tutulan sumkanın içərisini axtarmağa başlamışdır. Həmin vaxt sumkanın içərisində bir neçə ədəd qol saatı və müxtəlif qızıl-zinət əşyaları varmış, o, həmin sumkadan iki ədəd, biri qadın və bir kişi qol saatı, bir cüt üzərində ağ qaşları olan qızıl qadın sırğalarını, bir ədəd nazik qızıl qadın sepini, bir ədəd üzərində ağ və qara rəngli halqalar olan qızıl qadın üzüyünü, bir ədəd üzərində ağ və qara rəngli qaşları olan qızıl qadın qolbağını və 33 (otuz üç) manat pulu götürərək həmin evdən çıxıb Mübarizin avtomobilinin yanına gəlmiş və avtomobilə əyləşdikdən sonra Xaçmaz rayonuna qayıtmışdır. Oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini Xaçmaz rayon bazarında qızıl alveri edən Yazbahar adlı qadına ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manata satmışdır. Bundan başqa o, 05 iyul 2021-ci il tarixdə saat təxminən 11 radələrində yenidən oğurluq etmək məqsədilə tanışı Mübarizin idarə etdiyi Opel markal, Az **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Alekseyevka kəndində gəlmişdir. Orada Mübarizə avtomobilini yolun kənarında saxlamasını və yenə də tanış adamla görüşəcəyini bildirib avtomobildən yerə enmişdir. Orada olan evlərə baxa-baxa bir qədər irəli gedəndən sonra yenə də orada bir evin giriş qapısının üzərində qıfıl olmasını görmüşdür. Həmin evə yaxınlaşaraq evin ətrafında bir qədər gəzdikdən sonra evdə heçkimin olmamasına əmin olduqdan sonra həmin evin pəncərələrindən birinə yaxınlaşaraq pəncərəni açıb həmin evə daxil olmuşdur. Həmin evin də yataq otağına daxil olub həmin otağın içərisini axtarmağa başlamışdır. Həmin vaxt otağın içərisində olan termonun üzərində bir cüt qızıl qadın sırğalarının olmasını görmüş, həmin sırğaları götürərək otaqda bir qədər də axtarış aparmış, lakin heçnə tapa bilmədiyi üçün həmin evdən çıxıb Mübarizin avtomobilinin yanına gələrək avtomobilə əyləşdikdən sonra Mübarizlə birlikdə Xaçmaz rayonuna qayıtmışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə axşam saatlarında oğurluq etmək məqsədilə Quba rayonu Zərdabi qəsəbəsinə gəlmiş, Zərdabi qəsəbəsi ərazisində bir qədər gəzişdikdən sonra təxminən saat 23 radələrində tanımadığı bir evin qarşısından keçən zaman evin darvazasının bağlı olduğunu və evdən səs gəlmədiyini görmüş. Bir qədər ətrafda gəzişib heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə daxil olmuş, evin giriş qapısının yanına gəlmiş və qapını aşa bilmədiyimn görüb pəncərəni sıxıb açmaqla evə daxil olmuşdur. Evin içərisində olan otaqları bir-bir gəzirmiş ki, pul və qiymətli əşyalardan nəsə taparsa oğurlasın. Belə yataq otağına daxil olmuş və giriş qapısının arxasında sandığın olduğunu görüb üzərində olan əşyaları yerə tullamışdır. Həmin yataq otağından 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğa aşkar etmişdir. Aşkar etdiyi qızılları cibinə qoymuşdur. Evdə başqa heç bir qiymətli əşya tapmadığından pəncərədən həyətə çıxmış və ardıncada pəncərəni bağlamışdır. Daha sonra hasardan küçəyə çıxmış və asfalt yolun kənarına gəlmiş, yoldan keçən avtomobillərin biri ilə Xaçmaz rayonuna gəlmişdir. Oğurladığı qızılları xatırladığına görə Xaçmaz rayonu əraizisində dəyərindən aşağı qiymətə sataraq qazanc əldə etmişdir. Bundan başqa o, 06 iyul 2021-ci il tarixdə saat təxminən 11 radələrində yenidən oğurluq etmək məqsədilə Quba rayonu Alekseyevka kəndində daxil olduğu evin yanındakı evlərə baxa-baxa bir qədər irəli gedəndən sonra yenə də orada bir evin giriş qapısının üzərində qıfıl olmasını görmüş, həmin evə yaxınlaşaraq evin ətrafında bir qədər gəzdikdən sonra evdə heçkimin olmamasına əmin olduqdan sonra həmin evin pəncərələrindən birinə yaxınlaşaraq pəncərəni açıb həmin evə daxil olmuşdur. Həmin evin qonaq otağına daxil olub orada otağın içərisini axtarmağa başlamış, həmin vaxt qonaq otağında olan mebeldə olan qızıl qabının içərisində bir ədəd qızıl qadın boyunbağı və bir ədəd qızıl qadın qolbağı olmasını görmüşdür. Hhəmin qızıl boyunbağı və qolbağı götürərək otaqda bir qədər də axtarış aparmış, əlavə olaraq 20 manatda pul tapmış və həmin pulu da oğurlamışdır. Həmin evdən çıxıb Mübarizin avtomobilinin yanına gələrək avtomobilə əyləşdikdən sonra Mübarizlə birlikdə Xaçmaz rayonuna qayıtmışdır. Oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon bazarında qızıl alveri edən Yazbahar adlı qadına ümumilikdə 155 (bir yüz əlli beş) manata satmışdır. Bundan başqa 06 iyul 2021-ci il tarixdə saat təxminən 20 radələrində yenidən oğurluq etmək məqsədilə tanışı Mübarizə məxsus Opel markal, Az **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilini özü idarə edərək Quba rayonu Timiryazev qəsəbəsində yerləşən evlərin yanına gəlmişdir. Evlərə baxa-baxa bir qədər irəli gedəndən sonra yenə də orada bir evin giriş qapısının üzərində qıfıl olmasını görmüş, həmin evə yaxınlaşaraq evin ətrafında bir qədər gəzdikdən sonra evdə heçkimin olmamasına əmin olduqdan sonra həmin evin darvazasından aşaraq həyətə daxil olmuş, orada evin pəncərələrindən birinə yaxınlaşaraq pəncərəni açıb həmin evə daxil olmuşdur. Həmin evin qonaq otağına daxil olub orada otağın içərisini axtarmağa başlamışdır. Evə daxil olmaqda məqsədi aşkar edəcəyi qızıl-zinət əşyalarını və pulları oğurlamaq olmuşdur. Həmin evdə axtarış aparan zaman qapının açıldığını və evə adamların gəldiklərini eşitmiş, dərhal zaman daxil olduğu otaqda divarın yanında yerdə uzanıb gizlənmişdir. Otağın qapısı açılıb içəri bir qadın daxil olmuş, o gözləmişdir ki qadın getsin evdən çıxıb qaçar. Lakin həmin qadın onu görüb qışqıraraq ərini çağırmış, yerdən qalxmış və daxil olduğu pəncərədən küçəyə çıxmışdır. Bu zaman ardınca ev yiyəsi olan bir nəfər oğlan da qaçaraq gəlmiş, o opel markalı avtomobilə əyləşən zaman gəlib ona çatmışdır. Həmin oğlanı özündən itələmiş, dərhal avtomobilə əyləşib qaçmışdır. Quba rayonu ərazisində oğurluq etdiyi ünvanlardan götürdüyü qızıl-zinət əşyaları həm Xaçmaz rayonu əraizisində yaşayan tanışı Yazbəhərə və Bakı şəhərində müxtəlif yerlərdə sataraq pul almış, həmin pulları da xərcləmişdir. Bundan başqa, 2020-ci il noyabrın 26-da Şabran rayonu Sincanboyad kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evdən və 2021-ci il 06 iyun tarixdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus evdən oğurluq etmədiyini, ümumiyyətlə həmin tarixlərdə Şabran rayonunda olmadığını bildirmişdir.İfadəsinin sonunda Şabran rayonunda baş vermiş oğurluq hadisələrinin onun tərəfindən törədilməməsini bildirərək, həmin epizodların ittihamdan xaric edilməsini, əməlindən peşiman olmasını, himayəsində beş azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində arvadı Şahid3 və iki azyaşlı övladları ilə birlikdə özünə məxsus Vaz 2101 markalı **-LS-*** d.q.n. avtomobili ilə Quba şəhərinə bacısının evinə qonaq getmişlər. Təxminən saat 20 radələrində ailə üzvlərilə birlikdə yaşadığı evə qayıdan zaman Yaqut övladları ilə birlikdə evə daxil olmuş və o da həyətdə dayanmışdır. Yaqut evə daxil olduqdan sonra qışqıraraq onu çağırmış və evə daxil omuşdur. Bu zaman Yaqut evdə oğru olduğunu demiş və yataq otağını göstərmişdir. O da yataq otağına daxil olan zaman Təqsirləndirilən şəxs pəncərədən küçəyə atladığını görmüşdür. O da Namiqin ardınca pəncərədən küçəyə atlamış, Namiq qaçıb opel markalı avtomobilə əyləşən zaman qolundan tutmuş və 102-yə zəng edəcəyini demiş, Namiq əli ilə onu sinəsindən itələmiş və avtomobili sürüb qaçmışdır. O, evə qayıtmış və Yaqutla birlikdə evə baxmışlar, evdə heçbir şeyin oğurlanmadığını görmüşlər. Evdə saxladığı 3500 manat pulun yerində olmasını yoxlamış və həmin pulun da yerində olduğunu görmüşdür. Daha sonra baş vermiş hadisə barəsində 102 xidmətinə zəng edərək məlumat vermiş, bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəlib baxış keçirmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Quba rayonu Zərdabi qəsəbəsində Mədəniyyət evinin yaxınlığında ikimərtəbəli obyekti vardır. Həmin obyektin yuxarı mərtəbəsi boşdur və aşağı mərtəbədə isə 3 otaq vardır. Otaqlardan biri bərbərxana, biri çayxana, digəri isə kompüter oyunları üçün olan salondur. Kompüter salonu kimi istifadə olunan otağın bir qapısı, bir böyük pəncərəsi və bir nəfəsliyi vardır. Qapı və pəncərədə çöl tərəfdən dəmir barmaqlıqlar vardır. Nəfəslik pəncərədə isə dəmir barmaqlıq yoxdur. Həmin salonda xx.xx.2021-ci il tarixdə sonuncu dəfə olmuşdur və bütün əşyalar yerində olmuşdur. xx.xx.2021-ci il tarixdə kompüter salonuna gələn zaman oradan 1 ədəd 450 manat dəyərində “Hisense” markalı televirzorun, ümumilikdə qiyməti 300 manat olan “Samsung” markalı 1 ədəd monitor və 1 ədəd prosessordan ibarət kompüter dəstinin, ümumilikdə 600 manat dəyərində olan 2 ədəd “Playstation” markalı oyun kompüterin və həmin kompüterin 5 ədəd pultlarının oğurlandığını aşkar etmişdir. İlkin olaraq baş vermiş hadisə barəsində 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlib salona baxış keçirmişlər və sənədləşmə aparılmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1350 manat ziyan dəymişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, onunla barışmadığını bildirərək, təsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə saat 18 radələrində azyaşlı uşaqları anasının evinə getdikdən sonra o da həyat yoldaşı Anarla birlikdə qayınanası Fayina Mövləquliyevanın yaşadığı evə qonaq getmişdir. Saat 21 radələrinə qədər qayınanasının evində qonaq olduqdan sonra yaşadıqları evə gəlmişlər. Təxminən saat 01 radələrinə qədər həyat yoldaşımla birlikdə qonaq otağında olan televizora baxdıqdan sonra yataq otağına keçərək yatmış, növbəti gün yəni 07 iyun 2021-ci il tarixdə səhər saat 08 radələrində yataq otağında şifonerdə olan qızıl üzüyünü taxıb işə getmək istəyərkən şifoneri açıb, yuxarı rəfdəki qızıl qabına baxdıqda qızıl üzüyünün yerində olmadığını görmüşdür. Elə bu zaman yataq otağındakı plastik pəncərədən külək əsdiyi üçün həmin pəncərənin açıq olmasını görüb və bundan o, dərəcədə də şübhələnməmişdir. Qonaq otağına baxdıqda qızıl üzüyünü yenə tapa bilməmiş və evinin digər otaqlarını axtarmağına baxmayaraq bu dəfə də üzüyünü tapa bilməmişdir. Ona görə də yenidən şifonerin yuxarı gözündə yəni rəfində olan qızıl-zinət əşyaları olan qutulara baxarkən qızıl əşyalarımın heç birinin yerində olmadığını görüb və bu barədə həyat yoldaşım Anara demişdir. Bu barədə qayınanasına zəng edərək məlumat verdikdən sonra, yaşadığı evə Şabran RPŞ-nin əməkdaşları gəlmişlər. Yaşadığı evdən ona məxsus 750 ayarlı qızıldan hazırlanmış 8000 manat dəyərində üzərində 40 ədəd brilliant qaşları olan 40 qram çəkidə kolyenin, 750 ayarlı qızıldan hazırlanmış 4000 manat dəyərində üzərində 30 ədəd brilliant qaşları olan 35 qram çəkidə qolbağın, 583 ayarlı qızıldan hazırlanmış 300 manat dəyərində üzərində bir adad silkon qaşı olan 3 qram çəkidə qadın üzüyünün, 583 ayarlı qızıldan hazırlanmış 400 manat dəyərində 5 qram çəkidə üzərində yarpaq naxışları olan qadın nişan üzüyün, 583 ayarlı qızıldan sakkiz formasında hazırlanmış 350 manat dəyərində 3 qram çəkidə qadın üzüyün, 583 ayarlı qızıldan «gül» formasında hazırlanmış 400 manat dəyərində üzərində beş adad silikon qaşları olan 5 qram çəkidə qadın üzüyün, 583 ayarlı qızıldan hazırlanmış 300 manat dəyərində təxminən 4 qram çəkidə üzərində səkkiz ədəd silikon qaşları olan qadın üzüyün, 583 ayarlı qızıldan uzunsov fantaziya formasında hazırlanmış 450 manat dəyərində 5 qram çəkida üzərində beş ədəd silikon qaşları olan qadın üzüyün. 583 ayarlı qızıldan uzunsov «gül» formasında hazırlanmış 320 manat dəyərində 4 qram çəkidə üzərində doqquz ədəd silikon qaşları olan qadın üzüyün, 583 ayarlı qızıldan hazırlanmış 1.400 manat dəyərində 8 qram çəkidə üzərində beş ədəd brilliant qaşları olan qadın nişan üzüyün, 583 ayarlı qızıldan komplekt şəklində hazırlanmış 4000 manat dəyərində 15 qram çəkidə üzərində doqquz ədəd brilliant qaşları olan bir adəd üzük və bir cüt sırğaların, 583 əyarlı qızıldan komplekt şəklində hazırlanmış 1000 manat dəyərində 12 qram çəkidə üzərində 6 ədəd silikon qaşları olan bir ədəd üzük və bir cüt sırğaların, 583 ayarlı qızıldan hazırlanmış 800 manat dəyərində 7 qram çəkidə üzərində səkkiz adad brilliant qaşları olan kişi nişan üzüyün, 583 ayarlı qızıldan hazırlanmış 700 manat dəyərində 6 qram çəkidə üzərində bir ədəd qara minalı və səkkiz ədəd silikon qaşları olan kişi üzüyün, 583 ayarlı qızıldan yarpaq formasında hazırlanmış 400 manat dəyərində 4 qram çəkidə qırıq qolbağın, 583 ayarlı qızıldan zəncir formasında hazırlanmış 600 manat dəyərində 5 qram çəkida boyunbağı ilə birlikdə üzərində «<allah sözü»> yazılmış bir ədəd dördkünc formasında kulonun, 583 əyarlı qızıldan hazırlanmış 1500 manat dəyərində 20 qram çəkidə «Maktaym» markalı kişi qol saatının, misdən zəncir formasında hazırlanmış 30 manat dəyərində 200 qram çəkidə boyunbağının və sadə dəmirdən hazırlanmış 2 manat dəyərində 3 qram çəkidə üzərində «xarı bülbül» kulonu ilə birlikdə qolbağın oğurlanması barədə ərizə ilə Şabran RPŞ-nə müraciət etmişdir. Polis əməkdaşları yaşadığım evə baxış keçirib getdikdən sonra evinə daha diqqǝtlə baxdıqda yataq otağındakı paltar şifonerində olan bir ədəd 35 manat dəyərində «Oukitel» markalı mobil telefonunun da oğurlanması aşkar etmişdir. Evdən ona məxsus 24952 manat dəyərində qızıl-zinət əşyaları və bir ədəd 35 manat dəyərində mobil telefonu oğurlanaraq, ümumilikdə 24987 manat məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu tərəfindən onun evinə girilmədiyini bildirmişdir. Belə ki, hadisə yerinə baxış keçirilməsi üçün polis əməkdaşları və Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu evinə gəldikləri zaman Təqsirləndirilən şəxs qızıl-ziynət əşyalarının hansı otaqda və hansı şkafda olduğunu bilməmiş, polis əməkdaşlarının onu yönləndirməsi ilə qızıl ziynət əşyalarının yerini bildirmişdir. Oğurlanan qızıl-ziynət əşyalarının nədən ibarət olduğunu isə bilməmişdir. Ona görə, qeyd olunan hadisənin yenidən araşdırılması üçün polis şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 26 noyabr 2020-ci il tarixdə yaşadığı evdə olmuş və saat 14 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs8 və iki azyaşlı övladlarını yaşadığı evdən idarə etdiyi "LADA PRİORA" markalı avtomobillə çıxıb Şabran şəhərində yaşayan qohum evinə qonaq gəlmişlər. Ailəsini həmin qohum evinə düşürüb yenidən yaşadığı evə qayıdıb yatmışdır. Həmin gün saat 18:15 dəqiqədə yaşadığı evdən çıxıb ailəsinin olduğu qohum evinə getmişdir. O, ailəsilə birlikdə qohum evindən saat 21 radələrində çıxıb yaşadığı evə Sincanboyad kəndinə qayıtmışdır. Evə girən zaman evin birinci mərtəbəsinin döşəməsində olan xalçanın üzərində palçıqlı ayaq izləri görmüşdür. Bu zaman evə kənar şəxsin daxil olmasına şübhə yarandığı üçün həyat yoldaşı Zərərçəkmiş şəxs8 ilə evə baxmağa başlamışlar. Həmin vaxt evin ikinci mərtəbəsində olan yataq otağına baxan zaman otağın dağınıq vəziyyətdə olduğunu və otaqda olan sandığın qapısındakı dəmir kilidin sındığını görmüşlər. Sandığa baxan zaman orada olan 585 əyarlı qızıldan hazırlanmış 1800 manat dəyərində 1 ədəd kolye, 585 eyarlı qızıldan hazırlanmış 600 manat dəyərində 1 ədəd qolbağ, 585 ayarlı qızıldan hazırlanmış 800 manat dəyərində 1 ədəd qadın nişan üzüyü, 585 ayarlı qızıldan yarpaq formasında hazırlanmış, sadə qaşlı, 700 manat dəyərində 1 ədəd qadın üzüyü, 585 əyarlı qızıldan hazırlanmış, xırda brilyant qaşlı 1000 manat dəyərində 1 ədəd kişi üzüyü və 585 əyarlı qızıldan hazırlanmış,6 gram 400 manat dəyərində 1 cüt qızıl sırğanın, ümumilikdə isə 5300 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasını müəyyən etmişlərk. Oğurlanmış qızıllardan bir ədəd 585 ayarlı qızıldan hazırlanmış, xırda brilyant qaşlı 1000 manat dəyərində kişi üzüyü ona məxsusdur və nişan üzüyü olmuşdur. Qalan qızıllar isə həyat yoldaşım Ayten Musayevaya məxsusdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu tərəfindən onun evinə girilmədiyini bildirmişdir. Belə ki, hadisə yerinə baxış keçirilməsi üçün polis əməkdaşları və Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu evinə gəldikləri zaman Təqsirləndirilən şəxs qızılziynət əşyalarının hansı otaqda və hansı şkafda olduğunu bilməmiş, polis əməkdaşlarının onu yönləndirməsi ilə qızıl ziynət əşyalarının yerini bildirmişdir. Oğurlanan qızıl-ziynət əşyalarının nədən ibarət olduğunu isə bilməmişdir. Ona görə, qeyd olunan hadisənin yenidən araşdırılması üçün polis şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Hacıbala qızı eyniməzmunlu ifadə verərək Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş “X10 ifadəsində göstərmişdir ki, 2019-cu ildən "xxxx" MMC-nin şimal regionu üzrə təhlükəsizlik xidmət rəisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə şirkətdə onunla birlikdə mühafizə xidmətində müavin işləyən Adəm zəng edərək Vəlvələ kəndi ərazisində olan şaftalı bağı sahəsində ərazidə olan suvarma sisteminə aid olan 4 ədəd su gidroforunun oğurlandığı demişdir. Növbəti gün o da oğurluq olan sahəyə gəlmiş və baxış keçirmişdir, 4 ədəd su gidroforunun oğurlandığını görmüşdür. İşçilərlə birlikdə ətraf ərazilərə baxış keçirmişlır, lakin gidroforları tapa bilməmişlər. O da bu barədə şirkətin direktoruna məlumat vermişdir. Şirkət rəhbərliyi də baş vermiş hadisə barəsində Quba RPŞ-nə məlumat verməyini bildirmiş, o da bu barədə rəsmi məktub göndərmişdir. İfadəsinin sonunda, təqsirləndirilən şəxs tərəfindən “Agrarco MMC”-yə vurulmuş ziyanın ödənilmədiyini, onun barəsində qanunla müəyyən edilmiş cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Quba rayonu Talabıqşlaq kəndində Vəlvələ çayının kənarında özü tərəfindən təsis edilmiş "xxxx" MMC-yə məxsus qum-çınqıl karxanası fəaliyyət göstərir. Həmin müəssisə özünə məxsusdur. Uzun müddətdir ki, həmin karxana fəaliyyət göstərir, lakin 2021-ci ilin əvvəllərində təxminən 2-3 ay fəaliyyət göstərməmişdir. xx.xx.2021-ci il tarixdə şatış müdürü Aydın Məmmədov ona zəng edərək karxana ərazisindən 100 metr uzunluğunda mis materialından olan kabelin oğurlanması barədə məlumat vermişdir. Həmin vaxt ölkə ərazisində olmadığından Aydına bildirmişdir ki, baş vermiş hadisə barəsində polisə məlumat versin. Baş vermiş hadisə nəticəsində ona 5000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və qeyd olunan ziyanın ona ödənilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarıında iştirak edə bilmədiyini ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və qeyd olunan ziyanın ona ödənilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini ibtidai, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki o, xx.xx.2021-ci il tarixdə Quba rayonu Alekseyevka kəndində atası Aslanşaha məxsus evə həyat yoldaşı Sərxanla və azyaşlı övladıyla birlikdə qonaq gəlmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11 radələrində ailə üzvlərilə birlikdə istirahət etmək üçün Quba rayonu Alekseyevka kəndindən çıxıb Xaçmaz rayonu Nabran qəsəbəsinə getmişdirlər. Evdən çıxıb gedən zaman özünə məxsus olan bir cüt qızıl sırğanı yataq otağında olan termonun önünə qoymuşdur. Təxminən saat 20 radələrində evə qayıtmışlar. Evə qayıtdıqdan sonra qızılının oğurlanmasına dair heç bir şeyə fikir verməmişdir. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında ailə üzvlərilə birlikdə Abşeron rayonuna getmək üçün hazırlaşan zaman əşyalarını toplayarkən qızıl sırğalarının yerində olmadığını aşkar etmişdir. Ailə üzvlərindən də bu barədə soruşduqda heç bir məlumat əldə edə bilmədiyi üçün həmin qızıl sırğalarının oğurlandığını bilmiş və bu barədə Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis şöbəsindən yaşadığı evə gələrək baxış keçirmişlər və protokol tərtib edilmişdir. Oğurlanmış bir cüt qızıl sırğa 4,7 qramlıq 585 əyarlı qızıl sırğa olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki o, Quba şəhəri H.Əliyev prospektində yerləşən Avromed aptekdə əczaçı işləyir. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində evdən çıxıb işə getmiş və saat 19 radələrində evə qayıtmışdır. Həyat yoldaşı Pərviz Kərimov onu bacısı Gültəkin Bayramova ilə birlikdə yaşadığı evə gətirdikdən sonra çıxıb getmişdir. O da bacısı ilə birlikdə evə daxil olmuşdur. Üzərində olan qızıl-zinət əşyalarını çıxarıb qonaq otağında qablar üçün nəzərdə tutulmuş dolaba qoymaq istəyən zaman orada qabın içərisində saxladığı 1 ədəd qızıl qolbağın və 1 ədəd qızıl boyunbağının olmadığını görmüş, dərhal yataq otağına baxmış və yataq otağında olan paltarların qarışdırıldığını və paltar şakfında olan 20 manat pulun da oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə ərinə məlumat vermiş, həmçinin baş vermiş hadisə barəsində polisə məlumat vermişlər. Polis əməkdaşları yaşadıqları evə gəlib baxış keçirmişlər və sənədləşmə aparmışdırlar. Yaşadığı evdən ona məxsus 1 ədəd 585 əyarlı 2.86 qram çəkisi olan qızıl boyunbağı və 1 ədəd 585 əyarlı 2,18 qram çəkisi olan qızıl qolbaq, həmçinin 20 manat pul oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki o, xx.xx.2021-ci il tarixdə Quba rayonu Timiryazev qəsəbəsində anasıa məxsus evə azyaşlı övladı ilə birlikdə qonaq gəlmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11-12 radələrində azyaşlı övladı və anasıilə birlikdə Quba şəhərinə bazarlıq etmək üçün gəlmişdir. Evdən çıxıb gedən zaman özünə məxsus olan bir cüt üzərində 3 ədəd ağ qaşı olan qızıl sırğanı, 1ədəd nazik klonlu sepini, 1 ədəd üzərində 2 ədəd ağ və qara rəngli halqası olan üzük, 1 ədəd üzərində ağ və qara rəngli qaşları olan qolbaq, 1 ədəd gümüşü rəngli Rolex markalı adi saat, 1 ədəd Sandoz markalı kişi qol saatı və 33 manat da pulu özünə məxsus olan iri paltar çantasına qoymuşdur. Təxminən saat 19 radələrində evə qayıtmışlar. Evə gələn zaman qonaq otağına açılan pəncərənin yarım açıq vəziyyətdə olduğunu görmüşlər. Dərhal qızıl əşyalarını saxladığı otağa daxil olmuş və paltar çantasına baxmış, çantada olan özünə məxsus bir cüt 585 əyarlı üzərində 3 ədəd ağ qaşı olan 5 qramlıq qızıl sırğa, 1ədəd 585 əyarlı 7 qramlıq nazik klonlu boyunbağı, 1 ədəd üzərində 585 əyarlı 2 ədəd ağ və qara rəngli halqası olan 3 qramlıq qızıl üzük, 1 ədəd 585 əyarlı üzərində ağ və qara rəngli qaşları olan 5 qramlıq qızıl qolbağın, 1 ədəd gümüşü rəngli Rolex markalı adi saat, 1 ədəd Sandoz markalı adi kişi qol saatı və 33 manat da pulunun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Daha sonra baş vermiş hadisə barəsində 102 xidmətinə zəng edərək məlumat vermişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamnı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki o, bir neçə müddətdir ki, ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Quba rayonu Zərdabi qəsəbəsində yaşadığı evə gələn zaman, yataq otağına daxil olanda giriş qapısının yanında olan sandığın üzərində olan çantaların yerdə olduğunu və sandığın açıq olduğunu görmüşdür. Evdən oğurluq edildiyini düşünüb sandığın içərisinə baxmış və sandıqda olan 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğanın 1 ədədinin oğurlandığını görmüşdür. İlkin olaraq sandığın ətrafına və yataq otağına nəzər salmış və başqa əşyaların oğurlanmasını dəqiqləşdirmək istəmiş, lakin evindən yalnız 1 ədəd qızıl sırğa və 1 ədəd qızıl üzüyün oğurlandığını dəqiqləşdirmişdir. Qeyd etmişdir ki, oğurlanmış əşyaları özü almış və həmin əşyaların ümumilikdə dəyəri 128 manatdır. Belə ki, 1 ədəd qızıl üzüyü təxminən bir ay əvvəl 70 manata, sırğanı isə 58 manata almışdır. Baş vermiş oğurluq nəticəsində ona 128 manat ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müracit edərək, üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda şahid qismində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki o, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunu tanıyır və münasibətləri normal olmuşdur. X13 markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2021-ci ilin iyun ayının sonları iyul ayının əvvəllərində Namiqlə tanış olmuş və Namiqi taksi kimi Bakı şəhəri ərazisində bir neçə ünvana aparmışdır. Belə ki, təxminən həmin vaxtlarda Bakı şəhəri Əhmədli qəsəbəsində olan zaman Namiq onun idarə etdiyim taksiyə əyləşib Tbilisi prospektinə aparmağını xahiş etmişdi. Həmin yolda o, arxadan başqa avtomobilə toxunmuşdur. Hadisə zamanı siğorta şirkətinə zəng edib çağırmaq istəmiş, bu zaman Namiq buna imkan verməmiş və onun vurduğu avtomobilin sürücüsü ilə danışıb ona öz cibindən 50 manat pul vermiş və ona da avtomobili ustaya aparmağını, avtomobilini düzəltməyi təklif etmişdir. O da avtomobili ustaya sürmüş və Namiq 100 manat pul verib avtomobilini təmir etdirmişdir. Avtomobili iki günə təmir olunmuşdur. Namiq iki gün sonra zəng edib, onu Xaçmaz rayonuna aparmağını xahiş etmişdir. O da Namiqlə görüşüb onu Bakı şəhərindən Xaçmaz şəhərinə gətirmişdir. Yolda Namiq avtomobilinə 30 litr benzində tökdürmüşdür. Xaçmaz rayonunda tanımadığı evin yanında Namiq düşüb həyətə daxil olub çıxmış və demişdir ki, atasının işi var və Bakı şəhərinə qayıtmışlar. Bundan sonra o, Namiqi Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən beşmərtəbəli binanın yanında düşürdükdən sonra evinə qayıtmışdır. Təxmin iki gün sonra Namiq ona zəng edərək ailəsiylə birlikdə onu Xaçmaz rayonuna aparmağını xahiş etmişdir. O da Namiqin yaşadığı evin qarşısına gəlmiş və Namiq, ailə üzvləri ilə birlikdə avtomobilə əyləşmiş, Xaçmaz rayonuna yola düşmüşlər. Yolda gedərkən Namiq Bakı şəhərində qaldığı evdən çıxdığını, ev sahibin ona 100 manat borclu olduğunu, qayıdanda pulu alacağını demişdir. Xaçmaz rayonu Qaraqurtlu kəndinə Namiqin evinə gəlmişlər, təxminən səhər saatlarında ora çatmışlar, Namiqin ailə üzvləri endikdən sonra ona Quba rayonuna gilas almaq üçün getməli olduğunu deyib, Quba rayonuna avtomobili sürməyini xahiş etmişdir. O da etiraz etməmişdir. Quba rayonu ərazisində adını xatırlamadığı bir yerdə avtomobili saxlamış və Namiq avtomobildən enib gilas alıb gələcəyini və onun gözləməyini bildirmişdir. O da yolun kənarında avtomobili saxlayıb gözləməyə başlamışdır. Bir qədər vaxt keçdikdən sonra Namiq qayıdıb gəlmiş və gilas almaq üçün getdiyi ev sahibinin evdə olmadığını deyib Xaçmaz rayonuna qayıtmalı olduqlarını bildirmiş, Namiqlə birlikdə Xaçmaz rayonuna evinə qayıtdıqdan sonra Namiqlə birlikdə tanımadığı bir xanım evinin yanına gəlmişlər və Namiq həmin xanıma ailəsinə məxsus olan qızılları övladları xəstə olduğuna görə satıb qayıdacağını deyib, gözləməyimi xahiş etmişdir. Namiq xanımla görüşüb qızılları verdikdən sonra yenidən evinə qayıtmışlar. Hava qaranlıq olduğundan Namiqin evində qalmış, növbəti gün səhər yuxudan durub küçəyə çıxan zaman avtomobilin yerində olmadığını görmüş və Namiqin arvadından bu barədə soruşmuş, Namiqin yoldaşıda ona avtomobili harada olmasını bilmədiyini demişdir. O da xanıma Namiqə zəng edib bu barədə deməsini əks halda bu barədə polisə şikayət edəcəyini demişdir. O da Namiqə zəng edərək danışmışdır. Namiq bir neçə saat sonra evə qayıtmış və ondan üzrxahlıq edərək anasının yanına getdiyini demişdir. O, avtomobilinin açarlarını Namiqdən almış və avtomobilinə əyləşib Bakı şəhərinə qayıtmışdır. Təxminən bir neçə gün sonra Namiq zəng edərək Bakı şəhərində Şamaxinka adlanan ərazidə olduğunu, üzrxahlıq edərək onu Hövsan qəsəbəsinə aparmağını xahiş etdmiş, o da Namiqin yanına gəlmiş və onu Hövsana aparmışdır. Tanımadığı bir ünvanın yaxınlığında avtomobili saxlamış və Namiq avtomobildən enib getmiş, o da Namiqi gözləməyib geri qayıtmış, iki saatdan sonra Namiq ona zəng edərək Hövsandan götürüb Əhmədlidəki evinə aparmağını xahiş etmişdir. O, Namiqin yanına gəlmiş və Əhmədlidəki evinə gətirmiş, ardıncada Xaçmaz rayonuna gətirmişdir. Xaçmaz rayonuna gəldikdən Namiqin evində qalmış, növbəti gün evinə qayıtmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il 9/4969 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2 adda qızıl-zinət əşyalarının 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümmumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 428,40 manat müəyyən edilir. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il 9/4968 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 cüt 4,7 qramlıq, 585 əyarlı qızıl sırğanın 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 399,50 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə ekspertizasının keçirilməsinə dair Ədliyyə Nairliyi MEM-nin xx.xx.2021-ci il tarixli, 6/1930-9/3033 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş qara rəngli, rezinəoxşar, qeyri-metal izolyasiya təbəqəsindən, hər birinin üzəri müxtəlif rəngli izolyasiya təbəqələri ilə örtülmüş 4 ədəd damardan və çoxsaylı qırmızımzıl-sarı rəngli simlərdən ibarət, təxminən 32,5 sm uzunluqlu, ümumi diametri təxminən 42,0 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan 1 ədəd label nümunəsi mis ıəsaslı ərintidən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqsim edilmiş qara rəngli, qeyri-metal izolyasiya təbəqəsindən, hər birinin üzəri müxtəlif rəngli izolyasiya təbəqələri ilə örtülmüş 4 ədəd damardan və çoxsaylı qırmızımzıl-sarı rəngli simlərdən ibarət, təxminən 32,5 sm uzunluqlu, ümumi diametri təxminən 42,0 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan mis əsaslı ərintidən hazırlanmış kabelin istifadədə olması nəzərə alınmaqla 2021-ci il tarixə 1 metrinin orta bazar qiyməti təxminən 50,0 manat, 100 metri 5000 manat (100metr*50) manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyi MEM-in xx.xx.2021-ci il 9/4970 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdimedilmiş malların istifadədə olması nəzərə alınaraq 2021-ci ilin iyun ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 90,00 manat, təqdim edilməyən qızıl-zinət əşyalarının 2021-ci ilin iyun ayına olan irta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1700,00 manat müəyyən edilir. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 Hacıbala qızı və Zərərçəkmiş şəxs9 məhkəmə istintaqı zamanı ifadələrində Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun onların evlərindən oğurluq etmədiyi ilə bağlı ziddiyyətlərin mövcud olduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin evlərindən oğurlanan qızıl-ziynət əşyalarının nədən ibarət olduğunu bilməməsini, hadisə yerinə keçirilmiş baxış zamanı təqsirləndirilən şəxsin oğurluq hadisəsini evin hansı otağından etdiyini, qızıl-ziynət əşyalarını hansı dolabında götürdüyünü sərbəst qaydada deyə bilmədiyindən, polis əməkdaşlarının yönləndirməsi ilə demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu 2020-ci il noyabrın 26-da Şabran rayonu Sincanboyad kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evdən və 2021-ci il 06 iyun tarixdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus evdən oğurluq etmədiyini, ümumiyyətlə həmin tarixlərdə Şabran rayonunda olmadığını bildirmiş və həmin epizodların ittihamdan xaric edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı hadisə yerinə keçirilmiş baxışın görüntülərini özündə əks etdirən CD diskə baxış keçirilən zaman təqsirləndirilən şəxsin oğurluq hadisəsini evin hansı otağından etdiyini, qızıl-ziynət əşyalarını hansı dolabında götürdüyünü sərbəst qaydada deyə bilmədiyindən, polis əməkdaşlarının yönləndilməsi ilə deməsi öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun müdafiəçisi Müdafiəçi vəsatəti əsasında Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun istifadəsində olan “055- 266-51-96”, “***-***-**-**”, “***-***-**-**”, “***-***-**-**”, “***-***-**-**”, “077- 596-58-09” saylı və X4 adına olan, lakin Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun istifadəsində olan “***- ***-**-**”, “***-***-**-**”, “077-329-15- 55”, “***-***-**-**” saylı mobil nömrələrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi daxil olan və çıxan zənglər və SMS-lər, siyahıda göstərilən abonentlərin anket məlumatları, edilən zənglər zamanı zəng edən və zəng olunan nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması, həmin gün qeyd edilən mobil telefonun (nömrənin hərəkət istiqaməti, nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması və hansı ərazi dairəsində olması) göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən məlumatlar "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələrin qərarda göstərilən müddətlərdə istifadəsi qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azerfon şəbəkəsində istifadə edilməmişdir. ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azerfon şəbəkəsində istifadə edilməmişdir. “Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair” qərara əsasən "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli məktubla dacil olmuş telefon danışıqlarını özündə əks etdirən 1 ədəd CD daşıcıya məhkəmə istintaqı zamanı baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun istifadəsində olmuş 070.202-31-91 saylı mobil nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhərində qeydə alınmışdır. Ona görə də, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddəsilə düzgün tövsif olunsa da, əlavə olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun 2020-ci il noyabrın 26-da Şabran rayonu Sincanboyad kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evdən və 2021-ci il 06 iyun tarixdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus evdən oğurluq etməsi öz təsdiqini tapmadığından, həmin epizodlar ittihamdan xaric edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham isə ona verilmiş ümumi ittihamdan xaric edilməli və həmin epizodlar üzrə araşdırmanın təkrar aparılması üçün Şabran Rayon Polis Şöbəsinə göndərilməlidir. Təqsirləndirilən şəxsə istinad olunan əməlin törədilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində oğurluğun, yəni özgənin əmlakını gizli olaraq talamanın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və təkrar törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 124.1, 124.1.1 və 124.1.2-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar:cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırılmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1, 124.2.2, 124.2.3, 124.2.4 və 124.2.5-ci maddələrinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi;maddi sübutlar;istintaq və məhkəmə hərəkətlərinin protokolları;digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların məyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası CPM-nn 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun əməlinin əlavə olaraq CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilməsi qanunun mənası və tələblərinə ziddir. Bu xüsusda Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələrindən əlavə CM-nin 177.2.4-cü maddəsi ilə ittiham verilməsi heç bir faktoloji və hüquqi əsasa malik deyildir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə ümumilikdə belə nəticəcəyə gəlir ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun 2020-ci il noyabrın 26-da Şabran rayonu Sincanboyad kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evdən və 2021-ci il 06 iyun tarixdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus evdən oğurluq etməsi öz təsdiqini tapmadığından, həmin epizodlar ittihamdan xaric edilməklə Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X5 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 228.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən 3 il 09 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 515 saylı arayış və xasiyyətnamədən görünür ki, Xaçmaz rayonu Qaraqurdlu kəndində yaşayan Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun 1989-cu il təvəllüdlü arvadı X6, 2012-ci il təvəllüdlü oğlu Həzrətəli Əliyev, 2015-ci il təvəllüdlü qızı Zəhra Əliyeva, 2016-cı il təvəllüdlü Zeynəb Əliyeva, 2019-cu il təvəllüdlü qızı Banu Əliyeva və 2020-ci il təvəllüdlü oğlu Hüseyn Əliyevdən ibarət ailə tərkibi vardır, və Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələblərinə əsasən himayəsində beş azyaşlı uşağın olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törətdiyi CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində beş azyaşlı uşağın olması kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, azadlığın məhdudlaşdırılması cəzası ilə ona münasibətdə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmaması qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna təqsirli bilindiyi CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun cəzadan azad edilməsi, barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsaslar yoxdur. Ona görə də o, təyin ediləcək cəzanı çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu hazırki iş üzrə cinayət əməlini Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna cinayətlərin məcmuyu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlı təyin olunmuş cəza ilə toplanılmaqla qəti cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Qulamhüseyn oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 16 saat üçün 96 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan 2 ədəd qol saatı zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 09 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Qulamhüseyn oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilsin. Cinayət işi materialları zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 Hacıbala qızı və Zərərçəkmiş şəxs9 hissəsində təkrar araşdırılmanın aparılması üçün Şabran rayon Polis Şöbəsinə göndərilsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Qulamhüseyn oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 16 (on altı) iş saatına görə 96 (doxsan altı ) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 2 ədəd qol saatının zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-72/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-72/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver