Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-73/2021 08.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə xx.xx.1972-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirərək orada siqaret qutusunun kağızlarına bükməklə evin 1-ci mərtəbəsində yerləşən qonaq otağındakı divanın içərisində yerləşən saxlanc yerinə qoyaraq saxlamış, 10 fevral 2021 -ci il saat 14 radələrində qeyd olunan ünvanda həmin narkotik vasitə olan heroinin 0,063 qramını 10 manat müqabilində tanışı X1, həmin gün saat 17 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq yaşadığı Quba şəhəri Natəvan küçəsi ev 14 ünvanında yerləşən evə baxış keçirilən zaman satış məqsədilə əldə edib bükümlərə bükməklə kibrit qutusunun içərisində saxladığı 10 büküm, ümumi təmiz çəkisi 0,480 qram olmaqla qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və satış məqsədilə əldə edib bükümlərə bükməklə kibrit qutusunun içərisində saxladığı 3 büküm, ümumi təmiz çəkisi 0,128 qram olmaqla ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin həmin evin 1-ci mərtəbəsində yerləşən qonaq otağındakı divanın içərisində yerləşən saxlanc yerindən aşkar olunaraq götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki o, əvvəllər narkotik vasitələrin saxlanması və satışı ilə məşğul olduğuna görə məhkum olunmuşdur. Təxminən 10 ildir ki, narkotik vasitələrdən istifadə edir, yəni aludəçisidir. Təxminən 1 il bundan qabaq Bakı şəhəri Kubinka adlanan ərazidə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən metamfetamin və heroin almışdır. Həmin narkotik vasitələrə görə 80 manat pul ödəmişdir. Sonra həmin narkotik vasitələri şəxsi istifadəsi üçün siqaret kağızlarına doldurmuşdur. Sonra həmin bükülüləri siqaret qutusunun içərisinə qoyaraq həmin qutuları da yaşadığı evin 1 -ci mərtəbəsindəki qonaq otağındakı divanın saxlanc yerində gizlətmişdir. Mütəmadi olaraq həmin narkotik vasitələrdən istifadə etmişdir. 10 fevral 2021-ci il tarixdə saat 14 radələrində əvvəldən tanıdığı X10 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə öz istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsindən zəng edərək ağrılarının olduğunu deyib 1 büküm heroin istəmişdir. O, əvvəlcə etiraz etsə də sonra onunla razılaşmış və onu yaşadığı evə dəvət etmişdir. Bir neçə dəqiqə sonra yenidən ona zəng edərək yaşadığı evin qarşısında olduğunu demişdir. O, divanın saxlanc yerində gizlətdiyi kibrit qutusunun 1-nin içərisini açaraq içərisində heroin olan qara rəngli siqaret kağızına bükülmüş bükümü götürüb evdən çıxmışdı. Yaşadığı evin həyətində olan Rövşən Şahvələdovdan 10 manat alaraq həmin bükümü ona satmışdır. Daha sonra yaşadığı evə qayıtmışdır. Həmin gün saat 17 radələrində yaşadığı evin həyətində gəzişərkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin istifdadəsində və satışında şübhəli olduğunu demişlər. Sonra onun hüquqlannın müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil gəldikdən sonra hüquq və vəzifələri ona izah olunmuşdur. Polis əməkdaşları ondan üzərində olan əşyaları təqdim etməsini istəyənda cibində olan 1 ədəd eynək, 1 qutu “Kent” markalı siqaret, 1 ədəd alışqan, 1ədad “Sansung” markalı mobil telefon, 1 ədəd tibbi maska və 301 manat pulu cibindən çıxarıb avtomobilin mühərrikxanasının üzərinə qoymuşdur. Sonra polis əməkdaşları yaşadığı evə baxış keçirmək istəyəndə onları yaşadığı evə dəvət edərək onların təklifinə etiraz etməmişdir. Polis əməkdaşları yaşadığı evdə axtarış apararaq evin 1-ci mərtəbəsində yerləşən qonaq otağındakı divanın saxlanc yerində gizlətdiyi 2 ədəd kibrit qutusunu tapmışlar. Həmin qutuları açaraq içərisindən qara və qırmızı rəngli siqaret kağızlarına bükdüyü bükümləri çıxarmışlar. 3 ədəd bükümün içərisində metamfetamin və 10 ədəd bükümün içərisində heroin olduğunu, narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Həmin narkotik vasitələrini Bakı şəhərində tanımadığı şəxsdə aldığını demişdir. Həmçinin həmin gün saat 14 radələrində 10 manat məbləğində Rövşən Şahvələdova narkotik satdığını etiraf etmişdir. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. O, zərfin üzərindəki soyadının qarşısından imza etmişdir. Polis əməkdaşları bütün evdə baxış apardıqdan sonra araşdırmanın davam etdirilməsi üçün onu Quba RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, o, Rövşən Şahvələdova 1 dəfə 10 fevral 2021-ci il tarixdə 10 manat müqabilində 1 büküm heroin satmışdır. Rövşən Şahvələdovdan başqa heç kimə narkotik vasitə satmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 bildirdi ki, Qusar rayon sakini X5 narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə əlaqədar polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Rövşən Şahvələdov 10 fevral 2021-ci il tarixdə təxminən saat 15 radələrində Quba şəhəri Natəvan küçəsində saxlanılmışdır. X19 əməliyyat qrupunun üzvlərini ona təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. Rövşən Şahvələdova hüquqları və vəzifələri izah edildikdən sonra, onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi Rövşən Şahvələdova təqdim edilmiş və videoçəkilişlə X7 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmağa balanmazdan əvvəl ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Bu zaman Rövşən Şahvələdov cibində olan 1 qutu “Prima” siqaretini, 2 ədəd bonus kartını, müxtəlif ödəniş qəbzlərini, 3 ədəd kibrit qutusunu, 1 ədəd maqniti, 1 ədəd “Nokia” markalı mobil telefonu, 2 manat pulu və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki “Argo” siqaret qutusunun şəffaf sellofanının arasına qoyduğu, qara rəngli siqaret kağızına bükülmüş, içərisində heroinə bənzər bükümü çıxarıb avtomobilin yük yerinin üzərinə qoymuşdur. Şifahi sorğu-sual zamanı, Rövşən Şahvələdov həmin heroini bir az əvvəl Təqsirləndirilən şəxs 10 manata aldığını etiraf etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Əməliyyat tədbiri Rövşən Şahvələdovun narkotik vasitə aldığını bildirdiyi Təqsirləndirilən şəxs adlı şəxsin Quba şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Quba şəhəri Natəvan küçəsindəki evinin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili Mirzə Əzizov ona təqdim edilmiş və fasiləsiz videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibində olan 1 ədəd eynək, 1 qutu “Kent” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd “Samsung” markalı mobil telefonu, 1 ədəd tibbi maskanı və 301 manat pulu cibindən çıxarıb avtomobilin mühərrikxanasının üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz saxlanılan əşya və ya vasitə aşkar edilməmişdir. Sonra Cavidin razılığı əsasında onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin birinci mərtəbəsində yerləşən qonaq otağındakı divanın saxlanc yerindən 2 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin qutular açıldıqda içərisindən 13 ədəd qara və qırmızı rəngli siqaret kağızlarına bükülmüş bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 3 ədəd bükümün içərisindəki maddənin metamfetamin və 10 ədəd bükümün içərisindəki maddənin isə heroin olduğunu, həmin maddələrin özünə məxsus olduğunu və həmin narkotik vasitələrini Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14 radələrində tanışı Rövşən Şahvələdova 10 manata bir bükümünü narkotik vasitə satdığını etiraf etmişdir. Daha sonra müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X2 Ramin Şəmsəddin oğlunun göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 11 fevral 2021-ci il tarixli, 6/620 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üç ədəd zərfin içərisində olan: -üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №67” dairəvi möhür əksi olan “X5 əzərindən....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə 0,063 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №67” dairəvi möhür əksi olan “X11 yaşadığı evdən götürülmüş....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,050 qram olman ağ rəngli kristallik formada maddə maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. -üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №67” dairəvi möhür əksi olan “X11 yaşadığı evdən götürülmüş....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan on ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,179 qram, 0,034 qram, 0,021 qram, 0,026 qram, 0,031 qram, 0,045 qram, 0,042 qram, 0,031 qram, 0,032 qram, 0,039 qram ümumi təmiz çəkisi 0,480 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış arkotik vasitə heroindir. Digər iki ədəd ayrı-ayrılıqda təmiz çəkisi 0,037 qram, 0,041 qram ümumi təmiz çəkisi 0,078 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin, siyahısına (siyahı İ) daxildir. X11 yaşadığı evdən götürülmüş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. X11 yaşadığı evdən götürülmüş metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. X5 üzərindən aşkar edilmiş heroin ilə X11 yaşadığı evdən götürülmüş heronilər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Qeyd: Heroinin ümumi təmiz çəkisi- 0,543 qram, tədqiqata sərf edildi-0,11 qram, qalıq- 0,433 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi- 0,128 qram, tədqiqata sərf edildi-0,03 qram, qalıq- 0,098 qramdır. İş materiallarında olan Ambulator Məcburi- X21 Komissiyasının 18.03.2021-ci il tarixli 852 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 26.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17.01.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Quba şəhəri Natəvan küçəsi 14 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: H/yoldaşı-X13, qızı-X14, oğlu-X15. İşdə olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri Natəvan küçəsi 14 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki uşağının, ondan birinin yetkinlik yaşına çatmayan olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 12.02 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10.02.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 65,0 (altmış beş ) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,433 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,098 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən təqsirləndirilən şəxs X12 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,433 qram olan narkotik vasitə olan heroin və 0,098 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-73/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-73/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver