Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-73/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Quba rayonu, Amsar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, orta təhsilli, məhkumluğu olmayan, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddələri ilə, xx.xx.1998-ci il tarixdə Quba rayonu, Amsar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Bakı Hərbi Məhkəməsinin 27.01.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldıldıqdan sonra cəzasının qalan hissəsini 18.03.2022-ci il tarixdə çəkib bitirmiş, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10.01.2022-ci il tarixdə saat 19:30 radələrində Quba rayonu, İspik yolu adlanan ərazidə yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şimal” RETSİ-nin Zərərçəkmiş şəxsnə məxsus, quraşdırılmaqda olan yüksək gərginlikli elektrik xətlərinin dirəklərindən iki ədəd 2,04 metr ölçülü, üç ədəd 1,42 metr ölçülü 125,10 (yüz iyirmi beş manat 10 qəpik) manat dəyərində dəmir künclükləri söküb gizli olaraq talamaq istəyərkən oraya yaxınlaşmış polis əməkdaşları tərəfindən yaxalanmış, bununla da bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdr. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talama məqsədi ilə Quba rayonu, İspik yolu adlanan ərazidə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şimal” RETSİ-nin Zərərçəkmiş şəxs tərəfindən quraşdırılmaqda olan yüksək gərginlikli elektrik xətlərinin dirəklərinin açıq sahələrdə nəzarətsiz qaldığını görüb həmin dirəklərə bərkidilmiş dəmir künclükləri gizli olaraq talamaq qərarına gəlib bu niyyətini həyata keçirmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq 10 yanvar 2022-ci il tarixdə saat 19:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, İspik yolu adlanan əraziyə gedərək yol kənarında yerdə olan Zərərçəkmiş şəxsnə məxsus elektrik dirəyindən iki ədəd 2,04 metr ölçülü, üç ədəd 1,42 metr ölçülü, 125,10 (yüz iyirmi beş manat 10 qəpik) manat dəyərində dəmir künclükləri söküb gizli olaraq talamaq istəyərkən polis əməkaşlarının həmin əraziyə gəldiklərini görüb hadisə yerindən qaçıb uzaqlaşmış, bununla da bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, hər ikisinin törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, tikinti ustası kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Sonuncu ilə aralarında normal münasibətlər vardır. 10.01.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən Nahid adlı tanışı ona zəng edərək yaşadığı məhəllədən götürməsini, sonra birlikdə İspik yolu ərazisinə gedib yerə uzadılmış vəziyyətdə elektrik dirəklərinə bağlanmış metal konstruksiyaları söküb oğurlamalarını bildirmişdir. O, Nahidlə razılaşıb yaşadığı evdən çıxıb özünə məxsus VAZ 21120 markalı, B507KX763 dövlət qeydiyyat nişanlı avtomobillə Nahidin yaşadığı evin yaxınlığına getmiş və Nahidi evinin yaxınlığından götürmüşdür. Həmin vaxtı Nahid çiynində asdığı qara rəngli çantanı göstərmiş həmin çantada oğurluq etmək üçün bir neçə alətlər olduğunu bildirmişdir. O, Nahidlə birlikdə avtomobillə İspik yoluna gəlmişlər. Orada yerə uzadılmış vəziyyətdə olan elektrik dirəklərinin üzərindən 5 ədəd müxtəlif ölçülü metal konstruksiyaları söküb yerə qoymuşlar. Sonra həmin metal konstruksiyaları onun avtomobilinə yükləmək istəyərkən iki nəfər polis əməkaşının onlara tərəf yaxınlaşdığını görmüşlər. Nahid polis əməkdaşlarını görən kimi kənarda gizlənmişdir. Polis əməkdaşlarının sorğusu əsnasında o, Nahidlə birlikdə metal konstruksiyaları açıb oğurlamaq istədiklərini bildirmişdir. Həmid vaxt Nahid polis əməkdaşlarının onu sorğu suala tutmasından istifadə edərək həmin yedən qaçıb uzaqlaşmışdır. Bundan sonra onu Quba RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman o, Nahidin onun avtomobilində saxladığı içərisində alətlər olan çantanı polis əməkdaşlarına təqdim etmişdir. Oğurluq etməklə onlara kimsə köməklik etməmiş və oğurluq zamanı onları kimsə görməmişdir. Onun maddi vəziyyəti çətin olduğu üçün pul əldə etmək məqsədilə Nahidlə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirdi ki, o, fəhlə işləyir. Pula ehtiyacı yaranmış və pul qazanmaq məqsədilə 10.01.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la oğurluq etmək üçün razılamış və həmin gün sonuncu ilə birlikdə Quba rayonunun İspik yoluna gedib metal konstruksiyaları sökmüşlər. Sökdükdəki metal konstruksiyalar künclük adlanan tikinti materialı olmuşdur. Özü usta olduğu üçün metal konstruksiyalar sökülməsi üçün maşınında bir neçə alət olmuşdur. Onların niyyəti həmin metal konstruksiyaları aparıb satmaq olmuş, lakin polis əməkdaşları gəldiyi üçün apara bilməmişlər. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirdi və zərərçəkmiş hüquqi şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, heç yerdə işləmədiyi üçün maddi vəziyyəti çətinləşmişdir. Quba rayonunun İspik kəndinə gedən yolun ərazisində yerə uzadılmış vəziyyətdə elektrik dirəklərinə bağlanmış metal konstruksiyaları görmüş və həmin metal konstruksiyaları oğurlamaq qərarına gəlmişdir. 10.01.2022-ci il tarixdə saat 19 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 zəng edərək gəlib onu yaşadığı məhəllədən götürməsini, sonra birlikdə İspik yolu ərazisinə gedərək yerə uzadılmış vəziyyətdə elektrik dirəklərinə bağlanmış metal konstruksiyaları söküb oğurlamasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 razılaşmışdır. O, evdən özünə məxsus içərisində oğurluq etmək üçün istifadə edəcəyi alətlər olan qara çantasını götürmüşdür. Sonra yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 gözləmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 özünə məxsus avtomobillə yaşadığı evin yaxınlığına gəlib onu götürmüşdür. Bu vaxt o Samirə özü ilə birlikdə oğurluq etmək üçün alətlər götürdüyünü bildirmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs1 məxsus avtomobillə İspik kəndinə gedən yola getmişlər. İspik kəndinə gedə yola çatdıqda avtomobildən düşüb yerə uzadılmış vəziyyətdə olan elektrik dirəklərinin üzərindən 5 ədəd müxtəlif ölçülü metal konstruksiyaları söküb yerə qoymuşlar. Sonra həmin metal konstruksiyaları Təqsirləndirilən şəxs1 avtomobilinə yükləmək istəyən zaman iki nəfər polis əməkaşının onlara tərəf yaxınlaşdığını görmüşlər. O, polis əməkdaşlarını görən kimi gizlənmişdir. Polis əməkdaşlarının sorğusu əsnasında Təqsirləndirilən şəxs1 onunla birlikdə metal konstruksiyaları açıb oğurlamaq istədiklərini bildirmişdir. Həmin vaxtı o, polis əməkdaşlarının Təqsirləndirilən şəxs1 sorğu suala tutmasından istifadə edib qaçaraq oradan uzaqlaşmışdır. Bir neçə gündən sonra o, yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək onu Quba RPŞ-nə dəvət etmişlər. Oğurluq edən zaman onlara başqa kimsə köməklik etməmiş və onları həmin vaxt kimsə görməmişdir. Maddi vəziyyəti çətin olduğu üçün pul əldə etmək istəmiş, bu səbəbdən Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmək qərarına gəlmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirdi və zərərçəkmiş hüquqi şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 2014-cü ilin sentyabr ayından Zərərçəkmiş şəxs paylayıcı şəbəkə sahəsinin mühəndisi vəzifəsində işləyir. X13 Şəbəkəsinə məxsus Quba İspik yolunun kənarında yerdə quraşdırlması üçün nəzərdə tutulmuş, lakin hələ quraşdırılmamış xeyli elektrik dirəkləri vardır. Həmin dirəklərə müxtəlif ölçülü metal konstruksiyalar quraşdırılmışdır. Həmin dirəklərin yaxın zamanda quraşdırılması nəzərdə tutulmuşdur. 13.01.2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxsndən ona Quba rayonu, İspik yolunun kənarında elektrik dirəklərindən müxtəlif ölçülü metal konstruksiyalar oğurlandığı barədə məlumat verilmişdir. O, həmin əraziyə gedib elektrik dirəklərinə baxış keçirmiş, bu zaman Quba rayonu, İspik yolunun kənarında yerdə quraşdırlması üçün nəzərdə tutulmuş, lakin hələ quraşdırılmamış elektrik dirəklərindən 05 ədəd metal konstruksiyanın Quba rayonu, Amsar kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlandığı məlum olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirdi ki, Quba rayonu, İspik yolunun kənarında elektrik dirəklərindən müxtəlif ölçülü metal konstruksiyalar oğurlandığı barədə məlumat daxil olmuş və o, rəhbərliyin göstərişi ilə hadisə olan əraziyə gedib baxış keçirmişdir. Baxış zamanı 05 ədəd metal konstruksiyanın (künclüklər) olmadığını müəyyən etmişdir. Sonradan 05 ədəd metal konstruksiya (künclüklər) Quba rayonu, Amsar kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığı, oğurlanmış 05 ədəd metal konstruksiyanın (künclüklər) polis şöbəsində saxlanıldığı məlum olmuşdur. Sözügedən 05 ədəd metal konstruksiyanın (künclüklər) Zərərçəkmiş şəxsnə qaytarıldığı üçün şəbəkəyə dəymiş ziyan ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər barəsində heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, eyni zamanda növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı məktubda göstərilir ki, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Oğurlanmış mal-materiallar Zərərçəkmiş şəxs anbarına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 10.01.2022-ci il tarixdə saat 19:30 radələrində o, digər sahə polis nəfəri Şahid2lə birlikdə Quba rayonu, İspik kəndinə gedən yolda xidmət apararkən orada VAZ 21010 markalı, B 5** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Həmin avtomobil şübhə yaratdığı üçün avtomobilə yaxınlaşmışlar. Həmin vaxtı yolun kənarında yüksək gərginlikli elektrik xətləri üçün nəzərdə tutulmuş lakin istifadə edilməyən dəmir dirəklərin 05 ədəd metal konstruksiyaların açılıb kənara yığıldığını görmüşlər. Həmin vaxt bir nəfər şəxs onlara yaxınlaşmış və özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş və sorğu əsnasında avtomaşının yanacağının bitdiyi səbəbindən həmin ərazidə olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 yanacaqla təmin etdikdən sonra, sonuncu ərazidən uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs1 həmin ərazidə olmasından şübhələnmiş və əraziyə baxış keçirmişdir. Həmin vaxt kolların arasında olan çökəklikdə başqa bir nəfər şəxsin üzü üsə uzandığını, şəxsin yanında isə açar və iş əlcəkləri olduğunu görmüşdür. İlkin olaraq yerdə uzanan şəxsin sərxoş və ya ölmüş olduğunu düşünmüş, lakin yaxınlaşdıqda həmin şəxsin canlı olduğunu görmüşdür. Sorğu əsnasında həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş və pula ehtiyacı olduğu üçün tanışı Təqsirləndirilən şəxs1la birlikdə elektrik dirəklərindən 5 ədəd metal konstruksiyaları oğurlamaq üçün söküb yerə yığdıqlarını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 xidməti maşına mindirən zaman sonuncu meşəyə qaçmışdır. O, xidməti maşına minib daha əvvəl yola saldığı Təqsirləndirilən şəxs1 ardınca getmiş və irəlidə Samirin dayandığını görmüşdür. Təqsirləndirilən şəxs1 sorğu zamanı Nahidi tanımadığını desə də, sonradan etiraf etmiş və pula ehtiyacı olduğu oğurluq etmək istədiyini bildirmişdir. O, fakt barədə Quba RPŞ-nin növbətiçi hissəsinə məlumat vermiş, raport hazırlamış və 5 ədəd dirəkləri protokollaşdırıb polis şöbəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxanılaraq polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 zəng olunaraq polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji məzmunda ifadə verərək, Şahid1 dediklərini təsdiq etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Şimal” RETSİ-nin Zərərçəkmiş şəxs 13.01.2022-ci il tarixli 16 və 18 nömrəli məktublardan görünür ki, Quba rayonu İspik yolu adlanan ərazidən idarəyə məxsus yüksək gərginlikli elektrik xətlərinin dirəklərindən müxtəlif ölçülü metal konstruksiyalarının 11.01.2022-ci il tarixdə naməlum şəxs(lər) tərəfindən açılaraq oğurlanmasını aşkar edilmiş, oğurluq hadisəsi nəticəsində idarəyə məxsus 1 ədəd 35 kvt-luq 17118 manat dəyərində dayaqın 4 ədəd müxtəlif ölçülü künclük materialı sökülmüş, nəticədə idarəyə 630 manat dəyərində ziyan dəymişdir (iş vər.: 14,15); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-əmtəəşunaslıq ekspertizası) 17.02.2022-ci il tarixli, 9/581 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş nümunə əsasında 1 metr ölçülü, divarın qalınlığı 5 mm olan 65 mm-lik künclüyün istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 125,10 (8,34x15m) manat müəyyən olunur. O cümlədən 2 ədəd 2,04 metr ölçülü künclük - 61,20 manat (4,08x15m), 3 ədəd 1,42 metr ölçülü künclük - 63,90 manat (4,26x15m) müəyyən edilir (iş vər.: 99- 101); “sübutların qiymətləndirilməsi haqqında” 29.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CMnin 29, 177.2.1-ci maddələrinin tərkib əlamətləri olduğundan onların əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 29, 177.2.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələr ilə ittiham elan edilmiş, məhkəmə-əmtəəşunaslıq ekspertizasının 17.02.2022-ci il tarixli, 9/581 saylı rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır (iş vər.: 102-106). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cü maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələrinin tərkib əlamətlərinin olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddələri ilə düzgün tövsif edildiyindən, onların hər biri həmin maddə ilə məsuliyyət daşımalıdırlar. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 17.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 30); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 49,50); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi, həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 19.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 19.01.2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir (62- 64); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur (iş vər.: 132, 133); “qətimkan tədbiri seçilməsi haqqında” 30.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 30.03.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 142, 143); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 80); Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəliyindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Amsar kəndində yaşayır və ailə tərkibi atası X9 və anası X2 ibarətdir. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 70-72); Quba RMX-nın 03.03.2022-ci il tarixli 341 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 88). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsə ziyanın tam ödənildiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur (iş vər.: 116, 117); “qətimkan tədbiri seçilməsi haqqında” 30.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 30.03.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 126, 127); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 27.01.2021-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən 01(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.: 79); Bakı Hərbi Məhkəməsinin 27.01.2021-ci il tarixli 1-1(093)-35/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (iş vər.: 89-91); Quba rayon İcra və probasiya şöbəsinin 09.03.2022-ci il tarixli 102/21/05-1357 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 5-ci hissəsi 25.11.2021-ci il tarixdə tətbiq edilərək, ona Bakı Hərbi Məhkəməsinin 27.01.2021-ci il tarixli 1-1(093)-35/2021 saylı hökmü ilə təyin olunmuş 01(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmış, Məhkum cəzasının 05 ay 15 gün hissəsini çəkmiş, 13 gün çəkilməmiş cəzas qalmış, məhkum cəzası 22.03.2022-ci il tarixdə bitəcəkdir (iş vər.: 92); Quba rayon İcra və probasiya şöbəsinin 17.05.2022-ci il tarixli 102/21/05 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 22.09.2021-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış, barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 5-ci hissəsi 25.11.2021-ci il tarixdə tətbiq edilərək, məhkuma Bakı Hərbi Məhkəməsinin 27.01.2021 -ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır. Cəza müddəti bitdiyindən 18.03.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və himayəsində bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 85,86); AZ-İV 657096 nömrəli doğum haqqında şəhadərnamənin surətindən görünür ki, 03.11.2021-ci il təvəllüdlü X1 Nahid Mehman oğlunun uşağıdır (iş vər.: 87); Quba RMX-nın 03.03.2022-ci il tarixli 341 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 88). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsə ziyanın tam ödənildiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə həmçinin hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 05 ədəd metal konstruksiyanın Zərərçəkmiş şəxsnə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 17.01.2022-ci il tarixdən 19.01.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 05 ədəd metal konstruksiyanın Zərərçəkmiş şəxsnə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (VÖEN **********, AZ34CTRE********************, X4,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (VÖEN **********, AZ34CTRE********************, X4,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-73/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-73/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver