Məhkəmə qərarları › İş №1(027)-73/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-73/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-73/2023 05.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, ailəli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış. Yevlax şəhəri, F.Kərimov küçəsi, ev 134- də qeydiyyatda olmaqla Xaçmaz rayonu. Xudat şəhəri, X.Məmmədov küçəsində faktiki yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsrləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə, saat 14:40 radələrində idarə etdiyi Ford Transit markalı, **-UX-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonu, Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində Xaçmaz şəhəri istiqamətində hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobilini öz hərəkət zolağı ilə hərəkət etdirməli olduğu halda, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfiqi nişanlama xəttini kəsib keçərək ötmə əməliyyatı aparmaqla qarşı əks hərəkət zolağına çıxaraq, hərəkət üçün təhlükəli şərait yaratmış, nəticədə idarə etdiyi avtomobilin qabaq sağ tərəfi həmin vaxt ondan irəlidə eyni istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olub icazə verilən yerdən, yəni yolun orta xəttinin qırıq-qırıq hissəsindən sola dönmə əməliyyatı aparan Ford Transit markalı, **-BL- *** dövlət-qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə toqquşmasına, bunun nəticəsində Ford Transit markalı, 27- BL-764 dövlət-qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığında uzun müddətə pozğunluq törədən, sol çiyin qurşağında körpücükkürək sümüyü birləşməsinin çıxığı xəsarəti yetirməklə ehtiyyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə ilə Ford Tranzit markalı, **-UX-*** dövlət-qeydiyyat nişanlı yük avtomobili idarə edir. 06 fevral 2023-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi bu avtomobillə QubaXaçmaz avtomobil yolu ilə Quba rayonu istiqamətindən Xaçmaz rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Avtomobilində qarşı sağ oturacaqda Şahid adında tanışı əyləşmişdir. Avtomobilinin arxa yük yeri isə dəmir metallarla yüklü olmuşdur. Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçəndə, qarşısında asta sürətlə hərəkət edən ağ rəngli Priora markalı avtomobili ötərək öz yoluna qayıtmaq istəyərkən, qarşıda sola dönən ağ rəngli Ford Transit markalı, **-BL-*** dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Belə ki, həmin ağ rəngli Ford Tranzit markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil o, ötməyə başlayanda qarşıda yolun sağ tərəfindəki dükanların birinin qarşısından yola çıxmış və bir qədər hərəkət edib qəfildən sola dönmə işarəsini yandırıb qarşısından sola dönmüşdür. Həmin avtomobil onun yoluna dönəndə aralarında 4 metr məsafə olmuşdur. Toqquşmanın qarşısını almaqdan ötrü avtomobilinin sükanını sola döndərərək sol yol çiyninə çıxmışdır ki, soldan ötüb keçsin. Həmin vaxt qarşısındakı həmin avtomobil də sol tərəfdəki Zərdabi qəsəbəsinin mərkəzinə gedən yola dönmüşdür və həmin vaxt avtomobilinin qarşı sağ tərəfi həmin avtomobilin qarşı sol tərəfi ilə toqquşmuşdur və yoldan çıxıb qarşıda dayanmışlar. Hadisə nəticəsində özü və yanında olan Elmar xəsarət almamışlar. Qarşı avtomobildə sürücü tək olmuş, sonradan bilmişdir ki, o. Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxsdur. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs çiyin nahiyyəsindən xəsarət almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəıkmiş şəxslə barışqığını bildirib onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ford Tranzit markalı, **-BL-*** dövlət-qeydiyyat nişanlı yük avtomobili etibarnamə ilə idarə etməklə dükanlara çörək daşıyır. 06 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Quba rayonu, Bağbanlı kənd yolundakı dükana çörək verib idarə etdiyi avtomobilə əyləşərək sola dönmə işığını yandırıb Quba-Xaçmaz avtomobil yoluna çıxmışdır və hərəkətini 20-30 km/saat sürətlə hərəkət etdirib yenidən sola dönmə işığını yandırıb bir qədər irəlidən Zərdabi qəsəbəsinin mərkəzinə gedən yola dönmək istəmişdir. Bağbanlı kəndindən Quba-Xaçmaz avtomobil yoluna çıxarkən Quba tərəfə arxaya baxmış, avtomobillərin gəlmədiyini görmüş. Zərdabi qəsəbəsi tərəfə dönəndə isə görmüşdür ki, arxadan gəlib sol tərəfdən ötmə etmək istəyən göy rəngli Ford Tranzit markalı, **-UX-*** dövlət-qeydiyyat nişanlı avtomobil sol tərəfdən onun avtomobilinin qarşı tərəfinə dəymişdir.. Hadisə nəticəsində sol çiyin nahiyyəsi avtomobilin qapı dəmirinə dəyərək bərk əzildiyi üçün avtomobilini hadisə yerində saxlayıb xəstəxanaya getmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobili ilə toqquşan avtomobili Xudat şəhəri sakini Təqsirləndirilən şəxs idarə etmişdir. Həmin şəxsi əvvəllər tanımamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışqdığı üçün ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 07 fevral 2023-cü il tarixli 106 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlərsol çiyin qurşağında körpücük-kürək sümüyü birləşməsinin çıxığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 06 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa uzun müddət pozğunluq törətdiklərindən sağlamlığa “az ağır” zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 mart 2023-cü il tarixli 8/532 saylı rəyinə əsasən Ford Transit markalı, **-UX-*** dövlətqeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ford Transit markalı, **-BL-*** dövlətqeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan sərxoşluğun müəyyən edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman sərxoş olmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nin Xudat şəhər lƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu. Xudat şəhəri, X.Məmmədov küçəsində ailəsi ilə birlikdə yaşayır, himayəsində iki azyaşlı övladı var, yaşayış yerində müsbət xarakterizə olunur. İş materiallarında olan Yevlax RMX X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RMX-nın psixonevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RPŞ-nin DYPB-nin 06 mart 2023-cü il tarixli arayışına əsasən sürücü Təqsirləndirilən şəxs BD 201988 №-li «BC» dərfəcəli sürücülük vəsiqəsi vardır və o sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.. Beləliklə məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə tibb və yol-nəqliyyat hadisələri haqqında ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər subutlaral tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri tamamilə ödəməsini və onunla barışmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsini, onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törtəmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin yazılı vəsatətlərindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar