Məhkəmə qərarları › İş №1(027)-75/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-75/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-75/2025 29.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Quba rayonu Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Çiçi kəndində daimi pasport qeydiyyatında olmaqla yaşayan, 08 yanvar 2025- ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxx 1999-cu il tarixdə Quba rayonu Sirt-Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşılı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Çiçi kəndində daimi pasport qeydiyyatında olmaqla yaşayan, 08 yanvar 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs2 xalası oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında olmaqla 02 yanvar 2025-ci il tarixdə saat 23 radələrində Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsində, “Şəhidlər Xiyabanı” yaxınlığında sərxoş olarkən heç bir əsaslı səbəb olmadan yüksək səslə ünvansız söyüşlər söyərək ətrafa yerləşən yaşayış evlərinin küçə qapısını döyməklə çölə çıxmalarını tələb edərək ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını təmin edən qaydaları pozan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını pozan qərəzli hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi zamanı hadisə yerinə gəlib onları qanunsuz davranışlarının qarşısını almaq istəyən, yəni ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictmai qaydanın pozulmasının qarşısını almaq istəyən hakimiyyət nümayəndəsi Quba RPŞ-nin PPXB-nün polis nəfərləri Zərərçəkmiş şəxs1 tərəfindən onun Quba RPŞ-nin PPXBnün xidməti istifadəsində olan “6657” çağırışlı “X13” markalı **-AP-*** dövlət qeydiyyyat nişanlı avtopatrul maşınına mindirilərkən həmin polis əməkdaşlarına müqavimət göstərərək həmin avtopatrul maşınının sol pəncərəsinə bərkidilmiş dəmir barmaqlılığın qırılması ilə həmin maşına cəmisi 60 manat məbləğində maddi ziyan vurmaqla özgənin dövlət əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 xalası oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında olmaqla 02 yanvar 2025-ci il tarixdə saat 23 radələrində Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsində, “Şəhidlər Xiyabanı” yaxınlığında sərxoş olarkən heç bir əsaslı səbəb olmadan yüksək səslə ünvansız söyüşlər söyərək ətrafa yerləşən yaşayış evlərinin küçə qapısını döyməklə çölə çıxmalarını tələb edərək ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını təmin edən qaydaları pozan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını pozan qərəzli hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi zamanı hadisə yerinə gəlib onları qanunsuz davranışlarının qarşısını almaq istəyən, yəni ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictmai qaydanın pozulmasının qarşısını almaq istəyən hakimiyyət nümayəndəsi Quba RPŞ-nin PPXB-nün manqa komandiri Zərərçəkmiş şəxs2 qarşı müqavimət göstərərək onunla dartışarkən sonuncunun sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə və onun əynindəki qış geyim formasının üst geyiminin (“buşlaf’ın) qabaq sol cibinin üst hissəsində və ətrafında sökməsi, sol qolunun yuxarı hissəsinin cırması, eləcə də sonuncunun həmin geyim paltında “polis” sözü həkk olunmuş yerin aşağı hissəsində sökülməsi-cırılması, çiynindəki sol paqonun düyməsindən çıxarılması ilə şəxs üzərində zor tətbiq olunması, habelə Quba RPŞ-nin PPXB-nün xidməti istifadəsində olan “6655” çağırışlı “X13” markalı **-AP-*** dövlət qeydiyyyat nişanlı avtopatrul maşınının arxa sağ qapısının şüşəsinin sındırılması ilə həmin maşına cəmisi 310 manat məbləğində ziyan vurmaqla özgənin dövlət əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 02 yanvar 2025-ci il tarixdə axşam saatlarında o, Quba rayonu, Qırmızı qəsəbə yolu ərazisində yerləşən “Körpü” kafesində xalası oğlu Təqsirləndirilən şəxs1 ilə spirtl içki qəbul etmişlər. Daha sonra, həmin günü saat 23 radələrində ikisi də oradan çıxıb piyada gəzən zaman heç bir səbəb olmadan Quba şəhəri, 223-cü Diviziya küçəsində, “Şəhidlər Xiyabanı” yaxınlığında aralarında mübahisə yaranmış və qarşılıqlı söyüşüb dalaşmışlar. Həmin vaxtı Ceyhun qardaşı X7 öz telefonu vasitəsilə “Whatsap”la zəng edərək onun maşını ilə gəlib onları aparmasını xahiş etmişdir. Müşfiq gəlidikdən sonra da, Ceyhunla arasındakı mübahisə davam etmişdir. Həmin vaxtı Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsində yerləşən və “Şəhidlər Xiyabanı” yaxınındakı tanımadıqları bir evin qapısını döyərək həmin evdə yaşayanları səsləyib çölə çıxmalarını istəmişdir. Səs-küyə Quba RPŞ-nin PPX-nin avtopatrul maşınları gəlmiş, sonuncular onları söyüş söyməmələrini tələb etdikdə onlara tabeçilik göstərmədiklərindən əvvəlcə Ceyhunla Emin adlı polis əməkdaşı arasında mübahisə yaranmış, bu anda Ceyhun həmin polis əməkdaşı ilə yaxalaşıb dartışarkən sonuncunun əynindəki buşlat cırılmış, daha sonra isə Emin adlı polis əməkdaşı Ceyhunu avtopatrul maşınına mindirmək istədikdə başı ilə həmin polis əməkdaşının üzünə vurarkən onun üzünü dişləyib xəsarət yetirmişdir və sonuncunu maşına mindirərkən təpik atıb avtopatrul maşınının sağ yan şüşəsini sındırmışdır. Eyni zamanda həmin vaxtı digər polislər də onu və xalası oğlu Müşfiqi də başqa avtopatrul maşınına mindirmişlər, lakin bu vaxtı həmin polislər tərəfindən ona qarşı fiziki güc tətbiq etməklə avtopatrul maşına mindirilərkən onun sağ biləyi və sağ dizi həmin maşının sol pəncərəsinə dəydikdə xəsarətlər almış və bu zaman həmin pəncərənin bərkidilmiş dəmir barmaqlılığını qırılmışdır. Xalası oğlu Müşfiq isə heç kimə söyməmiş, vurmamış və heç kimə zərər yetirməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, Çiçi kəndində pasport qeydiyyatında olmaqla faktiki olaraq Quba şəhəri, Vaqif küçəsində yaşayır. Ailəlidir, bir azyaşlı uşağı vardır və hal-hazırda işləmir. 02 yanvar 2025-ci il tarixdə axşam saatlarında o, Quba rayonu, Qırmızı qəsəbə yolu ərazisində yerləşən “Körpü” kafesində xalası oğlu Təqsirləndirilən şəxs2 ilə oturub yeyib içən zaman spirtli içki qəbul etmişdir. Həmin günü saat 23 radələrində ikisi də oradan çıxıb piyada gəzən zaman Quba şəhəri, 223-cü Diviziya küçəsində, “Şəhidlər Xiyabanı” yaxınlığında heç bir səbəb olmadan aralarında mübahisə yaranmış və qarşılıqlı söyüşmüşlər. Həmin vaxtı o, qardaşı X7 “Whatsap”la zəng edərək onun maşını ilə gəlib onları aparmasını xahiş etmişdir. Onunla Tərlanın arasında mübahisə davam edən zaman qardaşı Müşfiq onların yanına gəlmişdir. Həmin vaxtı maşına minmək istəməyən Tərlan söyüşlər söyərək Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsində yerləşən və “Şəhidlər Xiyabanı” yaxınındakı bir evin qapısını döyərək həmin evdə yaşayanları səsləyib çölə çıxmalarını tələb etmişdir. Həmin vaxtı onların səs-küyünə Quba RPŞ-nin PPX-nin əməkdaşları avtopatrul maşınları ilə onların yanına gəlib onları nizamintizama davət etdikdə, onlara tabeçilik göstərmədiklərindən əvvəlcə onun Emin adlı polis əməkdaşı ilə arasında mübahisə yaranmış, bu anda o həmin polis əməkdaşı ilə yaxalaşıb dartışarkən sonuncunun əynindəki “buşlatı” cırılmış, daha sonra isə həmin Emin adlı polis əməkdaşı onu avtopatrul maşınına mindirmək istədikdə başı ilə sonuncunun üzünə vuraraq onun sifətindən dişləmişdir. Polis əməkdaşları onu maşına mindirərkən təpiklə avtopatrul maşınının sağ yan şüşəsini sındırmışdır. Eyni zamanda həmin vaxtı digər polislər də onun xalası oğlu Tərlanı və qardaşı Müşfiqi də digər avtopatrul maşınına mindirmək istədikdə, Tərlan sağ bilək və sağ diz nahiyələri ilə həmin maşının sol pəncərəsinə bərkidilmiş dəmir barmaqlıqları qırmışdır. Qardaşı Müşfiq isə həmin vaxt heç kimə söyməmiş, heç kimi vurmamış və heç kimə zərər yetirməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2016-cı ilin oktyabr ayından X8 xidmət edir, 2024-cü ilin iyun ayından isə Quba RPŞnin PPXB-də manqa komandiri vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. 02 yanvar 2025ci il tarixdə saat 23 radələrində o, RPŞ-nin PPXB-nün tağım komandiri, polis leytenantı Şahid1 və polis nəfəri Şahid3 ilə birlikdə xidmətdə olduğu zaman PPXB-nün polis nəfərləri Zərərçəkmiş şəxs1 və Şahid4 xidməti istifadəsində olan “6657” çağırışlı “X13” markalı 77- AP-504 dövlət qeydiyyyat nişanlı avtopatrul naryadının efirdə kömək istədiyini eşidib onların qeyd etdiyi əraziyə yəni, Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsinə, şəhidlər xiyabanı ərazisinə yaxınlaşmışlar. Həmin küçədə yaşayan Şahid2 küçə qapısının qarşısında sərxoş vəziyyətdə olan iki nəfər şəxsin yüksək səslə danışaraq ünvansız söyüşlər söyərək biri-birilə dava-dalaş etdiklərini, hətta Şahid2 qapısını döyərək söyüşlər işlədib evdən çıxmalarını tələb etdiklərini, həmin vaxtı başqa bir nəfərin şəxsin də oraya maşınla gələrək onları öz maşınında aparmaq istədiyini görmüşlər, bu zaman onlar görən ev sahibi İlqar Poladaov çölə çıxmış, həmin şəxslərdən ikisi göstərərək sonuncuların söyüş söyüb səs-küy salaraq onun ailəsinin rahatlığını pozduğunu bildirdikdə onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etməklə bu şəxsləri nizam-inzamlı olmağa dəvət edərək söyüş söyməmələrini tələb etmişlər. Lakin həmin iki nəfər şəxs heç bir əsaslı səbəb olmadan söyüşlər söyməkdə davam edərək onların qanuni tələblərinə tabe olmamışlar. Onda həmin şəxslərin qanunsuz davranışlarının qarşısını almaq məqsədilə onlardan Ceyhun adlı şəxsi saxlamaq istədiyində, sonuncu ilə dartışma zamanı onun əynindəki polis geyim forması çırılmış və bu anda Ceyhun adlı şəxs onun üz nahiyəsini dişləməklə ona xəsarət yetirmişdir. Sonra Ceyhun adlı şəxsi xidməti maşına mindirərkən, sonuncu ayaqları ilə 6655 çağırışlı avtopatrul maşınının sağ yan şüşəsini sındırmışdır. Tərlan adlı ikinci şəxsi isə maşına mindirməyə çalışdıqlarında sonuncu da sağ əli və sağ ayağ ilə vurmaqla 6657 çağırışlı avtopatrul maşınının pəncərəsindəki dəmir barmaqlığını sındırmışdır. Orada olan Müşfiq adlı üçüncü şəxs isə sərxoş olmamış və ondan tələb edilən kimi avtopatrul maşınına əyləşmişdir. Daha sonra, həmin şəxsləri Quba RPŞ-nin Növbətçi hissəsinə gətirib təhvil verdiklərində onların Quba rayonu, Çiçi kənd sakinləri Təqsirləndirilən şəxs1, Şahid5 və Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 02 yanvar 2025-ci il tarixdə Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsində xuliqanlıq edən şəxsləri avtopatrul maşınlarına mindirərkən o və hadisə yerində olmuş digər polis əməkdaşları yalnız onlara fiziki müqavimət göstərən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdlərini dəf edərkən sonuncular xəsarətlər almışlar. Şahid5 isə vurmamışlar və heç bir xəsarətlər yetirməmişlər. Həmçinin həmin hadisədə ondan başqa xəsarət alan polis əməkdaşları da olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindilmiş dindirilmiş Quba RPŞ-nin PPXB-nün polis nəfəri Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermiş və “X13” markalı **-AP-*** dövlət qeydiyyyat nişanlı avtomobilə 310 manat məbləğində və “X13” markalı **-AP-*** dövlət qeydiyyyat nişanlı avtopatrul maşınına 60 manat məbləğində maddi ziyan dəydiyini, həmin zərərin tam olaraq qarşılandığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 xalası oğludur və qardaşı Təqsirləndirilən şəxs1 ilə mübahisə edən zaman onların yanına gəlmiş və onları sakitləşdirmək istəmişdir. Həmin vaxtı səs-küyə Quba RPŞ-nin PPX-nin əməkdaşları avtopatrul maşınları ilə onların yanına gəlib nizam-intizama davət etmişdir. O yenə Tərlanla Ceyhunu sakitləşdirməyə cəhd etmiş, onlar tabeçilik göstərmədiklərindən əvvəlcə Emin adlı polis əməkdaşı ilə mübahisə etmişlər və polis əməkdaşı ilə yaxalaşıb dartışmışlar. İş materiallarında olan "xxxx" MMC-nin 07 yanvar 2025-ci il tarixli 01204 №-li ziyan aktından görünür ki, “X13” markalı **-AP-*** dövlət qeydiyyyat nişanlı avtopatrul maşınına cəmisi 310 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC-nin 07 yanvar 2025-ci il tarixli 01205 №-li ziyan aktından görünür ki, “X13” markalı **-AP-*** dövlət qeydiyyyat nişanlı avtopatrul maşınına cəmisi 60 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə təyin təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmətibb ekspertizasının 04 yanvar 2025-ci il tarixli 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər — onun sifətində sağda sıyrıq olub, həmin xəsarət küt əşyanın təsirindən törənmiş və hadisənin baş verdiyi vaxta, yəni 02 yanvar 2025-ci il tarixdə yetirilməyə uygun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığa zərərvurmayan olduqları üçün dərəcəsi təyin edimir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs kimi ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ilə müşayiət edilən qərəzli hərəkətlərlə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların qeyd edilən cinayət əməllərini törətmələri qismən etirafedici ifadələrilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri qeyd edilən maddələrlə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmamışlar. İş materiallarında olan Quba RİHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2025-ci il tarixli arayış və arayıça əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun Çiçi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından gürünür ki, Təqsirləndirilən şəxs1 X1 ilə nikahdadır və həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları vardır. İş materiallarında olan Quba RİHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2025-ci il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu Çiçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan göründüyü kimi, “X13” markalı **-AP-*** dövlət qeydiyyyat nişanlı avtomobilə və “X13” markalı **-AP-*** dövlət qeydiyyyat nişanlı avtobilə dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından gürünür ki, Təqsirləndirilən şəxs2 X2 ilə nikahdadır və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən maddi ziyan tam şəkildə ödənildiyi üçün onlara qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışımışdır və onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onların cəmiyyətdən təcrid edilmədən islah olunmalarını mümkün hesab edərək, onlara ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. İş materiallarında olan 07 yanvar 2025-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan təqsirləndirilən şəxslərin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 yanvar 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il taixədək şübhəli şəxs qismində tutulduqları 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla onlara təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzası təyin ediləcəyini nəzərə nəzərə alınmaqla onların barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən quvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsnə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 7 (yeddi) iş saatına görə 77 (yetmiş yeddii) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 7 (yeddi) iş saatına görə 77 (yetmiş yeddii) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan üst geyimi (buşlat) Zərərçəkmiş şəxs2 geri qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi subut olan üst geyimi (buşlat) Zərərçəkmiş şəxs2 geri qaytarılsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi 7 (yeddi) iş saatına görə 77 (yetmiş yeddii) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi 7 (yeddi) iş saatına görə 77 (yetmiş yeddii) manat dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar