Məhkəmə qərarları › İş №1(027)-76/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-76/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-76/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X10, Zərərçəkmiş şəxsin hüquqi varisi: X9, nümayəndəsi və vəkili X6 və Zərərçəkmiş şəxs nümayəndəsi X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X17 iştirakları ilə xx.xx.1992-ci ildə Quba rayonu, Zərdabi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Quba-Xaçmaz yolunun Quba rayonu Zərdabi kəndinin ərazisindən keçən 8-ci kilometrliyində etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı M 294 CT 05 rus qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri istiqamətində 70 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yolun üfiqi nişanlanma xəttinin xətlərini kəsib keçməməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib üfuqi nişanlanma xəttini kəsib əks hərəkət zolağına keçərək, idarəetməni itirib qarşıdan gələn X11 idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “NAZ LİFAN” markalı **-DB-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Mahir Babayevə ölümünə səbəb olan gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızma, sol qulaq seyvanının əzilmiş-cırılmış yarası, hər iki diz qapağının və baldır sümüklərinin açıq çoxqəlpəli sınıqları, başın yumşaq toxumalarının alt səthində sol gicgah nahiyəsində qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklırinə qansızma, boyun döş və qarın hissədə yumşaq toxumaların altında qansızmalar kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, hadisə zamanı “NAZ LİFAN” markalı avtomobilin sərnişini olan Zərərçəkmiş şəxs isə baş beyin əzilməsi ilə müşayiət olunan alnında əzilmiş-cırılmış yara, sol bud sümüyünün aşağı 1/3-dən oynaqdaxili qapalı qəlpəli sınığı, qarının küt travması nəticəsində daxili qanaxmaya səbəb olan dalağın toxumasının cırılması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs avtomobilinin tam yararsız vəziyyətə düşməsi ilə ona 5 000( beş min ) manat məbləğində maddi zərər vurmaqla yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə və bir nəfər şəxsin sağlamlığına ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Mənkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Quba şəhərində yaşayır, heç bir yerdə işləmir, təxminən bir il olar ki, “VAZ-2106” markalı M 294 CT 05 rus qeydiyyat nişanlı avtomobili alıb etibarnamə əsasında sürür. xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Xaçmaz şəhərindən Quba şəhərinə gəldiyi vaxtı özünə məxsus “VAZ-2106” markalı avtomobili özü idarə etmiş, avtomobildə tək olmuşdur. Quba rayonu Zərdabi kəndi ərazisinə çatdıqda 70 km/saat surətlə getdiyi vaxtı avtomobilin tormoz pedalına basdıqda, avtomobil nisbətən sol tərəfə istiqamətlənmiş və əks istiqamətə çıxaraq, həmin yolda qarşıdan gələn “NAZ LİFAN” markalı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra huşunu itirib özündən getmiş və birdə xəstəxanada ayılmışdır. Sonradan eşitmişdir ki, onunla toqquşan avtomobilin sürücüsü Babayev Mahir adlı şəxs Quba xəstəxanasında həmin günü ölmüşdür. Avtomobilinin nasaz yeri olmamış, texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs daha sonra etdiyi əməldən peşman olmasını və Zərərçəkmiş şəxs 1800 manat ödəməsini nəzərə alıb, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X16 göstərdi ki, mərhum X18 onun doğma qardaşı idi. X25 yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba rayon Mərkəzi xəstəxanasına reanimasiya şöbəsinə gətirilməsi barədə xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində qohumları mobil telefonla ona xəbər vermişlər. O,dərhal özünü Quba xəstəxanasına çatdırmış, lakin qardaşı Mahir təxminən saat 16 radələrində həmin xəstəxanada vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Mahir qohumları Zərərçəkmiş şəxs “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdikdə Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirib, ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi X1 Nurlan Gülmirzə oğlunun ifadəsinə uyğun ifadə verərək təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs nümayəndəsi X12 göstərdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Onlar Sumqayıt şəhərində yaşayırlar, Zaman 2-ci dərəcə Qarabağ əlili olduğu üçün ona verilmiş “NAZ LİFAN” markalı **-DB-*** qeydiyyat nişanlı avtomobili sürüb istifadə edir. Zaman xx xxxx 2020-ci il tarixdə Quba şəhərində olduğu vaxtı xalası oğlu X18 ondan xahiş etmişdir ki, onunla Xaçmaz şəhərinə getsin, çünki ona Xaçmazdan hansı isə avtomobil ehtiyyat hissələri lazım olmuşdur. Həmin günü Zamanın ayağı ağradığına görə avtomobilin idarə etməsini Mahirə həvalə etmiş, təxminən saat 14 radələrində Qubadan Xaçmaza getdikləri zaman avtomobili Mahir idarə etmişdir. Zərdabi qəsəbəsinə çatanda Mahir avtomobili orta normal surətlə sürmüş, həmin vaxtı qarşı əks istiqamətdən gələn “VAZ-2106” markalı avtomobil qəflətən onların yoluna keçmiş, Mahir maşını sağa qaçırtmaq istəsə də artıq toqquşma baş vermişdir. Zaman toqquşma səsini eşitmiş və bu andan huşunu itirərərk, özündən getmiş, bir də xəstəxanada ayılmışdır. Zaman sonradan eşitmişdir ki, X34 xəstəxanasına çatdırılsa da, orada ölmüş, “VAZ- 2106” markalı avtomobilin sürücüsü adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs adlı şəxs də aldığı xəsarətlərlə həmin xəstəxanaya düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını bildirib, ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və pataloji Anatomiya Elmi-Təcrübi və X29 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, mərhum X11 meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızma, sol qulaq seyvanının əzilmiş-cırılmış yarası, hər iki diz qapağının və baldır sümüklərinin açıq çıxqəlpəli sınıqları, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sol gicgah nahiyyəsində qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun döş və qarın hissədə yumşaq toxumaların altında qasızmalar aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Mərhum M.G.Babayevin meyitindən götürülən qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Mərhum M.G. Babayevin ölümünə səbəb baş vermiş yol-nəqliyyat hadisəsi zamanı başın küt travmasından baş beyin toxumasına törənməsi olmuşdur, ölüm xx xxxx 2020-ci il tarixdə saat 16:30-da xəstəxanada baş vermişdir, meyitin təşrifi zamanı ölümün həmin vaxrda baş verməsi inkar olunmamışdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və pataloji Anatomiya Elmi-Təcrübi və X29 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 304 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - baş beyin əzilməsi ilə müşayiət edilən alnında əzilmiş-cırılmış yara, sol bud sümüyünün aşağı 1/3-dən oynaqdaxili qapalı qəlpəli sınığı, qarın küt travması nəticəsində daxili qanaxmaya səbəb olan dalağın toxumasının cırılması küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 6/407 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş “NAZ LİFAN” markalı **-DB-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol (sürücü) və sağ (sərnişin) üzlüklərinin, Zərərçəkmiş şəxs və X11 geyim paltarlarının üzərlərində kənar lif mikrohissəciləri vardır. Həmin kənar lif mikrohissəciklərin arasında, “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol və sağ üzlüklərinin üzərindən tapılmış tünd göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol və sağ üzlüklərinin üzərindən tapılmış tünd göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Mahir Babayevin şalvarının tərkib liflərinə uyğun gəlirlər;Zərərçəkmiş şəxs və Mahir Babayevin şalvarının üzərlərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol və sağ üzlüklərinin tərkib liflərinə uyğun gəlirlər. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol-nəqliyyat hadisələri hallarının tədqiqi, nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi və nəqliyyat vasitələrin texniki vəziyyətinin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 8/ 556 saylı rəyindən görünür ki, “VAZ-2106” markalı M-294-CT-05 dövlət qeydiyyat nişanlı avtomobilin sükan idarəetməsinin valının və sükan mexanizminin üzərində olan zədələr rəyin tədqiqi hissəsində göstərilmişdir və həmin zədələr toqquşma zamanı təsir edən xarici güclü dinamiki qüvvə nəticəsində yaranmışdır. “VAZ-2106” markalı M-294-CT-05 dövlət qeydiyyat nişanlı avtomobilin sükan idarəetməsinin valının sükan mexanizminə birləşən şişli hissədən aynlması hadisə zamanı, yəni toqquşma zamanı təsir edən güclü xarici dinamiki qüvvə nəticəsində baş vermişdir. Avtomobilin sükan idarəetməsinin valının və sükan mexanizminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. “VAZ-2106” markalı M-294-CT-05 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində ; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-2106” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkət etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə :- hərəkət üçün təhlükə yaranan anda “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,9 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X11 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır.- hərəkət üçün təhlükə yaranan anda “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,9 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X11 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. İş materialında olan“xxxxxxxx” MMC avtotexniki təmir stansiyasının direktoru F.Qəribovun təqdim etdiyi xx.xx.2020-ci il tarixli aktdan müəyyən edilmişdir ki, “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil qəza nətcəsində sıradan çıxmış və istismara tam yararsız hala düşmüşdür. Avtomobilin qəzadan əvvəlki bazar qiyməti hal-hazırda 5 000 (beş min) manatdır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olanQuba RİHB-nm Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi 1963-cü il təvəllüdlü atası - X26, 1972-ci il təvəllüdlü anası — X22, 1990-cı il təvəllüdlü qardaşı - X30, 1994-cü il təvəllüdlü qardaşı arvadı - X23, 2017-ci il təvəllüdlü qardaşı oğlu - X20 ibarətdir. İş materialında olanQuba RlHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, 1992-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, nümayəndəliyə onun barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır. İş materialında olan Avtomobilin qeydiyyatı Şəhadətnaməsi surətindən görünür ki, 2005-ci il buraxılışlı, qara rəngli, “VAZ 2106 markalı M 294 CT 05 rus qeydiyyat nişanlı avtomobil X4 adına xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. İş materialında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X2 məxsus olan 2005-ci il buraxılışlı, qara rəngli, “VAZ 2106 markalı M 294 CT 05 rus qeydiyyat nişanlı avtomobilə dair Təqsirləndirilən şəxs iki il müddətinə etibarnamə vermişdir. İş materialında olan AE 623803 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “BC” kateqoriyası ilə sürücülük hüquq verilmiş və sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək etibarlıdır. İş materialında olanAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-kimya şöbəsinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində etil spirti aşkar edilməmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər sənədləri ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs 314 (üç yüz on dörd) manat məbləğdə ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************,SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba RP-də saxlanılan “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobildən çıxarılmış qabaq oturacaqları üzlükləri “VAZ-2106” markalı M-294-CT-05 dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-2106” markalı M-294-CT-05 dövlət qeydiyyat nişanlı avtomobildən çıxarılmış sükan mexanizminə aid olan ehtiyat hissələri, mərhum M.G.Babayevə və Zərərçəkmiş şəxs məxsus geyim paltarları sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X13 və Zərərçəkmiş şəxs nümayəndəsi X7 bilavasitə cinayət qanunu ilə nəzərədə tutulmuş əməllə və həmin əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəmə qaydasında müraciət etmək hüquqları izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 314 (üç yüz on dörd) manat məbləğdə ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************,SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba RP-də saxlanılan “NAZ LİFAN” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobildən çıxarılmış qabaq oturacaqları üzlükləri “VAZ-2106” markalı M-294-CT-05 dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-2106” markalı M-294-CT-05 dövlət qeydiyyat nişanlı avtomobildən çıxarılmış sükan mexanizminə aid olan ehtiyat hissələri, mərhum M.G.Babayevə və Zərərçəkmiş şəxs məxsus geyim paltarları sahiblərinə qaytarılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X13 və Zərərçəkmiş şəxs nümayəndəsi X7 bilavasitə cinayət qanunu ilə nəzərədə tutulmuş əməllə və həmin əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəmə qaydasında müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar