Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-77/2020 21.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il tarixdə Quba rayonunun Möhüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunmuş,xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməyən, Quba rayonunun Möhüc kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədəksadələşdirilmiş icraat materialınaaçıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində yaşadığı evin həyətinə arvadı Zərərçəkmiş şəxs çörək bişirdiyini görüb, sonuncudan onun üçün qutab bişiribbişirmədiyini soruşmuş, Zərərçəkmiş şəxs vaxtı olmadığı üçün qutab birşirmədiyini bildirdikdə bu zəmində aralarında yaranmış mübahisə zamanı, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs daşla sol əl nahiyyəsindən, yumruqla isə baş nahiyəsindən bir dəfə vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan sifətində və sağ qulaq seyvanında qançır, sol əlin İ-ci barmağının uc falanqasının arxa səthində sıyrıqdan ibarət olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxsona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2007-ci ildə Quba rayonu Möhüc kənd sakini X2 ilə rəsmi nikaha daxil olmuş, rəsmi nikahlarından 3 övladları vardır. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində o, kəndindəki meşə massivindən yaşadığı ünvana gəlib arvadı Reyhanın evin həyətində çörək bişirdiyini görüb ondan özü üçün qutab qutab bişirib-bişirmədiyini soruşmuşdur. Reyhan ona vaxtı olmadığı üçün qutab bişirmədiyini bildirdikdə, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əlindəki daş parçası ilə Reyhanın sol əlindən, yumruqla isə başından bir dəfə vurmuşdur. Bundan sonra arvadı Reyhan azyaşlı qılzarı Nərmin və Dənizlə birlikdə evdən çıxıb atası Hüseynağanın yaşadığı ünvana getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, 2007ci ildə Quba rayonu Möhüc kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, rəsmi nikahlarından 3 övladları vardır. Bu müddət ərzində əri İlham ilə aralarındakı münasibətlər yaxşı olsa da sonradan İlham spirtli içki qəbul etdiyindən aralarında tez-tez mübahisələr olur. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evin həyətində çörək bişirərkən, İlhama qutab bişirmədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əri İlham yerdən daş parçasını götürüb ona tərəf atmış və daş parçası onun sol əlinə dəymişdir. Bundan sonra, İlham ona yaxınlaşıb yumruqla baş nahiyyəsinə vurmuşdur. Mübahisədən sonra o, az yaşlı qızları Nərmin və Dəniz ilə birlikdə onlarla bir kənddə yaşayan valideyinlərinin evinə getmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 550 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan sifətində və sağ qulaq seyvanında qançır, sol əlin 1-ci barmağının uc falanqasının arxa səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə sasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Quba RMX-nin xx xxxx 2020-ci il tarixli, 2289 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabinetdə qeydiyyatda yoxdur. İşdə olan Quba rayon İHB-nin Tüləkəran İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Möhüc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Quba rayon İHB-nin Tüləkəran İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-cu il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciyət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindəngörünürki o,təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin73.2-ci maddəsinəəsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-77/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-77/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver