Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-77/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Quba şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Quba rayon Məhkəməsinin 03.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, 21.09.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, Quba şəhəri, H.Əliyev prospekti ev 1, mənzil 13-də qeydiyyatda olan, faktiki olaraq Quba rayonu İqrik kəndində yaşayan, 31.03.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18.10.2021-ci il tarixdə, saat 18:00 radələrində həmkəndlisi X2 ilə rastlaşan zaman bir müddət əvvəl sonuncunun onu nalayiq ifadələrlə söyüb təhqir etməsini xatırlayıb münasibətlərini aydınlaşdırmaq məqsədilə Şıxkərim Əbilhəsənova yaxınlaşaraq onu söyüb təhqir etməsinin səbəbini soruşduqda aralarında mübahisə edib dalaşarkən Şıxkərim Əbilhəsənovun sağ diz nahiyəsinə təpiklə və əlindəki şüşə su qabı ilə baş nahiyəsinə bir dəfə zərbə vurmaqla ona sol qaşüstü nahiyəsi və sol gözün üst qapağında əzilmiş-çapılmış yaralar, sol göz orbiti ətrafında qançır və sağ dizin ön səthində sıyrıqla xəsarətlər yetirərək qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında axşam saatlarında Quba rayonu, İqriq kəndində yaşadığı evdə olarkən yol kənarında onun ailəsinə məxsus və hazırda işləməyən yanacaq doldurma məntəqəsinin ərazisində şəhid atası olan Bəxtiyar adlı şəxsin daş boşaltmasını görmüş, sonuncu orada olduğu zaman ona yaxınlaşıb “qurban olum şəhidlərin ruhuna, ancaq qardaş daşı boşaltdığınız yer bizim obyektin yolunun üstüdür” demişdir. Onda Bəxtiyar israr etməklə həmin yerdə şəhid oğluna bulaq tikiləcəyini və ona icazə verildiyini bildirmişdir. O, kimin icazə verməsini soruşanda isə kənardan bir şəxs dillənərək “buna mən icazə vermişəm, sən kimsən?” demişdir. Hətta nalayiq sözdə işlədərək çıxıb getməsini tələb etmişdir. O gözlərinin yaxşı görmədiyi üçün eynək taxdığından qaranlıqda onu söyən şəxsi yaxından görməmişdir. Lakin səsindən bilmişdir ki, onu söyən Şıxkərimdir. Onda Şıxkərimə “vaxt var idi mənim ətəyimdən yapışıb gəzirdin, indi məni söyürsən” demişdir. Sonuncu cavab vermədikdə “yaxşı” deyib uzaqlaşıb evinə getmişdir. Sonralar həmin şəhid bulağıda inşa edilərək açılmışdır. Lakin bunun hayıfını Şıxkərimdə qoymaq istəməmişdir. Onu gördükdə niyə onu söyməsinin səbəbini onunla ayırd etmək qərarına gəlmişdir. 18.10.2021-ci il tarixdə, saat 18 radələrində Quba şəhərində “Xalq Bankın” rayon filialının binasının yanından keçib gedərkən onun yanındakı bir marketdən özünə “Bonaqua” içkisi almışdır. Marketdən çıxıb biraz aralaşanda Şıxkərimin çalışdığı ev alqı-satqısı olan yerdə dayanan görmüşdür. Ona yaxınlaşıb demişdir ki, “Şıxkərim sən idin məni söyən?”. Həmin vaxtı Şıxkərim ayağa qalxaraq üstünə çumub yaxasından yapışaraq onu arxaya doğru itələmişdir. Həmin vaxt o, yerə yıxılmışdır. Şıxkərim onu yıxarkən “yaxşı elədiyini” demişdir. Həmin vaxt o ayağa qalxıb Şıxkərimin başına əlindəki “Bonoqua” işkisinin qabı ilə vurmuşdur. Bundan sonra o, evinə getmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, Şıxkərimə yaxınlaşanda onu söyməmiş və hədələməmişdir. Sonuncuya və ətrafdakılara qarşı xuliqanlıq hərəkətləri etməmişdir. Sadəcə nəyə görə şəhid bulağı üstündə onu söyməsinin səbəbini bilmək üçün bu məsələni Şıxkərimlə ayırd etmək istəmişdir. Aralarında baş vermiş dava-dalaşı Şıxkərimi onun üstünə soxularaq yaxasından yapışıb onu itələyib yıxmaqla başlamışdır. O yalnız bundan sonra özünü müdafiə etmək üçün Şıxkərimi əlindəki işki qabı ilə vurmuşdur. Şıxkərim onu itələyib yıxdıqda belində fiziki ağrılar yaransada, o həkimə getməmiş və araşdırma zamanı məhkəmə-tibbi müayinəsindən keçmək istəməmişdir. İfadəsinin sonunda o, törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək onun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 bildirmişdir ki o, Quba rayonu, İqriq kəndində yaşayır. Təqsirləndirilən şəxs yaxşı tanıyır, sonuncu onun həmkəndlisidir. Onunla arasında keçmişdə heç vaxt şəxsi ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2021-ci ilin avqust ayında Quba şəhərindən yaşadığı kəndə gəldikdə Quba-Bakı yolunun kənarında inşa ediləcək şəhid bulağının olduğu yerdə Vəliyullanın, şəhid atası olan Bəxtiyar adlı tanıdığı şəxslə mübahisə etdiyini görüb onlara yaxınlaşdıqda ona məlum olmuşdur ki, Bəxtiyar şəhid olmuş oğlunun adını əbədiləşdirmək məqsədilə Quba-Bakı yolunun kənarında bulaq tikintisinə icazə aldığından oraya daş boşaltmışdır. Vəliyulla isə tikintinin ona məxsus əraziyə gedən yolu bağladığına görə Bəxtiyarla mübahisə etmişdir. O, mübahisədə tərəf tutaraq Bəxtiyarı müdafiə etmiş və şəhid bulağı tikdirməyə haqlı olduğunu Vəliyullaya bildirsədə nəticəsi olmamışdır. Həmin vaxt Vəliyullanın sərxoş halda olmasını və söyüş söyməsini görüb dava-dalaş olmamsı üçün Bəxtiyarı da götürüb oradan uzaqlaşmışdır. Sonralar həmin şəhid bulağı da inşa edilərək açılmışdır. O vaxtdan Vəliyulla onunla ədavət aparmağa başlamışdır. Təxminən 2021-ci ilin sentyabr ayında Quba şəhərində “UNİ bankın” binasının yanından keçib gedərkən uzaqdan yolun qarşı hissəsindən Vəliyullanın getdiyini görmüş, həmin vaxtı sonuncu ona söz ataraq “ala, lotu çıxmışdın. Gör sənə nə edəcəyəm” deməklə onu hədələmişdir. Buna baxmayaraq o Vəliyullaya baş qoşmayıb yoluna davam etmişdir. 18.10.2021-ci il tarixdə saat 18 radələrində Quba şəhərində köhnə avtovağzalın yaxınlığında yol kənarında işlədiyi tikinti-təmir və daşınmaz əmlakların alqı-satqı ofisinin yanında dayandığı zaman yolun əks hissəsində Vəliyullanın ona tərəf baxıb onu müşahidə etdiyini görmüşdür. Bu zaman Vəliyulla əvvəlcə ətrafa göz gəzdirmiş, sonra isə yolu piyada keçərək ona yaxınlaşmışdır. Həmin vaxtı Vəliyulla ona demişdir ki, “sən idin məni söyən?” Bu məqamda o Vəliyullanın əlində içki şüşəsi görmüş, sonuncunun onu vura biləcəyini düşünüb özünü müdafiə etmək məqsədi ilə onun əlindən tutub arxaya tərəf çəkib itələmişdir. Vəliyulla arxaya tərəf çəkilsə də yıxılmamışdır. Həmin vaxt Vəliylla ayağa qalxaraq əlində olan içki qabı ilə onun başına vurmuşdur. Vəliyulla onun başına içki qabı ilə vurduqdan sonra ondan aralanıb çıxıb getmişdir. Zərbənin təsirindən onun sol qaş nahiyəsi qanamış olsa da, o həmin anda həkimə getməmişdir. Çünki baş vermiş hadisə ilə bağlı heç bir orqana müraciət etmək fikri olmamışdır. Lakin evə gəldikdən sonra, Vəliyulla onun telefon nömrəsinə zəng edib onu hədələdiyi üçün Vəliyulladan şikayət etmişdir. İfadəsinin sonunda X2 hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, şahid ifadəsini və ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 20.10.2021-ci il tarixli, 450 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü X1 bədəni üzərində aşkar olunan xəsarət-sol qaşüstü nahiyəsinin və sol gözün üst qapağının əzılmış-şapılmış yaraları, sol göz orbiti ətrafının qanşırı və sağ dizin ön səthinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə. Yəni 18.10.2021-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərə vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 30 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 03.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş və 21.09.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, H.Əliyev prospekti ev1, mənzil 13-də qeydiyyatda olmaqla Quba rayon İqriq kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş 015793 saylı Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs X2 ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan 31.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31.03.2022-ci il tarixdən başqa yerə getməmək haqqında qətimkan tədbiri seçeilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş qətimkan tədbirinə də xitam verilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 03 saat üçün 18 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia, müsadirə olunası əmlak və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-77/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-77/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver