Məhkəmə qərarları › İş №1(027)-78/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-78/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-78/2020 12.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx xxxx 1958-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba şəhəri H.Əliyev prospekti ev 10-da qeydiyyatda olmaqla yaşayan xx xxxx 2020-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilətəqsirləndirilir ona görə ki, o, xx xxxxx 2020-ci il saat 14:00-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz 208DK” markalı ** LO *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Quba şəhəri H.Əliyev prospekti ilə Quba rayonu Qəçrəş kəndi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Ümid market” ərzaq mağazasının qarşısında piyada, xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yolun sağ tərəfindən sola keçdiyini görərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək avtomobili tam dayandırmaq üçün vaxtında zəruri tədbirlər görməmiş, avtomobilin qabaq sol tərəfi ilə Bilnur İsayevanı vuraraq onun sağlamlığına komatoz-huşsuz vəziyyətlə müşayiət olunan baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, başın təpə nahiyəsinin yumşaq toxumalarının əziyi və dərialtı hematoması, hər iki ağ ciyərin əzilməsi və sol tərəfli pnevmotoroksla müşayiət olunan sol tərəfdən İV qabırğanın arxa qoltuq xətti üzrə qapalı sınığı, sağ qasıq sümüyünün sınığı, sağ baldırın və sağ ayağın üzərinin yumşaq toxumalarının əziyi və sıyrıqları, sağ qamış sümüyünün aşağı 1/3- qapalı sınığı kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, “Mercedes-Benz 208DK” markalı ** LO *** dövlət qeydiyyat nişanlı mikroavtobusu 2018-ci ilin aprel ayında bəri idarə etmişdir. Həmin avtobusu özü fərdi qaydada idarə etmişdir. Avtobusla fərdi qaydada müştəri olduqca Amsar kəndi-Quba şəhəri arasında sərnişin daşıma ilə məşğul olaraq dolanacaq pulu qazanmışdır. Hadisə baş verən gün, yəni xx xxxxx 2020-ci il səhər saatlarından Amsar kəndi-Quba şəhəri istiqamətində və əksinə istiqamətdə sərnişin daşımışdır. Həmin gün saat 13:50-də köhnə avtovoğzaldan idarə etdiyi avtobusla hərəkətə başlamışdır ki, Quba rayonu Amsar kəndinə getsin. Həmin avtobusla təxminən 40 km/saat sürətlə Quba şəhəri Heydər Əliyev prospekti ilə Quba- Qəçrəş yolu istiqamətində hərəkətdə olmuşdur. Həmin zaman avtobusda 6-7 nəfər sərnişin olmuş və o, ikinci zolaqla hərəkət etmişdir. Ondan sağda 1 saylı marşrut xəttinə məxsus avtobus hərəkət etmişdir. Həmin avtobusun yanında keçmək istəyən zaman iki nəfər uşaq qaçışla yanındakı avtobusun qarşısından keçərək onun idarə etdiyi avtobusla hərəkətdə olduğu zolağın qarşısına çıxmışlar. Uşaqları görən zaman hadisənin qarşısını almaq üçün sərt tormozlayaraq sükanı sağa döndərmişdir. Ancaq hadisənin qarşısını ala bilməyərək avtobusun sol qabaq hissəsi ilə X4 vurmuşdur. Onun yanındakı oğlan uşağı isə qaçıb getmişdir. Həmin vaxt Bilnur İsayevanı avtobusa mindirərək Quba RMX-ya aparmışdır. Oradan isə Bilnur İsayevanı öz valideynləri götürərək Quba MDM-ə aparmışlar. Hadisə baş verənə qədər həmin gün 08:00-dan Quba rayonu daxilində hərəkətdə olmuş və avtobusda texniki cəhətdən nasazlıq hiss etməmişdir. 2018-ci ilin aprel ayında idarə etdiyi “Mercedes-Benz 208DK” markalı ** LO *** dövlət qeydiyyat nişanlı mikroavtobusu X2 almaq üçün ilkin ödəniş olaraq 4000 manat vermiş və aralarındada olan şifahi razılaşmaya əsasən iki il ərzində məbləğin geridə qalan 8000 manatını hər ay hissə-hissə ödəniş etməklə bitirməli olmuşdur. Onlar razılaşmış və Şahin Hüseynov ona avtobusu istifadə etmək üçün etibarnamə vermiş, həmçinin, demişdir ki, avtobusa olan borcunu tam ödəyəndən sonra həmin avtobusun mülkiyyətçisi olacaqdır. Sonuncu dəfə Şahin Hüseynova 2020-ci ilin mart ayının sonlarında ödəniş etmiş və aldığı avtobusa görə ona heç bir borcu qalmamışdır. Hadisə zamanı avtobusu idarə edərkən yol şəraiti nəzarəti altında olmuş, hər hansısa amil onun yol şəraitinə nəzarət etməsinə mane olmamışdır. Sürücülük vəsiqəsini 1976-cı ildə əldə etmiş və 44 illik sürücülük təcrübəsi vardır. Daha sonra təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və cinayət işi üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 2012-ci ildə X5 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladları- oğlu 2013-cü il təvəllüdlü X8 və qızı 2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Hadisə baş verən gün, yəni xx xxxxx 2020-ci ildə övladları ilə evdə olmuşdur. Günorta yeməyi hazırlayarkən uşaqlar evin həyətində oynayırmışlar. Həmin gün saat 14 radələrində oğlu evə gələrək qızının avtomobil qəzası nəticəsində xəsarət aldığını və onu Quba RMX-ya apardıqlarını demişdir. Dərhal Quba RMX-ya getmiş və orada bilmişdir ki, həmin gün saat 14:00-da Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes- Benz 208DK” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə yolu qaçaraq keçmək istəyən qızını vurmuş daha sonra onu idarə etdiyi avtobusa qoyaraq Quba RMX-ya aparmışdır. Halhazırda qızının vəziyyəti yaxşıdır. Daha sonra zərərçəkmiş şəxsin qanuni nümayənsi təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və cinayət işi üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunmuş və tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 375 nömrəli rəyindən görünür ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər- komatoz-huşsuz vəziyyətlə müşayiət olunan baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, başın təpə nahiyəsinin yumşaq toxumalarının əziyi və dərialtı hematoması, hər iki ağ ciyərin əzilməsi və sol tərəfli pnevmotoroksla müşayiət olunan sol tərəfdən İV qabırğanın arxa qoltuq xətti üzrə qapalı sınığı, sağ qasıq sümüyünün sınığı, sağ baldırın və sağ ayağın üzərinin yumşaq toxumalarının əziyi və sıyrıqları, sağ qamış sümüyünün aşağı 1/3-dən qapalı sınığı küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxx 2020-ci ilə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər. Dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunmuş və tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/513 nömrəli rəyindən görünür ki, “Mercedes-Benz 208DK” markalı ** LO *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli, 230 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti olmamışdır. Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs AC 250449 nömrəli, “BCD” dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki,zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və X5 təqsirləndirilən şəxslə barışdığını ona dəymiş ziyanın tam ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində şikayətinin və ona qarşı tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il saat 14:00-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz 208DK” markalı ** LO *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Quba şəhəri Heydər Əliyev prospekti ilə Quba rayonu Qəçrəş kəndi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Ümid market” ərzaq mağazasının qarşısında piyada, xx xxxxxx 2014cü il təvəllüdlü X3 yolun sağ tərəfindən sola keçdiyini görərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək avtomobili tam dayandırmaq üçün vaxtında zəruri tədbirlər görməmiş, avtomobilin qabaq sol tərəfi ilə Bilnur İsayevanı vuraraq onun sağlamlığına komatoz-huşsuz vəziyyətlə müşayiət olunan baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, başın təpə nahiyəsinin yumşaq toxumalarının əziyi və dərialtı hematoması, hər iki ağ ciyərin əzilməsi və sol tərəfli pnevmotoroksla müşayiət olunan sol tərəfdən İV qabırğanın arxa qoltuq xətti üzrə qapalı sınığı, sağ qasıq sümüyünün sınığı, sağ baldırın və sağ ayağın üzərinin yumşaq toxumalarının əziyi və sıyrıqları, sağ qamış sümüyünün aşağı 1/3- qapalı sınığı kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan, CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə həmçinin törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin olmamasını, törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın tam ödənilməsini, nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Beləliklə məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi təqsirləndirilən şəxsin barəsində tətbiq edilə bilər və onun Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməldir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak, həmçinin mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 208DK” markalı ** LO *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sahibinə, yəni Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, hadisənin görüntülərini əks etdirən bir ədəd DVD disk iş materillarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 208DK” markalı ** LO *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sahibinə, yəni Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, hadisənin görüntülərini əks etdirən bir ədəd DVD disk iş materillarında saxlanılsın. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan, hazırkı qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar