Məhkəmə qərarları › İş №1(027)-78/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-78/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-78/2022 19.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində 03.02 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,233 qram və 1,264 qram çəkidə 02 ədəd bükümdə, ümumi çəkisi 1,497 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşımaqla idarə etdiyi Mersedes Benz E 230 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, 02 fevral 2022-ci il tarixdə saat 00:10 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Quba şəhəri, H.Əliyev prospektində saxlanılaraq avtomobilinə baxış keçirilən zaman avtomobilin cihazlar panelinin külqabı yerindən 1 ədəd şəffaf sellofan parçasına bükülmüş 0,233 qram və avtomobilin arxa sol qapısındakı külqabı hissədən 1,264 qram, ümumi təmiz çəkisi 1,497 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki o, etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz 230” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşqul olub ailəsini dolandırır. 5-6 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. 31 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində narkotik vasitə heroin almışdır. Əldə etdiyi şəffaf sellofan parçasına bükülmüş narkotik vasitə heroini idarə etdiyi avtomobilin sürətlər qutusunun yanındakı külqabısına qoymuşdur. Heroindən başaq külqabıda aptekdən aldığı 2 ədəd tramadol həbidə olmuşdur. 01 fevral 2022-ci il tarixdə, gecə saatlarında Quba şəhərinin köhnə avtovağzal ərazisində olarkən onun idarə etdiyi avtomobili Quba rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşları saxlamışlar. Həmin vaxt yol patrul xidmətiinin əməkdaşlarının yanında Quba rayon polis şöbəsinin digər əməkdaşlarıda olmuşdur. Polis əməkdaşları ona üzərində narkotik vasitələr gəzdirməsində şübhəli olduğu üçün saxlandığını bildirərək, hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim edib əvvəlcə üzərinə sonrada idarə etdiyi avtomaşına baxış keçirilmişlər. Şəxsi axtarış zamanı üzərindən Samsung A3 markalı mobil telefon, 37 manat pul, siqaret qutusu, alışqan aşkar olunmuşdur. Baxış zamanı üzərindən başqa qanunsuz əşyalar aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş mobil telefon polis əməkdaşları tərəfindən araşdırma zərurəti ilə əlaqədar götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Sonra polis əməkdaşları ondan avtomobilində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, avtomobilin sürət qutusunun yanında narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları avtomobilin salonuna baxış keçirən zaman sürət qutusunun yanındakı külqabı yerindən bir ədəd sellofan parçasına bükülmüş narkotik vasitə heroini aşkar edərək götürmüşlər. Bundan başqa həmin külqabıdan 50 ml tramadol həbi, sınmış bulaşıq dərman şüşəsi aşkar edilmişdir. Eləcə də baxış zamanı avtomobilin qabaq sol oturacağının sol tərəfdə döşəmə üzərində bir ədəd boş şpiris, həmin oturacağın döşəməsindəki ayaqaltı rezinin altından limon duzu aşkar edilərək götürülmüşdür. Bundan başqa avtomobilinə baxış zamanı arxa sol qapının külqabı yerindən bir ədəd sellofan parçasına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, boş şpiris, sınıq dərman şüşəsi, tramadol həbi və narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, polis əməkdaşlarına avtomobilinin arxa hissəsindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin ona məxsus olmamasını bildirmişdir. Ola bilsin ki, həmin narkotik vasitəyə bənzər kütləni özü həmin yerə qoymuş, sonradan ununtmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, 2022 -cı ilin yanvar ayından Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Quba şəhəri, C.Cabbarlı küçəsi, ev 101 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və avtomobilində narkotik vasitələr saxlaması barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğundan ondan, Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, DYPB-nin YPX inspektorları polis baş serjantı Şahid3, polis baş serjantı Şahid4, Əməliyyat rabitə qrupunun kiçik inspektoru, polis kiçik serjantı Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Bundan sonra onlar 02 fevral 2022-ci il tarixdə saat 00:00 radələrində Quba şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs idarə ediyi Mersedes Benz E 230 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamışlar. Özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs üzərində və avtomobilində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, ona görə də şübhəli şəxs kimi saxlanıldığını bildirərək üzərində və avtomobilində axtarış aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs müdafiəçi təqdim edildikdən sonra, hüquq və vəzifələri elan edilməklə onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı onun üzərindən Samsung A3 markalı mobil telefon, 37 manat pul, siqaret qutusu, alışqan aşkar olunmuşdur. Mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Sonra onlar Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olub-olmadığını soruşmuşar. Təqsirləndirilən şəxs onlara avtomobilin sürət qutusunun yanında narkotik vasitə heroin olduğunu bildirmişdir. Onlar onun avtomobilinin salonuna baxış keçirən zaman sürət qutusunun yanındakı külqabı yerindən bir ədəd sellofan parçasına bükülmüş narkotik vasitə heroini aşkar edərək götürmüşlər. Bundan başqa həmin külqabıdan 50 ml tramadol dərman həbi, sınmış bulaşıq dərman şüşəsi aşkar edilmişdir. Eləcə də baxış zamanı avtomobilin qabaq sol oturacağının sol tərəfdə döşəmə üzərində bir ədəd boş şpiris, həmin oturacağın döşəməsindəki ayaqaltı rezinin altından limon duzu aşkar edilərək götürülmüşdür. Bundan başqa avtomobilə baxış zamanı arxa sol qapının külqabı yerindən bir ədəd sellofan parçasına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, sonra boş şpiris, sınıq dərman şüşəsi, tramadol dərman həbi və narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs məsuliyyədən yayınmaq üçün idarə etdiyi avtomobilin arxa sol qapının külqabı yerindən bir ədəd sellofan parçasına bükülmüş narkotik vasitə heroindən məlumatının olmadığını və ona məxsus olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2022-ci il tarixli 6/659 №-li rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş..” və sözlər olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,264 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş..” və s. sözlər imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,233 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Tramadol 50 mq.krka” yazısı olan 01 ədəd blister kəsiyindəki 02 ədəd ağ göy rəngli dərman kapsullarının tərkibində tramadol maddəsi müəyyən edildi. 02 ədəd kapsulun tərkibində tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edir, (bir kapsula 0,05 qram), 01 ədəd istifadə olunmuş 1-ml-lik boş şpirisin daxilində və baş hissəsi sınmış dərman ampulunda heroinin izləri müəyyən edldi. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisini və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Üzərində “Təqsirləndirilən şəxs avtomobilndən aşkar olunmuş limon turşusuna oxşar ..” və s. sözlər və imzalar olan zərfdəki 01 ədəd sellofan paketdə təmiz çəkisi 49,011 qram şəffaf rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşususudur. Təqsirləndirilən şəxs üzərindən (zərf N 1) və avtomobilindən (zərf N2) aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı ı) daxildir. Tramadol 18 mart 2016-cı il tarixili Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxildir. Limon turşusu Azərbaycan Respublikasında nəzarətdə olan maddələrin siyahılarına daxil deyildir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 mart 2022-ci il tarixli 1365 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniyaxəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi Mersedes Benz E 230 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin cihazlar panelinin külqabı yerindən 1 ədəd şəffaf sellofan parçasına bükülmüş 0,233 qram və avtomobilin arxa sol qapısındakı külqabı hissədən 1,264 qram, ümumi təmiz çəkisi 1,497 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 05 fevral 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 27.11,2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli 72 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır İşdə olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Döğum haqqında şəhadətnamələrin surətlərinindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Ağacanova Xalidə və xx.xx.2010-cu il təvəllüdlü Ağacanov Nadir adlı iki azyaşlı övladı var Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı üşaqlarının olmasını yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 03.02 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 110 (yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Quba rayon Vəkil Bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1,397 qram olan narkotik vasitə olan heroin, 01 kapsula tramadol həbi, 48,911 qram limon duzu, 01 ədəd sınmış dənman ampulası və 01 ədəd boş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 110 (yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1,397 qram olan narkotik vasitə heroin, 01 kapsula tramadol həbi, 48,911 qram limon duzu, 01 ədəd sınmış dərman ampulası, 01 ədəd boş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar