Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-78/2024 01.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1987-ci ildə Quba rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmayan, Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,15 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 0,506 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 10 yanvar 2024-cü il tarixdə, saat 16:30 radələrində Quba rayonu, Amsar kəndi ərazisində, “Quba-Qonaqkənd” avtomobil yolunun kənarında saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin içəri hissəsində yerləşən sol cibindən bir ədəd bükümdə xalis çəkisi 0,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olaraq həmkəndlisi Şahid1 ilə birlikdə fəhlə işləyir. Tutulmamışdan təxminən 5-6 ay əvvəldən başlayaraq “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamindən falqaya doldurub çəkmək üsulu ilə istifadə etmişdir. Vüqar ilə biri-birinin metamfetamindən istifadə etdiklərini bildikləri üçün hərdən birlikdə alıb istifadə etmişlər. Tutulmamışdan 3 ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İran vətəndaşı kimi təqdim etmiş şəxslə tanış olub telefon nömrəsini götürərək “WhatsApp” vasitəsilə ilə əlaqə saxlayarkən həmin şəxs psixotrop maddə metamfetamin satdığını bildirmiş, bunun üçün o, alacağı psixotrop maddəninin pulunu Babanın göndərdiyi kart hesabına yükləyərək ödəniş etməli, Babanın Azərbaycanda olan kuryeri satacağı psixotrop maddəni müəyyən bir yerə qoyaraq bu yerin şəklini çəkib Babaya göndərməli, Baba da öz növbəsində “WhatsApp” vasitəsilə həmin yerin “məkan”ını və şəkilini ona göndərməli, o da şəkildə göstərilən yerə gedərək qoyulmuş psixotrop maddəni götürməli idi. Babanın kuryerə narkotik vasitəni necə və hansı üsulla verməsi barədə məlumatı yoxdur. 10 yanvar 2024-cü il tarixdə, səhər saatlarında yaşadıqları kənddən onun idarə etdiyi “VAZ 21010” markalı avtomobillə Vüqar ilə birlikdə çıxaraq Bakı şəhərinə getmişlər. Yolda Baba adlı şəxsdən onlayn yolla özləri üçün istifadə etməyə metamfetamin almaq qərarına gəlmişlər. Hərəsi 30 manat pul qoymuş və o, Quba-Bakı avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən marketlərin birindəki ödəniş terminalından Babaya aid kart hesabına 60 manat yükləmişdir. Baba sifariş etdikləri psixotrop maddənin Bakı şəhərində yerləşən Beynəlxalq avtovağzalın yaxınlığındakı zibil qutusunun yanına qoyulacağını bildirmişdir. Onlar Bakı şəhərində işlərini görüb Qubaya qayıdarkən, günorta saatlarında psixotrop maddənin qoyulduğu yerə getmiş, Vüqar 20-25 metr aralıda gözləmiş, o, zibil qutusunun yanından psixotrop maddə bükümünü götürəndən sonra onlar oradan Qubaya yola düşmüşlər. Yolda gələrkən aldıqları psixotrop maddəni iki hissəyə bölmüş, hərəsi öz payına düşən hissənin üzərindən bir az götürüb istifadə etmişlər. Onlar fəhlə işi üçün maraqlanmaq məqsədilə Bakı şəhərindən Quba rayonu, 1-ci Nügədi kəndinə gəlmişlər. Oradan Quba şəhərinə qayıdarkən Amsar kəndinə daxil olanda yolun sol tərəfində yerləşən avtoyumanın üzərində icarəyə verilməsi barədə məlumat yazıldığını görmüşlər. Həmin avtoyumanı gələcəkdə icarəyə götürüb işlətmək üçün avtomobili saxlamış və saat 16:30 radələrində yolun sol tərəfinə keçib həmin avtoyumaya baxarkən Quba RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib barələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqlarında dair məlumat olduğunu bildirmişlər. Təhqiqatçı və vəkil dəvət edilmiş, təhqiqatçı və vəkil gələndən sonra əvvəl Vüqarın üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı Vüqarı şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandıqları yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Vüqara üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Vüqar əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən pul kissəsini çıxarıb həmin kisəni açaraq içərisindəki bir ədəd bükümü təqdim etmişdir. Bükümü açarkən içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Video çəkiliş davam etdirilərək onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində saxladığı psixotrop maddəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən pul kissəsini çıxarıb həmin kisəni açaraq içərisindəki bir ədəd bükümü təqdim etmişdir. Bükümü açarkən içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar edilmişdir ki, o, bu kütlənin “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini, satmadığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitədən yeddi ay olar istifadə edir. Narkotik vasitə metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən əldə etmiş və özü istifadə etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olaraq həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə fəhlə işləyir. Tutulmamışdan təxminən 6-7 aydan əvvəldən başlayaraq “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamindən falqaya doldurub çəkmək üsulu ilə istifadə etmişdir. Roma ilə biri-birinin metamfetamindən istifadə etdiyini bildikləri üçün hərdən birlikdə də alıb istifadə etmişlər. 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında yaşadıqları kənddən Romanın idarə etdiyi avtomobillə çıxaraq Bakı şəhərinə getmişlər. Yolda Romanın tanıdığı Baba adlı şəxsdən onlayn yolla özləri üçün istifadə etməyə metamfetamin almaq qərarına gəlmişlər. Onlar Babadan öz istifadələri üçün metamfetamin almaq məqsədilə adama 30 manat qoymuş və Roma Quba-Bakı avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən marketlərin birindəki ödəniş terminalından Babaya aid kart hesabına 60 manat yükləmişdir. Baba sifariş etdikləri psixotrop maddənin Bakı şəhərində yerləşən Beynəlxalq avtovağzalın yaxınlığındakı zibil qutusunun yanına qoyulacağını bildirmişdir. Onlar Bakı şəhərində işlərini görüb Qubaya qayıdarkən, günorta saatlarında psixotrop maddənin qoyulduğu yerə getmiş, o, 20-25 metr aralıda gözləmiş, Roma zibil qutusunun yanından psixotrop maddə bükümünü götürəndən sonra onlar oradan Qubaya yola düşmüşlər. Yolda gələrkən aldıqları psixotrop maddəni iki hissəyə bölmüş, hərəsi öz payına düşən hissənin üzərindən götürüb bir az istifadə etmişdir. Quba şəhərinə qayıdarkən Amsar kəndinə daxil olanda yolun sol tərəfində yerləşən avtoyumanın üzərində icarəyə verilməsi barədə məlumat yazıldığını görmüşlər. Həmin avtoyumanı gələcəkdə icarəyə götürüb işlətmək üçün avtomobili saxlamış və saat 16:30 radələrində yolun sol tərəfinə keçib həmin avtoyuma məntəqəsinə baxarkən Quba RPŞnin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib barələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqlarına dair məlumat olduğunu bildirmişlər. Təhqiqatçı və vəkil dəvət edilmiş, təhqiqatçı və vəkil gələndən sonra əvvəlcə onun üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandıqları yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən pul kissəsini çıxarıb həmin kisəni açaraq içərisindəki bir ədəd bükümü təqdim etmişdir. Bükümü açarkən içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar edilmişdir ki, o, bu kütlənin “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini, satmadığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, narkotik vasitəni online formada satan şəxsin bank kartına 60 manat köçürməklə əldə etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba şəhər sakinləri Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahid1 və Təqsirləndirilən şəxs Quba-Qonaqkənd avtomobil yolu ilə Quba rayonu, 1-ci Nügədi kəndindən Quba şəhərinə doğru gələrkən Amsar kəndinin girişində, həmin yolun kənarında olduğunu müəyyən edib 10 yanvar 2024-cü il tarixdə, saat 16:30 radələrində həmin yerdə onlara yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqlarına dair barələrində məlumat olduğunu bildirmişlər. Həmin yerə təhqiqatçı və vəkil dəvət edilmiş, təhqiqatçı və vəkil gələndən sonra, əvvəl Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı Şahid1 şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Şahid1 üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Vüqar Şıxkərimov əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən pul kissəsini çıxarıb həmin kisəni açaraq içərisindəki bir ədəd bükümü təqdim etmişdir. Bükümü açarkən içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar edilmişdir. Şahid1 bu kütlənin “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini, satmadığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən pul kissəsini çıxarıb həmin kisəni açaraq içərisindəki bir ədəd bükümü təqdim etmişdir. Bükümü açarkən içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu kütlənin “şüşə və ya patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini, satmadığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş üzrə Şahid3 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da Şahid2 və Şahid4 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 16:30 radələrində Quba rayonu, Amsar kəndi ərazisində, “Quba-Qonaqkənd” avtomobil yolunun kənarında saxlanılır. Ona narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli olduğundan videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olubolmamasını soruşulur. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını qeyd edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmasını soruşur, sonuncu üzərində narkotik vasitə saxladığını etiraf edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda sonuncu həmin narkotik vasitəni iran vətəndaşından əldə etdiyini bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etməsini bildirir və sonuncu əynində olan gödəkçənin içəri hissəsində yerləşən sol cibində saxladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim edir. Bükülü açıldıqda içərisində metamfetaminə bənzər kütlə aşkar edilir. Həmin büküm elektron tərəzidə ölçülür və xalis çəkisi 0,506 qram olması müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) 11 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/147 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş bir ədəd bükümdə xalis çəkisi 0,506 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Metamfetaminin xalis çəkisi - 0,506 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,456 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin (məhkəmə-narkoloji ekspertizası) 01 fevral 2024cü il tarixli 638 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,456 qram olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2 xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metamfetamini əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin xalis çəkisi 0,506 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Quba Rayon prokuroru Namiq Muradovun xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayır. Onun həyat yoldaşı Vera Həbibova, qızları xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü Məryəm Həbibova və Dinara Həbibovadan ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində iki azyaşlı uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; Həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,456 qram olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkilinə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba və Qusar rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,456 qram olan metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-78/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-78/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver