Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-79/2021 15.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakı ilə , xx xxxx 1976-cı ildə Quba rayonu Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 08.10.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla 31 mart 2003-cü il təvəllüdlü X6, 20 sentyabr 2005-ci il təvəllüdlü X2, 25 iyul 2007-ci il təvəllüdlü X4 və 19 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 dekabr 2019-cu il tarixli 2(027)-2589/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində 03 iyul 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli, 3(027)-506/2020 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək 21 iyul 2020-ci və 02 dekabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə və Quba Rayon Məhkəməsinin 8(027)-211/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 28 yanvar 2021-ci il tarixədək cəmi 5450,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki o, 2001-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs ilə qeyrirəsmi ailə qurmuş, ailə qurduqdan sonra təxminən 7-8 ay sonra Rusiya Federasiyasının Xantamotiski vilayəti, Niyaqan şəhərinə köçmüşlər. Birgə nikahdan 31.03.2003-cü il təvəllüdlü Alsu Əsədova, 20.09.2005-ci il təvəllüdlü Məktubə Əsədova, 25.07.2007-ci il təvəllüdlü Aygül Əsədova və 19.11.2009-cu il təvəllüdlü Kamran Əsədov adlı uşaqları dünyaya gəlmişdir. 2017-ci ilə kimi münasibətləri yaxşı olsada 2017-ci ilin iyun ayında münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ayrılmışdır. Ayrıldıqdan sonra, Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 24.12.2019cu il tarixli qətnaməsi ilə 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla övladları Alsu Əsədovanın, Məktubə Əsədovanın, Aygül Əsədovanın və Kamran Əsədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla cəmi 400,00 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Quba rayon icra və probasiya şöbəsində icra işi aparılarkən ondan alimentin ödənilməsi dəfələrlə tələb edilmiş, lakin o, cəmi 550,00 manat aliment ödəmiş, alimenti tam ödəyə bilmədiyindən Quba Rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli qərarı ilə inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Quba rayonunun Çiçi kəndində 0,33 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini satıb aliment borcunu ödəmək isdəsədə torpaq sahəsini sata bilmədiyi, məşğulluq mərkəzində təklif olunan işlərin əmək haqları az olduğundan məşğulluq mərkəzinə işlə təmin olunması barədə müraciət etmədiyini, əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2000-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə qurmuş və həmin ildə Rusiya Federasiyasının Niyaqan şəhərinə köçmüşlər. Birgə nikahdan 31.03.2003-cü il təvəllüdlü Alsu Əsədova, 20.09.2005-ci il təvəllüdlü Məktubə Əsədova, 25.07.2007-ci il təvəllüdlü Aygül Əsədova və 19.11.2009-cu il təvəllüdlü Kamran Əsədov adlı uşaqları dünyaya gəlmişdir. 2017-ci ilə qədər münasibətləri yaxşı olsa da, daha sоnra birgə yaşayışları alınmamışdır. Ayrılmalarına səbəb Təqsirləndirilən şəxs ailəyə baxmaq istəməməsi, spirtli içkilərə meyilli olması, uşaqları böyütməyə köməklik etməməsi, uşaqlara qarşı son dərəcə kobud davranması, qazandığı pulları isə özü üçün xərcləməsi olmuşdurş. Bu səbəbdən onunla boşanmaq və uşaqların saxlanması üçün alimentin alınması məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla övladları Alsu Əsədovanın, Məktubə Əsədovanın, Aygül Əsədovanın və Kamran Əsədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Quba rayon icra və probasiya şöbəsinə göndərilmiş, lakin Təqsirləndirilən şəxs dəfələrlə alimenti ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs maddi durumu yaşxı olsada o, yalnız hissələrlə 550,00 manat aliment ödəmişdir. Bu səbəbdən onun barəsində müvafiq qanuni ölçülərin görülməsi üçün tələblərindən sonra Quba Rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. Lakin bundan Təqsirləndirilən şəxs heç bir nəticə çıxarmamış, yənə də, heç bir ödəniş etməmişdir. Maddi vəziyyəti ağır olduğu üçün kirayə pulu və uşaqların saxlanılmasını qarşılaya bilmir. Təqsirləndirilən şəxs isə uşaqları ilə heç maraqlanmır və alimenti ödəmək üçün heç bir cəhd etmir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs 28 yanvar 2021-ci il tarixədək Təqsirləndirilən şəxs aliment borcu 5450 manat təşkil etdiyini qeyd edərək, borclu Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-2589/2019 saylı 24 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla 31 mart 2003-cü il təvəllüdlü X6, 20 sentyabr 2005-ci il təvəllüdlü X2, 25 iyul 2007-ci il təvəllüdlü X4 və 19 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 16.01.2020-ci il tarixdə Quba rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını qismən təmin etmiş, onda tələbin yönəldilə biləcəyi əmlak və gəliri aşkarlanmamışdır. İcra sənədi üzrə xeyli miqdarda aliment üzrə borcun yaranmasını nəzərə alaraq həyata keçirilmiş zəruri icra hərəkətləri nəticəsində Quba Rayon Məhkəməsinin 30.06.2020-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs icra sənədinə olan qərəzli mövqeyini nəzərə alaraq 03 iyul 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli, 3(027)-506/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunmasına və ona dəfələrlə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, tələbi təmin etməkdən qərəzli olaraq boyun qaçırmağa davam etmişdir. Təqsirləndirilən şəxs bugünə kimi Zərərçəkmiş şəxs xeyrinə cəmi 550 manat məbləğində aliment pulu ödəmiş və onun hazırda 5450,00 manat məbləğində aliment borcu mövcuddur. Məhkəmədə digər şahid Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(027)- 2589/2019 saylı qətnaməsi və 24.12.2019-cu il tarixli, 2(027)-2589/2019 saylı icra sənədindən görünür ki, Təqsirləndirilən şəxs 31.03.2003-cü il təvəllüdlü X6, 20.09.2005-ci il təvəllüdlü X2, 25.07.2007-ci il təvəllüdlü X4 və 19.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 28.10.2019-cu il tarixdən başlayaraq, hər uşağa görə hər ay 100 manat olmaqla, dörd uşaq üçün hər ay 400 manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan Quba rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Həsənlinin icraata başlamaq haqqında qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(027)-2589\2019 saylı icra sənədi üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-506/2020 saylı, 03.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 8(027)-211/2020 saylı, 30.06.2020-ci il tarixli qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 2589/2019 saylı, 24 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən iş üzrə borclu Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan 21.07.2020-ci il tarixli, 10309/20-03 saylı bildirişdən görünür ki, inzibati məsuliyyətə cəlb edildikdən sonra, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(027)-2589/2019 saylı icra sənədinin icrası üçün 10 gün olmaqla yeni müddət təyin edilmişdir. İş materiallarında olan 09.02.2021-ci, 12.03.2021-ci, 29.03.2021-ci və 08.04.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xeyrinə 550,00 manat aliment ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri юзцнцн, zərərçəkmiş şəxsin вя şahidlərin ifadələri eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs oğlunun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Quba rayonu, Çiçi kəndi ərazisində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, dəymiş zərəri aradan qaldırmamış və bunlara heç bir cəhd göstərməmiş, bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə Quba rayon Məhkəməsinin 1(027)-79/2021 saylı, 26.05.2021-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 08.10.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.10.2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 08.10.2021-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov Əsli ilə düzdür. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-79/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-79/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver