Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-79/2023 12.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs evinin həyətinə gələrək aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı onu qəsddən itələmiş və Zərərçəkmiş şəxs yerə yıxılaraq sağ qolu altında qaldığı üçün o, sağ qolun yumşaq toxumaların əziyi ilə nəticələnən qəddən sağlamlığa qısa müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, tanışı Mətləbin vasitəçiliyi ilə tanımışdır. Təxminən 6 ay bundan öncə Hikmət ona evini təmir etdirmək istədiyini demiş, o, da gedib evinə baxmış və 50 manat beh alıb təmir işləri görməyə başlamışdır. İki gün işlədikdən sonra, Hikmət içkili vəziyyətdə gəlib onun işinə müdaxilə etdiyinə görə aralarında söz mübahisəsi olmuş və o Zərərçəkmiş şəxs bildirmişdir ki, “mən sənin üçün işləməyəcəm” deyərək alətlərini yığıb getmişdir. Həmin söhbətdən bir ay keçəndən sonra, Hikmət ona zəng edərək, ona 30 manat pul borclu qalmasını demişdir. O da ona borcu olmadığını, onun evində 2 gün işlədiyini bildirmişdir. 12 mart 2023-cü il tarixdə saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs yenidən ona zəng edərək, 30 manat pulunu istəyib nalayiq söyüşlər söymüş, o, da “gəlirəm, işlədiyim işi hesablayaraq sənə borclu qalmişamsa pulunu qaytarım” demişdir. Saat 18 radələrində o, Zərərçəkmiş şəxs evinə gəlmiş və görmüşdür ki, Mətləb qapıda dayanmışdır. Mətləb ona, “gəl gördüyün işləri hesablayaq” demişdir. O, həyətə daxil olarkən Hikmət onun qarşısına çıxmış və o, hikmətdən ona nə qədər borcu olduğunu soruşmuş, Hikmət də 30 manat borclu olduğunu demişdir. O, yenidən ondan niyə telefonda nalayiq söyüşlər söydüyünü soruşmuş, Hikmət isə sərxoş vəziyyətdə “mənim evimdə sən məni hədələyirsən?” demişdir. O, da əsəbləşərək Hilmət Ağayevi qəsddən itələmiş və o yerə yıxılmışdır. Bundan sonra o, oradan çıxıb getmişdir. Mübahisə zamanı Hikmət onu söyüb təhqir etmiş və mübahisənin başlanmasına da səbəb Hikmət olmuşdur. Mübahisə Hikmətin yaşadığı evin həyətində olmuş təxminən 5-6 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edən Zərərçəkmiş şəxs səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini üçün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş edərək hazırda cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Quba şəhəri, Gənclər küçəsində yerləşən evini təmir etdirməkdən ötrü təxminən 3-4 ay bundan öncə usta çağırmışdır. Usta evinin təmirini yarımçıq qoyub getmiş və zəhmət haqqını tam almışdır. O, Təqsirləndirilən şəxs dəfələrlə zəng vurub irad bildirmişdir ki, başqa usta işlətmək üçün ondan aldığı pulu gətirib qaytarsın, Murad isə hər dəfə müxtəlif bəhanələr gətirərk pulu verməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yenidən Murada zəng vurub pulunu istəyərkən Murad ona demişdir ki, gəlib gördüyü işi hesablayacaq. Təxminən 10-15 dəqiqə sonra Murad yanında bir nəfər şəxslə onun yaşadığı evə gəlmiş, bu zaman onun yaşadığı evin həyətində Muradla onun arasında söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı Murad onu qəsddən itələyərək yerə yıxmış, nəticədə sağ qolu altında qaldığı üçün o sağ qolundan xəsarət almışdır. Mübahisə zamanı orada Təqsirləndirilən şəxsla yanında gələn şəxsdən başqa heç kim olmamış, mübahisə 3-5 dəqiqə davam etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 13 mart 2023-cü il tarixli, 192 nömrəli rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət- sağ mil bilək oynağında yumşaq toxumaların əziyi küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, xx.xx.2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 741 və 742 saylı arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X5 Şəxs Quba Rayon X2 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-56/2-394/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-79/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-79/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver