Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-8/2020 12.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X7, Zərərçəkmiş şəxs: X4, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə xx.xx.1999-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1,185.2.1, 185.2.2 və 29, 185.2.1, 29, 185.2.2-cimaddələri ilə xx.xx.1999-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2cimaddələri ilə xx.xx.2002-ci ildə Quba şəhərində anadan olmuş, AzərbaycanRespublikasınınvətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Sadığov X25 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-cimaddələri ilə xx.xx.1997-ci ildə Quba rayonu Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Quba rayonu Alpan kəndində qeydiyyatda olan və ünvan 14 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2cimaddələri ilə xx.xx.2001-ci ildə Xaçmaz rayonu Susay-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Xaçmaz rayonu Susay-Qışlaq kəndində qeydiyyatda olan və ünvan 4 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 29,185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan iki nəfər şəxsə vədlər verərək cinayətkar fəaliyyətə cəlb etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq iki avtomobili ələ keçirmiş və təkrarən bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq üç avtomobili ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, xx xxxxx 2019cu il tarixdə saat 01 radələrində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə yetkinlik yaşına çatmayan - xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 birlikdə avtomobillə gəzəcəklərini vəd edərək onu cinayətkar fəaliyyətə cəlb edib Təqsirləndirilən şəxs4la qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri Hacıtağı Rüstəmov küçəsində həmin küçənin 6 saylı evində yaşayan Zərərçəkmiş şəxs5 məxsus “VAZ- 21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaq məqsədi ilə avtomobilin qabaq sol şüşəsini aşağı endirib qapını açaraq sükan arxasında əyləşərək əvvəlcə sükanın aşağı hissəsində olan naqilləri, sonra mühərrik hissəsindəki naqilləri bir-birinə sürtməsinə baxmayaraq avtomobili işlək vəziyyətə gətirə bilməmiş, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxxxx 2019-cu il tarixdə saat 01:30-da talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə yetkinlik yaşına çatmayanxx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 birlikdə avtomobillə gəzəcəklərini vəd edərək onu cinayətkar fəaliyyətə cəlb edib Təqsirləndirilən şəxs4la qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri Fətəlixan küçəsi, 95 nömrəli evin qarşısında həmin ünvanda yaşayan X4 etibarnamə əsasında idarə etdiyi «VAZ-21063» markalı, H683UVRUS05 dövlət qeydiyyat nişanlı avtomobilin sükanının aşağı hissəsində olan naqillərini bir-birinə sürtməklə avtomobili işlək vəziyyətə gətirib idarə edərək Quba rayonu Alekseyevka kəndi istiqamətində hərəkət etdirmiş, bir neçə saat sonra isə qaçırdıqları yerə gətirib qoymaqla avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən xx xxx 2019-cu il tarixdə saat 00:05-də avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək barədə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq, həmçinin yetkinlik yaşına çatmayan- xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs5 birlikdə avtomobillə gəzəcəklərini vəd edərək onu cinayətkar fəaliyyətə cəlb etməklə həmin şəxslər birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri, Muxtadır küçəsində, həmin küçənin 25 saylı evində qonaq olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ-21061” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının aşağı hissəsində olan naqilləri bir-birinə sürtməklə işlək vəziyyətə gətirməyə çalışmasına baxmayaraq, avtomobilin işə düşməməsi və sahibi Zərərçəkmiş şəxs2 bayıra çıxmasını görüb hadisə yerindən qaçıb uzaqlaşmış, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxx 2019-cu il tarixdə saat 03 radələrində talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Quba şəhəri M.Rəsulzadə küçəsində, həmin küçədə yaşayan Zərərçəkmiş şəxs4 məxsus “VAZ-2109” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının aşağı hissəsində olan naqilləri bir-birinə sürtməsinə baxmayaraq avtomobili işlək vəziyyətə gətirə bilməmiş, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək təkrarən avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxx 2019-cu iİ tarixdə saat 00:30 radələrində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri Hacıtağı Rüstəmov küçəsinə gedib həmin küçədə yaşayan Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “VAZ-21093” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilini qabaq sol şüşəsini yerdən götürdüyü kərpiclə sındıraraq sükanın aşağı hissəsində olan naqilləri bir-birinə sürtməklə avtomobili işlək vəziyyətə gətirib idarə edərək Quba rayon Alekseyevka kəndi istiqmətində hərəkət etdirib təkrarən talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirmiş, Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hisəsində idarəetməni itirib avtomobili aşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməyə cəhd etmiş və təkrarən bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq bir avtomobili ələ keçirmişdir. Belə ki, o, xx xxx 2019-cu il tarixdə saat 00:05-də avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək barədə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri, Muxtadır küçəsində, həmin küçənin 25 saylı evində qonaq olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ-21061” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırtmaq istəyərkən Zərərçəkmiş şəxs2 bayıra çıxaraq onları gördüyündən hadisə yerindən qaçıb uzaqlaşmaqla cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxx 2019-cu il tarixdə saat 00:30 radələrində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “VAZ-21093” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili işlək vəziyyətə gətirə bilmədiklərindən Təqsirləndirilən şəxs3la birlikdə avtomobili işə salmaq üçün itələmiş, avtomobil işlək vəziyyətə gəldikdən sonra avtomobilin arxa salonunda əyləşmiş, Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək Quba rayonu Alekseyevka kəndi istiqamətində hərəkətdə olarkən Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində idarəetməni itirdiyindən yol nəqliyyat hadisəsi törədərək təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq bir avtomobili ələ keçirməyə cəhd etmiş ve qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq bir avtomobili ələ keçirmişdir. Belə ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə barədə X1 avtomobil qaçırdıb avtomobildə gəzmək təklifi ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri Hacıtağı Rüstəmov küçəsində, həmin küçənin 6 saylı evində yaşayan Zərərçəkmiş şəxs5 məxsus “VAZ-21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaq istəyib bu məqsədlə avtomobili işlək vəziyyətə gətirmək üçün itləmiş, lakin avtomobil işlək vəziyyətə gəlmədiyindən qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxxxx 2019-cu il tarixdə saat 01:30-da talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 avtomobil qaçırdıb avtomobildə gəzmək təklifi ilə razılaşaraq Quba şəhəri Fətəlixan küçəsi, 95 nömrəli evin qarşısında həmin ünvanda yaşayan X4 etibarnamə əsasında idarə etdiyi «VAZ-21063» markalı, H683UVRUS05 dövlət qeydiyyat nişanlı avtomobili işlək vəziyyətə gətirə bilməsi üçün avtomobili itələmiş, avtomobil işlək vəziyyətə gəldikdən sonra avtomobilin qabaq sərnişin oturacağında əyləşərək Quba rayon Alekseyevka kəndi istiqmətində hərəkət etmiş, bir neçə saat sonra isə avtomobili qaçırdıqları yerə gətirib qoymaqla avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməyə cəhd etmiş və təkrarən bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq bir avtomobili ələ keçirmişdir. Belə ki, o, xx xxx 2019-cu il tarixdə saat 00:05-də avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək barədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri, Muxtadır küçəsində, həmin küçənin 25 saylı evində qonaq olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ-21061” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırtmaq istəyərkən Zərərçəkmiş şəxs2 bayıra çıxaraq onlan gördüyündən hadisə yerindən qaçıb uzaqlaşmaqla cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxx 2019-cu il tarixdə saat 00:30 radələrində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “VAZ-21093” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili işlək vəziyyətə gətirə bilmədiklərindən Təqsirləndirilən şəxs2lə birlikdə avtomobili işə salmaq üğün itələmiş, avtomobil işlək vəziyyətə gəldikdən sonra avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək Quba rayonu Alekseyevka kəndi istiqamətində hərəkətdə olarkən Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində idarə etməni itirdiyindən yol nəqliyyat hadisəsi törədərək təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobil qaçırtmağa cəhd etmişdir. Belə ki, o, xx xxx 2019-cu il tarixdə saat 00:05-də avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək barədə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri, Muxtadır küçəsində, həmin küçənin 25 saylı evində qonaq olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ-21061” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırtmaq istəyərkən Zərərçəkmiş şəxs2 bayıra çıxaraq onları gördüyündən hadisə yerindən qaçıb uzaqlaşmaqla cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin170.1,185.2.1, 185.2.2 və 29, 185.2.1, 29, 185.2.2-cimaddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxx 2019-cu il tarixdə Quba şəhərində yerləşən “Meydan” adlanan parkda dostu Təqsirləndirilən şəxs4la birlikdə oturub avtomobil sürməkdən söhbət etmişlər. Həmçinin spirtli içki olan “GO” da içmişlər. Söhbət edən zaman Mirəliyə avtomobil qaçırdaq sürdükdən sonra da qaytarıb yerinə qoymağı demişdir. Bu məqsədlə gözləmişlər ki, axşam olsun və havanın qaranlıq olan vaxtı avtomobili qaçırsınlar. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 01 radələrində yaşadığı evin yaxınlığında Mirəli və özü avtomobil qaçırtmaq üçün Fətəlixan küçəsi ilə getmişlər. Yol ilə gedən zaman yolun kənarında dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ-21011” markalı avtomobili görmüşlər. Mirəliyə həmin avtomobili qaçırdıb sürməyi demişdir, Bu məqsədlə avtomobilin sol qabaq şüşəsini aşağı salmış və qapını açmışdır. Sonra avtomobilin sükanının aşağı hissəsindəki məftilləri bir-birinə vurmuş ki, avtomobili işlək vəziyyətə gətirsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Avtomobilin mühərrikxanasının örtüyünü açmış və orada məftilləri bir-birinə vurmuşdur. Lakin, avtomobil yenə də işlək vəziyyətə gəlməmişdir. Avtomobil işlək vəziyyətə gəlmədiyi üçün oradan həmin küçə ilə getməyə başlamışlar. Təxminən 150 metr aralıda H683UVRus 05 dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobili görmüşlər. Həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilin qapısı açıq olmuşdur. Avtomobilin sükanının aşağı hissəsindəki məftilləri bir-birinə vurmuşdur. Mirəli də həmin vaxt avtomobili itələmiş ki, avtobil işlək vəziyyətə gəlsin. Avtomobil işlək vəziyyətə gəlmiş və avtomobili özü idarə etmişdir. Mirəli də qabaq sərnişin oturacağında əyləşmişdir. Quba şəhərində yerləşən “Çuxur” hamamının yanından keçəndə avtomobil sönmüşdür. Mirəliyə avtomobilin benzininin az olmasını demişdir. Sonra yenidən avtomobili işlək vəziyyətə gətirmiş və avtomobilə benzin almaq üçün Nügədi kəndi istiqamətində yerləşən yanacaq doldurma məntəqəsinə tərəf getmişlər. Yanacaq doldurma məntəqəsinə az qalmış avtomobilin benzini qurtarmışdır. Mirəli avtomobili itələmiş və yanacaq doldurma məntəqəsinə çatmışlar. Mirəli cibində olan 5 manatı vermiş və avtomobilə benzin vurmuşlar. Sonra avtomobili işlək vəziyyətə gətirmiş və Quba şəhəri istiqamətinə tərəf getmişlər. Biraz getdikdən sonra avtomobil yenidən sönmüşdür. Mirəliyə avtomobillin akkumulyatorunun işləməməsini, birinci qaçırtmaq istədikləri “VAZ-21011” markalı avtomobilin akkumulyatorunu götürüb qaçırtdıqları avtomobilə qoymağı təklif etmişdir. Avtomobildən düşərək avtomobilin dövlət qeydiyyat nişanını söküb avtomobilin baqajına qoymağı bildirmiş ki, kimsə avtomobili tanımasın. Özü avtomobilin qabaq nömrəsini, Mirəli isə arxa nömrəsini sökmüş və nömrələri avtomobilin baqajına qoymuşlar. Sonra birlikdə avtomobili akkumulyatorunu da avtomobilin baqajına qoymuşlar. Piyada gəlib “VAZ-21011” markalı avtomobilin akkumulyatorunu yerindən çıxartmış və gətirib H683UVRus 05 dövlət qeydiyyat nişanlı, “VAZ-21063” markalı avtomobilə qoymuşlar. Sonra avtomobil işlək vəziyyətə gəlmişdir. Yolda olan zaman qərara gəlmişlər ki, dostu Asif Əsgərovu da götürüb birlikdə avtomobil ilə gəzsinlər. Asifin yaşadığı evinə getmiş və Asifi də evindən götrüb birlikdə Alekseyevka kəndi istiqamətinə getmişlər. Yolda olan zaman Asif avtomobilin kimə məxsus olmasını soruşmuşdur. Asifə avtomobili gəzmək üçün qaçırtmağını demişdir. Quba şəhərinin içərisində də gəzib avtomobili gətirib götürdükləri yerə qoymuşlar. Lakin, “VAZ-21011” markalı avtomobilin akkumulyatorunu unutduqlarından qaytarıb yerinə qoymamışlar. Sonra çıxıb yaşadığı evinə getmişdir. Bundan başqa xx xxx 2019-cu il tarixdə saat 23 radələrində dostları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 ilə Quba şəhərində yerləşən “Meydan” adlanan parkda oturub spirtli içki olan “Atom” içmişlər. Dostlarına avtomobil qaçırdaraq sürməyi təklif etmişdir. Bu məqsədlə piyada Quba şəhərinin Muxtadır küçəsinə getmişlər. Həmin küçədə yolun kənarında “VAZ-2106” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüşlər. Həmin avtomobilə yaxınlaşmış və avtomobilin qapısının açıq olmasını görmüşdür. Avtomobilin sükanının aşağı hissəsindəki məftilləri bir-birinə vurmuş ki, avtomobili işlək vəziyyətə gətirsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Sonra sükanın arxasında əyləşmişdir. Mahir avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Tural və Orxan isə avtomobili itələmişlər ki, avtomobil işlək vəziyyətə gəlsin. Lakin, avtomobil yenə də işlək vəziyyətə gəlməmişdir. Dostlarına avtomobilin sükanının kilidlənməsini bildirmişdir. Həmin vaxt saat təxminən 24 radələri olmuşdur. Bu zaman avtomobilin sahibi evindən çıxmış və onları səsləmişdir. Orxan və Tural qorxduqlarından həmin yerdən qaçıb getmişlər. Mahir və özü isə həmin yerdə qalmışlar. Adını xatırlamadığı iki nəfər şəxs onlara yaxınlaşmış və avtomobili nə üçün qaçırtmaqlarını soruşmuşlar. Yalandan avtomobil qaçırtmamaqlarını, yoldan keçib getməklərini, qaçan şəxslərin kim olduqlarını da bilməməklərini demişdir. Sonra isə çıxıb evlərinə getmişlər. Evə getdikdən sonra gedib avtomobil tapıb qaçırdaraq sürmək qərarına gəlmişdir. Bu məqsədlə evdən çıxmış və M.Rəsulzadə küçəsinə tərəf getmişdir. Yolun kənarında “VAZ-2109” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüşdür. Həmin avtomobilə yaxınlaşmış və qapısının açıq olmasını görmüşdür. Avtomobilin sükanının aşağı hissəsində məftilləri bir-birinə vurmuş, lakin avtomobil işlək vəziyyətə gəlməmişdir. Sonra avtomobili itələmiş ki, işlək vəziyyətə gətirsin, lakin avtomil yenə də işlək vəziyyətə gəlməmişdir. Sonra avtomobili həmin yerdə qoyub çıxıb evinə getmişdir. xx xxx 2019-cu il tarixdə saat 22 radələrində Tural ilə birlikdə oturub spirtli içki qəbul edən zaman Orxan da onlara yaxınlaşmışdır. Orxan onlar üçün, həmçinin özü üçün də “spirtli içki olan “Go” almış və birlikdə içmişlər. Orxana araq alıb içməyi təklif etmişdir. Orxan 8 manat pul, özü isə 1 manat pul vermiş və bir ədəd araq alıb birlikdə içmişlər. Araq içdikdən sonra avtomobil qaçırdıb sürməyi təklif etmişdir. Tural və Orxan da razılaşmış və avtomobil axtarmağa başlamışlar. M.Rəsulzadə küçəsində piyada gedən zaman “VAZ-2109” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayanmasını görmüş və həmin avtomobili qaçırtmaq qərarına gəlmişlər. Avtomobilin qapıları bağlı olmuşdur. Yerdən kərpic götürərək avtomobilin sol qabaq şüşəsinə vurmuş və şüşə sınmışdır. Həmin vaxt əli də kəsilmişdir. Sonra avtomobilin sükanın aşağı hissəsindəki məftilləri bir-birinə vurmuş ki, avtomobil işlək vəziyyətə gətirsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Özü sükanın arxasında əyləşmiş, Orxan və Tural da avtomobili işlək vəziyyətə gətirmək üçün itələmişlər. Təxminən 20 metr avtomobili itələdikdən sonra avtomobil işlək vəziyyətə gəlmişdir. Tural arxa sərnişin oturacağında, Orxan qabaq sərnişin oturacağında, özü isə sükanın arxasında əyləşmişdir. Qaçırdığı avtomobil ilə Quba şəhərində arxa küçələrdə gəzdikdən sonra, Zərdabi kəndi istiqamətinə tərəf getmişlər. Alekseyevka kəndinin ərazisində Orxan avtomobili yavaş sürməsini demişdir. Həmin vaxt başını aşağı əyərək avtomobilin surətinə baxmış və avtomobili saatda 160 km surətlə idarə etməyini görmüşdür. Surətə baxdıqdan sonra başını qaldıran zaman idarə etməni itirmiş və avtomobil aşaraq yolun əks istiqamətinə aşmışdır. Orxan həmin vaxt avtomobilin qabaq şüşəsindən yıxılıb yerə düşmüşdür. Turalın avtomobildən necə çıxmağını xatırlamır. Uca səslə “kömək edin” sözünü demişdir. Çünki, avtomobilin altında qalmışdır. Orxan yoldan tanımadığı avtomobili saxlatmış və həmin şəxsin telefonundan DİN-nin 102 xidmətinə zəng edərək “Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2109” markalı avtomobilin aşmasını, sürücünün avtomobilin içərisində qalmasını və yaralıların olmasını” demişdir. Sonra polislər və həkimlər gəlmişdir. Orxan qorxduğundan gizlincə hadisə yerindən qaçıb getmişdir. Sonra polislər onu avtomobilin altından çıxartmış və onları təcili tibbi yardım avtomobili ilə Quba rayon mərkəzi xəstəxanasına aparmışlar. İki gün xəstəxanada qalmış, səhhəti yaxşı olduqdan sonra polislər onu polis şöbəsinə aparmışlar. Avtomobili qaçırtmaqda məqsədi avtomobili sürdükdən sonra qaytarıb yerinə qoymaq olmuşdur. Qaçırtdığı avtomobillərin ehtiyyat hissələrini satmamışdır. İfadəsinin sonunda törətdiyi əməldən peşman olmasını zərərçəkmiş şəxslər ilə barışıq əldə etdiyini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, atası ev ustasıdır, özü də atasının yanında fəhlə işləyir. xx xxx 2019-cu il tarixdə saat 23 radələrində dostu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ilə Quba şəhərində yerləşən ‘Meydan” adlanan parkda oturub spirtli içki olan “Atom” içərək avtomobil qaçırdaraq sürmək qərarına gəlmişlər. Bu məqsədlə piyada Quba şəhərinin Muxtadır küçəsinə getmişlər. Həmin küçədə yolun kənarında “VAZ-2106” markalı,**-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüşdür. Həmin avtomobilə yaxınlaşmış və avtomobilin qapısının açıq olmasını görmüşlər. Taleh avtomobilin sükanının aşağı hissəsindəki məftilləri bir-birinə vurmuş ki, avtomobili işlək vəziyyətə gətirsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Taleh sükanın arxasında, Mahir isə qabaq sərnişin oturacağında əyləşmişdir. Özü və Orxan avtomobili itələmişlər ki, avtomobil işlək vəziyyətə gəlsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Avtomobili itələyən zaman Taleh avtomobilin sükanının kilidlənməsini demiş və avtomobili itələməmişlər. Həmin vaxt saat təxminən 24 radələri olmuşdur. Bu zaman avtomobilin sahibi evindən çıxmış və onları səsləmişdir, özü və Orxan qorxduqlarından həmin yerdən qaçıb getmişlər. Taleh və Mahir isə həmin yerdə qalmışlar. Bundan başqa xx xxx 2019-cu il tarixdə saat 22 radələrində Taleh ilə birlikdə oturub spirtli içki qəbul etmişdir. Həmin vaxt Orxan da onlara yaxınlaşmışdır. Orxan onlar üçün, həmçinin özü üçün də “spirtli içki olan “Go” almış və birlikdə içmişlər. Sonra Taleh araq alıb içməyi təklif etmişdir. Orxan 8 manat, Taleh isə 1 manat pul vermiş və bir ədəd araq alıb içmişlər. Taleh onlara avtomobil qaçırdıb sürməyi təklif etmişdir. Taleh ilə razılaşmış və avtomobil axtarmağa başlamışlar. M.Rəsulzadə küçəsində piyada gedən zaman yolun kənarında “VAZ- 2109” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüş və həmin avtomobili qaçırtmaq qərarına gəlmişlər. Avtomobilin qapıları bağlı olduğundan, Taleh yerdən kərpici götürüb avtomobilin sol qabaq şüşəsinə vurmuş və şüşə sınmışdır. Həmin vaxt Talehin əli də kəsilmişdir. Taleh avtomobilin sükanının aşağı hissəsindəki məftilləri bir-birinə vurmuş ki, avtomobil işlək vəziyyətə gəlsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Taleh sükanın arxasında əyləşmiş, Orxan və özü isə avtomobili işlək vəziyyətə gətirmək üçün itələmişlər. Təxminən 20 metr avtomobili itələdikdən sonra avtomobil işlək vəziyyətə gəlmişdir. Özü arxa sərnişin oturacağında, Orxan qabaq sərnişin oturacağında, Taleh isə sükanın arxasında əyləşmiş və avtomobili Taleh idarə etmişdir. Qaçırdıqları avtomobil ilə Quba şəhərinin arxa küçələrində kənd istiqamətinə tərəf getmişlər. Alekseyevka kəndinin ərazisində Talehin avtomobili yüksək surətlə idarə etməsini görmüş və avtomobili yavaş sürməsini demişdir. Lakin, Taleh səsini eşitməmişdir. Sonra Orxan da Talehə avtomobili yavaş sürməyi demişdir. Həmin vaxt Taleh başını aşağı əyərək avtomobilin surətinə baxmış, surətə baxdıqdan sonra başını qaldıran zaman idarə etməni itirmiş və avtomobil aşaraq yolun əks istiqamətinə düşmüşdür. Orxan həmin vaxt avtomobilin qabaq şüşəsindən yıxılıb yerə düşmüşdür. Həmin vaxt qorxudan özündə olmadığından avtomobildən necə çıxmağını xatırlamır. Talehin uca səslə “kömək edin” sözünü eşitmiş və özünə gələndə özünün yerdə uzanıqlı vəziyyətdə olmasını, Talehin isə avtomobilin altında qalmasını görmüşdür. Orxan yoldan tanımadığı avtomobili saxlamış və həmin şəxsin telefonundan DİN-nin 102 xidmətinə zəng edərək “Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2109” markalı avtomobilin aşmasını, sürücünün avtomobilin içərisində qalmasını və yaralıların olmasını” demişdir. Sonra polislər və həkimlər gəlmişdir. Orxan polislər onu həbs edəcəyindən qorxmuş və ona görə də gizlincə hadisə yerindən qaçıb getmişdir. Sonra polislər Talehi avtomobilin altından çıxartmışdır. Talehi və onu Quba rayon mərkəzi xəstəxanasına aparmışlar. Səhhəti yaxşı olduğu üçün polislər onu polis şöbəsinə aparmışlar. Avtomobili qaçırtmaqda məqsədi avtomobildə gəzdikdən sonra qaytarıb yerinə qoymaq olmuşdur. İfadəsinin sonunda törətdiyi əməldən peşman olmasını zərərçəkmiş şəxslər ilə barışıq əldə etdiyini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Əğlu ona Azərbaycan Respublikası CM-nin29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, atası və anası 3 yaşı olan zaman ayrılmışlar. Anası və nənəsi ilə birlikdə yaşayır. X41 rayonu Qəçrəş kəndi ərazisində işlətdiyi “114 park halal süfrə” kafesində ofisiant işləmişdir. Qonşusu Təqsirləndirilən şəxs1 ilə xx xxxxx 2019-cu il tarixdə Quba şəhərində yerləşən “Meydan” adlanan parkda oturub avtomobil sürməkdən söhbət etmişlər. Həmçinin spirtli içki olan “GO” da içmişlər. Söhbət edən zaman Taleh avtomobil qaçırdaraq sürməyi və avtomobili sürdükdən sonra da qaytarıb yerinə qoymağı təklif etmişdir. Bu məqsədlə gözləmişlər ki, axşam olsun və havanın qaranlıq olan vaxtı avtomobil qaçırtsınlar. xx xxxxx 2019cu il tarixdə saat təxminən 01 radələrində yaşadığı evin yaxınlığında Taleh və özü avtomobil qaçırtmaq üçün Hacıtağı Rüstəmov küçəsi ilə getmişlər. Yol ilə gedən zaman yolun kənarında dövlət qeydiyyat nişanını xatırlamadığı qonuşusu Zərərçəkmiş şəxs5 məxus “VAZ-21011” markalı avtomobili görmüşlər. Taleh həmin avtomobili qaçırdıb sürməyi demişdir. Bu məqsədlə Taleh avtomobilin sol qabaq şüşəsini aşağı salmış və qapını açmışdır. Sonra Taleh avtomobilin sükanının aşağı hissəsindəki məftilləri bir-birinə vurmuş ki, avtomobili işlək vəziyyətə gətirsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Sonra Taleh avtomobilin mühərrikxanasının örtüyünü açmış və orada nəsə etmişdir. Lakin, avtomobil yenə də işlək vəziyyətə gəlməmişdir. Avtomobil işlək vəziyyətə gəlmədiyi üçün oradan həmin küçə ilə getməyə başlamışlar. Təxminən 20 dəqiqədən sonra, yəni ki, saat 01:30-da 150 metr aralıda H683UVRus 05 dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobili görmüş və həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilin ön qapısı açıq olmuşdur. Taleh avtomobilin sükanının aşağı hissəsindəki məftilləri bir-birinə vurmuşdur. Özü də həmin vaxt avtomobili itələmiş ki, avtomobil işlək vəziyyətə gəlsin. Avtomobil işlək vəziyyətə gəlmiş və Taleh avtomobili idarə etmişdir. Özü isə qabaq sərnişin oturacağında əyləşmişdir. Quba şəhərində yerləşən “Çuxur” hamamının yanından keçəndə avtomobil sönmüşdür. Taleh avtomobilin benzininin az olmasını demişdir. Taleh yenidən avtomobili işlək vəziyyətə gətirmiş və avtomobilə benzin almaq üçün Nügədi kəndi istiqamətində yerləşən yanacaq doldurma məntəqəsinə tərəf getmişlər. Yanacaq doldurma məntəqəsinə az qalmış avtomobilin benzini qurtarmışdır. Taleh avtomobilin sükanının arxasında əyləşmişdir, özü isə avtomobili itələmişdir. Yanacaq doldurma məntəqəsində cibində olan 5 manatı pulu vermiş və avtomobilə benzin vurmuşlar. Sonra Taleh avtomobili işlək vəziyyətə gətirmiş və Quba şəhəri istiqamətinə tərəf getmişlər. Biraz getdikdən sonra avtomobil yenidən sönmüşdür. Taleh avtomobilim akkumulyatorunun işləməməsini demişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olmasını zərərçəkmiş şəxslər ilə barışıq əldə etdiyini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 29, 185.2.1 və 185.2.1, 185.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri “Meydan adlanan ərazidə yerləşən uşaqlar üçün elektrik avtomobillərinin nəzarətçisi işləmişdir. xx xxx 2019-cu il tarixdə saat 23 radələrində dostu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə Quba şəhərində yerləşən “Meydan” adlanan parkda oturub spirtli içki olan “Atom” içərək avtomobil qaçırdaraq sürmək qərarına gəlmişlər. Bu məqsədlə piyada Quba şəhərinin Muxtadır küçəsinə getmişlər. Həmin küçədə yolun kənarında “VAZ-2106” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüşlər. Həmin avtomobilə yaxınlaşmış və avtomobilin qapısının açıq olmasını görmüşlər. Taleh avtomobilin sükanının aşağı hissəsindəki məftilləri birbirinə vurmuş ki, avtomobili işlək vəziyyətə gətirsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Taleh sükanın arxasında, Mahir isə qabaq sərnişin oturacağında əyləşmişdir, özü və Tural avtomobili itələmişlər ki, avtomobil işlək vəziyyətə gəlsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Avtomobili itələyən zaman Taleh avtomobilin sükanının kilidlənməsini demiş və avtomobili itələməmişlər. Həmin vaxt saat təxminən 24 radələri olmuşdur. Bu zaman avtomobilin sahibi evindən çıxmış və onları səsləmişdir, özü və Tural qorxduqlarından həmin yerdən qaçıb getmişlər. Taleh və Mahir isə həmin yerdə qalmışlar. xx xxx 2019-cu il tarixdə saat 22 radələrində işdən çıxmış və evinə getmək istəmişdir. “Meydan” adlanan ərazidə Talehin və Turalın oturub spirtli içki içməklərini görmüş və onlara yaxınlaşmışdır. Tural onun üçün “spirtli içki olan “Go”almağını istəmişdir. Taleh isə araq alıb içməyi təklif etmişdir. Özündə 8 manat pul olmuş, Taleh də 1 manat vermişdir. Bir ədəd araq almış və birlikdə araq içmişlər. Taleh avtomobil qaçırdıb sürməyi təklif etmişdir. Taleh ilə razılaşmış və avtomobil axtarmağa başlamışlar. M.Rəsulzadə küçəsində piyada gedən zaman “VAZ-2109” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayanmasını görmüş və həmin avtomobili qaçırtmaq qərarına gəlmişlər. Avtomobilin qapıları bağlı olmuşdur. Taleh yerdən kərpici götürüb avtomobilin sol qabaq şüşəsinə vurmuş və şüşə sınmışdır. Həmin vaxt Talehin əli də kəsilmişdir. Taleh avtomobilin sükanının aşağı hissəsindəki məftilləri bir-birinə vurmuş ki, avtomobil işlək vəziyyətə gəlsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Taleh sükanın arxasında əyləşmiş, Tural və özü isə avtomobili işlək vəziyyətə gətirmək üçün itələmişlər. Təxminən 20 metr avtomobili itələdikdən sonra avtomobil işlək vəziyyətə gəlmişdir. Tural arxa sərnişin oturacağında, özü qabaq sərnişin oturacağında, Taleh isə sükanın arxasında əyləşmişdir. Qaçırdıqları avtomobil ilə Quba şəhərinin arxa küçələrində gəzdikdən sonra, Zərdabi kəndi istiqamətinə tərəf getmişlər. Alekseyevka kəndinin ərazisində Talehin avtomobili yüksək surətlə idarə etməsini görmüş və avtomobili oğurlamaqlarını, yavaş sürməsini demişdir. Həmin vaxt Taleh başını aşağı əyərək avtomobilin surətinə baxmış, surətə baxdıqdan sonra başını qaldıran zaman idarəetməni itirmiş və avtomobil aşaraq yolun əks istiqamətinə düşmüşdür. Həmin vaxt avtomobilin qabaq şüşəsindən yıxılıb yerə düşmüşdür. Avtomobil isə 5-6 dəfə fırlanaraq dayanmışdır. Sonra avtomobilə yaxınlaşmışdır. Həmin vaxt Tural da avtomobildən çıxmışdır. Taleh isə avtomobilin altında qalmışdır. Yoldan tanımadığı avtomobili saxlatmış və onun telefonundan DİN-nin 102 xidmətinə zəng edərək “Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2109” markalı avtomobilin aşmasını, sürücünün avtomobilin içərisində qalmasını və yaralıların olmasını” demişdir. Sonra polislər və həkimlər gəlmişdir. Polislər tərəfindən həbs ediləcəyindən qorxmuş və ona görə də gizlincə hadisə yerindən qaçıb yaşadığı evinə getmişdir. Sonra polislər gəlib onu yaşadığı evindən götürüb Quba rayon mərkəzi xəstəxanasına aparmışlar. Bir gün xəstəxanada qalmış və səhəri gün səhhəti yaxşı olduğundan polislər onu polis şöbəsinə aparmışlar. Avtomobili qaçırtmaqda" məqsədi avtomobildə gəzdikdən sonra qaytarıb yerinə qoymaq olmuşdur. Bundan başqa avtomobil qaçırtmamış və etdiyi hərəkətdən də çox peşmandır. Həmçinin Taleh təklif etmiş ki, birinci qaçırtmaq istədikləri “VAZ-21011” markalı avtomobilin akkumulyatorunu götürüb qaçırtdıqları avtomobilə qoysunlar. Onlar avtomobildən düşmüşlər. Taleh avtomobilin dövlət qeydiyyat nişanını söküb avtomobilin baqajına qoymaqlarını təklif etmiş ki, kimsə avtomobili tanımasın. Taleh avtomobilin qabaq nömrəsini, özü isə arxa nömrəsini sökmüş və nömrələri avtomobilin baqajına qoymuşlar. Sonra birlikdə avtomobilin akkumulyatorunu da avtomobilin baqajına qoymuşlar. Piyada gəlib “VAZ-21011” markalı avtomobilin akkumulyatorunu yerindən çıxartmış və gətirib H683UVRus05 dövlət qeydiyyat nişanlı, “VAZ-21063” markalı avtomobilə qoymuşlar. Sonra avtomobil işlək vəziyyətə gəlmişdir. Yolda olan zaman dostu Asif Əsgərovu da götürüb birlikdə avtomobil ilə gəzmək qərarına gəlmişlər. Asifin yaşadığı Memar Əcəmi küçəsinə getmiş və Asifi də evindən götürüb birlikdə Alekseyevka kəndi istiqamətinə getmişlər. Yolda olan zaman Asif avtomobilin kimə məxsus olmasını soruşmuş, Taleh də avtomobili gəzmək üçün qaçırdıqlarını demişdir. Quba şəhərinin içərisində də avtomobil ilə gəzərək gətirib götürdükləri yerə qoymuşlar. Lakin, “VAZ-21011” markalı avtomobilin akkumulyatorunu unutduqlarından qaytarıb yerinə qoymamışlar. Avtomobili qaçırtmaqda məqsədi avtomobildə gəzdikdən sonra qaytarıb yerinə qoymaq olmuşdur. İfadəsinin sonunda törətdiyi əməldən peşman olmasını zərərçəkmiş şəxslər ilə barışıq əldə etdiyini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5, ona Azərbaycan Respublikası CM-nin 29, 185.2,1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 23 radələrində dostu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə Quba şəhərində yerləşən "Meydan” adlanan parkda oturub spirtli içki içmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobil qaçırdaraq sürməyi təklif etmişdir. Bu məqsədlə piyada Quba şəhərinin Muxtadır küçəsinə getmişlər. Həmin küçədə yolun kənarında “VAZ-2106” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüş və həmin avtomobilə yaxınlaşan zaman avtomobilin qapısı açıq olmuşdur. Taleh avtomobilin sükanının aşağı hissəsindəki məftilləri birbirinə vurmuş ki, avtomobili işlək vəziyyətə gətirsin. Lakin, avtomobil işlək vəziyyətə gəlməmişdir. Taleh sükanın arxasında, özü avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Tural və Orxan da avtomobili itələmişlər ki, avtomobil işlək vəziyyətə gəlsin. Lakin, avtomobil yenə də işlək vəziyyətə gəlməmişdir. Taleh avtomobilin sükanının kilidlənməsini bildirmişdir. Həmin vaxt saat təxminən 24 radələri olmuşdur. Bu zaman avtomobilin sahibi evindən çıxmış və onları səsləmişdir. Orxan və Tural qorxduqlarından həmin yerdən qaçıb getmişlər. Taleh və özü isə həmin yerdə qalmışlar. Adını xatırlamadığı iki nəfər şəxs onlara yaxınlaşmış və avtomobili nə üçün qaçırtmaqlarını soruşmuşlar. Yalandan avtomobil qaçırtmamaqlarını, yoldan keçib getdiklərini, qaçan şəxslərin kim olduğunu bilmədiklərini bildirmişlər. Sonra isə çıxıb evinə getmişdir. Avtomobili qaçırtmaqda məqsədi avtomobildə gəzdikdən sonra qaytarıb yerinə qoymaq olmuşdur. İfadəsinin sonunda törətdiyi əməldən peşman olmasını bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərmişdir ki, “VAZ-21063” markalı, H683UVRus05 dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında almışdır. Həmçinin baş etibarnamə əsasında da idarə edir. Sonuncu dəfə “VAZ-21063” markalı, H683UVRus05 dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 7 ünvanında yaşadığı evin qarşısında saxlamışdır. xx xxxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində yaşadığı evdən bayıra çıxanda özünə məxsus “VAZ-21063” markalı, H683UVRus05 dövlət qeydiyyat nişanlı avtomobilin dünən saxladığı yerdə deyil, saxladığı yerdən 8 metr aşağı məsafədə və 90 sm səkidən aralıda dayanmasını görmüşdür. Dərhal avtomobilinin qapısını açmış və içərisinə baxış keçirtmişdir. Həmin vaxt avtomobilin sükanının aşağı hissəsində elektrik naqillərinin sökülmüş vəziyyətdə olmasını görmüş və kiminsə avtomobilinin akkumulyatorunu oğurlamaq istəməsini düşünmüşdür. Dərhal avtomobilin mühərriknaxasının örtüyünü açmış və orada özünə məxsus deyil, başqa şəxsə məxsus akkumulyatorun olmasını görmüşdür. Sonra avtomobilin qeydiyyat nişanlarının da avtomobilin üzərində olmamasını görmüşdür. Avtomobilinin baqaj hissəsini açmış, özünə məxsus akkumulyatorun və avtomobilin qeydiyyat nişanlarının baqajda olmasını aşkar etmişdir. Avtomobilini işlək vəziyyətə gətirmək istəsə də, avtomobili işlək vəziyyətə gətirə bilməmişdir. Sonra bu barədə Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Avtomobilini Dağıstan Respublikasına aparmış və Dərbənd şəhərində yerləşən avtomobil təmir sexində avtomobilini təmir etdirmişdir. Həmin vaxt usta avtomobilin elektrik naqilləri sökülən zaman avtomobili işlək vəziyyətə gətirən cihazın qısaqapanmadan sıradan çıxmasını bildirmişdir. Ona görə də həmin cihazın dəyişdirilməsi və ustanın zəhmət haqqı olaraq ümumilikdə 160 manat pul ödəmişdir. Təhqiqata izahat verən zaman avtomobilini ustaya aparmamış və ilkin olaraq 50 manat maddi ziyanın dəyməsini düşünmüşdür. Lakin lavtomobilini ustaya apardıqdan sonra ona 160 manat maddi ziyan dəyməsini müəyyən etmişdir. xx xxx 2019-cu il tarixli ərizədə 2017-ci ilin payız aylarının birində özünə məxsus avtomobilin oğurlanmasına cəhd olunmasını hiss etmiş, lakin, həmin vaxt avtomobilinə heç bir ziyan dəymədiyindən bu barədə Quba rayon polis şöbəsinə rəsmi olaraq müraciət etməmişdir. Səhv saldığından ərizədə avtomobilinin akkumulyatorunun oğurlanmasını bildirmiş, həqiqətdə isə belə bir hadisə olmamışdır. xx xxxxx 2019-cu il tarixdə özünə məxsus “VAZ-21063” markalı, H683UVRus05 dövlət qeydiyyat nişanlı avtomobildə olan| akkumulyatorun qonşusu Zərərçəkmiş şəxs5 məxusus olduğunu bilmiş və ona görə də həmin akkumulyatoru Mürsələ qaytarmışdır. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi olmadığını bildirib, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “VAZ-21093” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili x xxxx 2019-cu il tarixdə Bakı şəhərindən baş etibarnamə əsasında almışdır. Həmçinin baş etibarnamə əsasında da idarə edir. Sonuncu dəfə “VAZ-21093” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx xxx 2019-cu il tarixdə saat 00 radələrində yaşadığı Quba şəhəri Heydər Əliyev prospektində yerləşən evinin qarşısında saxlamışdır. Gecə saat 04 radələrində yuxudan oyanmış və avtomobilinə nəzarət etmək üçün, evdən çıxaraq avtomobilini saxladığı yerə getmişdir. Lakin, avtomobilinin saxladığı yerdə olmamasını və həmin yerdə avtomobilin şüşələrinin qırıntılarının olmasını görmüşdür. Sonra isə bu barədə dərhal Quba rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşlarının köməkliyi ilə avtomobilinin olduğu yer müəyyən olunmuş və nəticədə avtomobilini qonşusu Təqsirləndirilən şəxs1, onun dostları Təqsirləndirilən şəxs3| oğlu və Təqsirləndirilən şəxs2 qaçırtmaqlarını öyrənmişdir. Təqsirləndirilən şəxs1, onun dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 avtomobilini qaçırdaraq Quba rayonu Alekseyevka kəndi ərazisində idarə etməni itirdiklərindən avtomobilini aşırtmışlar. Qəzadan sonra da avtomobili istifadəyə yararsız hala düşmüşdür. Baş etibarnamə əsasında idarə etdiyi “VAZ-21093” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 3500 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi olmadığını bildirib, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ”VAZ-2109” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2018-ci ilin sentyabr ayında almışdır. Lakin, öz adına 2019-cu ilin yanvar ayında sənədləşdirmişdir. Avtomobilini yaşadığı ünvan 8 ünvanının qarşısında saxlayır. Sonuncu dəfə xx xxx 2019-cu il tarixdə saat 22 radələrində özünə məxsus “VAZ-2109” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilini evinin qarşısında saxlamışdır. Oruc tutduğu üçün səhər saat 05 radələrində yuxudan durmuş və həmin vaxt evdən bayıra çıxmışdır. Bayırda avtomobilini saxladığı yerdə deyil, saxladığı yerdən təxminən 40 metr aralıda saxlanılmasını görmüşdür. Avtomobilinə yaxınlaşmış və avtomobilinə baxış keçirən zaman avtomobilin sükanının kilidlənmiş və sükanın aşağı hissəsindəki elektrik naqillərinin də sökülü olmasını görmüşdür. Həmçinin avtomobilin sənədləri də avtomobilin içərisində ayaqaltının üzərində olmuşdur. Bu hadisədən narahat olmuş və Quba rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşlarından avtomobilini qaçırtmaq istəyən şəxsin Təqsirləndirilən şəxs1 olmasını öyrənmişdir. Avtomobilinə maddi ziyan dəyməmişdir. Avtomobilinin elektrik naqilləri sökülü vəziyyətdə olmuş, həmin elektrik naqillərini də özü düzəltmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi olmadığını bildirib, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, “VAZ-21011” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil öz adınadır. Evinin həyəti balaca olduğundan özünə məxsus avtomobilini gecələr evinin qarşısında saxlayır. xx xxxxx 2019-cu il tarixdə səhər saat 07 radələrində yaşadığı evdən bayıra çıxanda özünə məxsus “VAZ-21011” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dünən saxladığı yerdə deyil, saxladığı yerdən təxminən 7-8 metr aralıda dayanmasını görmüşdür. Dərhal avtomobilinin qapısını açmış və içərisinə baxış keçirtmişdir. Avtomobilin sükanının aşağı hissəsində elektrik naqillərinin sökülmüş vəziyyətdə olmasını görmüşdür. Sonra avtomobilin mühərriknaxasının örtüyünü açmış və avtomobilinin akkumulyatorununda oğurlanmasını aşkar etmişdir. Həmçinin həmin gün qonşusu Adil Qurbanovun avtomobilini də qaçırtmışlar. Sonradan polislər onun avtomobilinin qonşuları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tərəfindən sürmək məqsədilə qaçırtmağa cəhd olunmasını bildirmişlər. Həmçinin özünə məxsus akkumulyatoru da onların götürüb Adil Qurbanova məxsus avtomobilə qoyulmasını demişlər. Adil Qurbanov da həmin akkumulyatoru geri qaytarmışdır. “VAZ-21011” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılmağa cəhd olunması zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi olmadığını bildirib, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Tərlan adlı şəxsin Quba rayonu, Qəçrəş kəndi ərazisində işlətdiyi “114 park halal süfrə” kafesində ofisiant işləyir. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 01:30-da dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 yaşadığı evə gəlib bayırdan onu çağırmışlar. Onlar həyətə H683UVRus 05 dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobil ilə gəlmişlər. Taleh su istəmiş və onun üçün su vermişdir. Taleh suyu içdikdən sonra həmin avtomobili Mirəli ilə birlikdə qaçırtmağını bildirmişdir. Avtomobildə gəzmək üçün onu dəvət etmişlər. Avtomobili Taleh idarə etmişdir. Mirəli avtomobildə qabaq sərnişin oturacağında, özü isə arxa oturacaqda əyləşmişdir. Birlikdə Alekseyevka kəndi istiqamətinə getmişlər. Sonra Quba şəhərinin içərisində də avtomobildə gəzərək avtomobili gətirib Fətəlixan küçəsinə qoyub çıxıb evinə getmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli, 1262 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Cinayət işi materiallarından və hal hazır ki, psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1Azərbaycan RespublikasıCM-nin 170.1,185.2.1, 185.2.2 və 29, 185.2.1, 29, 185.2.2-cimaddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 1 ay 11 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. İş materialında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materialında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materialında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materialında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilməklə anası İsmayılova Könül Fikrət qızının himayəsinə verilmişdir İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. İş materialında olan Quba rayon PŞ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İş materialında olan Quba rayon PŞ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs5 xx.xx.2020-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 1812 nömrəli məktubundan görünür ki, Quba rayonu Alpan kəndində qeydiyyatda olan, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Quba rayon Mərkəzi Xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 1811 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 Quba rayon Mərkəzi Xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 1814 nömrəli məktubundan görünür kl, ünvan 9 ünvanında yaşayan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs5 Quba rayon Mərkəzi Xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 1815 nömrəli məktubundan görünür ki, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 Quba rayon Mərkəzi Xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 1817 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 Quba rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019cu il tarixli 1807 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1962-ci il təvəllüdlü anası X2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 1828 xasiyyatnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 1827 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 14,06.1968-ci il təvəllüdlü atası X26, xx.xx.1968-ci il təvəllüdlü anası X16, xx.xx.2000-ci il təvəllüdlü qardaşı X27 və xx.xx.2009-cu il təvəllüdlü qardaşı X14 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 1826 xasiyyatnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qubba rayon İHB-nın Alpan kənd İƏD üzrə nümayəndəliyininxx.xx.2019-ci il tarixli 511 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 atası X10, 1967-ci il təvəllüdlü anası X11 və 1989-cu il təvəllüdlü bacısı X8 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba rayon İHB-nın Alpan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-ci il tarixli 512 nömrəli xasiyyatnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 2007 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 həqiqətən ünvan 11 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 2006 xasiyyatnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Susayqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019- ci il tarixli 401 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs5 xx.xx.1965-ci il təvəllüdlü atası X21, J xx.xx.1963-cü il təvəllüdlü anası X19, xx.xx.1992-ci il təvəllüdlü bacısı X15 və xx.xx.1999-cu il 1 təvəllüdlü qardaşı X12 ibarət ailə tərkibi vardır, l İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik informasiya 9 İdarəsindən daxil otmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İş materiallarında olan Azerbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1, 69.3 və 70-ci maddələri ilə 03 il şərti sınaq müddəti müddəti ilə 03 il 03 ay 11 gün azadlıq məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 86/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxx 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş 3 il 6 ay müddətinə azadlqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 3 il 3 ay 11 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 il 3 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilərək 3 il sınaq müddəti təyin edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X4 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qarşı heç bir tələbi yoxdur və onları bağışlayır. İş materiallarında olan Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəyən zərər tam ödənilmişdir, onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəyən zərər tam ödənilmişdir, onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmın Məcəllənın 66.1-cı maddəsınə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmın Məcəllənın 66.2-cı maddəsınə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. bu məcəllənin 71.4-cü maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin sınaq müddətində-yəni xx xxxxx 2019-cu il, xx xxx 2019 və xx xxx 2019-cu il tarixlərdə törətmişdir. ona görə də, məhkəmə hesab edir ki, həmin hökmlə ona təyin edilmiş 03 il müddətə şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2002-ci il tarixli qərarından görünür ki, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (cim-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər azadlqdan məhrum etmə cəzasına məhkum edilsə də, təyin edilmiş cəza şərti hesab edilmiş və cəzaçəkmə müəssisəsində cəza çəkməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1,185.2.1, 185.2.2 və 29, 185.2.1, 29, 185.2.2-cimaddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-cimaddələri ilə, Sadığov X25 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-cimaddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-cimaddələri ilə və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 29,185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri onların öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2, Sadığov X37, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrətəqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1,185.2.1, 185.2.2 və 29, 185.2.1, 29, 185.2.2cimaddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-cimaddələri ilə, Sadığov X25 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-cimaddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-cimaddələri ilə və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 29,185.2.1-ci maddəsi ilə təqsirli bilindikləri cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və tutduğu əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və cinayət əməlini törətməsini etiraf edib, bu əməlin törətməsindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxs Sadığov X29 cəza təyin edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, vurulmuş ziyanın aradan qaldırılmasını və cinayət əməlini törətməsini etiraf edib, bu əməlin törətməsindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs Sadığov X25 barəsində cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, vurulmuş ziyanın aradan qaldırılmasını və cinayət əməlini törətməsini etiraf edib, bu əməlin törətməsindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəzasını ağırlaşdıran halları müəyyən etmədi.. Məhkəmə Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, vurulmuş ziyanın aradan qaldırılmasını və cinayət əməlini törətməsini etiraf edib, bu əməlin törətməsindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs5 barəsində cəzasını ağırlaşdıran halları müəyyən etmədi.. Azərbaycan Respublikası CM-in 170.1-cimaddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 185.2.1 və 185.2.2-ci maddələrinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təyin edilmiş cəzaların Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs1na qəti olaraq cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş 3 (üç) il 3 (üç) ay 11 (iyirmi) gün müddətində azadlıqdan məhrumetmə cəzası üzrə şərti məhkum etmənin ləğv edilməsini və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1na qəti olaraq cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Sadığov X37, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 təqsirli bilindikləri maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməsini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin,Sadığov X37 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirininhökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5, müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış filan maşınların filan sahiblərinə qaytarılması nəzərə alınsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 185.2.1, 29, 185.2.2, 185.2.1 və 185.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1na təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs1na qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş 3 (üç) il 3 (üç) ay 11 (iyirmi) gün müddətində azadlıqdan məhrumetmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 3 (üç) ay 11 (iyirmi) gün müddətində azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1na qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan 07:00-dək yaşadığı ünvan 2 ünvanda yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X5 tövsiyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ gərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. X45 Raminoğlu Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Sadığov X25 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan 07:00-dək yaşadığı ünvan 3 ünvanda yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X5 tövsiyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ gərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Sadığov X37 cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Sadığov X25 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay 20 gün - Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla, 11 (on bir) ay 10 (iyirmi) gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 20 gün azadlığı məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan 07:00-dək yaşadığı ünvan 14 ünvanda yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X5 tövsiyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ gərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 29,185.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay 20 gün - Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla, 11 (on bir) ay 10 (iyirmi) gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq müddətinə hesablamaqla, üzərində qəti olaraq 6 (altı) ay 20 gün azadlığı məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan 07:00-dək yaşadığı ünvan 4 ünvanda yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X5 tövsiyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ gərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5, müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış filan maşınların filan sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-8/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-8/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver