Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-8/2021 12.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Heybət oğlunun iştirakı ilə, xx xxxxx 1996-cı ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri, 32-33-cü məhəllədə yaşayan, barəsində xx xxxxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində sürücülük hüququnu təsdiq edən AE № 605559 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Vaz-21043” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Mübariz Qaraxanov küçəsi ilə Vaqif küçəsi istiqamətində saatda 25-30 kilometr sürətlə hərəkətdə olarkən, həmin küçənin 32-33-cü məhəllə ilə yol ayrıcında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir kimi tələblərini pozaraq, yolayrıcına yaxınlaşan zaman diqqətini yol şəraitindən ayırmamalı, qeyd olunan yol ayrıcına yaxınlaşmazdan əvvəl sürəti azaltmaqla təhlükəsizliyin təmin edilməsinə, yəni sağdan yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinin olub-olmamasına əmin olmalı olduğu halda buna riayət etməyərək, öz hərəkət istiqamətinə nəzərən sağdan-sola 32-33-cü məhəllədən yolayrıcına daxil olan X6 idarə etdiyi, nəqliyyat vasitəsi hesab olunan velosipedlə həmin yolayrıcında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 gözlərinin ağlı qışası və birləşdirici toxumasında qansızma, başın və bədənin çoxlu sıyrığı, başın yumşaq toxumalarının alt səthində sol alın-təpə sahəsində qansızma, sol təpə, gicgah və əsas sümüklərinin sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızmadan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat təxminən 18:20 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Vaz-21043” markalı **-BS-*** qeydiyyat nişanlı minik avtomobili ilə Quba şəhəri, Mübariz Qaraxanov küçəsi ilə təxminən 25-30 km\saat sürətlə X24 küçəsi istiqamətində düz yolla hərəkətdə olarkən 32-33-cü məhəllə içi yolla kəsişməyə çatdıqda, sağ tərəfdən onun hərəkətdə olduğu yola iki nəfər azyaşlı uşağın velosipedlə daxil olduğunu görmüşdür. Kəsişməyə daxil olan adını sonradan bildiyi X7 avtomobilə doğru gəldiyini görüb dərhal tormoz əyləcini sıxaraq sürətini təxminən 10-15 km/saat sürətə salaraq sükanı sola hərəkət etdirməklə baş verəbiləcək hadisənin qarşısını almağa çalışsa da, Bəkirin sürdüyü velosiped onun avtomobilinin qabaq sağ qanad hissəsinə dəymiş zərbənin təsirindən sonuncunun başı avtomobilin qabaq alın şüşəsinin sağ tərəfinə çırpılaraq yerə yıxılmışdır. O, avtomobilini bir qədər kənarda saxlayıb düşmüş və Bəkir Nəmətovun yerdə uzanmış vəziyyətdə sifətindən qan axdığı görmüşdür. Bəkiri götürüb öz avtomobilə əyləşdirmək istədikdə, həmin küçədə əks istiqamətdə və əlverişli şəkildə dayanmış tanımadığı şəxsin idarə etdiyi ağ rəngli “Ford Transit” markalı avtomobili görmüş, uşağı həmin maşının yük hissəsinə qoymuş və həmin vaxtı hadisə yerinə toplanmış məhəllə sakinləri ilə birlikdə orada olan Bəkirin babası kimi tanıdığı, adını bilmədiyi yaşlı kişi Bəkirin yanında əyləşərək xəstəxanaya getmişlər. O, isə həmin məhəllədə yaşadığı evdən çıxaraq təsadüfən hadisənin baş verdiyi görmüş qardaşı Elnurun idarə etdiyi avtomobillə Quba X2 getmişdir. Xəstəxanaya çatdıqda Bəkiri yola saldığı maşından düşürdüklərini və müayinə üçün xəstəxanaya saldıqlarını görmüşdür. Həkimlər Bəkiri müayinə etdikdən sonra köməklik edə bilmədiklərini və sonuncunun öldüyünü bildirmişlər. Əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisinin onu bağışlamasının nəzərə alınmasını və barəsində qanunla ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Bəkir Nəmətov onun oğludur. O, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq təxminən 2-3 km aralıda olan ərzaq dükana getmiş, həmin vaxt Bəkir Nəmətov yaşadığı məhəllədə qonşuların uşaqları ilə birlikdə velosiped sürmüşdür. Həmin gün təxminən 18:30 radələrində qonşularından biri onun mobil telefonuna zəng edərək Bəkiri küçədə velosiped sürdüyü yerdə maşın vurduğunu və xəstəxanaya aparıldığını bildirmişdir. O, Bəkirin dalınca əvvəlcə Quba Rayon Mərkəzi Xəstəxanasına getmiş, orda xəstə qəbul etmədikləri və Quba X2 müraciət etməsini bildirildiyindən sonradan qeyd olunan yerə getmiş, xəstəxanaya çatanda oğlunun öldüyünü öyrənmişdir. Sonradan qonşularından eşitdiyinə görə xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Bəkir Nəmətov yaşadığı küçədə məhəllə içi yoldan sürdüyü velosipedlə Quba şəhəri, Mübariz Qaraxanov küçəsi ilə kəsişməyə daxil olmuş, həmin vaxt M.Qaraxanov küçəsi ilə sürətlə hərəkətdə olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21043” markalı **-BS-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə Bəkir Nəmətovu vurmuş, nəticədə Bəkirin baş nahiyyəsi avtomobilin alın şüşəsinə və sağ dəmir dirəyinə dəymişdir. Hadisədən bir qədər əvvəl Bəkirə vaxtaşırı nəzarət edən sonuncunun qayınatası Eldar Hacıyev küçədə yaranmış səs-küyə çıxmış və Bəkirin qeyd olunan avtomobil tərəfindən vurulduğunu, onun həmin avtomobilin sürücüsünün qucağında olduğunu və başından qan axdığını görmüşdür. Sonra hadisə yerinə gələn “Ford Transit” markalı avtomobilin sürücüsü Bəkiri xəstəxanaya aparmışdır. İfadəsinin sonunda X11 Təqsirləndirilən şəxs bağışladığını, onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində özünə məxsus “Ford Transit” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini təmir etdirmək üçün Quba şəhəri, Vaqif küçəsində yerləşən avtomobil təmiri yerinə getmək üçün Mübariz Qaraxanov küçəsində hərəkətdə olduğu vaxt həmin yolun məhəllə içi yolla kəsişməsində çoxlu adamların toplaşdığını, həmin yerdə bir qədər öncə yol nəqliyyat hadisəsinin baş verdiyini, göy rəngli “VAZ-21043” markalı avtomobilin təxminən 7-8 yaşlarında bir oğlan uşağını vurduğunu, həmin uşağın yaşlı bir kişinin qucağında olduğunu görmüşdür. Bu zaman avtomobilini saxlayaraq onlara yaxınlaşmış, orada toplanmış adamlar ondan uşağı xəstəxanaya aparmasını xahiş etmişlər. Həmin vaxt uşağın başından qan axırdığını görmüş, uşağın babası kimi tanıdığı şəxs onu qucağında tutaraq sonuncunun avtomobilin yük hissəsinə əyləşmişdir. O, dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına getmiş, oradan xəstəxananın vətəndaşlara bağlı olduğunu bildirildiyindən onları Quba rayon X2 aparmışdır. Orda həkimlər uşağı müayinə etsələr də, onu həyata saxlaya bilməmişlər. O, hadisənin necə baş verdiyini görməsə də, sonradan eşitdiyinə görə həmin uşaq yaşadığı məhəllədə velosiped sürdüyü zaman baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 24 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum Nemətov Bəkir oğlunun meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızma, başın və bədənin çoxsaylı sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində alın-təpə sahəsində, sol təpə, gicgah və əsas sümüklərin sınığı, beyinciyə və beyin mədəciklərinə qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum B.H.Nemətovun bədəni üzərində aşkar olunan xəsarətlər qeyd olunan yol nəqliyyat qəzası nəticəsində avtomaşınla vurulma zamanı əmələ gələ bilər. Mərhum B.H.Nemətovun ölmünə səbəb qeyd olunan yol nəqliyyat hadisəsi zamanı başın küt travmasından kəllə qapağı və əsas sümüklərin sınması nəticəsində baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm meyitin müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğun gəldiyi müəyyən edilmişdir. İş üzrə təyin edilib keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1277 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Vaz-21043” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Quba rayon Mərkəzi xəstəxanasının xx xxxxxxxx 2020-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən və arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X10, anası Əliyeva Əsbət Hörmət qızı, bacısı X13, qardaşları X15 və X8 ibarət ailə tərkibi vardır. ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materillarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi var. Belə ki, məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir ki, mərhum X6 ölümünə səbəb Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi olmuşdur. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59, 60, 61-ci maddələrinin tələblərini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99- 1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidadi istintaqda müdafiə edilməsinə görə 20 saat üçün 120 manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 17 saat üçün 102 manat olmaqla ümumilikdə 37 saat üçün 222 (iki yüz iyirmi iki) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan üzərində “STELS” yazıları həkk olunmuş bir ədəd göy rəngli velosiped zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 04 (dörd) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidadi istintaqda müdafiə edilməsinə görə 20 saat üçün 120 manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 17 saat üçün 102 manat olmaqla ümumilikdə 37 saat üçün 222 (iki yüz iyirmi iki) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan üzərində “STELS” yazıları həkk olunmuş bir ədəd göy rəngli velosiped zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-8/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-8/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver