Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-8/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-68/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1960/2022 saylı qərarı ilə həmin cəzası dəyişdirilmədən saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, 2020-ci ilin noyabr ayında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə tanış olduğu Quba rayonu Hacıqayıb kənd sakini Zərərçəkmiş şəxs özünü vəkil kimi təqdim edərək heç bir səlahiyyətə malik olmadığı halda sonuncunun həbsdə olan qardaşı X2 Bakı Apelyasiya Məhkəməsi vasitəsilə azad etdirəcəyi barədə yalan vədlər verməklə Zərərçəkmiş şəxs ümumilikdə 5500 manat məbləğində pulunu 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyun ayına qədər olan müddətdə, hissə-hissə yəni 1000 manatını sonuncu ilə ilk dəfə 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində görüşməsi zamanı, qalan 4500 manatını isə onun kart hesabına 25 noyabr 2020-ci il tarixdə saat 15:41-də Bakı şəhəri Nəsimi rayon 5-ci Mikrorayon A.Məhərrəmli küçəsində yerləşən “Kapital Bank” xidməti bankomatından 300 manat, 01 dekabr 2020-ci il tarixdə saat 10:44-də Quba şəhəri H.Əliyev prospektində yerləşən “Araz Supermarketin “Million" terminalından 1300 manat, 31 dekabr 2020-ci il tarixdə saat 10:26də Xaçmaz rayonu Armudpadar kəndində yerləşən “Story markef’in “Million" terminalından 200 manat, 15 yanvar 2021-ci il tarixdə saat 10:49-da “Kapital Bank”ın Quba rayon filialındakı xidməti bankomatdan 1000 manat, 26 yanvar 2021-ci il tarixdə saat 10:36-da Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən “Aydın Markef’in “E-Manat” terminalından 300 manat, 18 fevral 2021-ci il tarixdə saat 16:25-də Xaçmaz rayon N.Nərimanov küçəsində yerləşən “Təbriz Markef’in “Kapital Bank" xidməti bankomatından 900 manat, 26 fevral 2021-ci il tarixdə saat 15:57-də Xaçmaz rayon N. Nərimanov küçəsində yerləşən “Şahdağ Markef’in “Kapital Bank” xidməti bankomatından 100 manat, 31 mart 2021-ci il tarixdə saat 12:23-də Quba rayon Barlı kəndində yerləşən “Samur Markef’in “E-Manat” terminalından 50 manat, 08 aprel 2021-ci il tarixdə saat 15:55-də Quba rayon Barlı kəndində yerləşən “Samur Markef’in "E-Manat” terminalından 50 manat, axırıncı dəfə isə 16 iyun 2021-ci il tarixdə saat 12:02-də Quba rayon Barlı kəndində yerləşən “Samur Markef’in “E-Manat” terminalından 300 manatı köçürməsi zamanı ələ keçirərək zərərçəkmiş şəxsə qarşı ümumilikdə 5500 manat məbləğində xeyi miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu Novxanı kəndi Ə.Abuzərov küçəsi ev 36-da qeydiyyatdadır. Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs olduğuna görə hazırda Bakı İstintaq Təsridxanasında saxlanılır. Tutulana qədər fərdi şəkildə hüquqi xidmətlər göstərmişdir. 2020-ci ilin sonlarında Quba rayon sakini Zərərçəkmiş şəxs ona zəng edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş qardaşı Farizə hüquqi köməklik etməsini xahiş etmişdir. Telefon danışığı zamanı o, Müşfiqə özünü vəkil kimi təqdim etməklə sonuncudan qardaşının məhkəmə hökmünü də götürüb Bakıya gəlməsini demişdir. O, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” parkında Müşfiqlə görüşmüş, məhkəmə hökmünə baxdıqdan sonra onun qardaşının işinə köməklik edə biləcəyini söylərək Bakı Apelyasiya Məhkəməsi vasitəsinə şikayət verməklə onu həbsdən azad edə biləcəyini demiş və bunun müqabilində Müşfiqdən 5000 manat pul istəmişdir. Lakin Müşfiq 5000 manat verməyə razılıq versə də həmin pulu yalnız hissə-hissə verə biləcəyini bildirmişdir. Bundan sonra həmin pulu hissəhissə olaraq onun adına olan kart nömrəsinə göndərməsini istəmişdir. Sonrakı dövrdə 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyun ayına kimi Müşfiq onun kart hesabına hissəhissə az məbləğlərdə cəmisi 5000 manat məbləğində pul ödəmişdir. Sonradan aldadıldığını bildikdə, Müşfiq ondan pulunu geri tələb etməyə başlamışdır. O, hissə-hissə Müşfiqə 1400 manat qaytarmışdır. Sonradan həbs olunduğundan qalan pulu qaytara bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, o, zərərçəkmiş şəxsi əvvəl tanımamış, sonuncu onun nömrəsini ümumi tanışları Xaçmaz rayon sakini Habildən almışdır. Müşfiq Bakı şəhərində yaşamış və avtoyuma məntəqəsində işləmişdir. Müşfiq ondan yardım istədikdən sonra onlar bir dəfə Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” parkında görüşüb razılaşmışlar. O, işin həlli üçün Müşfiqdən cəmi 5000 manat istəmiş, Müşfiqdə hissə-hissə bir neçə ay ərzində 5000 manat pulu onun “Kapital bank”a aid kartına köçürmüşdür. Həmin puldan 1400 manatı Müşfiqə qaytarmışdır. Lakin ibtidai istintaqda üzləşmə zamanı Müşfiq cəmi 1150 manat qaytarıldığını etiraf etmişdir. O, əlbəəl Müşfiqdən hər hansı məbləğdə pul almamışdır. O, özünü 5000 manat ziyan vurmaqda təqsirli bilir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ona cəmi 5000 manat verdiyini və pulun hamısını onun kartına köçürdüyünü bildirmiş, sonradan öyrədilərək ibtidai istintaqdakı ifadəsində və üzləşmə zamanı 5500 manat verdiyini göstərmişdir. Müşfiq hissə-hissə göndərdiyi pullardan 500 manatın qəbzini itirdiyi üçün, 4500 manat köçürmə vasitəsi ilə ona verdiyini iddia etmiş, qalan 500 manat nağd şəkildə ödədiyini demiş və əlavə olaraq 500 manatı da özündən əlavə edərək guya əlbəəl ona 1000 manat verdiyini bildirmişdir. Onların aralarında mübahisə sonuncu ödənişdən bir neçə ay sonra yaranmışdır. Belə ki, o, Müşfiqdən aldığı pulları xərcləmiş, sonuncunun həbsdə olan qardaşının işinin həllinə heçnə etməmişdir. Aralarındakı razılaşmadan sonra Müşfiq Bakıdan Qubaya köçmüş, ona görə onlar hər dəfəsində ancaq telefon vasitəsilə əlaqə saxlamışlar. Onun bir neçə kartı vardır. Müşfiq hər dəfə onun eyni kartına köçürmələr etmiş, sonda kartının biri itmiş və Müşfiq pulu digər kartına köçürmüşdür. O, Müşfiqdən yalnız 5000 manat almış və bütün pulları Müşfiq ona yalnız karta köçürmə üsulu ilə çatdırmışdır. Müşfiq ondan şikayət edəcəyini bildikdən sonra ondan götürdüyü pulun 1400 manatlıq hissəsini geri qaytarmışdır. Həmçinin həmin puldan digər şəxslərə, o cümlədən vəzifəli şəxslərə verməmiş, eləcə də yalandan vəd etdiyi işin həllində onun başqa şəxslərlə əlbirliyi də olmamışdır. Sonda təqsirləndirilən şəxs ailə vəziyyətinin ağır olmasını, bir oğlunun qolunun hərəkətsiz olduğunu, həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini, digər oğlunun həbsdə olmasını, bu səbəbdən belə hərəkətlərə yol verdiyini, hazırda utanc hissi keçirdiyini və əməlindən səmimi peşman olmasını bildirərək əməlinin tövsif edilməsini və yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı X1 törətdiyi narkotik cinayəti ilə əlaqədar 2020-ci ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, qardaşına vəkil tutub həbsdən azad etmək qərarına gəlmiş, Xaçmaz rayonu Arzu qəsəbəsində yaşayan Habil adlı tanışının məsləhəti ilə Nəsimi adlı şəxslə əlaqə saxlamış və qardaşı haqqında danışmışdır. Sonuncu özünü vəkil kimi təqdim etmiş və qardaşının barəsində olan məhkəmə hökmünü də gətilməklə Bakıda görüşə dəvət etmişdir. Nəsimi onunla Bakı şəhərində Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” parkında görüşmüş və hökmə baxıb qardaşını həbsdən çıxaracağı barədə vədlər verərək ondan ümumilikdə bu işin müqabilində 5000 manat pul istəmişdir. Nəsimi həmin 5000 manatdan 1000 manatı öz xidmətləri üçün, 4000 manatı isə işin həllinə görə istəmişdir. Həmin vaxt Nəsimi ona başqalarına 1500 manata xidmət göstərdiyini, Habilə görə ondan 1000 manat alacağını demişdir. Nəsimi onu inandırmış, o da razılaşmışdır. Habil onu xəbərdar etmişdir ki, sözügedən pulları karta mədaxil etməklə göndərsin. O da 5000 manatı hissə-hissə Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, qəbzlər itdiyinə görə ibtidai istintaqda ifadəni başqa şəkildə vermişdir. O, Nəsimiyə nağd şəkildə pul verməmiş, 5000 manatı ayrı-ayrı tarixlərdə sonuncunun kartına köçürmüşdür. Həmin puldan 1400 manatı Nəsimi ona qaytarmışdır. Bəzi qəbzləri tapa bilmədiyinə görə Təqsirləndirilən şəxs ondan 5000 manatı almasını sübut edə bilməyəcəyini düşünmüş, ona görə ibtidai istintaqda 1000 manatı nağd şəkildə Nəsimiyə verdiyini bildirmişdir. Əslində o, əlbəəl Nəsimiyə pul verməmiş, 5000 manat pulun hamısını Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxsin ona vurmuş olduğu 5000 manat tələb etdiyini bildirmiş və işi əlaqədar növbəti məhkəmə iclaslarına gələ bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid bildirdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Nəsimi əvvəllər ona məhkəmə işlərində köməklik göstərdiyi üçün sonuncunun hüquqi xidmətlərin göstərilməsi ilə məşğul olduğunu bilmişdir. Ona görə də Zərərçəkmiş şəxs ona zəng edib həbsdə olan qardaşı ilə bağlı məsləhət alan zaman o, Nəsiminin nömrəsini vermişdir. Müşfiqlə Nəsimi Bakı şəhərində görüşüb, razılaşmışlar. O, həmin vaxt onların yanında olmamışdır. O, əvvəldən Müşfiqə pulu yalnız nağdsız şəkildə, karta köçürmə üsulu ilə göndərməsini məsləhət bilmiş, Müşfiqin Nəsimiyə nə qədər pul verilməsini bilmir. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-68/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzasının əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1960/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-68/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 32.4, 312.1-ci maddələri təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-ci İl tarixdə Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya haqqında" Qərarına əsasən təyin edilmiş həmin cəzadan azad edilmiş, Nizami Rayon Məhkəməsinin 09 iyul 2018-cİ il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, Nəsimi rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarı İlə 2500 manat cərimə cəzası saxlanılmaqla həmin cəzası dəyişdirilərək 02 il 03 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarına əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, 05 noyabr 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya haqqında” Qərarına əsasən cəzadan azad edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması ilə əlaqədar barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5500 manat deyil, 5000 manat pul götürməsi barədə ifadəsində bildirdiyi xüsusatlar özünü məsuliyyətdən yaxa qurtarmaq məqsədi güddüyü üçün sübut kimi qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu və digər istintaq hərəkəti protokolları, məktublar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir; xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs kart hesabına cəmi 4500 manat məbləğində pul köçürülmüşdür. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-8/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən mübahisəsiz hal aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmadığı, bu cinayətin tərkibi ilə tam əhatə olunmadığı üçün düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Halbuki, məhkəmə iclasında zərərçəkmiş və təqsirləndirilən şəxsin dindirilməsi zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyini etiraf etsə də sonuncunun ona 5500 manat verməsi barədə bildirdiklərini təkzib etmiş və Zərərçəkmiş şəxs cəmi 5000 manat aldığını, həmin pul məbləği də Müşfiq tərəfindən onun kart hesabına köçürmə vasitəsi ilə, nağdsız şəkildə həyata keçdiyini bildirmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs verilən ittihamda Zərərçəkmiş şəxs 1000 manatı ilk dəfə 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində görüşməsi zamanı əlbəəl verdiyini, qalan 4500 manatını isə Təqsirləndirilən şəxs kart hesabına köçürdüyünü qeyd etsə də ittiham tərəfi bu tarixin mötəbərliyinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş nə də ki, bu cür sübutlar iş materiallarında da mövcud deyildir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs yalandan vədlər verərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmiş və sonuncudan 5000 manat məbləğində pulu dələduzluq edərək ələ keçirmişdir. Bu hal öz növbəsində Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 178.2.4-cü maddəsinin tərkibinin yaranmasını istisna edir. Eyni zamanda dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı məhkəməyə vəsatət verərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsini təklif etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs özünü vəkil kimi təqdim edərək heç bir səlahiyyətə malik olmadığı halda sonuncunun həbsdə olan qardaşı X2 Bakı Apelyasiya Məhkəməsi vasitəsilə azad etdirəcəyi barədə yalan vədlər verməklə Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində pulunu 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyun ayına qədər olan müddətdə, vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxsə qarşı ümumilikdə 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun cəmi 5000 manat məbləğində pulunu ələ keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 9-cu bəndində qeyd olunur ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki: - dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi barədə təklifini əsaslandırmalıdır; - məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən CM-nin 178.1-ci madəsinə tövsif edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, vurduğu zərəri qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə qeyd olunanları əsas götürərək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(009)-68/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi, 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(009)-68/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-8/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-8/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver