Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-8/2024 16.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Quba rayonu, İsnov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, İsnov kənində qeydiyyatda olmaqla Quba şəhəri, Fətəlixan küçəsi, ev 3-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdən 19 oktyabr 2021-ci il tarixədək müxtəlif ad, çeşid və miqdarda spirtli və enerji içkilərinin istehsalını və satışını həyata keçirən Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin satış təmsilçisi vəzifəsində işləyərkən cəmiyyətlə aralarında bağlanmış 08 fevral 2021-ci il tarixli əmək müqaviləsinə və həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona həvalə edilmiş sərvətlərin qorunub saxlanması, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda müəssisəyə ziyan vurmaması, cəmiyyətin rəhbərliyinə vaxth-vaxtında Öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat verməsi və öhdəsində olan maddi sərvətlərlə bağlı məsul şəxs olaraq müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək kimi səlahiyyətlərə malik tam maddi-məsul şəxs olmaqla müqaviləyə əsasən Zərərçəkmiş şəxs ASC ilə fiziki şəxs Şahid2 arasında bağlanmış 18 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli xidmət müqaviləsinin icrası məqsədilə Şahid2 məxsus malları ona təhkim olunmuş satış nöqtələrinə sataraq əldə etdiyi satış pulunu sonuncunun xəzinəsinə mədaxil etməli olduğu halda öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə ASC-nin direktorunun 08 fevral 2021-ci il tarixli, 001 Q/2 №-li əmri ilə işə götürülərkən 21892,13 (iyirmi bir min səkkiz yüz doxsan iki manat on üç qəpik) manat mal qalığını təhvil alması, işlədiyi dövrdə terminal vasitəsilə satış nöqtələrinə 255518,82 (iki yüz əlli beş min beş yüz on səkkiz manat səksən iki qəpik) manat məbləğində müxtəlif ad, çeşid və miqdarda spirtli və enerji içki məhsulları satması, nəticədə ümumilikdə satış nöqtələrində olmalı olan 277410,95 (iki yüz yetmiş yeddi min dörd yüz on manat doxsan beş qəpik) manat məbləğində mallardan 187927,38 (yüz səksən yeddi min doquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat xəzinəyə mədaxil etməsi, 22956,01 (iyirmi iki min doqquz yüz əlli altı manat bir qəpik) manat geri qaytarma etməsi, 17704,79 (on yeddi min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) manat mallara hədiyyə tətbiq olunması, 28-30 sentyabr 2021-ci il tarixli inventarizasiya zamanı ərazidə 21850,44 (iyirmi bir min səkkiz yüz əlli manat qırx dörd qəpik) manat faktiki mal qalığı olması, 4500 (dörd min beş yüz manat) manat satış planını normadan artıq etməsinə görə bonus əldə etməsi nəzərə alınaraq sifarişi əsasında satdığı mallardan və üzərinə qoyulmuş borc qalığına dair öhdəlik üzrə müştərilərdən yığdığı ödənişlərdən əldə etdiyi qalan 22472,33 (iyirmi iki min dörd yüz yetmiş iki manat otuz üç qəpik) manat məbləğində nağd pul vəsaitini Zərərçəkmiş şəxs ASC-nin 18 fevral 2019-cu il tarixli alqısatqı və xidmət müqavilələri əsasında satış və audit xidməti göstərdiyi Şahid2 ünvan 1 ünvanında yerləşən xəzinəsinə təhvil verməyib ələ keçirərək özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci ilin aprel ayından 2021- ci ilin sentyabr ayının 30-dək Zərərçəkmiş şəxs ASC-nin əvvəlcə Şimal bölgəsi üzrə, daha sonra isə bölgələr üzrə bölünməklə sonda Şabran rayonu üzrə satış təmsilçisi vəzifəsində işləmişdir. İşə başladığı vaxt onunla Zərərçəkmiş şəxs ASC arasında rəsmi əmək müqaviləsi bağlanmışdır. Onu işi ASC-yə məxsus malların satış nöqtələrinə satışını həyata keçirmək və satışdan əldə edilən pulları xəzinəyə mədaxil etmək olmuşdur. Zərərçəkmiş şəxs ASC qida və qeyri-qİda məhsulların satışım həyata keçirmişdir. Ona malları satış nöqtələrinə sifariş etməsi məqsədilə terminal təhkim olunmuşdur. Həmin terminal daimi özündə olmuş, həmin terminalın kənar şəxsə verilməsi halları olmamışdır. O, satış nöqtələrindən qəbul etdiyi sifarişləri həmin terminal vasitəsilə sifariş vermiş, terminalda sifarişin qəbul edilməsi, geri qaytarılma edilməsi, xəzinəyə mədaxil etmə ilə əlaqədar müvafiq əməliyyatlar olmuşdur. Daxili qaydalara əsasən o ticarət nöqtələrindən qəbul etdiyi sifarişləri terminal vasitəsilə sistemə yükləmiş, bununla əlaqədar terminala daxil etdiyi əməliyyatda satış nöqtəsinin adı, sifarişin sayı, növü, miqdarı və sair tam qeyd etmişdir. Onun sifarişi əsasında ASC-yə məxsus mallar anbardan yüklənmiş və sürücülər vasitəsilə müvafiq satış nöqtələri üzrə paylanmışdır. Sürücülərin o terminalda sifariş qeyd etmədiyi halda özbaşına malları satış nöqtələrinə aparması halları olmamışdır. Sürücü hansısa satış nöqtəsinin sifarişini bilə bilməz, onun sifariş götürmək kimi bir öhdəliyi də olmamışdır. Sürücünün işi satış təmsilçisinin terminal əsasında verdiyi sifarişləri anbardan götürərək satış nöqtəsinə çatdırmaq olmuşdur. O, terminala müvafiq satış nöqtəsinin sifarişini daxil etdiyi halda mallar satış nöqtələrinə sürücülər tərəfindən çatdırılmışdır. Hər bir maldan çoxlu sayda sifariş olan zaman şirkətin daxili qaydalarına əsasən malın qiyməti ucuzlaşmışdır. Məsələn, hər hansı məhsuldan 2-3 ədəd sifariş zamanı qiyməti 5 manat olmuşdursa, eyni məhsuldan 30-50 ədəd sifariş verən zaman onun qiyməti 3-4 manat, yəni nisbətən daha ucuz olmuşdur. Qida və qeyri-qida sahəsi rəqabətli sahədir, onlardan başqa hansısa fiziki və ya hüquqi şəxs malı daha ucuz təklif edən zaman satış nöqtələri məhsulu daha ucuz olan şəxsdən almışdır. Hər bir satış təmsilçisinin normal bonuslar alması və işinə davam etməsi üçün onun çox satış etməsi vacib olmuşdur. Şirkətdən də daimi onlara satışın sayını çoxaltmaq, bazar rəqabətinə uyğun olaraq rəqib şirkətləri qabaqlamaq öhdəlik olaraq qoyulmuşdur. Bu səbəbdən də, həm satışın sayının çox olması, həm də satış nöqtələrinin məhsulu onlardan alması üçün bəzən eyni məhsuldan çoxlu sayda hansısa satış nöqtəsinə (adətən, münasibəti yaxın olan satış nöqtəsinə) terminal vasitəsilə sifariş vermiş, mallar sürücü tərəfindən satış nöqtəsinə çatdırılmış, daha sonra gedib həmin satış nöqtəsindən malı götürmüş və adları terminalda qeyd edilməyən, öz tanıdığı satış nöqtələrinə ucuz qiymətə vermiş, daha sonra öz tanıdığı, adları terminalda qeyd edilməyən satış nöqtələrindən pulu əlbəəl yığaraq terminalda adına mal vurduğu satış nöqtələrinin adından xəzinəyə ödənişlər etmişdir. Beləliklə, həm satış planını tam yerinə yetirmiş, həm də xəzinəyə normal pul mədaxil etmişdir. Tanıdığı satış nöqtələrinə şirkətdən kiminsə zəng edəcəyi təqdirdə həqiqətən də malın ona çatmasını təsdiq etmələrini, o satış nöqtərlərinin adından vaxtlı-vaxtında ödəniş edəcəyini onlara bildirmişdir. Bəzən isə malı terminal vasitəsilə hansısa satış nöqtəsinə sifariş verdikdən və mallar anbardan çıxdıqdan sonra aidiyyəti sürücüyə zəng edərək kod sürüşməsi olmasını, malı həmin satış nöqtəsinə deyil, onun dediyi yerə aparmasını bildirmişdir. Sənədləşmə qaydasına əsasən o, ona təhkim olunmuş terminalla satış nöqtəsinin adma sifariş vurduqdan sonra müvafiq satış fakturası anbardar tərəfindən sistemdən çıxarılmış, mal sürücüyə verilən zaman həmin satış fakturası da sürücüyə verilmiş və sürücü malı satış nöqtəsinə verdikdən sonra satış nöqtəsinə mah təhvil almasına dair imzalatmış, daha sonra malın həqiqətən də satış nöqtəsinə çatmasına dair satış fakturasına imza çəkmişdir. Lakin, bu imzalama prosesi hər mal təhvil verilən kimi olmamış, satış fakturaları yığılmış və ayda 1-2 dəfə bir neçə satış fakturasını eyni vaxtda imzalamışdır. Terminal vasitəsilə edilən əməliyyatların hər birini o icra etmişdir. Pulların xəzinəyə ödənilməsi və malların geri qaytarılması isə belə olmuşdur ki, pullar əlbəəl onun tərəfindən satış nöqtələrindən yığılmış, daha sonra Quba rayonunda xəzinədar Valehə yaxınlaşaraq pulu ona əlbəəl vermiş, eyni vaxtda terminalda da satış nöqtəsinin adından xəzinədara ödədiyi məbləğdə pulun ödənilməsinə dair əməliyyat daxil etmişdir. Bundan sonra, pul xəzinədar tərəfindən qəbul edilmişdir. Pulu xəzinədara vermədiyi halda hansısa satış nöqtəsinin adından terminal vasitəsilə ödəniş daxil etməsi halları olmamışdır. Belə hal olsaydı belə, dərhal xəzinədar onunla əlaqə saxlayaraq daxil etdiyi əməliyyatın düzgün olmamasım ona və rəhbərliyə bildirərdi. Geri qaytarılma hallarına gəldikdə isə hər hansı məhsul satılmadıqda, müddəti keçdikdə, yararsız çıxdıqda anbara geri qaytarılmış, həmin məhsul anbardar tərəfindən geri qaytarılmaya dair qəbul edilmiş və eyni vaxtda terminalda sayı, miqdarı, markası, növü göstərilməklə geri qaytarmaya dair terminala əməliyyat daxil etmişdir. Həmin daxil etdiyi əməliyyat əsasında da anbardara geri qaytarılacaq malların siyahısı getmiş və həmin siyahıya uyğun olaraq geri qaytarma fakturası tərtib edilmiş və anbardar həmin malları təhvil almışdır. Daha sonra isə yığılan fakturaları satış fakturalarında olduğu kimi ayda 1 dəfə, 2 dəfə toplu şəkildə imzalamışdır. Bəzən fakturaları imzalamaq yaddan çıxmış və faktura imzasız şəkildə arxivdə qalmışdır. İşlər çox olan zaman fakturaları imzalamağa vaxt tapmamışdır. Lakin, malların geri qaytarılmasına dair, sifarişin verilməsinə dair və xəzinəyə ödənişin daxil edilməsinə dair əməliyyat hər bir halda terminala tərəfindən daxil edilmişdir. Bu səbəbdən də, həqiqətən icra etdiyi əməliyyatların hər biri terminalın yaddaşında olduğundan fakturaları imzalamağa elə də çox önəm verməmişdir. Hər bir əməliyyat terminalın yaddaşında və şirkətin vahid hesabat uçotunda əks olunmuş, bu səbəbdən də, hansı satış nöqtəsinin nə sifariş verməsi, satış nöqtəsinin nə qədər borcunun olması, nə qədər ödəniş etməsi, hansı məhsulu geri qaytarması açıq-aydın görünmüşdür. 28-30 sentyabr 2021-ci il tarixdə o, işdən uzaqlaşmamışdan əvvəl ASC-nin Audit şöbəsinin əməkdaşı Şahid3 tərəfindən ona təhkim olunmuş ticarət nöqtələrində təftiş keçirilmişdir. Yoxlama zamanı, onun terminal vasitəsilə daxil etdiyi əməliyyatlar əsasında vahid bazada olan məlumatlar, yəni satış nöqtəsinin göstərilən borcu yerində satış nöqtəsinin nümayəndəsindən soruşulmaqla yoxlanılmışdır. Məsələn, o hansısa satış nöqtəsinə 500 manatlıq mal sifariş verirdisə, onun 500 manat borcunun olması bazada görünmüşdür. Audit də vahid baza məlumatlarına əsasən yerində satış nöqtəsindən vahid bazada göstərilən miqdarda borcunun olub-olmamasını soruşmuş, buna əsasən satış nöqtələrinin borcu və əskik gəlmələr müəyyən edilmişdir. Şahid3 tərəfindən yerində satış nöqtələrinin hər birində onun iştirakı ilə yoxlama keçirilmiş və hər bir satış nöqtəsinə münasibətdə qarşılıqlı təhvil-təslim sayım aktı tərtib olunmuşdur. Aktları o, Şahid3 və satış nöqtələrinin nümayəndələri imzalamışlar. İş materiallarına əlavə olunmuş aktlarda “Komissiyanın aktı ilə tanış oldum, heç bir etirazım yoxdur, kənarlaşmanı təsdiq edirəm: Zərərçəkmiş şəxs ASC-nin satış nümayəndəsi” qrafalarının qarşısında olan Təqsirləndirilən şəxs yazıları və imzalar ona məxsusdur. Təftiş zamanı onun 26972,33 manat çatışmazlığı müəyyən olunmuşdur. Lakin, həmin çatışmazlıqdan 4500 manat onun çatışmazlığı deyildir. Belə ki, hər bir şirkətdə satış planının çox yerinə yetirilməsinə görə işçilərə əlavə bonuslar ödənilmişdir ki, satış təmsilçisi buna uyğun olaraq daha çox satış etməyə həvəsli olsun. O da işlədiyi dövrdə etdiyi satışlara görə ona müəyyən bonuslar nəzərdə tutulmuşdur. O, hər dəfə bonuslarını istəyən zaman ona ərazisində olan satış nöqtələrindən yığacağı pullardan bonuslarını götürməsi, götürdüyü məbləğlərin satış nöqtələrinin üzərindən götürüləcəyini bildirmişlər. Bu səbəbdən də, o satış nöqtələrinin malların pulu kimi ödədiyi məbləğlərdən öz bonuslarını götürmüşdür. Onun özündə apardığı qeydiyyata əsasən işlədiyi müddətdə təqribən 4500 manat onun bonusu olmuşdur ki, o həmin pulları satış nöqtələrinin ödədiyi pullardan götürmüş, ona satış nöqtələrindən həmin məbləğlərin silinəcəyi bildirilmiş, lakin auditdən sonra o, başa düşmüşdür ki, həmin məbləğləri satış nöqtələrindən silməyiblər və nəticədə audit zamanı satış nöqtələrinin ödəməli olduğu məbləğ 4500 manat çox olmuşdur. O, 4500 manatı konkret bir satış nöqtəsinin ödədiyi puldan götürməmiş, bir neçə dəqiq xatırlamadığı satış nöqtələrinin pulundan götürmüş və xərcləmişdir. Həmin 4500 manatı özbaşına götürməmiş, həmin pul etdiyi satışa görə nəzərdə tutulan bonusun pulu olmuşdur. 4500 manat istisna olmaqla qalan məbləğ, 22472,33 manat isə onun çatışmazlığıdır və həmin məbləğin onun çatışmazlığı olmasını qəbul etmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tam şəkildə ödədiyini, "xxxx" MMC-də Quba, Qusar və Xaçmaz rayonları üzrə satış təmsilçisi işləməklə ailəsini dolandıran yeganə şəxs olmasını bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ASC-nin hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləyir. Zərərçəkmiş şəxs ASC öz Nizamnaməsi əsasında fəaliyyət göstərən qida və qeyri-qida sektorunda daxili- xarici bazarda davamlı istehsal, idxal, satış fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. Malların satışını həyata keçirmək və onlann satışından sonra yaranmış borcların yığılması məqsədi ilə Zərərçəkmiş şəxs ASC-yə Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə əsasən işçilər işə qəbul olunmuşdur. Zərərçəkmiş şəxs ASC-nin hər bir satış təmsilçisinə müəyyən ərazidə yerləşən marketlər öhdəliklərinə verilmiş və yalnız onlara həvalə olunmuş terminal vasitəsi ilə marketlərdən sifarişləri qəbul edərək birbaşa anbara ötürmüşlər. Məlumat anbara daxil olduqdan sonra mallar anbardan anbar yükləmə sənədi əsasında çatdırmanı həyata keçirən maşınlara yüklənmişdir. Bu zaman tərtib olunmuş anbar yükləmə sənədində anbar işçisi və malları təhvil almış mal paylayan, yəni sürücü tərəfindən müvafiq olaraq “təhvil verdi” və “təhvil aldı” qrafası imzalanmışdır. Mallar çatdırılması üçün maşınlara yükləndikdə sürücüyə həmçinin, mağazaların sayına uyğun, verilmiş sifarişlərə görə qaimə-faktura sənədləri, yəni satış fakturaları verilmişdir. Yəni, həmin maşında neçə marketin sifarişi varsa, sürücüyə məhz həmin sayda satış fakturası verilmişdir. Satış fakturaları iki nüsxədə tərtib olunmuşdur. Satış fakturalarında sifarişi vermiş mağazanın adı, mağazadan sifarişi götürmüş satış təmsilçisinin adı, soyadı, malın adı, miqdarı, ayrı-ayrılıqda və ümumilikdə satış qiyməti göstərilmişdir. Anbardan malları sürücülər bir başa sifarişçilərə, yəni marketlərə aparmış və satış fakturasında göstərilən malları marketlərə təhvil vermişlər. Mallar marketlərə təhvil verilərkən, sifarişçi tərəfindən malların tamlığı, yəni satış fakturasında göstərilən malların hamısının yerində olub-olmamasıyoxlanılmışdır. Bu zaman satış fakturasının bir nüsxəsi sifarişçiyə, yəni market sahibinə və ya marketin nümayəndəsinə verilmişdir. Digər nüsxəsində isə sürücü “təhvil aldı” qrafasında sifarişçiyə imza etdirmişdir. Daha sonra isə özü satış fakturasının “təhvil verdi” qarfasına imza etməklə, satış fakturasını satış təmsilçisinə təhvil vermişdir. Sifarişçiyə verilmiş satış fakturası isə bir çox hallarda sürücü və sifarişçi tərəfindən imzalanmamışdır. Bəzi hallarda mallar sifarişçiyə təhvil verilərkən satış təmsilçisi də orada olmuşdur. Bundan sonra satış təmsilçisi götürdüyü sifarişlər əsasında satılmış malların pulunu sifarişçilərdən yığmağa başlayır. Sifarişçilər tərəfindən malların pulu satış təmsilçisinə ödənildikdən sonra, sonuncu ASC-nin müəyyən etdiyi qaydalara əsasən müştərilərdən yığdığı ödənişlər barədə məlumatları onda olan terminallar vasitəsi ilə xidmət göstərdiyi fiziki şəxsin kassasının sisteminə ötürür və kassada olan kompyuterdə həmin satış təmsilçisinin hansı müştəridən kassaya nə qədər ödəniş edəcəyi görünür. Ödənişlə bağlı məlumatları sistemə ötürdükdən sonra satış təmsilçisi növbəti gün həmin məbləğləri kassa mədaxil orderi əsasında fiziki şəxsin xəzinəsinə ödəyir. Bu zaman İki nüsxədə tərtib olunmuş kassa mədaxil oderi ödənişi qəbul etmiş xəzinədar tərəfindən imzalanmaqla, bir nüsxəsi ödənişi etmiş satış təmsilçisinə verilir. Kassa mədaxil orderində ödənişi etmiş satış təmsilçisinin imzalaması üçün qrafa olsa da, demək olar ki, əksər vaxtlar həmin qrafa satış təmsilçiləri tərəfindən imzalanmır, kassa mədaxil orderi yalnız xəzinədar tərəfindən imzalanır. Tərtib olunan kassa mədaxil orderində satış təmsilçisinin adı, hansı müştəridən nə qədər Ödəniş edildiyi və ödənişin ümumi məbləği əks olunur. Satış təmsilçisi ödəniş edərkən kassir sistemdə onun hansı mağazadan nə qədər ödəniş edəcəyini əvvəlcədən görür, çünki satış təmsilçisi ödəniş etməyə gəlməmişdən əvvəl özündə olan terminal vasitəsi ilə, edəcəyi ödəniş barəsində məlumatları sistemə ötürmüş olur. Bu səbəbdən kassir satış təmsilçisindən artıq ödəniş qəbul edə bilmir, çünki sonuncunun ödəməli olduğu məbləğ artıq sistemdə görünür. Əgər satış təmsilçisi ödəyəcəyini məbləğdən artıq məbləğ ödəmək istəsə, kassirin həmin artıq məbləği qəbul etməsi üçün həmin ödəniş barəsində məlumatları terminal vasitəsi ilə kassaya bildirməlidir, yəni sistemə yerləşdirməlidir. Zərərçəkmiş şəxs ASC-də müqavilə əsasında fiziki şəxslərə xidmət göstərmiş satış təmsilçilərinin vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi və malların ödənişlərini müştərilərdən yığaraq fiziki şəxsin xəzinəsinə ödənilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixli ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ASC-yə işə qəbul olunmasını xahiş etmişdir. 08 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC ilə Quba rayonu, İsnov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arasında həmin tarixli, RM21/037 sayh əmək müqaviləsi, həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, Təqsirləndirilən şəxs maddi məsul şəxs olması ona izah olunmuş və 08 fevral 2021-ci il tarixli, 044K saylı əmrlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ASC İlə fiziki şəxs Şahid2 arasında AC-VLS/18-12-19/AZ saylı, 18 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin perspektivliyini artırmaq məqsədi ilə AC-VLS/18-12-19/AZ-2 saylı, 18 dekabr 2019-cu il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinə əsasən hal-hazırda Zərərçəkmiş şəxs ASC fiziki şəxs Şahid2 satış və audit xidmətləri göstərməkdədir. Məhz bu müqavilənin icrası məqsədilə 08 fevral 2021-ci il tarixli 044K saylı əmrlə işə qəbul olunan satış təmsilçisi Təqsirləndirilən şəxs fiziki şəxs Şahid2 xidmət etmişdir. Belə ki, Zərərçəkmiş şəxs ASC fiziki şəxs Şahid2 08 fevral 2021-ci il tarixli XS № 401 saylı məktub yazaraq ona bildirmişdir ki, tərəflərin bağladığı AC-VLS/18-12-19/AZ-2 saylı, 18 dekabr 2019-cu il tarixli xidmət müqaviləsinin icrası məqsədi ilə Zərərçəkmiş şəxs ASC-də satış təmsilçisi vəzifəsində çalışan Təqsirləndirilən şəxs Şahid2 müəyyən etdiyi ərazilərdə satış xidmətləri göstərəcəkdir. Fiziki şəxs də öz növbəsində Zərərçəkmiş şəxs ASC- yə 05 fevral 2021-ci il tarixli 052 YKP saylı məktub göndərərək bildirmişdir ki, xidmət göstərəcək əməkdaşın öhdəliyinə və tam maddi məsuliyyətinə veriləcək mal öhdəliyinin dəyəri 21892,13 (iyirmi bir min səkkiz yüz doxsan iki manat on üç qəpik) manat təşkil edir. Fiziki şəxs Şahid2 tərəfindən ünvanlanmış 05 fevral 2021-ci il tarixli 052 YKP saylı məktuba uyğun olaraq Zərərçəkmiş şəxs ASC tərəfindən Zərərçəkmiş şəxs ASC-də satış təmsilçisi vəzifəsində çalışan Təqsirləndirilən şəxs barəsində “öhdəliyin yaranması və mal qalığı haqqında” 08 fevral 2021-ci il tarixli, 001 Q/2 saylı Əmr verilmişdir. Təqsirləndirilən şəxs işə qəbul olunduqdan sonra vəzifəsinə uyğun olaraq ayrı-ayrı ərazilərdəki müxtəlif adh marketlərə satış etməyə başlamış və ilk günlərdən özünü çalışqan və məsuliyyətli işçi kimi göstərmişdir. Fiziki şəxs Şahid2 15 sentyabr 2021-ci il tarixində Zərərçəkmiş şəxs ASC-yə 159 PKY saylı məktub göndərərək tərəflər arasında bağlanmış olan AC-VLS/18- 12-19/AZ sayh, 18 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və AC-VLS/18-12- 19/AZ-2 sayh, 18 dekabr 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən ona xidmət göstərən satış təmsilçisi Təqsirləndirilən şəxs faktiki fəaliyyətinin yoxlanılması, satış həyata keçirdiyi ərazilərdə monitorinq və təftişin həyata keçirilməsi üçün Cəmiyyət tərəfindən əməkdaşların ayrılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs işlədiyi 08 fevral 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixinədək dövr ərzində onun sifarişi ilə (terminal vasitəsi ilə) anbardan 255518,82 (iki yüz əlli beş min beş yüz on səkkiz manat səksən iki qəpik) manat dəyərində mallar məxaric edilmiş və ticarət nöqtələrinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs ASC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs iştirakı ilə inventarizasiya yoxlaması keçirilmiş və 30 sentyabr 2021-ci il tarixli inventarizasiya aktı tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ticarət nöqtələri ilə bağlı fərdi- yoxlama aktı tərtib olunan zaman bütün aktları təsdiq etmişdir, lakin heç bir əsas gətirmədən 30 sentyabr 2021-ci il tarixli inventarizasiya aktını imzalamaqdan imtina etmişdir. Müəyyən olunmuşdur ki, ümumilikdə Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində onun tam maddi məsuliyyətinə verilmiş malların dəyəri 277410,95 (iki yüz yetmiş yeddi min dörd yüz on manat doxsan beş qəpik) manat olmuşdur ki, bunlardan da 22956,01 (iyirmi iki min doqquz yüz əlli altı manat bir qəpik) manat dəyərində mal anbara geri qaytarılmış, xəzinəyə nağd şəkildə 187927,38 (yüz səksən yeddi min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat ödəniş olunmuş, həmin mallara 17704,79 (on yeddi min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) manat dəyərində hədiyyə (endirim) olunmuş, ərazidə 21850,44 (iyirmi bir min səkkiz yüz əlli manat qırx dörd qəpik) manat mal qahğı qalmışdır. Nəticədə mühasibat qalığı ilə faktiki qalığı üzləşdirdikdə 26972,33 (iyirmi altı min doqquz yüz yetmiş iki manat otuz üç qəpik) manat çatışmazlıq müəyyən olunmuşdur. Malların verilməsini təsdiq edən qaimələrin, marketlərlə üzləşmə aktları materiala əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs işini tam və obyektiv araşdırmaq üçün Azərbaycan Respublikası Auditor Palatasının üzvü, sərbəst auditor X2 ilə 14 iyun 2022-ci il tarixində auditor xidmətinin göstərilməsi barədə 09 saylı müqavilə imzalanmışdır. Müqavilə əsasında sərbəst auditor X2 Cəmiyyətin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs işlədiyi dövrü tam araşdıraraq 28 noyabr 2022-ci il tarixli X4 (Rəy) hazırlamışdır. Audit araşdırması zamanı bir daha müəyyən olunmuşdur ki, Cəmiyyətin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində onun tam maddi məsuliyyətində ümumilikdə 277410,95 (iki yüz yetmiş yeddi min dörd yüz on manat doxsan beş qəpik) manatlıq mal olmuşdur ki, bunlardan da 22956,01 (iyirmi iki min doqquz yüz əlli altı manat bir qəpik) manat dəyərində olan mallar anbara geri qaytarılmış, xəzinəyə nağd şəkildə 187927,38 (yüz səksən yeddi min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat ödəniş olunmuş, həmin mallara 17704,79 (on yeddi min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) manat dəyərində hədiyyə (endirim) olunmuş, ərazidə 21850,44 (iyirmi bir min səkkiz yüz əlli manat qırx dörd qəpik) manat mal qalığı qalmışdır. Nəticədə mühasibat qalığı ilə faktiki qalığı üzləşdirdikdə 26972,33 (iyirmi altı min doqquz yüz yetmiş iki manat otuz üç qəpik) manat çatışmazlıq müəyyən olunmuşdur. O, satış təmsilçilərinə işlədikləri dövrdə satış planını normadan çox yerinə yetirməyə görə bonuslar nəzərdə tutulmuşdur. Belə olan zaman satış təmsilçiləri daha həvəsli işləmiş və satışı çoxaltmağa çalışmışdır. Təqsirləndirilən şəxs da işlədiyi dövrdə bir neçə dəfə satış planından daha çox satış etmiş və müəyyən bonuslar almışdır. Sonradan Təqsirləndirilən şəxs bunu mübahisələndirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə almah olduğu 4500 manat bonus pullan razılıq əsasında satış nöqtələrindən toplamış, lakin audit zamanı həmin məbləğ satış nöqtələrindən çıxılmadığından əlavə çatışmazlıq kimi Təqsirləndirilən şəxs hesablanmışdır. Təqsirləndirilən şəxs çatışmazlığı 22472,33 manatdır. Təqsirləndirilən şəxs həmin çatışmazlıqdan 5000 manat ASC-nin xəzinəsinə ödəniş etmişdir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC nümayəndəsi məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ASC –yə vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər Zərərçəkmiş şəxs ASC-də sürücü işləmiş, sonra satış təmsilçisi keçmişdir. Hal-hazırda işsizdir. Həm sürücü, həm də satış təmsilçisi kimi işə başladığı vaxtdan etibarən onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Müqavilələr əsasında o, şirkətin əmlakına maddi məsul şəxs olmuşdur. Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı olmamışdır. Aralarında hər hansı problem, ədavət, düşmənçilik olmamışdır. Babək əvvəllər ASC-nin satış təmsilçisi olmuşdur. Sürücünün işi satış təmsilçisinin sifarişi əsasında malları anbardan götürərək satış nöqtəsinə çatdırmaq olmuşdur. Hər bir satış təmsilçisinə müştərilərin sifarişlərini qeydə almaq üçün terminal təhkim olunur, hər bir satış təmsilçisi terminal vasitəsilə müştərinin adına sifariş edir. Həmin sifarişdən sonra sifarişdə qeyd olunan mallar anbardar tərəfindən anbardan çıxarılır və sürücüyə təhvil verilir. Sürücü ilə anbardar arasında malların təhvil-təsliminə dair qaimə tərtib olunur, bir nüsxəsi sürücüdə, bir nüsxəsi isə anbardarda qalır. Qaimə əsasında da malın kimin öhdəliyində olması müəyyən olunur. Gələcəkdə malda əksiklik olan zaman həmin qaimə əksikliyin kimə aid olmasının sübutu kimi istifadə edilir. Daha sonra sürücü həmin malı müştəriyə çatdırır, müştəri ilə sürücü arasında qaimə tərtib olunur, bir nüsxəsi müştəridə, bir nüsxəsi isə satış təmsilçisinə qalır. Onlarda qalan nüsxəni daha sonra təhvil verirlər. Sürücünün işi satış təmsilçisini sifarişi əsasında anbardardan malları təhvil alaraq satış nöqtəsinə çatdırmaqdır. Sürücünün özbaşına mal sifariş verməsi, satış nöqtəsindən sifariş götürməsi, satış təmsilçisinin işinə qarışması kimi səlahiyyətləri yoxdur. Satış təmsilçisi terminal vasitəsilə sifariş vermədiyi halda onların hər hansı satış nöqtəsinə mal aparmaq kimi səlahiyyətləri yoxdur. Sürücünün işi yalnız sifariş əsasında malı çatdırmaqdır. Şirkətdə hər bir əməliyyat, satış, xəzinə, geri qaytarma terminal vasitəsilə icra edilir. Hər hansı satış nöqtəsinə sifariş aparılan zaman aparılan malın məbləği satış nöqtəsinin ödəməli olduğu məbləğ, yəni qalıq kimi görünür, satış nöqtəsi ödəniş etdikdə satış təmsilçisi bunu terminal vasitəsilə qeydə alır və xəzinədar təsdiq etdiyi halda ödəniş kimi qəbul edilir, geri qaytarma olan zaman isə mallar sürücülər tərəfindən satış nöqtəsindən götürülür və anbara aparılır, anbardar malı qəbul etdiyi halda ümumi sistemdən, yəni terminalda da satış nöqtəsinin adından həmin mal çıxır. Satış təmsilçisi terminal vasitəsilə müştərinin adına sifariş verən zaman terminalda müştərinin adı, kodu, sifariş verilən malların miqdarı və sair məlumatları daxil edir. Bunun əsasında anbardar və o malların sayını, hara getməli olmasını bilirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, əvvəllər Zərərçəkmiş şəxs ASC-də satış təmsilçisi işləmişdir. Təqsirləndirilən şəxs ondan əvvəl ASC-də satış təmsilçisi işləmişdir. Onunla hər hansı münasibəti olmamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 28-xx.xx.2021-ci il tarixdə ASC-nin audit şöbəsinin əməkdaşı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs ərazisində olan satış nöqtələrindəki faktiki borc qalığı yoxlanılmış və ərazidəki satış nöqtələri ona təhvil verilmişdir. Audit Şahid3 tərəfindən onun, Təqsirləndirilən şəxs və satış nöqtələrinin nümayəndələrinin iştirakı ilə aparılmış, yoxlama hər bir satış nöqtəsinə münasibətdə yerində real olaraq keçirilmiş və hər bir satış nöqtəsinə münasibətdə akt tərtib edilmişdir. Həmin aktda auditi keçirən şəxs kimi Şahid3, təhvil verən kimi Təqsirləndirilən şəxs, təhvil alan kimi, faktı təsdiq edən kimi satış nöqtəsinin nümayəndəsi imzalamış, yekunda isə bölgə müdiri Şahid4 aktı imzalamışdır. Yoxlama zamanı bir çox satış nöqtələrində Cəmiyyətin uçot məlumatlarına görə borc göstərilsə də, satış nöqtələri həmin borcu təsdiq etmədilər və ya az miqdarda təsdiq etdilər. Nəticədə, həmin təsdiq olunmayan məbləğ ona keçməmiş və Təqsirləndirilən şəxs çatışmazlığı kimi qeyd edilmişdir. Aparılan inventarizasiya zamanı Təqsirləndirilən şəxs 26972,33 manat çatışmazlığının olması aşkar edilmişdir. Bundan sonra, o, öz işinə başlamışdır. Hər bir satış təmsilçisi satış nöqtəsindən ödənişi təhvil alan kimi terminalda bu barədə əməliyyat daxil edir, nəticədə xəzinədar həmin əməliyyatı proqramda görür, satış təmsilçisi maksimum növbəti gün əməliyyatda göstərdiyi məbləğdə ödənişi xəzinadara təhvil verməlidir, əks halda bu barədə xəzinədar tərəfindən bizə məlumat verilir və biz bu məsələni araşdırırıq. Bu səbəbdən də, xəzinə ödənişi olmadığı halda satış təmsilçisi tərəfindən terminala bu barədə əməliyyat daxil etməsi halları olmur və yaxud satış təmsilçisi xəzinəyə ödəniş edirsə, avtomatik həmin ödəniş terminalda qeyd edilir. Pul təhvil alındığı halda bunun terminalda qeyd edilməməsi mümkün deyildir. Pulun qəbul edilməsini satış təmsilçisi və xəzinədar terminalda görür. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 18 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ASC ilə aralarında alqı-satqı və həmin müqavilənin perspektivliyini artırmaq məqsədi ilə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zərərçəkmiş şəxs ASC ona satış və audit xidməti göstərmişdir. Belə ki, onun özünə məxsus ünvan 2 ünvanında yerləşən anbarı vardır. Zərərçəkmiş şəxs ASC ilə aralarında bağlanmış müqaviləyə əsasən həmin şirkətin məhsullarını almış və region üzrə həmin məhsulların satışını həyata keçirmişdir. Alqı-satqı müqaviləsinə əsasən o şirkətə məxsus malları ödəniş edib alaraq satmaqla məşğul olmuş, xidmət müqaviləsinə əsasən isə ASC onun satış həyata keçirdiyi ticarət nöqtələrində malların satışını, monitorinqini, yoxlamanı, təftiş və audit xidmətlərini yerinə yetirmişdir, bunun müqabilində isə şirkətə xidmət haqqı ödəmişdir. Zərərçəkmiş şəxs ASC ilə aralarında olan müqaviləyə əsasən şirkət öhdəliklərinin icrası zamanı ona dəymiş ziyanı birmənalı olaraq tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Ərazidə işləyən satış təmsilçilərinin hamısı Zərərçəkmiş şəxs ASC tərəfindən işə götürülmüş və ona təhkim olunmuşdur. Həmin müqavilənin icrası məqsədilə Zərərçəkmiş şəxs ASC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunan Təqsirləndirilən şəxs ona xidmət etmiş, onun öhdəliyinə və tam maddi məsuliyyətinə 21892,13 (iyirmi bir min səkkiz yüz doxsan iki manat on üç qəpik) manat dəyərində mal təhvil verilmiş, bununla bağlı olaraq 08 fevral 2021-ci il tarixli əmr verilmiş və ona dislokasiyasında (xidmət edəcəyi ticarət nöqtələri üzrə) olan ticarət nöqtələrində 21892,13 manat dəyərində mal qalığı olması və həmin məbləğin onun tam maddi məsuliyyətinə verilməsi izah olunmuşdur. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs fəaliyyətində çatışmazlıqların və mənimsəmə hallarının olmasından şübhələnmiş və bu məqsədlə Zərərçəkmiş şəxs ASC-yə müraciət edərək Təqsirləndirilən şəxs faktiki fəaliyyətinin yoxlanılması üçün Cəmiyyətdən əməkdaşların ayrılmasını xahiş etmişdir. Bununla bağlı olaraq onun, bölgə müdiri kimi Şahid4, Zərərçəkmiş şəxs ASC-nin auditi (xidmət göstərən) Şahid3, Təqsirləndirilən şəxs və yeni satış təmsilçisi Şahid5 iştirakı ilə inventarizasiya yoxlaması keçirilmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs iştirakı ilə müştərilər bir-bir gəzilərək sistem borcu ilə faktiki borclar üzləşdirilmiş, təxminən 26000 manat məbləğində çatışmazlıq olması müəyyən edilmiş, həmin hallar üzrə təhvil-təslim aktları tərtib olunmaqla bütün iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs özü tərəfindən də imzalanmış, bununla da Təqsirləndirilən şəxs mal payladığı ticarət məntəqələrində yoxlama keçirilən zaman onun 26972,33 manat məbləğində pulu kassaya ödəməyərək mənimsədiyi müəyyən edilmişdir. Bundan sonra onun şirkətə müraciəti nəticəsində ona dəymiş ziyan şirkət tərəfindən tamamilə ödənilmişdir. Şirkətlə aralarında bağlanmış müqavilələrə əsasən hər hansı işçinin ona ziyan vurması mümkün deyildir. Belə ki, müqavilələrə əsasən ona dəymiş ziyan göstərdiyi xidmətlərə görə birbaşa şirkət tərəfindən vurulmuş hesab olunduğu üçün dəymiş ziyan birmənalı olaraq şirkət tərəfindən ona ödənilmişdir. Həmçinin işçilər Zərərçəkmiş şəxs ASC-nin əməkdaşı olduğu üçün onlar dəymiş ziyana görə şirkət qarşısında, şirkət isə onun qarşısında öhdəlik daşımışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməli nəticəsində ziyan ona yox, Zərərçəkmiş şəxs ASC-ə dəymişdir. Hazırda yaranmış çatışmazlıq şirkət tərəfindən ona tamamilə ödənildiyi üçün onun hər hansı şikayət və ya tələbi yoxdur. İş üzrə digər şahidlər Şahid3 və Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iclaslarda iştirak etməmişlər. Şahid3 və Şahid4 məhkəməyə göndərdikləri teleqramda üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa vermiş olduqları ifadələrini etdiklərini bildirmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, əvvəllər Zərərçəkmiş şəxs ASC-nin Audit şöbəsində işləmişdir. Onun işi satış təmsilçilərinin və ya digər işçilərin fəaliyyətini audit etmək, mövcud çatışmazlığı aşkara çıxarmaq, vəziyyəti sənədləşdirmək və rəhbərliyə məruzə etmək olmuşdur. Təqsirləndirilən şəxs satış təmsilçisi olmuşdur. Onunla münasibəti olmamış, aralarında hər hansı bir ədavət, düşmənçilik olmamışdır. 2021-ci ilin sentyabr ayında ona Təqsirləndirilən şəxs fəaliyyətini audit etməli olduğu bildirilmişdir. Bu səbəbdən də, 28-xx.xx.2021-ci il tarixlərdə tərəfindən Təqsirləndirilən şəxs fəaliyyəti audit edildi. Təqsirləndirilən şəxs auditdə özü də iştirak etmişdir. Zərərçəkmiş şəxs ASC-dən bütün əməliyyatlar satış təmsilçiləri tərəfindən terminal (proqram) vasitəsilə aparılır və nəticədə yekun məbləğlər, yəni hər bir satış nöqtəsinin faktiki borcu, satış təmsilçisi tərəfindən edilən xəzinə əməliyyatları, geri qaytarma və sair terminalın yaddaşında göstərilir. Adətən, yoxlamaya başlayan zaman terminal üzrə satış nöqtəsinin borcu çıxarılır, daha sonra yerində satış nöqtəsinə yaxınlaşaraq özünü təqdim edib yeni satış təmsilçisi ilə təhvil-təslimin edilməsini bildirərək baza məlumatlarına əsasən borcunun nə qədər göstərilməsini bildirir, satış nöqtəsi, yəni müştəri borcu təsdiq etdiyi halda tərtib ədilən aktda əksikin olmaması qeyd olunur və borc yeni satış təmsilçisinə keçir. Müştəri borcunun olmamasını, məbləği satış təmsilçisinə ödədiyini bildirdiyi zaman həmin məbləğ əksik kimi satış təmsilçisinin üzərində qalır. 28-xx.xx.2021-ci il tarixdə yeni satış təmsilçisi Şahid5 və faktiki fəaliyyəti yoxlanılan Təqsirləndirilən şəxsla birlikdə bütün satış nöqtələrində olaraq satış nöqtələrinin faktiki borcu bir-bir yoxlanılmış, hər bir satış nöqtəsinə münasibətdə aktlar tərtib olunmuş, aktları o, yeni satış təmsilçisi Şahid5, faktiki fəaliyyəti yoxlanılan Təqsirləndirilən şəxs, satış nöqtəsi imzalamışdır. Yekunda isə bölgə müdiri Şahid4 aktı imzalamışdır. Aparılan inventarizasiya zamanı Təqsirləndirilən şəxs 26972,33 manat çatışmazlığının olması aşkar edilmişdir. Bu barədə aktlar tərtib edilməklə rəhbərliyə məlumat verilmişdir. Hər bir satış təmsilçisi satış nöqtəsindən ödənişi təhvil alan kimi terminalda bu barədə əməliyyat daxil edir, nəticədə xəzinədar həmin əməliyyatı proqramda görür, satış təmsilçisi maksimum növbəti gün əməliyyatda göstərdiyi məbləğdə ödənişi xəzinədara təhvil verməlidir, əks halda bu barədə xəzinədar tərəfindən onlara məlumat verilir və onlar bu məsələni araşdırırlar. Bu səbəbdən də, xəzinə ödənişi olmadığı halda satış təmsilçisi tərəfindən terminala bu barədə əməliyyat daxil etməsi halları olmur və yaxud satış təmsilçisi xəzinəyə ödəniş edirsə, avtomatik həmin ödəniş terminalda qeyd edilir. Pul təhvil alındığı halda bunun terminalda qeyd edilməməsi mümkün deyil. Pulun qəbul edilməsini satış təmsilçisi və xəzinədar terminalda görür. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, əvvəllər Zərərçəkmiş şəxs ASC-də bölgə müdiri işləmişdir. Təqsirləndirilən şəxs ASC-nin satış təmsilçisi olmuşdur. Təqsirləndirilən şəxsla yaxın münasibəti olmamış, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs fəaliyyəti ASCnin Audit şöbəsinin əməkdaşı Şahid3 tərəfindən audit edildi. Təqsirləndirilən şəxs özü həmin auditdə iştirak etmişdir. Audit zamanı Təqsirləndirilən şəxs çatışmazlığı aşkar edilmişdir. Zərərçəkmiş şəxs ASC-dən bütün əməliyyatlar satış təmsilçiləri tərəfindən terminal (proqram) vasitəsilə aparılır və nəticədə yekun məbləğlər, yəni hər bir satış nöqtəsinin faktiki borcu, satış təmsilçisi tərəfindən edilən xəzinə əməliyyatları, geri qaytarma və sair terminalın yaddaşında göstərilir. Adətən, yoxlamaya başlayan zaman terminal üzrə satış nöqtəsinin borcu çıxarılır, daha sonra yerində satış nöqtəsinə borcu bildirilir, yeni satış təmsilçisi ilə təhvil-təslimin edilməsini bildirərək baza məlumatlarına əsasən borcunun nə qədər göstərilməsi qeyd edilir, satış nöqtəsi, yəni müştəri borcu təsdiq etdiyi halda tərtib edilən aktda əksikin olmaması qeyd olunur və borc yeni satış təmsilçisinə keçir. Müştəri borcunun olmamasını, məbləği satış təmsilçisinə ödədiyini bildirdiyi zaman həmin məbləğ əksik kimi satış təmsilşisinin üzərində qalır. 28-xx.xx.2021ci il tarixdə audit Şahid3 tərəfindən yeni satış təmsilçisi Şahid5 və faktiki fəaliyyəti yoxlanılan Təqsirləndirilən şəxsla birlikdə bütün satış nöqtələrində olaraq satış nöqtələrinin faktiki borcu bir-bir yoxlanılmış, hər bir satış nöqtəsinə münasibətdə aktlar tərtib olunmuş, aktları Şahid3, yeni satış təmsilçisi Şahid5, faktiki fəaliyyəti yoxlanılan Təqsirləndirilən şəxs, satış nöqtəsi imzalamışdır. Yekunda isə bölgə müdiri kimi aktı o imzalamışdır. Onun aktı imzalamağının səbəbi bölgə müdiri olması və ərazisindəki faktiki vəziyyəti təsdiqləmək olmuşdur. Aparılan inventarizasiya zamanı Təqsirləndirilən şəxs 26972,33 manat çatışmazlığının olması aşkar edilmişdir. Hər bir satış təmsilçisi satış nöqtəsindən ödənişi təhvil alan kimi terminalda bu barədə əməliyyat daxil edir, nəticədə xəzinədar həmin əməliyyatı proqramda görür, satış təmsilçisi maksimum növbəti gün əməliyyatda göstərdiyi məbləğdə ödənişi xəzinadara təhvil verməlidir, əks halda bu barədə xəzinədar tərəfindən onlara məlumat verilir və onlar bu məsələni araşdırırlar. Bu səbəbdən də, xəzinə ödənişi olmadığı halda satış təmsilçisi tərəfindən terminala bu barədə əməliyyat daxil etməsi halları olmur və yaxud satış təmsilçisi xəzinəyə ödəniş edirsə, avtomatik həmin ödəniş terminalda qeyd edilir. Pul təhvil alındığı halda bunun terminalda qeyd edilməməsi mümkün deyildir. Pulun qəbul edilməsini satış təmsilçisi və xəzinədar terminalda görür. İş materiallarında olan: 08 fevral 2021-ci il tarixli 044K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin direktorunun əmri ilə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir; “tam maddi məsuliyyət daşınması haqqında müqavilədən” görünür ki, Zərərçəkmiş şəxs ASC ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və Təqsirləndirilən şəxs ticarət obyektlərinə satılmış malların satışından toplanması ona həvalə edilmiş şirkətin maddi vəsaitinə cavabdeh olmaq, maddi vəsaitlərə ciddi yanaşmaq və maddi zərərin vurulmasının qarşısını almaq kimi öhdəliklərə maddi məsul şəxs olmuşdur; 28-30 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs təhkim olunmuş satış nöqtələrində müştərilərin faktiki borc qalığı audit Şahid3 və yeni satış təmsilçisi Şahid5 iştirakı ilə yoxlanılmış, Təqsirləndirilən şəxs 26972,33 manat çatışmazlığının olması aşkar edilmiş, Təqsirləndirilən şəxs hər bir təhvil-təslim aktında adının qarşısındakı qrafada imza çəkərək mövcud yoxlamanı təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-xətşünaslıq ekspertizası) 03 may 2023-cü il tarixli 4/680 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs ASC tərəfindən tərtib edilmiş alıcı qismində fəaliyyət göstərən Əhmədov Aydın ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Rizvan Sultanov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən İlqar Əsgərov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Anar Əmirov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim- Sayım aktı, Alıcı qismində fəaliyyət göstərən Məzahir Məmmədov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Elman Müseyibov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Kənan Əsədov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Kamran Dilayev ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən İntizar Əliyev ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim- Sayım aktı, Alıcı qismində fəaliyyət göstərən İkram Sultanov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Elvin D. ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslimsayım aktı, alıcı qismində fəaliyyət göstərən Məhəmməd Yarəliyev ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən M.Natiq ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021- ci il tarixli təhvil təslimsayım aktı, alıcı qismində fəaliyyət göstərən Nəbi Daşdəmirov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim- Sayım aktı, Alıcı qismində fəaliyyət göstərən Şahhüseyn X. ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Samir Paşayev ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci İl tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Ramin Əhmədov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Vidadi İsgəndərov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən N.Yusif ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim- Sayım aktı, alıcı qismində fəaliyyət göstərən Samir S. ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Babayeva Z. ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Mehrah Q. ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslimsayım aktı, alıcı qismində fəaliyyət göstərən Telman Kərimov ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Təbriz Rzayev ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Rüfət Əliyev ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən G.Yaqub ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Mübariz Mirzəyev ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Elçin Hacıyev ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Emil Kərimov ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Əlmirzə Əlicanov ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Amil Muradov ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-cİ il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Nurlan Şükürov ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən İlkin Həmidov ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Cəfər Muradov ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən K.Xəlilov ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021- ci İl tarixli təhvil təslimsayım aktı, alıcı qismində fəaliyyət göstərən Namik Əliyev ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Nicat Məmmədov ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Benməmmədov Maqsud ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-cİ il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Rüfət Kərimov ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən A.Hacıyev ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Əşrəf Hacıyev ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim- Sayım aktı, Alıcı qismində fəaliyyət göstərən Fikrət Vəliyev ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Ə.Qənirə ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən M.Səbuhi ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslimsayım aktı, alıcı qismində fəaliyyət göstərən Rasim Hüseynov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Ramin Babayev ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Ruslan Hacıyev ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Pərviz Kərimov ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Kamran Salahov ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən S.Mehman ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Anar Ə. ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Ceyhun Kazımov ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən İlkin Nizamov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən İnqilab Ağayev ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Telman Absəlimov ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021- ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən M.Fərid ilə əlaqədar tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Əliheydər ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021- ci İl tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Nizami Həsənov ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Bəhruz Zeynalov ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Akif Qafanh ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Aslan N. ilə əlaqədar tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Fariz RİŞ ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021- ci il tarixli təhvil təslimsayım aktı, alıcı qismində fəaliyyət göstərən Çingiz ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Bulaq Restoranı ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Sahil Restoranı ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Zaur market ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-sayım aktı, alıcı qismində fəaliyyət göstərən Şahin market ilə əlaqədar tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli təhvil təslim-Sayım aktında “Komissiyanın aktı ilə tanış oldum, heç bir etirazım yoxdur, kənarlaşmanı təsdiq edirəm: Zərərçəkmiş şəxs ASC-nin satış nümayəndəsi” qrafalarının qarşısında olan Təqsirləndirilən şəxs yazıları və həmin yazıların qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. 08 fevral 2021-ci il tarixli 001 Q/2 №-li əmrdən görünür ki, Təqsirləndirilən şəxs öhdəliyinə veriləcək satış nöqtələri üzrə mal qalığının dəyəri 21892,13 (iyirmi bir min səkkiz yüz doxsan iki manat on üç qəpik) manat olmuşdur. terminal çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xəzinəyə 187927,38 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. 30 sentyabr 2021-ci il tarixli daxili inventarizasiya aktından görünür ki, Təqsirləndirilən şəxs ərazini təhvil alan zaman öhdəsində 21892,13 manat mal qalığı olmuş, işlədiyi dövrdə onun sifarişi əsasında satış nöqtələrinə 255518,82 manat məbləğində mal çatdırılmış, ümumilikdə satış nöqtələrində olmalı olan mal qalığı 277410,95 manat olmuş, 22956,01 manat geri qaytarma edilmiş, 187927,38 manat xəzinəyə mədaxil edilmiş, 17704,79 manat mallara hədiyyə tətbiq olunmuş, 21850,44 manat ərazidə mal qalığı olmuş, nəticədə Təqsirləndirilən şəxs öhdəsində olan çatışmazlıq 26972,33 manat müəyyən edilmişdir. 28 noyabr 2022-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində onun tam maddi məsuliyyətinə verilmiş malların dəyəri 277410,95 (iki yüz yetmiş yeddi min dörd yüz on manat doxsan beş qəpik) manat olmuş, həmin mallardan 22956,01 (iyirmi iki min doqquz yüz əlli altı manat bir qəpik) manat dəyərində mal anbara geri qaytarılmış, xəzinəyə nağd şəkildə 187927,38 (yüz səksən yeddi min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat ödəniş olunmuş, həmin mallara 17704,79 (on yeddi min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) manat dəyərində hədiyyə (endirim) olunmuş, ərazidə 21850,44 (iyirmi bir min səkkiz yüz əlli manat qırx dörd qəpik) manat mal qalığı qalmış, nəticədə mühasibat qalığı ilə faktiki qalığı üzləşdirdikdə Təqsirləndirilən şəxs 26972,33 (iyirmi altı min doqquz yüz yetmiş iki manat otuz üç qəpik) manat çatışmazlığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Məhkəmə-mühasibatlıq ekspertizası) 27 aprel 2023-cü il tarixli 9/2822 saylı ekspertiza rəyindən görünür ki, 28 noyabr 2022-ci il tarixli audit aktına, təhvil-təslim sayım aktlarına, qarşılıqlı üzləşmə aktlarına, inventarizasiya aktına, müəsissə tərəfindən tərtib edilmiş satış fakturalarına və kassa məlumatlarına əsasən Zərərçəkmiş şəxs ASC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs hesabı üzrə 26972,33 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilmişdir. Beləliklə məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, məhkəmədə tədqiq edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasından və sanksiyasından görünür ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə şəxsin həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham ona görə verilmişdir ki, o, Zərərçəkmiş şəxs ASC-yə məxsus 22472,33 (iyirmi iki min dörd yüz yetmiş iki manat otuz üç qəpik) manat məbləğində pul vəsaitini ASC-nin xəzinəsinə təhvil verməyib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdən 19 oktyabr 2021-ci il tarixədək müxtəlif ad, çeşid və miqdarda spirtli və enerji içkilərinin istehsalını və satışını həyata keçirən Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin satış təmsilçisi vəzifəsində işləyərkən cəmiyyətlə aralarında bağlanmış 08 fevral 2021-ci il tarixli əmək müqaviləsinə və həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona həvalə edilmiş sərvətlərin qorunub saxlanması, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda müəssisəyə ziyan vurmaması, cəmiyyətin rəhbərliyinə vaxth-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat verməsi və öhdəsində olan maddi sərvətlərlə bağlı məsul şəxs olaraq müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək kimi səlahiyyətlərə malik tam maddi-məsul şəxs olmaqla müqaviləyə əsasən Zərərçəkmiş şəxs ASC ilə fiziki şəxs Şahid2 arasında bağlanmış 18 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin tarixli xidmət müqaviləsinin icrası məqsədilə Şahid2 məxsus malları ona təhkim olunmuş satış nöqtələrinə sataraq əldə etdiyi satış pulunu sonuncunun xəzinəsinə mədaxil etməli olduğu halda, öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə 22472,33 (iyirmi iki min dörd yüz yetmiş iki manat otuz üç qəpik) manat məbləğində nağd pul vəsaitini Zərərçəkmiş şəxs ASC-nin 18 fevral 2019-cu il tarixli alqısatqı və xidmət müqavilələri əsasında satış və audit xidməti göstərdiyi Şahid2 ünvan 1 ünvanında yerləşən xəzinəsinə təhvil verməyib ələ keçirərək özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, «dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi)». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə həm də dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri başa düşülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin“Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarına əsasən, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Quba RİHB-nın Quba İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İsnov kənində qeydiyyatdadır və hazırda Quba şəhəri, Fətəlixan küçəsi, ev 3-də yaşayır. Yaşadığı ərazi üzrə nümayəndəliyə barəsində hər hansı şikayət və narazıçılıq daxil olmamışdır. OKİ Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli beynin kontrastlı MRT müayinəsindən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qızı Nazilə Kərimovada sol temporal payın medial aspektində, sfenoidal sümüyünün sol qanadı proyeksiyasında intensiv KM akkumulasiyası göstərən ekstraaskiyal həcmli proses (DD: sfenoid qanad meningioması) aşkar edilmişdir. Zərərçəkmiş şəxs ASC-nin XS-495 nömrəli, 02 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-yə vurduğu maddi ziyanı tamamilə ödəmiş, cəmiyyətin şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşiman olmasını, vurduğu zərəri məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və maddi tələbinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla qızı Nazilə Kərimovada sfenoid qanad meningioması xəstəliyinin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsini dolandıran yeganə şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti Təqsirləndirilən şəxs qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” mülki iddia ərizəsi ilə müraciət edərək, təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs 22472,33 manat məbləğində pul vəsaitinin mülki iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı ödədiyindən mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti Təqsirləndirilən şəxs qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 26 iş saatına görə 156 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən ona 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 26 iş saatına görə 156 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Təqsirləndirilən şəxs qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə mülki iddiası baxılmamış saxlansın. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-8/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-8/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver