Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-80/2020 09.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı X5, Zərərçəkmiş şəxs, Müdafiəçi X4, Təqsirləndirilən şəxs iştirakı ilə , xx.xx.1978-ci ildə Quba rayonu, 1-ci Nüğədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, 1-ci Nüğədi kəndində qeydiyyatda olan və yaşayan,barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat məbləğində alimentin alınaraq, X2 xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(027)-939/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən tarixədək, yəni xx.xx.2020-ci il tarixədək şəxsi maraq niyyətilə 7590,00 manat məbləğində aliment borcunu ödəməmiş, ona maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, o xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat məbləğində alimentin alınaraq X2 xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(027)- 939/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən tarixədək 7590,00 manat məbləğində aliment borcunu ödəmədiyinin səbəbini maddi imkanının zəif olması və fərdi əməklə (fəhləliklə) məşğul olmaqla, ay ərzində qazandığı 250-300 manat qazancının ikinci dəfə qurduğu ailəsinin dolanışığına çətinliklə çatdığı ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Müdafiəçi X7 təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs İsmayılova (Aslanova) Natiqə İsmayılpaşa qızı ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü Nərmin və xx.xx.2005-ci il təvəllüdlü Cəmil adlı övladları anadan olmuşlar. Onların xasiyyətləri uyğun gəlməmiş, borclu Təqsirləndirilən şəxs əyyaşlıqla məşğul olduğundan, aralarında mübahisələr yarandığından o, nikah qeydinin ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(027)-939/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsi çıxarılmışdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanın olmasına baxmayaraq, 7590,00 manat məbləğində aliment borcunu onun xeyrinə qərəzli olaraq ödəmədiyini qeyd edərək, borclu Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmədə şahid Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat məbləğində alimentin alınaraq X3 ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(027)-939/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən tarixədək 7590,00 manat məbləğində aliment borcunu ödəməmiş, ona maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə digər şahid Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(027)- 939/2012 saylı qətnaməsi və xx xxxxxxx 2012-ci il tarixli, 2(027)-939/2012 saylı icra sənədindən görünür ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2005-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər uşağa görə ayda 50 manat olmaqla, Təqsirləndirilən şəxs hər ay 100 manat aliment alınaraq, X3 verilməlidir. İş materiallarında olan Quba rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Həsənlinin icraata başlamaq haqqında qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012ci il tarixli, 2(027)-939\2012 saylı icra sənədi üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında xx xxx 2013-cü il tarixli qərardan görünür ki, icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığına görə, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə xx xxxxxxxx 2013-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsilə təqsirli bilinərək, ona hüquqazidd əməlin yolverilməzliyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 804/13-03 saylı bildirişdən görünür ki, inzibati məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(027)-939/2012 №-li icra sənədinin icrası üçün 10 gün olmaqla yeni müddət təyin edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 3(027)-5/2017 saylı, xx.xx.2017-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilmiş və 500 manat cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon məhkəməsinin 3(027)-367/2019 saylı, xx.xx.2019-cu il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilmiş və 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-124/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yerində çəkməsi; cəza çəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulduğu vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsisi hökm edilmişdir. O, Milli Məclisin xx xxx 2016-cı il tarixli qərarı ilə cəzadan azad edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs X1 adına 490 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək Quba rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə, aylıq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, məhkum Aslanov X12 Apellasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixlu hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından 20% pul tutulmaqla 01 il 04 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə məhkum Aslanov X12 Apellasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə ona təyin olunmuş aylıq qazancından 20% pul tutulmaqla 01 il 04 ay müddətinə islah işləri cəzasından azad olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin cinayət tərkibi var. Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat məbləğində alimentin alınaraq, X2 xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(027)-939/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən tarixədək, yəni xx.xx.2020ci il tarixədək şəxsi maraq niyyətilə 7590,00 manat məbləğində aliment borcunu ödəməmiş, ona maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, CMnin 306.1-ci maddəsində nəzərdə tutulan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, dəymiş zərəri aradan qaldırmamış və bunlara heç bir cəhd göstərməmiş, bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməlidir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərcləri, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-80/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-80/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver