Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-80/2023 18.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, X1 iştirakı ilə, xx xxxx 1985-ci ildə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan. Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə saat 11 radələrində Quba rayonu, Hacıhüseynli kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 ağzından yumruqla vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən üst dodaqda solda əzilmiş-cırılmış yara, sağ gicgahda və sol qulaq seyvanının üst səthində sıyrıqdan ibarət xəsarətlər yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur.Həmçinin həmin münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 sol göz nahiyyəsinə yumruqla vuraraq sağlamlığa yüngül zərər vurmaya aid edilən baş beyin silkələnməsi idə müşaiyət olunan sol göz orbiti ətrafında qançırhematoma,sifətində solda sıyrıqdan ibarət xəsarətlər yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, Zərərçəkmiş şəxs2 onun keçmiş qaynatası, Zərərçəkmiş şəxs1 isə keçmiş qaynanasıdır. Belə ki, o, 2012-ci ildə Quba rayonu Hacıhüseynli kənd sakini X6 iilə rəsmi ailə qurmuş və bu nigahdan 3 azyaşlı övladı olmuşdur.04 noyabr 2022ci il tarixdə isə aralarında baş verən mübahisələrə görə X3 boşanmışdır. Həmin vaxtdan Ülkər 3 azyaşlı övladı ilə birlikdə valideyinlərini ilə birlikdə Quba rayonunun Hacıhüseynli kəndinə yaşamağa başlamışdır. Boşandıqdan sonra, qaynanası və qaynatası uşaqlarla görüşməyə maneçilik törətmişlər. Bu səbəbdən də aralarında mübahisələr və münaqişələr başlamışdır. 20 mart 2023- cü il tarixdə, təxminən saat 10-11 radələrində idarə etdiyi DAF markalı, 27-AC - 815 dövlət qeydiyyat nişanlı avtomaşını ilə yaşadığı Xaçmaz rayonu, Yergüc kəndindən çıxıb Quba rayonu, Hacıhüseynli kəndinə gəlmişdir ki, uşaqları ilə görüşsün. Ülkərin yaşadığı evə çatdıqda, onun valideyinləri uşaqları ilə görüşməyə icazə verməmişlər. Bu səbəbdən də onların aralarında mübahisə yaranmışdır. Həmin vaxt əsəbi olduğu üçün o, qaynatasının sifət nahiyyəsindən yumruqla bir dəfə vuraraq onu yerə yıxmışdır. Daha sonra qaynanası Pərvanə onun üstünə mişar götürüb gələrkən, onun da sol göz nahiyyəsinə yumruqlla vurub onu da yerə yıxıb oradan çıxıb yaşadığı evə getmişdir. Qaynatası Abduləhəd və qaynanası Pərvanə ilə aralarındakı münaqişə təxminən 5-6 dəqiqə davam etmiş, həmin vaxt yanlarında və ətrafda kənar şəxslər olmamışdır. Münaqişə zamanı qaynatası Abduləhəd və qaynanası Pərvanə onu döyməmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını göstərərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı X6 2012-ci ildə Xaçmaz rayonu Yergüc kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş və bu nigahdan onların 3 azyaşlı övladları vardır. 04 noyabr 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə qızı Səbuhidən boşandıqdan sonra azyaşlı övladları ilə birlikdə Quba rayonu, Hacıhüseynli kəndində onunla bir evdə yaşayır. Boşanmadan sonra, keçmiş kürəkəni Səbuhi onlarrla tez-tez mübahisə etmişdir. Sonuncu dəfə 20 mart 2023-cü il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı evin həyətində olarkən keçmiş kürəkəni Təqsirləndirilən şəxs onların həyətinə kələrək uşaqlarını aparmaq üçün gəldiyini ona bildirdikdı aralarında mübahisə yaranmışdır Həmin vaxt Səbuhi onun sifət nahiyyəsindən iki dəfə yumruqla vuraraq onu yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Onun səsinə həmin vaxt evdə olan Zərərçəkmiş şəxs1 evdən çıxıb Səbuhini sakitləşdirmək istəyərkən, Səbuhi Pərvanənin üstünə cummub yumruqla onun göz nahiyyəsindən vurub onu da yerə yıxaraq, yerdədə onun onu vurmağa başlamışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş,həmin vaxt onların yanında və ətrafda kənar şəxslər olmamışdır. Aralarında baş verən münaqişə zamanı o, və həyat yoldaşı Zərərçəkmiş şəxs1 keçmiş kürəkəni Təqsirləndirilən şəxs döyməmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla barışmadığını və onun barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qızı X6 2012-ci ildə Xaçmaz rayonu Yergüc kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş və bu nigahdan onların 3 azyaşlı övladları olmuşdur. 04 noyabr 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə qızı Səbuhidən boşanmışdır. Bunda sonra o, azyaşlı övladları ilə birlikdə Quba rayonu, Hacıhüseynli kəndində onunla bir evdə yaşayır. Boşanmadan sonra, keçmiş kürəkəni Səbuhi tez-tez onların yaşadığı ünvana gələrək onlarla mübahisə etmişdir. Sonuncu dəfə 20 mart 2023-cü il tarixdə saat təxminən 11 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs2 yaşadıqları evin həyətində olarkən o, evdə ev işləri ilə məşğul olmuşdur. Bu zaman evlərinin qarşısında avtomaşın dayandığını eşitmiş və keçmiş kürəkəni Təqsirləndirilən şəxs həyətə daxil olmuşdur. Səbuhi onlara uşaqlarını aparmaq üçün gəldiyini söyləmiş, Zərərçəkmiş şəxs2 isə ona uşaqları ilə görüşməsini, lakin aparmamasını bildirmişdir. Bu vaxt Səbuhi həyat yoldaşı Abduləhədin yaxasından yapışıb ağzına yumruqla bir neçə dəfə vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır.O, da Səbuhini tutub ayırmaq istəyəndə. Səbuhi onun üstünə çümmüş və sol göz nahiyyəsindən yumruqla vurub onu da yerə yıxmış, yerdə olarkən isə Səbuhi yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt onların yanında və ətrafda kənar şəxslər olmamışdır. Aralarında baş verən münaqişə zamanı o, və həyat yoldaşı Abduləhəd keçmiş kürəkəni Təqsirləndirilən şəxs döyməmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla barışmadığını və onun barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza tətbiq edilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 20 mart 2023-cü il tarixli 211 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin silkələnməsi ilə müşaiət olunan sol göz orbiti ətrafında qançırhematoma, sifətində solda sıyrıq ətrafında küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirmə müddəti qərarda göstərilən vaxta, yəni 20 mart 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 20 mart 2023-cü il tarixli 212 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər- üst dodaqda solda əzilmiş-cırılmış yara, sağ gicgahda və sol qulaq seyvanının üst səthində sıyrıq küt əyşanın (əşyaların) təsirindən törənməklə yetirmə müddəti qərarda göstərilən vaxta, yəni 20 mart 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RMX-nin Konsultativ Poliklinika şöbəsinin 27 mart 2023-cü il tarixli, PHŞ-6.43/-2-873/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz RMX-nın Poliklinika Şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Yergüc kəndində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərin ona daha ciddi cəza tələb etdiklərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi subut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonu, Yergüc kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Xaçmaz rayon ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-80/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-80/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver