Məhkəmə qərarları › İş №1(027)-81/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-81/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-81/2021 23.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ məhkəmə iclas katibi X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi Şahid6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aralarında uzun müddət davam edən torpaq mübahisəsi ilə əlaqədar qapı qonşusu Zərərçəkmiş şəxs 24.10.2020-ci il tarixdə günorta saatlarında evlərinin sərhədinə gələrək həyətlərinin hasarını sökməsinə etiraz edib sonradan onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini eşidib, Zərərçəkmiş şəxsla münasibətlərini aydınlaşdırmaq üçün həmin gün saat 21 radələıində sonuncun yaşadığı ünvan 2 ünvandaki evinin qarşısına gələrək onu küçəyə çağıran zaman aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruq zərbələri, sağ qıçına isə təpik zərbəsi vuraraq sağ gözünün altında qançır, sağ aşağı ətrafında incik sümüyünün orta 1/3-dən qapalı çəp sınığı, qamış sümüyünün içəri topuğunun qapalı köndələn sınığından ibarət sonuncunun həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən zərərçəkmişin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Şahid5 onun doğma qardaşıdır və onlar birlikdə eyni həyətdə bir evdə yaşayırlar. Zərərçəkmiş şəxs isə onun qohumu olmaqla həm də qonşusudur. Sonuncu ilə aralarında illərdir torpaq mübahisələri vardır. 24.10.2020-ci il tarixdə saat 21 radələrində Quba rayonu, 2-ci Nügədi kəndində dostu Talehlə birlikdə olan zaman ona telefon zəngi gəlmiş, qonşu Fərhadın onun evinə gələrək ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyünü bildirilmişdir. O, özünə məxsus avtomobillə Fərhadın evinə getmiş və sonuncunun evinin qapısını döymüşdür. Fərhad çölə çıxıb ona yumruq atmış, lakin Fərhadın yumruğu ona dəyməmişdir. O, cavabında Fərhadın üz nahiyyəsindən bir-iki dəfə yumruqla vurmuşdur. Fərhad ayağı büdrəyib yerə yıxılmış, bundan sonra orada olan qardaşı İlham onları ayırmışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqı gedişatında 22.10.2021-ci il tarixdə ölmüşdür. İş üzrə Zərərçəkmiş şəxs 09.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak edərək bildirdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 24.10.2020-ci il tarixdə günorta saatlarında işdən evə yemək fasiləsinə gəlmiş və həyətə daxil olanda onun torpaq sahəsini qonşu sahəsindən ayıran daş hasarın İlham və Kamranın dayısı Xeybər Şeydayev tərəfindən söküldüyünü görmüşdür. Bununla bağlı Xeybər Şeydayevə irad bildirdiyi üçün aralarında mübahisə yaranmış, sonuncu söymüş və əlində olan lapatka sapı ilə onun başından vurmuşdur. O, öz evinə girmiş, yeməyini yeyib işə getmişdir. Həmin gün axşam saat 21-22 radələrində evdə olduğu vaxt darvazaya kimsə zərbə vurmuş, möhkəm səs gəlmiş, küçəyə çıxdıqda qapıda Kamranı, İlhamı və başqa bir nəfər şəxs olmuşdur. Həmin vaxt aralarında yenə mübahisə yaranmış, Kamran ona üz nahiyyəsindən vurmuş və o zərbələrdən yerə yıxılmışdır. Yerdə olan zaman Kamran onu baş və bel nahiyəsindən, İlham isə ayağından vurmuşdur. Hadisədən sonra sağ ayağından bərk ağrı hiss etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi Şahid6 Şərafətdin qızı bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur, Kamran və Şahid5lar qardaşları qonşularıdır. 24.10.2020-ci il tarixdə günorta vaxtı oğlu Fərhadın İlhamın dayısı və qaynatası olan Xeybərlə aralarında ümumi hasarın sökülməsi ilə bağlı mübahisələri olmuş, həmin mübahisə vaxtı Xeybər lapatka sapını Fərhada tərəf atmış və həmin taxta sapı Fərhadın başına dəyib qanatmışdır. Həmin günü axşam saat 21 radələrində evdə olduğu vaxt darvazaya kimsə zərbə vurmuş, möhkəm səs gəlmiş, küçəyə çıxdıqda Şahid5 evlərinə girdiyini görmüşdür. Bir azdan yenə darvazaya bir zərbə dəymiş, çıxanda İlham qapının ağzında olmuşdur. İlham Fərhadın harada olmasını soruşmuş, o da Fərhadın evdə olmadığını bildirmişdir. Həmin vaxt İlham onu itələmiş, lakin həmin vaxtı heç bir xəsarət almamışdır. O, DİN-nin 102 xidmətinə zəng edib polis çağırmışdır. Fərhad evə gəldikdən bir qədər sonra yenə darvazadan səs gəlmişdir. Fərhad isə qapını açıb çölə çıxmışdır. Bundan sonra çöldən dava-dalaş səsi gəlmişdir. Çölə çıxanda Fərhadın ayağından tutub yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. İlham və Kamran orada olmuşdur. Kamran yumruqla Fərhadı yerdə vurmuşdur. O, oğlunu qolundan tutub qaldırıb evlərinə aparmışdır. Sonra zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında 13.07.2021-ci il tarixdə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, ailəsi ilə birlikdə Quba şəhəri, Fətəlixan küçəsi ev 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Kamran onunla birlikdə bir evdə yaşayır. Zərərçəkmiş şəxs isə onların qonşusudur. Aralarında uzun illərdir torpaq mübahisələri vardır. Eşitdiyinə görə 24.10.2020-ci il tarixdə gündüz saatlarında Kamranla Fərhad arasında mübahisə olmuş, mübahisə zamanı Fərhad onu söymüşdür. Həmin gün saat 21 radələrində evdən çölə çıxanda qardaşı Kamranı Fərhadla əlbəyaxa dava-dalaş etdiyini görmüşdür. Zərərçəkmiş şəxs yumruqla qardaşı Kamranı vurmaq istəmiş, Kamran üzünü qaçırtdığına görə onun yumruğu Kamrana dəyməmişdir. Buna cavab olaraq Kamran Fərhadın baş nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. Fərhad öz müqavimətini itirib yerə yıxılmış, o da yaxınlaşıb dalaşanları ayırmışdır. Onları ayırandan sonra Fərhad öz evinə getmiş, Kamranı isə o, evlərinə aparmışdır. O, həmin hadisə vaxtı Zərərçəkmiş şəxs nə təpiklə, nə yumruqla vurmamışdır. Kamranla dava-dalaş vaxtı onlara yaxınlaşmamış və Fərhada heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında 13.07.2021-ci il tarixdə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, ailəsi ilə birlikdə Quba şəhəri, Fətəlixan küçəsi ilə üz-bə-üz olan Qəçrəş yaşayış massivində yaşayır. Zərərçəkmiş şəxs, İlham və Təqsirləndirilən şəxslar onun üzbəüz qonşularıdırlar. Qonşuluqda aralarında heç biri ilə heç bir zaman narazılıq olmamışdır. 24.10.2020-ci il tarixdə axşam saatlarında yaşadığın evin qapısına çıxmış, həmin vaxt Fərhadla İlhamın evləri qarşısında Kamranla Fərhadın dalaşdığını görmüşdür. O, hadisəni uzaqdan seyr etmiş və həmin vaxt görmüşdür ki, Fərhad Kamrana yaxınlaşıb yumruq atmış, lakin Kamran üzünü qaçırtdığı üçün sonuncuya yumruq dəyməmişdir. Kamran cavab olaraq Fərhadın üz nahiyyəsindən yumruqla vurmuşdur. Fərhad zərbədən müəvazimatıni itirib yerə yıxılmışdır. O, yaxınlaşıb onları ayırmaq istəsə də, hadisə yerində olan Kamranın qardaşı İlham və qonşuları Elşən araya girib dalaşanları ayırmışlar. Kamrandan başqa Fərhadla heç kim dalaşmamışdır. Fərhadı başqa heç kim vurmamışdır. Dava-dalaş hardasa 20-30 saniyyə çəkmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 ibtidai istintaqa verdikləri ifadələri təsdiq edərək, Şahid4 ilə analoji ifadə vermişlər. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman, müəyyən olundu ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs həm onun doğma əmisi oğlu və həm də qonşusudur. İlham və Kamran Sələrovlar da qonşulardırlar. 24.10.2020-ci il tarixdə saat 21-22 radələrində evdə olduğu vaxt azyaşlı oğlu Həşim ona küçədə Fərhadın evi qarşısında mübahisə başladığını bildirmişdir. O, küçəyə çıxdıqda Təqsirləndirilən şəxsla qapı qonşusu olan Zərərçəkmiş şəxs sonuncunun evinin qarşısında dalaşdığını görmüşdür. Fərhad Kamrana iki dəfə yumruq atmış, lakin yumruq Kamrana dəyməmişdir. Cavabında Kamran iki dəfə Fərhadın üz nahiyyəsindən yumruqla vurmuşdur. Bu vaxt Fərhad yerə yıxılmışdır. Kamranın dostu Taleh və qardaşı İlham onları ayırmış və Kamranı oradan uzaqlaşdırmışlar. Fərhad bundan sonra öz evinə getmiş, Kamranı da evinə aparmışlar. Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi Şahid6 Şərafətdin qızı ərizənin təmin edilməməsini xahiş etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri və iş materialları ilə də tam subuta yetirilir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hüquqi varisinin izahatını və prokurorun ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işinin materiallarını, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarında olan: hadisə yerinə 25.10.2020-ci il tarixli baxış protokolundan görünür ki, 24.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında qonşuları İlham və Təqsirləndirilən şəxs arasında münaqişə, dava-dalaş baş vermiş, nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisə Zərərçəkmiş şəxs evinin boz rəngdə olan darvazasının qarşısında baş vermişdir. Həmin yer Qəçrəş kəndi yolu istiqamətindən sol tərəfdə yerləşir. Yol iki hərəkət hissəsindən ibarətdir. Yolun əks istiqamətində “Favorit” market yerləşir (iş vər.: 12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 25.10.2020-ci il tarixli 1186 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər başın təpə nahiyyəsində sıyrıq, sağ gözün altında qançır, sağ aşağı ətrafında sağ incik sümüyünün orta 1/3-dən qapalı sınığı, sağ qamış sümüyünün içəri topuğunun qapalı köndələn sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 24.10.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, hər bir xəsarətin ayrı-ayrılıqda ağırlıq dərəcəsi təyin etmiş olsa bu zaman başın təpə nahiyyəsindəki sıyrıq və sağ gözün altında qançır istər hər biri ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə, sağ aşağı ətrafında sağ incik sümüyünün orta 1/3-dən qapalı sınığı, sağ qamış sümüyünün içəri topuğunun qapalı köndələn sınığı da istər ayrı-ayrılıqda, istər də birlikdə dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vər.: 37); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 22.04.2021-ci il tarixli T 73/2021 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – başın təpə nahiyyəsinin sıyrığı, sağ gözün alt qapağının qançırı, sağ incik sümüyünün orta 1/3-nün qapalı çəp sınığı, qamış sümüyünün içəri topuqda qapalı köndələn sınığı- küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən tarixə, yəni 24.10.2020-ci ilə uyğun gəlir, qamış sümüyünün içəri topuqda qapalı köndələn sıyrığı şəxsin öz boyu hündürlüyünün yıxılması, digfər xəsarətlər isə dava-dalaş zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (iş vər.: 96-99); Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 26.10.2020-ci il tarixli 2694 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. Arayışa əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində yetkinlik yaşına çatmayan uşaqları - 09.04.2009-cu il təvəllüdlü X3, 11.09.2010-cu il təvəllüdlü X7 və 09.07.2020-ci il təvəllüdlü Səfərova Zərifə kamran qızı vardır. (iş vər.: 19-23); Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 26.10.2020-ci il tarixli 2693 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vər.: 24); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 35); ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 22.10.2021-ci il tarixdə ölmüşdür; X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, əri Zərərçəkmiş şəxs işi üzrə hüquqi varisi kimi qayınanası Şahid6 tanınmasına etiraz etmir; AZ-İ 298876 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Fərhad Tofiq oğlunun arvadıdır; Quba rayon Qeydiyyat şöbəsinin 23.11.2021-ci il tarixli arayışlarından görünür ki, Şahid6 xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs anasıdır. Həmin tarixli qeydiyyat şöbəsinin digər arayışından görünür ki, Zərərçəkmiş şəxs 22.10.2021-ci il tarixdə kəskin miokard infarktından vəfat etmişdir; “sübutların qiymətləndirilməsi haqqında” 23.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, zəzərçəkmiş şəxsin, şahidləin ifadələri, üzləşmə və digər istintaq protokolları, məhkəmə-tibbi ekspertizasının rəyləri, fotoşəkillər, işdə olan digər sənədlərin sübut növü kimi tanınması qərara alınmışdır (iş vər.: 108-115). «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinaylər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar