Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-81/2025 13.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, yəni 9,91 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşımaqla üzərində saxlamış, 31 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində narkotik vasitələrin istifadəçisi olan tanışı X3 yaşadığı Quba şəhəri, Heydər Əliyev prospekti, 117 nömrəli ünvanda yerləşən evə birlikdə narkotik vasitə istifadə etmək məqsədilə getmiş, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 31 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində sözügedən ünvanda yerləşən həmin evdə saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində ümumi təmiz çəkisi 9,91 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin əvvəlki iclaslarında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, sonradan əməlini etiraf etmiş və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirrmişdir ki, o, ünvan 4-də qeydiyyatda olmaqla Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 136-da ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, təxminən 3-4 ilə yaxın müddətdir ki, marixuana adlandırılan narkotik vasitə istifadə edir. 2025-ci il yanvar ayının sonlarında Quba şəhəri köhnə avtovağzal adlanan ərazidə piyada hərəkətdə olan zaman yolun kənarında yerdə 01 ədəd siqaret qutusu görüb götürmüş, o həmin siqaret qutusunun içinə baxdıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olduğunu müəyyən edərək öz istifadəsi üçün cibinə qoymuşdur. 31 yanvar 2025-ci il tarixdə narkotik vasidə istifadə etmək üçün dostları ilə birlikdə digər dostu Bəxtiyar Bağırovun yaşadığı ünvana getmişdir. Orada olan zaman polis əməkdaşları evə daxil olaraq onları saxlayıb özlərini təqdim etdərərk polis əməkdaşları olduqlarını və onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Vəkilin iştirakı ilə hər birinin üzərində şəxsi axtarış aparılacağı elan edilmiş, o, etiraz etməmiş, polis əməkdaşı ona üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyi bildirmiş, videokamera vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı həmin narkotik vasitəni, 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd “İphone” markalı mobel telefonu, 102 manat pulunu təqdim etmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuanan olan siqaret qutusu elektron tərəzidə ölçülərək kağız zərfə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Sonda təqsirləndirilən şəxs bildirdi ki, heç kimdən narkotik vasitə və ya psixotrop maddə almamış, heç kimə satmamışdır. Məhkəmə iclasında şahid Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində dostları Şahid7, Bəxtiyar Bağırov, Şahid5 və Şahid6 ilə birlikdə Bəxtiyar Bağırovun yaşadığı Quba şəhəri, Heydər Əliyev prospekti, 117 nömrəli ünvanda yerləşən evində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli olması bildirilərək hüquq və vəzifələri izah olunmaqla Müdafiəçi1 iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı o, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Siqaret qutusunun açarkən içərisindən narkotik vasitə aşkar edildi ki, o, bu kütlənin narkotik vasitə olduğunu, 31 yanvar 2025-ci il tarixdə Quba şəhəri, Köhnə avtovağzal adlanan ərazidən, yerdən tapdığını, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını, bir dəfə istifdə etdiyini bidirmişdir. Həmin büküm elektron tərəzidə ölçüldü və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ibtidai istintaqa verdikləri ifadələri təsdiq edərək, Şahid2 ilə analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 31 yanvar 2025-ci il tarixdə o, dostları Şahid7, Şahid5, Bəxtiyar Bağırov, Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə istifadə etmək üçün dostu Bəxtiyar Bağırovun yaşadığı ünvana getmişdir. Onlar orada olan zaman polis əməkdaşları evə daxil olaraq onları saxlayıb özlərini təqdim edərərk polis əməkdaşları olduqlarını və onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra dəvət olunmuş vəkillərin iştirakı hər birinin üzərində şəxsi axtarış aparılacağı elan edilmiş, onlar etiraz etməmişlər. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyi bildirmişdir. Videokamera vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində 01 ədəd “Sobranie” markalı siqaret qutusunu içərisində saxladığı həmin narkotik vasitəni təqdim etmişdir. Həmin içərisində narkotik vasitə olan siqaret qutusu elektron tərəzidə ölçülərək kağız zərfə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid7 ibtidai istintaqa verdikləri ifadələri təsdiq edərək, Şahid6 ilə analoji ifadə vermişlər. Məhkəmə iclasında müdafiı tərəfin şifahi vəsatəti əsasında əlavə şahid qismində cəlb edilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi Şahid9 bildirdi ki, Mirzəziz Hüseynzadənin məlumatı əsasında hadisə yeri gedən zaman Təqsirləndirilən şəxs və digərləri tutulmuşdurlar. O, gələnə qədər üzərilərinə şəxsi axtarış keçirilmişdir. O, prosessual hərəkətlərdə və sənədləşmədə iştirak etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin şifahi vəsatəti əsasında əlavə şahid qismində cəlb edilmiş Quba RPŞ-nin TB-nin təhqiqatçısı Şahid10 bildirdi ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs dostları Şahid7, Bəxtiyar Bağırov, Şahid5 və Şahid6 ilə birlikdə Bəxtiyar Bağırovun yaşadığı Quba şəhəri, Heydər Əliyev prospekti, 117 nömrəli ünvanda yerləşən evində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxsa qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin şifahi vəsatəti əsasında əlavə şahid qismində cəlb edilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid8 bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. 31 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı evin yanından keçən zaman polis əməkdaşlarını görmüş, lakin evə girmədən getmişdir. O, prosessual hərəkətlərdə və sənədləşmədə iştirak etməmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağın olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 01 fevral 2025-ci il tarixli, 7/212 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd siqaret qutusunda təmiz çəkisi 9,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 9,91 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 9,86 qram. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl azad edilmişdir. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Quba şəhəri ərazisində yaşdığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir narazılq və şikayət daxil olmamışdır. Məhkəmənin elektron sistemindən əldə edilmiş məlumatlardan və iş materiallarında olan AZ-İ 948718 saylı nikah haqqında şəhadətnamənin, AZ-İV 053733 və AZ-İV 060545 saylı doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsində göstərilir ki, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 25 fevral 2025-ci il tarixli, 1094 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Quba rayon MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata olması nəzərə alınmalıdır. İş materiallarında olan: “maddi sübut hesab edilməsi haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 9,86 qramının narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilsin və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanmış, cinayət işi üzrə 07 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuananın ekspert tədqiqatından sonra qalıq qalmış 9.86 qramının maddi sübut hesab edilməsi və həmin narkotik vasitənin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 1 (bir) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınmış, “Constant” markalı elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuananın 16.14 qram olması, məhkəmə- bioloji ekspertizasının 01 fevral 2025-ci il tarixli, 7/212 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuananın təmiz çəkisinin 9.91 qram olması tərəzi fərqi kimi qiymətləndirilmiş, şahid qismində dindirimiş X3 öz ifadəsində - Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılarkən aşkar olunmuş narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmadığını və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə hədələnərək zorla qoyulduğunu göstəməsi mötbər kimi sübut kimi qiymətləndirilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 9,86 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,86 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-81/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-81/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver