Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-82/2020 12.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər)məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu il tarixdə Quba rayonunun Küsnət- Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Quba rayonunun Küsnət-Qazma kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı Quba rayonu Küsnət Qazma kəndində babasından qaldığı torpaq sahəsində 02 ədəd qoz ağaclarının həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini iddia edərək aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki odun parçası ilə Zərərçəkmiş şəxs bir dəfə sol əlindən vuraraq ona sol əlin 3-cü barmağının iç tərəfində əzilmiş-cırılmış yara, belində solda qançırdan ibarət olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxsona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs dayısı olsa da onunla heç bir münasibəti yoxdur. xx xxxx 2020-ci il tarixdə dayısı Hacımurad yaşadığı ünvana gələrək Küsnət- Qazma kəndində yerləşən özünə məxsus torpaq sahəsində iki ədəd qoz ağaclarını kəsdiyini və evində pulunun olmadığını dərmanları bitdiynidən pul lazım olduğu üçün ağacları satmasını bildirmişdir. Bundan sonra o, tanışı isbata zəng vuraraq ona Küsnət-Qazma kəndində dayısı Hacımurada məxsus iki ədəd qoz ağacının olmasını və həmin ağacları satmaq istədiyini bildirmişdir. İsbat ona bu gün əlində işi olduğunu və sabah gəlib ağaclara baxacağını bildirmiş və xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində İsbat ona zəng vuraraq Küsnət-Qazma kəndində olduğunu bildirmişdir. Anası yataq xəstəsi olduğundan o, İsbata ağacların olduğu yeri telefon vasitəsi ilə ona izah vermiş, bundan bir qədər sonra Muradın mobil telefonundan ona zəng gəlmiş və o, telefona cavab verəndə isbat ona Gülmuradın burada olduğunu və ağacların onun olduğunu və oraya gəlib bu məsələni həll etməsini bildirmişdir. O, həmin vaxt İsbatla danışarkən Gülmurad telefonu İsbatın əlindən alıb pnun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlərlə söyməyə başlamış, o, ağacların Hacımurada məxsus olduğunu Hacımradı alıb oraya gəldiyini bildirmişdir! Bundan sonra o, evdən çıxıb ağacların kəsildiyi yerə gələndə Gülmurad onu görüb yenidən onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, Gülmurada ağacları kəsmədiyini Hacımuradın kəsdirdiyini demək istəyərkən Gülmurad əlindəki ağac parçası ilə onun sağ qoluna vurmuş və daha sonra şillə ilə sifət nahiyəsinə vurduqdan sonra əlindəki parçası ilə onu vurarkən o, ağac parçasını onun əlindən dartıb almaq istəyərkən Gülmuradın sol əlinin barmağı kəsilmis və Gülmurad yerə yıxılmışdır. Bundan sonra o, oradan çıxıb yaşadığı ünvana getmişdir. Sonradan Gülmuradın ondan RPŞ-nə şikayət etdiyini bilmişdir. Həmin vaxt ağacları kəsmədiyini və əlində dəmir parçası və mətbəx bıçağının olmadığını bildirmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Mafilənin oğludur. Əvvəllər onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx xxxx 2020-ci İİ tarixdə saat 18 radelerinde Quba rayonu Küsnət- Qazma kəndində yerləşən babasından qalma torpaq sahəsinin yaxınlığında səs-küy səslərini eşidib həmin yerə gəlmiş və həmin vaxt orada 2 ədəd qoz ağacının kəsildiyini görmüşdür. Həmin vaxt orada İsbat və Murad adlı şəxslərin olduğunu görmüş və həmin ağacların kim tərəfindən kəsildiyini soruşmuşdur. İsbat ona ağacların Eyvaza tərəfindən kəsildiyini və Eyvazın zəng vuraraq ağacları gəlib aparmasını bildirmişdir. Bundan sonra İsbat Mahirə məxsus mobil telefonla Eyvaza zəng vurub yanına çağırarkən o, telefonu İsbatdan alaraq Eyvaza “sən kimsən ağacları kəsmisən, sənə kim icazə verib” deyərkən Eyvaz onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan bir neçə dəqiqə sonra Eyvazın əlində dəmir parçası ilə ona tərəf gəldiyini görmüş və Eyvaz onu əlindəki dəmir parçası ilə vurmaq istəyərkən o, həmin dəmir parçasını sol əli ilə tutub saxlamış, həmin vaxt Eyvaz əli ilə tutduğu dəmir parçasını özünə tərəf çəkmiş və dəmir parçası əlindən çıxaraq sol əlinin 3-cü barmağını kəsmişdir. Daha sonra o, yerə yıxılmış Eyvaz yenidən onun üzərinə hücum çəkərkən orada olan Kupçal kəndində yaşayan isbat və İsbatla gələn Üçgün kəndindən olan adını bilmədiyi şəxs Eyvazın qarşısını kəsmişlər. Bundan sonra Eyvaz onun ünvanına nalayıq söyüşlərlə söyərək oradan çıxıb yaşadığı ünvana getmişdir. Həmin vaxt Eyvazın əlində mətbəx bıçağının olduğunu, lakin həmin bıçaqla ona hər hansi bır xəsarət yetirmədiyini bildirmişdir. Həmin 02 ədəd qoz ağaclarının kim tərəfindən kəsildiyini görməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-cl il tarixli, 634 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərinde aşkar olunan xəsarətlər- sol elin 3-cü barmağının iç tərəfində əzilmiş-cırılmış yara, belində solda qançır küt əşyanın (əşyaların) təsirindən törənmekle yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, qərarda gösterilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSll-dən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RMX-nin xx xxxx 2020-ci il tarixli, 2422 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabinetdə qeydiyyatda yoxdur. İşdə olan Quba RlHB-nin Qəçrəş İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx xxxx 2020-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciyət edərək zərərçəkmiş şəx sZərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahişetmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünürki o,təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-82/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-82/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver