Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-82/2024 02.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Onun nümayəndəsi qismində vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Müdafiəçi1 iştirakı ilə, 11 avqust 1955-ci ildə Quba rayonu, Mirzəməmməd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada hüquqi yardım göstərən, məhkumluğu olmayan, Quba rayonu Mirzəməmməd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyəti olmadığı halda Quba şəhər sakini Zərərçəkmiş şəxs2 iddiası əsasında Quba rayon Məhkəməsinin icraatında olan mülki işin qətnaməsinin sonuncunun xeyrinə çıxartdıracağı barədə yalan vəd verib aldadaraq 2019-cu ilin sonlarında Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Quba rayon Vəkillər Bürosunun inzibati binasının otağında Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyəti olmadığı halda Quba şəhər sakini X4 Quba şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə çıxarış alacağı barədə yalan vəd verib aldadaraq 2021-ci ilin sonlarında Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Quba rayon Vəkillər Bürosunun inzibati binasının otağında Rəhim Zülfüqarovun 4000 (dörd min) manat pulunu pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyəti olmadığı halda Quba rayonu, Amsarqışlaq kənd sakini Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan mülki işin qətnaməsinin sonuncunun xeyrinə çıxartdıracağı barədə yalan vəd verib aldadaraq 06 noyabr 2022-ci il tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Quba rayon Vəkillər Bürosunun inzibati binasının otağında Zərərçəkmiş şəxs1 1800 (min səkkiz yüz) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 1978-ci ildən 2001-ci ilə qədər məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışmışvə hazırda fərdi qaydada hüquqi yardım göstərir. Zərərçəkmiş şəxs2 ona etdiyi müraciətlə bağlı tanımışdır. 2019-cu ilin dekabr ayının əvvələrində Simnarə yaşadığı evdən istifadə hüququnun tanınması ilə bağlı Quba rayon Məhkəməsinə müraciət etmək istədiyini bildirmiş, o da məhkəməyə müraciət etmək üçün dövlət rüsumu və digər lazım olan sənədlərinin siyahısını Simnarəyə təqdim eləmişdir. Daha sonra isə sənədləri hazırlayıb məhkəməyə göndərmişdir. Lakin Quba rayon Məhkəməsində Simnarənin tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Daha sonra Simnarə qətnamədən apellyasiya şikayəti vermək üçün vəkil Çingiz Muradovla müqavilə bağlanmış və qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi də Quba rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bütün bu sənədləşmə işinin aparılması üçün o, Simnarədən 600 manat məblə]ində pul almışdır. Məhkəmə istintaqı başlanana qədər o, sənədləşmə işlərinin aparılması üçün Simnarədən aldığı 600 manat məbləğində pulu geri qaytarmışdır. Rayon sakini kimi tanıdığı X7 2021-ci ildə onun yanına gələrək Quba şəhəri ərazisində Heydər Əliyev prospektində amaq istədiyi 5 sot torpaq sahəsi çıxarış alınmasında köməklik istəmişdir. Rəhimdən sənədləşmə üçün 4 min manat almış və torpaq sahəsinin sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etsə də, həmin yerə rəsmi qaydada çıxarış ala bilməmişdir. Bundan sonra Rəhimin oğlu Anar onunla əlaqə saxlayıb atasının verdiyi pulu geri qaytarmağını tələb eləmişdir. O da sonradan 3000 manat pulu geri qaytarmışdır. 2023-cü ilin dekabr ayında isə qalan min manat pulu da Rəhimin özünə qaytarmışdır. Zərərçəkmiş şəxs1 da yaşadığı Quba rayonundan tanıyır. 2022-ci ilin noyabr ayının əvvələrində Əhliman yanına gələrək Quba rayon Məhkəməsində mülki işinin olduğunu və Quba rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək istədiyini bildirmişdir. O da bu barədə Əhlimana köməklik edə biləcəyini demişdir. Bundan sonra Əhlimanın apellyasiya şikayətini yazmış və rüsumlar, yol xərci və zəhmət haqqı kimi Əhlimandan 1800 manat məbləğində pul almışdır. Apellyasiya şikayəti vermələrinə baxmayaraq Sumqayıt Apellyasiya məhkəməsində Əhlimanın şikayəti təmin edilməmişdir. Bundan sonra Əhliman sənədləşdirmə üçün verdiyi 1800 manat pulu ondan tələb etməyə başlamışdır. Əhlimanı rayon sakini kimi tanıdığı və Əhlimanın ondan şikayət etməməsi üçün 1800 manatdan zəhmət haqqı kimi özünə götürdüyü 1500 manatı Əhlimana qaytarmışdır. Qalan 300 manatı isə rüsüm və yol xərci kimi hesablamışdır. İfadəsinin sonunda Qonaqov X12 Məmmədova borclu qaldığı 300 manatı ödəməyə hazır olduğunu, Əhlimanla razılıq əldə etməyə cəhd etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, X7 onun atasıdır. Atası 10 fevral 2024-cü il tarixdə vəfat eləmişdir. Mərhum atası 2021-ci ildə Quba şəhəri ərazisində 5 sot torpaq sahəsi almaq istəmişdir. Atasının aldığı torpaq sahəsinə çıxarış almaq üçün Təqsirləndirilən şəxs adlı şəxsə 4 min manat pul vermişdir. Mahir 4000 manatın qarşılığında həmin torpaq sahəsinə çıxarış düzəltdirəcəyini bildirmiş, lakin Mahir atasını aldadaraq pulunu ələ keçirmiş və çıxarış da düzəltdirə bilməmişdir. Sonradan o, Mahirlə əlaqə saxlayıb atasının Mahirə verdiyi pulları geri tələb etmişdir. 2023-cü ilin sonlarına qədər olan müddət ərzində hissə-hissə olmaqla Mahir, atasından aldığı ümumilikdə 4000 manat pulu geri qaytarmışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onunla barışıq əldə etdiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2018-ci ildə isə əri Sənan Cavadov dünyasını dəyişmiş, ərinin birinci arvadının qardaşı onun yaşadığı evdən çıxmasını tələb edərkən aralarında mübahisə yaranmışdır. Quba rayon Məhkəməsinə müraciət etməzdən əvvəl vəkilə müraciət eetmək qərarına gəlmiş və 2019-cu ilin dekabr ayının əvvəllərində Quba rayon Vəkil Bürosunun yerləşdiyi binada özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs bu işdə ona köməklik edə biləcəyini demişdir. Bundan sonra onda olan sənədlərin surətlərini, həmçinin Mahirin ona bildirdiyi məhkəmə rüsumunu da Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs bütün sənədləri özünün həll edəcəyini demiş, sənədləri verdikdən bir neçə gün sonra Mahir onunla əlaqə saxlayaraq məhkəmədə onun xeyrinə qərar çıxarılması üçün ondan 600 manat pul istəmişdir. Mahir, həmin pulu işinə baxan hakimə verməklə onun xeyrinə qərar çıxartdıracağını bildirmişdir. O inanıb Vəkil bürosunun yerləşdiyini binanın otaqlarının birində Mahirə 600 manat pul vermişdir. Daha sonra isə onun iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs onu aldatdığını anlamış, sonradan isə Mahirlə danışıb Mahirə verdiyi 600 manat pulu geri tələb etmiş və Mahir isə müxtəlif bahənələr gətirərək yalandan işini həll edəcəyini deyərək pulunu qaytarmamışdır. O da məcbur qalıb Mahir barəsində Quba rayon prokurorluğuna şikayət eləmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onunla barışıq əldə etdiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, tanışı X5 ona qarşı 8500 manat pul tələbinə dair iddia tələbi Quba rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(027)-1756/2022 saylı qətnaməsi ilə təmin edilmiş, qətnamə ilə razı olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmək istəmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində Quba rayon Vəkil Bürosunun yerləşdiyi binanın otaqlarından birində özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs ona Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etməkdə və hətta qərarın onun xeyrinə çıxaracağı barədə köməklik edə biləcəyini bildirmişdir. Mahir bunun qarşılığında ondan 1500 manat və vəkil xərcləri üçün də əlavə 300 manat istəmişdir. 06 noyabr 2022-ci il tarixdə oğlu Samirlə birlikdə Vəkil bürosunun yerləşdiyini binanın otaqlarının birində 1800 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonra Mahir işin hakim Səyyad Qafarinin icraatında olduğunu, ondan aldığı 1500 manat pulu məhkəməyə verdiyini və məhkəmədə qərarın onun xeyrinə qəbul olunacağını bildirmişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə gedib-gəlmişdir. Sonuncu Məhkəmə iclasında Təqsirləndirilən şəxs da onunla birlikdə məhkəmə iclasında əyləşmişdir. İşin gedişatından sonra Mahir, onun uduzacağını görüb hakimlər müşavirə otağına gedən zaman məhkəmə zalından uzaqlaşmışdır. Müşavirədən sonra hakimlər apellyasiya şikayətinin təmin olunmadığını bildirmişlər. Bu zaman o, Təqsirləndirilən şəxs onu aldatdığını anlamışdır. Sonradan isə Mahirlə danışıb Mahirə verdiyi 1800 manat pulunu geri tələb eləməyə başlamışd, pulunu ödəmədikdən sonra Mahirə barəsində şikayət edəcəyini bildirmişdir. Sonra Mahir, 2023-cü ilin fevral ayının sonlarında 1500 manat pulunu qaytarmışdır. Qalan 300 manat pulunu qaytaracağını bildirsə də, hazırki vaxta qədər 300 manat geri qalan pulunu qaytarmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın mülki iddiasında qeyd edildiyi kimi çox olduğunu bildirərək zərərin qismən ödənilməsi barədə Təqsirləndirilən şəxs təklifini rədd etdiyini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır və X5 atasına qarşı 8500 manat pul tələbinə dair iddia tələbi Quba rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən atası Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmək istəmiş, özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxsla danışıb razılaşmışdır. Təqsirləndirilən şəxs da atasına köməklik edə biləcəyini, hətta Apellyasiya Məhkəməsinin də qərarını atasının xeyrinə çıxaracağı barədə köməklik edəcəyini bildirmişdir. Bunun qarşılığında atasından 1500 manat və vəkil xərcləri üçün də əlavə 300 manat istəmişdir. 06 noyabr 2022-ci il tarixdə atası ilə birlikdə Vəkil bürosunun yerləşdiyini binanın otaqlarının birində 1800 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Pulu verən zaman da Təqsirləndirilən şəxs işi həll edəcəyini, Apellyasiya Məhkəməsinin qərarını onların xeyrinə çıxartdıracağını bildirmişdir. Lakin bir müddət keçdikdən sonra Apellyasiya Məhkəməsində atasının etdiyi şikayətin təmin edilmədiyini eşitmiş və Mahirin onları aldatdığını öyrənmişlər. Sonradan isə Mahirlə danışıb ona verdikləri 1800 manat pulu geri tələb eləməyə başlamışlar. 2023-cü ilin fevral ayının sonlarında Mahir 1500 manat pulu qaytarmışdır. Qalan 300 manat pulu qaytaracağını bildirsə də hazırki vaxta qədər 300 manat geri qalan pulu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə 2019-cu ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncudan 600 manat məbləğində pul alması və 2021-ci ildə X2 etibarından sui-istifadə edərək sonuncudan 4000 manat məbləğində pul alması epizodları üzrə məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Qeyd edilən epizaodlar üzrə cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci bəndlərinə əsasən cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsin əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş Zərərçəkmiş şəxs2 və X4 qarşı cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək barəsində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi qeyd edilən epizodlar üzrə əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan hər bir cinayət üzrə nəzərdə tutulmuş iki illik müddət keçdiyindən təqsirləndirilən şəxs göstərilən cinayətlər üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə xitam verilməsinə razılıq verdiyindən həmin epizodlar üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin epizodlar üzrə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında “ 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmiş, bununla da Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Quba RİHB-nin Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Vladimirovka kəndində qeydiyyatda olmaqla yaşayır, onun arvadı - X13, oğlu - X9, gəlini - X10, nəvəsi - X11 və nəvəsi X3 ibarət ailə tərkibi vardır. Quba RİHB-nin Vladimirovka kənd üzrə nümayəndəliyinin arayışına əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı bir qismini ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyi cəhd etməsini, təqsirini qismən etiraf etməklə səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və yaşlı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CMP-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ilə müraciət edərək, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs əməli nəticəsində ona , 700 manat yol xərci, 800 manat müdafiəçi xərci olmaqla cəmi dəymiş maddi zərərin əvəzi olaraq 1800 manat, mənəvi zərərin əvəzi olaraq isə 5000 manat pulun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə mülki iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mənəvi zərərə görə 5.000 manat tələb edilsə də, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, qeyri-hüquqi hərəkətin mənəvi sarsıntı və iztirab keçirməsi baxımından xarakterik nəticəsi ağlabatan olmaqla nəzərə alınaq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1nın xeyrinə mənəvi zərərə görə 300 manat tutulmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Beləkiklə, məhkəmə hesab edir ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 300 manat maddi zərər, 100 manat ağlabatan nəqliyyat xərci, 300 manat mənəvi zərər, ödənilmiş tələblərin məbləğinə mütənasib 80 manat vəkil xərci olmaqla, ümumilikdə 780 manat Zərərçəkmiş şəxs1nın xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 saat üçün 48 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək sonuncudan 600 manat məbləğində pul alması və 2021-ci ilin sonlarında X2 etibarından sui-istifadə edərək sonuncudan 4000 manat məbləğində pul alması epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin hissələrdə cinayət məsuliyyətindən azad edilsin və həmin epizodlar üzrə icraata xitam verisin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin və və o, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Qusar rayonu və Xaçmaz rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Mülki iddia qismən təmin edilsin. 300 manat maddi zərər, 100 manat nəqliyyat xərci, mənəvi zərərə görə 300 manat, vəkil xərcinə görə 80 manat olmaqla, ümumilikdə 780 manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-82/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-82/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver