Məhkəmə qərarları › İş №1(027)-83/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-83/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-83/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Quba rayonu 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmayan, Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Quba rayonu birinci Nügədi kəndində qonşuluğunda yerləşən, Zərərçəkmiş şəxs məxsus evin sahibsiz və nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətini həyata keçirmək məqsədilə 02 fevral 2021-ci il tarixdən başlayaraq 2021-ci ilin fevral ayının sonlarına kimi olan müddət ərzində müxtəlif vaxtlarda vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə fərdi yaşayış evinin arxa tərəfində yerləşən saxlanc yeri hesab edilən, anbar kimi istifadə olunan tikilinin qapısının daxili kilidini sındıraraq qanunsuz daxil olmaqla oradan 100 manat dəyərində 200 metr uzunluqda 4 mm-lik mis naqilləri, bir ədəd 150 manat dəyərində elektrik mişarını, bir ədəd 150 manat dəyərində enerqomaş markalı divar deşən perforatoru, bir ədəd Rusiya istehsalı olan 200 manat dəyərində avtomobil akkumulyatoruna enerji verən cihazı, yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin dəhlizindən bir ədəd eni 2 metr uzunu 3 metr olan 70 manat dəyərində xalçanı, evin mətbəx otağından 1 ədəd 350 manat dəyərində gümüşü rəngli LG markalı inverter Direct Drive 6 kq-lıq paltaryuyan maşını, həmin otaqdakı soyuducunun üstündən 1 ədəd 60 manat dəyərində Sonifer markalı SF-5002 model 1200W ət çəkən maşını, evin birinci mərtəbəsindəki pilləkənin altında yerləşən saxlanc yerindən iki ədəd hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 10 litrlik od samovarlarını, bir ədəd 150 manat dəyərində 5 litr tutumlu elektrik samovarını, bir ədəd 400 manat dəyərində qaynaq cihazını, birinci mərtəbədəki otaqdan bir ədəd 300 manat dəyərində qara rəngli LG markalı 42PN450D model televizoru, evin yataq otağından bir ədəd eni 5 metr uzunu 3 metr olan 230 manat dəyərində xalçanı, həmin otaqdakı dolabın başından 200 manat dəyərində 1 dəstin içərisindəki 3 ədəd xəncəri, bir ədəd 300 manat dəyərində əl ilə işləyən Rusiya istehsalı olan tikiş maşınını, evin ikinci mərtəbəsinin dəhlizindən hər birinin qiyməti 700 manat olmaqla ümumilikdə 1400 manat dəyərində iki ədəd eni 2 metr uzunu 3 metr olan aşağı sıxlıqda və keyfiyyətsiz iplə, əllə toxunmuş Dərbənd çeşməsi işlənmiş xalçaları, kompyuter masasının üzərindən bir ədəd 25 manat dəyərində suvenir saxsı dəvəni, yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağından iki ədəd hər biri 150 manat dəyərində olmaqla ümumilikdə 300 manat dəyərində silver markalı ağ rəngli ətçəkən maşını, hər birinin qiyməti 45 manat ümumilikdə 90 manat dəyərində olan iki ədəd “Tefal” markalı ütünü, bir ədəd 120 manat dəyərində olan “silver” markalı mikseri, hər birinin qiyməti 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd hofmayer markalı diplomat qaşıq-çəngəl dəstini, hər birinin qiyməti 180 manat olan ümumilikdə 360 manat dəyərində iki dəst hofmayer markalı nikelli qazanları, hər bir dəstin qiyməti 45 manat olan ümumilikdə 90 manat dəyərində iki dəst ağ-göy rəngli şirli qazanları, hər birinin qiyməti 45 manat ümumilikdə 90 manat dəyərində olan iki dəst ədviyyat qablarını, hər birinin qiyməti 50 manat olan ümumilikdə 100 manat dəyərində iki ədəd pelitte markalı qozçəkən maşınları, bir ədəd 52 manat dəyərində qaşıq dəstini, bir ədəd 100 manat dəyərində 48 ədədlik boşqab dəstini, bir ədəd 200 manat dəyərində çay servisini, bir ədəd 45 manat dəyərində yataq dəstini, bir ədəd eni 5 metr uzunu 3 metr olan 230 manat dəyərində xalçanı, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində Paşabahçe markalı Türkiyə istehsalı 2 dəst hər birində 6 ədəd fincan olan qabları, bir dəst 70 manat dəyərində içərisində 6 ədəd çəhrayı rəngli Bagema piyalə bakalı olan dəsti, bir ədəd 200 manat dəyərində Rusiya istehsalı olan su mühərrikini, bir ədəd 50 manat dəyərində suvenir bıçağı, bir ədəd 20 manat dəyərində olan ağır dəmirdən hazırlanmış qəməkeşini(dəhrə) və bir ədəd 20 manat dəyərində misdən olan kəpkiri ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6782( altı min yeddi yüz səksən iki)manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, Quba rayonu birinci Nügədi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Nəzrin Mirzəyeva ilə 2014-cü ildə ailə həyatı qursada, onunla rəsmi nigah bağlamamışdır. Birgə nigahlarından onların iki azyaşlı övladları vardır. Sənəti tikinti ustasıdır, amma iş olmadığı üçün işləmir. Ailəsini dolandırmaq üçün hər hansı bir yerdən gəlir əldə edə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığını və evlərində heç bir kəsin qalmadığını bildiyi üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 02 fevral 2021-ci il tarixdə səhər-səhər saat 07 radələrində, hava yeni işıqlananda Mafizənin evinin arxa tərəfindəki bağın hasarına yaxınlaşıb dırmaşaraq həyətə daxil olmuş və evin binasına tərəf yaxınlaşaraq həyətdəki mətbəxdən od samovarını götürmüşdür. Sonra dəmir ilə həyətdə olan anbarın qapısının asma qıfılını sındırıb anbara daxil olub oradan oğurlanası bir əşya tapmamışdır. Hava artıq işıqlaşdığı üçün sonradan Mafizənin evinə qayıdıb yenidən oğurluq qərarını verib samovarı götürüb hasardan tullanaraq küçəyə çıxıb yol maşınları ilə Quba şəhərinin köhnə avtovağzalında işlənmiş əşyaların alqı-satqısını ilə məşqul olan Ağacan adlı kişinin yanına getmişdir. Ağacan samovara baxdıqdan sonra, oğurluq olub-olmamasını ondan soruşduqda, o da samovarın oğurluq olmadığını bildirərək yaşadığı evə qayıdıb şəxsiyyət vəsiqəsini götürüb surətini çıxararaq onu Ağacana verib samovarı 63 manata satmışdır. Əldə etdiyi pulu xərclədikdən sonra, 05 fevral 2021-ci il tarixdə səhər-səhər saat 07 radələrində yenə eyni qaydada Zərərçəkmiş şəxs həyətinə daxil olub dəmir parçası ilə evin arxa giriş hissəsindəki qapının qıfılını sındırıb evə bitişik dalana daxil olmuşdur. Dalandan 6-7 litrlik od samovarı, direl, divar deşən perforator, su nasosu, qaynaq cihazı, bir neçə top elektrik naqili olduğunu görüb orada olan boş kisələrə həmin əşyaları yığıb həyətə çıxaraq bağın baş tərəfinə, yəni hasara tərəfə gedib orada olan dəmir qapının içəri tərəfdən divara keçən dəmir cəftəsini açaraq küçəyə çıxmış, oğurladıqları əşyaları yaxınlıqda yaşayış olmayan bağda gizlədib yenidən evə tərəf qayıdıb dalana daxil olaraq, dalandan evin binasına girən qapını çiyni ilə vurub içəri itələyərək evin içinə daxil olmuşdur. Aşağı mərtəbəni gəzməyib birbaşa pilləkənlə yuxarı mərtəbəyə qalxmış və yuxarı mərtəbənin pilləkənə yaxın olan otağına daxil olub orada divar dibinə yığılmış qab-qacaq servizini, bükülmüş bir ədəd xalça görmüşdür. Həmin əşyaları götürmək üçün aşağıdakı dalandan iki kisə götürmüşdür. Otaqdakı əşyalardan qaşıq, qazan dəstləri, çay servizi, iki ədəd ətçəkən maşın, bir ədəd mixel, bir ədəd soğan çəkən maşın, bir ədəd qoz çəkən maşın, qaşıq-çəngəl dəsti və xatırlamadığı bir neçə əşya götürmüşdür. Kompyuter stolunun üstündə olan bir ədəd suvenir dəvəni də götürmüş və götürdüyü əşyaları kisələrə yığıb, sonra da aşağı mərtəbədəki otaqlardan birində, şkaf üzərində olan üç ədəd xəncəri və tikiş maşınını da götürüb girdiyi yerdən həyətə çıxaraq çıxmışdır. Əşyaları arxa tərəfdən küçəyə çıxarıb yığdıqdan sonra, həyətə daxil olaraq içəri cəftəni bağlayıb hasardan küçəyə çıxıb oğurladığı əşyaları o, biri əşyaları qoyduğu yerə daşımışdır. Sonra oğurladığı qaynaq aparatını satmaq üçün Quba şəhərinə aparmaq istədikdə, yaşadığı məhləyə dəmir yığan ağ rəngli Qazel markalı maşının gəldiyini görüb qaynaq aparatını təxminən 40-45 yaşlarında olan Qazel markalı avtomaşının sürücüsünə 50 manata satmışdır. Qaynaq cihazını satarkən, Qazel markalı avtomaşının sürücüsünə bildirmişdir ki o, evlərində olan bir neçə əşyanıda satmaq istəyir. Bundan sonra o, oğurladığı əşyaları yığdığı bag sahəsinə gedib oradan samavar və xalçadan başqa götürdüyü əşyaları, yadında qalmadığı məbləğdə həmin sürücüyə satmışdır. Əşyaları satdıqdan sonra, samovarı və xalçanı götürüb yenidən Ağacanın yanına aparıb samovarı 40 manata, xalçanı 25 manata ona satmışdır. İki gün sonra, yəni 07 fevral 2021-ci il tarixdə, səhər-səhər saat 07 radələrində yenə eyni qaydada hasardan tullanmaqla həyətə daxil olmuş və gedib aşağı mərtəbədən LG markalı televizoru götürüb həyətdən çıxmış və eyni qaydada bağın qapısını bağlamaqla hasardan aşıb televizoru yol maşını ilə Quba şəhərinə gətirib Əli adlı tanışına, qohumunun verdiyini deyib 250 manata satmışdır. Həmin vaxt ilk olaraq televizoru Quba şəhərində yaşayan Qafar adlı şəxsə satmaq istəmiş lakin onun xoşuna gəlmədiyi üçün oradan götürüb Əli adlı şəxsin yaşadığı evə aparaq onun anasına 250 manata satmışdır. Həmin vaxt televizoru Qafarın evindən Əli adlı şəxsin evinə aparmaqda Şahid1 adlı tanışı da ona kömək etmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Zaura yaxın qohumunun həmişəlik Türkiyəyə köçdüyünü, bunun üçün də ev əşyalarını satdığını bildirmişdir. Həmçinin kim isə ev əşyası almaq istəsə ona xəbər etməsini də demişdir. Bunun üçün də Zaura həmin qohumuna məxsus televizor olduğunu və satmağa apardığını bunun üçün də ona kömək etməsini ondan xahiş etmişdir. Zaur da televizoru aparmağa ona kömək etmişdir. Bundan sonra isə o yenidən təxminən 2021-ci ilin fevral ayının ortalarında xatırlamadığı gün səhər-səhər saat təxminən 07 radələrində eyni qaydada Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olub ikinci mərtəbənin dəhlizindən iki ədəd yun xalçanı götürüb evdən çıxmış və eyni qaydada bağın qapısını bağlayıb yol maşınları ilə Quba şəhərinə gəlmiş, xalçalardan birini Ağacana 60 manata, birini isə 110 manata satmışdır. Bundan sonra Şahid1 ona demişdir ki, Babaş adlı tanışı işlənmiş paltar yuyan maşın axtarır. Zaurdan Babaşın mobil nömrəsini alıb ona zəng vurmuşdur. Babaş ona paltaryuyan maşını Timiryazev qəsəbəsində yaşayan Zamiq adlı şəxsin istədiyini bildirmişdir. O, da razılaşıb Zamiqin telefonunu götürmüş və Zamiqlə əlaqə saxlamışdır. Zamiqlə paltaryuyan maşını 240 manat qarşılığında razılaşmışlar. Paltar yuyan maşın ağır olduğu üçün o, Zaura təklif etmişdir ki, ona köməklik etsin. Zaur da bir daha paltaryuyanın oğurluq olub-olmadığını soruşduqda onu inandırmaq üçün ona -“səninlə o qədər çörək kəsmişik mənə inanmırsanmı” -demişdir. Zaur da inandığını bildirmişdir. Sonra o, Quba şəhərində yerləşən Əli Ticarət mərkəzinin yaxınlığından ağ rəngli Vaz 2104 markalı taksi saxladıb Nügədi kəndindən Quba şəhərinə paltar yuyan maşının gətirilməsini 8 manata razılaşmışdır. sürücü də onlardan “uşaqlar birdən nə isə oğurluq mal olar” deyə soruşmuşdur. O, da sürücüyə oğurluq olmadığını, qohumunun olduğunu dedikdə sürücü ona inanmışdır. Bundan sonra o, Zaurla birlikdə həmin taksi maşını ilə Mafizə Sultanıvanın evinin yaxınlığına getmişdir. Onlar oraya çatdıqda yolda təmir işləri getdiyi üçün taksini biraz kənarda saxlatmış və o, Zaurla evin qarşısına getmişlər. O, evin açarları olmadığından Zauru da inandırmaq üçün telefonunu yalandan qulağına tutaraq - “hardasan gəlmişəm, paltaryuyan maşını götürməyə”- demiş, həmçinin müştəri gözlədiyini də bildirmişdir. Sonra Zaura ev sahibinin Bakı şəhərində olduğunu bunun üçün də qapını bağ tərəfdən açacağını bildirmişdir. Bundan sonra o, evin arxa hissəsinə keçib əl qapısını içərdən açıb Zaur dalana daxil olmuşdur. Sonra da telefon və alışqanla evin içərisinə işıq vurub mətbəxə daxil olub oradan paltaryuyan maşını götürüb darvazadan çıxardaraq taksi maşının onları gözlədiyi yerə getmişlər. O, küçəyə çıxarkən, darvazanın əl qapısını iplə bağlamışdır. Sonra onlar Zamiq yaşadığı evin qarşısına gəlmişlər. O, Zamiqlə razılaşmaya əsasən paltaryuyan maşını ona 240 manata satmışdır. Bundan sonra Zaurla ayrılmışlar. Zaur ondan 5 manat fəhlə pulunu istədikdə qohumuna dedikdən sonra verəcəyini bildirmişdir. Bir həftə sonra təxminən 2021-ci ilin fevral ayının sonlarında xatırlamadığı gün saat 22 radələrində həmin evə təkrar bağ tərəfdən daxil olub bu dəfə evin birinci mərtəbəsinin dəhlizindən və yataq otağından iki ədəd xalça, həmçinin soyuducunun üstündən bir ədəd ətçəkən maşın götürüb öz evinə aparmış və ailə üzvlərinə demişdir ki, ucuz düşdüyündən almışdır. Bundan əlavə oğurladığı əşyalar arasından 5 ədəd qazan olan dəsti də yaşadığı evə aparmışdır. Axırıncı dəfə oğurladığı əşyalar, evə gətirdiyi xalçalar və ətçəkən maşın olmuşdur. 07 mart 2021-ci il tarixdə oğurluq etməkdə şübhəli olduğu üçün Quba rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə aparmışlar. Sorğu-sual zamanı o, Zərərçəkmiş şəxs məxsus evdən bir neçə dəfə oğurluq etdiyini etiraf etmişdir. Onun Zərərçəkmiş şəxs məxsus evdən oğurlamış olduğu samovarları, xalçaları, LG markalı plazma televizorunu və paltaryuyan maşını satmış olduğu Ağacan, Əli və Zamiq adlı şəxslərin həmin əşyaların oğurluq olmasından xəbərləri olmamışdır. O, həmin əşyaları maddi ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Yaşadığı evə apardığı iki ədəd xalçanı, bir ədəd ətçəkən maşını və 5 ədəd qazan olan dəsti ailə üzvlərinə ucuz düşdüyü üçün aldığını bildirmişdir. Həmin əşyaların oğurluq olmasından ailə üzvlərinin və ya başqa şəxsin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı əşyaları tək oğurlamış, Mafizənin evindən yalnız paltaryuyan maşını apardıqda tanışı Zaur ona kömək etmişdir. Ama onun da oğurluq olmasından məlumatı olmamışdır. Digər məişət əşyalarını tək oğurlamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhərindəki evində iki qızı ilə birlikdə yaşayır. X1 13 dekabr 2020-ci il tarixdən Rusiya Federasiyasındadır, orada fərdi əməklə məşğuldur. Həmçinin onlara məxsus Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evi də vardır. Həmin evdə axırıncı dəfə 09 dekabr 2020-ci il tarixdə olmuş, bundan sonra Bakı şəhərinə getmişdir. Həmin vaxtdan evə getməmişdir. Kənddə, onların evdən 3 məhəllə aralıda yaşayan anası X4 evin küçə tərəfdən giriş qapısının ehtiyyat açarları vardır, bunun üçün də ona tapşırmışdır ki, arada gedib evə baxsın. Amma anası bu müddət ərzində evə gedib baxmamışdır. 06 mart 2021-ci il tarixdə, saat 16 radələrində anası evə baxmaq üçün gedəndə görmüşür ki, evdən oğurluq olub. Bundan sonra qardaşı Taleh polisə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən həyətə və evə baxış keçirilərkən müəyyən olunmuşdur ki, evindən 200 metrə 4 mm-lik 150 manat dəyərində mis naqill, elektrik mişarı, divar deşən perforator, avtomobil akkumulyatoruna enerji verən cihaz, aşağı mərtəbənin giriş dəhlizindən bir ədəd 2x3 metr ölçüdə xalça, mətbəxdən 1 ədəd LG markalı paltaryuyan maşın, soyuducunun üstündən “kenvood” markalı elektriklə işləyən ət çəkən maşın, anbar otaqdan 10 litrlik od samovarı, bir ədəd 5 litr tutumlu elektrik samovarı, qaynaq cihazı, 1 ədəd LG markalı plazma televizor, yataq otağından 5x3 metr ölçüdə bir ədəd xalça, dolabın başından 3 ədəd xəncər, pəncərədən əl ilə işləyən köhnə paltartikən tikən maşın, ikinci mərtəbənin dəhlizindən 3x2 metr ölçüdə olan iki ədəd qədimi yun xalça, həmçinin kompyuter masasının üstündən bir ədəd suvenir saxsı dəvə, iki ədəd silver markalı ağ rəngli elektriklə işləyən ət çəkən maşın, iki ədəd ütü, bir ədəd mixel, iki ədəd diplomat qaşıq-çəngəl dəsti, iki nikelli qazan dəsti, iki ədəd şirli qazan dəsti, iki dəst ədva qabları, iki ədəd əllə işləyən qozçəkən maşın, bir ədəd qaşıq dəsti, 48 ədədlik boşqab dəsti, bir ədəd çay servisi, yataq üzü dəsti və bir ədəd 5x3 metr ölçüdə bükülü vəziyyətdə olan xalça, 2 dəst hər birində 6 ədəd fincan olan qablar, 6 ədəd çəhrayı rəngli Bagema bakal, su matoru və 1 ədəd suvenir bıçaq oğurlanmışdır. Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlanmış ona məxsus olan əşyaların konkret olaraq sayı, çəkisi, istehsalı və digər konkret xüsusi əlamətləri ilə bağlı bildirmişdir ki, yaşadığı evdən 4 top 4 mm-lik naqillərin dəyəri 150 manat, enerqomaş markalı divar deşən perforatorun dəyəri 150 manat, Rusiya istehsalı olan avtomobil akkumulyatoruna enerji verən cihazın qiyməti 200 manat, bir ədəd Türkiyə istehsalı olan 2x3 metr ölçüdə xalçanın dəyəri təxminən 70 manat, 1 ədəd LG markalı paltaryuyan maşının dəyərin 800 manat, 1 ədəd “sonifer” markalı elektriklə işləyən ət çəkən maşının dəyərin 80 manat, 1 ədəd 10 litrlik od samovarın dəyəri 250 manat, 1 ədəd 5 litr tutumlu elektrik samovarın dəyəri 150 manat, 1 ədəd qaynaq cihazının dəyəri 400 manat, 1 ədəd 109 sm dioqanallı LG markalı plazma televizor dəyəri 700 manat, 5x3 metr ölçüdə Türkiyə istehsalı olan 1 ədəd xalçanın dəyəri 250 manat, 1 dəst xəncər naborunun qiyməti 200 manat, əl ilə işləyən Rusiya istehsalı olan 1 ədəd tikiş maşının dəyəri300 manat, 3x2 metr ölçüdə olan iki ədəd yun(qədimi) xalçaların hər birinin qiyməti təxminən 400 manat, 1 ədəd suvenir saxsı dəvənin dəyəri 25 manat, 2 ədəd silver markalı ağ rəngli elektriklə işləyən ət çəkən maşının hər birinin dəyəri 150 manat, 2 ədəd tefal markalı ütünün hər birinin dəyəri 80 manat, 1 ədəd silver markalı mixerin dəyəri 120 manat, 2 ədəd hofmayer markalı diplomat qaşıq-çəngəl dəstinin hər birinin dəyəri 100 manat, 2 dəst hofmayer markalı nigel qazan dəstinn hər birinin dəyəri 180 manat, 2 dəst qazanın hər bir dəstin dəyəri 100 manat, 2 ədəd qazanın hər birinin dəyəri 45 manat, 2 dəst ədviyyat qabların hər birinin dəyəri 50 manat, 2 ədəd pelitte markalı əl ilə işləyən qozçəkən maşının dəyəri 52 manat, 1 ədəd qaşıq dəstinin dəyəri 100 manat, 48 ədədlik boşqab dəstinin dəyəri 200 manat, 1 ədəd çay servisinin dəyəri 45 manat, 1 ədəd yataq dəstinin dəyəri 50 manat, 1 ədəd 5x3 metr ölçüdə xalçanın dəyəri 250 manat, 2 dəst hər birində 6 ədəd fincan olan Türkiyə istehsalı olan Schafer markalı qabların dəyəri 30 manat, 2 dəst dəst Bagema bakallarının dəyəri 70 manat, 1 ədəd çəhrayı rəngli Rusiya istehsalı olan su matorunun dəyəri 200 manat, dəyərində su matoru, 1 ədəd suvenir bışaq dəstinin dəyəri 50 manat , 1 ədəd mis kəfkirin dəyəri 20 manat olmuşdur. Yaşadığı evdən oğurlanmış əşyaların yuxarıda qeyd etdiklərindən başqa əlamətlərini xatırlamır. Çünki həmin əşyaları ayrı-ayrı vaxtlarda alıb əldə etdiyi üçün bəzi əşyaların konkret olaraq istehsalı, markası və digər xüsusi əlamətlərini xatırlamır. Lakin əşyların qiymətlərinin tam olaraq düzgün deyir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmədə şahid qismində dildirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayon 1-ci Nügədi kəndində yaşayan Təqsirləndirilən şəxs ilə iki ildir ki tanışdır. Onlar 2 il bundan əvvəl bir yerdə tikintidə işləyərkən tanış olublar. Yaşadığı evin qarşısında Elxan adlı şəxsin işlətdiyi çayxana vardır. Həmin çayxanada əsasən fəhlə işləyən şəxslər olur. O, da çox vaxt həmin çayxanada olur. Muradla da həmin çayxanada bir neçə dəfə oturub çay içmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində xatırlamadığı gün çayçıda olduğu zaman Muradı görmüşdür. Muradla çay içib söhbət etmişlər. Bu zaman Murad ona yaşadığı 1-ci Nügədi kəndində yerləşən evinin yaxınlığında olan qonşusu həm də ki, qohumu olan şəxsin Türkiyəyə getdiyini, apara bilmədiyi əşyaları yəni televizor, soyuducu, paltaryuyan maşın və xatırlamadığı bir neçə ev əşyalarını satmaq istədiklərini əgər istəyən olsa xəbər etməsini bildirmişdir. Həmçinin əşyaları satmaq üçün müştəri tapacağı halda ona hörmət edəcəyini də bildirmişdir. O, da Muradla razılaşıb maraqlanacağını bildirmişdir. Xatırladığı qədəri ilə 2021-ci ilin fevral ayının 7-də yenədə yaşadığı evin qarşısındakı çayçıda olduğu zaman Muradla görüşmüşdür. Bu zaman Murad ona qohumuna məxsus olan televizoru şəhərə gətirdiyini və qonşusu olan Qafar adlı şəxsin evinə qoyduğunu bildirmişdir. Lakin Qafarın televizoru bəyənmədiyini, başqa müştəri tapdığını və televizor ağır olduğu üçün də həmin televizoru müştərinin evinə aparmağa kömək etməsini xahiş etmişdir. Bundan sonra onlar Qafarın yaşadığı evə televizoru ordan götürüb Əli adlı şəxsin yaşadığı evə getmişlər. Oraya çatdıqda Murad televizoru Əliyə vermişdir. Bundan sonra o, cayçıya qayıtmışdır. Bir müddət sonra Murad gəlmişdir. Biraz oturduqdan sonra hərəsi öz evinə getmişdir. Həmçinin Murad ona paltaryuyan maşını olduğunu həmin maşın üçün müştəri tapmağını ondan xahiş etmişdir. O, da Babaş adlı tanışına paltaryuyan maşın olduğunu demişdir. Babaş ondan oğurluq olub-olmadığını soruşmuş, o da bildirmişdir ki, paltar yuyan maşın oğurluq deyil. Bir müddət sonra, o Muradla çayçıda olan zaman Babaş ona zəng edib ondan paltaryuyan maşının satılıb satılmadığını soruşmuş, o da Muraddan soruşduqda satılmadığını bildirmişdir. Bundan sonra telefonu Murada vermiş və Babaşla Murad telefonda danışmışdır. Babaş həmin vaxt Murada kiminsə nömrəsini vermişdir. Bundan sonra, Murad həmin şəxsə zəng etmiş və onların aralarında danışıq olmuşdur. Təxminən 2 gün sonra Murad ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək paltaryuyan maşının ağır olduğundan aparmaq üçün kömək lazım olduğunu deyərək paltaryuyan maşını satsa ona 5 manat fəhlə pulu verəcəyini bildirmişdir. O, bir daha Muraddan paltaryuyanın oğurluq olub-olmadığını soruşduqda Murad ona “səninlə o qədər çörək kəsmişik mənə inanmırsanmı deyirəm ki, oğurluq deyildir” demişdir. O, da Murada inanmışdır. Bundan sonra həmin gün saat 21 radələrində Murad onunla görüşüb Əli Ticarət mərkəzinin yaxılığında ağ rəngli Vaz 2104 markalı taksi saxlatmışdır. Sürücü onları Muradın dediyi ünvana aparmışdır. Murad taksini kənarda saxlatmış və bir evin qarşısına getmişlər. Murad həmin vaxt telefonla kiminləsə danışaraq “sən evdə yoxsanmı bəs mən paltaryuyan maşını götürmək üçün gəlmişdim, müştəri gözləyir” deyə bildirmişdir. Bundan sonra, Murad onu qapı qarşısında gözlətmiş, sonra da özü evin arxa tərəfinə keçib gələrək dəmir qapını içəridən açaraq onu həyətə salmışdır. Telefonun fanarı ilə ətrafı işıqlandırmışlar və Muradın arxasınca evə daxil olmuşdur. Evin içində bir paltaryuyan maşın olmuş, onu götürüb evdən çıxmışlar, Murad qapını bağlayandan sonra taksiyə tərəf gedib paltaryuyan maşını taksiyə qoyaraq Timiryazev qəsəbəsində yaşayan alıcı şəxsin evinə getmişlər. Paltaryuyan maşını alıcı oğlana vermiş, o, pulu Murada vermişdir. Amma Murad həmin puldan ona verməmişdir. Muradın həmin evdən oğurluq etməsini polislər onları saxladıqdan sonra bilmişdir. Məhkəmədə şahid qismində dildirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Bacısının evi onların yaşadığı evin yaxınlığında yerləşdiyindən Mafizə evinə nəzarət etməyi ondan xahiş etmişdir. Sonuncu dəfə xatırladığı qədəri ilə 2021-ci ilin yanvar ayının sonlarında həmin evə gedərək baxmışlar. Bundan sonra isə 06 mart 2021-ci il tarixdə həmin evə baxmaq üçün getdikləri zaman evin giriş qapısının içəridən bağlı olduğunu, evə daxil olduqda isə bağ qapısının kilidinin və plastik qapıların sındırıldığını görmüşlər. Həmçinin evin giriş qapısı olan taxta qapının sındırıldığını görmüşlər. Bu zaman evdən oğurluq olmasını bilmişlər. Buna görə də Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng etmişdir. Həmçinin bacısı Zərərçəkmiş şəxs da zəng edərək bu barədə bildirmişdir. Bundan sonra polis əməkdaşları bacısının iştirakı ilə evə gələrək baxış keçirmişlər. Lakin dəqiq nəyin oğurlanmasını bilməmişdir. Sadəcə olaraq məişət əşyalarının oğurlandığını bilmişdir. Məhkəmədə şahid qismində dildirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs ustadır. Oğlu Murad ayrı-ayrı şəxslərə məxsus evlərdə hörgü işləri görüb ailələrini dolandırmışdır. Murad işlədiyi vaxtlar onun qazancı yaxşı olmuşdur. Pandemiya səbəbindən Murad son bir ildə pul qazanmamış və buna görədə ailəsini dolndırmağa çətinlik çəkmişdir. İşlədiyi üçün səhər saatlarında işə gedib axşam saatlarında isə evinə qayıtmışdır. 2021-ci ilin fevral ayının ortalarında xatırlamadığı gün Quba rayonu Suvarma idarəsində növbədə qalmışdır. Səhəri gün yaşadığı evə gəlmiş və həyətdəki çardağın altında 2 ədəd xalça olduğunu görmüşdür. Arvadından xalçaların kimə məxsus olmasını soruşduqda, arvadı ona bildirmişdir ki, oğlu Murad kiminsə həmin xalçaları ucuz satdığını görüb satmaq məqsədi ilə almışdır. O, da işlənmiş əşyanı ucuz aldığını düşünüb bu barədə ondan başqa nə isə soruşmamışdır. Bir gün sonra isə Murad yaşadığı evə 1 ədəd elektriklə işləyən ət çəkən maşın və 1 ədəd qazan dəsti gətirib anasına və arvadına demişdir ki, qarşıdan 8 marta qadınlar günü gəlir, bunu sizin üçün hədiyyə almışam. O, da Muradın dediklərinə inanmış və ondan başqa heç nə soruşmamışdır. 8 mart 2021-ci il tarixdə isə Muradın yaşadıqları kənddə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus yaşayış evindən məişət əşyaları oğurladığından polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Daha sonra isə Murad polis əməkdaşları ilə birlikdə yaşadıqları ünvana 2 ədəd xalçanı, 1 ədəd elektriklə işləyən ət çəkən maşını və 1 ədəd qazan dəstini də Mafizənin yaşadığı evdən oğurladığını bildirib həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Şahid3 əlavə olaraq göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus yaşayış evinə nə vaxt daxil olub həmin əşyaları oğurlaması barədə əvvəlcədən biməmiş, Murad tutulduqdan sonra isə onun Zərərçəkmiş şəxs məxsus yaşayış evinə 2021-ci ilin fevral ayının əvvəllərindən başlayaraq bir neçə dəfə daxil olub oğurluq etdiyini bilmişdir. Onun və digər ailə üzvlərinin Muradın oğurluq etməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dildirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Bir neçə dəfə yaşadığı evdə istifadə etmək üçün ikinci əldən yəni işlənmiş ev əşyaları almışdır. 2021-ci ilin fevral ayında tanışı Babaş adlı şəxs ona zəng edərək dostunda paltaryuyan maşın olduğunu və həmin maşını satdığını demişdir. O, da Babaşa həmin zaman maşın almaq istəmədiyini bildirmişdir. Sonradan isə təxminən 2021-ci ilin fevral ayının sonlarında telefonla Murad adlı şəxslə danışıb onda LG markalı paltaryuyan maşın olduğunu öyrənmişdir. O, da paltaryuyanın işlək olubolmadığını, sənədlərinin olub-olmadığını soruşmuşdur. Murad ona maşının təzə olduğunu, sahibinin Türkiyəyə getdiyini satması üçün ona tapşırdığını bildirmişdir. Həmçinin maşının sənədlərini tapa bilmədiyini ev sahibinin Türkiyədən gələndən sonra maşının sənədlərini tapıb ona verəcəyini bildirmişdir. Bundan sonra o, Murada yaşadığı evin ünvanını başa salmış, Muradda həmin gün axşam saatlarında tanımadığı şəxsə məxsus avtomaşınla onun yaşadığı evin qarşısına gəlmişdir. Həmin zaman xatırladığı qədəri ilə Muradın yanında başqa bir şəxs də olmuşdur. Ama həmin şəxsin kim olduğunu o, bilməmişdir. Muradla ikisi LG markalı paltaryuyan maşını avtomaşından götürüb yaşadığı evin giriş hissəsinə qoymuşlar. Almış olduğu LG markalı paltaryuyan maşının qarşılığında da Murada 240 manat pul vermişdir. Bundan sonra isə Muradla sağollaşmış onlar çıxıb getmişlər. 08 mart 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmiş və ona almış olduğu LG markalı paltaryuyan maşının oğurluq olduğunu bildirmişlər. O, həmin zaman polis əməkdaşlarına da aldığı LG markalı paltaryuyan maşının oğurluq olduğunu bilmədiyini demiş və həmin maşını onlara təqdim etmişdir. Məhkəmədə şahid qismində dildirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 30 ildir ki, Quba şəhəri ərazisində yerləşən mağazanı kirayəyə götürüb işlənmiş əşyaların alqı-satqısı ilə məşğul olur. Əşyaları özü qiymətləndirərək ayrı-ayrı şəxslərdən alır. Əşyalar hansı meyarlara uyğun olaraq qiymətləndirilməsi ilə bağlı onda xüsusi kitab da vardır. 05.02.2021-ci il tarixdən 19.02.2021-ci il tarixə kimi olan müddət ərzində sonradan 1-ci Nügədi kənd sakini olaraq tanıdığı şəxs Təqsirləndirilən şəxs onun yanına gələrək iki ədəd samovarları və 03 ədəd xalçanı ona satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə işlətdiyi mağazaya gələrək bir ədəd 10 litr tutumlu od samovarı olduğunu pul lazım olduğu üçün satdığını demişdir. O, da Murada birdən oğurluq olar demişdir. Murad “narahat olma özümündü lakin imkanım olmadığından pul lazım olduğu üçün satıram” demişdir. O, da Muradla razılaşıb şəxsiyyətini təsdiq edən sənədin surətini çıxartdırmış və həmin vəsiqə surətinin arxasına öz xətti ilə “öz malımdı satıram 63 manat pul aldım” yazdırıb imza etdirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs 13.02.2021-ci il tarixdə işlətdiyi mağazaya gələrək 02 ədəd dərbənd toxunuşlu xalça gətirmişdir. O, xalçalara baxdıqda xalçaların işlənmiş olduğunu və elədə keyfiyyətli olmadığından onlardan birinə 110 manat, digərinə də 60 manat verəcəyini demişdir. Murad telefonla danışıb evi ilə məsləhət edəcəyini bildirmişdir. Bundan sonra Murad ailəsinin də razı olduğunu deyib həmin xalçaları vermişdir. O, da Murada iki xalça üçün 170 manat pul vermişdir. Eyni qaydada Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin surətini çıxartdırmış və həmin vəsiqə surətinin arxasına öz xətti ilə öz şəxsi Dərbənd toxunuşunda xalçanı 60 AZN satıb pulumu aldım özümündür oğurluq deyil, həmçinin ikinci xalça üçün də Əliyev X7 Ağacana öz şəxsi Dərbənd toxunuşunda xalçanı 110 AZN satıb pulumu aldım özümündür oğurluq deyil yazdırıb imza etdirmişdir. Bundan sonra isə 19.02.2021-ci il tarixdə isə Murad yanına təkrar gələrək 01 ədəd maşın ilə tikilmiş aşağı keyfiyyətli xalçanı gətirmişdir. O, Murada həmin xalçanın da keyfiyyətsiz olduğunu deyib onunla xalçaya görə 25 manata razılaşıb almışdır. Eyni qaydada Murada yenə də vəsiqəsinin arxasında yazdırmışdır ki, “mənimdir satdım 25 manat pul aldım”. Bir dəfə də dəqiq xatırlamadığı tarixdə Murad yanına gələrək bir ədəd samovarı olduğunu demişdir. O, da həmin samovara baxmış və əzikləri olduğu üçün həmin samovarı yaxşı qiymətə sata bilməyəcəyindən 40 manata razılaşaraq Muraddan almışdır. O, Murada ona görə inanmışdır ki, tərəddüd etmədən ona şəxsiyyət vəsiqəsini surətini təqdim etmişdir. Arxasına da öz xətti ilə “mənim malımdı satdım qiymətini də yazaraq aldım deyə” yazmışdır. Həmçinin Murad ona xalçaları və samovarları satan zaman telefonla danışaraq ailəsi ilə əlaqə saxladığını onlarla razılaşdığını bildirmişdir. O, da bir daha ona inanmışdır. Şahid5 əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 03 ədəd xalçanı və 02 ədəd samovarları ona satmaq üçün gətirən zaman yanında başqa heç kim olmamışdır. Hər dəfəsində müxtəlif şəxslərə məxsus taksi ilə gəlmiş, ama həmin taksi kimi gəlmiş avtomobillərin kimə məxsus olmasını o bilməmişdir. Məhkəmədə şahid qismində dildirilmiş Şahid6 ifadəsində göstərmişdir ki o, Quba RMX-da tibb bacısı işləyir. Bir müddətdir ki, yaşadığı evə plazma televizor almaq arzusunda olmuşdur. Mmaddi imkanı zəif olduğu üçün işlənmiş televizor almaq qərarına gəlmişdir. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində oğlu Əli ona Murad adlı şəxsin televizor satdığını demişdir. O, da Əlidən televizorun oğurluq olub-olmadığını soruşmuşdur. Əli də ona Murad adlı şəxsin həmin televizorun oğurluq olmadığını dediyini bildirmişdir. O, da almaq istədiyini bildirdiyi üçün Murad adlı şəxs LG markalı plazma televizorunu yaşadıqları ünvana gətirmişdir. O, Muraddan bir daha oğurluq olubolmadığını soruşduqda Murad and içərək namaz qıldığını televizorun oğurluq olmadığını özünə məxsus olduğunu bildirmişdir. O, da Murada inanmışdır. Televizoru 250 manata almaq üçün onunla razılaşmışdır. Lakin televizoru qoşmaq üçün usta çağırmış və ustadan televizorun necə olduğunu soruşmuşdur. Usta ona əgər oğurluq deyilsə yaxşı televizordur deyib, Murada “can bala bu arvadı aldatma tək qadındır” demişdir. Murad da bir daha ustaya da televizorun oğurluq olmadığını bildirmişdir. Murad da onlara özünün tanışı olan kiminsə ev əşyalarını satdığını həmin şəxs üçün bir çox əşya satdığını istəsək həmin evə gedərək digər ev əşyalarına baxa biləcəklərini demişdir. Onun həmin zaman imkanı olmadığı üçün başqa əşyalar almaq üçün Muradın telefon nömrəsini götürmüş ki, maddi imkanı olanda ona zəng etsin. Sonra ustaya 25 manat verib televizoru quraşdırmış, Murada da 225 manat məbləğində pul vermişdir. Həmin şəxslər oradan çıxıb getmişlər. 08 mart 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmiş və ona almış olduğu LG markalı plazma televizorunun oğurluq olduğunu bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-si tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli məktubdan görünür ki, Quba rayonu 1-ci Nügədi kəndində yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Dİn-nin KTİ-nin ADİS-n məlumat bankında olan şəxslərin, həncinin təhqiqata təqdim edilmiş şəxslətin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisə tədqiqatı nəticəsində əlizlərindən 10 ədədi (ADİS-in məlumat bazasında Quba RPŞ-dən daxil olan) xx.xx.1988-ci il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlin böyük (03 dəfə) orta və adsız barmaqlarının, sol əlinin isə böyük, orta (02 dəfə) adsız barmaqların və ocucunun əksi ilə eynilik təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2398 saylı, 30.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş 8 adda malların 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2985,00 manat, təqdim edilməyən 3 adda malların 2021-ci ilin fevral ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 235,00 manat müəyyən edilir. Qərarda qeyd edilən digər 24 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İHB-nın 1-ci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu birinci Nügədi kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba rayon İHB-nın 1-ci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası- Şahid3, anası-X8, həyat yoldaşı-X5, qızı- X9 və oğlu-X6 ibarətdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və buna görədə ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzası ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılmas cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarınad olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 mart 2021-ci tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun 08.03.2021-ci il tarixdən 17.06. 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 ay 09 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan 02 ədəd 10 litr tutumlu od samovarları, 02 ədəd 3x5m metr ölçüdə xalçalar, 03 ədəd 2x3 metr ölçüdə xalçalar, 01 ədəd şirli qazan dəsti, 01 ədəd LG markalı plazma televizoru, 01 ədəd LG markaklı paltaryuyan maşın, 01 ədəd Sonifer markaklı ətçəkən maşın maddi sübut qismində tanınaraq qəbz alınmaqla sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, onun 08.03.2021-cı il tarixdən 17.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 03 (üç) ay, 09 (doqquz) gün müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 06 (altı) ay, 18 (iyirmi iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, 1-ci Nügədi kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut olan 02 ədəd 10 litr tutumlu od samovarları, 02 ədəd 3x5m metr ölçüdə xalçalar, 03 ədəd 2x3 metr ölçüdə xalçalar, 01 ədəd şirli qazan dəsti, 01 ədəd LG markalı plazma televizoru, 01 ədəd LG markaklı paltaryuyan maşın, 01 ədəd Sonifer markaklı ətçəkən maşın maddi sübut qismində tanınaraq qəbz alınmaqla sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar