Məhkəmə qərarları › İş №1(027)-83/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-83/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-83/2023 31.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Müdafiəçi iştirakları ilə, xx xxx 1991 -ci ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsili olmayan, məhkumluğu olmayan, subay, işsiz, Quba şəhəri, 32- 33-cü məhəllədə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, 234.2-ci və 237.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib, 2020-ci ilin aprel ayının ortalarında yaşadığı ünvan 1 ünvanında yerləşən evində plastik dibçəklərdə və evinin həyətindəki torpaq sahəsində əkərək cücərmiş 11 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 242,965 qramdan artıq narkotik vasitə hesab olunan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq, yaşadığı evə gətirib evində və üzərində saxlayaraq bir hissəsini özü istifadə etmiş, 28 aprel 2020-ci il tarixdə, saat 12 radələrində həmin marixuanadan 3 bükümdə olmaqla 1,088 qramını yaşadığı evdə tanışı Quba şəhər sakini Şahid4 30 manata satmış, 30 aprel 2020-ci il saat 19:35-də Quba RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Fətəlixan küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz-qara rəngli idman gödəkçəsinin sol yan cibindən satış məqsədilə üzərində saxladığı 2 ədəd gümüşü rəngli kağız bükümlərdə 0,362 və 0,671 qram olmaqla ümumi təmiz çəkisi 1,033 qram, həmin gün saat 20:05-də yaşadığı evdə baxış keçirilərkən evin qonaq otağındakı yazı masasının üzərindən 3 ədəd kağız bükümlərdə 0,354 qram, 0,173 qram və 0,317 qram çəkilərdə, evin yardımçı otağındakı yorğan döşəyin arasından polietilen torbada 240 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin yardımçı otaqdan 9 ədəd dibçəklərdə və evinin həyətindəki torpaq sahəsindən 2 ədəd əkib, aqrotexniki qaydada qulluq etməklə kultivasiya edib yetişdirdiyi ümumilikdə 11 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsux olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,191 qram psixotrop maddə olan metamfetamini və təsir maddəsinin miqdarı 0,04 təşkil edən 1(bir) ədəd konvalyutdakı üzərində “F/M40” yazısı həkk olunmuş 1 (bir) ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə olan metadon həbini əldə edərək üzərində gəzdirməklə Quba şəhəri Smu-12 ünvanında yerləşən yaşadığı evə gətirərək həmin ünvanda saxlamış, 19 avqust 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxlamasında şübhəli olduğundan Quba şəhəri Smu-12 ünvanında yerləşən yaşadığı evə саат 15:50-də baxış кечiриляркян qonaq otağında qara rəngli mebel dolabın birinci siyirməsində qırmızı rəngli parça örtüklü qızıl-zinət əşyalarının qoyulduğu mücrünün içində satış məqsədi olmadan, qanunsuz əldə edərək saxladığı, şəxsi istehlak miqdarından artıq мигдарда, бир ədəd bükümdə, təmiz çəkisi 0,191 qram olan psixotrop maddə metamfetamin və 1(bir) ədəd konvalyutdakı üzərində “F/M40” yazısı həkk olunmuş 1 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 237.1-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, üç ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuandan istifadə edir. 2019-cu ilin yay aylarında Bakı şəhərində metronun “Memar Əcəmi” stansiyası yaxınlığında özünün deməsinə görə Ağcəbədi rayonundan olan Roman adlı şəxslə tanış olmuşdur. Sonradan Roman ona ağ rəngli şəffaf sellofanda qurudulmuş marixuana və çətənə toxumları vermişdir. Həmin marixuana və toxumlarını özü ilə kirayə yaşadığı ünvan 4 ünvanındakı evə gətirmişdir. Ara-sıra əldə etdiyi marixuanadan istifadə etmişdir. 2020-ci ilin aprel ayının ortalarında Romanın ona verdiyi çətənə toxumlarından yaşadığı evdə 11 ədəd müxtəlif ölçüdə olan gül dibçəklərində, qalan toxumu isə evin arxa tərəfində olan torpaq sahəsində əkdiyi soğan tərəvəzinin arasına səpmişdir. Həmin gül dibçəklərində əkdiyi həmçinin torpağa səpdiyi çətənə toxumlarına tez-tez diblərinə gübrə və su tökərək onlara qulluq etmiş, dibçəklərdə əkldiyi çətənə toxumları və torpaq sahəsinə səpdiyi toxumlar əmələ gəlmişdir. xx.xx.2020-ci il tarixdə tanışı Adilin təklifi əsasında ona bükümü 10 manata qurudulmuş marixuana satmaq barədə razılaşdıqdan sonra Adil onun yaşadığı ünvana gələrək 30 manat pul verərək ondan üç ədəd bükümdə qurudulmuş marixuana almışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında kirayədə yaşadığı evin qarşısında gəzişərkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, onun narkotik vasitələrin istifadəsi və kultivasiyası məşğul olduğunu, ona üzərində olan əşyaları təqdim etməsini dedikdə əynində olan qara-boz rəngli idman gödəkçəsinin sol yan cibindən iki ədəd gümüşü rəngli kağız bükülü, sağ yan cibindən isə “Samsung” markalı mobil telefon və 2 qutu “Palmall” markalı siqaret qutusunu təqdim etmişdir. 2 ədəd gümüşü rəngli kağız bükülü polis əməkdaşları tərəfindən açıldıqda işərisində yaşılımtıl rəngli spesifik iyə malik kütlə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən həmin kağız bükülülərdə nə olduğu ondan soruşulduğu zaman o, üzərindən aşkar edilmiş kağız bükülünün içində olan kütlənin qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Üzərindən aşkar edilmiş iki ədəd kağız bükülü elektron tərəzidə çəkildikdən sonra ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Sonra polis əməkdaşlarına yaşadığı ünvanda dibçəklərdə və torpaq sahəsində qurudulmuş marixuana əkdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə yazı masasının üzərində olan sarı rəngli qutuda 4 ədəd kağız bükülü və bir ədəd şəffaf rəngli sellofanda çətənə toxumlarına oxşar toxum aşkar olunmuşdur. Həmin 4 ədəd kağız bükülülər açıldıqda hər birinin içində spesifik iyə malik yaşılımtıl rəngli kütlələr aşkar olunmuşdur. Aşkar edilmiş 4 ədəd kağız bükülü elektron tərəzidə çəkildikdən sonra ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Sonra polis əməkdaşları evin yardımçı otağına baxış keçirən zaman yorğan döşəyin arasında bir ədəd içərisində yaşılımtıl rəngli kütlə olan sellofan torba və yarıdımçı otaqda yerdə 10 ədəd dibçəklərdə müxtəlif ölçüdə çətənə koluna oxşar bitkilər aşkar olunmuşdur. Həmin bitkilər bir bir kökündən çıxarılmaqla sayılmış və 12 ədəd çətənə bitkisinin olduğu müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşlarına yaşadığı evin həyətində toppaq sahədədə çətənə bitkisi əkdiyini bildirmiş və birlikdə evin arxa tərəfində olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsində olan bir ədəd dibçəkdə çətənə koluna oxşar bitki, həmçinin torpaq sahəsində soğan bitkisinin yanında yerdə 2 ədəd çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Həmin çətənə bitkiləri elektron tərəzidə çəkilərək ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Qeyd olunan əməlləri törətdiyi üçün barəsində Quba rayon polis şöbəsində cinayət işi açılmışdır. Barəsində olan cinayət işi yekunlaşmadan o, anası ilə ünvan 4 ünvanında kirayə haqqını ödəyə bilmədiyi üçün oranı tərk edərək, Quba şəhəri SMU 12 ünvanına köçmüşdür. Bir qədər yaşadığı evdə müalicə alsa da, ağrıları keçmədiyindən yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 18 avqust 2021ci il tarixdə Xaçmaz rayonuna dayısının yaşadığı evə gedərkən stansiya adlanan ərazidə yerdən siqaret kağızına bükülmüş 03 ədəd içərisində narkotik vasitələrə oxşar maddə olan bükülülər və 1 ədəd həb tapmış və evdə narkotik vasitələri qonaq otağındakı qara rəngli dolabın birinci siyirməsində qırmızı rəngli parça örtüklü qızıl zinət əşyalarının qoyulduğu mücrünün içinə qoymuşdur. Həmin gün narkotik vasitələrdən istifadə etməyə çalışsa da, şprisdə hazırladığı məhlul qanı ilə qarışaraq yararsız hala düşdüyündən kifayət qədər istifadə edə bilməmişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Quba şəhəri SMU-12 ünvanında yerləşən yaşadığı evə polis əməkdaşları gələrək narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğu üçün yaşadığı evə baxış keçirəcəklərini bildirmişdirlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlara öz razılığını bildirmişdir. Sonra polis əməkdaşları ona müdafiəçi təqdim edərək vəkilin iştirakı ilə və videoçəkiliş aparmaqla yaşadığı evdə qanunla istifadəsi və saxlanması qadağan olunmuş hər hansı əşyaların olub-olmadığını soruşmuşdurlar. O da qonaq otağında qara rəngli mebel dolabın birinci siyirməsində qırmızı rəngli parça örtüklü qızıl zinət əşyalarının qoyulduğu mücrünün içindən 3 ədəd qırmızı və sarı siqaret kağızı bükümündə toz və kristal şəkilli kütlələri, 1 ədəd metadon həbini, 1 ədəd istifadə olunmuş və içində onun qanı ilə qarışmış qatı, tünd rəngli məhlul olan 1 ml tutumlu “Braun” birdəfəlik tibbi şpritsi polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qırmızı rəngli bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, digər qırmızı və sarı rəngli bükümlərin içindən isə heroinə bənzər maddə aşkar olunmuşdur. Şprisin içindəki qatı məhlulun bir hissəsini bir gün əvvə istifadə etmiş, bir hissəsini isə şprisin içərisində saxlamışdır. Həmin siyirmədə həmçinin 1 ədəd onun tərəfindən hazırlanmış şüşədən olan narkotik vasitənin qəbulu üçün istifadə edilən əşya da aşkarlanmışdır. Digər otaqlara baxış zamanı dəhlizdə mebel şkafın aynasının arxasında 5 ədəd “Braun” 1 ml tutumlu istifadə olunmuş birdəfəlik şprislər də aşkarlanmışdır. Onları təxminən 1 həftə əvvəl istifadə etmişdir. Evində başqa dövriyyəsi qanunla qadağan edilmiş maddə, əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan qırmızı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükülü, içərisində narkotik vasitə olan qırmızı və sarı rəngli siqaret kağızlarına bükülmüş 02 ədəd bükülü, 01 ədəd metadon həbi və şprislər kağız zərflərə bükülərək qablaşdırılmış, o və vəkili həmin zərfləri imzalamışdır. Videoçəkiliş zamanı 03 ədəd kağız bükülüdə olan narkotik vasitələri və 01 ədəd həbi Xaçmaz şəhərində yaşayan Elmar adlı şəxsdən aldığını bildirmişdir. Buna səbəb məsuliyyətdən yaxa qurtara biləcəyini düşünməyi olmuşdur, lakin o Elmar adlı şəxs tanımır. Həmin narkotik vasitələri 18 avqust 2021-ci il tarixdə Xaçmaz şəhərində olarkən stansiya adalanan ərazidə küçədə yerdən tapmışdır. Evindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə edərək evində saxlamış, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olsa da, hazırda sadəcə özü istifadə etmiş, əldə etdiyi narkotik vasitələri bükümlərə ayırmamış, bükümləri ayrı-ayrılıqda tapmış, onları tapdığı vəziyyətdə olduğu kimi yaşadığı evə gətirərək saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Quba rayonu, Vəl-vələ kəndində yerləşən Daş-Çınqıl karxanasında aşbaz işləyir. X2 onun doğma oğludur. Maddi imkanı pis olduğundan Zaurun doğulması ilə əlaqədar heç bir sənəd düzəldə bilməmişdir. Zaur heç vaxt məktəbə getməsə də, o Zaura evdə latın dilində yazıb oxumağı öyrətmişdir. İşlədiyi üçün Zaura çox diqqət ayıra bilmədiyindən Zaur narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, Quba şəhər sakinləri Şahid3 və Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaları barədə cinayət işinin araşdırması zamanı Şahid4 onun üzərindən aşkar olunmuş 3 büküm marixuananı 30 manat müqabilində tanışı Quba rayon sakinini Zaur adlı şəxsdən aldığını etiraf etmişdir. Şahid4 narkotik vasitəni aldığı Zaur adlı şəxsin Quba şəhərində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunduğundan Təqsirləndirilən şəxs ətrafında əməliyyat qrupunun üzvləri tərəfindən əməliyyat tədbirləri keçirilmiş və bu tədbirlər nəticəsində xx.xx.2020-ci il tarixdə saat 19:20-radələrində narkotik vasitə əkib becərməkdə və satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Quba şəhəri Fətəlixan küçəsində yerləşən yaşadığı evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə baxış keçirilərkən onun əynində olan qara boz rəngli idman gödəkçəsinin sol yan cibindən iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü aşkar edilmişdir. Aşkar edilmiş bükülülər açıldıqda içində yaşılımtıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdə nə olduğu və haradan əldə etdiyi soruşulduqda Zaur etiraf etmişdir ki, həmin bükümlərdə olan kütlə narotik vasitə qurudulmuş marixuanadır, marixuananı yaşadığı evdə əkib becərir. Bundan sonra, Zaurun üzərindən aşkar edilmiş iki büküm içərisində qurudulmuş marixuanaya bənzərkütlə elektron tərəzidə çəkildikdən sonra ağ zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, əməliyyat qrupunun üzvləri dəvət olunmuş aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətinə baxış keçirmişlər Baxış zamanı evin qonaq otağındakı yazı masasının üzərindən 4 ədəd kağız bükümlərdə içərisində ota bənzər yaşılımtıl kütlələr aşkar etmişlər. Qeyd olunan kütlələr elektron tərəzidə çəkildikdə onların ümumi çəkisi 1,69 qram təşkil etmiş, daha sonra 1 ədəd selofon torbada bitki toxumları aşkar edilmişdir. Bundan sonra həmin kütlələr tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Evin yardımçı otağının qapısı açıldıqda yerdə 10 ədəd içində kiçik şitillər olan dipçəklər aşkar edilmiş, bundan sonra həmin otağın qapısının yuxarı hissəsindən politilien torbada ota bənzər kütlə aşkar edilmişdir. Daha sonra başqa narkotik vasitənin olub-olmaması barədə Təqsirləndirilən şəxs soruşduqda o, həyətdə də, çətənə toxumu əkib becərdiyini etiraf etmişdir. Evin həyətinə keçməmişdən əvvəl yardımçı otaqdan aşkar edilmiş şitilləri aqranoma göstərərək həmin şitillərin nə olduğunu soruşmuş və aqranom da həmin şitillərə aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisinin şitilləri olduğunu bildirdirmişdir. Həmin çətənə bitkiləri bir-bir dipçəklərdən çıxarılaraq kənara qoyulmuş, dipçəklərin birində 3 ədəd şitil olduğundan qeyd olunan şitillər sayıldıqda ümumi sayı 12 ədəd təşkil etmiş, şitillər tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin yardımçı otaqdan politilien torbada aşkar edilmiş kütlə tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi, 249,16 qram təşkil etmiş, aşkar edilmiş şitillər isə elektron tərəzidə çəkildikdə çəkiləri 7,92 qram təşkil etmişdir. Daha sonra politilien torba tərəfindən nisbətən böyük ağ zərfə qoyularaq qablaşdırılmış, sonra evin həyətinə baxış keçirilən zaman evin həyətində yerdə bir ədəd dipçəkdə 1 ədəd, yerdə isə əkilmiş vəziyyətdə olan 2 ədəd çətənə bitkisinə oxşar şitillər aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının şitillərin sayı ilə bağlı olan ziddiyyətlə əlaqədar, ola bilsin ki, qeyd olunan şitillər tərəfindən qablaşdırılan zaman şitillərdən birinin kökü deyil yalnız yarpağını kağız zərfə qoymuş və ya qablaşdırılma zamanı şitillərdən biri itmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş içində 4 ədəd yaşılımtıl rəngli kütləni götürən zaman ola bilsin ki, həmin kütlələrdən biri hadisə yerində açılıb baxıldıqdan sonra qablaşdırılan zaman yerə dağılmışdır. Keçirilmiş bütün istintaq hərkətlərini video kameraya çəkən şəxs RPŞ-nin baş inspektor kriminalisti Fuad İslamovun özü olduğundan görüntülərdə əks olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 ifadəsində bildirmişdir ki, 19 avqust 2021-ci il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib yaşadığı evdə saxlaması və istifadə etməsi barədə Qub arayon polis şöbsəinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri Quba rayon vəkil bürosunun vəkili Müdafiəçilə birlikdə həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri SMU12 ünvanına baxış keçirmək məqsədilə həmin ünvana getmişlər. Baş X1 qapını döydükdə Təqsirləndirilən şəxs qapını açmışdır. Təhqiqatçı özünü və iştirakçıları təqdim edərək Zaura yaşadığı evdə narkotik vasitələr istifadə etməsində və saxlamasında şübhəli olduğundan evə baxış keçiriləcəyini bildirərək buna etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını qeyd etmiş və baş təhqiqatçı ilə birlikdə onlar evə daxil olmuşlar. X1 Təqsirləndirilən şəxs evdə narkotik vasitə olub-olmamasını soruşduqa, Təqsirləndirilən şəxs evdə narkotik vasitə saxladığını etiraf etmiş və evin qonaq otağında sağ küncdə qoyulmuş qara rəngli şüşə mebel dolabın birinci siyirməsində qırmızı rəngli parça örtüklü qızıl zinət əşyalarının qoyulduğu mücrünü təqdim etmişdir. Zaurun təqdim etdiyi mücrü açdıqda mücrünün içindən 2 ədəd qırmızı, bir ədəd sarı siqaret kağızı bükümündə toz və kristal şəkilli kütlələr, 1 ədəd metadon həbi, 1 ədəd istifadə olunmuş və içərisində qana bənzər kütlə ilə qarışmış maye, tünd rəngli məhlul olan 1 ml tutumlu “Braun” birdəfəlik tibbi şprisi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ədəd bukümün içərisində psixotrop maddə metamfetamin, iki ədəd bükümlərin içərisində narkotik vasitə heroin, şprisin içindəki maye heroin məhluludur. Hazırladığını həmin məhlulu istifadə edərkən onun qanı ilə qarışmışdır. Həmin siyirmədə həmçinin 1 ədəd Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış şüşədən olan narkotik vasitənin qəbulu üçün istifadə edilən əşya da aşkarlanmışdır. Digər otaqlara baxış zamanı dəhlizdə mebel şkafın aynasının arxasında 5 ədəd “Braun” 1 ml tutumlu istifadə olunmuş birdəfəlik şprislər də aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin şprisləri təxminən 1 həftə əvvəl istifadə etdiyini bildirmişdir. Evin digər otaqlarına da baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş maddə, əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş içərisində ağ kristalşəkilli maddə olan qırmızı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükülü, içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan qırmızı və sarı rəngli siqaret kağızlarına bükülmüş 02 ədəd bükülü, 01 ədəd həb və şpritslər baş təhqiqatçı tərəfindən kağız zərflərə bükülərək qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkili həmin zərfləri imzalamış, Təqsirləndirilən şəxs 03 ədəd kağız bükülüdə olan narkotik vasitələri və 01 ədəd həbi Xaçmaz şəhərində yaşayan Elmar adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid4 elan edilmiş ifadəsindən göründüyü kimi o, iki ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuandan istifadə edir. 2019-cu ilin dekabr ayında Quba şəhərində yerləşən Şahdağ otelində qəlyançı işləyərkən otelin çayxanasına müştəri kimi gələn Quba şəhəri sakini Şahid3 ilə tanış olmuşdur. Ümidlə aralarında dostluq münasibəti yarandığı üçün narkotik vasitə olan qurudulmuş marixuandan istifadə etdiyini ona etiraf etmişdir. Həmin vaxt Ümiddə ara bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsini ona bildirmişdir. Quba şəhər sakini Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə əvvəl Quba şəhərində olan çay evlərinin birində masa xidmətçisi işləmişdir. Həmin vaxtdan onların arasında səmimi münasibət yaranmışdır. Münasibətləri yaxın olduğu üçün Zaurunda narkotik vasitə olan marixuanadan istifadə etdiyini bilmişdir. Bu barədə Zaur özü ona demiş və qurudulmuş marixuana lazım olduğu təqdirdə təşkil edə biləcəyini ona bildirmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında qurudulmuş marixuana almaq üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Bundan sonra həmin günü saat 12 radələrində Zaurun yaşadığı evə gedib ondan hər bükümü 10 manat olmaqla 30 manat verib 3 büküm qurudulmuş marixuana almışdır. Aldığı bükümlərin birinin üstündən az bir miqdarda marixuana götürüb istifadə etmiş, 2 ədəd bükümə isə əl vurmayaraq üzərində gəzdirmişdir. xx.xx.2020-ci il tarixdə günorta satlarında Şahid3 ona zəng vuraraq çəkmək üçün ondan narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Ümidə təxminən yarım saata qurudulmuş marixuana tapa biləcəyini bildirib yarım saat sonra, Ümidə zəng vuraraq qurudulmuş marixuana tapdığını bildirmişdir. Bundan sonra, onlar həmin gün saat 14 radələrində onun yaşadığı Quba şəhəri Əziz Əliyev küçəsində yaşadığı evin yaxınlığında görüşmüşlər. Həmin vaxt o, Ümidə bir ədəd şəffaf rəngli sellofanın içərisində iki ədəd kağız bükülüdə saxladığı qurudulmuş marixuananı 20 manat pul müqabilində satmışdır. Özündə qalan bir bükümünü isə gələcəkdə istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan “Magna” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Ümid ondan bir ədəd şəffaf rəngli sellofanın içində iki ədəd kağız bükülülərdə olan nəşəni aldıqdan sonra ondan ayrılıb çıxıb getmişdir. Təxminən 1 saat sonra o, yaşadığı evin yaxınlığında Əziz Əliyev küçəsində gəzişərkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu üçün saxlanıldığını bildirmişlər. Sonra hüququları müdafiə olunması üçün ona vəkil təqdim olunmuşdur. Bundan sonra, üzərinə baxış keçiriləcəyi ona bildirilmişdir. Baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd 20 manatliq pul əskinazını və bir ədəd “Nokia” markalı mobil telefonu sol yan cibindən isə bir qutu Magna markalı siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Magna markalı siqaret qutusu açıldıqda içərisində bir ədəd şəffaf rəngli sellofanda saxladığı bir ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin bükülü polis əməkdaşları tərəfindən açıldıqda içərisində yaşılımtıl rəngli spesifik iyə malik kütlə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən kağız bükülüdə nə olduğu soruşulduğu zaman o, etiraf edərək həmin kağız bükülünün içində olan kütlənin qurudulmuş marixuana olduğunu demişdir. Aşkar edilmiş kağız bükümdəki kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. O, və vəkili də, zərfin və protokolun üzərindəki soyadının qarşısından imza etmişdir. Sonra polis əməkdaşları araşdırmanın davam etdirilməsi üçün onu Quba RPŞ-nə aparmışlar. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 01 may 2020-ci il tarixli, 7/178 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət Şahid3 üzərindən..” yazıları və imzalar olan kağız paketdəki siqaret sellofanının içərisində 2 ədəd gümüşü və ağ rəngli i kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,280 qram, 0,231 qram olan bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,511 qramdır. -Tədqiqata təqdim edilmiş üzərində “Vət Şahid4 üzərindən..” yazıları və imzalar olan kağız paketdəki siqaret sellofanın içərisində 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,576 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evdə..” yazıları və imzalar olan kağız paketi açdıqda içərisində 3 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,354 qram, 0,173 qram, 0,317 qram olan bitki mənşəli kütlələlər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,844 qramdır. Həmin paketdə 1 ədəd şəffaf sellofanda ümumi çəkisi-1,019 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir. Təqdim olunmuş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 2 ədəd gümüşü rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,671 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkibinə görə eynidirlər. -Tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evdə dibçəkdə...” yazıları və imzalar olan kağız paketdəki sayı 9 ədəd nəm vəziyyətdə ümumi çəkisi-1,376 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Həmin kağız paketdə sayı üç ədəd olan bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evin...” yazıları və imzalar olan kağız paketdəki sayı 2 ədəd nəm vəziyyətdə ümumi çəkisi 0,291 qram olan bitki şitilləri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Cinayət işi materialına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X3 Mərkəzinin mütəxəssis aqronomu tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 30 aprel 2020-ci il tarixdə ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin köməkçi otağında on iki ədəd müxtəlif qablarda və müxtəlif ölçüdə olan narkotik xassəli bitkiyə oxşar bitki aşkarlandı. Həmin bitkilərə yaxından baxış keçirilərkən onlara aqrotexniki qulluq edilərək becərilmiş marixuana bitkisi olduğu məlum oldu. Təqsirləndirilən şəxs iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirilən zaman bir ədəd dibçəkdə və iki ədəd soğan bitkisi əkilmiş ləkin arasında narkotik xassəli bitki olan marixuana bitkisi aşkarlandı. Həmin bitkilərə də, aqrotexniki qulluq edilərək yetişdirilmişdir. Cinayət işi materialına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 15 may 2020-ci il tarixli, 7/206 nömrəli rəyindən görünür ki, aqronomun (mütəxəssisin) rəyinə əsasən çətənə (kannabis) bitkisinin şitillərinə və cücərmə fazasında olan bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materialına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 20 avqust 2021-ci il tarixli 6/3617 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №67” möhür əksi olan 5(beş) ədəd zərfdə təqdim edilmiş, “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki 2(iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,083 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,191 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. 1(bir) ədəd konvalyutdakı üzərində “F/M40” yazısı həkk olunmuş 1 (bir) ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon , təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir, 1(bir) ədəd 1 ml-lik şprisdəki 0,3 ml həcmində tünd qəhvəyi rəngli qatılaşmış məhlul kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,024 qramdır 5 ədəd şprisdən 3 ədədində heroinin izləri aşkar edildi, 2 ədəd şprisdə isə narkotik və psixotrop maddələrə məxsus izlər yoxdur. Bir ədəd ampulda heroinin izləri vardır. Həmin 3 ədəd şprisdə və ampulda heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Vət. Təqsirləndirilən şəxs götürülmüş kağız bükümdəki heroinlər kimyəvi tərkibinə görə eynidirlər. Şprisdə olan heroin məhlul şəklində olduğu üçün, bükümdəki heroinlərlə eynitərkibli olubolmamasını müəyyən etmək mümkün olmadı. Heroinin ümumi təmiz çəkisi 0,107 qram təşkil edir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan qadağan edilən psixotrop maddələr”in peraparatı “Azərbaycan Respublikasının narkotik vasitələr”in İİ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi 0,083 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,043 qram, metamfetaminin təmiz çəkisi 0,191 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,141 qram, şprisdə 0,3 ml, 0,1 ml sərf edildi, qalıq 0,2 ml, 1 həbdən ½ həb hissəsi sərf edildi, qalıq ½ həbin hissəsi. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 3463 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə ambulator psixiatrik ekspertizasının 05 avqust 2020-ci il tarixli, 1024 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal hazır ki, psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla və satmaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi öz ifadələri ilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-bioloji, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə ambulator psixiatrik ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci, 234.2-ci və 237.1-ci maddələrilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli arayışdan və arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs Cavad oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşman olmasını, cinayət qanunu ilə qadağan olunmuş törətdiyi əməlini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs Cavad oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Cavad oğlunun təqsirləndiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon Məhkəməsinin 02 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs etmənin əvvəli 30 aprel 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarında olan qərardan görünür ki, ev dustaqlığı qətimkn tədbirinin müddəti bitdiyi üçün Təqsirləndirilən şəxs Cavad oğlunun barəsində 30 sentyabr 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiaalrında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cavad oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cavad oğlunun barəsində xx.xx.2021-ci il tarixədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir.Həmin Məcəllənin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs Cavd oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 05 (beş) ay müddət, habelə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, cəmi 05 (beş) ay 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 182 manat 92 qəpik Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddii sübut olan 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,694 qram, 0,933 qram və 239,95 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana, 0,999 qram çəkidə çətənə toxumu, 1,196 qram və 0,251 qram çəkilərdə çətənə şitilləri, həmçinin 0,043 qram narkotik vasitə heroin, 0,141 qram psixotrop maddə metamfetamin, metadon həbinin qalıq 1/2 həb hissəsi, 0,3 ml həcmində heroin məhlulu və həmin məhlulda təmiz çəkisi 0,024 qram heroin olan 1 (bir) ədəd 1 ml-lik şpris, 5 (beş) ədəd istifadə olunmuş şprislər və 1 (bir) ədəd ampul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 05 (beş) ay müddət, habelə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, cəmi 05 (beş) ay 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 182 manat 92 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddii sübut olan 3 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Quba RPŞdə saxlanılan maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,694 qram, 0,933 qram və 239,95 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana, 0,999 qram çəkidə çətənə toxumu, 1,196 qram və 0,251 qram çəkilərdə çətənə şitilləri, həmçinin 0,043 qram narkotik vasitə heroin, 0,141 qram psixotrop maddə metamfetamin, metadon həbinin qalıq 1/2 hissəsi, 0,3 ml həcmində heroin məhlulu və həmin məhlulda təmiz çəkisi 0,024 qram heroin olan 1 (bir) ədəd 1 mllik şpris, 5 (beş) ədəd istifadə olunmuş şprislər və 1 (bir) ədəd ampul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar