Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-83/2024 14.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Quba rayonu, Amsar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 07 radələrində “Bakı-Quba-Rusiya” avtomobil yolunun 167-ci kilometrliyində, yolun Quba şəhəri ərazisindən keçən hissəsində AC 459330 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Vaz 217130” markalı, K523PH05 rus qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Mirzəməmmədkənd kəndi istiqamətindən Quba şəhəri, Vaqif küçəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə qarşıdan gələn avtomobillərin gözünü qamaşdırdığı zaman qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək piyada X5 ehtiyatsızlıqdan vuraraq sonuncunun başın sağ təpə-alın nahiyyəsində, üzündə, sol dirsəkdə və sağ əlin üzərində əzilmiş-cırılmış yaralar, bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində geniş qansızma, geniş epidural, subdural, subaraxnoidal qansızma, yumşaq beyin qişası üzərinə, baş beyin toxumasına və beyin mədəciklərinə qansızma, alın, təpə, sağ gicgah sümüklərinin, üz skeleti sümüklərinin açıq sınıqları, sol dirsək sümüyünün açıq sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli ağır zərər vurmaya aid xəsarətlər alması ilə başın küt travmasından kəllə qapağı sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızmadan zərərçəkmiş şəxsin ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Quba rayonu, Amsar kəndində qeydiyyatda olsa da ünvan 1 ünvanında anası və arvadı ilə birlikdə yaşayır. Etibarnamə əsasında “BC” dərəcəli sürücülük vəsiqəsi ilə 2009-cu il buraxılışlı, ağ rəngli, “VAZ 217130” markalı, K523PH05 rus qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 08 yanvar 2024-cü il tarixdə, saat 07 radələrində idarə etdiyi həmin avtomobillə Quba rayonu, Mirzəməmmədkənd kəndi tərəfdən Quba şəhəri, Vaqif küçəsi istiqamətində “Bakı-Quba-Rusiya” avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsi ilə 40 km/saat sürətlə hərəkətdə olduğu zaman qarşıdan gələn bir neçə avtomobilin işıqları, ələxsusta qarşıda gələn “Tir” modelli yük avtomobilinin iri qamaşdırıcı işıqları gözünə düşmüş və qarşısındakı yolu görə bilməmişdir, 2 metr məsafədə qarşısında yolun ortasında üzü ona tərəf dayanıb baxan sonradan adını bildiyi X5 görmüş və avtomobil hərəkətdə olduğundan hadisənin qarşısını almağa texniki imkanı olmamış, avtomobilinin qabağı Rafiq Məmmədova dəymişdir. Piyada yuvarlanaraq avtomobilinin ön şüşəsinə dəyib sonra da yuvarlanıb yolun sol tərəfinə düşmüşdür. O, əyləc pedalını basıb sıxaraq avtomobilini yolun sağına çəkib saxlamış və aşağı düşərək yerə yıxılmış piyadaya tərəf qaçıb hərəkət etməyə gücü olmadığı üçün onu tutub sürüyərək yolun sağ tərəfinə çəkmişdir ki, yoldan ötən avtomobillər onu vurmasın. Həmin vaxt bir nəfər yoldan avtomobili ilə ötən tanımadığı bir sürücü də saxlayıb ona köməyə gəlmişdir. O, təcili tibbi yardım çağırmışdır. Lakin təcili tibbi yardımın gecikdiyini görüb vurduğu piyadanı köməyə gəlmiş həmin sürücü kişinin köməkliyi ilə öz avtomobilində xəstəxanaya aparmışdır. Həmin gün piyada aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Avtomobilində texniki nasazlıq olmamışdır. Hadisə vaxtı ayıq olmuş, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Piyada sərxoş olmasını hiss etmişdir. Hadisə vaxtı səhhətində hər hansı narahatçılıq olmamışdır. Piyadanı yalnız vurmağına 2 metr qalmış görmüşdür. Lakin məsafə az olduğundan və avtomobili də hərəkətdə olduğundan piyadanı vurmaqdan yayınmaq üçün hər hansı bir hərəkət edə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, hadisənin baş verdiyi yol sahəsi hər hansı bir üsulla işıqlandırılmayaraq tam qaranlıq olduğundan, avtomobili yaxın işıqları qoşaraq idarə etdiyindən və eyni zamanda həmin vaxt qarşıdan gələn avtomobilin işıqları da gözünə düşdüyündən vurduğu piyadanı əvvəlcədən görə bilməmişdir. Həmin vaxt avtomobildə tək olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxs X5 öz xəstəxanaya çatdırmışdır. Zərərçəkmiş şəxs hadisədən dərhal sonra deyil, xəstəxanada ölmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyi və sonuncunun ona qarşı hər-hansı bir şikayət və tələblərinin olmamasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, atası X8 təqaüdçü olmuş, heç yerdə işləməmişdir. Mərhum atası Rafiq Məmmədov fiziki cəhətdən sağlam olmuşdur. 07 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində atası Rafiq Məmmədov öz yatağına girib yatmış, 08 yanvar 2024-cü il tarixdə, saat 06 radələrində yuxudan qalxıb atasının yatdığı otağa baxdıqda, atasının otaqda olmadığını görmüşdür. Saat 07:30 radələrində xəstəxanadan ona zəng edib atasının avtomobil vurduğunu, vəziyyətinin ağır olması barədə məlumat verilmişdir. Xəbəri aldıqdan sonar o, xəstəxanaya getmiş, atası ağır yaralı olmasını, danışa bilmədiyi üçün evdən niyə çıxdığını öyrənə bilməmişdir. Xəstəxanada həmkəndlisi Təqsirləndirilən şəxs görmüş və öyrənmişdir ki, sonuncu atası Rafiqi Quba şəhəri təzə avtovazğal yolunda idarə etdiyi avtomobili ilə yolun içində vurmuşdur. Həmin gün axşam saat 18:50-də atası Rafiq Məmmədov aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Sürücü Təqsirləndirilən şəxs ilə ailəsi arasında hər hansı düşmənçilik və ədavət olmamışdır. İfadəsinin sonuda X12 Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, eyni zamanda məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq, növbəti iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2024-cü il tarixdə, saat 07:30 radələrində babası X5 avtomobil vurması barədə xəstəxanadan dayısı Əli Məmmədova daxil olmuş telefon zəngi ilə əlaqədar dayısı ilə birlikdə Quba rayon xəstəxanasına getdikdə, X16u xəstəxana otağında həkim tərəfindən yardım edilən vəziyyətdə görmüşlər. X16 həmin vaxt sağ olmuş, lakin danışa bilməmişdir. Orada Təqsirləndirilən şəxs da görmüşlər. Təqsirləndirilən şəxs onlara X17 şəhəri ərazisində idarə etdiyi avtomobili ilə vurub və özü də xəstəxanaya gətirdiyini bildirmişdir. X16 isə aldığı xəsarətlərdən sonradan xəstəxanada ölmüşdür. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, 07 yanvar 2024-cü il tarixdə, saat 21:00-dan 08 yanvar 2024-cü il tarixdə saat 09:00-a kimi Quba rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsində növbətçi həkim olmuşdur. 08 yanvar 2024-cü il tarixdə, saat 07:20 radəsində xəstəxanaya şəxsi avtomobili ilə bir nəfər 35-40 yaşlarında tanımadığı oğlan üzündə xəsarət izləri olan qoca bir kişini gətirmiş və Quba şəhəri ərazisində avtomobili ilə vurduğunu demişdir. Həmin oğlanın gətirdiyi Quba rayon Amsar kənd sakini X1 otağına yerləşdirib tibbi yardım göstərmişlər. X15 bədənində çoxsaylı xəsarətlər olmuşdur. Sağ olsa da, sualları cavablandıra bilməmişdir. Rafiq Məmmədov barədə qohumlarına məlumat vermiş və saat 09:00-da növbəsini təhvil verib getmişdir. Şahid X2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Quba RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir, polis baş serjantıdır. Quba rayonu, Amsar kənd sakini olmaqla Quba şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs rus nömrəsi ilə ağ rəngli “Priora” markalı, furqon tipli avtomobil idarə edir. 08 yanvar 2024-cü il tarixdə saat 07 radələrində gecə növbəsində xidmət etdiyi zaman Vüqar ona zəng vuraraq Quba rayonu, Mirzəməmmədkənd kəndindən Quba şəhəri, Vaqif küçəsinə gələn Bakı-Quba- Rusiya yolunda avtomobili ilə piyada vurduğunu, piyadanın vəziyyətinin ağır olmasını bildirmişdir. O, Vüqara vurduğu piyadanı yaxınlıqdakı Diaqnostika xəstəxanasına aparmasını demiş və özü polis şöbəsinin növbətçi hissəsinə şifahi məlumat vermişdir. Bir qədər sonra Vüqarla əlaqə saxladıqda sonuncu vurduğu piyadanın xəstəxanaya çatdırdığını, polis əməkdaşların da gəldiyini bildirmişdir. Polis şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxladıqda xəstəxanadan piyadanın vurulması ilə bağlı məlumat daxil olduğunu öyrənmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 08 yanvar 2024-cü il tarixli 01 nömrəli rəyindən görünür ki, mərhum X4 meyitinin xarici müayinəsi zamanı başın sağ təpə-alın nahiyyəsində, üzündə, sol dirsəkdə və sağ əlin üzərində əzilmiş-cırılmış yaralar, bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində geniş qansızma, geniş epidural, subdural, subaraxnoidal qansızma, yumşaq beyin qişası üzərinə, baş beyin toxumasına və beyin mədəciklərinə qansızma, alın, təpə, sağ gicgah sümüklərinin, üz skeleti sümüklərinin açıq sınıqları, sol dirsək sümüyünün açıq sınığı aşkar edilmişdir ki, bunlar da küt əşyanın təsirindən törənməklə həyati olub ölümündən əvvəlki vaxtda yetirilməyə uyğundur, canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Aşkar olunan xəsarətlər avtomaşınla vurulma nəticəsində əmələ gələ bilər. R.Ə.Məmmədovun meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Mərhum R.Ə.Məmmədovun ölümünə səbəb baş vermiş avtoqəza zamanı başın küt travmasından kəllə qapağı sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm 08 yanvar 2024-cü il tarixdə, saat 18:15-də xəstəxanada baş vermişdir, meyitin təşrihi zamanı ölümün həmin vaxtda baş verməsi inkar olunmamışdır. İş üzrə təyin edilib keçirilmiş və məhəkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 26 fevral 2024-cü il tarixli, 8/320 nömrəli rəyindən görünür ki, “VAZ 217130” markalı K523PH05 rus qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Quba RPŞ-nin DYPB tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs AC 459330 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum olunmamışdır. İş materiallarında olan AC 459330 nömrəli xx.xx.2024-cü il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan alkoqolun miqdarının ölçülməsi qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman spirtli içki qəbul etməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb və məhkəməyol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 145 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Amsar kəndində qeydiyyatdadır, ailəlidir, hazırda ünvan 1 ünvanında yaşayır. Onun anası xx.xx.1965-ci il təvəllüdlü X6 və həyat yoldaşı – xx.xx.1984-cü il təvəllüdlü X7 ibarət ailə tərkibi vardır. İş materialında olan tibbi-sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin anası X6 xəstəliklə bağlı ikinci dərəcəli əlildir. İş materialında olan tibbi sənədlərdən görünür ki, təqsirləndirilən şəxsin anası X6 onkoloji xəstəlikdən əziyyət çəkir. İş materialında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 146 saylı xasiyyətnaməsindən görünüür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X10 notarial təsdiqli ərizəsindən və məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində xəstəlikdən əziyyət çəkən anasının olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi subutun, müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-83/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-83/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver