Məhkəmə qərarları › İş №1(027)-84/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-84/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-84/2020 12.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı X3, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, xx.xx.1979-cu ildə Quba rayonu, Xucbala kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olan və yaşayan, əvvəllər xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasının 29; 120.2.4-cü maddəsi ilə məhkum olunmuşdur - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat təxminən 16 radələrində Quba rayonu, Xucbala kəndi ərazisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən yumruqla, əlinin iç hissəsi ilə üz və baş nahiyəsinə vuraraq yerə yıxmış, yerə yıxıldıqdan sonra təpiklə isə qarın nahiyəsindən bir neçə dəfə vuraraq ona az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, yaşadığı Quba rayon Xucbala kəndində valideyinlərinə məxsus 15 sot əkin sahəsi, pay torpağı var. Həmin sahədə onlar arpa əkmişlər. Həmkəndlisi Məhsim və onun qardaşı Rahib adlı şəxslər şəxsi təsərüffatlarında 15 baş iribuynuzlu mal qara saxlayırlar. Məhsim mütəmadi olaraq öz mal-qaralarını əkin yerinə salaraq ona maddi ziyan vurur. O, Zərərçəkmiş şəxs dəfələrlə mal-qaralarını onların sahəsinə salmamağını bildirmiş, lakin Məhsim onun sözlərinə məhəl qoymamışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Quba rayon Xucbala kəndində yeznəsi Şahid2 əkin yerinə Məhsimin mal qarasının ziyan vurmasını görmüş, bu barədə yeznəsi Şahid2 məlumat vermişdir. Həmin vaxt aralarında müahisə düşmüşdür. O, Məhsimi əli ilə itələmiş və sağ əlinin iç hissəsi ilə Məhsimin üz nahiyəsinə vurmuşdur. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını qeyd edərək cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, əvvələr Təqsirləndirilən şəxslə heyvanların otlaq sahəsinə keçməsi səbəbindən mübahisələri olmuşdur. xx.xx.2020-ci il tarixdə O Ramini görən vaxt Ramin yenidədən ona qarşı nalayiq ifadələr işlətmiş və aralarında mübahisə düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onun üz və baş nahiyəsindən yumruqla və əlinin iç hissəsi ilə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını qeyd edərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunmuş və tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 648 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası, rentqenoloji müayinənin cavabı və tibbi sənəddəki məlumatlar əsasında onun bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə-ənsə nahiyəsində hematoma, üst dodaqda solda qançır, boyunda solda sıyrıq, sol qabırğa qövsü üzərində qançır, sol tərəfdən 9-cu qabırğanın yerini dəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2004-cü il tarixdə ACDİÜ Azərbaycan Respublikasının Məhkəməsinin Azərbaycan Respublikasının CM-nin 29;120.2.4; 29,120.2.7; 126.2.3; 126.2.4; 127.2.2; 127.2.3; 66.3 -cü maddələri ilə həbs olunmuş, xx.xx.2012-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin Qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Sınaq müddəti xx.xx.2013-cü ildə bitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Quba rayonu, Xucbala kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla vuararaq sonuncuya - baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə-ənsə nahiyəsində hematoma, üst dodaqda solda qançır, boyunda solda sıyrıq, sol qabırğa qövsü üzərində qançır, sol tərəfdən 9-cu qabırğanın yerini dəyişən sınığı ilə nəticədənən qəsədən sağlamlıqda uzun müddət pozğunluq törədən xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Lakin məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Çünki hazırkı cinayət təqibi üzrə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını və ona qarşı heç bir tələb və şikayəti olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs də iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqbinə xitam verilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə xərcinin, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə xərcinin, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar