Məhkəmə qərarları › İş №1(027)-84/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-84/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-84/2022 07.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15.05.2015-ci il tarixdən 05.11.2018-ci ilədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 15.05.2015-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, həmin tarixli əmək müqaviləsi, vəzifə təlimatı və terminalın təhkim əmrinə əsasən satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında Zərərçəkmiş şəxs MMC tərəfindən ona təhkim olunmuş 882 nömrəli terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə və vaxtında şirkətin xəzinəsinə ödəmək, habelə digər səlahiyyətlərə malik tam maddi-məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə 01.01.2018-ci il tarixə mal qalığının dəyəri 41921,21 (qırx bir min doqquz iyirmi bir manat iyirmi bir qəpik) manat olmasına baxmayaraq MMC tərəfindən ona təhkim olunmuş 882 nömrəli terminal ilə yazdığı 0FS1.40109.0734 nömrəli, 0FS1.40109.0735 nömrəli, 0FS1.40109.0739 nömrəli, 0FS1.40109.0741 nömrəli, 0FS1.40109.0729 nömrəli, 0FS1.40109.0737 nömrəli, 0FS1.40109.0732 nömrəli, 0FS1.40109.0743 nömrəli, 0FS1.40109.0740 nömrəli, 0FS1.40109.0738 nömrəli, 0FS1.40109.0728 nömrəli, 0FS1.40109.1967 nömrəli, 0FS1.40109.1961 nömrəli, 0FS1.40109.1963 nömrəli, 0FS1.40109.1966 nömrəli, 0FS1.40109.1973 nömrəli, 0FS1.40109.1957 nömrəli, 0FS1.40109.1971 nömrəli, 0FS1.40109.1956 nömrəli, 0FS1.40109.1970 nömrəli, 0FS1.40109.1968 nömrəli, 0FS1.40110.1689 nömrəli, 0FS1.40110.1701 nömrəli, 0FS1.40110.1702 nömrəli, 0FS1.40110.1695 nömrəli, 0FS1.40110.1688 nömrəli, 0FS1.40110.1693 nömrəli, 0FS1.40110.1698 nömrəli, 0FS1.40110.1697 nömrəli, 0FS1.40110.1699 nömrəli, 0FS1.40110.1696 nömrəli, 0FS1.40110.1694 nömrəli, 0FS1.40111.1650 nömrəli, 0FS1.40111.1646 nömrəli, 0FS1.40111.1641 nömrəli, 0FS1.40111.1645 nömrəli, 0FS1.40111.1649 nömrəli, 0FS1.40111.1651 nömrəli, 0FS1.40111.1647 nömrəli, 0FS1.40111.1644 nömrəli, 0FS1.40111.1639 nömrəli, 0FS1.40111.1640 nömrəli, 0FS1.40111.1642 nömrəli, 0FS1.40111.1648 nömrəli, 0FS1.40111.1643 nömrəli, 0FS1.40112.1579 nömrəli, 0FS1.40112.1578 nömrəli, 0FS1.40112.1586 nömrəli, 0FS1.40112.1591 nömrəli, 0FS1.40112.1588 nömrəli, 0FS1.40112.1589 nömrəli, 0FS1.40112.1583 nömrəli, 0FS1.40112.1584 nömrəli, 0FS1.40112.1574 nömrəli, 0FS1.40112.1581 nömrəli, 0FS1.40112.1577 nömrəli, 0FS1.40112.1580 nömrəli, 0FS1.40112.1587 nömrəli, 0FS1.40113.1252 nömrəli, 0FS1.40113.1251 nömrəli, 0FS1.40113.1249 nömrəli, 0FS1.40113.1253 nömrəli, 0FS1.40113.1250 nömrəli, 0FS1.40113.1257 nömrəli, 0FS1.40115.0303 nömrəli, 0FS1.40115.0321 nömrəli, 0FS1.40115.0319 nömrəli, 0FS1.40115.0314 nömrəli, 0FS1.40115.0300 nömrəli, 0FS1.40115.0299 nömrəli, 0FS1.40115.0302 nömrəli, 0FS1.40115.0304 nömrəli, 0FS1.40115.0301 nömrəli, 0FS1.40115.0316 nömrəli, 0FS1.40115.0298 nömrəli, 0FS1.40115.0315 nömrəli, 0FS1.40115.0297 nömrəli, 0FS1.40115.0313 nömrəli, 0FS1.40115.0306 nömrəli, 0FS1.40115.0317 nömrəli, 0FS1.40116.2390 nömrəli, 0FS1.40116.2404 nömrəli, 0FS1.40116.2409 nömrəli, 0FS1.40116.2405 nömrəli, 0FS1.40116.2399 nömrəli, 0FS1.40116.2392 nömrəli, 0FS1.40116.2403 nömrəli, 0FS1.40116.2407 nömrəli, 0FS1.40116.2408 nömrəli, 0FS1.40116.2385 nömrəli, 0FS1.40116.2387 nömrəli, 0FS1.40116.2396 nömrəli, 0FS1.40116.2398 nömrəli, 0FS1.40116.2397 nömrəli, 0FS1.40116.2395 nömrəli, 0FS1.40116.2400 nömrəli, 0FS1.40116.2388 nömrəli, 0FS1.40116.2402 nömrəli, 0FS1.40116.2393 nömrəli, 0FS1.40116.2401 nömrəli, 0FS1.40116.2389 nömrəli, 0FS1.40116.2415 nömrəli, 0FS1.40116.2426 nömrəli, 0FS1.40116.2391 nömrəli, 0FS1.40116.2406 nömrəli, 0FS1.40116.2386 nömrəli, 0FS1.40116.2394 nömrəli, 0FS1.40117.1421 nömrəli, 0FS1.40117.1418 nömrəli, 0FS1.40117.1419 nömrəli, 0FS1.40117.1420 nömrəli, 0FS1.40117.1415 nömrəli, 0FS1.40118.2153 nömrəli, 0FS1.40118.2152 nömrəli, 0FS1.40118.2148 nömrəli, 0FS1.40118.2147 nömrəli, 0FS1.40118.2156 nömrəli, 0FS1.40118.2146 nömrəli, 0FS1.40118.2145 nömrəli, 0FS1.40119.2192 nömrəli, 0FS1.40119.2193 nömrəli, 0FS1.40119.2206 nömrəli, 0FS1.40119.2191 nömrəli, 0FS1.40119.2190 nömrəli, 0FS1.40119.2196 nömrəli, 0FS1.40119.2195 nömrəli, 0FS1.40120.1568 nömrəli, 0FS1.40120.1571 nömrəli, 0FS1.40120.1569 nömrəli, 0FS1.40122.1603 nömrəli, 0FS1.40122.1604 nömrəli, 0FS1.40122.1606 nömrəli, 0FS1.40122.1601 nömrəli, 0FS1.40122.1599 nömrəli, 0FS1.40122.1602 nömrəli, 0FS1.40122.1596 nömrəli, 0FS1.40123.2418 nömrəli, 0FS1.40123.2416 nömrəli, 0FS1.40123.2397 nömrəli, 0FS1.40123.2419 nömrəli, 0FS1.40123.2420 nömrəli, 0FS1.40123.2422 nömrəli, 0FS1.40123.2402 nömrəli, 0FS1.40123.2398 nömrəli, 0FS1.40123.2429 nömrəli, 0FS1.40123.2427 nömrəli, 0FS1.40124.2254 nömrəli, 0FS1.40124.2252 nömrəli, 0FS1.40124.2251 nömrəli, 0FS1.40124.2247 nömrəli, 0FS1.40125.2097 nömrəli, 0FS1.40125.2086 nömrəli, 0FS1.40125.2094 nömrəli, 0FS1.40125.2073 nömrəli, 0FS1.40125.2098 nömrəli, 0FS1.40125.2087 nömrəli, 0FS1.40126.1972 nömrəli, 0FS1.40126.1985 nömrəli, 0FS1.40126.1980 nömrəli, 0FS1.40126.1973 nömrəli, 0FS1.40126.1989 nömrəli, 0FS1.40126.1987 nömrəli, 0FS1.40126.1976 nömrəli, 0FS1.40126.1986 nömrəli, 0FS1.40127.1329 nömrəli, 0FS1.40127.1320 nömrəli, 0FS1.40129.1042 nömrəli, 0FS1.40129.1045 nömrəli, 0FS1.40129.1047 nömrəli, 0FS1.40129.1067 nömrəli, 0FS1.40129.1058 nömrəli, 0FS1.40129.1028 nömrəli, 0FS1.40129.1032 nömrəli, 0FS1.40129.1025 nömrəli, 0FS1.40129.1022 nömrəli, 0FS1.40129.1066 nömrəli, 0FS1.40129.1063 nömrəli, 0FS1.40129.1029 nömrəli, 0FS1.40129.1052 nömrəli, 0FS1.40129.1056 nömrəli, 0FS1.40129.1054 nömrəli, 0FS1.40129.1048 nömrəli, 0FS1.40129.1034 nömrəli, 0FS1.40129.1062 nömrəli, 0FS1.40129.1051 nömrəli, 0FS1.40129.1033 nömrəli, 0FS1.40129.1026 nömrəli, 0FS1.40129.1049 nömrəli, 0FS1.40129.1023 nömrəli, 0FS1.40129.1039 nömrəli, 0FS1.40129.1053 nömrəli, 0FS1.40129.1043 nömrəli, 0FS1.40129.1044 nömrəli, 0FS1.40129.1068 nömrəli, 0FS1.40129.1021 nömrəli, 0FS1.40129.1041 nömrəli, 0FS1.40129.1055 nömrəli, 0FS1.40129.1037 nömrəli, 0FS1.40129.1024 nömrəli, 0FS1.40129.1031 nömrəli, 0FS1.40129.1064 nömrəli, 0FS1.40129.1065 nömrəli, 0FS1.40129.1035 nömrəli, 0FS1.40129.1030 nömrəli, 0FS1.40129.1040 nömrəli, 0FS1.40129.1059 nömrəli, 0FS1.40129.1069 nömrəli, 0FS1.40129.1050 nömrəli, 0FS1.40129.1070 nömrəli, 0FS1.40129.1027 nömrəli, 0FS1.40129.1060 nömrəli, 0FS1.40129.1046 nömrəli, 0FS1.40129.1038 nömrəli, 0FS1.40129.1020 nömrəli, 0FS1.40129.1036 nömrəli, 0FS1.40129.1061 nömrəli, 0FS1.40129.1057 nömrəli, 0FS1.40130.2185 nömrəli, 0FS1.40130.2181 nömrəli, 0FS1.40130.2188 nömrəli, 0FS1.40130.2179 nömrəli, 0FS1.40130.2187 nömrəli, 0FS1.40130.2189 nömrəli, 0FS1.40130.2180 nömrəli, 0FS1.40130.2177 nömrəli, 0FS1.40130.2184 nömrəli, 0FS1.40130.2183 nömrəli, 0FS1.40130.2162 nömrəli, 0FS1.40130.2175 nömrəli, 0FS1.40130.2182 nömrəli, 0FS1.40130.2173 nömrəli, 0FS1.40130.2172 nömrəli, 0FS1.40201.1943 nömrəli, 0FS1.40201.1942 nömrəli, 0FS1.40201.1940 nömrəli, 0FS1.40201.1938 nömrəli, 0FS1.40201.1945 nömrəli, 0FS1.40201.1937 nömrəli, 0FS1.40201.1946 nömrəli, 0FS1.40201.1944 nömrəli, 0FS1.40201.1932 nömrəli, 0FS1.40201.1930 nömrəli, 0FS1.40201.1939 nömrəli, 0FS1.40201.1941 nömrəli, 0FS1.40202.1841 nömrəli, 0FS1.40202.1842 nömrəli, 0FS1.40202.1854 nömrəli, 0FS1.40202.1853 nömrəli, 0FS1.40202.1852 nömrəli, 0FS1.40202.1850 nömrəli və s. fakturalar əsasında satış üçün ümumilikdə 675901,45 (altı yüz yetmiş beş min doqquz yüz bir manat qırx beş qəpik) manat dəyərində MMC-yə məxsus müxtəlif məhsulları şəxsən sifariş verərək nəticədə sifariş verilən mallar üzrə onların satışından əldə etməli olduğu cəmi 717822,66 (yeddi yüz on yeddi min səkkiz yüz iyirmi iki manat altmış altı qəpik) manat puldan anbara 30308,38 (otuz min üç yüz səkkiz manat otuz səkkiz qəpik) manat dəyərində mal qaytardığını, satış nöqtələrində 5986,52 (beş min doqquz yüz səksən altı manat əlli iki qəpik) manat məbləğində mal qaldığını, şirkətin xəzinəsinə 625694,21 (altı yüz iyirmi beş min altı yüz doxsan dörd manat iyirmi bir qəpik) manat ödədiyini, 05-07 noyabr 2018-ci il tarixlərdə keçirilmiş inventarizasiya zamanı satış nöqtələrinin 150 (yüz əlli manat) manat yerində xəzinəyə ödədiyini, 520,82 (beş yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində məhsulları anbara geri qaytardığını, “Zaur topdansatış” satış nöqtəsindən 6500 (altı min büş yüz manat) manat dəyərində geri qaytarılmış malın MMC tərəfindən qeydiyyata alınmadığını nəzərə alaraq, Zərərçəkmiş şəxs MMC-yə məxsus cəmi 48662,73 (qırx səkkiz min altı yüz altmış iki manat yetmiş üç qəpik) manat məbləğində pulu Cəmiyyətin Quba rayonu, İqrik kəndində yerləşən Quba filialının xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Quba filialında satış nümayəndəsi işləmişdir. Xidməti ərazisi Quba rayonunun kəndləri olmuşdur. Xidməti öhdəlikləri Zərərçəkmiş şəxs MMC-nin anbarından mağazalar üçün malların sifariş edilməsi, daha sonra malların satışından əldə olunan pulu MMC-nin kassasına mədaxil edilməsi olmuşdur. İşə girərkən Zərərçəkmiş şəxs MMC ilə əmək və tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. O, yalnız pivə içkilərinin satışını həyata keçirmişdir. Mağazaların sifarişləri əsasında terminal vasitəsi ilə elektron olaraq MMC-nin Quba rayonunda yerləşən anbarından malları sifariş etmişdir. Hər bir satış nümayəndəsinə Zərərçəkmiş şəxs MMC tərəfindən malların sifariş verilməsi məqsədilə terminal verilmişdir. Ona da işlədiyi vaxtdan etibarən “Samsung Galaxy” markalı, 882 №-li terminal təhkim edilmişdir. Həmin terminal yalnız özündə olmuşdur. Terminalı hər hansı kənar şəxsə heç vaxt verməmişdir. Terminala ondan başqa kənar şəxsin müdaxilə etməsi mümkün deyildir. Xidməti ərazisində olan bütün malları həmin terminal vasitəsilə sifariş etmişdir. Hər bir satış üzrə nümayəndəyə terminal təhkim olunmuş və həmin vaxt terminalla edilən bütün əməliyyatlara maddi məsul şəxs olmaq öhdəlik kimi qoyulmuşdur. Həmin sifarişlər satış fakturası kimi tərtib edildikdən sonra mallarla birlikdə sürücüyə verilmiş, filialın anbardan digər satış nümayəndələrinin də sifarişlərini müvafiq yük avtomobillərinə yığılmış, satış nümayəndələrinə və sürücüyə satış fakturasına imza etdirməklə təhvil vermişdir. Həmin satış fakturasına satış nümayəndəsi olaraq o, malları mağazaya təhvil verən sürücü və malların təhvil almasına dair mağaza əməkdaşı imza etmişdir. Hər bir halda edilən bütün əməliyyatlar terminalın yaddaşında çıxarış şəklində qalmışdır. 2017-ci ildə onun şəxsi ehtiyacları və problemləri yaranmış, işə daha ciddi yanaşmamış, ödənişlərə düzgün nəzarət edə bilməmiş, həmçinin, əmək haqqını tam ala bilməmiş, bəzi aylarda cərimə olaraq əmək haqqından müəyyən məbləğlər çıxılmışdır. Buna görə də, ona pul lazım olmuş, bir neçə dəfə satışdan əldə olunan pulları mağazadan alıb MMC-yə təhvil verməyərək şəxsi ehtiyacları üçün xərcləmişdir. Ayın sonunda götürdüyü məbləğdə pulu taparaq kassaya ödəyəcəyini düşünmüşdür. 01.11.2018-ci il tarixdə o bu barədə filial müdirinə yaxınlaşaraq bildirmiş, ona necə köməklik edə biləcəyini soruşmuşdur. Lakin filial müdiri Şahid3 ona rədd cavabı vermiş və yoxlama təyin edəcəyini bildirmişdir. 05.11.2018-ci il tarixdə daxili audit Şahid2 tərəfindən yoxlama keçirilmiş, onun hesabında 55162.73 manat məbləğində çatışmazlığın olması müəyyən edilmişdir. O, mənimsədiyi məbləğlərin konkret hesabını aparmamışdır. Ona görə də, auditə bu barədə bir söz deməmişdir. Lakin, onun 55162,73 manat deyil, 48662,73 manat çatışmazlığı olmuşdur. Belə ki, 6500 manatlıq malı geri qaytarmışdır. O, buna görə etirazını bildirsə də, ona köməklik edəcəklərini deyərək, həmin məbləğdə pulun hesabında çatışmazlıq kimi olmasına razılıq verməsini, 6500 manatın silinəcəyini bildirmişlər. O da inanaraq yoxlama aktına imza etmişdir. O, həmin məbləğdən “Zaur topdansatış” satış nöqtəsindən 6500 manatlıq mal geri qaytarma etmişdir. Bu səbəbdən də onun çatışmazlığı 55162,73 manat deyil, 48662,73 manat olmalı olmuşdur. Hər dəfə ödəniş olanda terminaldan üzərində qalıq olan borca baxmış və ödədiyi pul hesabına oturduqdan sonra artıq kassa ödənişinin qeydiyyata alınmasını başa düşmüşdür. Terminal vasitəsilə malın geri qaytarılması ilə bağlı müvafiq mağaza üzərində əməliyyat icra etmiş, sürücü gedib həmin malı götürərək anbara gətirmişdir. Onun geri qaytarması anbardar tərəfindən təsdiqləndiyi halda həmin məbləğdə mal mağazanın öhdəliyindən çıxmışdır. Bəzən isə elə olmuşdur ki, anbardar malı qəbul etməmişdir. Nəticə də, qaytarılan malın pulu mağazanın üzərində qalmışdır. Ona görə də, yoxlama zamanı terminal ödənilməyən pul kimi görsənmiş, mağaza isə malı geri qaytardığına görə borcunun olmamasını bildirmişdir. Nəticə də, pul onun öhdəsində qalmışdır ki, hazırda da 55162,73 manat üzərində çatışmazlıq olmasının əsas səbəbi geri qaytardığı mallarla bağlıdır. Bu faktı sürücü Rauf Bakı şəhər prokurorluğunda verdiyi ifadəsində təsdiq etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, o, hər ay müştərilərə mal vermiş, hesabatı isə hər ayın sonunda aparmışdır. 2015-ci ildən 2018-ci ilədək həmin vəzifədə işləmiş, son 7-8 ayadək çatışmamazlığı olmamışdır. Ayda 500 manat əmək haqqı və əlavə bonuslar almışdır. Səhhəti ilə bağlı çətinlikləri yarandığı üçün pula ehtiyacı olmuş və şirkətə məxsus puldan şəxsi ehtiyaclarına xərcləmişdir. İbtidai istintaq zamanı MMC-yə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda taksi sürücüsü işləyir və ailəsini dolandıran yeganə şəxsdir. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs 27.04.2022-ci il tarixli ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs MMC-yə vurduğu 48662,73 manat maddi ziyanı MMC-yə tam şəkildə ödəmişdir (cild 2, iş vər.: 230). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, Zərərçəkmiş şəxs MMC-nin Hüquq Şöbəsində hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 15.05.2015-ci ildən Zərərçəkmiş şəxs MMC-də satış üzrə nümayəndə vəzifəsində işə başlamışdır. İşlədiyi dövrdə filial müdiri Şahid3 olmuşdur. 15.05.2015-ci il tarixdə onunla Zərərçəkmiş şəxs MMC arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs MMCnin mallarına tam maddi məsul şəxs olmuşdur. Həmçinin, onunla Zərərçəkmiş şəxs MMC arasında 15.05.2015-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Təqsirləndirilən şəxs xidməti ərazisi Quba rayonu olmuşdur. Hər bir satış nümayəndəsinə Zərərçəkmiş şəxs MMC tərəfindən malların sifariş verilməsi məqsədilə terminal verilmişdir. Təqsirləndirilən şəxs da işlədiyi vaxtdan etibarən “Samsung Galaxy” markalı, 882 №-li terminal təhkim edilmişdir. Həmin terminal yalnız Təqsirləndirilən şəxs özündə olmuşdur. Belə ki, terminala kənardan müdaxilə qeyri-mümkündür, həmçinin, terminallarda əvvəlki tarixə və sair əməliyyat etmək mümkün deyil. Bütün satış nümayəndələrinə terminal təhkim edilmiş və onların gördükləri bütün fəaliyyət həmin terminallarda öz əksini tapmışdır. Təqsirləndirilən şəxs 882 nömrəli terminalın təhkim edilməsi barədə MMC-nin direktorunun əmri vardır. Hər bir satış nümayəndəsinə terminal təhkim olunmuş və təhkim zamanı terminalla edilən bütün əməliyyatlara maddi məsul şəxs olmaq öhdəlik kimi qoyulmuşdur. Satış nümayəndəsinin xidməti öhdəlikləri Zərərçəkmiş şəxs MMC-nin anbarından mağazalar üçün malların sifariş edilməsi, daha sonra malların satışından əldə olunan pulu MMC-nin kassasına mədaxil etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. Mağazaların sifarişləri əsasında satış nümayəndəsi malları Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhərində yerləşən anbarından terminal vasitəsi ilə elektron olaraq sifariş etmişdir. Sifarişlər Quba filialının anbarına gətirilmişdir. Həmin sifarişlər satış fakturası kimi tərtib edildikdən sonra MMC-nin Quba rayonu, İqrik kəndində yerləşən filialının anbarından bölgələr üzrə müvafiq yük avtomobillərinə yığılmış, sürücüyə satış fakturasına imza etdirməklə təhvil verilmişdir. Həmin satış fakturasına maddi məsul şəxs kimi, satış nümayəndəsi, malları mağazaya təhvil verən sürücü və malların təhvil almasına dair mağaza əməkdaşı imza etmişlər. Zərərçəkmiş şəxs MMC-də bütün əməliyyatlar əsasən terminal vasitəsilə aparılmışdır. Həmçinin, malların geri qaytarılması, kassa ödənişləri də terminal vasitəsilə aparılmışdır. Ona görə də, terminalında yaddaşında bütün tarixlər üzrə aparılan əməliyyatlar dəqiq göstərilmişdir. Təqsirləndirilən şəxs da təhkim olunmuş 882 №-li terminalda aparılan bütün əməliyyatların çıxarışları iş materiallarındadır və şirkət tərəfindən təqdim edilmişdir. Həmin əməliyyatların hər biri həqiqətən də aparılmışdır və bunu Mətləb özü də təsdiq edə bilər. 55162,73 manat məbləğində çatışmazlıq audit tərəfindən Təqsirləndirilən şəxs dövrü fəaliyyəti yoxlanılan zaman müəyyən edilmişdir. Həmin yoxlamada Təqsirləndirilən şəxs özü də iştirak etmiş və imzası ilə auditi təsdiq etmişdir. Belə ki, audit yoxlaması zamanı çatışmazlığı daha da dəqiqləşdirmək üçün marketlər üzrə mal qalığı ayrıca qrafalar şəklində olmaqla cədvəl şəklində tərtib olunmuş və auditin, filial müdir, satış nümayəndəsinin və təhvil alanın iştirakı ilə akt tərtib edilmişdir. Yoxlama zamanı gələcəkdə satış üzrə nümayəndənin çatışmazlığı inkar etməsinin qarşısını almaq məqsədilə hər bir marketin qarşısında satış nöqtəsinin və satış nümayəndəsinin yoxlamanı təsdiq etmə üçün ayrıca qrafa qoyulmuşdur. Satış nöqtəsinin dediyini satış üzrə nümayəndə təsdiq etmişdir. Əgər satış üzrə nümayəndə yoxlama zamanı satış nöqtəsinin dediyini təsdiqləməzsə qrafaya imza çəkməkdən imtina etmiş, təsdiqlədiyi halda isə müvafiq qrafam imzalamışdır. 05- 07.11.2018-ci il tarixli MMC-nin daxili audit aktına əsasən Təqsirləndirilən şəxs bütün satış nöqtələrində iştirak etməklə satış nöqtələrinin dediyini öz adının qarşısındakı qrafada imzası ilə təsdiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs aktın yekununda da çatışmazlığı öz imzası ilə təsdiq etmişdir. Lakin, Təqsirləndirilən şəxs həqiqətən də “Zaur topdansatış” satış nöqtəsindən 6500 manatlıq mal geri qaytarma etmişdir. Lakin, həmin mal terminalda geri qaytarma edilməmişdir. Nəticədə də, 6500 manat ödəmə “Zaur topdansatış” satış nöqtəsinin faktiki ödəməli olduğu məbləğ kimi sistemdə qalmışdır. Şahid4 həmin məbləğdə borcu olmadığını bildirdiyinə görə də həmin məbləğ çatışmazlıq kimi Təqsirləndirilən şəxs üzərində qalmışdır. Təqsirləndirilən şəxs satış üzrə nümayəndə işlədiyi dövrdə geri qaytarma etdiyi mallar sistem çıxarışlarına əsasən 30308,38 manat olmuşdur. Daxili auditor Şahid2 də, sərbəst auditor Şahid1 da sistem çıxarışlarını təqdim edən zaman geri qaytarılan məhsulları 30308,38 manat kimi qeyd etmişlər. Nəticə də, həmin 6500 manatlıq mal da ödənilməli olan məbləğ kimi hesablanmışdır. MMC-də satışın çoxluğunu təşkil etmək üçün satış üzrə nümayəndərə geri qaytarmalarının maksimum az məbləğdə olması barədə göstəriş verilmişdir. Geri qaytarmalara icazə verən zaman satış üzrə nümayəndələr sui-istifadə etmiş və yüksək satış etməmişlər. Bu səbəbdən rəhbərliyin göstərişi ilə geri qaytarmalara icazə verilməmişdir. Bəzən isə olur ki, hansısa satış nöqtəsi başqa firmadan mal almış və onlardan aldığı malı geri qaytarmışdır. O, da geri qaytarılan malı başqa dükana verə bilməmişdir. Bu səbəbdən geri qaytarmada problem olmuşdur. Təqsirləndirilən şəxs MMC-yə məxsus 48662,73 manat məbləğində məhsulların dəyərini mənimsəmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirdi ki, Təqsirləndirilən şəxs 15.05.2015-ci ildən 05.11.2018-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində son müddətə qədər hər hansı çatışmamazlıq, əksik aşkar edilməmişdir. Lakin 2018-ci ilin sonlarında ərazisi yoxlanılan zaman ərazisində müəyyən çatışmamazlıqar müəyyən olunmuş və bununla bağlı Təqsirləndirilən şəxs iştirakı ilə ərazidə yoxlama aparılmış, nəticədə 48662,73 manat dəyərində pulun Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. Bununla bağlı prokurorluğa şikayət olunmuşdur. İbtidai istintaq müddətində Zərərçəkmiş şəxs MMC-yə vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Prokurorluğa şikayət ərizəsi ilə müraciət olunmamışdan əvvəl Mətləb Cavabova xəbərdarlıq məqsədilə teleqram göndərilmiş, müstəqil audit yoxlaması zamanı Mətləbə müvafiq məktublar göndərilmişdir. Yoxlamada belə Mətləb şəxsən iştirak etmiş və həmin vaxt onunla ziyanın ödənilməsi ilə bağlı danışıqlar aparılmışdır. Məqsəd Təqsirləndirilən şəxs tərəfindən ziyanın ödənilməsini təmin etmək olmuş, lakin bu mümkün olmamış, Mətləb ibtidai istintaq zamanı ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs MMC-nin 13.12.2021-ci il tarixli 153 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduğu 48662,73 manat məbləğində ziyanı tam şəkildə MMC-yə ödəmişdir. Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur (cild 2, iş vər.: 168); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, əvvəllər Zərərçəkmiş şəxs MMC-nin Audit şöbəsinin auditoru vəzifəsində işləmiş, 2019-cu ilin avqust ayında öz istəyi ilə işdən azad olunmuşdur. Auditor işlədiyi dövdə vəzifə səlahiyyətlərinə mağazaların borc yoxlanışları, vitrinlərin düzülüş qaydaları, işçilərin nizam-intizamına nəzarət etmək və təftiş işlərinin həyata keçirilməsi aid olmuşdur. Zərərçəkmiş şəxs MMC ilə əmək müqaviləsi olmuşdur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. Qida məhsulları Avrora MMC-nin Bakı şəhərində yerləşən anbarından daşıyıcı vasitələrlə Quba filialına gətirilmiş, Quba filialında anbardar tərəfindən daşıyıcı vasitələrdən təhvil alındıqdan sonra anbarda stoklanmış və satış nümayəndəsinin marketlərdən yığdığı sifarişə əsasən növbəti gün yığılan sifariş sürücü tərəfindən təhvil alındıqdan sonra müvafiq mağazalara paylanılmışdır. Daha sonra sürücü müştərilərin təsdiq etdiyi satış fakturasını satış nümayəndəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış nümayəndəsi vəzifəsində işləmişdir. Mətləb yalnız pivə məhsullarının satışını və satışdan əldə olunan pulun yığımını həyata keçirmişdir. Mağazaların sifarişləri əsasında satış nümayəndələri terminal vasitəsi ilə elektron olaraq MMC-nin Quba filialının anbarından malları sifariş etmiş, həmin sifarişlər satış fakturası kimi tərtib edildikdən sonra mallarla birlikdə müvafiq mağazalar üzrə yük avtomobillərinə yığılmış, yığılan malları sürücü mağazaya təhvil vermişdir. Satış nümayəndəsi də onun sifariş etdiyi malların mağazaya təhvil verilməsini təsdiq etmişdir. Həmin satış fakturasına satış nümayəndəsi və malları mağazaya təhvil verən sürücü, malların təhvil almasına dair mağaza əməkdaşı imza etmişlər. Təqsirləndirilən şəxs 2015-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış nümayəndəsi işləməyə başlamışdır. Həmçinin, onunla Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşlədiyi müddətdə özünü normal aparmış, hər hansı problem olmamışdır. 2018-ci ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs verilən pul planı hədəflərini yerinə yetirmədiyi üçün filial müdiri Şahid3 Təqsirləndirilən şəxs işdən azad edilməsi və daxil audit yoxlaması keçirilməsi üçün MMC rəhbərliyinə müraciət etmişdir. O, MMC-nin audit şöbəsinin Quba filialı üzrə nümayəndəsi olduğu üçün tərəfindən təftiş keçirilmişdir. Təftiş zamanı Təqsirləndirilən şəxs iştirakı ilə mağazalara getmişlər. Əvvəlcə Mətləb təftiş üçün getmək istəməmiş, ona zəng vurub, ərazidə pul olmadığını, səhhətinin pis olduğunu, gələ bilmədiyini demişdir. Lakin, ona təftiş üçün gəlmək lazım olduğunu demiş və 05.11.2018-ci il tarixdə Mətləblə birlikdə mağazalara gedərək təftiş keçirmişlər. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs borc qalığı 61820,7 manat olmuşdur. Cəmiyyət tərəfindən audit dövründə yəni 05.11.2018-ci il tarixdən 07.11.2018-ci il tarixə qədər mağazalardan 150 manat pul ödənilmiş, 520,82 manatlıq mallar geri qaytarılmış, 5986,52 manatlıq faktiki mal qalığının satış nöqtələrində olduğu müəyyən edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs hesabında 55162,73 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Mətləbin götürdüyü pulları MMC-nin xəzinəsinə ödəyib-ödəməməsi barədə məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, o, Təqsirləndirilən şəxsla bir müddət bir yerdə işləmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs MMC-də audit şöbəsində işləmişdir. Mətləbin işdən ayrılması məlumatı daxil olmuş, bununla bağlı audit yoxlaması keçirilmişdir. Yoxlama zamanı Mətləb təhvil-təslimdə iştirak etmək üçün çağırılmış, lakin danışıqlar zamanı Mətləb səhhəti ilə əlaqədar təhvil-təslində iştirak edə bilməyəcəyini bildirmişdir. Yoxlama zamanı Mətləb tərəfindən çatışmamazlıq müəyyən edilmiş və bu barədə şirkətin mühasibatlığına məlumat verilmişdir. Mallara görə pulu nağd formada Mətləb özü yığmışdır. Sistem belə qurulmuşdur ki, müştəri sistemi üzərində ad, nömrə və VÖEN açılır lazımi ərazi nümayəndəsinə bağlantı verilir. Satış təmsilçisi sifarişçiyə yaxılaşır və şifarişi götürüb ambardan fakturalarla mal vurur mağazalara. Ödənişlər isə danışıqlar əsasında aparılır. Bu həm nağd həm nağdsız şəkildə və yaxud nisyə ola bilər (ayın sonunda və yaxud növbəti ay) Belə olan halda satış təmsilçisi pulu sistem üzərindən təhvil verir, günün sonunda isə təhvil verir xəzinəyə. Malın müddəti keçəndə isə satış təmsilçisinin malın tarılması üçün 40 gün zamanı olur, əks halda vaxtı keçmiş malın dəyəri satış təmsilçisinin şəxsi vəsaitindən ödənilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Quba şəhəri, H.Əliyev 27 ünvanında ailəsi ilə birlikdə yaşayır. Quba şəhəri, Mərkəzi bazarın içərisində özünə məxsus topdan satış mağazası vardır. Həmin yerdə müxtəlif firmalardan aldığı malların topdan və pərakəndə satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs tanımışdır. Mətləb Zərərçəkmiş şəxs MMC-nin satış nümayəndəsi olmuşdur. Topdan satış mağazasında malları işçilər qəbul etmiş, bütün alınan mallara və ödənilən ödənişlərə özü nəzarət etmişdir. Adətən, malları işçilər qəbul etsə də, ödənişləri şəxsən o özü etmişdir. Ona görə də, hesab-kitabı dəqiq bilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs MMC-dən mallar satış fakturası ilə gəlmiş, malı sürücü gətirmiş, malı aldıqdan sonra sürücü “təhvil verdi” hissəsinə, malı qəbul edən əməkdaşı isə “təhvil aldı” hissəsinə imza çəkmişdir. Ödənişi etdikdən sonra isə satış fakturalarını tullamışdır. Yoxlama zamanı Zərərçəkmiş şəxs MMC-nin auditi onun mağazasının üzərində 24296,01 manat borc olmasını bildirmişdir. O, isə mağazasının 2525 manat borcunun olmasını bildirmiş və ona görə də, 2525 manat borcunun olması, 21771,01 manat borcunun olmaması barədə aktda müvafiq qrafanın qarşısındaki imza çəkmiş və həmin xüsusatı təsdiq etmişdir. Adətən, Mətləb malları topdan satış mağazasına sifariş etmiş, malları sürücüdən almış və ayın sonunda malların pulu sıfırlanmış və növbəti aya keçməmişdir. Pulları əlbəəl olaraq Təqsirləndirilən şəxs özünə vermişdir. İşlədiyi dövrdə malların pulunun ayın sonundan növbəti aya keçməsi halı olmamışdır. Ən pis halda, bir gün gecikmə olmuçdur. Adətən, belə hal olduqda satış nümayəndəsi malı götürərək aparmışdır. Onun 21771,01 manat məbləğində borcu olmamış və o, həmin malların pulunu Təqsirləndirilən şəxs vermişdir. Belə ki, o, öz sistemində geri qaytarma edilən malların siyahısına baxmış, həqiqətən də, 02 oktyabr 2018-ci il tarixdə 6500 manata yaxın mal onun mağazasından geri qaytarma edilmişdir. Həmin məbləğin MMC tərəfindən Mətləbin hesabından çıxarılıb-çıxarılmaması barədə isə məlumatı olmamışdır. Lakin, qeyd etdiyi məbləğdə mal onun tərəfindən geri qaytarılmışdır. Satılmayan mal demək olar ki, olmamışdır. Adətən kaseti partlayan, əzilən və sair mallar olduqda onları geri qaytarıb əvəzinə yenisini götürmüşdür. Bu zaman hər hansı sənədləşmə prosesi olmamışdır. Bəzən hansısa firmadan mal sifariş vermiş və bir müddət sonra başqa firma həmin malı ucuz qiymətə təklif etmişdir. O, da buna görə ucuz verən firmadan almış və baha olanı geri qaytarmışdır. Ola bilsin ki, həmin mal da bu səbəbdən geri qaytarılmışdır. Üzərindən 3 ilə yaxın vaxt keçdiyi üçün malın qaytarılmasının konkret səbəbini xatırlamamışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 və Şahid3 məhkəməyə ayrıayrılıqda ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. İş üzrə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. 15.01.1997-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür və sərbəst auditor kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs MMC-nin X1 ilə aralarında bağlanmış 28 dekabr 2016-cı il tarixli 074/74 saylı müqaviləyə əsasən həmin Cəmiyyətdə satış nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs öhdəsində olan mal qalığının auditini aparmışdır. Ondan əvvəl isə Avrora MMC-nin auditi Şahid2 tərəfindən satış nümayəndəsi Əliverdi Hacıyevin və filial müdiri Şahid3 iştirakı ilə mağazalarda olmaqla yoxlama aparılmış və Zərərçəkmiş şəxs MMC-nin satış şöbəsinin satış nümayəndəsi Təqsirləndirilən şəxs təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması haqqında 05-07.11.2018-ci il tarixli akt tərtib olunmuşdur. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, audit olunan dövrün əvvəlinə Təqsirləndirilən şəxs 61820,07 manat dəyərində mal qalığı olmuşdur. 05.11.2018-ci il tarixdən 07 noyabr 2018-ci il tarixədək olan dövrdə keçirilən audit zamanı 150 manat MMC-nin xəzinəsinə pul ödənilmiş və 520,82 manatlıq mal geri qaytarılmışdır. 07.11.2018ci il tarixdə uçot üzrə satış nöqtələrində 61149,25 manatlıq mal qalmalı olduğu halda, satış nöqtələrində cəmi 5986,52 manatlıq faktiki mal mövcud olmuş və həmin mallar da X3 təhvil verilmişdir. Nəticə də, Təqsirləndirilən şəxs öhdəsində 55162,73 manatlıq çatışmazlıq olmuşdur. Buna görə də, 23 noyabr 2018-ci il tarixli audit prosedurlarının aparılmasına dair akt və 03 №-li auditor rəyi tərtib etmiş və Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə təqdim etmişdir. İş üzrə Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, əvvəllər Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi, daha sonra bölgə müdiri vəzifələrində işləmiş, 2018-ci ilin may ayından MMC-nin Quba filialının müdiri vəzifəsində işləmişdir. Vəzifə səlahiyyətlərinə aylıq satış planlarının bölgüsü, gündəlik satışların və pul plan hədəflərinin yerinə yetirilməsini təqib etmək, filialdakı inventarların düzgün istifadə edilməsinə, işçilərin filial daxili nizam-intizam işlərinə nəzarət etmək, müştərilərin təklif və şikayətlərini qəbul etmək, yaranan problemlərin aradan qaldırılması, filialın daxili prosedurlarına əsasən mağazada məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək, müştərilər tərəfindən ödənişlərin düzgün olub-olmamasına nəzarət etmək aid olmuşdur. Zərərçəkmiş şəxs MMC ilə əmək müqaviləsi olmuşdur. Zərərçəkmiş şəxs MMC qida məhsullarının satışı ilə məşğuldur. Qida məhsulları Avrora MMC-nin Bakı şəhərində yerləşəm anbarından daşıyıcı vasitələrlə Quba filialına gətirilmiş, Quba filialında anbardar tərəfindən daşıyıcı vasitələrdən təhvil alındıqdan sonra anbarda stoklanmış və satış nümayəndəsinin marketərdən yığdığı sifarişə əsasən növbəti gün yığılan sifariş sürücü tərəfindən təhvil alındıqdan sonra müvafiq mağazalara paylanılmışdır. Daha sonra sürücü müştərilərin təsdiq etdiyi satış fakturasını satış nümayəndəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış nümayəndəsi vəzifəsində işləmişdir. Mətləb yalnız pivə məhsullarının satışını və satışdan əldə olunan pulun yığımını həyata keçirmişdir. Mağazaların sifarişləri əsasında satış nümayəndələri terminal vasitəsi ilə elektron olaraq MMC-nin Quba filialının anbarından malları sifariş etmişlər. Həmin sifarişlər satış fakturası kimi tərtib edildikdən sonra mallarla birlikdə müvafiq mağazalar üzrə yük avtomobillərinə yığılmış, yığılan malları sürücü mağazaya təhvil vermiş, satış nümayəndəsi də onun sifariş etdiyi malların mağazaya təhvil verilməsini təsdiq etmişdir. Həmin satış fakturasına satış nümayəndəsi və malları mağazaya təhvil verən sürücü, malların təhvil almasına dair mağaza əməkdaşı imza etmişlər. Təqsirləndirilən şəxs 2015-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış nümayəndəsi işləməyə başlamışdır, həmçinin, onunla Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 2018-cu ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs verilən pul planı hədəflərini yerinə yetirmədiyi üçün onun işdən azad edilməsi və daxil audit yoxlaması keçirilməsi üçün MMC rəhbərliyinə müraciət etmişdir. MMC-nin audit şöbəsinin Quba filialı üzrə nümayəndəsi Şahid2 tərəfindən keçirilən təftiş zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hesabında 55162,73 manat məbləğində çatışmazlıq olmuşdur. Cinayət işinin materiallarında olan: 15.05.2015-ci il tarixli əmək müqaviləsindən və eyni tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən satış üzrə nümayəndə vəzifəsinə qəbul edilmişdir (cild 1, iş vər.: 68-70, 72); 15.05.2015-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və Təqsirləndirilən şəxs MMC qarşısında vurulan ziyana görə tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür (cild 1, iş vər.: 71); satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatından görünür ki, həmin təlimatda satışın təşkili, Təqsirləndirilən şəxs 15.05.2015-ci il tarixdə satış nümayəndəsinin vəzifə təlimatları ilə tanış olaraq bunu öz imzası ilə təsdiq etmişdir (cild 1, iş vər.: 73, 74); Təqsirləndirilən şəxs təhkim edilmiş müştərilərin faktiki borc qalıqlarının özünün iştirakı ilə yoxlanılması barədə tərtib olunmuş 05.11.-07.11.2018-ci il tarixini əhatə edən aktdan görünür ki, Təqsirləndirilən şəxs 05.11.2018-ci ilin tarixinə olan müştərilərdə olan borc qalığı 61820,07 manat olmuş, daxili audit araşdıması zamanı 5986,52 manat satış nöqtələrində faktiki mal qalığının olması müəyyən edilmiş, 150 manat satış nöqtələrindən kassaya pul ödənilmiş, 520,82 manatlıq mallar cəmiyyətin anbarına qaytarılmış, nəticədə 55162,73 manat çatışmazlıq müəyyən olunmuşdur (cild 1, iş vər.: 75-79); Zərərçəkmiş şəxs MMC-nin 30.12.2017-ci il tarixli, 34\Ü №-li əmrdən görünür ki, 30.12.2017-ci il tarixdən etibarən “Samsung Galaxy” markalı J3 2016 modelli, P1.02.40.204.000882 saylı kodunu daşıyan terminal Təqsirləndirilən şəxs təhkim edilmişdir (cild 1, iş vər.: 271); Təqsirləndirilən şəxs təhkim olunmuş P1.02.40.204.000882 saylı terminalın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 01.01.2018-ci il tarixə mal qalığı 41921,21 manat olmuş, Təqsirləndirilən şəxs ona təhkim edilmiş P1.02.40.204.000882 saylı terminal ilə ümumilikdə 675901,45 manat dəyərində MMC-yə məxsus müxtəlif məhsullar sifariş vermişdir (cild 1, iş vər.: 152-228); Təqsirləndirilən şəxs təhkim olunmuş P1.02.40.204.000882 saylı terminalın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə şirkətin xəzinəsinə 625694,21 manat ödəmişdir (cild 1, iş vər.: 229-265); Təqsirləndirilən şəxs təhkim olunmuş P1.02.40.204.000882 saylı terminalın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə MMC-yə məxsus 30308,38 manat dəyərində malı anbara qaytarmışdır (cild 1, iş vər.: 266-270); 23.11.2018-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan və sərbəst auditor Şahid1 03 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 28.12.2016-cı il tarixli, 074 saylı icazə ilə fəaliyyət göstərən sərbəst auditor Şahid1 Zərərçəkmiş şəxs MMC ilə bağlanmış 19.11.2018-ci il tarixli 074/74 saylı müqaviləyə əsasasən MMC-nin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs satış üzrə nümayəndə işlədiyi dövrün auditini aparmış və MMC-nin satış üzrə nümayəndəsi, maddi məsul şəxs Təqsirləndirilən şəxs öhdəsində 55162,73 manat məbləğində pul vəsaitinin çatışmazlığının olması müəyyən edilmişdir (cild 1, iş vər.: 64-67); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-mühasibat ekspertizası) 18.04.2022-ci il tarixli, 9/2262 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 48662,73 manat məbləğində müəyyən olunmuşdur (cild 2, iş vər.: 185-189). Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, cinayət işi üzrə alınmış şahidlərin dindirilməsi protokolları, üzləşdirmə istintaq hərəkətinin protokolları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin dindirilməsi protokolu, Zərərçəkmiş şəxs MMC-nin 882 nömrəli terminalından edilmiş çıxarışlar, 05-07 noyabr 2018-ci il tarixli Zərərçəkmiş şəxs MMC-nin daxili audit aktı, 23 noyabr 2018-ci il tarixli audit prosedurlarının aparılmasına dair akt, 03 №-li sərbəst auditor rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2022-ci il tarixli, 9/2262 nömrəli nömrəli rəyi və toplanmış digər sənədlər ишин фактики щалларына уйьун эялдикляри вя иш материаллары иля тамамландыглары цчцн сцбут кими гиймятляндирилmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, «dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi).» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə həm də dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri başa düşülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin“Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarına əsasən, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur (cild 2, iş vər.: 210-213); “qətimkan tədbirinin seçilməsi haqqında” 27.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, iş vər.: 239, 240); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (cild 2, iş vər.: 134); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.04.2022ci il tarixli 1017 və 1018 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və ailə tərkibi həyat yoldaşı 18.02.1994-cü il təvəllüdlü X5 və oğlu X4 ibarətdir (cild 2, iş vər: 241, 242); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.04.2022ci il tarixli 1019 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayır yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vər: 243); AZE 18669165 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.06.2012-ci il təvəllüdlü X8 adlı uşağı vardır (cild 2, iş vər.: 121, 122). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşiman olmasını, vurduğu zərəri ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsə tam həcmdə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və maddi tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının, ailəni dolandıran yeganə şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 44.1-ci maddəsinə əsasən, “cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir”. 44.2-ci maddəsinə əsasən, “cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, rəhbər vəzifə tutma hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının xərci 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-ni 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının xərci 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar