Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-85/2021 23.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Quba Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli 1(027)-59/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 29 ünvanında qeydiyyatda olmaqla Quba rayonu, Zizik kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 445,0 qramdan artıq çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 15.03.2021-ci il tarixdə Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 21:20-də Quba rayonu, Alekseyevka kəndi ərazisində saxlanılaraq üzərinə şəxsi şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol içəri hissəsində sarı rəngli sellofanın içərisindəki qara rəngli yapışqanlı lentə bükülmüş vəziyyətdə satış məqsədi olmadan, qanunsuz olaraq əldə edərək saxladığı 445,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2020-ci ilin mart ayında yaşadığı Zizik kəndinin ərazisindən keçən Qudyalçayın ətrafında koluq sahəyə yaxın yerdə 1 ədəd dibçək qutusunda 1 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əkmişdir. Həmin ilin oktyabr ayında yetişən çətənə bitkisini hissələrə yığıb, yaxınlıqda torpağın üzərinə sərib qurutmuş, bundan sonra şəxsi istifadəsi üçün yaşadığı evə aparıb saxlamışdır. Bundan sonra o, mütəmadi olaraq həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi və saxlanılması ilə bağlı kəskin tədbirlərin həyata keçirilməsini eşitmişdir. Buna görə də həmin narkotik vasitəni yaşadığı evdə saxlamaqdan qorxmuş, 15.03.2021-ci il tarixdə saat təxminən 20 radələrində həmin narkotik vasitəni evdən götürüb əynindəki gödəkcənin sol içəri hissəsində qoyub yaşadığı kəndin yaxınlığında yerləşən Alekseyevka kəndi ərazisindəki tanımadığı şəxslərə məxsus alma bağlarına aparıb saxlamaq qərarına gəlmişdir. Bu məqsədlə Quba rayonu, Alekseyevka kəndi ərazisində olan gəzən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, sorğulara əsasən narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik olduğunu bildirmişdir. Həmin polis əməkdaşları tərəfindən çağırılmış digər polis əməkdaşları və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki gödəkcənin sol içəri hissəsində saxladığı sarı rəngli sellofanın içərisində qara rəngli yapışqanlı lentə bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və 1 ədəd ağ zərfdə qablaşdırılaraq götürülmüşdür. Videoçəkiliş başa çatdıqdan sonra polis şöbəsinə dəvət edilmiş və polis şöbəsində müdafiəçisinin iştirakı ilə digər sənədləşmə işləri aparılmışdır. Əkmiş olduğu narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Bakı şəhərində qeydiyyatda olsa da, hazırda Quba rayonunda yaşayır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirdi ki, 15.03.2021-ci il tarixdə Alekseyevka kəndində yerləşən bağlar ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə üzərində axtarış keçirilmiş və axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana aşkarlanmışdır. Üzərinə istintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, xəstə və yaşlı olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 15.03.2021-ci il tarixdə Quba rayonu, Zizik kəndində yaşayan X1 narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında, həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdə saat təxminən 21 radələrində Quba rayonu, Alekseyevka kəndində bağlar adlanan ərazidə torpaq yolun kənarında saxlanılmışdır. Həmin vaxt əməliyyat qrupunun üzvləri, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarışdan əvvəl üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs ciblərində olan 1 ədəd nəzarəti həyata keçirmək üçün qolbağın telefonunu, həmin telefona məxsus adaptoru, kağız pulları, o cümlədən əynində olan qara rəngli gödəkçəsinin sol içəri hissəsindən sarı rəngli sellofanı çıxarıb avtomaşının mühərrikxanasının üzərinə qoymuşdur. Sarı rəngli sellofanın içərisində qara rəngli yapışqanlı lentə bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra həmin qara rəngli yapışqanlı lentə bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə 467,2 qram təşkil etmişdir. Daha sonra həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini apardıqdan sonra saxlanılan şəxsə və müdafiəçiyə imza etdirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, həmçinin polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərə məruz qalmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş başa çatdırılmışdır. Daha sonra protokol tərtib edilib ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, təqsirləndirilən şəxsin saxlanıldığı yer Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən bağlar adlanan ərazi olmuşdur. Əməliyyat qrupuna daxil olmuş məlumat əsasında o, əməliyyat qrupu ilə birlikdə Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən bağlar adlanan ərazidə torpaq yolun kənarında təqsirləndirilən şəxsi saxlayaraq üzərində şəxsi axtarış keçirmişlər. Axtarış zamanı təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq əməliyyat iştirakçılarına təqdim etmişdir. Axtarış zamanı təqsirləndirilən şəxsin könüllü şəkildə təqdim etdiyi bağlamanın içərində isə yaşıl rəngdə kütlə aşkar edilmişdir. Sorğu əsnasında təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir.Təqsiləndirilən şəxsin üzərinə istintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxışda Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 da iştirak etmişdir. Baxış zamanı təqsirləndirilən şəxsə qarşı əməliyyat iştrakçıları tərəfindən hər hansı təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa veridiyi ifadəsini təsdiq edərək digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, o, digər şahidlər Şahid1 və Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, ümumi tutumu 698,404 KB olan video yazıda Quba RPŞ-nın TQ-nun təhqiqatçısı X7 RPŞnin, NMQ-nun əməliyyat müvəkkili Şahid2, Qonaqkənd PB-nin baş əməliyyat müvəkkili Şahid1 və polis sahə nəfəri Ruhıd Cavadovun, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və əynində qara rəngli gödəkçə olan Təqsirləndirilən şəxs yanında dayanmış Məhəmməd Gülmalıyev ona narkotik vasitələrin qanunsuz dövriyyəsində, yəni üzərində gəzdirilməsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir. Daha sonra Məhəmməd Gülmalıyev, qrupun üzvləri, o cümlədən vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində olan əşyaları çıxarıb təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs ciblərindən çıxardığı əşyaları, o cümlədən əynində olan qara rəngli gödəkçəsinin sol içəri hissəsindən sarı rəngli sellofanı avtomaşının mühərrikxanasının üzərinə qoyur. Sarı rəngli sellofanın içərisində də içərisində qara rəngli yapışqanlı lentə bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Bundan sonra həmin qara rəngli yapışqanlı lentə bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə 467,2 qram təşkil etdi. Daha sonra həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərim apardıqdan sonra saxlanılan şəxsə və müdafiəçiyə imza etdirildi. İş materiallarında olan: 15.03.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, 15.03.2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz istifadəsi və saxlamasında şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 29 ünvanında qeydiyyatda olan və Quba rayonu, Zizik kəndində yaşayan xx.xx.1967-ci təvəllüdlü Təqsirləndirilən şəxs Quba rayonu, Alekseyevka kəndində bağlar olan ərazidə torpaq yolun sağ kənarında saxlanılmış, üzərinə şaxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin iç cibində sarə rangli sellefona yerləşdirilmiş, üzəri qara rəngli yapışqanlı lentlə bükülmüş, içərisində yaşıl rəngli, ota bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı 1 ədəd ev dustaqlığına nəzarəti həyata keçirmək üçün taxılan qolbağın istifadəsini təmin edən telefon, 1 ədəd adapter, 1 ədəd cib dəsmalı, 4,50 manatlıq qəpik əsəkinaslar, 131 manat kağız pul və 4 ədəd bir bağlamda ev açarı aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan 1 ədəd qara rəngli yapışqanlı lentlə sarınmış bükümdə olan otlar marixuanadır və onu 2020-ci ilin mart ayında Quba rayonu, Zizik kəndi ərazisində əkdiyi bir koldan əldə etdiyini, həmin vasitəni öz istifadəsi üçün əkdiyini və satışı ilə məşğul olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək 1 ədəd qara rəngli yapışqanlı lentə bükülmüş yaşıl rəngli kütle "Constant" markalı elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin bükümlə birgə ümümi çəkisinin 467,2 qram olduğu müəyyən olundu və 1 ədəd zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 67 saylı möhürü ilə möhürləndi. Sonda çəkilmiş video görüntü tərtib olunmuş protokola əlavə olundu. Qeyd edim ki, videoçəkiliş "Panasonic" markalı əl kamerası ilə qeydə alındı. Üzərindən aşkar edilən 1 ədəd ev dustaqlığına nəzarəti həyata keçirmək üçün taxılan qolbağın istifadəsini təmin eden telefon, 1 ədəd adapter, 1 ədəd cib dəsmalı, 4,50 manatlıq qapik əsakinaslar, 131 manat kağız pul və 4 ədəd bir bağlamda ev açarı təkrar şəxsə geri qaytarılmışdır. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir (iş vər.: 24); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 16.03.2021-ci il tarixli 7/273 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən..” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 445,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 445,0 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 444,8 qramdır (iş vər.: 32,33); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) 15.04.2021-ci il tarixli 1111 nömrəli rəyindən görünür ki, muayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 93,94); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “narkotik vasitənin maddi sübut hesab edilməsi haqqında” 25.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin ekspert tədqiqatından sonrakı qalığı, yəni 444,8 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vər.: 67); “sübutların qiymətləndirilməsi haqqında” 19.05.2021-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış protokoluna əlavə olunmuş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə əlavə edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ekpert tədqiqatından sonrakı qalığı, yəni 444,8 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 25.03.2021-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir, qərarın təsviri hissəsində göstərilənlərə əsasən narkotik vasitə qurudulmuş marixuananın məhkəmə bioloji ekspertizasının 16 mart 2021-ci il tarixli 7/273 nömrəli rəyində göstərilən çəkisinin daha doğru olması nəzərə alınmışdır (iş vər.: 103-108). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28.06.2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 444,8 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 15.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 18,19); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur (iş vər.: 43,44); Quba Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 4(027)-24/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15.03.2021-ci il tarixdən hesablanmışdır (iş vər.: 64,65); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Quba Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.: 75, 76); Quba Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli 1(027)-59/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.: 88-90); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və probasiya şöbəsinin 22.06.2021-ci il tarixli 104/19/05 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli 1(027)-59/2019 saylı hökmü 10.06.2019-cu il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün hissəsini çəkmişdir. Quba Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 4(027)-24 saylı qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hal-hazırda 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün çəkilməmiş cəzası qalmışdır; Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29.05.2021-ci il tarixli 1091 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1967-ci ildə bakı şəhərində doğulmuş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanda yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır (iş vər.: 102); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin 25.06.2021-ci il tarixli 814 saylı məktubundan görünür ki, 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 10.12.1985-ci il tarixdə keçmiş Kirov rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 10.12.1985-ci il tarixdən 18.11.1987-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. 06.06.1992-ci il tarixdə səfərbərliklə əlaqədar Milli Ordu sıralarına göndərilmişdir. Sonrakı xidməti barədə əlavə məlumat yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.07.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına, daha sonra Quba Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, 15.03.2021-ci il tarixdə yenidən, eyni xarakterli cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar onun islah olunmasına təsir etməmişdir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Quba Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli 1(027)-59/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın 15.03.2021-ci il tarixə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 07 (yeddi) ay 12 (on iki) gün hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 15.03.2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 444,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi istintaq orqanında və məhkəmədə iştirak etdiyi cəmi 27 (iyirmi yeddi) iş saatına görə 162 (bir yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Quba Rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli 1(027)-59/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın 15.03.2021-ci il tarixə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 07 (yeddi) ay 12 (on iki) gün hazırki hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 15.03.2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 444,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 27 (iyirmi yeddi) iş saatına görə 162 (bir yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-85/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-85/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver