Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-85/2022 21.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Quba rayon Vəkil Bürosunun vəkili X5, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri Dağıstan küçəsi ev 34-də qeydiyyatda olmaqla Xaçmaz rayonu Axtala kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 19,973 qramdan artıq olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, həmin marixuanadan 13,432 qram çəkidə 09 avqust 2021-ci il tarixdə günorta saatlarında Xaçmaz şəhərində, Quba-Xaçmaz taksilərinin duracağının yaxınlığında tanışı Şahid1 50 manata satdıqdan sonra, qalan 6,541 qram çəkidə olan hissəsini üzərində daşımaqla saxlamış və 27 yanvar 2022-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri əldə edərək satmasında şübhəli olduğundan Xaçmaz rayonu Nərəcan kəndi ərazisində saxlanılaraq Quba RPŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibindən bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,541 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki ilə yaxın müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Quba şəhər sakini Rəşid adlı şəxsi bir ilə yaxın müddətdir ki, tanıyır. Onunla həmkəndlisi Barat adlı şəxsin ad günü məclisində tanış olmuşdur. 2021-ci ilin may ayında yaşadığı Xaçmaz rayonu Axtala kəndində olan meşəlik ərazidə iki ədəd marixuana kolu əkmişdir. 2021-ci ilin avqust ayının əvvəllərində Rəşid ondan narkotik vasitə marixuana istəmişdir. O da əkdiyi kolların üzərindən bir qədər yarpaq qırıb qurudaraq Rəşidlə həmin vaxt Xaçmaz rayonu Nərəcan kəndində görüşüb ona bir ədəd sellofan bükülüdə narkotik vasitə marixuananı 30 manat pul müqabilində satmışdır. Həmin ilin sentyabr ayında əkdiyi kolların qalan yarpaqlarını yığaraq özünə məxsus bağ sahəsinə aparıb qurutmaqla marixuana əldə edib özü bir qədər istifadə etmişdir. 27 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində Xaçmaz rayonu Nərəcan kəndi ərazisində olarkən üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin əldə olunub saxlanmasında, daşınmasında və satışında şübhəli olduğunu bildirib onu Quba RPŞ-nə dəvət etmişlər. Quba RPŞ-də üzərində şəxsi axtarış aparılacığını, şəxsi axtarışın videokamera vasitəsilə qeydə alınacağını bildirib bununla bağlı ona hüquqlarının izahı və müdafiəsi üçün Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi da təqdim etmişlər. Üzərində şəxsi axtarış aparılarkən o, əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibində bir ədəd kibrit qutusunda saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Narkotik vasitəni haradan əldə etdiyi barədə ondan soruşulduqda, həmin narkotik vasitə olan marixuananı 2021-ci ilin may ayında yaşadığı Xaçmaz rayon Axtala kəndi ərazisində olan meşə sahəsində iki ədəd kol əkib becərdiyini və sentyabr ayında kolun üzərində olan yarpaqlarını dərib özünün istifadə etməyi üçün qurudub saxladığını, 2021-ci ilin avqust ayının əvvəllərində Quba şəhər sakini Rəşid adlı şəxsə Xaçmaz rayonu Nərəcan kəndi ərazisində bir ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuananı 30 manata satmasını etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində azyaşlı övladlarının olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu Nərəcan kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək şəxsi istifadəsi üçün 50 manat məbləğində narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. Sohbət zamanı Nemətulla ona narkotik vasitə olan qurudulmuş marixuana satmağa razılaşmış və günortadan sonra Xaçmaz şəhərinə gəlməyini demişdir. Həmin gün o,, təxminən saat 17 radələrində Xaçmaz şəhərinə getmiş və Xaçmaz şəhərində Xaçmaz-Quba taksilərinin duracağının yaxınlığında Nemətulla ilə görüşmüşdür. Həmin vaxt Nemətulla ona bir ədəd bağlama verib bildirmişdir ki, bağlamanın işərisində qurudulmuş marixuana var. Bağlamanı Nemətulladan alıb ona 50 manat pul vermişdir. Bağlamanı açıb baxdıqda, bir ədəd qara rəngli parça eynək kisəsinin içərisində xırda kağız bükümlər olduğunu görmüşdür. Sonra o, taksi ilə Quba şəhərinə qayıtmışdır. Quba şəhərində yaşadığı evə gəlmiş və bağlamanın içərisində olan bükümləri saymışdır. Həmin bağlamada 34 ədəd kağız bükülü olmuşdur. Bükümlərdən 6 ədədini götürüb cibinə qoymuş və eynək kisəsinin içərisində olan 28 ədəd bükümü isə kisə ilə birlikdə yaşadığı evdə olan dolabın içərisində paltarlarının arasında gizlətmişdir. xx.xx.2021-ci il tarixdə götürdüyü bükümlərdən birini siqaretə doldurub çəkmiş, qalan 5 ədəd bükümü cibində saxlamışdır. Həmin gün axşam saatlarında dostu Orxanla zəngləşib görüşmüş, təxminən saat 21 radələrində Orxanla birlikdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Quba RPŞ-nin əməkdaşları olduqlarını deyərək, ona üzərimdə narotik vasitələri saxlmaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları həmin vaxt hüquqlarını müdafiə etmək üçün ona müdafiəçi təqdim edərək üzərində şəxsi axtarış aparmılar. Axtarış zamanı o, əynində olan şalvarın sol yan cibində saxladığı 05 ədəd bükümdəki narkotik vasitə olan qurudulmuş marixuananı, həmçinin şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonunu və bir qutu siqareti çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi içərisində marixuana olan bükümləri polis əməkdaşı elektron tərəzidə ölçmüş və çəkisinin 2,9 qram olduğu görünmüşdür. Həmin bükülü ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, müdafiəçisi ilə birlikdə zərfi imzalamışlar. Ondan üzərində aşkar olunan narkotik vasitədən başqa əlavə narkotik vasitə olması barəsində soruşulduqda, səmimi etiraf edərək yaşadığı evdə 28 ədəd bükümdə marixuana saxladığını etiraf etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilərkən yataq otağında paltarlarının arasında saxladığı bir ədəd qara rəngli parça eynək kisəsini təqdim etmişdir. Təqdim etdiyi kisəyə baxış keçirilən zaman içərisində olan 28 ədəd bükümdəki qurudulmuş marixuana aşkar olunmuşdur. Narkoik vasitələri haradan əldə etdiyi soruşulduqda, yaşadığı evdə aşkar olunmuş və üzərində aşkar olunmuş bükümlərin hamısını Xaçmaz rayonu Nərəcan kəndində yaşayan Nemət adlı tanışından 50 manata aldığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xaçmaz rayonu Axtala kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövrüyəsi ilə məşqul olması və Quba rayon sakini Şahid1 2021-ci ilin avqust ayında narkotik vasitə qurudulmuş marixuana satması barədə Quba rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında o, əməliyyat qrupunun üzvləri ilə birlikdə 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu Nərəcan kəndində saxlayaraq Quba RPŞnə dəvət etmişdir. Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Şahin Məmmədov tərəfindən RPŞ-nin inzibati binasında Şahin Məmmədovun xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından o və Quba RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru Fuad İslamovun, Quba RPŞnin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə təhqiqatçı özünü və şəxsi axtarışın keçirilməsində iştirak edən şəxsləri Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini, bununla bağlı hüquqlarının müdafiə olunmasından ötrü Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi işdə iştirak edəcəyini qeyd edib Təqsirləndirilən şəxs buna etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını səmimi etiraf etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsini xahiş etdikdən sonra, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol qoltuq cibindən bir ədəd kibrit qutusunu və sənədləri, gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu və avtomobilə məxsus açarları, gödəkçənin sağ yan cibindən qara rəngli portmanat və bir paçka maqna markalı siqareti, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Nokia” markalı markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin sol qoltuq cibindən çıxarıb təqdim etdiyi bir ədəd kibrit qutusu açıldıqda içərisində yaşıl rəngli kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını soruşduqda Nemətulla narkotik vasitə olduğunu, hardan əldə etməsini soruşduqda isə həmin narkotik vasitəni 2021-ci ilin may ayında meşə ərazisində iki ədəd kol əkib sonra kolun üzərində olan yarpaqlarını yığmaqla əldə edib saxladığını, bundan başqa evində və ya başqa yerdə narkotik vasitə saxlamadığını və 2021-ci ilin avqust aynda tanışı Şahid1 həmin qurudulmuş marixuanadan bir qədərini 50 manata satdığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xususatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/83 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,541 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 6,541 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 6,521 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/775 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid1 üzərindən ...” sözləri yazıları və imzalar olan 01(bir) ədəd kağız paketdəki 05(beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,444 qram, 0,425 qram, 0,462 qram, 0,510 qram, 0,331 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid1 yaşadığı evdən ...” yazıları və imzalar olan 01(bir) ədəd kağız paketdəki 28 (iyirmi səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,419 qram, 0,490 qram, 0,351 qram, 0,458 qram, 0,429 qram, 0,290 qram, 0,526 qram, 0,319 qram, 0,487 qram, 0,438 qram, 0,442 qram, 0,347 qram, 0,406 qram, 0,482 qram, 0,409 qram, 0,434 qram, 0,418 qram, 0,470 qram, 0,412 qram, 0,294 qram, 0,271 qram, 0,334 qram, 0,324 qram, 0,386 qram, 0,416 qram, 0,396 qram, 0,461 qram, 0,351 qram olan bitki mənşəli kütlələr olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-13,432 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi- 13432 qram (1-33 nömrəli obyekt), tədqiqata cəmi istifadə olundu-0,66 qram (hər obyektdən 0,02 qram), qalıq – 12,772 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/369 saylı rəyi ilə müəyyən edilmişdir ki, X13 üzərindən, evindən və Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi – 19,293 qram, tədqiqata sərf edildi 0,68 qram, (hər obyektdən 0,02 qram), qalıq 18,613 qram. İş üzrə təyin edilib keçirilmiş narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1486 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01(bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həmin şöbənin xx.xx.2016-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 15-ci bəndi tətbiq edilməklə o, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş 01 il müddətinə islah işləri cəzasından azad olunmuşdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Nərəcan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayıdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonun Axtala kəndində yaşayır və onun ailə tərkibi: həyat yoldaşı- xx.xx.1985-ci il təvəllüdlü X6, oğlu- xx.xx.2005-ci il təvəllüdlü X4, oğlu- xx.xx.2004-cü il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Nərəcan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi t’r’find’n verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X9 adında iki azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 144 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 6,541 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-cи maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 144 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 6,541 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasına həvalə edilsin. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-85/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-85/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver