Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-85/2025 22.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Quba rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə axşam saatlarından etibarən həmkəndlisinin toy məclisində, eləcə də, dostları Şahid1 və Şahid2 ilə birlikdə Quba rayonu ərazisində “Shisha Garden” adlı restoranda müxtəlif növ alkoqollu içkilər qəbul etdikdən sonra, 0.412% dərəcəli sərxoş vəziyyətdə 02 iyun 2024-cü il tarixdə saat 05:30 radələrində atası Şahid4 etibarnamə əsasında satılmaqla Şahid5 məxsus olan “VAZ 2107” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Quba rayonunun Mirzəməmməd kəndi istiqamətində 100-120 kilometr/saat sürətlə idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin “Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir”, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar”, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin “hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir” və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə biləriər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər” kimi tələblərini kobud surətdə pozaraq, Quba rayonunun Qam-Qam kəndi ərazisində ümumi eni 08 (səkkiz) metr və 02 (iki) hərəkət zolaqlı olan yolun döngəli hissəsində idarəetməni itirib yol kənarına istiqaməti üzrə sağda yerləşdirilmiş yol dirəyinə dəymiş, nəticədə zərbənin təsirindən yerindən qoparaq avtomobillə birlikdə yolun sağ tərəfinə doğru sürətlə hərəkət etdirdiyi həmin dirəyi yol sağ kənarındakı dayanacaqda dayanıb atası Zərərçəkmiş şəxs2 yola salan Qam-Qam kənd sakini piyada Zərərçəkmiş şəxs1 vurmuş, sonuncuya ehtiyatsızlıqdan “sol dirsəkdə, sol qalça tinində, sağ dizdə, sol bayır topuqda sıyrıq, sol kürpücük sümüyünün bayır 1/3nin qapalı yerini dəyişən sınığı” diaqnozu ilə müşayiət olunan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlərin yetirilməsinə səbəb olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs qəbul etdiyi alkoqollu içkilərin təsiri altında 0.412% dərəcəli sərxoş vəziyyətdə törətdiyi hadisənin ardınca həmin yerdə xəsarət almış Zərərçəkmiş şəxs1 köməyə gələn atası Zərərçəkmiş şəxs2 ona aikoqoiiu içki qəbul edərək avtomobil idarə etməsi ilə bağlı etdiyi haqlı iradından əsəbləşərək, dostları Şahid1 və Şahid2, habelə əvvəllər tanımadığı qeyri- müəyyən şəxslərin, o cümlədən xəsarət almış Zərərçəkmiş şəxs1, hadisə baş vermiş ərazidə yaşayan və səs-küyə hadisə yerinə gəlmiş Şahid3, eləcə də, digər şəxslərin qarşısında ictimai qaydaların kobud pozuntusu ilə müşayiət olunan hərəkətlər edərək, gecə saatlarında kənd sakinlərinin narahatlığına səbəb olmaqla, yəni ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vurmaqla, habelə cəmiyyətə açıq hörmətsizlik göstərməklə, yəni birgəyaşayış və ədəb qaydalarını qərəzli sürətdə pozmaqla, ətrafdakı şəxslər üçün ictimai qaydaya əhəmiyyətli etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş elementar davranış, əxlaq və mənəviyyat normalarını tapdamaqla, bədən xəsarətləri yetirdiyi şəxsə yardım göstərmək, onun yaxınlarından üzr istəmək əvəzinə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, həmçinin dostları tərəfindən uzaqlaşdırılmasına baxmayaraq yenidən Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək sonuncunu yerə yıxıb, yumruq və təpik zərbələri vurmaqla Zərərçəkmiş şəxs2 “üst dodaqda sağda səthi əzilmiş yara” diaqnozu ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ona zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 263- 1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1 və 263-1.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 02 iyun 2024-cü il tarixdən əvvəl tanımamış, hər hansı bir tanışlığı, həmçinin qohumluq və ya düşmənçilik münasibtələri olmamışdır. Şahid5 məxsus “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağa adlı şəxs vasitəsi ilə almış, həmin avtomobil etibarnamə ilə atası Şahid4 satılmış, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. 01 iyun 2024-cü il tarixdə Quba rayonu ərazisində həmkəndlisinin toy məclisinə getmiş, həmin toy məclisində spirtli içki (araq) qəbul etmiş, 01 iyun 2024-cü il tarixdə təxminən saat 22 radələrində toy məclisindən çıxıb, dostu Şahid2la zəngləşərək görüşmüş, həmçinin dostu Şahid1 da yol üstü götürüb, Quba rayonu ərazisində “Shisha Garden” adlı restoranda gedib oturmuşlar. Həmin restoranda da dostları ilə birlikdə spirtli içki (pivə) qəbul etmiş, 02 iyun 2024-cü il tarixdə saat təxminən 03-04 radələrində Quba rayonunun Təngəaltı kəndinə çay içmək üçün getmişlər, restoranın bağlı olduğunu gördüklərindən, evə qayıtmaq qərarına gəlmişlər, evə geri qayıdarkən Quba rayonunun Qam-Qam kəndi ərazisində içkili vəziyyətdə avtomobili saatda 110-120 kilometr sürətlə idarə etmiş, həmin kənd ərazisində döngədə idarə etdiyi “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri partladığından idarəetməni itirmiş, idarəetməni itirdiyindən avtomobili dirəyə vurub aşırmış, dirək aşdıqdan sonra avtomobil yol kənarında mağazanın qarşısında olan dəmir ayırıcılara sürtülmüş, daha sonradan isə avtomobil qaz borusuna dəyib dayanmışdır. Həmin vaxt içkili olduğundan, piyada Zərərçəkmiş şəxs1 görməmiş, dostları ilə birlikdə avtomobildən düşüb avtomobilə baxmış, qısa müddət sonra dostu Şahid2 yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 görüb, sonuncu tərəfə qaçmış, öz növbəsində Şahid2 arxasınca Zərərçəkmiş şəxs1 tərəf getmiş, Zərərçəkmiş şəxs1 həmin vaxt yerdə olsa da, ayıq vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşduqda, sonuncu narahat olmamağını demiş, həmin vaxt hər ikisi də şokda olmuşdur. Ardınca başqa bir nəfər gəlmiş, gələn şəxsin Zərərçəkmiş şəxs1 atası olduğunu həmin vaxt bilməmiş, Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 gələn kimi təhqiramiz ifadələr işlətmiş, içkili olduğundan əsəbləşib Zərərçəkmiş şəxs2 yaxasından tutmuş, dostları onları ayırmış, bundan sonra da aralarında mübahisə olmuş, lakin içkili olduğundan baş verənləri unutmuş, bir müddət sonra polis əməkdaşları gəlmiş, xəstəxanaya getmiş, həmin günün axşamı da ayıldıqdan sonra Zərərçəkmiş şəxs1 üzr istədiyindən barışmışlar. 02 iyun 2024-cü il tarixdə hadisə vaxtı hava yağmursuz və isti, yol isə asfalt örtüklü və nəmli olmuşdur. Hadisə baş verən zaman sürücülük vəsiqəsi olmamış, yalnız hadisədən təxminən bir həftə keçdikdən sonra sürücülük vəsiqəsini almışdır. Cinayət işinin materiallarına əlavə edilməklə ona təqdim olunmuş 02 (iki) ədəd videogörüntülərə baxmış, hər 02 (iki) ədəd videogörüntülərdə olan boz gödəkçəli şəxs özü olmuş, hadisəni törədərkən dirəyə dəydiyini xatırlamış, dirəyin isə Zərərçəkmiş şəxs1 dəyməsini hadisə zamanı bilməmiş, Zərərçəkmiş şəxs1 yaxınlaşan ilk şəxs Şahid2, digər şəxs isə dostu Şahid1 olmuş, davanı əksetdirən videogörüntü isə əvvəl də görmüş, lakin həmin vaxt baş verənləri xatırlaya bilməmiş, yalnız bulağın yanında yıxılmağını xatırlamış, dəmir zibil qutusunu götürməyini unutmuşdur. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 263-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında iştirak edən zaman Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdən etibarən tanımış, əvvəllər hər hansı bir tanışlığı olmamış, aralarında qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. 02 iyun 2024-cü il tarixdə səhər saat 05:30 radələrində atası Zərərçəkmiş şəxs2 dayısı vəfat etdiyindən, Bakı şəhərinə getmək üçün taksilərin dayandığı yerə doğru hərəkət etmiş, bu səbəbdən evdən çıxıb, atasını yol kənarından yola salmış, atası Zərərçəkmiş şəxs2lə sağollaşdıqdan sonra yoldan kənarda dayanıb siqaret çəkmiş, bu zaman uzaqdan sürətlə ağ rəngli “VAZ 2107” markalı avtomobilin döngə istiqamətindən üstünə hərəkət etdiyini görmüş, həmin vaxt yol kənarında olmuş, yəni asfalt yolda dayanmamışdır. Özü avtomobil idarə edə bilən şəxs olduğundan həmin avtomobilin saatda təxminən 100-120 kilometr sürətlə hərəkət etdiyini bilmiş, dərhal yol kənarında olan dəmirlərdən, yəni yoldan uzaqlaşmağa çalışmış, lakin avtomobilin sürəti çox olduğundan uzun müddət hərəkət edə bilməmiş, yəni saniyələr içində hadisə baş vermişdir. Belə ki, qaçan vaxt arxa sol çiyin nahiyyəsindən ağır xəsarət alaraq huşunu itirib yerə yıxılmış, yerdə gözünü açanda sanki sol qolunu hiss etməmiş, həmin vaxt ayaq və dirsək nahiyyələrindən də xəsarət almış, qısa müddət sonra atası Zərərçəkmiş şəxs2 səsi eşidib yanına geri qayıdaraq onu ayıltmış, həmin ağ rəngli “VAZ 2107” markalı avtomobil dirəyə çırpıldıqdan sonra qaz turbalarının olduğu tərəfə hərəkət edib dayanmış, hadisə vaxtı yolda həmin avtomobildən başqa hər hansı bir avtomobil olmamış, hadisədən sonra ayılanda həmin avtomobildən üç nəfərin düşdüyünü və avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə sərxoş vəziyyətdə olduğunu bilmişdir. Ardınca atası Zərərçəkmiş şəxs2 sürücü Təqsirləndirilən şəxs içkili vəziyyətdə nə səbəbdən avtomobil idarə etməsi ilə bağlı irad tutmuş, atasının ifadəsinin ardınca Təqsirləndirilən şəxs qəfildən heç bir söz demədən atası Zərərçəkmiş şəxs2 burun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, zərbə nəticəsində atası Zərərçəkmiş şəxs2 geri addımlayaraq müvazinətini itirmiş, həmçinin burun və dodağı qanamış, həmin vaxt Təqsirləndirilən şəxs iki nəfər dostları da yanında olmuş, bu zaman yaranmış səs-küyə gələn “İfti” ləqəbli qonşusu Şahid3 hadisəni görərək Təqsirləndirilən şəxs atasından ayırmış, həmin vaxt özündə olmamış, bundan sonra qaz turbasının üstündə oturmuşdur. Ardınca Təqsirləndirilən şəxs yenə də sakitləşməyərək heç bir səbəb olmadan təkrar atasının üstünə qaçaraq gedəndə onu təpiklə kənarlaşdırıb oturduğu yerdən yıxmış, ardınca isə atası Zərərçəkmiş şəxs2 üstünə gedərək yumruq və təpik atmağa başlayanda atası Zərərçəkmiş şəxs2 yumruq zərbəsi ataraq müdafiə olunmağa çalışmış, lakin Təqsirləndirilən şəxs zərbə sürtdüyündən dəyməmiş, atası Zərərçəkmiş şəxs2 isə təkrar üz nahiyyəsindən Təqsirləndirilən şəxs tərəfindən zərbə vurulduğundan müvazinətini itirib yerə yıxılmış, bundan sonra qonşusu Şahid3 aranı sakitləşdirməyə çalışmış, atası Zərərçəkmiş şəxs2 onun üçün təcili tibbi yardıma zəng etmiş və Təqsirləndirilən şəxs heçnə deməyib yalnız onunla məşğul olmuş, Təqsirləndirilən şəxs yüksək səslə söyüşlər söərək öz- özünə qışqırmış və ətrafda olan əşyaları dağıtmış, həmin vaxt Təqsirləndirilən şəxs hətta yol kənarında olan zibil qutusunu da onların üstünə atmaq istəmiş, yalnız bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun atası olduğunu bilmiş, bundan sonra dostları ilə birlikdə üzr istəmiş, bir qədər sonra təcili tibbi yardım maşını gəlib onu xəstəxanaya aparmışdır. 02 iyun 2024-cü il tarixdə aldığı bütün xəsarətlər ona Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobillə dirəyə çırpılması və dirəyin onun üstünə aşması nəticəsində yetirilmiş, avtomobil dirəyə dəyməsə, birbaşa ona dəyəcəkmiş, avtomobil birinci dirəyə dəydiyindən və dayandığından, dirək onun üzərinə aşmışdır. Hadisə zamanı “VAZ 2107” markalı avtomobil yüksək sürətlə döngədən gələrək hərəkət etmiş, döngə ilə onun arasında məsafə təxminən 20-30 metr olmuş, avtomobili döngədən görən kimi hərəkətə başlayaraq təxminən 3-4 addım qaça bilmişdir. 02 iyun 2024-cü il tarixdə hadisə vaxtı hava yağmursuz və isti olmuş, yol isə asfalt örtüklü və quru olmuşdur. Təqsirləndirilən şəxs yanında olmuş dostları Şahid1 və Şahid2 baş-vermiş yolnəqliyyat hadisəsi sonrası ona və ya atası Zərərçəkmiş şəxs2, eləcə də Şahid3 zor tətbiq etməmiş, əksinə Şahid1 və Şahid2 dostları olan Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, Şahid1 və Şahid2 da Təqsirləndirilən şəxs kimi birinci Zərərçəkmiş şəxs2 onun atası olduğunu bilməmiş, sonradan atası olduğunu bilmiş, Təqsirləndirilən şəxs hadisə vaxtı içkili olduğundan dostları Şahid1 ilə Şahid2 sonuncunu sakitləşdirməyə çalışmışdır. Məhkəmə iclasında iştirak edən zaman Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdən etibarən tanımış, əvvəllər hər hansı bir tanışlığı olmamış, aralarında qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. X17 vəfat etdiyindən, 02 iyun 2024-cü il tarixdə səhər saat 05:30 radələrində Bakı şəhərinə getmək üçün taksilərin dayandığı yerə doğru hərəkət etmiş, bu səbəbdən oğlu Zərərçəkmiş şəxs1 evdən çıxıb, yol kənarından onu yola salmış, sağollaşdıqdan sonra piyada yol kənarı ilə hərəkət etmiş, təxminən 100-150 metr hərəkət etdikdən sonra arxadan səs eşidib çöndükdə, uzaqdan sürətlə ağ rəngli “VAZ 2107” markalı avtomobilin döngə istiqamətindən dirəyə dəyib yol kənarında olan dəmirlərə çırpıldığını və sonda qaz turbalarına dəydiyini görmüşdür. İlkin mərhələdə həmin maşının dirəklə birlikdə oğlu Nicat Abdulleyevə dəydini bilməmiş və görməmişdir. Oğlu Zərərçəkmiş şəxs1 evə qayıtdığını düşünmüş, həmin avtomobil saatda təxminən 100-120 kilometr sürətlə hərəkət etmişdir. Hadisəni görüb dərhal geri qayıtmış, sürücü Təqsirləndirilən şəxs yanında olan dostlarına Təqsirləndirilən şəxs su vermələrini demiş, maşından qopmuş predmetləri yoldan yolun kənarına çəkməyə başlayaraq kömək etmiş, həmçinin maşın qaz turbasına dəydiyindən qaz sızıntısının olmaması üçün müvafiq idarənin əməkdaşına zəng edib, gələrək tədbir görməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs dostları ilə birlikdə yerdə uzanan şəxsin ətrafında toplandıqlarını və Zərərçəkmiş şəxs1 səsini eşitmişdir. Oğlu Zərərçəkmiş şəxs1 görüb əsəbləşərək qışqıraraq “köpəkoğlu niyə vurmusan” ifadəsini işlətmiş, Təqsirləndirilən şəxs həmin vaxt içkili olmuş, həmin hadisə vaxtı yolda həmin avtomobildən başqa hər hansı bir avtomobil olmamışdır. İfadəsinin ardınca Təqsirləndirilən şəxs qəfildən heç bir söz demədən onun burun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs yerdə uzanan Zərərçəkmiş şəxs1 onun oğlu olduğunu bilməmiş, zərbə nəticəsində geri addımlayaraq müvazinətini itirmiş, burun və dodağı qanamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan iki nəfər dostları və hadisənin şahidi olan qonşusu Şahid3 hadisəni görüb Təqsirləndirilən şəxs aralamış, ardınca burunundan gələn qanı yumaq üçün mağazanın yanında olan bulaq tərəfə getmiş, bu zaman Təqsirləndirilən şəxs yenə də sakitləşməyərək heç bir səbəb olmadan təkrar onun üstünə qaçaraq hücum etmiş, həmin vaxt da oğlu Zərərçəkmiş şəxs1 qaz turbasının üstündə oturmuş vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs onun üzərinə hücum edəndə oğlu Zərərçəkmiş şəxs1 da təpiklə kənarlaşdırmış, ardınca isə onun üstünə gələrək yumruq və təpik atmağa başlayanda öz növbəsində yumruq zərbəsi ataraq müdafiə olunmağa çalışmış, lakin Təqsirləndirilən şəxs zərbə sürtdüyündən dəyməmiş, ona isə təkrar üz nahiyyəsindən zərbə dəydindən müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra qonşusu Şahid3 aranı sakitləşdirməyə başlamış, Təqsirləndirilən şəxs Şahid3ə üstünə də zibil qutusunu atmağa çalışanda dostları imkan verməmiş, Şahid3 də müdafiə olunmaq üçün Təqsirləndirilən şəxs özündən kənara itələmiş, bundan sonra təcili tibbi yardıma zəng etmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs yüksək səslə söyüşlər söyərək öz-özünə qışqırmış və ətrafda olan əşyaları dağıtmışdır. Yalnız bu hadisələrdən sonra Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs1 atası olduğunu bilib, dostları ilə birlikdə üzr istəmişdir. 02 iyun 2024-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs1 aldığı bütün xəsarətlər Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobillə dirəyə çırpılması və dirəyin oğlunun üstünə aşması nəticəsində yetirilmişdir. 02 iyun 2024-cü il tarixdə hadisə vaxtı hava yağmursuz və isti, yol isə asfalt örtüklü və quru olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak edən zaman ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və sonuncuya qarşı şikayət və tələblərinin olmamasını bildirmişlər və növbəti iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 02 iyun 2024-cü il tarixdən əvvəl tanımamış, hər hansı bir tanışlığı, həmçinin qohumluq və ya düşmənçilik münasibtələri olmamışdır. Təqsirləndirilən şəxs isə uşaqlıqdan dostudur, münasibətləri daima yaxşı olmuş, aralarında qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. 01 iyun 2024-cü il tarixdə saat 22-23 radələrində Quba rayonunda Qaya qırağı adlanan ərazi ətrafında işdə olmuş, həmin vaxt dostu Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan mobil telefon nömrəsindən onun şəxsi istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək, toy məclisindən çıxdığını görüşüb çay içməyə getməyi təklif etmiş, cavabında razılaşdıqda, sonuncu ona Şahid2 ilə birlikdə gəlib onu işdən götürücəklərini demiş, qısa müddət keçəndən sonra onlarin ikisi birlikdə gəlib onu işdən götürmüş, hamısı birlikdə Quba rayonu ərazisində yerləşən “Shisha Garden” adlı restorana getmiş, həmin vaxt Təqsirləndirilən şəxs toy məclisində spirtli içki qəbul etdiyini bilmiş, getdikləri restoranda özü çay içərkən dostları spirtli içki (pivə) qəbul etmişdir. Bundan sonra 02 iyun 2024-cü il tarixdə saat təxminən 04 radələrində Quba rayonunun Təngəaltı kəndinə çay içmək üçün getmişlər, lakin restoranın bağlı olduğunu gördüklərindən evə qayıtmaq qərarına gəlmişlər, bütün hərəkətlərini Təqsirləndirilən şəxs atası Şahid4 məxsus ‘VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə həyata keçirmişlər, avtomobili daima Təqsirləndirilən şəxs idarə etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmuş, öz növbəsində sürücülük vəsiqəsi olsa da, dostu Təqsirləndirilən şəxs avtomobilin idarəetməsini ona verməmişdir. Evə geri qayıdarkən artıq 02 iyun 2024-cü il tarixdə saat təxminən 05 radələri olmuş, səhərə yaxın olduğundan yollar boş olmuş, Ömər Hüseyov avtomobili təxminən saatda 110-120 kilometr sürətlə idarə etmiş, 02 iyun 2024-cü il tarixdə saat təxminən 05:30 radələrində Quba rayonunun Qam-Qam kəndi ərazisində döngədə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri partlamış, nəticədə dostu Təqsirləndirilən şəxs idarəetməni itirmişdir. Təqsirləndirilən şəxs idarəetməni itirdiyindən avtomobili dirəyə dəyən kimi dirək aşmış, həmin vaxt sağ qol nahiyəsi cızılmış, hadisədən avtomatik şok vəziyyətində olmuş, çünki avtomobil yanakı şəkildə sürüşmüş, dirək aşdıqdan sonra avtomobil yol kənarında mağazanın qarşısında olan dəmir ayırıcılara sürtülmüş, daha sonradan isə avtomobil qaz borusuna dəyib dayanmışdır. Həmin vaxt piyada Zərərçəkmiş şəxs1 görməmiş, hadisə sonrası dostları ilə birlikdə avtomobildən düşüb avtomobilə baxmış, qısa müddət sonra dostu Şahid2 yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 görüb, sonuncu tərəfə qaçmış, həmin vaxt qolunun yarası ilə məşğul olmuş, sonradan Zərərçəkmiş şəxs1 yanına getmiş, Zərərçəkmiş şəxs1 həmin vaxt yerdə olsa da, ayıq vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşduqda, sonuncu onlara ağrıdığını, lakin narahat olmamamalarını demiş, Şahid2 dərhal təcili tibbi yardıma zəng edib, hadisə yerinə çağırmışdır. Ardınca başqa bir nəfər gəlmiş, həmin şəxsin Zərərçəkmiş şəxs1 atası olduğunu həmin vaxt bilməmiş, Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 gələn kimi təhqiramiz ifadələr işlətmiş, bu zaman Təqsirləndirilən şəxs içkili olduğundan əsəbləşib Zərərçəkmiş şəxs2lə yaxalaşmış, lakin Şahid2la və başqa bir tanımadığı Zərərçəkmiş şəxs2 yanında olan papaqlı şəxslə birlikdə onları ayırmış, bundan sonra Təqsirləndirilən şəxs avtomobil tərəfə sakitləşməsi üçün göndərmiş, öz növbəsində hadisə yerində olan mağazanın qarşısında bulağın yanında Nicat və Zərərçəkmiş şəxs2ləri sakitləşdirməyə çalışmış, həmin vaxt Zərərçəkmiş şəxs1 borunun üzərində oturmuş, özü isə Zərərçəkmiş şəxs2lə bulağın yanında söhbət etmiş, həmçinin yanlarında papaqlı şəxs də olmuş, Şahid2 da həmin şəxsləri sakitləşdirməyə çalışmış, söhbət zaman Zərərçəkmiş şəxs2 “görmürsən bu küçük necə maşın sürür” ifadəsini işlətmiş, həmin ifadəni dostu Təqsirləndirilən şəxs eşidərək əsəbləşib, Zərərçəkmiş şəxs2 üstünə doğru qaçmış, bu zaman dostu Təqsirləndirilən şəxs belindən tutub saxlamağa çalışarkən ikisi birlikdə yerə yıxılmış, Təqsirləndirilən şəxs onun üstünə yıxılandan sonra artıq ayıra bilməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yumruq vurub yerə yıxmış, buna baxmayaraq Şahid2la birlikdə yenə onları ayırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əsəbindən ərazidə olan dəmir zibil qutusunu əlinə götürdükdə Şahid2 həmin zibil qutusunu əlindən alıb yerə atmış, ardınca həmin papaqlı şəxs zibil qutusunu yerdən götürüb Təqsirləndirilən şəxs tərəfə atsa da, Şahid2 ayırdığından qutu Təqsirləndirilən şəxs yan keçmiş, bundan sonra isə təcili tibbi yardımın və polisin əməkdaşları hadisə yerinə gəlmişdir. 02 iyun 2024cü il tarixdə hadisə vaxtı hava yağmursuz və isti, yol isə asfalt örtüklü və nəmli olmuşdur. Hadisə zamanı heç kimə zor tətbiq etməmiş, yalnız Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 sakitləşdirməyə çalışmış, həmçinin ona zor tətbiq edən şəxs olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə ona təqdim olunmuş 02 (iki) ədəd videogörüntülərə baxmış, hər 02 (iki) ədəd videogörüntülərdə olan qara şalvar və qara qısaqol köynəkdə olan şəxs özü olmuş, videogörüntüdə Zərərçəkmiş şəxs1 yaxınlaşan ilk şəxs Şahid2 və digər boz gödəkçəli şəxs isə dostu Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 02 iyun 2024- cü il tarixdən əvvəl tanımamış, hər hansı bir tanışlığı, həmçinin qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs isə uşaqlıqdan onun dostudur, münasibətləri daima yaxşı olmuş, aralarında qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. 01 iyun 2024-cü il tarixdə Quba rayonu ərazisində həmkəndlisinin toy məclisinə getmiş, həmin toy məclisində dostu Təqsirləndirilən şəxs da iştirak etmiş, sadəcə olaraq özü tək toy məclisindən tez çıxıb evə qayıtmış, Təqsirləndirilən şəxs isə həmin toy məclisində iştirak etməyə davam etmişdir. 01 iyun 2024-cü il tarixdə saat 22-23 radələrində Təqsirləndirilən şəxs istfadəsində olan mobil telefona zəng edərək birlikdə çay içməyə getməyi təklif etmiş, Təqsirləndirilən şəxs da onunla razılaşaraq gəlib onu götürəcəyini demiş, Təqsirləndirilən şəxs gəlib onu evdən götürdükdən sonra birlikdə dostları Şahid1 işdən götürmək üçün getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs toy məclisində spirtli içki qəbul etdiyini bilmiş, bundan sonra Quba rayonu ərazisində yerləşən “Shisha Garden” adlı restorana birlikdə getmişlər. Həmin restoranda çay içərkən, Təqsirləndirilən şəxs spirtli içki (pivə) qəbul etmiş, bundan sonra 02 iyun 2024-cü il tarixdə saat təxminən 04 radələrində Quba rayonunun Təngəaltı kəndinə çay içmək və səhər yeməyi yemək üçün getmişlər, lakin restoranın bağlı olduğunu gördüklərindən evə qayıtmaq qərarına gəlmişlər, bütün hərəkətlərini Təqsirləndirilən şəxs atası Şahid4 məxsus “VAZ 2107” markalı 10- LA-019 dövlət qeydiyyat nişanlı avtomobillə həyata keçirmişlər, avtomobili daima Təqsirləndirilən şəxs idarə etmiş, Təqsirləndirilən şəxs həmin vaxt avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmamış, evə geri qayıdarkən artıq 02 iyun 2024-cü il tarixdə saat təxminən 05 radələri olmuş, Ömər Hüseyov avtomobili təxminən saatda 100- 120 kilometr sürətlə idarə etmişdir. 02 iyun 2024-cü il tarixdə saat təxminən 05:30 radələrində Quba rayonunun Qam-Qam kəndi ərazisində döngədə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri partlamış, Təqsirləndirilən şəxs idarəetməni itirmiş, Təqsirləndirilən şəxs idarəetməni itirdiyindən avtomobil dirəyə dəymiş, nəticədə dirək aşmışdır. Həmin vaxt avtomobilin arxa oturacağında oturmuş, hadisə nəticəsində şok vəziyyətinə düşmüş, dirək aşdıqdan sonra avtomobil yol kənarında mağazanın qarşısında olan dəmir ayırıcılara sürtülmüş, daha sonradan isə avtomobil qaz borusuna dəyib dayanmışdır. Həmin vaxt mən piyada Zərərçəkmiş şəxs1 görməmiş, dostları ilə birlikdə avtomobildən düşüb avtomobilə baxmış, qısa müddət sonra yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 görüb, dərhal sonuncu tərəfə qaçmış, həmin vaxt Zərərçəkmiş şəxs1 xəsarət aldığını başa düşmüş, arxasınca Təqsirləndirilən şəxs və Şahid1 da Zərərçəkmiş şəxs1 gəlmiş, Zərərçəkmiş şəxs1 həmin vaxt yerdə olsa da, ayıq vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşduqda, sonuncu onlara ağrıdığını, lakin narahat olmamağı söyləmiş, dərhal təcili tibbi yardıma zəng edib, hadisə yerinə çağırmış, ardınca başqa bir nəfər gəlmiş, həmin şəxsin Zərərçəkmiş şəxs1 atası olduğunu həmin vaxt bilmədmişdir. Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 gələn kimi təhqiramiz ifadələr işlətmiş, bu zaman Təqsirləndirilən şəxs içkili olduğundan əsəbləşib Zərərçəkmiş şəxs2lə yaxalaşmış, lakin Şahid1la və başqa bir tanımadığı Zərərçəkmiş şəxs2 yanında olan papaqlı şəxslə birlikdə onları ayırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobil tərəfə sakitləşməsi üçün göndərmiş, özü isə hadisə yerində olan mağazanın qarşısında bulağın yanında Nicat və Zərərçəkmiş şəxs2ləri sakitləşdirməyə çalışmış, həmin vaxt Zərərçəkmiş şəxs1 borunun üzərində oturmuş vəziyyətdə olmuş, həmçinin yanında papaqlı şəxs də olmuş, Şahid1 da onun kimi həmin şəxsləri sakitləşdirməyə çalışmış, söhbət zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra Təqsirləndirilən şəxs nalayiq ifadələri eşidib, əsəbləşərək qaçıb Zərərçəkmiş şəxs2 üstünə gəlmiş, bu zaman dostu Təqsirləndirilən şəxs saxlamağa çalışsa da, saxlaya bilməmiş, Şahid1 da Təqsirləndirilən şəxs belindən tutub saxlamağa çalışmış, nəticədə hər ikisi də yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yumruq vurub yerə yıxmış, buna baxmayaraq Şahid1la birlikdə yenə onları ayırmış, bundan sonra Təqsirləndirilən şəxs əsəbindən ərazidə olan dəmir zibil qutusunu əlinə götürmüş, lakin həmin zibil qutusunu Təqsirləndirilən şəxs əlindən alıb yerə atmış, ardınca həmin papaqlı şəxs zibil qutusunu yerdən götürüb Təqsirləndirilən şəxs tərəfə atdıqda qutu Təqsirləndirilən şəxs yan keçmiş, bundan sonra isə təcili tibbi yardımın və polisin əməkdaşları hadisə yerinə gəlmişdir. 02 iyun 2024-cü il tarixdə hadisə vaxtı hava yağmursuz və isti, yol isə asfalt örtüklü və nəmli olmuşdur. Hadisə zamanı heç kimə zor tətbiq etməmiş, yalnız Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 sakitləşdirməyə çalışmış, həmçinin ona zor tətbiq edən şəxs olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə ona təqdim olunmuş 02 (iki) ədəd videogörüntülərə baxmış, hər 02 (iki) ədəd videogörüntülərdə olan göy cins şalvar və qara qolları yığılmış köynəkdə olan şəxs özü olmuş, videogörüntüdə Zərərçəkmiş şəxs1 yaxınlaşan ilk şəxs özü olmuş, digər boz gödəkçəli şəxs isə dostu Təqsirləndirilən şəxs, qara şalvar və qara köynəkli olan şəxs isə dostu Şahid1dur. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qonşusudur, münasibətləri daima yaxşı olmuş, aralarında qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdən etibarən tanımış, əvvəllər hər hansı tanışlığı olmamış, aralarında qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. 02 iyun 2024-cü il tarixdə səhər saat 05:30 radələrində yaşadığı evin həyətində yatarkən qəfildən səs-küy eşidib yola çıxmış, bu zaman “VAZ 2107” markalı avtomobilin qaz turbasına çırıpılıb dayandığını görmüş, həmin vaxt maşının ətrafında üç nəfər şəxs olmuş, həmçinin qonşusu Zərərçəkmiş şəxs2 maşının yanında dayanıb ondan su gətirməsini xahiş etmiş, dərhal evdən su gətirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 yerdə uzanıqlı olmasını görməmiş, suyu gətirdikdən sonra bir nəfərin yerdə uzanıqlı vəziyyətdə olduğunu gördükdə hər kəs ətrafına toplaşmış, orada həmin maşının Zərərçəkmiş şəxs1 vurduğunu bilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 əsəbindən maşının sürücüsünə içkili vəziyyətdə nə səbəbə avtomobil idarə etməsi ilə bağlı irad tutmuş, sürücü Təqsirləndirilən şəxs həqiqətən çox içkili olduğundan özünü idarə edə bilməmiş, bu ifadənin ardınca Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, öz növbəsində dərhal onları ayırmış, Təqsirləndirilən şəxs dostları olan iki nəfər də sonuncunu ayırmış, Təqsirləndirilən şəxs yerdə uzanan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 oğlu olduğunu bilməmiş, zərbə nəticəsində Zərərçəkmiş şəxs2 geri addımlayaraq, müvazinətini itirmiş və nəticədə burunu ilə dodağı qanamışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 üzünü yumaq üçün ərazidə olan mağazanın qarşısındakı bulağa getmiş, bulağın yanında olanda Təqsirləndirilən şəxs yenə də sakitləşməyərək heç bir səbəb olmadan təkrar Zərərçəkmiş şəxs2 üstünə qaçaraq hücum etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 qaz turbasının üstündə oturmuş vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzərinə hücum edəndə Zərərçəkmiş şəxs1 də təpiklə itələyərək, Zərərçəkmiş şəxs2 üstünə hücum edib yumruq və təpik atmağa başlayanda sonuncu da ona yumruq zərbəsi ataraq müdafiə olunmağa çalışmış, lakin Təqsirləndirilən şəxs zərbə sürtdüyündən dəyməmiş, nəticədə hər ikisi yerə yıxılmış, bu zaman Təqsirləndirilən şəxs dostları ayırmağa çalışmış, öz növbəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurmaması üçün itələmiş, bundan sonra Təqsirləndirilən şəxs onun üstünə zibil qutusunu atmağa çalışdıqda dostları imkan verməmiş, müdafiə olunmaq üçün həmin zibil qutusunu yola tərəf atmış, zibil qutusunu Təqsirləndirilən şəxs vurmamış, həmçinin Təqsirləndirilən şəxs da ona zor tətbiq etməmişdir. Bundan sonra təcili tibbi yardıma zəng edilmiş, hadisə vaxtı Təqsirləndirilən şəxs yüksək səslə söyüşlər söymüş, öz-özünə qışqırmış və ətrafda olan əşyaları dağıtmışdır. Cinayət işi materialarına əlavə edilmiş videogörüntülər ona təqdim olunmuş, videogörüntüdə əks olunan və hadisə sonrası əraziyə gələn iki qadın anası X4 və arvadı X11 olmuş, həmin qadınlar başqa vermiş hadisələri görməmiş, yalnız su götürməyə gəlmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024cü il tarixdən sonra tanımış, əvvəl hər hansı tanışlığı olmamış, aralarında qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağa adlı şəxs vasitəsi ilə Şahid5 2023-cü ildə etibarnamə əsasında satın almış, sadəcə olaraq həmin avtomobili mülkiyyətinə keçirməmişdir. 01 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla birlikdə həmkəndlisinin toy məclisində iştirak etmiş, həmin toy məclisində spirtli içki qəbul etdiyindən avtomobili sürməyib, həmkəndliləri ilə evinə qayıtmış, Təqsirləndirilən şəxs isə tanışları və dostları ilə toy məclisində qalmış, həmin vaxt Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamış, toy məclisini tərk edərkən Təqsirləndirilən şəxs spirtli içki içib avtomobil idarə etməməsini demiş, sonuncu da onunla razılaşmışdır. Təqsirləndirilən şəxs yanında spirtli içki içməyən və sürücülük vəsiqəsi olan dostunun olduğunu düşünüb rahat evinə gedib yatmış, səhəri günü yəni, 02 iyun 2024-cü il tarixdə təxminən saat 06 radələrində Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətdiyini Söyləmiş, dərhal hadisə yerinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan, içkili vəziyyətdə “VAZ 2107” markalı **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərinin partlamasının nəticəsində idarəetməni itirib, avtomobili dirəyə vurmasını və dirəyin də Zərərçəkmiş şəxs1 dəyməsini bilmiş, hadisə yerində olan kimi üzrxahlıq edib bütün xərcləri qarşılamış, ardınca Zərərçəkmiş şəxs1 xəstəxanaya aparılmış, hadisədən sonra X22 Abdullayevin atası Zərərçəkmiş şəxs2 təhqir etməsinə görə mübahisə etdiyini də eşitmiş, oğlu Təqsirləndirilən şəxs danlayaraq Nicat ilə Zərərçəkmiş şəxs2 üzr istəmiş, bütün xərclərini qarşılayıb barışmış, avtomobil isə sonradan tərəfindən təmir edilmişdir. 20 iyun 2024-cü il tarixdən əvvəl Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamış, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra müraciəti gec etdiyindən yalnız hadisədən sonra sürücülük hüququna malik olmuş, “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq, sağ və sol yan hissələri hadisə nəticəsində zədələnmiş, avtomobil artıq təmir edilmiş vəziyyətdədir, faktiki mülkiyyətində olan “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması ilə bağlı şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində tanınmış Şahid5 məhkəməyə telegram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid5 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Təqsirləndirilən şəxs və Şahid4 mülkiyyətində olmuş “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alıcıları olaraq tanımış, həmin şəxslərə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2022-2023-cü illərdə alıb, adına rəsmiləşdirmiş, təxminən bir ilə yaxın avtomobil idarə edildikdən sonra satmaq qəranna gəlmiş, 2023-cü ilin yay aylarında həmin avtomobili Şahid4 satmış, avtomobili konkret hansı məbləğ müqabilində satdığını unutmuş, həmin tarixdən sonra avtomobilə yalnız Şahid4 və sonuncunun oğlu Təqsirləndirilən şəxs etibarnamə vermiş, həmin avtomobili idarə etməklə yanaşı sərəncam vermək hüququ da həmin şəxslərə verilmiş, sadəcə olaraq həmin şəxslər avtomobili öz adlarına keçirməmiş, avtomobilin faktiki sahibi Şahid4 olmuşdur. “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili satarkən hər hansı bir texniki nasazlığı olmamış, 02 iyun 2024- cü ıl tarixdə “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirməsi barədə hər hansı məlumatı olmamış, həmçinin avtomobilə zərər vurulmasından xəbəri olmamış, çünki avtomobilin faktiki sahibi özü olmamış, bu səbəbdən həmin zərərin ona aidiyyəti olmamış, bununla bağlı hər hansı şikayət və tələbi olmamışdır. Baş vermiş hadisəni özündə əks etdirən DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, “xx.xx.2024“ tarixinin qeyd olunması və saniyələrin 05:30:29-dan etibarən davam etdiyi aşkar olunur. Videgörüntü səssizdir, hər hansı bir səs effekti yoxdur və yalnız hərəkət vardır. İlk saniyələrdən havanın işıqlı, yoiun təmiz və yağıntısız olduğu görünür. Həmçinin bir nəfər qara gödəkçəii şəxsin yol kənarında dayanıb, yol ayırıcısı olan dəmirlərə söykənib siqaret çəkməsi müşahidə olunur. Eyni zamanda Zərərçəkmiş şəxs1 arxa tərəfində avtomobillərin saxlanılması üçün yerlərin olması, sonuncudan 07 (yeddi) avtomobil yeri uzaqlıqda 01 (bir) ədəd qara rəngli avtomobilin dayanmış vəziyyətdə olması və ətrafda Zərərçəkmiş şəxs1 başqa kimsənin olmaması görünür. Videogörüntünün 05:31:14-cü saniyəsinədək olan müddət ərzində yolda hər hansı bir avtomobil hərəkəti və Zərərçəkmiş şəxs1 yola çıxması müşahidə olunmur. Son qeyd olunan saniyədə Zərərçəkmiş şəxs1 görünən yolun soluna qəfil baxıb, yolun sağ istiqamətində avtomobil yerlərinə tərəf qaçmağa başlayır. Videogörüntünün 05:31:16-cı saniyəsində 01 (bir) ədəd ağ rəngli “VAZ 2107” markalı avtomobilin dirəklə birlikdə hərəkəti görünür. Növbəti saniyədə isə dirəyin Zərərçəkmiş şəxs1, avtomobilin isə yoi kənarında olan dəmir yol ayırıcısına və ağaca çırpılması müşahidə edilir. Avtomobil Zərərçəkmiş şəxs1 dəyən kimi Zərərçəkmiş şəxs1 yerə yıxılır və hərəkətsiz qalır. Videogörüntünün 05:31:35-ci saniyəsindən etibarən avtomobildən 03 (üç) nəfər şəxs enir və həmin şəxslər avtomobil kənarında avtomobilə baxır. Avtomobilin sürücüsü avtomobildən düşdükdən sonra 05:32:07-ci saniyədə yerdə olan avtomobildən ayrılmış və yol ortasında olan avtomobil hissəsini əlinə götürüb yuxarı tullayaraq həmin hissəyə təpiklə vurur. Videogörüntünün 05:32:20-ci saniyəsində həmin üç nəfərdən biri (təpik vurmayan, jins şalvar və qara köynək) ilk öncə, ardınca isə digər ikisi yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 tərəf qaçıb yaxınlaşır. Videogörüntünün 05:32:29-cu saniyəsində isə hərəkət donur və sonadək eyni kadr əks olunur. Videogörüntü ümumilikdə 01 (bir) dəqiqə 35 (otuz beş) saniyə müddətdə hərəkətli vəziyyətdədir. Qalan saniyələrdə hər hansı bir hərəkət müşahidə edilmir. Tərəflər arasında mübahisə anını əks etdirən videogörüntüyə baxış zamanı videogörüntüdə “xx.xx.2024” tarixinin qeyd olunması və saniyələrin 05:39:36-dan etibarən davam etdiyi aşkar olunur. Videgörüntü səssizdir və yalnız hərəkət müşahidə edilir. İlk saniyələrdən havanın işıqlı, yolun təmiz və yağıntısız olduğu görünür. İlk saniyələrdən Zərərçəkmiş şəxs1 yol ayrıcı kənarında olan boru üzərində əyləşməsi və 02 (iki) nəfər şəxsin onunla söhbət etməsi, onların yanında olan bulaqda 01 (bir) nəfər şəxsin əl-üzünü yuması müşahidə olunur. Videogörüntünün 05:39:48-cı saniyəsində 01 (bir) nəfər boz gödəkçəii şəxsin qaçaraq Zərərçəkmiş şəxs1 və əl-üzünü yuyan şəxsə hücum etməsi başlayır. Hücum edərkən həmin şəxs ilk öncə boru üzərində oturmuş Zərərçəkmiş şəxs1 təpik zərbəsi vuraraq yerə yıxır və ardınca əl-üzünü yuyan şəxsə hücum edib, yumruq və təpik zərbələri vurur. Digər şəxslərdə təpik zərbələri atmağa başlayır. Ardınca boz gödəkçəii şəxs əl-üzünü yuyan şəxsi yerə yıxıb yumruqlayır. Zərərçəkmiş şəxs1lə əl-üzünü şəxsə dayaq dayanan açıq rəngli papaqlı şəxsin uzaqlaşdırması nəticəsində həmin hücum edən şəxs kənarlaşır. Bu hadisə videogörüntünün 05:40:10-cu saniyəsindək davam edir. Buna baxmayaraq həmin boz gödəkçəii şəxs videogörüntünün 05:40:19-cu saniyəsində əməllərini davam etdirərək yol kənarında olan dəmirdən olması əks olunan zibil qutusunu əlinə götürüb qaldıraraq hücum etdiyi şəxsıəıə təıəı atmağa çatışır, ıakın yanınoa oıan oıgəı qaıa köynəkn şəxs onun əlindən tutub saxlayır və zibil qutusu yerə düşür. Ardınca isə açıq rəngli papaqlı şəxs zibil qutusu yerdən götürür yoia tərəf uzaqlaşır, bundan sonra isə qara köynəkli şəxs həmin zibil qutusunu gətirib bulağın yanında kənara qoyur. Həmin saniyələrdə əl-üzünü yuyan şəxsin üz nahiyəsini əli ilə silməsi görünür. Ümumilikdə bu hadisəyədək videogörüntüdə 06 (altı) nəfər şəxs əks olunur. Videogörüntünün 05:40:46-cı saniyəsindən etibarən isə 02 (iki) nəfər qadının hadisə yerində olması və ətrafa baxması müşahidə olunur. Həmin qadınlar açıq rəngli papağı olan şəxsin yanında hərəkət edir. Videogörüntünün 05:41:07-ci saniyəsindən etibarən isə yolun əks istiqamətindən başqa 01 (bir) nəfər kök kişi cinsli şəxsin hadisə yerinə gəlməsi görünür. Gələn həmin kişini boz gödəkçəii hücum edən şəxsin yanında olan şəxslər uzaqlaşdırmağa çalışır. Həmin vaxtda isə yenə yolun əks istiqamətindən başqa 01 (bir) nəfər şəxsin əli cibində ətrafda olanlara baxaraq hərəkəti görünür. Bundan sonra isə əl- üzünü yuyan şəxs yenə bulağa yaxınlaşır. Digərləri isə yol kənarında dayanır. Videogörüntünün əhatə olunduğu 02 (iki) dəqiqə 40 (qırx) saniyə müddətində yolda hər hansı bir avtomobil hərəkəti müşahidə edilmir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2025-ci il tarixli 8/705 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa sürücü Təqsirləndirilən şəxs “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan əlavə sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətində idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin sürücü Təqsirləndirilən şəxs “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 110-120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 02 iyun 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Quba rayonunun Qam-Qam kəndinin ərazisidir, yolun hərəkət hissəsi düzdür, yol asfalt- beton örtüklüdür, yol örtüyünün vəziyyəti qurudur, yol örtüyünün eni 08 (səkkiz) metrdir, yol ikili hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 04 (dörd) metrdir, yol kənarında sağ və soldan kənd tipli evlər vardır. Quba rayonunun Təngəaltı kəndi istiqamətindən gələn “VAZ 2107” markalı avtomobil dirəyə dəymiş, dirək isə piyada Zərərçəkmiş şəxs1 dəyərək xəsarət yetirmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 Quba rayon şöbəsinin 04 iyun 2024-cü il tarixli 389 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarət - alnında sağda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti 02 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 Quba rayon şöbəsinin 06 iyun 2024-cü il tarixli 399 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər - sol dirsəkdə, sol qalça tinində, sağ dizdə, sol bayır topuqda sıyrıq, sol körpücük sümüyünün bayır 1/3-nin qapalı yerini dəyişən sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti 02 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 Quba rayon şöbəsinin 06 iyun 2024-cü il tarixli 400 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarət - üst dodaqda sağda səthi əzilmiş yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti 02 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmyanan xəsarətlər növünə aiddir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən iş üzrə sübut kimi qəbul edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində ibtidai istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsindən həmin Məcəllənin 221.1 və 263-1.1-ci maddələrinə tövsif olunsun, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 263-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddələrlə ittiham elan olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid1, Şahid2, Zərərçəkmiş şəxs2 və Şahid3 əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından onlar barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, ********* nömrəli cinayət işi, o cümlədən, həmin cinayət işinə birləşdirilənədək ********* nömrə altında ibtidai istintaq olunmuş cinayət işi üzrə Quba rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılarkən rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsinin, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsinin, bundan əlavə 29 avqust 2024-cü il tarixdə saat 08:30 radələrində X8 idarə etdiyi “Chevrolet Aveo” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Quba rayonunun Hacıhüseynli kəndi ərazisindən Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun döngəli hissəsində həmin istiqamətdən gələn X9 idarə etdiyi “Ford” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşması nəticəsində sərnişin X10 ölməsinin və 05 (beş) nəfər şəxsin az ağır dərəcəli bədən xəsarətləri almasının və digər cinayət xarakterli xüsusatların Təqsirləndirilən şəxs ittiham edildiyi cinayətlərlə bağlı olmayan hallar olduğundan həmin faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 313-cü maddələri ilə başqa cinayət işinin ayrılması haqqında qərar qəbul edilsin və digər cinayət xarakterli xüsusatlara ayrılmış cinayət işinin istintaqı zamanı hüquqi qiymət verilsin, həmçinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-8/2501 nömrəli ekspertiza rəyləri tədqiqat obyekti olaraq istifadə olunsun, o cümlədən, ********* nömrəli cinayət işi üzrə toplanmış materialların əsilləri və ********* nömrəli cinayət işi üzrə toplanmış materialların surətləri ayrılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında icraat açılması məsələsinə baxılmasından ötrü aidiyyəti materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmiş, Təqsirləndirilən şəxs 02 iyun 2024cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə etdiyi “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib yol kənarına yerləşdirilmiş dirəyə dəyməsi barədə və iştirakı ilə aparılan istintaq hərəkətləri zamanı onun işin faktiki hallarına uyğun gəlməyən göstərdiyi xüsusat zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, baxış protokolları və iş materiallarına əlavə edilmiş videogörüntülər ilə təkzib olunduğundan təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla cinayət işi üzrə toplanmış və bir-birini əlaqəli surətdə tamamlayan çoxsaylı sübutlarla təkzib edildiyindən, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş özünü müdafiə xarakterli ifadə hesab edilməklə, həmin xüsusat iş üzrə sübut növü kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış keçirilməsi haqqında protokollar, iş materiallarına əlavə edilmiş videogörüntülər və digər istintaq hərəkəti protokolları, o cümlədən, cinayət işinin başqa materialları Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin dəlilləri olduğundan, cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sağlamlığa dərəcəsi təyin olunmyanan xəsarətlərə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi, həmçinin sonuncuya zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1 və 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması kimi əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma hesab olunur. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun: 33-cü maddəsinin 4-cü hissəsinə əsasən, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqələri daxilində— saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla)” hərəkət etməlidirlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Biri biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə səbəb olduqda törədilmiş əməllər CMnin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir. 4 və 22-ci bəndlərində tövsiyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351 -ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə Cinayət Məcəlləsinin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-nin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 263-1.1-ci maddələri ilə ittiham elan olunmuşdur; “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; 01743 nömrəli manual alkoqol test rejiminin protokoluna əsasən Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə saat 06:25-də 0.412% miqdarında alkoqol aşkar olunmuşdur; BA237503 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, 2010-cu ildə istehsal edilmiş “VAZ 2107” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şahid5 mülkiyyətindədir; Şahid5 23 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, mülkiyyətində olmuş “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Şahid4 satılmış, həmin avtomobilə zərər vurulması ilə bağlı hər hansı şikayət və tələbi yoxdur; “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi Şahid5 tərəfindən 2010-cu ildə istehsal olunmuş “VAZ 2107” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, eləcə də, həmin avtomobillə bağlı sərəncam vermək və digər hərəkətlər etmək 23 avqust 2023-cü il tarixdə Şahid4 etibar edilmişdir; Quba rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin 01 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sürücülük vəsiqəsi olmamışdır. BD615590 nömrəli sürücülük vəsiqəsinə əsasən, Təqsirləndirilən şəxs B1, B2, C1 və C kateqoriyaları üzrə sürücülük hüququ 20 iyun 2024-cü il tarixdə verilmişdir. Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə tərəfindən təqdim olunan 10 mart 2025ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, əsasən, Təqsirləndirilən şəxs Quba rayonu, Mirzəməmmədkənd kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X2 Sistemindən 20 fevral 2025-ci il tarixdə edilmiş məhkumluq məlumatlarının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamamsı, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Həmçinin CM-nın 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə görə, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təyin olunmuş azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və hazırki hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təyin olunmuş cəza ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddəsinə əsasən X14 təyin olunmuş əsas cəzaları qismən, əlavə cəza isə tam toplanmaqla birləşdirilməli və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edillməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X5 hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təyin olunmuş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddəsinə əsasən əsas cəzaları qismən, əlavə cəza isə tam toplanmaqla birləşdirilsin və üzərində qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X5 hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-85/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-85/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver