Məhkəmə qərarları › İş №1(027)-86/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-86/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-86/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx.xx.1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs2 xx.xx.1988-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 - 2020-ci ilin fevral ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd polietilen bağlamada təmiz çəkisi 240,0 qram narkotik vasitə qurudulmuş marixuana əldə edərək etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin oturacağının altında saxlamaqla gəzdirmiş, bundan başqa xx.xx.2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda hər biri 1,047 qram, 0,087 qram və 0,052 qram olmaqla ümumilikdə üç ədəd siqaret kağızına bükülmüş ümumi təmiz çəkisi 1,186 qram narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0,267 qram psixotrop maddə olan metamfetamin əldə edərək onlardan iki ədəd siqaret kağızına bükülmüş 1,047 qram və 0,087 qram narkotik maddə olan heroini istifadə etməsi üçün Təqsirləndirilən şəxs1 götürmüş, bir ədəd siqaret kağızına bükülmüş 0,052 qram narkotik vasitə olan heroini və bir ədəd sellofana bükülmüş 0,267 qram psixotrop maddə olan metamfetami isə o, özü götürüb üzərində saxlamaqla gəzdirmiş, xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkcənin sağ iç qoltuq cibindən bir ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi 0,052 qram narkotik vasitə olan heroin və bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0,267 qram psixotrop maddə olan metamfetamin, həmçinin idarə etdiyi “Ford Tranzit” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ tərəfdə yerləşən sərnişin oturacağının altından bir ədəd polietilen bağlamada təmiz çəkisi 240,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 - xx.xx.2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda hər biri 1,047 qram, 0,087 qram və 0,052 qram olmaqla ümumilikdə üç ədəd siqaret kağızına bükülmüş ümumi təmiz çəkisi 1,186 qram narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0,267 qram psixotrop maddə olan metamfetamin əldə edərək onlardan bir ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi 0,052 qram narkotik vasitə olan heroin və bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0,267 qram psixotrop maddə olan metamfetamini istifadə etməsi üçün Təqsirləndirilən şəxs2 götürmüş, iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,047 qram və 0,087 qram narkotik vasitə olan heroini o, özü götürüb üzərində saxlamaqla gəzdirmiş, xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibliyindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,047 qram və 0,087 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, narkotik vasitələrdən arabir istifadə etmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır və münasibətləri daima normal olmuşdur. Təxminən 3 ay əvvəl yəni, 2020-ci ilin yanvar ayının sonlarında Qudyalçayının kənarında karxananın yaxınlığında etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili palçıqda batmış və avtomobilin təkərinin altına yerləşdirmək üçün daş axtaran zama yolun kənarında kolların arasında ağ rəngli sellofan bükülü tapmış, onu açıb baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Ətrafda kimsənin olmadığına əmin olduqdan sonra, içərisində narkotik vasitə olan bükülünü götürüb idarə etdiyi avtomobildə gizlətmiş, evinə gəldikdən sonra həmin narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İstifadə etdikdən sonra, ağ rəngli sellofanı yapışqan lentlə bağlayıb evində gizlətmiş və ondan bir neçə dəfə özü istifadə etmişdir. Bədənində olan ağrıları aradan qaldırmaq üçün narkotik vasitələrdən istifadə etmək istədiyindən narkotik vasitəni harada əldə edə bilməsi barədə Təqsirləndirilən şəxs1 soruşduqda o, Xaçmaz şəhərindən “Anar” adlı şəxsdən narkotik vasitə ala biləcəklərini demişdir. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə almaq üçün Xaçmaz şəhərinə getməyi təklif etmişdir. Bundan sonra, onlar birlikdə 110 manat pul toplayıb xx.xx.2020-ci il tarixdə saat 02 radələrində onun idarə etdiyi “Ford Tranzit” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə almaq üçün Xaçmaz şəhərinə getmişlər. Anarın idarə etdiyi avtomaşını Xaçmaz-Xudat yolunun Xaçmaz şəhəri istiqamətində yol kənarında dayandığını görüb Təqsirləndirilən şəxs1 110 manat pulu götürüb ona yaxınlaşmışdır. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 geri qayıdaraq Anarın birazdan əlaqə saxlayacağını demiş və onlar avtomobildə əyləşib həmin yerdə gözləmişlər. Təxminən 30 dəqiqə sonra Anar qeyd olunan yerə gəlmiş, Təqsirləndirilən şəxs1 avtomobildən enib Anarın yanına getmiş, o isə avtomobildə gözləmişdir. Bir qədər sonra Zaur avtomobilə qayıtmış və Anardan narkotik vasitələri aldığını deyərək əlində olan polietilen torbanı göstərmişdir. Həmin torbanın içərisində olan bükümlər olduğunu görmüş, bükülüləri öz aralarında bölüb Zaurla birlikdə Quba şəhərinə qayıtmışlar. Narkotik vasitələrdən istifadə etmələri barədə əvvəlcədən aralarında olan razılığa əsasən o, xx.xx.2020-ci il tarixdə saat 03:50 radələrində Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs1la görüşmüşdür. Həmin vaxtı o, tapdığı marixuananı və Xaçmaz şəhərində Anar adlı şəxsdən aldığı narkotik vasitələri özü ilə gətirmişdir. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs1la birlikdə qeyd edilən küçədə idarə etdiyi “Ford Tranzit” markalı **-MP-*** qeydiyyat nişanlı avtomobilin yanında söhbət edən zaman Quba RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, narkotik vasitələrdən istifadə etməkdə, həmçinin üzərində gəzdirməkdə şübhəli olduqları, üzərlərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini deyərək əvvəlcə hüquqları izah etmiş sonra isə üzərlərində olan əşyaları təqdim etmələri bildirilmişdir. Hüquqlarını müdafiə etmələri üçün ona vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 isə vəkil İbrahim Ağamov təqdim edilmiş, onlar vəkillərə etiraz etmədiklərini bildərək ilkin olaraq o, əynində olan tünd göy rəngli gödəkcənin sağ iç qoltuq cibindən şəffaf sellofan bükülü, gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli telefon, əynində olan idman şalvarının sol yan cibindən bir ədəd cib dəsmalı, gödəkcənin sol iç qoltuq cibindən bir ədəd plasmas qabda spirt və bir ədəd plastik sayğac kartı çıxarıb təqdim etmişdir. Həmin bükülüyə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman sellofanın içərisində 1 ədəd qara rəngli siqaret kağızında olan bükümün, 1 ədəd sarı rəngli sellofan büküm olması müəyyən edilmiş, ondan bu barədə soruşulduqda qara rəngli kağızda olan bükülünün “kokos” deyilən narkotik vasitə heroin, sarı rəngli polietilen bükümdə olanın isə “şüşə” kimi adlandırılan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan avtomobilində hər hansı narkotik vasitə olması barədə soruşduqda, avtomobilində ön sağ tərəfdə sərnişin oturacağının altında olan bükülünü çıxarıb təqdim etmiş, bu barədə ondan soruşulduqda həmin bükülünün içərisində kütlənin narkotik vasitə olan marixuana olduğunu və 3 ay əvvəl Qudyalçayının kənarındakı karxananın yaxınlığında yerdən tapdığını, ondan əvvəllər istifadə etdiyini, bu məqsədlə üzərində gəzdirdiyini demişdir. Üzərindən aşkar olunmuş şəffaf sellofan bükülünün içindəki bükümləri isə xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhərindən aldığını bildirmişdir. Aşkar olunmuş qara rəngli siqaret kağızındakı kütlə elektron tərəzidə ölçülərkən 0,26 qram, sarı rəngli sellofan bükülüdə olan kütlənin 0,43 qram, avtomobildən aşkar edilərək götürülmüş kütlənin isə ölçülərkən çəkisinin 297,04 qram olması müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, Zaur əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünu çıxarıb təqdim etmişdir. Şəffaf rəngli sellofan bükülü açıldıqda içərisində bir ədəd gümüşü rəngli və bir ədəd qara rəngli kağız bükülü aşkar olunuş və həmin iki ədəd kağız bükümlərə baxış keçirilərək bu barədə Təqsirləndirilən şəxs1 soruşulduqda, Zaur gümüşü rəngli kağız bükümdəki kütlənin metamfetamin, qara rəngli kağız bükülünün içərisindəki kütlənin isə narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Zaurun üzərindən aşkar olunmuş qara rəngli siqaret kağızına bükülmüş kütlə elektron tərəziyə çəkilən zaman həmin kütlənin çəkisinin 1,26 qram, gümüşü rəngli kağız bükümdə olan kütlənin çəkisinin isə 0,24 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitələri haradan və necə əldə etdiyi soruşulduqda, o həmin narkotik vasitələri Xaçmaz şəhərdə Anar adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və onun üzərindən aşkar olunmuş narkotik vasitələr kağız zərflərə qoyularaq qablaşdırılmış, daha sonra onlar sənədləşmə aparılması üçün Quba RPŞ-nə dəvət olunmuşlar. İfadəsinin sonunda X7 əməlindən səmimi peşman olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, hərdən narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır və münasibətləri daima yaxşı olmuşdur. 2020-ci ilin aprel ayının əvvəllərində Xaçmaz şəhərindən Quba şəhərinə ağ rəngli “VAZ 2107” markalı qeydiyyat nömrəsini xatırlamadığı taksi ilə qayıdarkən, söhbət əsasında Anar adlı sürücüdən onun da narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. O, Anara şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək istədiyini, lakin Quba rayonu ərazisində narkotik vasitə əldə edə bilmədiyini bildirərək, bununla bağlı Anardan köməklik etməsini istəmiş, Anar isə ona narkotik vasitələri əldə etməkdə ona köməklik göstərəcəyini bildirmişdir. Tanışı Təqsirləndirilən şəxs2 da, narkotik vasitələrdən istifadə etdiyinə görə ağrıları olduğundan narkotik vasitəni hardan əldə edə biləcəyini ondan soruşduqda, o, narkotik vasitəni Quba rayonu ərazisində əldə edə bilmədiyini, lakin Xaçmaz şəhərində yeni tanış olduğu Anar adlı taksi sürücüsünün onlara narkotik vasitə ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 ona Xaçmaz şəhərinə gedərək narkotik vasitə olan heroin və metamfetamin almağı təklif etmiş, o razılaşaraq xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Elçinin idarə etdiyi “Ford Tranzit” markalı **-MP-*** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərinə getmişdir. Tanış olduğu zaman Anar ona mobil telefon nömrəsini vermədiyindən, onunla harada görüşmək lazım olduğunu bilmədiyimdən əvvəlvə Anarı tapa bilməmiş və bir qədər avtomobillə ətrafı gəzdikdən sonra Anarı öz avtomobilinin yanında Xaçmaz-Xudat yolunun Xaçmaz şəhəri istiqamətində yolun kənarda dayandığını görmüşlər. Təqsirləndirilən şəxs2 avtomobilini yolun kənarında saxlamış və o, isə narkotik vasitə almaq üçün əvvəlcədən birlikdə topladıqları 110 manat pulu Elşinin idarə etdiyi avtomaşından götürüb Anarın yanına getmiş, Elçin isə öz avtomobilinin yanında gözləmişdir. O, 110 manat pulu Anara verib heroin və metamfetamin almaq istədiyini bildirmiş, Anar isə 110 manat pulu götürərək onu həmin yerdə gözləməsini, bir qədər sonra geri qayıdacağını deyərək ondan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs2la birlikdə gözləmiş, təxminən 30 dəqiqə sonra Anar adlı şəxs həmin yerə qayıtmış, o, avtomobildən düşüb Anara yaxınlaşmış, Elçin isə öz maşınında qalmışdır. Anar ağ rəngli bükülmüş polietilen torbanı ona verib narkotik vasitə olan heroin və metamfetamin aldığını demişdir. O, Anardan içərisində narkotik vasitələr olan polietilen torbanı götürərək Elçinin yanına qayıtmışdır. Elçin bükümlərdən ikisini özünə götürmüş və digər bükümləri istifadə etməsi üçün ona verdikdən sonra birlikdə Quba şəhərinə qayıtmışlar. Həmin narkotik vasitələrdən istifadə etmələri ilə bağlı əvvəlcədən aralarında olan razılığa əsasın xx.xx.2020-ci il tarixdə saat 03:50 radələrində Təqsirləndirilən şəxs2la Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində görüşmüşlər. Həmin vaxt Xaçmaz şəhərindən Anar adlı şəxsdən aldığı narkotik vasitələri də özü ilə aparmışdır. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində Elçinə məxsus “Ford Tranzit” markalı **-MP-*** qeydiyyat nişanlı avtomobilin yanında söhbət edən zaman Quba RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrdən istifadə etməkdə, həmçinin üzərlərində gəzdirməkdə şübhəli olduqlarını, üzərlərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirəcəklərini deyərək əvvəlcə, hüquqları izah edilmiş, sonra üzərlədində olan əşyaları təqdim etmələri bildirilmişdir. Vəkil İbrahim Ağamov ona təqdim edilmiş, hüquqlarını müdafiə etməsinə etiraz etməmiş, vəkil Müdafiəçi1 isə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir Bundan sonra videoçəkilişlə ilkin olaraq Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli gödəkcənin sağ iç qoltuq cibindən şəffaf sellofan bükülü, gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli telefon, əynində olan idman şalvarının sol yan cibindən bir ədəd cib dəsmalı, gödəkcənin sol iç qoltuq cibindən bir ədəd plasmas qabda spirt və bir ədəd plastik sayğac kartı çıxarıb təqdim etmişdir. Həmin bükülüyə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman sellofanın içərisində 1 ədəd qara rəngli siqaret kağızında olan büküm, 1 ədəd sarı rəngli sellofan bükümün olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 qara rəngli kağızda olan bükülünün “kokos” deyilən narkotik vasitə heroin, sarı rəngli polietilen bükümdə olanın isə “şüşə” kimi adlandırılan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 avtomobildə hər hansı narkotik vasitə olması barədə soruşduqda, Elçin avtomobilində ön sağ tərəfdə sərnişin oturacağının altında olan bükülünü çıxarıb təqdim etmiş, polis əməkdaşları ondan bu barədə soruşduqda bükülünün içərisində olan kütlənin narkotik vasitə olan marixuana olduğunu və 3 ay əvvəl Qudyalçayının kənarında karxananın ətrafından yerdən tapdığını, ondan əvvəllər istifadə etdiyini, bu məqsədlə üzərində gəzdirdiyini və üzərindən aşkar olunan şəffaf sellofan bükülünün içindəki bükümləri isə xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhərində Anar adlı şəxsdən aldığımızı bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş qara rəngli siqaret kağızındakı kütlə elektron tərəzidə ölçülərkən 0,26 qram, sarı rəngli sellofan bükülüdə olan kütlənin 0,43 qram, avtomobildən aşkar edilərək götürülmüş kütlənin isə ölçülərkən çəkisinin 297,04 qram olduğu müəyyən edilmişdir. Daha sonra ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, o da, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünu çıxarıb təqdim etmiş, həmin sellofan bükülü açıldıqda içərisində bir ədəd gümüşü rəngli və bir ədəd qara rəngli kağız bükülülər aşkar olunmuşdur. Həmin iki ədəd kağız bükümlərə baxış keçirilmiş, aşkar edilmiş bükümlərdə nə olduğu soruşulduqda, o, gümüşü rəngli kağız bükümdəki kütlənin metamfetamin, qara rəngli kağız bükülünün içərisindəki kütlənin isə narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş qara rəngli siqaret kağızına bükülmüş kütlə elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisinin 1,26 qram, gümüşü rəngli kağız bükümdə olan kütlənin çəkisinin isə 0,24 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr barədə soruşulduqda o, həmin narkotik vasitələri Xaçmaz şəhər sakini Anar adlı şəxsdən şəxsi istifadələri üçün adlığını bildirmişdir. Təqsirləndirilən şəxs2 və onun üzərindən aşkar olunmuş narkotik vasitələr kağız zərflərə qoyularaq qablaşdırılmış, sonra Elçin və o, sənədləşmə aparılması üçün Quba RPŞ-nə dəvət edilmişlər. O, xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhərində Anar adı ilə tanıdığı şəxsə 110 manat verərək ona 2 büküm narkotik vasitə olan heroin, 2 büküm isə psixotrop maddə olan metamfetamin verməsini istəmiş, aldığı narkotik vasitələrin onun istədiyi kimi olduğunu düşünsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə olan narkotik vasitələr ekspertizada yoxlanıldıqdan sonra həmin bükümlərin hər ikisində narkotik vasitə olan heroin olması ona bəlli olmuşdur İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasının bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin, NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Quba şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə məşğul olmaları barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 04:00-da narkotik vasitə əldə edib saxlamaqda və istifadə etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.H.Şəhriyar küçələrinin kəsişməsində saxlanılaraq yerindəcə üzərlərinə videoçəkilişlə müdafiəçilərin iştirakları ilə şəxsi axtarış, baxış keçirilmişdir. X13 əməliyyat qrupunun üzvlərini və müdafiəçiləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim edərək onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərinə görə saxlanıldıqları bildirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməklə əynindəki tünd göy payız gödəkçəsinin sağ iç qoltuq cibindən şəffaf sellofan bükülü aşkar edilmiş, həmin bükülüyə baxdıqda içərisində bir ədəd qara rəngli siqaret kağızı bükümündə qəhvəyimtil rəngli toz şəklində maddə, bir ədəd sarı rəngli sellofan bükümündə isə ağımtıl rəngli xırda kristallik formalı maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 qəhvəyimtil maddənin “kokos” deyilən narkotik vasitə olan heroin, ağımtıl kristallik formalı maddənin isə “şüşə” kimi adlandırılan metamfetamin olduğunu bildirmiş və ona hadisə yerində olan, özünün idarə etdiyi “Ford Tranzit” markalı **-MP-*** nömrə nişanlı avtomaşında qanunla qadağan olunmuş maddə olub-olmaması barədə soruşulduqda o, avtomobilində narkotik vasitə olduğunu bildirib avtomobilin ön sərnişin oturacağının altından yapışqan izolentlə bükülmüş, içərisində marixuanaya oxşar spesifik iyə malik, yaşıl rəngli otabənzər kütlə olan bağlamanı təqdim edərək onun narkotik vasitə olan marixuana olduğunu bildirmiş və həmin kütlə ondan götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmçinin üzərində olan qara rəngli “Nokia” markalı mobil telefonunu, cib dəsmalı, bir ədəd içərisində etil spirti olan 30 ml flakonu, “X22”nı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 avtomaşından aşkar edilmiş sellofan torbadakı kütləni 3 ay əvvəl Qudyalçayının kənarında karxananın ətrafından yerdən tapdığını, ondan əvvəllər istifadə etdiyini, bu məqsədlə üzərində gəzdirdiyini, şəffaf sellofan bükülünün içindəki bükümləri isə tanışı Təqsirləndirilən şəxs1la birlikdə xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhərində adının Anar olduğunu bildiyi şəxsdən aldığını bildirmişdir. Qara rəngli siqaret kağızındakı kütlə elektron tərəzidə ölçülərkən 0,26 qram, sarı rəngli sellofan bükülüdə olan kütlənin 0,43 qram, avtomaşından aşkar edilərək götürülmüş kütlənin isə ölçülərkən çəkisinin 297,04 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2la birlikdə saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdə üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş və Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan bükülü açıldıqda içərisində bir ədəd gümüşü rəngli və bir ədəd qara rəngli kağız bükülülər aşkar edilmişdir. Həmin iki ədəd kağız bükümlərə baxış zamanı gümüşü rəngli kağız bükümün içərisində qəhvəyimtil tozşəkilli maddə, qara rəngli kağız bükülün içərisində isə qəhvəyi rəngli toz çəkillində maddə aşkar olunmuşdur. Bu barədə soruşulduqda Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş iki ədəd kağız bükülülərin içərisində gümüşü rəngli kağız bükümdəki kütlənin metamfetamin, qara rəngli kağız bükülünün içərisindəki kütlənin isə narkotik vasitə olan herion olduğunu və üzərində gəzdirməkdə məqsədinin həmin narkotik vasitələri istifadə etmək olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş qara rəngli siqaret kağızına bükülmüş kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 1,26 qram, gümüşü rəngli kağız bükümdə olan kütlənin çəkisinin isə 0,24 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş hər üç kütlə iki ədəd zərfə və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş kağız bükülülər bir ədəd zərfə qoyularaq qablaşdırılmış və DİN-in 67 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəməbioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 7/156 saylı rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 ..." yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd polietilen bağlamada təmiz çəkisi – 240,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 240,0 qram marixuanadan təhqiqata sərf olundu 0,1 qram qalıq çəki 239.9 qramdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəməbioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/525 saylı rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ..." yazısı olan zərfdəki 2(iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,047 qram və 0,087 qram, ümumi təmiz çəkisi 1,134 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “vət. E.T. Məmmədovun üzərindən götürülmüş ...” yazısı zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,052 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,267 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlər Təqsirləndirilən şəxs2 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponenetlərinə görə eynidirlər. (Təqsirləndirilən şəxs1 götürülmüş 1,134 qram heroindən 0,1 qramı ekspertiza təhqiqitına sərf edildi, qalıq-1,034 qram, Təqsirləndirilən şəxs2 götürülmüş 0,052 qram heroindən 0.04 qram ekspertiza təhqiqatına sərf edildi, qalıq 0,012 qram, 0,267 qram metamfetamindən 0,05 qramı ekspertiza təhqiqatına sərf edildi qalıq 0,217 qramdır). İş üzrə təyin edilib keçirilmiş məhkəmə -narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1476 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamtefamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1741 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli gödəkcənin sağ iç qoltuq cibindən bir ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi 0,052 qram narkotik vasitə olan heroin, bir ədəd selofana bükülmüş təmiz çəkisi 0,267 qram psixotrop maddə metamfetamin və idarə etdiyi Ford markalı avtomaşının ön sağ sərnişin oturacağının altından bir ədəd polietilen bağlamada təmiz çəkisi 240,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,047 qram və 0,087 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri, onların özlərinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, ekspertiza rəyləri, maddi sübut, eləcə də işdəki digər sənədlərlə tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki,onların törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar, habelə əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamışlar. İş materiallarında olan Quba rayon Mərkəzi xəstəxanasının xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxananın Kosultativ Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdurlar. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 saylı ünvanda qeydiyyatdadır və aşağıdakı ailə tərkibi vardır: Atası X4, anası X2, qardaşı X11. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki,Təqsirləndirilən şəxs1 ünvan 5 saylı ünvanda qeydiyyatdadır və aşağıdakı ailə tərkibi vardır: Həyat yoldaşı X6, anası X5, qardaşları X8 və X9. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirlərini etiraf etmələrini, əməllərindən səmimi peşman olmalarını onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsini məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayəti səmimi etiraf etmələrini, əməllərindən səmimi peşmanlıq çəkmələrini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla çıxılmalı və onlara qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədilə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yerləri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 239.9 qram qurudulmuş marixuana, 1,034 və 0,012 qram heroin, eləcədə 0,217 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə 183,82 (bir yüz səksən üç manat, səksən iki qəpik) manat məbləğində ekspertiza xərci X3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 183,82 (bir yüz səksən üç manat, səksən iki qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 239.9 qram qurudulmuş marixuana, 1,034 və 0,012 qram çəkidə heroinlər, eləcədə 0,217 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar