Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-86/2022 19.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1986-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi təsərrüfatçılıqla məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs müdiri olduğu A+CO ASC-nin Quba filialında satış təmsilçisi işləyən Zərərçəkmiş şəxs həmin filiala 29000 manat borclu olduğunu iddia edərək Zərərçəkmiş şəxs Quba rayonu, Cağacuq kəndi ərazisində yolun kənarında saxladığı 4500 (dörd min beş yüz) manat dəyərində olan Vaz 2106 markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilini 01 oktyabr 2021-ci il tarixdə saat 16:00 radələrində qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət etməklə Zərərçəkmiş şəxs əlindən alaraq Quba şəhəri, M.Əzizbəyov küçəsində yerləşən A+CO ASC-nin filialının həyətinə gətirdirib qanunsuz saxlamaqla Zərərçəkmiş şəxs 4500 (dörd min beş yüz) manat miqdarında miqdarında mühüm ziyan vuraraq özbaşnalıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 322.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019-cu ildən “A+CO” MMC-nin Şimal üzrə filial müdürü vəzifəsində işləyir. Zərərçəkmiş şəxs ondan əvvəl həmin şirkətdə satış nümayəndəsi işləmiş, onu əvvəllki filial müdiri Şahid1 işə götürmüşdür. Şirkətin işlərini görmək üçün Şahid1 2019-cu ilin oktyabr ayında faktiki olaraq özünə məxsus olan VAZ-2106 markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili pulunu hissə-hissə ödəmək şərti ilə Zərərçəkmiş şəxs 4500 manata satmışdır. Avtomobil faktiki olaraq Şahid1 məxsus olsa da, avtomobil Eyvazın dostu Şahid2 adına rəsmiləşmiləşdirilmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında həmin vaxt Rusiya Federasiyasında olan Şahid1 ona zəng edərək Babəkə satdığı VAZ 2106 markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunun tam ödənilmədiyini bildirərək həmin avtomobili Babəkdən alıb şirkətin həyətinə qoymağı ondan xahiş etmişdir. Bundan sonra o, maraqlanıb öyrənmişdir ki, 30 senntyabr 2021-ci il tarixdə Babəkin idarə etdiyi VAZ-2106 markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil Quba rayonunun Cağacıq kəndi ərazisində xarab olduğundan o, avtomobili yolun kənarında saxlamışdır. 01 oktyabr 2021-ci il tarixdə o, evakuator avtomaşını ilə həmin avtomobili Quba rayonunun Çağacıq kəndindən götürüb Quba şəhərində yerləşən işlədiyi şirkətin həyətinə gətirmişdir. Bundan bir neçə gün sonra, Babək ona zəng edib avtomobilini geri qaytarmasını tələb etsədə o, avtomobili Babəkə qaytarmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı tam şəkildə ödədiyini bildirərək barəsində 8 X5 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2019-cu ilin aprel ayından 2021-ci ilin oktyabr ayına qədər Quba şəhərində yerləşən A+CO MMC-nin Şimal filialında Şabran rayon üzrə satış təmsilçisi vəzifəsində işləmişdir. O, işə başlayan zaman filialın müdiri Şahid1 olmuşdur. Şirkətin işlərini görmək üçün Eyvaz ona 2019-cu ilin oktyabr ayında VAZ- 2106 markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili pulunu hissə-hissə ödəmək şərti ilə 4500 manata satmışdır. Avtomobil Şahid1 məxsus olsa da, rəsmi olaraq avtomobilin sahibi Şahid2 olduğundan Eyvazın tapşırığı ilə Süleyman ona avtomobili sürmək üçün etibarnamə vermişdir. Hətta Eyvaz ona həmin vaxt avtomobili öz adıma keçirməyi də təklif etmişdir. 2020-ci ilin iyun ayında Şahid1 işdən çıxmış, onun yerinə filial müdiri Təqsirləndirilən şəxs təyin olunmuşdur. 2021ci ilin sentyabr ayının əvvələrindəşirkətin Quba filialının müdürü Təqsirləndirilən şəxs ayın sonunda işdən çıxacağını bildirmişdir. 2021-ci ilin sentyabr ayının sonunda işi təhvil vermək üçün Orxan ona yeni qəbul etdikləri Rövşən adlı şəxsə ərazidə olan dükanlara verdiyi malların siyahısını və pul borclarının siyahılarını, həmçinin şirkət tərəfindən ona verilən mobil telefonu təhvil verməsini bildirmişdir. Üç gün ərzində, yəni 28-30 sentyabr 2021-ci il tarixlərdə idarə etdiyi VAZ-2106 markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şirkətin auditi Orxan, bölgə müdürü Xətai və ondan marketləri təhvil götürən Rövşən adlı şəxslə Şabran rayonunda marketlərdə şirkətə məxsus avadanlıqları və ayrı-ayrı hər bir marketdə olan borcu hesablayaraq təhvil-təslim etmişlər. 30 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində təhvil-təslim tamamlandıqdan sonra yaşadığı evə qayıdarkən avtomobili Quba rayonunun Cağacıq kəndi ərazisində xarab olduğundan avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt şirkətin auditi Orxan, bölgə müdürü Xətai və Rövşən də onun yanında olmuşlar. Bundan bir neçə gün sonra o, avtomobilini götürmək üçün Cağacıq kəndinə gedəndə avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. Həmin vaxt şirkətdə operator işləyən dostu Valehdən bu barədə soruşmuşdur. Valeh ona avtomobilinin 01 oktyabr 2021-ci il tarixdə günortadan sonra evakuatorla şirkətin həyətinə gətirildiyini ona bildirmişdir. Bundan sonra o, şirkətin Quba filialının müdürü Təqsirləndirilən şəxs zəng vurub avtomobilini niyə yoldan götürüb şirkətin həyətinə gətirdiyini soruşmuşdur. Həmin vaxt Orxan ona bildirmişdir ki, avtomobilin pulunu tam ödəyib qurtarmadığına görə Şahid1 ondan xahiş etmişdir ki, avtomobili məndən alıb şirkətin həyətinə qoysun. O, Təqsirləndirilən şəxs, avtomobilini qaytarmasını, əks halda bu barədə polisə şikayət edəcəyini demişdir. Orxan isə avtomobili qaytarmayacağını bildirmişdir. O, üç gün gözləyib avtomobilini qaytaracaqlarını güman etsə də, Orxan avtomobilini qaytarmadığı üçün bu barədə Quba rayon PŞ-nə ərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən 2020-ci ilin iyun ayına qədər Quba şəhərində yerləşən A+CO MMC-nin Şimal üzrə filial müdürü vəzifəsində işləmişdir. 2019-cu ilin əvvəllərində Zərərçəkmiş şəxs həmin filialda sürücü kimi işə götürmüşdür. 2019-cu ilin ortalarında o, Quba rayon sakini Taleh adlı şəxsdən 4500 manata VAZ 2106 markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Avtomobili alarkən həmin avtomobili öz adına yox, şirkətdə işləyən dostu Süleymanın adına sənədləşdirmişdir. Yəni avtomobilin sahibi rəsmi sənəddə Süleyman olsa da, avtomobil faktiki olaraq onun olmuşdur. Daha sonra Babəki satış təmsilçisi vəzifəsinə keçirmişdir. Babəkin şirkətin işlərini görmək üçün avtomobili olmamışdır. Avtomobili aldıqdan bir ay sonra şirkətin işlərini görməsi üçün Babəkə verərək avtomobilin qiymətinin 4500 manat olduğunu bildirib həmin pulu da hissə-hissə 6 ay ərzində ödəməsini bildirmişdir. Babək də onunla razılaşmışdır. Babək hər ay ona 200-300 manat pul verməklə, bir dəfə də 1900 manat birdəfəlik pul ödəmişdir. 2020-ci ilin iyun ayında o, işdən çıxmışdır. Şirkətdən çıxsa da, şirkətlə qarşılıqlı işbirliyi qaldığından orada olan Babək daxil bütün işçilərin məsuliyyəti onun üzərində olmuşdur. O, şirkətdən çıxanda onun yerinə A+CO MMC-nin Şimal üzrə filial müdürü vəzifəsinə Təqsirləndirilən şəxs təyin etmişlər. Orxan o, filialda müdür işlədiyi zaman onun müavini olmuşdur. O. şirkətdən çıxdıqdan sonra, Orxana Babəkin şirkətdə qalıb işləməsini xahiş etmişdir. 21 sentyabr 2021-ci il tarixdə o, şəxsi işləri ilə bağlı Rusiya Federasiyasına getmişdir. Orada olduğu vaxt dostu Orxan ona zəng edib Babəkin şirkətə 29000 manat borcu olduğunu, Babəki işdən çıxarıldığını bildirmişdir. Həmin vaxt Babək ondan aldığı avtomaşının pulunu tam ödəmədiyi üçün və təqribən ona 1000 manat borcu qaldığı üçün o, Orxandan xahiş etmişdir ki, Babəkə nisyə satdığı VAZ 2106 markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan alaraq filialın həyətinə qoysun. 05 oktyabr 2021-ci il tarixdə o, Azərbaycan Respublikasına qayıtmışdır. 07 oktyabr 2021-ci il tarixdə Quba şəhərinə gəldiyi zaman Orxanla görüşdükdə o, avtomobili Babəkin əlindən aldıqlarına görə onlardan şikayət etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Məmmədov X2 Eyvaz Mayıl oğlunun göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4500 (dörd min beş yüz) manat miqdarında mühüm ziyan vuraraq özbaşnalıq etməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq edilmiş digər subutlarala tam subuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil Kooperativ və Təsərrüfat İdarəsinin 133 saylı MTK tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli 56 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı, Mənzil Kooperativ və Təsərrüfat İdarəsinin 133 saylı MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «8 Noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X3 ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs ərizəsini və dövlət İttihamçısının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işini və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək, onun Azərbaycan Respublikası CMnin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 2 saat üçün 12 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 02 (iş) iş saatına görə 12 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-86/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-86/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver