Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-86/2023 16.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi - Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası bir il azaldılmış və 28 may 2022-ci il tarixdə tarixdə cəzasını çəkib qurtarmış, ünvan 1 ünvanda qeydiyyatda olan və Quba rayonu İqriq kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 25 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Quba şəhəri, H.Əliyev prospekti, 218 nömrəli ünvanında yerləşən nənəsi Şahid1 yaşadığı evdə heç kimin olmadığını müəyyən etdikdən sonra evin kilidlənmiş vəziyyətdə olan plastik materiallı arxa giriş qapısını çiyin zərbələri ilə itələyib aralayaraq kilidini ayırmaqla qapını açıb içəri yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağında olan paltar dolabının yuxarıdan birinci gözündə yığılmış yorğan-döşək üzlüklərinin arasındakı pul kisəsindən nənəsi ilə birlikdə yaşayan nəvəsi və eyni zamanda onun da xalası qızı olan Zərərçəkmiş şəxs məxsus 2 ədəd “200” manatlıq və 5 ədəd “100” manatlıq əskinaslardan ibarət olmaqla 900 manat, mətbəx otağındakı divara bərkidilmiş və üzərində televizorun saxlandığı rəfin yuxarıdan ikinci gözündə olan pul kisəsindən Zərərçəkmiş şəxs məxsus 2 ədəd “20” manatlıq, 1 ədəd “10” manatlıq və 1 ədəd “5” manatlıq əskinaslardan ibarət olmaqla 55 manat pulu götürüb gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə məxsus ümumilikdə 955 (doqquz yüz əlli beş) manat məbləğində pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Quba şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 13-də qeydiyyatda olsa da, Quba rayonu, İqriq kəndində ev tikərək arvadı və iki uşağı ilə birlikdə həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 27 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Quba şəhəri, H.Əliyev prospektində yaşayan doğma ana nənəsi Şahid1 və nənəsi ilə birlikdə yaşayan xalası qızı olan Zərərçəkmiş şəxs yaşadığı evə nənəsinə baş çəkmək məqsədilə gedəndə görmüşdür ki, evin dəmir materialdan olan küçəyə açılan qapısı bağlıdır. Onun çağırış səsinə çıxan olmadığı üçün evdə heç bir kəsin olmadığını bilib oğurluq etmək qərarına gəlmişdir. Ona görə də evin arxasına keçərək arxaya açılan plastik materialdan ibarət qapının açıq olub-olmamasını yoxlamış və bu qapının da bağlı olduğunu görmüşdür. Nənəsinin evinə ara-sıra qonaq kimi gəldiyi üçün evə bələd olduğundan pulların saxlandığı yerləri bilmişdir. Bu niyyətini həyata keçirmək məqsədilə evin arxa qapısını çiyin zərbələri ilə itələyərək qapını aralayıb kilidini ayırmaqla açmış və içəri, yəni həmin qapının açıldığı qonaq otağına (böyük otağa) daxil olmuşdur. Qonaq otağından yataq otağına keçərək paltar dolabınına yaxınlaşaraq üst rəfdə yığılmış yorğan-döşək üzlüklərinin arasında olan qara rəngli portmanatı açıb içərisinə baxanda 02 ədəd "200" manatlıq və 05 ədəd "100" manatlıq əskinaslardan ibarət olan cəmi 900 manat pulu götürüb cibinə qoymuşdur. Bundan sonra yataq otağından çıxıb evin mətbəx otağına keçərək divara bərkidilmiş və üzərində televizorun saxlandığı rəfin ikinci gözündən qara rəngli üzərində sarı rəngli naxışlar olan portmanatı açaraq içərisindən 02 ədəd "20" manatlıq, 01 ədəd "10" manatlıq və 01 ədəd "5" manatlıq olmaqla cəmi 55 manat pulu götürüb cibinə qoyaraq evə daxil olduğu qapıdan çölə çıxaraq dərhal oradan uzaqlaşmışdır. Evdən çıxdıqdan sonra, çay içmək üçün Quba şəhərində “Köhnə avtovağzal” kimi tanınan yerə gedib orada olan "Badə" çay evində çay içmişdir. Çayxanada olarkən, Xaçmaz-Quba şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olan Xaliq adlı tanışı görmüşdür. Xaliqə 400 manat borcu olduğu üçün, Xaliq onu görən kimi ona verdiyi pulu istəmişdir. Həmin vaxt nənəsinin evindən oğurladığı pulların üstündən 2 ədəd "200" manatlıq olmaqla cəmi 400 manat pul götürüb Xaliqə verərək borcunu qaytarmışdır. Bundan sonra çayxanadan çıxaraq yaşadığı evə getmişdir. Sonradan Quba rayon polis şöbəsinin əməkdaşı Ramin adlı şəxs ona zəng edərək Quba RPŞ-yə dəvət etmiş və ona nənəsinin evindən oğurluq etməyi barədə polisə məlumat daxil olduğunu bildirmişdir. O, səmimi olaraq Ramin müəllimə nənəsinin evindən oğurluq etdiyini etiraf etmişdir. Sonra oğurluq etdiyi hadisə ilə bağlı Quba RPŞ-nin təhqiqat bölməsinə aparılan araşdırma zamanı nənəsinin evindən oğurladığı pulların qalan hissəsini, yəni 05 ədəd "100", 01 ədəd "50" və 01 ədəd "5" manatlıqdan ibarət olmaqla cəmi 555 manat pulu təhqiqatşıya təqdim etmişdir. Təqdim etdiyi pullar ondan təhqiqatçı tərəfindən protokol tərtib edilərək maddi sübut kimi götürülmüşdür. Nənəsi Şahid1 və xalası qızı Zərərçəkmiş şəxs ilə aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Həmin pulları tamah məqsədilə götürmüşdür. Etdiyi oğurluq barədə əvvəlcədən və ya sonradan heç kimin məlumatı olmamış, oğurluq etmək barədə qabaqcadan heç kimlə razılaşmamış, oğurluğu özü tək etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman oluduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəyib onunla barışıq əldə etdiyini və himayəsində azyaşlı övladının olduğunu bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi məhkəmədə elan olunan zamanı məlum oldu ki, anası vəfat etdiyi üçün o, Quba şəhəri, H.Əliyev prospekti, ev 218-də ana nənəsi Şahid1 ilə birlikdə yaşayır. Yaşadıqları ev birmərtəbəlidir və mətbəx otağı da daxil olmaqla dörd otaqdan ibarətdir. Evin həyətyanı sahəsi yoxdur. Evin dəmir materialdan ibarət küçəyə açılan və plastik materialdan ibarət arxaya açılan olmaqla iki giriş qapısı vardır. Onlar qabaq qapıdan istifadə etdikləri üçün arxa qapı həmişə içəridən kilitlənərək bağlı vəziyyətdə olur. 25 yanvar 2023-cü il tarixdə, saat 08:30 radələrində evdən çıxaraq işə getmiş, nənəsi isə həmişə olduğu kimi evdə qalmışdır. Həmin tarixdə, saat 19:30 radələrində evə gələn zaman nənəsi evdə olmamış, o, əvvəlcədən bilmişdir ki, nənəsi həmin gün günortadan sonra qardaşı gəlinin ad gününə gedəcək. O, mətbəx otağından qonaq otağına keçərkən evin plastik materialdan ibarət olan arxa qapısının aralı vəziyyətdə olmasını görüb dərhal nənəsinə zəng edərək bu barədə soruşmuşdur. Nənəsi qapını açmadığını bildirdikdə, onlar artıq şübhələnmişlər ki, evə kənar şəxs daxil olub. Ona görə də o, narahat olaraq ilk növbədə yataq otağındakı paltar dolabının üsti rəfində (gözündə) yığılmış yorğan-döşək üzlüklərinin arasında saxladığı portmanatı açaraq baxmış və görmüşdür ki, içərisində saxladığı 2 ədəd "200" manatlıq və 5 ədəd "100" manatlıq əskinaslardan ibarət olmaqla cəmi 900 manat yoxdur. Bundan sonra, qonaq otağına gedərək dolabda saxladığı qızıl-zinət əşyalarına baxmış və onların yerində olmasını görmüşdür. Daha sonra mətbəx otağına gedərək divara bərkidilmiş və üzərində televizorun saxlandığı rəfin yuxarıdan ikinci gözündə olan portmanatı açaraq baxmış və içərisində saxladığı 2 ədəd "20" manatlıq, 1 ədəd "10" manatlıq, 1 ədəd "5" manatlıq və 2 ədəd "2" manatlıq olmaqla cəmi 57 manat puldan "2" manatlıqlar qalmaqla cəmi 55 manat pulun yerində olmadığını aşkar etmişdir. Evin otaqlarına bir-bir nəzər salmışdır ki, daha nələrin olub-olmadığını müəyyən etsin. Evə baxarkən heç bir dağınıqlıq halı müşahidə etməmiş və bütün əşyaların yerində olduğunu görmüşdür. Pullar saxlandığı yerdən heç bir axtarış aparılmadan, evdə olan heç bir əşya dağıdılmadan, həmçinin nənəsinin evdən çıxdığı vaxtdan onun evə gəldiyi vaxta qədər olan qısa müddət ərzində, yəni onların evdə olmadıqları qısa vaxtda oğurlandığı üçün başa düşmüşdür ki, pullar onların evini tanıyan və evin vəziyyətini bilən şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra o, əvvəlcə DİN-nin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra isə nənəsinə zəng edib oğurluq barədə bildirərək evə çağırmışdır. Yaxınlıqda yaşayan qardaşıgildə olan nənəsi təxminən 10 dəqiqəyə gəlmişdir. Nənəsinin gəlişindən 5-10 dəqiqə sonra polis əməkdaşları gələrək evə baxış keçirmişlər. Hadisə ilə bağlı Quba RPŞ- yə ərizə yazaraq izahat vermişdir. Polis tərəfindən həmin oğurluq cinayətinin üstü açılanda bilmişdir ki, evindən oğurluq etmiş şəxs xalası oğlu Təqsirləndirilən şəxsdur. Həmin pulları işləyib aldığı əmək haqqısından özü üçün yığmışdır. Nə onun, nə də ki, nənəsinin Elman ilə hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Mehtiyeva X1 Şəhla Cəfər qızının göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Quba şəhəri, H.Əliyev prospekti, 218 ünvanında yerləşən evdə baş vermiş oğurluq hadisəsinin ev sahibinin nəvəsi, Quba şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə ona məlumat daxil olmuşdur. O, bir polis əməkdaşı olaraq Təqsirləndirilən şəxs Quba şəhər sakini kimi tanıdığı üçün Təqsirləndirilən şəxs zəng edərək Quba RPŞ-yə dəvət etmişdir. 25 yanvar 2023-cü il tarixdə, saat 21:30 radələrində Quba RPŞ-yə gələn Təqsirləndirilən şəxs nənəsinin evindən oğurluq etməyi barədə polisə məlumat daxil olduğu üçün çağırıldığını izah etdikdə. Təqsirləndirilən şəxs nənəsinin evindən oğurluq etdiyini səmimi şəkildə etiraf edərək, oğurladığı pulların bir hissəsini öz tanışına verərək borcunu qaytardığını, digər hissəsini isə özündə saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs hadisə ilə bağlı araşdırmanı aparan şöbənin baş təhqiqatçısı, polis mayoru X3 təqdim etmişdir ki, oğurladığı pulları təhqiqata təqdim edərək hadisəni törətməsi ilə bağlı izahat versin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hokum ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzaya 3 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hokmü ilə Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 71.5-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixli hökm dəyişdirilərək CM-nin 177.3.2-ci maddəsi CM-nin 177.2.4-cü maddəsinə tövsif edilərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı 3 il 6 ay 28 gün müddət nəzərə alınaraq təyin edilmiş cəzadan azad edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hokum ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası bir il azaldılmış və 28 may 2022-ci il tarixdə tarixdə cəzasını çəkib qurtarmışdır. İş materialında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 425 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 13-də qeydiyyatda olmaqla Quba rayonu, İqriq kəndində yaşayır. İş materialında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ 228077 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam ödəməsini və himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin əvvəllər üç dəfə eyni xarakterli, yəni saxlanc yerinə daxil olmaqla oğurluq cinayətləri törədərək iki halda azadlıqdan məhrum etmə cəzasına, sonuncu dəfə isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunaraq təyin edilmiş cəzalardan nəticə çıxarmadığını, həmçinin sonuncu dəfə təyin olunmuş azadlığın məhdudlaşdırması cəzasını çəkdiyi dövrdə də üzərinə qoyulmuş vəzifələri pozduğuna görə iki dəfə Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən Quba rayon Məhkəməsinə təqdimatla müraciət edildiyini (təqdimatlar təmin edilməmişdir) və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ninn 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 yanvar 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-86/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-86/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver