Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-87/2020 20.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan,barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində Quba rayonu 1ci Nüqədi kəndində yaşadığı evində aralarında yaranmış münaqişə ilə əlaqədar qardaşı Şahid1 cinayət məsuliyyətinə cəlb etdirmək məqsədilə sonuncunun guya onunla qeyrirəsmi nikahda olan Zərərçəkmiş şəxs döyməsini səhnələşdirib şikayət etməsi üçün Zərərçəkmiş şəxs sol qulaq nahiyəsinə qəsdən yumruqla zərbə vuraraq baş beyin silkələnməsi ilə müşayiət-olunan başın küt travması, sol qulaq pərdəsinin pertorasiyası ilə müşayiət edilən travmatik zədələnməsi kimi sağlamlığının qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cuzi itirilməsinə səbəb olmuş xəsarətlər yetirməklə qəsdən zərərçəkmişin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxsona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 2010-cu ildə Xaçmaz rayonu Xudat şəhər sakini X4 ilə evlənmiş, onların 2011-ci il təvvəllüdlü oğlu Hiiseyin vardır, lakin Məhsumə ilə 2017-ci ildə boşandıqdan sonra rəsmi nigahları olmasa da Zərərçəkmiş şəxs onun ikinci ailəsidir. O, Məhbubə ilə ər-arvad kimi artıq üç ildir ki, birlikdə Quba rayonu 1-ci Nüqədi kəndində atası evində yaşayırlar, həmin evdə bir həyətdə eyni zamanda qardaşı Şahid1 öz ailəsi ilə yaşadığına görə ailəlikcə uzun müddətdir ki, yola getmirlər, aralarında ev-torpaq mübahisəsi uzun illərdir davam edir. Dəfələrlə aralarında münaqişələr olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində qardaşı Şirəli ilə yenə söz mübahisəsi olmuş, lakin həmin vaxtı heç kim heç kimi vurmamış, həmin günü arvadı Məhbubənin necə xəsarət aldığı barədə məlumatı olmamış, sonuncu onun tərəfindən vurulması barədə nə səbəbdən deməsini bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 3 il olar ki, Quba rayonu, 1-ci Nüqədi kənd sakini Təqsirləndirilən şəxs ilə qeyrirəsmi olaraq ər-arvad kimi yaşayır, rəsmi nigahları olmasa da onların 2018-ci il təvəllüdlü Mələk Hüseyinova adlı qızları vardır. Süleymanın atası evində iki ailə yaşayır.Bir həyətdə iki balaca evlərin birisində onlar Süleymanla, digər evdə onun qardaşı Şirəli öz ailəsi ilə yaşayırlar. Süleyman qardaşı Şirəli ilə uzun müddət gedən həmin ev mübahisəsi üstündə yola getmirlər. Süleyman Şirəlini evdən qovmağa çalışır ki, ev ona çatsın. Buna görə onu tutdurmaq üçün müxtəlif bəhanələrlə şərləmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində Süleyman qardaşı Şirəli ilə həyətlərində yenə ev üstündə mübahisə etmiş, Süleyman Şirəliyə “sən bu evdən çıxıb getməsən səni tutduracam” demişdir. Həmin günü axşam saat 19 radələrində o, evdə olduğu vaxtı Süleyman ona yaxınlaşıb qəflətən yumruğu ilə sol qulağından möhkəm zərbə ilə vurmuş, qulağından möhkəm ağrı hiss etmiş və qulağı tutulmuşdur. Süleyman ona “polisə gedək şikayət elə ki. səni Şirəli vurub” dedikdə, həmin vaxtı qorxusundan gedib polisə guya onu Şirəli vurduğunu bildirib ondan şikayət etmişdir. Lakin sonradan vicdan əzabı çəkdiyi üçün araşdırmanı aparan polis əməkdaşına həqiqəti, yəni onu Şirəli yox, əri Süleyman tərəfindən vurulub döyülməyini etiraf edib, bu barədə düzgün ərizə yazıb vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş üzrə təyin edilib keçirilmiş tibb-ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 380 nömrəli ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan başın küt travması, sol qulaq pərdəsinin pertorasiyası ilə müşayiət edilən travmatik zədələnməsi küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” X7 xx.xx.2020-ci il tarixli 1255 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir:Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusi aşkar olunur. Təqsirləndirilən şəxs aşkar olunan üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır yəni anlaqlıdır.Təqsirləndirilən şəxs cinayət edərkən və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olmuş və ya malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 62 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 05 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və onun həmin məhkumluğu ödənilməmişdir. İşdə olan Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 62 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 05 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması barədə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü xx.xx.2020-ci il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şöbədə qeydiyyata alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 05 gün hissəsini çəkmişdir, 02 il 03 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan Quba RİHB-nın 1-ci Nüqədi İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1975-ci il təvəllüdlü qeyri-rəsmi yaşadığı arvadı Zərərçəkmiş şəxs, 2011-ci il təvəllüdlü oğlu Hüseyn Hüseyinov, 2018-ci il təvəllüdlü qızı Mələk Hiiseyinovadan ibarət ailə tərkibi vardır, Quba RİHB-nın 1-ci Nüqədi İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq ekspert rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmişşəxsZərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işiüzrəicraataxitamverilməsiniməhkəmədənxahişetmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindəngörünürki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin73.2-ci maddəsinəəsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işiüzrəicraataCinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-87/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-87/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver