Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-87/2022 18.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Quba rayonu Susay kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu Susayqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 17 radələrində Quba rayonu Susayqışlaq kəndində yerləşən bağ sahəsində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs əlindəki ağac parçası ilə boyun, sağ qolun dirsək və sağ ayaq nahiyyələrinə vurmaqla ona sağ dirsəkdə yumşaq toxumanın əziyi və qançır-hematoması, sağ baldırın orta 1/3-nin ön-bayır səthində qançırhematomadan ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur, onunla münasibətləri 2012-ci il tarixdən artıq yaxşı deyildir. Əsas səbəbi isə aralarında gəlini, eləcə də torpaq sahəsi ilə bağlı yaranmış mübahisədir. Yaşadığı kəndin ərazisində 1,40 ha pay torpaq sahəsində gilas ağacları əkmiş, Namikə və digər övladlarına həmin sahədən 0,30 ha pay da vermişdir. Buna baxmayaraq oğlu Namik ona artıq pay verilməsini tələb etmişdir. 06.04.2022-ci il tarixdə saat 17 radələrində bağ sahəsində təmizlik, budama işləri görərkən Namik də həmin yerə gəlmiş, qurumuş ağac qələmlərini kəsməklə onun təmizlik apardığı sahəyə tökmüşdür. Buna görə Namikə öz iradlarını dedikdə aralarında mübahisə yaranmış, sonuncu üzərinə gəldikdə əsəbiləşərək yerdə olan ağac parçasını götürüb oğlu Namikə bir neçə zərbə endirmişdir. Münaqişə bağ sahəsində baş vermiş, orada başqa heç kim olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs atasıdır, artıq 3 ildir ki, anası dünyasını dəyişdikdən sonra münasibətləri pozulmuş, hazırda ata evində deyil, digər evdə yaşayır. Atasının digər qardaş və bacısı ilə də münasibətləri yaxşı deyildir. Bunun əsəs səbəbi kənd ərazisində yerləşən ümumi sahəsi 1 ha olan əkin yeri ilə bağlı yaranmış mübahisədir. Həmin əkin sahəsini atası Afil öz övladları arasında bölmüş, hər kəsə düşən pay hissələri tanıdılmışdır. Buna baxmayaraq Afil digər oğlu və qızının pay hissəsində olan gilas ağaclarının meyvəsini dərib satmış, aralarında narazılıqlar yaranmışdır. 06.04.2022-ci il tarixdə saat 17 radələrində bağ sahəsində budama işlərini görərkən atası Afil uzaqdan gələrək ona yaxınlaşmış, oradan çıxıb getməsini tələb etmişdir. Qardaşı Arturun tapşırığı ilə ona məxsus hissədə budama işləri gördüyünü dedikdə aralarında mübahisə yaranmışdır. Həmin vaxt atası Afil yerdən götürdüyü ağac parçası ilə ilk əvvəl boynunun sol, sağ qol, oradan çıxıb getmək istərkən isə arxadan sağ ayaq nahiyyəsinə vurub ona xəsarət yetirmişdir. Münaqişə bağ sahəsində baş vermiş, həmin vaxt ətrafda heç kim olmamışdır. İfadəsinin sonunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaq istəmədiyini bildiərək ona ağır cəza verilməsini xahiş etmişdir.. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-tibbi ekspertizasının 07 aprel 2022-ci il tarixli, 225 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sağ dirsəkdə yumşaq toxumanın əziyi və qançır-hematoması, sağ baldırın orta 1/3-nin ön- bayır səthində qançır-hematoma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 06 aprel 20221-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 17 radələrində Quba rayonu Susayqışlaq kəndində yerləşən bağ sahəsində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs əlindəki ağac parçası ilə boyun, sağ qolun dirsək və sağ ayaq nahiyyələrinə vurmaqla ona sağ dirsəkdə yumşaq toxumanın əziyi və qançırhematoması, sağ baldırın orta 1/3- nin ön-bayır səthində qançır-hematomadan ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin cinayət tərkibi var və iş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Aşağı Atuc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli 95 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Susayqışlaq kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasından alınmış 13.04.2022-ci il tarixli 667 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasının həddini və növünü müəyyən edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törədilməsində təsqirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinisin və aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli onun qazancından faktiki tutulmanın başlanıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən iyirmi gün müddətində Quba rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-87/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-87/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver