Məhkəmə qərarları › İş №1(027)-87/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-87/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-87/2023 16.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məmmədova (Kərimova) Tünzalə Rasim qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 iştirakı ilə, xx.xx.1981-ci ildə Quba rayonu, Yerfi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Quba rayon MKTB-də sürücü işləyən, Quba rayonu, Yerfi kəndində qeydiyyatda olan və Quba rayonu, Alekseyevka kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2012-ci il tarixdən başlayaraq, övladı, xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat məbləğində alimentin və uşağın müalicəsi üçün 50 (əlli) manat məbləğində əlavə xərc, cəmi 137 (yüz otuz yeddi) manat məbləğində alimentin alınaraq tələbkar Məmmədova (Kərimova) Tünzalə Rasim qızına verilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(012)-1684/2012 saylı qətnaməsini həmçinin həmin məhkəmənin 07 may 2019-cu il tarixli, 2(012)-2133/2019 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla cəmi 320,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar Məmmədova (Kərimova) Tünzalə Rasim qızının xeyrinə ödənilməsinə dair qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək ümumilikdə 17030,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Məmmədova (Kərimova) Tünzalə Rasim qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, X9 ilə 2008-ci il tarixdə birgə nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2009-cu il təvəllüdlü Məmmədli Elton və xx.xx.2015-ci il təvəllüdlü Məmmədli İshaq adlı övladları doğulmuşdur. Evləndikdən sonra uzun müddət Tünzalə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi ondan, xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat məbləğində alimentin və uşağın müalicəsi üçün 50 (əlli) manat məbləğində əlavə xərc, cəmi 137 (yüz otuz yeddi) manat məbləğində alimentin alınaraq tələbkar Məmmədova (Kərimova) Tünzalə Rasim qızına verilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli saylı qətnaməsini, həmçinin həmin məhkəmənin 07 may 2019-cu il tarixli, 2(012)-2133/2019 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla cəmi 320,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar Məmmədova (Kərimova) Tünzalə Rasim qızına verilməsi qət edilmişdir. Quba Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Quba Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Quba Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda Quba MKTB-də sürücü işləməklə aylıq 340 manat məbləğində qazanc əldə edir. Ölkə ərazisində mövcud olmuş COVİD 19 pandemiyası zamanı uzun müddət işsiz qalması səbəbindən aliment borcu üzrə qətnaməni icra etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədova (Kərimova) Tünzalə Rasim qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2009-cu il təvəllüdlü Məmmədli Elton və xx.xx.2015-ci il təvəllüdlü Məmmədli İshaq adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadığı müddətdə İlham uşaqı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(012)-1684/2012 saylı qətnaməsini üzrə Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat məbləğində alimentin və uşağın müalicəsi üçün 50 (əlli) manat məbləğində əlavə xərc, cəmi 137 (yüz otuz yeddi) manat məbləğində alimentin alınaraq ona verilməsi, həmçinin həmin məhkəmənin 07 may 2019-cu il tarixli, 2(012)-2133/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019- cu il tarixdən başlayaraq, övladları, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla cəmi 320,00 manat məbləğində sabit alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs Quba rayonunda “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyində sürücü işləyir, aylıq 300,00-350,00 manat qazanc əldə edir, lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Quba Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. İfadəsinin sonunda Məmmədova (Kərimova) X13 Mirzəmmədov barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 ifadəsində bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsini üzrə Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat məbləğində alimentin və uşağın müalicəsi üçün 50 (əlli) manat məbləğində əlavə xərc, cəmi 137 (yüz otuz yeddi) manat məbləğində alimentin, həmçinin həmin məhkəmənin 07 may 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019- cu il tarixdən başlayaraq, övladları, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla cəmi 320,00 manat manat məbləğində sabit alimenti tələbkar X5 xeyrinə ödəməmişdir. Həmin qətnamələr üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 6410,00 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək ümumilikdə 17030,00 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamələr icra edilməsi üçün Quba Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamələr üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, eyni borclu üzrə icra sənədləri ümumi icraatda birləşdirilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 17030,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir.Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. X11 Quba Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 X1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)- 1684/2012 saylı qətnaməsi və xx.xx.2012-ci il tarixli, 2(012)-1684/2012 saylı icra sənədindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat məbləğində alimentin və uşağın müalicəsi üçün 50 (əlli) manat məbləğində əlavə xərc, cəmi 137 (yüz otuz yeddi) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 2133/2019 saylı qətnaməsi və xx.xx.2019-cu il tarixli, 2(012)-2133/2019 saylı icra sənədindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla cəmi 320,00 manat məbləğində sabit alimentin cavabdeh Təqsirləndirilən şəxs alınaraq tələbkar Məmmədova (Kərimova) Tünzalə Rasim qızının xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Pərviz Quliyevin icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1684/2012 saylı icra sənədi üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayin icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2133/2019 saylı icra sənədi üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin 26 yanvar 2021-ci il tarixli eyni borclu barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Abşeron rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(012)-2133 saylı və xx.xx.2012-ci il tarixli 2-1684 saylı sənədlər ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-1201/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 8(027)-188/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2133 saylı icra sənədinə əsasən iş üzrə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-1041/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nın Yerfi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Yerfi kəndində qeydiyyatda olmaqla Quba rayonu Alekseyevka kəndində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, dəymiş zərəri aradan qaldırmamış və bunlara heç bir cəhd göstərməmiş, bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqğına iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməldir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar