Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-88/2022 25.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Quba rayonunun, Aşağı- Xuc kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu, Aşağı- Xuc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05.04.2022-ci il tarixdə, saat 14:00 radələrində Quba rayonu, Aşağı-Xuc kəndi ərazisində yerləşən “Dostum” kafesinin arxa tərəfindəki bağ sahəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ əli ilə sol qulağına bir dəfə əl zərbəsi ilə vuraraq ona barotravma nəticəsində sol qulaq pərdəsinin cırılıb deşilməsi ilə nəticələnən sağlamlığa qısa müddətə pozğunluq törədən qəsdən YÜNGÜL dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu. Aşağı-Xuç kəndi ərazisində yerləşən “Dostum” kafesini icarəyə götürmüşdür. 05.04.2022-ci tarixdə, saat 14 radələrində Bakı şəhər sakini Minəxanım Məmmədova kafedə aşbaz işləmək üçün Quba şəhəri, köhnə avtovağzal ərazisindən taksi sürücüsü kimi fəaliyyət göstərən Elmar adlı şəxsin avtomaşınına minib kafeyə gələrkən, Minəxanım onun nomrəsinə mesaj yazaraq Elmarın ona nalayiq təkliflər etdiyini bildirmişdir. Bir qədər keçkdən sonra, Elmar Minəxanımı kafeyə gətirmişdir. Həmin vaxt o, Elmarı kafenin arxa tərəfindəki bağ sahəsinə apararaq ona Minəxanıma etdiyi əxlaqsız təklifə görə öz iradını bildirərək əli ilə onun sifətinin sol tərəfinə vurmuşdur. Elmarı vurduqdan sonra o, idarə etdiyi maşına minib getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, özünə məxsus Opel Astra markalı avtomaşınla fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. 05.04.2022-ci il tarixdə, saat 13 radələrində o, Quba şəhərində yerləşən “Xalq Bankın” qarşısında avtomaşınının yanında dayanıb sifariş gözləyərkən orta yaşlı bir qadın avtomaşınına yaxınlaşıb onu Quba rayonunun Aşağı-Xuc kəndində olan Dostum kafesinə aparmağı xahiş etmişdir. Yolda adını sonradan öyrəndiyi Minəxanım onunla səmimi söhbət etdiyindən o, qadının telefon nömrəsini istəyərək boş vaxtlarında görüşməyi ona təklif etdikdə, Minəxanım telefon nömrəsini ona verməmişdir. Kəndə çatıb qadını düşürdükdən sonra, özünü Sənan kimi təqdim edən şəxs onu kafenin arxa tərəfində olan bağ sahəsinə aparıb Minəxanıma etdiyi təkilfə görə öz iradını bildirmişdir. Həmin vaxt aralarında mübahisə yarandığından Sənan sağ əli ilə onun sol qulaq nahiyyəsinə vurmuşdur. Aralarında olan mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir və mübahisə zamanı o, Sənanı vurmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 07.04.2022-ci il tarixli, 227 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-barotravma nəticəsində sol qulaq pərdəsinin çırılıb deşilməsi küt əşyanın təsirindən törənməklə, yetirilmə müddətiqərarda göstərilən vaxta. 05.04.2022-ci tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (5%) səbəb olduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin ifadəsini və ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 19 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Xucbala İnzibati Ərazi X1 tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 231 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Aşağı-Xuc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RMX PHŞ-in 13 aprel 2022-ci il tarixli, 665 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabentlərində qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materilı üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 04 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia, müsadirə olunası əmlak və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-88/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-88/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver