Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-88/2024 15.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, İctimai təhlükəli əməli törətmiş və eyni zamanda zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Müdafiəçi1, İctimai təhlükəli əməli törətmiş və eyni zamanda zərər çəkmiş şəxs – Təqsirləndirilən şəxs1nun, Onun müdafiəçisi – Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Quba rayonu, Söhüb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, evdar qadın, Quba rayonu Söhüb kəndində qeydiyyatda olan, Quba rayonu Qacar-Zeyid kəndində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair və xx xxxx 1994-cü il tarixdə Quba rayonu, Əski-iqriq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, evdar qadın, Quba rayonu, Əski-İqriq kəndində qeydiyyatda olan, Quba rayonu Qacar-Zeyid kəndində yaşayan Təqsirləndirilən şəxs1nun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 10 mart 2024-cü il tarixdə, saat 12:00 radələrində Quba rayonu Qacar- Zeyid kəndində yaşayan qonşusu Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində aralarında qonşuluq münasibətləri zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2 ilə qarşılıqlı olaraq dalaşmış və Təqsirləndirilən şəxs2 təpiklə sağ bazu nahiyyəsindən, əlləri ilə boyun və döş qəfəsinin arxa səthindən vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 10 mart 2024-cü il tarixdə, saat 12:00 radələrində Quba rayonu Qacar- Zeyid kəndində yaşayan qonşusu X1 ilə yaşadığı evin həyətində aralarında qonşuluq münasibətləri zəminində yaranmış mübahisə zamanı X3 yumruqla sifət nahiyyəsinə vuraraq, saçlarını yolub əlləri ilə üzünü və əllərini cırmaqlayıb ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş və eyni zamanda zərər çəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, qonşuluqda yaşayan Yavərlə bir neçə dəfə mübahisə etmiş və 07 mart 2024-cü il tarixdə Yavər ona zəng edərək evində təmir işləri aparan ustanın qoyunlarının onun həyətinə keçdiyini bildirərək onu söyüb təhqir etmişdir. 10 mart 2024-cü il tarixdə marketdən evə qaydarkən Yavərin öz həyətində iş gördüyünü görüb ona yaxınlaşmış və onu söyməsinin səbəbini soruşmuşdur. Həmin vaxt Yavər əlində olan dırmıxla ona hücüm etmiş və əlbəyaxa olub dalaşmışlar. Həmin vaxt Yavər bir neçə dəfə onu cırmaqlamış, saçlarını yolmuş və ona xəsarət yetirmiş, o isə özünü müdafiə etmək məqsədilə Yavəri təpiklə vuraraq özündən uzaqlaşdırmış, yerdə olan ağac budağını götürüb Yavəri qorxutmaq istəmiş, həmin vaxt əri Şahid2 onları sakitləşdirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 ərizə təqdim edərək ictimai təhlükəli əməli törətmiş və eyni zamanda zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs2 ilə barışdığını, şikayət və tələbinin olmadığını bildirərək barələrində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş və eyni zamanda zərər çəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu Qacarzeyid kəndində əri və iki övladı ilə birlikdə yaşayır. Qonşuları Bahar təmir işləri aparan Novruz adlı ustanın qoyunları bir neçə dəfə onların həyətinə girmiş, bu barədə Bahara irad tutmuş, Bahar isə hər dəfə onu söyüb təhqir etmişdir. 10 mart 2024-cü il tarixdə həyətdə təmizlik işləri apararkən Bahar iradını bildirdiyinə görə onu söyməyə başlamış, onu yumruqla vurmuş, saçlarını yolmuşdur. Sonra onlar yaşadığı evin qarşısında Baharla yenidən əlbəyaxa olub dalaşmış, Baharın əri Bəxtiyar isə onları sakitləşdirmişdir O baş vermiş hadisə barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətmiş və eyni zamanda zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışdığını, şikayət və tələbinin olmadığını bildirərək barələrində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 11 mart 2024-cü il tarixli 182 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarət - boynunda sağda sıyrıq, sağ bazunun yuxarı 1/3-nin bayır səthində qançır, döş qəfəsinin arxa səthində yumşaq toxumaların əziyi və qançırı- hemotoması küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 10 mart 2024-cü il uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 11 mart 2024-cü il tarixli 183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər - alınında solda qançır-hemotoma, boyununda öndə solda, sağ və sol əlin arxa səthində sıyrıqlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 10 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və X4 əvvəllər cinayət məsuliyətinə cəlb edilməmişlər. İş materiallarında olan Quba RMX-nın 13 mart 2024-cü il tarixli 18-1-56/2-279/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu, Qacar-Zeyid kəndində yaşayan, xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkoloji və psixatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RMX-nın 13 mart 2024-cü il tarixli 18-1-56/2-280/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu, Qacar-Zeyid kəndində yaşayan, xx xxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkoloji və psixatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Quba rayon RİHB-nin Rük İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonunun Söhüb kəndində qeydiyyatdadır və o, müsbət xarakterizə olunur. İş materiallarında olan Quba rayon RİHB-nin Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Əski-İqriq kəndində qeydiyyatdadır və o, müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən ittiham onların məhkəmədə verdikləri etirafedici ifadələrilə yanaşı, eyni zamanda zərərçəkmiş şəxs kimi verdikləri ifadələri, məhkəmə-tibb ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını, bir-birlərinə qarşı şikayət və tələblərinin olmadığını nəzərə alaraq, barələrində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, barələrində cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidirlər. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 3 saat üçün 18 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-88/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-88/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver