Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-89/2020 19.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Xüsusi ittihamçı X1 nümayəndəsi və vəkili X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 iştirakları ilə Xüsusi ittiham qaydasında X1 verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraçiət edərək, X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə çinayət məsuliyyətinə çəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X3 ərizə ilə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə çinayət məsuliyyətinə çəlb edilməsi dair xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 ifadə verərək göstərmişdir ki, xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında ərizənin içraata qəbul etməkdən imtinaya dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin ona qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, X1 X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət X2 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nətiçələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar cıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1.8., 302.2.3. və 384.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: X1 X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X2 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-89/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-89/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver