Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-9/2021 03.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Qədimulla oğlunun və müdafiəçisi X1 iştirakları ilə xx xxxx 1992-ci ildə Qusar şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də mühafizəçi vəzifəsində işləyən, məhkumluğu olmayan, Qusar rayonu, Qayakənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qədimulla oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin iyun-iyul aylarında qanunsuz olaraq tərkibində narkotik maddələr olan iki ədəd çətənə (kannabis) bitkisini əkib yetişdirərək onlardan bir ədədini toplayıb kultivasiya etməklə qurudaraq satış məqsədi olmadan şəxsi islehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 50,997 qram narkotik vasitə hesab edilən marixuananı hazırlamaqla əldə edərək mühafizəçi kimi çalışdığı Quba rayon, Dağlı kəndi ərazisində yerləşən “xxxx”TV-yə məxsus stansiyanın inzibati binasındakı xidməti otağından saxlanc yeri kimi istifadə edərək saxlamış, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülüdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,491 qram qurudulmuş marixuananı üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 17:45 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon, Dağlı kəndi ərazisində yerləşən “xxxx” TV-yə məxsus stansiyanın qarşısında saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,491 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmçinin xidməti otağına baxış keçirilən zaman bir ədəd üzərində “Tess Sunrise” yazıları olan qırmızı rəngli çay qutusunun içərindən 50,506 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Qədimulla oğlu ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, altı ildir kı, “xxxx” MMC-də mühafizəçi kimi işləyir və xx xxxxxx 2020-ci il tarixdə.saat 09 radələrində xidmət yeri olan Quba rayonu, Dağlı kəndində yerləşən “xxxx” TV-yə məxsus stansiyaya getmişdir. Həmin gün saat təxminən 12 radələrində dostu Qusar şəhər sakini Şahid3 ilə mobil telefonla əlaqə saxlayıb sonuncunu yeyib-içmək məqsədi ilə iş yerinə çağırmışdır. Şahid3 həmin gün saat 14 radələrində qeyd olunan yerə gəlmiş, birlikdə stansiyanın inzibati binasında yemək yeyib, 0,7 litrlik spirtli içki olan araq içmişlər. Yeməyi bitirdikdən sonra o, əvvəlcədən xidməti otağında saxladığı çay qutusundakı narkotik maddə olan marixunanı adı ağ rəngli kağıza bükmüş və Şöhrət Allahverdiyevlə birlikdə siqaret kimi nəfəs yolu ilə daxilə qəbul edərək istifadə etmişlər. Həmin gün saat təxminən 17:30 radələrində Hikmətlə birlikdə xidməti otaqda oturduğu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özülərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamalarında şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları tərəfindən onlara hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət tərəfindən təyin edilmiş vəkillər onlara təqdim edilmişdir. Müdafiəçiyə heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşı üzərinizdə olan qanunsuz saxladığı əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. Bu zaman birinci o özü əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd alışqan, kibrit qutusu və siqaret kağızına bükülmüş kütləni, sol cibindən isə bir ədəd “Lenovo” markalı mobil telefonu çıxarıb təqdim etmiş, həmin siqaret kağızına bükülmüş kütlə polis əməkdaşları tərəfindən açılaraq baxılmışdır. Sorğu zamanı o, hər şeyi olduğu kimi etiraf edərək həmin kağız bükülüdəki kütlənin marixuana olduğunu bildirmişdir. Kağıza doldurulmuş kütlə elektron tərəzidə çəkilərək bükümlə birgə ümümi çəkisinin 0,7 qram olduğu müəyyən olunmuş və həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırıldıqdan sonra o və müdafiçisi tərəfindən imzalanmışdır. Bundan sonra Şahid3 üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirildikdə sonuncu əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən isə açarlar və 70 qəpik pulları çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sorğusuna cavab olaraq hər ikisi xx xxxxxx 2020- ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Polis əməkdaşı tərəfindən hər ikisinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı hər hansı digər qanunsuz əşya aşkar olunmamışdır. Ondan başqa yerdə narkotik vasitələrin olub-olmamasını və üzərində saxladığı narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda o, çalışdığı Quba rayonu, Dağlı kəndində yerləşən “xxxx” TV-yə məxsus stansiyandakı iş otağında narkotik vasitə və çətənə toxumlarını saxladığını bildirmiş, otağa sonuncunun icazəsi ilə baxış keçirilərkən yerdə olan qırmızı rəngli çay qutusundakı qurudulmuş narkotik vasitəni və ağ rəngli kağıza bükülü 27 ədəd çətənə toxumunu polis əməkdaşına təqdim etmişdir. Çay qutusundakı narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisinin 66,7 qram, çətənə toxumları isə elektron tərəzidə çəkildikdə çəkisinin 0,8 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin narkotik vasitə və çətənə toxumları zərfə qoyularaq qablaşdırılmış, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Bundan başqa polislər həmin xidməti otaqda axtarış aparmış, lakin hər hansı bir qanunsuz saxladığı əşya aşkar edilməmişdir. Həmin narkotik vasitələrini haradan əldə etdiyini soruşanda o, həmin ərazidə, yəni, Quba rayon, Dağlı kəndində “xxxx” TV-nin stansiyasının yaxınlığındakı kolluqda dəmir vedrədə iki ədəd çətənə bitkisini yetişdirdiyini və onlardan birini qurudaraq istifadə etməsi üçün saxladığını, qeyd etdiyi yerdə bir ədəd çətənə bitkisinin olduğunu demişdir. Qeyd olunan əraziyə polis əməkdaşlarının, müdafiəçinin, mütəxəssisin və özünün iştirakı ilə keçirilmiş baxış zamanı kolluq ərazidə dəmir vedrədə əkib-becərdiyi bir ədəd çətənə bitkisi aşkar edilmişdir. Sorğu zamanı o, həmin çətənə kolunu təxminən bir ay əvvəl polis əməkdaşına təqdim etdiyi çətənə toxumlarından ikisini əkdiyini və qulluq edərək yetişdirdiyini bildirmişdir. Həmin çətənə toxumlarını isə Qusar şəhərində yerləşən Nərimanov adına parkdan təxminən iki ay əvvəl tapmış, bir qədər özündə saxladıqdan sonra iki ədədini dəmir vedrədə əkmiş və vaxtaşırı qulluq edərək yetişdirmişdir. Həmin vaxtı orada olan mütəxəssis də qeyd etdiyi bitkinin çətənə bitkisi olduğunu və ona qulluq edilməklə yetişdirildiyini bildirmişdir. Sonra həmin çətənə kolu polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış, zərfə qoyularaq qablaşdırılmış, müdafiəçi və onun tərəfindən imzalanmış, sonra o, polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə aparılmışdır. O, üzərindən və xidməti otağından aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə satmamış, onları yalnız şəxs istifadəsi üçün əkib-becərərək saxlamış, əvvəllər Şahid3 və ya digər şəxslərlə birlikdə çalışdığı yerdə narkotik vasitələrdən istifadə etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Qədimulla oğlu əməlindən peşman olduğunu və himayəsində bir azyaşlı övladının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8 ildir ki, tanıyır və hazırki vaxtadək dostluq münasibətləri vardır. O, yeyib-içmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Qusar rayonunda yaşadığı evdən çıxaraq əvvəlcədən aralarında olan telefon danışığı zamanı razılaşdıqları kimi Təqsirləndirilən şəxs mühafizəçi çalışdığı Quba rayonu, Dağlı kəndində yerləşən “xxxx” TV-yə məxsus stansiyaya getmişdir. O, Təqsirləndirilən şəxsla qeyd etdiyi yerdə görüşmüş. Elnurun xidməti otağında birlikdə yemək yemiş və bir ədəd 0,70 litrlik spirtli içki olan araq içmişlər. Bundan sonra Təqsirləndirilən şəxs xidməti otağında qırmızı çay qutusu masaya gətirib içərisində narkotik vasitə olan marixuana olduğunu bildirib ondan birlikdə istifadə etmələrini təklif etmişdir O, razılaşdıqdan sonra'Elnur həmin marixuanadan ağ rəngli adi kağıza bükərək bir ədəd büküm hazırlamış və onu yandırdıqdan sonra ikisi də, nəfəs yolu ilə daxilə çəkərək istifadə etmişlər. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etməsi barədə heç bir məlumatı olmamış, özü bir müddət əvvəl Rusiya Federasiyasında yaşadığı zaman narkotik vasitə olan marixuanadan bir dəfə istifadə etsə də, hazırki vaxtda birinci dəfə Təqsirləndirilən şəxsla narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitəni Elnurun haradan və nə vaxtı əldə etməsindən xəbəri olmamış və bu barədə aralarında heç bir söhbət baş tutmamışdır. Həmin gün saat təxminən 17:30 radələrində Elnurla birlikdə olarkən qeyd etdiyi yerə yaxınlaşan polis əməkdaşları özülərini təqdim etdikdən sonra onların qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamalarında şübhəli olduqlarını bildirilmişdir. Polis əməkdaşı tərəfindən onlara hüquqları izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət tərəfindən təyin edilmiş vəkillər onlara təqdim edilmişdir. Müdafiəçilərə heç bır etirazlarının olmadığını qeyd olunduqdan sonra polis əməkdaşı onlara üzərlərində olan qanunsuz saxladıqları əşyaları çıxarıb təqdim etmələrini bildirmişlər. Bu zaman birinci Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd alışqan, kibrit qutusu və siqaret kağızına bükülmüş kütləni, sol cibindən isə bir ədəd “Lenovo” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin siqaret kağızına bükülüyə doldurulmuş kütlə polis əməkdaşı tərəfindən açılaraq baxılmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kağız bükülüdəki kütlənin marixuana olduğunu bildirmişdir. Kağıza doldurulmuş kütlə elektron tərəzidə çəkilərək bükümlə birgə ümümi çəkisinin 0,7 qram olduğu müəyyən olunmuş və həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Elnur və onun müdafiəçisi tərəfindən zərfin üzərində imza edilmişdir. Bundan sonra onun da üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş və o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən isə açarlar və 70 qəpik pulları çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sorğusuna cavab olaraq Elnurla birlikdə xx xxxxxx 2020-ci il tarixdə saxlanılmazdan əvvəl narkotik vasitə qəbul etdiyini bildirmişdir. Üzərinə baxış zamanı hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Bundan sonra başqa yerdə narkotik vasitələrin olub-olmamasını və həmin narkotik vasitələri haradan əldə etmələri soruşulduqda Elnur xidməti otağında narkotik vasitə və çətənə toxumlarının saxladığını bildirmiş, otağa Elnurun icazəsi ilə baxış keçirilərkən Elnur yerdə olan qırmızı rəngli çay qutusunda olan qurudulmuş narkotik vasitəni və ağ rəngli kağıza bükülü vəziyyətdə 27 ədəd çətənə toxumunu polislərə təqdim etmişdir. Çay qutusundakı narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilərək qutu ilə birlikdə çəkisinin 66,7 qram, çətənə toxumları çəkisinin isə 0,8 qram olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə və çətənə toxumları zərfə qoyularaq qablaşdırılmış, Elnur və müdafiəçisi tərəfindən imzalanmışdır. Bundan başqa polis əməkdaşları xidməti otaqda axtarış aparmış, lakin Elnurun hər hansı bir digər qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Həmin narkotik vasitələrini haradan əldə etdiyini soruşulduqda Elnur həmin ərazidə, yəni, Quba rayon, Dağlı kəndində “xxxx” TV-nin stansiyasının yaxınlığındakı kolluq ərazidə dəmir vedrədə iki ədəd çətənə bitkisini yetişdirdiyini və onlardan birini qurudaraq istifadə etməsi üçün saxladığını, hazırda qeyd etdiyi yerdə bir ədəd çətənə bitkisinin olduğunu demişdir. O, Elnurun xidməti otağının qarşısında saxlanılmış, Elnur isə həmin çətənə bitkisini polislərə təqdim etmək üçün onlarla birlikdə qeyd etdiyi yerə getmişdir. Bir qədər sonra isə onlar həmin yerdən qayıtmış və birlikdə rayon polis şöbəsinə aparılmışlar. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Qusar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatın yoxlanılması məqsədilə yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci ıl tarixdə təxminən saat 17:45-də Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən “xxxx" TV-yə məxsus stansiyanın qarşısında Təqsirləndirilən şəxs tanışı Qusar rayon sakini Şahid3 ilə birlikdə saxlanılmışdır. X17 əməliyyat qrupunun üzvlərini onlara təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldıqları qeyd olunmuş, Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmiş və videoçəkilişlə sonuncuya üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Lenevo markalı mobil telefonu, sağ yan cibindən bir ədəd yaşıl rəngli alışqanı, bir ədəd dolu kibrit qutusu, bir ədəd siqaret kağızına bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara və bir ədəd bükülüyə Cəlal Hacıyev tərəfindən baxış keçiriliş və bükümün içərisində olan kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və həmin marixuananı saxlanıldığı yerin yaxınlığındakı kolluq ərazidə öz istifadəsi üçün əkib- becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin yerin “xxxx” TV-nin stanisıyası olduğunu, orada mühafizəçi kimi çalışdığını, həmin inzibati binadakı xidməti otağında narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra Elnurla birlikdə saxlanılmış Şahid3 hüquqları və vəzifələri izah edilərək onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili X12 təqdim edilmiş və ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Şahid3 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, sağ yan cibindən qapı açarları, arxa sağ cibindən 70 qəpik pul çıxarıb təqdim etmiş, onun üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya aşkar olunmamışdır. X10 soruğusuna cavab olaraq Şahid3 saxlanıldığı gün Elnurla birlikdə həmin yerdə narkotik vasitə olan marixuanadan istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm “Constant” markalı tərəzidə çəkilmiş, narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 0,7 qram olduğu müəyyən olunmuş və həmin narkotik vasitə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs bır mərtəbədən və bır otaqdan ibarət xidməti otağına sonuncunun icazəsi ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs otaqdakı masanın altından çıxararaq bir ədəd qırmızı rəngli üzərində “Tess Sunrise” yazısı olan çay qutusunu təqdim edib içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onu özü əkib becərdiyini, otağın pəncərənin qarşısından götürərək təqdim etdiyi bir ədəd ağ rəngli kağıza bükülmüş kütlənin isə çətənə toxumları olduğunu, onu bir müddət əvvəl tapdığını, həmin toxumdan iki ədədini əkdiyini bildirmişdir. Ağ rəngli kağıza bükülmüş çətənə toxumları sayılaraq onların 27 ədəd olması, elektron tərəzidə çəkildikdə isə çəkisinin kağızla birlikdə 0,8 qram olduğu, çay qutusunda olan kütlə isə çəkildikdə onun qutu ilə birlikdə çəkisinin 66,7 qram olduğu müəyyən olunmuş, çətənə toxumu və qurudulmuş marixuana bir ədəd eyni ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitədən Şahid3lə birlikdə həmin otaqda istifadə etdiklərini, aşkar olunmuş narkotıkdən başqa şəxslərə vermədiyim qeyd etmişdir. Xidməti otağda aparılan axtarış zamanı digər hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni əkdiyi çalışdığı yerin yaxınlığındakı kolluq ərazini göstərmiş, Təqsirləndirilən şəxs həmin yerdəki bir ədəd dəmir vedrəni təqdim edərək içərisində əkdiyi bitkinin narkotik vasitə olan çətənə bitkisinin olduğunu, həmin vaxtdan bır ay əvvəl iki ədəd kol əkib- becərdiyini, bir ədədini qurudaraq təqdim etdiyi çay qutusunda şəxsi istifadəsi üçün saxladığını, digər bitkinin də, özünə məxsus olduğunu bildirmişdir. Həmin kol bitkiliçik üzrə mütəxəssisin iştirakı ilə vedrədən çıxarılaraq ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və Şahid3 rayon polis şöbəsinə aparılmışdır. İş materialında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci ıl tarixli, 7/469 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd gümüşü kağız bükümdə təmiz çəkisi-0,491 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş kağız paketdə 1 (bir) ədəd kağız bükümdə ümumi sayı 27 ədəd, ümumi çəkisi 0,432 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kanabis) bitkisinin toxumladır.Onlar narkotik vasitələrə aid deyil. Həmin kağız paketdə bir ədəd üzərində “Tess Sunrise” yazısı olan çay qutusunun içərində təmiz çəkisi-50,506 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş zərfdə bir ədəd gümüşü kağız bükümdə və kağız paketdə bir ədəd çay qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Həmin marixuanaların ümumi təmiz çəkisi-50,997 qramdır.Marixuanaların təmiz çəkiləri 0,491 qram və 50, 506 qram olub, tədqiqata istifadə olundu cəmi 0,04 qram (hər obyektən 0,02 qram), qalıqlar 0,471 qram və 50,486 qram təşkil edir. Çətənə bitkisinin toxumlarının ümumi təmiz çəkisi ), 432 qram, tədqiqata sərf edildi 0,03 qram qalıq 0,402 qramdır. İş materialında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci ıl tarixli, 7/470 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd ağ rənğli kağız paketi açdıqda içərisində yaş vəziyyətdə, sayı 1 (bir) ədəd, təmiz çəkisi 7,649 qram bitki nümunəsi, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kanabis) bitkisidir. Tədqiqata sərf edildi cəmi 0,04 qram, qaqlıq 7,609 qramdır. İş materialında olan narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2445 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi peraparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, X5 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Qusar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 69.3- cü maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 06 gün 20% islah işləri cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi” haqqında xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu tətbiq edilərək cəzadan azad edilərək məhkumluğu olmayan hesab edilmişdir. İş materiallarında olan Qusar rayon Mərkəzi xəstəxanasının xx xxxxxx 2020-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materialında olan Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X15, oğlu X8 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli AZ-İV 150381 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Quba rayonu, Qayakənd kəndində yaşayan xx xxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan “xxxx” Müstəqil Televiziya və Radio Şirkətinin xx xxxx 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba şəhərində fəaliyyət göstərən “xxxx” Müstəqil Televiziya və Radio Şirkətinin Mühafizə xidmətində işləyir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında oaln təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdя “polisin nяzarяti altыna vermя haqqыnda” qяtimkan tяdbiri seчilmiшdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkiləri 0,471 qram və 50,486 qram marixuana, 27 ədəd ümumi çəkisi 0,402 qram çətənə bitkisinin toxumları və 7,609 qram narkotik təbiətli çətənə bitkisi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 132,92 (yüz otuz ik) manat 92 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonu və Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkiləri 0,471 qram və 50,486 qram marixuana, ümumi çəkisi 0,402 qram olan 27 ədəd çətənə bitkisinin toxumları və 7,609 qram narkotik təbiətli çətənə çətənə bitkisi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 132,92 (yüz otuz ik) manat 92 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov Ə
Məhkəmə qərarları › İş №1(027)-9/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-9/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver