Məhkəmə qərarları › İş №1(027)-9/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-9/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-9/2022 13.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 Şıxtalıb oğlunun, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 Mürsəl oğlunun, X1 və Zərərçəkmiş şəxs12, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Quba rayonu Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qusar rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin 16.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 16.03.2018-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.2-ci maddəsi hökmdən xaric edilərək cəzası 06 ay endirilərək üzərində 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 06 il 06 müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 03.06.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, Quba rayonu Birinci Nügədi kəndində qeydiyyatda olan və Quba şəhəri 32-33-cü məhəllədə müvvəqqəti yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş oğlunun Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 24.07.2020-ci il tarixdə Quba rayonu Susay kəndində Zərərçəkmiş şəxs1 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 36 baş quzunu 4600 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs1 etibarını qazanmaq üçün əvvəlcə 100 manat ona pul verməklə aldığı heyvanların qalan pulunu verməyərək, ümumilikdə 4500 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 29.07.2020-ci il tarixdə Quba rayonu Zərdabi qəsəbəsində Zərərçəkmiş şəxs2 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 33 baş quzu 5600 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs2 etibarını qazanmaq üçün əvvəlcə 600 manat, daha sonra isə 50 manat ona pul verməklə aldığı heyvanların qalan pulunu verməyərək, ümumilikdə 4950 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin sentyabr ayının sonlarında Quba rayonu Cək kəndində Zərərçəkmiş şəxs3 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 3 baş erkək dananı 3900 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs3 etibarını qazanmaq üçün əvvəlcə 900 manat, daha sonra isə 1400 manat ona pul verməklə aldığı heyvanların qalan pulunu verməyərək, ümumilikdə 1600 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 10.10.2020-ci il tarixdə Quba rayonu Cək kəndində Zərərçəkmiş şəxs4 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 1 baş erkək və 1 baş dişi olmaqla, ümumilikdə 2 baş dananı 1600 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb aldığı heyvanların pulunu verməyərək, ümumilikdə 1600 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin oktyabr ayının ortalarında Quba rayonu Cək kəndində Zərərçəkmiş şəxs5 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 3 baş erkək və 4 baş dişi olmaqla, ümumilikdə 7 baş dananı 5400 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs5 etibarını qazanmaq üçün əvvəlcə 500 manat, daha sonra isə 1000 manat ona pul verməklə aldığı heyvanların qalan pulunu verməyərək, ümumilikdə 3900 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 18.01.2021-ci il tarixdə Quba rayonu Zərqava kəndində Zərərçəkmiş şəxs6 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 1 baş erkək dananı 1170 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs6 etibarını qazanmaq üçün əvvəlcə 70 manat, daha sonra isə 500 manat ona pul verməklə aldığı heyvanların qalan pulunu verməyərək, ümumilikdə 600 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 04.02.2021-ci il tarixdə Quba rayonu Çartəpə kəndində Zərərçəkmiş şəxs7 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 1 baş erkək dananı 1400 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb aldığı heyvanın pulunu verməyərək, ümumilikdə 1400 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 04.02.2021-ci il tarixdə Quba rayonu Çartəpə kəndində Zərərçəkmiş şəxs8 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 1 baş erkək dananı 1450 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs8 etibarını qazanmaq üçün əvvəlcə 50 manat ona pul verməklə aldığı heyvanların qalan pulunu verməyərək, ümumilikdə 1400 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 22.02.2021-ci il tarixdə Quba rayonu Ərməki-Qışlaq kəndində Zərərçəkmiş şəxs9 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 1 baş erkək dananı 1400 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs9 etibarını qazanmaq üçün əvvəlcə 100 manat ona pul verməklə aldığı heyvanın qalan pulunu verməyərək, ümumilikdə 1300 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının sonlarında Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində Zərərçəkmiş şəxs10 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 2 baş dişi dananı 1550 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs10 etibarını qazanmaq üçün əvvəlcə 150 manat ona pul verməklə aldığı heyvanların qalan pulunu verməyərək, ümumilikdə 1400 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 28.04.2021-ci i tarixdə Şabran rayonu Aygünlü kəndində Zərərçəkmiş şəxs11 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 4 baş dişi dananı 3000 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb Zərərçəkmiş şəxs11 etibarını qazanmaq üçün əvvəlcə 300 manat ona pul verməklə aldığı heyvanların qalan pulunu verməyərək, ümumilikdə 2700 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 15.05.2021-ci il tarixdə Quba rayonu Tülər kəndində Zərərçəkmiş şəxs12 ət satışı ilə məşğul olduğunu bildirərək sonuncunun təsərrüfatında olan 1 baş erkək dananı 850 manat qiymətləndirməklə nisyə olaraq almağa razılaşdırıb aldığı heyvanın pulunu verməyərək, ümumilikdə 850 manat dəyərində əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, iri və xırda buynuzlu heyvanları kəsib sataraq ailəsini dolandırır. 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayınadək olan dövrdə Quba, Xaçmaz və Şabran rayonlarının kəndlərində yaşayan vətəndaşlardan nisyə iri və xırda buynuzlu heyvanlar alaraq həmin şəxslərə heyvanların dəyərinin cuzi hissəsini ödəyərək qalan pulları öz ehtiyaclarına xərcləmişdir. Belə ki, o, 24.07.2020-ci il tarixdə Quba rayonunun Susay kəndində yaşayan Zərərçəkmiş şəxs1 evinə gələrək ondan fərdi təsərüffatında saxladığı 36 baş quzunu 4600 manata nisyə almağa razılaşmışdır. O, həmin vaxt Pərvizə 100 manat pul verərək qalan 4500 manat pulu 10 gün müddətində verəcəyinə söz verib heyvanları maşına yükləyərək Quba şəhərinə aparmışdır. Pərvizdən aldığı quzuları Quba şəhərinin ərazisində kəsib sataraq əldə etdiyi pulları xərcləmişdir. Pərviz dəfələrlə ondan qalan 4500 manat pulu tələb etsədə o, həmin pulu Pərvizə qaytarmamışdır. Bundan başqa o, 29.07.2020-ci il tarixdə heyvan almaq məqsədilə Quba rayonu Zərdabi qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı ünvana gedib “Qurban Bayramı” ilə əlaqədar olaraq 33 baş erkək quzunu almaq istədiyini ona bildirdikdə, Səfərbala ona 33 baş quzunu ümumilikdə 5600 manata satmaq fikrində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 təkilf etdiyi qiymətlə razılaşdıqdan sonra o, ilkin olaraq Səfərbalaya 600 manat pul vermiş, qalan 5000 manat pulu isə yaxın müddətdə ödəyəcəyini bildirib heyvanları maşına yökləyib aparmışdır. Səfərbaladan aldığı heyvanları Quba şəhəri ərazisində kəsib sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir Bundan başqa o, təxminən 2020-ci ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs3 yaşadığı Quba rayonunun Cək kəndində yerləşən evinə gədib ondan kökəldib saxlayaraq satmaq istədiyi iribuynuzlu heyvanları almaq istədiyini bildirərək, sonuncunun saxladığı heyvanlara baxıb onların içərisindən 3 baş iribuynuzlu erkək danaları ümumilikdə 3900 manata nisyə almaq istədiyini bildirmişdir. Fərman ilə razılaşdıqdan sonra o, Fərmana ilkin olaraq 900 manat pul vermiş və qalan 3000 manat pulu isə 3 gündən sonra verəcəyinə bildirib heyvanları Qazel markalı avtomaşına yükləyib aparmışdır. Fərmandan aldığı heyvanları Quba rayonunun Qaraçay kəndində kəsib sataraq əldə etdiyi puldan Fərmana 1400 manat pul vermiş qalan pulları isə öz şəxsi ehtiyaclarına xərcləyərəq Fərmana verməli olduğu 1600 manat pulu ödəməmişdir. Bundan başqa o, 10.10.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs4 yaşadığı Cək kəndinə gedib onun saxladığı heyvanlara baxıb onların içərisindən 1 baş 2 illik erkək dana və 1 baş 2 illik dişi dananı seçib həmin heyvanların hər birini 800 manatdan hesablamaqla nisyə almağa razılaşıb hımin heyvanları avtomobilə yükləyib Quba şəhərinə gətirmişdir. Həmin heyvanların ətlərini rayon ərazisində müxtəlif yerlərdə satmış və qazancını şəxsi ehtiyaclarıma xərcləmişdir. Zərərçəkmiş şəxs4 dəfələrlə zəng edib heyvanların pulunu istəsədə o, 1600 manat pulu sonuncuya verməmişdir. Bundan başqa o, təxminən 2020-ci ilin oktyabr ayının ortalarında Quba rayonun Cək kəndinə yaşayan Zərərçəkmiş şəxs5 evinə gedərək satdığı iri buynuzlu heyvanların içərisindən 7 baş heyvanı seçib, heyvanların cəminə 5400 manat pul verəcəyi barədə Əlibaba ilə razılaşdıqdan sonra, növbəti gün saat 18 radələrində Əlibabaya 500 manat verib heyvanları Qazel markalı avtomobiə yekləyib aparmışdır. İki gün sonra, Cək kəndinə gələrək Əlibaba ilə görüşüb ona 1000 manat pul vermişdir. Ümumilikdə 5400 manat puldan 1500 manat pulu Əlibala Hacıbalayevə verib qalan 3900 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2021-ci ilin yanvar ayının əvvəllərində Zərqava kəndində yaşayan Zərərçəkmiş şəxs6 evinə gələrək həyətində saxladığı bir baş erkək danaya baxıb ətin hər kiloqramına görə 9 manat pul verəcəyini bildirərək 140 kq-lıq bir baş erkək dananı 1170 manata Cabbardan nisyə almağa razılaşmışlar. 18 yanvar 2021-ci il tarixdə o, heyvanı bir gündən sonra kəsib pulunu verəcəyinə söz verib həmin vaxt üstündə olan 70 manatı Cabbara verib bir baş dananı maşına yükləyib aparmışdır. Aldığı heyvanı Quba şəhərində kəsib satdıqdan sonra, 2021-ci ilin yanvar ayının axırlarınada Cabbarla Quba şəhərində görüşüb sonuncuya 500 manat pul verib qalan pulu ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 03.02.2021-ci il tarixdə Quba rayonu Çartəpə kəndində yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evə gedərək həyətində saxladığı bir baş erkək danaya baxıb qiymətini razılaşaraq həmin heyvanı nisyə almağa 1400 manata razılaşmışdır. 04.02.2021-ci il tarixdə saat 06 radələrində Qurbanın həyətinə dananı kəsib əti avtomaşına yükləyərək Quba şəhərinə aparmışdır. Bazarda əti sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyərək Qurbana vəd etdiyi 1400 manat pulu sonuncuya verməmişdir. Bundan başqa, o, 04.02.2020-ci il tarixdə saat 17 radələrində Quba rayonu Çartəpə kəndinə yaşayan Zərərçəkmiş şəxs8 evinə gedərək ondan satdığı iribuyzulu heyvan almaq istədiyini bildirmişdir. Həmin vaxt o, Şakirin 1500 manata satdığı bir baş erkək dananı 1500 manata nisyə almağa razılaşmışdır. Növbəti gün o,. Şakirin danasını Quba rayonu Qaraçay kəndində Bakı şəhərində yaşayan adını xatırlamadığı şəxsə 1620 manata satmışdır. Şakirə söz verdiyi 1500 manat pulun 50 manatının əvəzində ona ət vermiş və qalan 1450 manat pulu isə verməmişdir. Bundan başqa o, 21.02.2021-ci il tarixdə Quba rayonu Ərməki-Qışlaq kəndində yaşayan Rasim İsrayilovun evinə gedərək satdığı iki illik erkək dananı 1400 manata nisyə almağa razılaşmışdır. 22.02.2021-ci il tarixdə saat 04 radələrində Rasimin həyətində həmin dananı kəsmişdir.Rasimə 100 manat pul verib qalan pulu əti satdıqdan sonra verəcəyini bildirib əti maşına yükləyərək Quba şəhərinə gətirmişdir. Əti Quba şəhər bazarına satıb əldə etdiyi pulu xərcləmişdir. Rasim dəfələrlə zəng edərək pulunu istəsə də 1300 manatı Rasimə verməmişdir. Bundan başqa, o, 2021-ci ilin mart ayının sonlarında Xaçmaz rayonunun Köhnə-Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs10 həyətinə gələrək sonuncunun həyətində saxladığı iri buynuzlu heyvanların içərisindən iki baş dananı nisyə 1550 manata almağı razılaşdıqdan sonra, həmin vaxt 150 manat Azərə nəgd pul verib heyvanları Quba şəhərinə aparıb iki gün müddətində kəsib satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcəyərək 1400 manat pulu Azərə qaytarmamışdır. Bundan başqa, o, 27.04.2021-ci il tarixdə Şabran rayonunun Ağgünlü kəndində yaşayan Zərərçəkmiş şəxs11 yaşadığı evə gedib sonuncunun saxladığı heyvanların içərisindən dörd baş 3 illik dişi dananı 3000 manata nisyə almağa razılaşmışdır. 28.04.2021-ci il tarixdə Gülxanımın həyətinə gedərək 300 manat pul verib heyvanları maşına yükləyərək Quba şəhərinə aparmışdır. Üç-dörd gün müddətində Gülxanımdan aldığı danaları Quba şəhər bazarında kəsib satmışdır. Əldə etdiyi pulu şəsxi ehtiyaclarına xərclədiyi üçün Gülxanım Abbsovanı 2700 manat pulunu qaytarmamışdır. Bundan başqa, o, 13.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs12 yaşadığı Quba rayonunun Tülər kəndində yerləşən evinə gedərək həyətində saxladığı bir baş iki illik erkək dananı 850 manata nisyə almağa razılaşmışdır. 15.05.2021-ci il tarixdə saat 04 radələrində Rüstəmin yaşadığı evin həyətində həmin heyvanı kəsərək əti maşına yükləyərək Quba şəhərinə aparmışdır. Dananın ətini Quba şəhər ərazisində sataraq əldə etdiyi pulu ehtiyaclarına xərcləyərə 850 manat pulu Rüstəmə verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə vurmuş olduğu maddi ziyanı ödəyərək onlarla barışıq əldə etməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs 24.07.2020-ci tarixdə onun yaşadığı Quba rayonunun Susay kəndinə gələrək ona məxsus olan 36 baş quzunu satın almaq istədiyini ona bildirmişdi. O, da 36 baş quzunu umilikdə 4600 manat pula satmaq fikrində olduğunu Aslan dedikdə Aslan onunla razılaşmışdır. Bundan sonra ’Aslan ona 100 manat pul verib qalan 4500 manat pulu isə 10 gün ərzində verçəyinə söz verib heyvanları Qazel markalı maşına yığıb aparmışdır. Pulun alınması ilə əlaqədar dəfələrlə Aslanla əlaqə saxlasada Aslan hər dəfə müxtəlif bəhanələr gətirərək 4500 manat pulu ona verməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında düşmənçilik və ədavət olmamışdır. 29.07.2020-ci il tarixdə Aslan onun yaşadığı Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən evinə gələrək satmaq istədiyi 33 baş erkək quzunu onadan 5600 manata nisyə almağa razılaşmışdır. Aslan həmin vaxt ona 600 manat sonra isə 50 manat pul verib heyvanları maşına yığıb aparmışdır. Heyvanları apararkən Aslan ona bildirmişdir ki, tez bir zamanda quzuları satıb qalan 4950 manat pulu ona qaytaracaq. Aslan ondan aldığı quzuların pulunu vermədiyi üçün o, ərizə ilə Quba rayon polis şöbəsinə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 hazırda təqsirləndirilən şəxs tərəfindən on vurulmuş ziyan ödənildiyindən ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının sonlarında yaşadığı Cek kəndində yerləşən evinə gələrək satmaq üçün kökəldib saxladığı iribuynuzlu heyvanların içərisindən 3 baş erkək dananı seçib ümumilikdə həmin danaları 3900 manata nisyə almağa onunla razılaşmışdır. Aslan həmin gün ona 900 manat pul verərək növbəti gün heyvanları Qazel markalı avtomaşına yükləyib aparmışdır.Bir neçə gün sonra Aslan əlavə olaraq ona 1400 manat pul vermişdir. Qalan 1600 manat məbləğində pulu vermədiyi üçün o, Aslandan Quba rayon polis şöbəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs 10. Oktyabr 2021-ci il tarixdə yaşadığı Cək kəndinə evinə gəlmiş və ondan iribuynuzlu heyvan almaq istədiyini demişdir. Aslan onun saxladığı heyvanlara baxmış və onların içərisindən 2 baş, yəni 1 baş 2 illik erkək dana və 1 baş 2 illik dişi dananı seçmişdir. Həmin heyvanların hər birini 800 manatdan olmaqla və 2 baş iribuynuzlu heyvana görə 1600 manat pul hesablamış, Aslan da ona 1600 manat pul verməyə razılıq vermişdir. Aslan onun yaşadığı evin həyətində 2 baş heyvanı kəsib doğramış və Qazel markalı avtomobilə yükləmişdir. Aslan ona söz vermişdir ki, 2 gündən sonra 1600 manat pulunu verəcəkdir. İki gün keçdikdən sonra Aslana zəng edərək pulu istəmiş, Aslan isə ona müxtəlif bəhanələr gətirərək pulunu verməkdən yayınmağa və onu aldatmağa başlamışdır. Aslan ilə hər dəfə telefonla danışan zaman ona vəd verirmiş ki, onun 1600 manat pulunu tezliklə qaytaracaqdır. Lakin Aslan həmin gündən etibarən ona 1600 manat pulunu qaytarmamış və ona 1600 manat ziyan vurmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki Quba rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının ortalarında yaşadığı Cek kəndində olan evinə gəlib ondan iribuynuzlu heyvan almaq istədiyini demişdir. Aslan onun saxladığı heyvanlara baxmış və onların içərisindən 7 baş heyvanı seçmişdir. Həmin heyvanlardan 3 erkək dana və 4 dişi dana olmuş, heyvanları seçdikdən sonra heyvanların hər kiloqramına görə 9 manat pul verəcəyini demiş və o, da razılaşmışdır. Növbəti gün saat 18 radələrində Aslan onun həyətinə gəlib 500 manat pul verərək heyvanları Qazel markalı avtomobilə yükləyib aparmışdır. Qalan 4900 manat pulu isə 10 gün ərzində verəcəyinə söz vermişdir. İki gün sonra, Aslan onun yaşadığı evə gələrək onunla görüşmüş və ona 1000 manat pul vermişdir. O, dəfələrlə Aslanla əlaqə saxlayaraq qalan 3900 manat pulunu da tələb etsədə o, müxtəlif bəhanələrlər gətirərək onun pulunu verməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının əvvəllərində yaşadığı kəndə gəlmiş və onun həyətində saxladığı bir baş erkək dananı almaq istədiyini demişdir. Aslan ətin hər kiloqramına görə 9 manat pul verəcəyini bildirərək saxladığı 140 kq-lıq bir baş erkək dananı 1170 manata ondan nisyə almışdır. 18.01.2021-ci il tarixdə Aslan onun yaşadığı evə gələrək saat 04 radələrində həmin dananı yaşadığı evin həyətində kəsmiş və ona 70 manat pul vermişdir. Qalan 1100 manat pulu da növbəti gün axşama çatdıracağına söz vermişdir. O, növbəti gün axşam Aslanla əlaqə saxlamış və 1100 manat pulunu verməsini istəmişdir. Qalan puldan Aslan ona yalnız 500 manat verib 600 manat pulunu isə ödəməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyin və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Quba rayon sakinin Təqsirləndirilən şəxs 03.02.2021-ci il tarixdə Vaz 21063 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yaşadığı kəndə gəlmiş, onunla görüşüb saxladığı bir baş erkək dananı almaq istədiyini, hər kiloqramını 9 manata alacağını demişdir. O da, Aslana inanıb onunla razılaşmış və bir baş erkək dananın qiymətini 1400 manata danışmışdır. Aralarında olan razılaşmaya əsasən 04.02.2021-ci il tarixdə səhər saatlarında Aslan həmin erkək dananı həyətində kəsib sonrada aparacağını demişdir. Aslan ona 2-3 gün ərzində 1400 manat pulu verəcəyinə söz vermişdir. Bundan sonra Aslan 04.02.2021-ci il tarixdə saat 06 radələrində onun yaşadığı evə gələrək həyətində həmin dananı kəsərək maşına yükləyib aparmışdır. Sonradan dəfələrlə Aslanla telefonla əlaqə saxlayaraq vəd etdiyi müddətin keçməsinə baxmayaraq pulunu qaytarmadığını desə də, Aslan hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək pulunu tezliklə qaytaracağını desədə, şikayət edənədək Aslan onun 1400 manat pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi zərəri tam ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Quba rayon sakin Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdə saat 17 radələrində onun yaşadığı Quba rayonunun Çartəpə kəndində olan evinə gələrək ondan iribuynuzlu heyvan almaq istədiyini demişdir. Aslan onun saxladığı heyvanlara baxmış və onların içərisindən 1 baş 2 illik erkək dananı seçmişdir. O, Aslana 1 baş erkək dananı 1450 manata satmağa razılıq vermişdir. Aslan ondan aldığı 1 baş erkək dananı aldıqdan sonra Qazel markalı avtomobilə mindirib aparmış və ona 1450 manat pulu növbəti gün verəcəyinə söz vermişdir. Lakin Aslan təxminən 3-4 gün sonra 1450 manat puldan 50 manat pulun əvəzində oğlu Elvinə ət almış, qalan 1400 manat pulunu isə Aslan ona qaytarmamışdır. O, dəfələrlə Aslana zəng edərək 1400 manat pulunu qaytarmasını tələb etdikdə, Aslan müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs 13.05.2021-ci il tarixdə onun yaşadığı Quba rayonunun Tülər kəndində yerləşən evinə gəlib ondan iribuynuzlu heyvan almaq istədiyini demişdir. Aslan onun saxladığı heyvanlara baxıb onların içərisindən 1 baş 2 illik erkək dananı seçmişdir. Həmin heyvanın ətinin kilosunu 9 manatdan almaq istədiyini ona təklif etmişdir. O, Aslanın təklifi ilə razılaşaraq heyvanı 850 manata nisyə Aslana satmışdır. 15.05.2021-ci il tarixdə saat 04 radələrində Aslan onun yaşadığı evə gələrək həmin dananı həyətində kəsmişdir. Heyvanı kəsdikdən sonra ətin çəkisini tərəzidə ölçmüş və çəkisi 94 kq olmuşdur. Aslan da ona həmin heyvana görə 850 manat pul verməyə söz vermiş, O da Aslana inanmış və Aslan ona 17.05.2021ci il tarixdə 850 manat pulunu ödəməyə söz vermişdir. Lakin Aslan həmin gündən etibarən ona 850 manat pulunu qaytarmamışdır. O, Aslana zəng edərək pulunu qaytarmasını istədikdə Aslan müxtəlif bəhanələrlə onu aldatmış və 850 manat pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdə onun yaşadığı Quba rayonunun Ərməki-Qışlaq kəndində olan evinə gəlib ondan iribuynuzlu heyvan almaq istədiyini demişdir. Aslan onun saxladığı heyvanlara baxıb onların içərisindən 1 baş 2 illik erkək dananı seçmişdir. Həmin heyvanın ətinin kilosunu 9 manatdan almaq istədiyini demiş, O da, razılaşmış və Aslan 22.02.2021-ci il tarixdə saat 04 radələrində onun yaşadığı evə gedərək həyətində həmin heyvanı kəsmişdir. Heyvanı kəsdikdən sonra ətin çəkisini tərəzidə ölçmüş və çəkisi 156 kq olmuşdur. Aslan da ona həmin heyvana görə 1400 manat pul verməyə söz vermişdir. Aslan həmin puldan 100 manat pulu vermiş və qalan 1300 manat pulunu o, dəfələrlə Aslanla əlaqə saxlayaraq tələb etsədə Aslan müxtəlif bəhanələr gətirərək onu aldadaraq 1300 manat pulu ona qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının sonlarında onun yaşadığı Xaçmaz rayonunun Köhnə-Xudat kəndində olan evinə gəlib ondan iribuynuzlu heyvan almaq istədiyini demişdir. Aslan onun saxladığı heyvanlara baxmış və onların içərisindən 2 baş iribuynuzlu heyvanı seçib həmin heyvanları 1550 manata almağa razılaşmışdır. Aslan da ona ilkin olaraq 150 manat pul verərək qalan 1400 manat pulu isə növbəti günə verəcəyinə söz vermişdir. Sonra, Aslan iki baş dişi dananı avtomobilə mindirib aparmışdır. O da, növbəti gündən etibarən Aslana zəng edərək qalan 1400 manat pulunu qaytarmasını tələb etdikdə Aslan müxtəlif bəhanələr gətirərək ona verməli olduğu 1400 manat pulu verməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdə saat 11 radələrində onun yaşadığı Şabran rayonunun Aygünlü kəndində yerləşən evinə gəlib ondan iribuynuzlu heyvan almaq istədiyini demişdir. Aslan onun saxladığı heyvanlara baxmış və onların içərisindən 4 baş 3 illik dişi dananı seçmişdir. O, Aslana həmin heyvanları 3000 manata satacağını demiş, Aslan da onunla razılaşmış və həmin heyvanları növbəti gün gəlib alacağını demişdir. Aslan 28.04.2021ci il tarixdə onun həyətinə gələrək heyvalara görə ilkin olaraq 300 manat pul verib, qalan 2700 manat pulu da tezliklə verəcəyinə söz vermişdir. Aslan heyvanları Qazel markalı avtomobilə mindirib aparmışdır. O, daha sonra dəfələrlə Aslana zəng edərək ondan 2700 manat pulunu tələb etmiş, lakin Aslan onun pulunu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə-əmtəşunaslıq ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və işə əlavə olunmuş hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin 16.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 16.03.2018-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.2-ci maddəsi hökmdən xaric edilərək cəzası 06 ay endirilərək üzərində 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 06 il 06 müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 03.06.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materialında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Birinci Nügədi kəndində qeydiyyatdadır və müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş dögüm haqqıda şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.07.2021-ci il tarixli bir azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 Şıxtalıb oğlunun, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 Mürsəl oğlunun, X1 və Zərərçəkmiş şəxs12 məhkəməyə daxil olmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan ödənildiyindən onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu və təyin olunan cəzanın ailəsinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı onun əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək onlarala barışıq əldə etməsini, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-in 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviriəsaslandırıcı hissəsində CPM-in 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-in 62-ci maddəsinə istinad edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşını, cəzasını yüngülləşdirən halları, onun cinayət törətdikdən sonra davranışını, onun törətdiyi cinayətin məqsədini və motivi, göstərilən cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan halları Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən müstəsna hal kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna, CM-in 65.3-cü maddəsinə əsasən CM-in 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin tutlması” haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X2 20.09. 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 22 sentyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə MST-dan azad olunmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun 20 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən 2 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar