Məhkəmə qərarları › İş №1(027)-9/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-9/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-9/2023 17.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi Xudaveriyev Elşad Mütəllim oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 14 avqust 1988-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Biləsuvar rayon məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, Quba şəhəri Muxtadır küçəsi ev 6-da daimi pasport qeydiyyatında olmaqla faktiki olaraq Abşeron rayonu Xırdalan şəhəri Qurtuluş şəhəricyində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 01 ədəd kağız listdə təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 ədəd həbdə olan narkotik vasitə metadonu və 01 ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,480 qram olan psixotrop maddə metamfetamini qanunsuz əldə edib daşıyaraq saxlamış, 23 dekabr 2021-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddəni idman gödəkçəsinin yaxalığına yerləşdirərək onu istintaqa şəxsiyyəti məlum olmayan, Bakı-Quba marşrutu ilə taksi fəaliyyəti ilə məşğul olan taksi sürücüsü vasitəsilə 50 manat müqabilində Quba şəhəri “X3” mehmanxanasında işləyən tanışı Şahid1 həmin iş yerinə göndərməklə sonuncuya satmışdır. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki o, Quba şəhəri Muxtadır küçəsi ev 6-da qeydiyyatda olsa da hazırda Abşeron rayonu Xırdalan şəhəri Qurtuluş şəhəricyində yaşayır. Subaydır və hazırda işləmir. O, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci ilin may ayında Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Quba şəhər sakini Şahid1 tanıyır. Onunla əvvəllər rayon sakini kimi münasibəti olmuşdur. Həzrətin narkotik vasitə istifadə etməsini özündən eşidib öyrənmişdir. 22 dekabr 2021-ci il tarixdə Həzrət onun istifadəsində olan 099- ***-**-** mobil nömrəsinə zəng edib ondan metadon dərmanı istəmişdir. Ankoloji xəstə olduğu üçün o, bədənində olan ağrılarını kəsmək üçün metadon qəbul edir. Həzrətlə danışmağından bir neçə gün qabaq 2021-ci ilin dekabr ayında Bakı şəhərində internet vasitəsilə tanış olduğu bir nəfər özünü “İran” vətəndaşı kimi təqdim edən şəxsdən 20 ədəd metadon həbi əldə etmişdi. Həzrət ona zəng edib metadon istədiyi üçün özündə olan metadon həbinin 10 ədədini idman gödəkçəsinin yaxalığına qoyub gizlədərək Başı şəhəri Şamaxinka adlanan yerdə Bakı-Quba şəhərlərarası taksi fəaliyəti ilə məşqul olan nömrəsini xatırlamadığı yol maşınını ilə Quba rayonunda olan Həzrətə göndərmişdir. Həzrətə narkotik vasitə olan metadonu pulla satmamışdır. Həzrətlə aralarında ümumiyyətlə pul söhbəti olmamışdır. Eyni zamanda Həzrətə metadondan başqa narkotik vasitə, o cümlədən metamfetamin bükümü də satmamış və göndərməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, metadonu əldə etdiyi “İranlı” şəxslə təsadüfən internet vasitəsilə tanış olmuşdur. Onunla üzbəüz ünsiyyəti olmamışdır. Həmin şəxsin kim olduğunu, konkret olaraq harada yaşadığını, adını, familyasını, ata adını bilmir. Həmin “İranlı" adlandırdığı şəxs internet vasitəsilə ona vatsapda metadonu qoyduğu yerin şəkilin atmış, o da həmin yerə gedib 75 manat pulu göstərilən yerə qoyub metadon həblərini oradan götürmüşdür. Onun xarici pasportu yoxdur. Ümumiyyətlə İranda da və heç bir xarici ölkədə olmamışdır.Həzrətə metadonu göndərdiyi taksi maşının sürücüsünü tanımır. Onun adını, ata adını familyasını və harada yaşadığı bilmir. Həzrətə metadonu göndərdiyi taksi sürücüsünün narkotik vasitə aparmasından xəbəri olmamışdır. O, sürücü bilməsin deyə həmin metadonu idman gödəkçəsində gizlədib göndərmişdir ki, narkotik göndərdiyini heç kim bilməsin. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və onkoloji xəstə olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, tutulmamışdan əvvəl Quba şəhəri Y.Qasımov küçəsində yerləşən «X3» mehmanxanasının 6-cı mərtəbəsində olan restoranda inzibatçı işləmişdir. Bir ildən artıq olar ki, narkotik vasitə metadondan istifadə edirdi. Üzərindən aşkar edilmiş metadonu əslən Quba şəhərindən olan Heybət adlı üzdən tanıdığı şəxsdən əldə etmişdir. Lakin o Heybətin familyasını, ata adını və konkret olaraq harada yaşadığını bilmir. Tutulmamışdan əvvəl yəni, 2021-ci ilin dekabr ayında bir neçə dəfə Heybətlə sonuncunun işlətdiyi ***-***-**-** telefon nömrəsinə, özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsindən əlaqə saxlayıb onunla danışarkən 10 ədəd metadon istəmişdir. Heybətdən almaq istədiyi 10 ədəd metadon həbinin qiymətini 50 manata razılaşdıqdan sonra, Heybət həmin vaxt Bakı şəhərində olduğu üçün pul göndərməsi üçün hesab nömrəsini «Whatsapp» vasitəsilə onun telefonuna mesajla atmışdır. Bundan sonra o, Heybətin istədiyi 50 manat pulu Quba şəhərində “Tək Ulduz" adlanan marketdən milliön” aparatı vasitəsilə onun mesajla atdığı hesab nömrəsinə göndərmişdir. Pulu göndərdikdən sonra, Heybətlə telefonda danışarkən sonuncu ona 10 ədəd metadondan əlavə pay olaraq da 01 ədəd falqa kağızı bükümündə metamfetamin göndərəcəyini bildirmişdir. Bundan sonra Heybət 10 ədəd metadon həbini və bir büküm metamfetamini idman gödəkçəsinin yaxalığında gizlətməklə 01 ədəd selofan torbaya qoyub Bakı-Quba şəhərləri arasında sərnişin daşıma fəaliyyəti ilə məşqul olan taksi avtomaşını ilə ona gındərmişdir. 23 dekabr 2021-ci il tarixə gecə saatlarında Heybət «Whatsapp» vasitəsilə ona zəng edərək narkotik vasitə göndərdiyi taksinin işlədiyi hotelin qabağına gəldiyini bildirərək çıxıb ondan selofan torbanı götürməsini bildirmişdir. Bundan sonra o, işlədiyi «X3» mehmanxanasından çıxıb hotelin qarşısında dayanmış tanımadığı ağ rəngli «Mersedes» markalı nömrəsini xatırlamadığı minik maşınının sürücüsündən Heybətin göndərdiyi selofan torbanı götürmüşdür. O, idman gödəkçəsinin yaxalığına baxdıqda orada gizlədilmiş 01 bükümdə metamfetaminlə və 10 ədəd metadonu görmüş olsa da həmin anda ondan istifadə etməmiş və idman gödəkçəsində metadonla metafetamini mehmanxanadanın 6-cı mərtəbəsindəki xidməti iş otağında divana qoyub saxlamışdır. 23 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində həmin yerə Quba rayon polis şöbəsinin əməkdaşları gələrək özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin istifadə edilməsi, üzərində gəzdirilməsi və saxlamasında şübhəli olduğu deyərək üzərində və işlədiyi obyektdə baxış keçirəcəklərini bildirmişlər. O buna etiraz etmədikdən sonra, hüquqlarını müdafiə etmək üçün ona bir nəfər vəkil təqdim edilmişdir. Daha sonra təqdim edilmiş vəkilin iştirakı ilə həm üzərində şəxsi axtarış aparılmış, həm də işlədiyi obyektin xidməti otağına baxış keçirilmişdir. Onun üzərindən qanunsuz heç bir əşya aşkar edilməsə də, baxış zamanı işlədiyi otelin xidməti otaqdakı divanın üzərinə qoyduğu idman gödəkçəsinin yaxalığından 01 ədəd gümüşü rəngli falqa bükümdə psixotrop maddə metamfetamin və 10 ədəd metadon həbi aşkar edilmişdir. Həmin 01 ədəd bükümdəki metamfetamin elektron tərəzidə çəkildə ümumi çəkisi 0,7 qram, 10 ədəd həb çəkildikdə isə ümumi çəkisi 4,4 qram təşkil etmişdir. Polis əməkdaşları həmin metamfetaminlə metadonu ayrıca kağız zərfə qoyub qablaşdırdıqdan sonra o, həmin zərfin üzərinə öz imzasını atmışdır. Daha sonra, onu polis şöbəsinə aparmışlar. Şahid1 sonra ifadəsində bildirmişdir ki o, vacib və məxfi olan danışıqlarını Heybətlə həmişə «Whatsapp» vasitəsilə özünün istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə danışmışdır. Eyni zamanda o, Heybətin ona pul göndərmək üçün mobil nömrəsinə «Whatsapp» vasitəsilə atdığı hesab nömrəsini də həmin pulu göndərdikdən sonra öz telefonundan sildiyi üçün onu xatırlamır. Həmin hesab nömrəsinin Heybətin adına və ya başqa şəxsin adına olduğunu da bilmir. O Heybətə aid narkotiklərin satışı ilə məşğul olmamışdır. Heybətin ona satdığı metadonla metafetamindən də nə heç kimə satmamış və ya verməmişdir. Həmçinin aldıqdan az müddət sonra tutuduğu üçün onlardan qəbul edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin CAB-nin əməliyyat-müvvəkkıli vəzifəsində xidmət edir. ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, 1997-cı ıl təvəllüdlü Şahid1 narkotik vasitələrin istifadə etməsi, saxlanması və üzərində gəzdirməsi barədə Quba rayon PŞ-nin CAB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar keçırlmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1 23 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində işlədiyi “X3” mehmaxanasının 6-cı mərtəbəsində saxlanılmışdır. Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi lə məşğul olmaqda şübhəli olduğu üçün saxlanıldığı izah edildikdən sonra, hüquqqlarını müdafiə etmək üçün ona vəkil təqdim edilmişdir. Şahid1 üzərində narkotik vasitə olub-olmaması soruşulduqda o, iş yerindəki xidməti otağında narkotik vasitə saxladığını etiraf etmişdir. Bundan sonra onun xidməti otağına baxış keçirilərkən, Şahid1 otaqdakı divanın üzərində olan 01 ədəd idman gödəkçəsini təqdim etmişdir. Gödəkcəyə baxış keçirilərkən, yaxalığında üzərində «Metadon 40» sözü yazılmış 01 ədəd listdə, 10 ədəd həb və içərisində metamfetamınə oxşar kütlə olduğu 01 ədəd falqa kağızı bükümü aşkar olunmuşdur. Şahid1 həmin bükümün nə olduğu və onları haradan əldə etdiyi soruşulduqda bildirmişdir ki, bükümün içərisində olan kütlə metamfetamindir, həblər isə narkotik vasitə metadondur. Şahid1 ilə aparılan söhbət zamanı o, bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə metadon həbləri və psixotrop maddə metamfetamin ona məxsusdur. Metadonu və metamfetamini internet vasitəsi ilə tanış olduğu adını və soyadını bilmədiyi İran Respublikasının vətəndaşının göndərdiyi hesab nömrəsinə «Million» aparatı vasitəsilə 23 dekabr 2021-ci il tarixdə 50 manat ödəməklə almışdır. Metadonu və metamfetamini ona tanımadığı taksi sürücüsü gətirib işlədiyi otelin qarşısında təhvil vermişdir. Sonra, aşkar edilmiş 01 ədəd bükümdə metamfetamınə bənzər kütlənin olduğu büküm və metadon həbləri elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2021-ci il tarixli 6/5596 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 iş yerində aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 01 ədəd bükümdə təmiz çəkisi 0,480 qram təşkil edən, ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid1 iş yerində aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, ümumi sayı 10 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Metamfetamin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: 1)Metamfetamin təmiz çəkisi 0,480 qram təşkil edir, tədqiqata sərf edildi - 0,05 qram, qalıq isə 0,430 qramdır. 2)Metadon həblərinin sayı 10 ədəd təşkil edir, tədqiqata sərf edildi - 1 ədəd, qalıq isə 9 ədəddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli 4691 Nə-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 10-cu bəndinə uygun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs “xərçəng və digər bədxassəli şişlərin” olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Biləsuvar rayon məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Abşeron rayon İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 02 il 01 ay 29 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli 1864 №-li arayışdan və 1864 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri Muxtadır küçəsi ev 6-da qeydiyyatdadır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs enmiş xayanın bədxassəli yenitörəməsi (mərhələ İİİ) xəstəliyindən əziyyət çəkir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, onkiloji xəstə olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl, yəni xx.xx.2021-ci il tarixlərdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəzailə əhatə etmək yolu ilə və ya təyin edilmiş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. .Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqına xx.xx.2022-ci il tarxli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq, Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina ollunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,430 qram çəkidə qalıq qalmış psixotrop maddə metamfetamin və 09 ədəd narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 29 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökm ilə təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,430 qram çəkidə qalıq qalmış psixotrop maddə metamfetam və 09 ədəd narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar