Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-9/2024 11.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Quba rayonu İqriq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdən 08 avqust 2020-ci ilədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 06 aprel 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, həmin tarixli əmək müqaviləsi, vəzifə təlimatı və 16 mart 2020-ci il tarixli terminalın təhkim əmrinə əsasən satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında "Avrora’’ MMC tərəfindən ona təhkim olunmuş 1302 nömrəli terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə və vaxtında şirkətin xəzinəsinə ödəmək, habelə digər səlahiyyətlərə malik tam maddi-məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında 16 mart 2020-ci İl tarixli akta əsasən 17351,01 (on yeddi min üç yüz əlli bir manat bir qəpik) manat dəyərində ödənilməli olan pul vəsaitlərini təhvil alıb 16 mart 2020-ci il tarixdən 08 avqust 2020-ci ilədək MMC tərəfindən ona təhkim olunmuş 1302 nömrəli terminal ilə yazdığı 2FSU.20520.3591 nömrəli, 2FSU.20520.3592 nömrəli, 2FSU.20521.3665 nömrəli, 2FSU.20521.3688 nömrəli, 2FSU.20522.3724 nömrəli, 2FSU.20522.3725 nömrəli,2FSU.20320.3579 nömrəli, 2FSU.20414.1266 nömrəli, 2FSU.20423.2286 nömrəli, 2FSU.20429.2589 nömrəli, 2FSU.20509.2843 nömrəli, 2FSU.20509.2846 nömrəli, 2FSU.20509.2862 nömrəli, 2FSU.20511.2931 nömrəli, 2FSU.20513.3141 nömrəli, 2FSU.20513.3142 nömrəli, 2FSU.20520.3593 nömrəli, 2FSU.20521.3664 nömrəli, 2FSU.20521.3678 nömrəli, 2FSU.20521.3680 nömrəli, 2FSU.20521.3686 nömrəli, 2FSU.20522.3726 nömrəli, 2FSU.20522.3727 nömrəli, 2FSU.20522.3734 nömrəli, 2FSU.20527.3962 nömrəli, 2FSU.20527.3963 nömrəli, 2FSU.20527.3964 nömrəli, 2FSU.20527.3972 nömrəli, 2FSU.20528.4036 nömrəli, 2FSU.20529.4049 nömrəli, 2FSU.20529.4050 nömrəli, 2FSU.20612.4676 nömrəli, 2FSU.20617.4939 nömrəli, 2FSU.20618.4993 nömrəli, 2FSU.20623.5303 nömrəli, 2FSU.20623.5307 nömrəli, 2FSU.20623.5308 nömrəli, 2FSU.20623.5309 nömrəli, 2FSU.20623.5310 nömrəli və s. fakturalar əsasında satış üçün ümumilikdə 98472,24 (doxsan səkkiz min dörd yüz yetmiş iki manat iyirmi dörd qəpik) manat dəyərində MMC-yə məxsus müxtəlif məhsulları şəxsən sifariş verərək və 1326,79 manat öhdəsinə mal qəbul edərək nəticədə əldə etməli olduğu cəmi 117150,04 (yüz on yeddi min yüz əlli manat dörd qəpik) manat puldan anbara 5390,57 (beş min üç yüz doxsan manat əlli yeddi qəpik) manat dəyərində mal qaytardığını, satış nöqtələrində 29659,27 (iyirmi doqquz min altı yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində mal qaldığını, şirkətin xəzinəsinə 40664,70 (qırx min altı yüz altmış dörd manat yetmiş qəpik) manat ödədiyini, 08-14 avqust 2020-ci il tarixlərdə keçirilmiş inventarizasiya zamanı satış nöqtələrinin 286,36 (iki yüz səksən altı manat otuz altı qəpik) manat yerində xəzinəyə ödədiyini, 811,95 (səkkiz yüz on bir manat doxsan beş qəpik) manat məbləğində məhsulları anbara geri qaytardığını, 1198,19 (min yüz doxsan səkkiz manat on doqquz qəpik) manat endirimlərin olmasını, “Ağaeli” satış nöqtəsi tərəfindən sifariş verilən 1339,61 (min üç yüz otuz doqquz manat altmış bir qəpik) manat dəyərində malın pulunun ona ödənilməməsini nəzərə alaraq, “Avrora" MMC-yə məxsus cəmi 37799,39 (otuz yeddi min yeddi yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat məbləğində pulu Cəmiyyətin Quba rayonu, İqrik kəndində yerləşən Quba filialının xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını Öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki o, 13 mart 2020-ci il tarixdən 21 avqust 2020-ci il tarixə qədər “Avrora" MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş, işə başladığı vaxtdan etibarən ona Zərərçəkmiş şəxs MMC-yə məxsus “Samsung Galaxy” markalı 1302 №-li terminal təhkim olunmuş, terminalın ona təhkim olunmasına dair MMC rəhbəri tərəfindən əmr verilmiş və həmin əmrlə terminal üzrə aparılan bütün əməliyyatlara maddi məsul şəxs olmuş, həmçinin 06 aprel 2020-ci ildə onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən MMC-nin mallarına tam maddi məsul şəxs olmuş, onun xidməti ərazisi Şabran və Siyəzən rayonları, habelə Quba rayonunun bəzi əraziləri olmuşdur. Onun işi "xxxx" MMC-nin anbarından ona təhkim olunmuş ərazilər üzrə energetik və spirtli içkilərin mağazalar üçün sifariş edilməsi, daha sonra malların satışından əldə olunan pulu satış nöqtələrindən toplayaraq MMC-nin Quba filialının kassasına mədaxil etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olmuş, o isə yalnız qeyri-qida, yəni energetik və spirtli içkilərin satışını təşkil etmişdir. “Avrora" MMC-nin qeyri-qida, yəni energetik və spirtli içki məhsulları satan hissəsi "xxxx" MMC olmuş, yəni "xxxx" MMC Zərərçəkmiş şəxs MMC-nin qeyri-qida sektoru üzrə bir qolu olmuşdur. Məhsulları ona təhkim olunmuş terminal vasitəsilə sifariş etmiş, ona təhkim olunmuş ərazidə hər hansı bir müştəri məhsul sifariş verən zaman ona təhkim olunmuş terminal vasitəsilə mağazanın elektron kod hesabını yazaraq həmin mağazaya münasibətdə istənilən həcmdə məhsul sifariş vermiş, məhsullar “Avrora" MMC-nin Bakı şəhərində yerləşən anbarından daşıyıcı vasitələrlə Quba filialına gətirilmiş, filialın anbardarı tərəfindən daşıyıcı vasitələrdən təhvil alındıqdan sonra həmin satış nöqtələri üzrə müvafiq yük avtomobillərinə yığılmış, sürücü tərəfindən təhvil alındıqdan sonra həmin mallar müvafiq mağazalara paylanmışdır. O da həmin satış fakturasında malların mağazaya təhvil verilməsini təsdiq etmiş, həmin mallar satıldıqdan sonra ayın sonunda satış nöqtələrində satılan mallann pullarını yığıb MMC-nin Quba filialının kassasına ödəmişdir. Mağazaların sifarişləri əsasında terminal vasitəsi ilə elektron olaraq MMC-nin Quba rayonunda yerləşən anbarından malları sifariş etmiş, hər bir satış nümayəndəsinə Zərərçəkmiş şəxs MMC tərəfindən malların sifariş verilməsi məqsədilə terminal verilmiş, ona da işlədiyi vaxtdan etibarən “Samsung Galaxy” markalı 1302 №-li terminal təhkim olunmuş, həmin terminal yalnız onun özündə olmuş, həmin terminalı hər hansı kənar şəxsə heç vaxt verməmiş, terminala ondan başqa kənar şəxsin müdaxilə etməsi mümkün olmamış, xidməti ərazisində olan bütün malları həmin terminal vasitəsilə sifariş etmiş, hər bir satış üzrə nümayəndəyə terminal təhkim olunmuş və təhkim zamanı terminalla edilən bütün əməliyyatlara maddi məsul şəxs olmaq öhdəlik kimi üzərinə qoyulmuşdur. Sifarişlər satış fakturası kimi tərtib edildikdən sonra mallarla birlikdə sürücüyə verilmiş, filialın anbardarı digər satış nümayəndələrinin də sifarişlərini müvafiq yük avtomobillərinə yığmış, satış nümayəndələrinə və sürücüyə satış fakturasına imza etdirməklə təhvil vermişdir. Həmin satış fakturasına satış nümayəndəsi, malları mağazaya təhvil verən sürücü və malların təhvil almasına dair mağaza əməkdaşı imza etmişlər. Hər bir halda edilən bütün əməliyyatlar terminalın yaddaşında çıxarış şəklində qalmışdır. Ümumilikdə 130-dan çox satış nöqtələrinə mal paylamış, həmin satış nöqtələrindən əksəriyyəti Şabran və Siyəzən rayonu ərazilərində yerləşmiş, Quba rayonunda isə 12-13 satış nöqtəsi olmuşdur. O, Zərərçəkmiş şəxs MMC-nin məhsullarını terminala yazdığı fakturalar əsasında mağazalara nisyə olaraq satmış, satış məntəqələrindən asılı olaraq hər iki və ya üç gündən bir mağazalara gedib satışdan əldə olunmuş pulları yığaraq MMC-nin Quba filialının xəzinəsinə ödəmiş və bunun müqabilində ona qəbz verilmişdir. 13 mart 2020-ci ildə satış nümayəndəsi kimi işə başlamış, işə başlayanda ərazini təhvil alan zaman əvvəlki satış nümayəndəsi Vasiflə onun arasında təhvil- təslim aktı imzalanmış və Vasifin ərazisində olan satış nöqtələrini borc qalıqları ilə birlikdə təhvil almışdır. 2020-ci İlin avqust ayında Zərərçəkmiş şəxs MMC və “Berq" MMC-rəhbərləri arasında yaranan anlaşılmazlığa görə onlar əməkdaşlığı dayandırmaq qərarına gəlmiş, buna görə də bütün ölkə üzrə satış nümayəndələri təhvil-təslimə başlamışlar. Avqust ayında auditor Şahid1 və Zərərçəkmiş şəxs MMC-nin yeni satış nümayəndələri Sərvan Xasəmmədov və Şahid3la birlikdə satış nöqtələrinə çıxıb ərazini təhvil verməyə başlamış, bu zaman onun çatışmazlığının olması aşkar olunmuşdur. Bəzi satış nöqtələri Sərvana, bəziləri İsə Cəmilə təhvil verilmişdir. Cəmilə təhvil verdiyi əraziləri Quba rayonu, Sərvana təhvil verdiyi ərazilər İsə Şabran-Siyəzən əraziləri olmuşdur. Zərərçəkmiş şəxs MMC tərəfindən tərtib olunmuş 13-16 mart 2020-cİ İl tarixli sabiq satış təmsilçisi Şahid2la aralarında keçirilmiş təhviltəslimə dair aktın yekununda “Təhvil aldı: Avrora firmasının satış nümayəndəsi A.S.A" qrafasınm qarşısında olan “Təqsirləndirilən şəxs” yazısı və “imza:" qrafasının qarşısında olan imza ona məxsus olmuş, həmin akt satış nöqtələrində yerində yoxlanılmaqla tərtib edilmiş və yoxlamadan sonra müvafiq qrafanın qarşısında imza edilmişdir. “Avrora" MMC tərəfindən tərtib olunmuş 08-14 avqust 2020-ci il tarixli yeni satış təmsilçisi Xasəmmədov Sərvanla aralarında keçirilmiş təhvil-təslimə dair və 08-21 avqust 2020-ci il tarixli aktlardakı hər bir satış nöqtəsinə münasibətdə “Satış nümayəndəsi Ad, Soyad, İmza" qrafasının altında "1302 Cebrayil Manafov" qrafasında olan İmzalar, yekunda “Təhvil verdi: “Avrora" MMC-nin satış nümayəndəsi: A.S.A" qrafasının qarşısında olan “Təqsirləndirilən şəxs Allahqulu” və "Təqsirləndirilən şəxs" yazıları və “İmza:" qrafalarının qarşısında olan imzalar, həm də yekunda “Təhvil verdi: “Avrora" MMC-nin satış nümayəndəsi: A.S.A" qrafasının qarşısında olan “Təqsirləndirilən şəxs Allahqulu" “Təqsirləndirilən şəxs" yazıları və “İmza:” qrafalarının qarşısında olan imzalar ona məxsus olmuş, lakin yoxlama başlamazdan əvvəl həmin qrafalar auditor Şahid1 tərəfindən ona imzalatdırılmış, yəni həmin qrafaları yoxlama başlamamışdan, satış nöqtələri konkret borcunun olubolmamasını bildirməmişdən əvvəl imzalamışdır. Bundan başqa, audit zamanı bəzi bağlı marketlər də olmuşdur ki, həmin marketlərin real borcu olsa da, həmin borc marketin bağlı olması səbəbindən əskik kimi ona hesablanmışdır. Həmçinin 13-16 mart 2020-ci İl tarixdə ərazini təhvil alan zaman bəzi mağazalar real borcunu təsdiqləsələr də, 2020-ci İlin avqust ayında keçirilən yoxlama zamanı sabiq satış təmsilçisinin borc həcmində onlardan mal götürüb pulunu ödəməməsini əsas tutaraq borcunun olmamasını iddia etmişlər. 13-16 mart 2020-ci il tarixli akt tərtib olunan zaman ərazini təhvil alarkən “Seyyar” satış nöqtəsi 425,39 manat borcunun olmasını təsdiq etməmiş, lakin həmin məbləğ əlavə olaraq onun ərazisinin üzərinə yazılmış, 2020-ci ilin avqust ayında olan yoxlama zamanı da yenə eyni satış nöqtəsi 425,39 manat borcunu təsdiq etməmiş, lakin terminalın yaddaşında mağazanın üzərində borc kimi saxlanıldığından həmin pul onun əskiyi kimi hesablanmışdır. Həmçinin eyni qayda ilə “Favorit” satış nöqtəsi 656,40 manat, “Kamal pir” satış nöqtəsi 590 manat borclarını ərazini təhvil alan zaman təsdiq etməsələr də, bu sabiq satış təmsilçisinə deyil, ona hesablanmış və nəticədə 2020-cİ ilin avqust ayında olan yoxlama zamanı da həmin şəxs eyni borcu yenə də təsdiq etməmiş və nəticədə həmin məbləğ onun əskikliyi kimi hesablanmışdır. Bundan başqa, ərazini təhvil alan zaman “Gündüz” satış nöqtəsi bağlı olsa da, onun 92,08 manat qalığı ona keçmiş, həmçinin "Qaflan” satış nöqtəsi ərazini təhvil alan zaman işləmiş, onun 3446,40 manat real borcu olmuş, lakin satış nöqtəsi işlədiyi dövrdə bağlanmış və 3446,40 manat real borc əskik kimi ona yazılmışdır. Habelə "Ağali” marketə münasibətdə sabiq satış təmsilçisi malları geri qaytarma etmiş, lakin satış nöqtəsinin ödədiyi məbləğ xəzinədə qaldığından MMC-nin ona qarşı borcu yaranmış, bu səbəbdən də, o həmin satış nöqtəsinə real olaraq mal sifariş verən zaman müştəri ona pul ödəməyərək MMC-nin ona olan borcundan çıxmış, nəticədə 1339,61 manat əskiklik onun üzərinə yazılmışdır. Həmçinin o, “Sebuhi" marketə münasibətdə ona verilən ittihamla razı olmamışdır. Yuxarıda göstərdiyi satış nöqtələrinə münasibətdə qeyd etdiyi məbləğlər xaric olmaqla, digər çatışmazlığı qəbul etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-ə vurmuş olduğu ziyanı tam şəkildə ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X4 bildirdi ki, müəssisə qida mallarının satışını işçi kimi cəlb olunaraq əmək müqaviləsi bağlanmış satış üzrə nümayəndələr vasitəsilə müvafiq satış nöqtələrinə paylamaqla həyata keçirmiş, satışa paylanmış qıda məhsullarına görə satış nöqtələrinin etdiyi ödənişlər satış üzrə nümayəndələr vasitəsi ilə Zərərçəkmiş şəxs MMCyə çatdırılmış və müəssisə tərəfindən bu prosesin müvafiq qaydada mühasibatlığı aparılmışdır. Malların satışı satış təmsilçilirərinə təhkim olunmuş terminal vasitəsi İlə həyata keçirilmiş, hər satış təmsilçisinə şirkət rəhbərinin əmri ilə terminal təhkim olunmuş və hər satış təmsilçisinin özünün kodu olmuşdur. Satış təmsilçiləri satış nöqtələrinə yaxınlaşaraq müştəridən onun istəyinə uyğun olaraq mallar sifariş vermiş, satış təmsilçisi müştərinin sifarişinə əsasən malların adını, növünü və sayını seçərək terminalda əməliyyat aparmışdır. Həmin əməliyyat əsasında satış fakturası tərtib olunmuş və həmin fakturada göstərilən mallar əsas anbardan Quba rayonunda olan anbara gətirilmiş, mallar gətiriləndən sonra anbardar həmin malları satış fakturası ilə qəbul etmiş, daha sonra isə satış nöqtələrinə çatdırlıması üçün sürücülərə təhvil vermişdir. Bundan sonra sürücülər satış nöqtələrinə həmin malları çatdırmış, mallar çatdırılandan sonra sürücü ona anbardar tərəfindən verilmiş satış fakturasına malların təhvil verilməsi ilə bağlı imza çəkdirmiş, həmin satış fakturalarından biri müştəridə qalmış, imzalı olan satış fakturası İsə baş ofisə təhvil verilmişdir. Mallar satış nöqtələrinə paylandıqdan sonra satış təmsilçisi mağazalara gedərək malların satışından əldə olunmuş pulları toplamış, daha sonra isə həmin pulları Cəmiyyətin kassasına təhvil vermişdir. Hər satış nöqtəsindən pulu alan kimi satış təmsilçisi ona təhkim olunmuş terminala müştərinin adını və ödədiyi məbləği qeyd edərək ödəniş barədə teminala məlumat daxil etmiş, həmin məlumat əsasında da müştərinin sistemdə olan borcu avtomatik olaraq azalmışdır. Bununla da baş ofisdən satış təmsilçisinin fəaliyyətinə nəzarət edilmişdir. "Avrora” MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə 06 aprel 2020-cİ İl tarixdə əmək və tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilələr imzalanmış, Təqsirləndirilən şəxs işlədiyi dövrdə şirkətə məxsus anbardan ona təhkim olunmuş post-terminalla onlayn qaydada sifariş əsasında, daşıyıcı vasitəsi İlə satış nöqtələrinə qida mallarının paylanmasını həyata keçirmişdir. Təqsirləndirilən şəxs satış nöqtələrindən topladığı pulları "Avrora” MMC-nin Quba rayonunda yerləşən kassasına ödəmişdir. Təqsirləndirilən şəxs İlkin təhvil-təslim zamanı Öhdəsinə 17350,90 manat dəyərində mal qəbul etmişdir. İşlədiyi dövr ərzində 100455,43 manat məbləğində mal sifariş vermişdir. Satış nöqtələrinə çatdırılmış mallardan 5390,57 manat hissəsi anbara geri qaytarılmış, 1198,19 manat endirim olunmuş və 40664,70 manat hissəsi İsə kassaya ödənilmişdir. Təqsirləndirilən şəxs 08 avqust 2020-cu il tarixinə olan borc qalığı 70552,98 manat olmuşdur. Uçot üzrə mal qalığının mövcudluğu cəmiyyətin daxili auditoru tərəfindən yoxlanılarkən, onun dislokasiyasina daxil olan satış nöqtələrində 21003,74 manatlıq faktiki mal qalığının olması müəyyən olunmuşdur. Bu mallarda yeni təyin edilmiş satış nümayəndəsinə təhvil verilmişdir. Bununla yanaşı, daxili auditor yoxlaması zamanı satış nöqtələri tərəfindən Cəmiyyətə 286.36 manat nəğd pul ödənilmiş və 811,95 manat məbləğində geri qaytarılan mal müəyyən olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs 48450,93 manat pulu mənimsəməklə, Zərərçəkmiş şəxs MMC-yə təhvil verməmiş və müəssisədən rəhbərliyin xəbərdarlıqlarına baxmayaraq bu günə qədər də pul ödəməmişdir. Əmək funksiyasına əsasən satış üzrə nümayəndə Təqsirləndirilən şəxs etibar edilmiş Zərərçəkmiş şəxs MMC-nin 48450,93 manat həcmində vəsaiti həmin şəxs tərəfindən mənimsənilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirdi ki, sifariş satış təmsilçisinə təhkim olunmuş postterminal vasitəsilə edilir. Mallar, üç nüsxədə sənədlər tərtib olunub təqdim edilməklə, sürücü vasitəsilə anbardan paylanılır. Satış fakturasında bütün mallar göstərilir, müştəridən pullar şəbəkə marketində hesabdan hesaba köçürülmək yolu ilə, ya da nümayəndə vasitəsilə alınır, sürücünün elə bil səlahiyyəti yoxdur. Mağazada qəbz olmadıqda ödənişlər təhvil-təslim aktına əsasən müəyyənləşdirilir, mağazadan mal götürüləndə qəbz verilmir. Təqsirləndirilən şəxs tərəfindən 6 dəfə ödəniş etməsi barədə qəbzlər yoxdur. Qəbz verildiyi təqdirdə sistemdə görünür. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nə dəymiş ziyanın tam şəkildə ödəməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini və vurulmuş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmamasını və mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, əvvəllər Zərərçəkmiş şəxs MMC-də satış əməliyyatları üzrə aparıcı mühasib vəzifəsində işləmiş, hazırda isə Zərərçəkmiş şəxs MMC-də işləmir. Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı olmamış, o, Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi vəzifəsində işləmişdir. “Avrora" MMC-də bütün əməliyyatlar - malların sifariş verilməsi, geri qaytarmaların edilməsi, kassa ödənişləri hər biri proqram üzərindən vahid sistemləşdirilmişdir. O, aparıcı mühasib kimi hər bir satış üzrə nümayəndənin sifariş verdiyi mallar, geri qaytardığı mallar və ödənişlərinə nəzarət etmişdir. Hər bir satış üzrə nümayəndəyə "Avrora” MMC-nin rəhbərinin əmri əsasında terminal təhkim edilmişdir. Təqsirləndirilən şəxs da 1302 №-li terminal təhkim edilmişdir. Hər bir satış üzrə nümayəndə ilə maddi məsuliyyəti haqqında müqavilə imzalanmış və həmin şəxs MMC-nin mallarına tam maddi məsul şəxs hesab edilmişdir. Bütün əməliyyatlar terminal vasitəsilə aparılmış, satış üzrə nümayəndə malları terminal vasitəsilə sifariş vermiş, geri qaytarılan mallar olduqda və ya kassa ödənişləri olduqda onların hər birini terminal vasitəsilə qeydiyyatını aparmışdır. Terminal satış üzrə nümayəndədən başqa heç kimdə olmamış və terminala kənar şəxs tərəfindən müdaxilə qeyri-mümkün olmuşdur. Hər bir aparılan əməliyyat terminalda tam əks olunmuşdur. Onun işi sadəcə müştərilərin borc qalıqlarını sistemdən çıxarmaq olmuş, o, heç bir satış nöqtəsinin sistem üzərində göstərilən borc qalığının faktiki olaraq mövcud olubolmamasını yerində satış nümayəndəsi ilə birlikdə yoxlamamış, bu onun deyil, auditin işi olmuşdur. Lakin faktiki borc qalıqlarını sistem üzərindən çıxarışın o etmişdir. “Avrora" MMC tərəfindən təqdim edilmiş 0814 avqust 2020 və 08-21 avqust 2020-ci il tarixli müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında “cəmiyyətin uçot məlumatlarına əsasən müştərilərin borc qalıqları” qrafasında satış nöqtələrinin qarşısında olan rəqəmləri o tərtib etmiş, həmin rəqəmləri MMC-nin vahid sisteminə əsasən proqramdan çıxarış edərək müəyyən etmişdir. Həmin vahid sistem satış nümayəndəsinin terminal ilə apardığı əməliyyatlar əsasında avtomatik olaraq yenilənmiş, yəni, satış nümayəndəsi terminal ilə mal sifariş verdikdə, geri qaytarma etdikdə və ya kassa ödənişi etdikdə terminalda aparılan əməliyyat avtomatik MMC-nin vahid sisteminə yüklənmiş və o da, bunun əsasında istənilən satış üzrə nümayəndəyə təhkim olunmuş nöqtələrin borc qalıqlarını çıxarmışdır. Yoxlama dövrünə Təqsirləndirilən şəxs ərazisində olan satış nöqtələrinin borc qalığı 70552,45 manat olmuşdur. Həmin borcun həqiqətən olub-olmaması audit tərəfindən yoxlanılmış, həmin hissədən onun məlumatı olmamışdır. O, yalnız özünə aid hissəni tərtib etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, o, yalnız borc qalıqlarını görmüşdür. Kassaya ödəniş olduqdan sonra satış nümayəndəsinə qəbz verilir. Satış nümayəndəsinin kassaya ödəniş etməsini özünün təqdim etdiyi qəbz sübut edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 analoji ifadə verərək Şahid4 dediklərini təsdiq etmiş və verilən suallara cavab olaraq bildirdi ki, satış nümayəndəsi ödəniş etdikdə hər müştərinin ödənişindən silinir, onu sistem bölüşdürür. Təqdim olunan qəbzdəki ştamp həqiqətən də ödənişin olduğunu göstərir, rəqəmlər isə işi sadələşdirmək üçündür. Əməliyyatsız nağdsız həyata keçirilməsi şirkətə aid məsələdir. Təqsirləndirilən şəxsin əməliyyatlarından hansıların nağdsız olmasını müəyyən etmək üçün sistemə baxılmalıdır. Satış nümayəndəsi hər hansı bir ödəniş etdikdə qəbz verilir. Sistem ödənişlərinin kim tərəfindən ödənildiyini hər bir müştərinin koduna uyğun bölüşdürür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 analoji ifadə vermiş və verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs ona sürücünün verilən malı çatdırmaması ilə bağlı müraciət etməmişdir. Satış nümayəndəsi tərəfindən kassaya ödənilən pul əvvəl uçot məlumatı ilə müəyyən olunur. Terminala işlənilir, sonra 3 nüsxədə kassa məxaric orderi verilir, 1 nüsxəsi satış təmsilçisinə verilir. Audit rəyinin hansı sənədlər əsasında tərtib olunduğunu bilmir. Yoxlamalar əvvəllər üç aydan bir olurdu. Məhsul müştəriyə imza edilmədən verilə bilməz, anbarda çıxanda da qəbz verilir. Yoxlama müraciətləri əvvəl logistika mərkəzinə edilir, mərkəz də onlara yönləndirir, birbaşa onlara deyilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, “Qaflan” adlı dükanda satıcı işləmiş, həmin dükanın əvvəlki satıcısının adı Qaflan olduğuna görə dükanın adı bu cür olmuş, lakin onun dükanı terminalda “MİNİ MARKET” kimi yazılmış, satış fakturalarında da, dükanının adı belə getmişdir. Dükanın rəsmi sahibi başqa şəxs olsa da, dükanın bütün işlərini həmçinin mühasibatlıq işlərini özü görmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu “Avrora" MMC-nin bir qolu olan "Berq” MMCdə satış nümayəndəsi işlədiyini bilmiş, Zərərçəkmiş şəxs MMC qida məhsulları satışı ilə məşğul olmuş, o, bir çox məhsulları həmin firmadan almış, həmçinin dükanda "xxxx" enerji və spirtli içkiləri də satılmışdır. Həmin içkiləri Təqsirləndirilən şəxs vasitəsi ilə sifariş vermiş, Təqsirləndirilən şəxs onun sifarişinə uyğun mal gətizdirmiş, malları daşıyıcılar Zərərçəkmiş şəxs MMC-nin Quba rayonunda yerləşən anbardan gətirmişlər. Mallar satış fakturası İlə birlikdə gəlmiş, mallar boşaldıqdan sonra o, malları yoxlayıb daha sonra satış fakturasına imza atmışdır. Materiala əlavə olunmuş 20 İyul 2021-ci il tarixli 30FSU.20720.3386 nömrəli satış fakturasının “Mallar satışa yararlıdır” qrafasının qarşısında olan imza ona məxsus olmamış, o, ümumiyyətlə Zərərçəkmiş şəxs MMC-dən 3446,40 manat dəyərində mal sifariş verməmiş, Təqsirləndirilən şəxs İşlədiyi dövr ərzində o, bir neçə dəfə "xxxx" məhsulları sifariş vermişdir. Həmin vaxtda malların dəyəri ən çoxu 300 manat olmuşdur. Təqsirləndirilən şəxs işdən çıxmış, buna görə də onlar təhvil-təslimə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs MMC-nin yeni satış təmsilçisi və Cəmiyyətin bir nəfər nümayəndəsi olmuşdur. Həmin vaxta onun Cəmiyyətə olan borcu təxminən 300 manat olmuş, Cəmiyyətin nümayəndəsi onu yeni işçini göstərərək onunla işləyəcəyini bildirmişdir. Cəmiyyətə olan borcları barədə özü də qeydlər aparmış, həmin qeydlərdən də görünür ki, o, 18 oktyabr 2019-cu İldə 318 manatlıq mal sifariş vermiş, 17 oktyabr 2020-ci il tarixə onun borcu 285.80 manat olmuşdur. Sonradan o, yenə hissə-hissə pulun bir miqdarını ödəmiş və 03 iyul 2020-ci il tarixə onun 354.14 manat borcu olmuşdur, içkilər anbardan gələndə onların arasında içilmişləri olmuş, buna görə də həmin içkiləri o, qəbul etməmiş və geri qaytarmışdır. Lakin onlann pulu ona ödənilməmişdir. Cəbrayıl onların pulunu onun borcundan çıxılacağını demişdir. Ona görə də 17 iyul tarixinə onun 300 manat borcu qalmışdır. 20 manat pulu da o, təhvil-təslim zamanı Cəmiyyətin nümayəndəsinə ödəmişdir. O, malları satdıqdan sonra da Cəmiyyətə olan borcunu nağd şəkildə Cəbrayıla vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, 4 ildir ki, satışı işləyir. Ona malı ekspeditor təhvil vermişdir. O isə qəbzlərə qol çəkmişdir. Sifarişləri yazılı formada Təqsirləndirilən şəxs vermişdir. Özü “berg” içkisi almış, ödəniçlər olduqca dəftərdə qeydlər aparmışdır. Satıcı işlədiyi vaxtdan Zərərçəkmiş şəxs MMC-də işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, o, Xızı rayonunda yerləşən Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində icarəyə yer götürərək zabitlər üçün kafe işlətmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC- nin işçisi kimi tanımış, Cəbrayıl enerji məhsullarının satışını həyata keçirmişdir. Adətən, enerji içkisi lazım olduqda o, sifariş vermiş, ayın sonunda isə malları sataraq borcunu sıfırlamışdır. O, Cəbrayılla telefon vasitəsi ilə danışmış, Cəbrayıl ona zəng edərək enerji içkisinin olduğunu və ona ucuz qiymətə satacağını bildirmiş, o, isə Cəbrayılla razılaşmışdır. 16 mart 2020-ci ildə Cəbrayıl ona yük avtomobili ilə 491 manatlıq mal gətirmiş, həmin yük avtomobilin sürücüsünü tanımamış, "xxxx" içki məhsullarını Cəbrayıldan qeyri-rəsmi almışdır. Yəni o, Cəbrayılın malları hansı qaydada və haradan gətirdiyini bilməmişdir. Malların gətirilməsi İlə bağlı heç bir yerə imza atmamışdır. 2-ci dəfə 24 may 2020-ci ildə 1440 manatlıq mal sifariş vermiş, həmin mallarda yük avtomobili vasitəsi ilə gətirilmiş, avtomobilin sürücüsü və dövlət qeydiyyat nişanını xatırlamamışdır. 3-cü dəfə 27 may 2020-ci il tarixdə 357 manatlıq enerji içkisi sifariş vermiş, 4-cü dəfə 29 iyul 2020-ci il tarixdə Cəbrayıl ona 7000 manatlıq mal göndərmiş, o, əvvəlki sifariş etdiyi malların pullarını Cəbrayıla ödəmiş son sifarişinin isə 4 min manatım ödəmiş, 3000 manatı isə borclu qalmışdır. 4000 manat pulu Cəbrayılın özünün təqdim etdiyi karta ödəmişdir. 7000 manatdan əvvəlki şifarişlərin pulu Cəbrayıla əlbəəl ödəmişdir. Onun şirkətə heç bir borcu olmamışdır. Zərərçəkmiş şəxs MMC tərəfindən aparılan yoxlamada iştirak etməmişdir. O, malı Cəbrayıldan almışdır. MMC tərəfindən ona heç bir mal verilməmişdir. Onun cəmi 3000 manat Cəbrayıla ödəməli olduğu borcu olmuş, o, götürdüyü malların pulunu vaxtlı-vaxtında vermişdir. 3000 manatı isə ödəməkdə çətinlik çəkmiş, ona görə də verə bilməmişdir. Sonradan həmin məbləğdə borcu da Təqsirləndirilən şəxs ona bildirdiyi bank kartı hesabına və ya onun qardaşı Manafov Mikayıla ödəmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, malları topdan satış mərkəzindən özü almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, əvvəllər Zərərçəkmiş şəxs MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs şirkətdə işləyən zaman tanımış, onunla münasibəti normal olmuş, hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs MMC-də bütün əməliyyatlar malların sifariş verilməsi, geri qaytarmaların edilməsi, kassa ödənişləri hər biri terminal vasitəsilə aparılmışdır. Hər bir satış üzrə nümayəndəsinə Zərərçəkmiş şəxs MMC-nin rəhbərinin əmri əsasında terminal təhkim edilmiş, hər bir satış üzrə nümayəndə ilə maddi məsuliyyəti haqqında müqavilə imzalanmış və həmin şəxs MMC-nin mallarına tam maddi məsul şəxs hesab edilmişdir. Bütün əməliyyatlar terminal vasitəsilə aparılmış, satış üzrə nümayəndə malları terminal vasitəsilə sifariş vermiş, geri qaytarılan mallar olduqda və ya kassa ödənişləri olduqda onların hər birini terminal vasitəsilə qeydiyyatını aparmışdır. Terminal satış üzrə nümayəndədən başqa heç kimdə olmamış və terminala kənar şəxs tərəfindən müdaxilə qeyri-mümkün olmuşdur. Hər bir aparılan əməliyyat terminalda tam əks olunmuş, terminalla aparılan bütün əməliyyatlar “Avrora" MMC-nin vahid sistemində cəmləşmiş və sistem üzərindən rəqəmlərə nəzarət edilmişdir. Hər hansı satış üzrə nümayəndənin fəaliyyəti yoxlanılan zaman sistem üzərindən onun ərazisinə daxil olan satış nöqtələrinin faktiki borc qalıqları çıxarılmış, sonradan bu borc qalıqları yoxlamanı aparan şəxs tərəfindən satış nöqtələrində yoxlanılmışdır. O, 2020-ci ilin mart ayında işdən çıxarılan zaman onun mal sifariş verdiyi bəzi satış nöqtələrinin ödəməli olduğu pul qalmış, ona görə də, MMC-nin auditi Şahid1 iştirakı ilə onun öhdəsində olmuş marketlərin MMCyə olan borcu ondan təhvil alınaraq yeni satış nümayəndəsi Təqsirləndirilən şəxs təhvil verilmişdir. 13-16 mart 2020- ci il tarixlərdə o, audit Şahid1 və yeni satış üzrə nümayəndə Təqsirləndirilən şəxs birlikdə bütün satış nöqtələrinə bir-bir gedərək yerində satış nöqtələrindən soruşmaqla təhvil- təslim keçirilmişlər. Onun ərazisində olan satış nöqtələrinin MMC-yə 17350,90 manat borcu olmuşdur ki, bu borc da onunla Cəbrayıl arasında təhvil-təslim edilmişdir. “Avrora" MMC tərəfindən təqdim edilmiş 13-16 mart 2020 tarixli müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında aktda göstərilən bütün satış nöqtələrində o, audit Şahid1 və satış üzrə nümayəndə Təqsirləndirilən şəxsla birlikdə olmuş, sistemdə göstərilən borc məbləğləri satış nöqtələrində bir-bir dəqiqləşdirilmiş, ona uyğun da akt tərtib edilmişdir. Təhvil-təslim zamanı bağlı dükan olduqda aktda “bağlı" yazılmış, bağlı yazılmayan dükanlar isə Cəbrayıla təhvil verilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Təqsirləndirilən şəxsla nə qədər müddət işləməyi yadında deyil. Mağazaya mallar yazılmış, anbardan sürücülər götürmüşdür. Faktura nabardan malın çıxarılmasını təsdiq edən sənəd olmuş, faktura olmasa mal anvardan verilməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Zərərçəkmiş şəxs MMC-nin Quba filialı üzrə auditi işləmiş, vəzifə səlahiyyətlərinə mağazaların borc yoxlanışları, vitrinlərin düzülüş qaydaları, İşçilərin nizam-intizamına nəzarət etmək və təftiş işlərinin həyata keçirilməsi daxil olmuşdur. Sifariş verilən mallar Zərərçəkmiş şəxs MMCnin Bakı şəhərində yerləşən anbarından daşıyıcılar vasitəsi ilə Quba filialına gətirilmiş, Quba filialının anbardarı tərəfindən daşıyıcılardan təhvil alındıqdan sonra anbarda stoklanmış və satış nümayəndəsinin marketlərdən yığdığı sifarişə əsasən növbəti gün yığılan sifariş sürücü tərəfindən təhvil alındıqdan sonra müvafiq mağazalara paylanımışdır. Daha sonra sürücü müştərilərin təsdiq etdiyi satış fakturasını satış nümayəndəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs "Avrora” MMC-nin Quba filialının satış nümayəndəsi vəzifəsində işləmiş, Cəbrayıl Zərərçəkmiş şəxs MMC-nin tərkinbində olan "xxxx" MMC-də enerji içkilərinin satışı ilə məşğul olmuş, sonradan “Berq" MMC-nin sırf spirtli İçkiləri satması ona tapşırılmışdır. Buna görə də, 2020-ci ilin avqust ayında MMC-nin rəhbərliyinin göstərişi əsasında Quba filialında satış təmsilçisi olan Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması və təhvil-təslim edilməsi üçün göstəriş verilmişdir. Təqsirləndirilən şəxs mağazaların sifarişləri əsasında terminal vasitəsi ilə elektron olaraq MMC-nin Bakı şəhərində yerləşən anbarından malları sifariş etmişdir. Həmin sifarişlər satış fakturası kimi tərtib edildikdən sonra mallarla birlikdə müvafiq mağazalar üzrə yük avtomobillərinə yığılmışdır. Yığılan malları anbardar sürücüyə, sürücü də mağazaya təhvil vermişdir. Satış nümayəndəsi də onun sifariş etdiyi malların mağazaya təhvil verilməsini təsdiq etmişdir. Həmin satış fakturasına satış nümayəndəsi və malları mağazaya təhvil verən sürücü, malların təhvil almasına dair mağaza əməkdaşı İmza etmişlər. 08 avqust 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək olan müddət ərzində aparılan təftiş zamanı Təqsirləndirilən şəxs tərəfindən 48450,93 manat məbləğdə pulun Cəmiyyətin hesabına ödənilmədiyi aşkar olunmuşdur. Hər bir satış nümayəndəsinə terminal təhkim olunmuş və terminal yalnız onların özlərində olmuşdur. Həmin terminalda əməliyyatları yalnız satış nümayəndəsi özü icra etmiş və terminala kənar şəxslərin müdaxiləsi qeyri-mümkün olmuşdur. Təqsirləndirilən şəxs 1302 №-li terminal təhkim olunmuş və işlədiyi bütün dövrlərdə terminal özündə olmuşdur. Terminala sonradan köhnə tarixə əlavə düzəliş edilməsi mümkün olmamışdır. Audit yoxlaması zamanı Təqsirləndirilən şəxs faktiki borc qalığı terminalın çıxarışlarına əsasən müəyyən edilmişdir. Maliyyə şöbəsindən satış nöqtələrinin borc qalıqları barədə akt gəlmiş, həmin aktla birlikdə o, Təqsirləndirilən şəxsla və yeni təyin olunan Şahid3la satış nöqtələrinə gedib müştərilərdən borclarının olubolmaması barədə soruşmuş, müştərilər borclarını təsdiq etmədikdə həmin borc kəsir kimi satış nümayəndəsinin üzərinə yazılmış, yoxlama satış nöqtələrinin sahiblərinin dediklərinə və terminaldan çıxarışa əsasən aparılmış, yoxlamadan sonra o, mağaza sahibi və satış nümayəndəsi təftiş və üzləşmə aktlarına imza atmışlar. Yoxlama zamanı Cəbrayıl qalıq borclar barədə heç bir şey deməmiş, öz imzası ilə aktların düzünlüyünü təsdiq etmişdir. Zərərçəkmiş şəxs MMC VÖEN-i olmayan müştərilərə mal satmamış, belə ki, VÖEN-ni olmayan satış nöqtələrini terminalda qeydiyyata almaq mümkün olmamışdır. Dükan mal almaq istəyəndə müraciət etmiş və həmin dükanına adına və VÖEN-nə uyğun kod verilmiş, həmin kod altında da dükan sistemə köçürülmüşdür. Cəmiyyət tərəfindən malların qiyməti dəyişilirsə, geri qaytarma olarkən mallar yeni qiymətə yox ilkin satılan qiymətə qaytarılmış, Cəmiyyət isə həmin pulu satış nöqtəsinə ödəmişdir. Hər dəfə dükanı təhvil aldıqdan sonra o öz adının olduğu qrafada imza atmışdır. Təhvil-təslim zamanı bağlı dükanlar olmuş, lakin o, aktda onların bağlı olduğunu qeyd etmiş və həmin dükanların nə vaxt bağlandığını bilmədiyinə görə həmin dükanların qalıq borclarını Cəbrayılın üzərinə yazmışdır. Cəbrayıl bu barədə ona heç bir şey deməmişdir. Təhvil-təslim zamanı o, “Ağaeli” satış nöqtəsinin sahibindən şirkətə borcu olub-olmamasını soruşanda dükan sahibi 410,39 manat borcu olduğunu bidirmişdir. O, da bunu aktda qeyd etmişdir. Cəbrayılda ona təhvil-təslim zamanı Cəmiyyətin “Ağaeli" satış nöqtəsinə borcunun olmasını və bu səbəbdən də həmin satış nöqtəsinin pul ödəməməsi barədə ona heç bir şey deməmiş və təhvil-təslim aktına borcunun olması barədə imza atmışdır. “Ulduz” marketin ikinci mərtəbəsi kafe kimi fəaliyyət göstərmiş, həm kafe həm market bir şəxsə məxsus olmuş, “Ulduz" market bağlanandan sonra həmin kafenin sahibi malı kafeyə sifariş vermişdir. Təhvil-təslim zamanı həmin kafeyə getmiş, kafe sahibi borcunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ərazini təhvil alarkən Cəmiyyətə borcu olan bağlı satış nöqtələrinin olması və ərazini təhvil alan zaman əvvəlki satış nümayəndəsindən qalan borc onun ayağına yazılması barədə göstərdikləri yalan olmuş, çünki bağlı dükanın qalıq borcu təhvil-təslim zamanı yeni təyin olunmuş satış təmsilçisinə keçməmiş, köhnə satış təmsilçisinin şəxsi hesabına hesablanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, terminalda 16000 manat sifariş olması göstərilir, lakin o qədər mal verilməsi təqdiqini tapmır. Məbləqlər qaimələr əsasında hesablanmış, mallar qaimələr əsasında verilmişdir. Akt əsasında yoxlama aparılmışdır. Ödənişləri özü qəbul etməmişdir. Ödəniş olunubsa da, nəzərə alınmalıdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, o, 15 yanvar 1997-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür və sərbəst auditor kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs MMC-nin X1 ilə aralarında bağlanmış 24 yanvar 2020-ci il tarixli 06 saylı müqaviləyə əsasən həmin Cəmiyyətdə satış nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs öhdəsində olan mal qalığının auditini aparmışdır. Ondan əvvəl isə Avrora MMC-nin auditi Şahid1 tərəfindən satış nümayəndəsi Təqsirləndirilən şəxs özünün və MMC-nin əməkdaşlarının iştirakı ilə mağazalarda olmaqla yoxlama aparılmış və "Avrora” MMC-nin satış şöbəsinin satış təmsilçisi Təqsirləndirilən şəxs təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair 08-14 avqust 2020-ci il tarixli və 08-21 avqust 2020-ci il tarixli aktlar, həmçinin, 28 avqust 2020-ci il tarixli üzləşdirmə aktları tərtib olunmuşdur. Həmin daxili audit yoxlaması zamanı müəyyən edilmişdir ki, sabiq satış nümayəndəsi Təqsirləndirilən şəxs 13-16 mart 2020-ci İİ tarixdə sabiq satış nümayəndəsi Şahid2 öhdəsinə 17350,61 manat borc qalığı qəbul etmişdir. İşlədiyi dövr ərzində 99128,64 manat dəyərində MMC-yə məxsus mal sifariş vermiş, 1326,79 manat dəyərində isə audit olunan dövrdə öhdəsinə mal qəbul etmiş, 5390,57 manat mal geri qaytarmış, 40664,70 manat kassaya ödəniş etmiş, 1198,19 manat endirimlər olmuş, 286,36 manat daxili audit zamanı MMC-yə ödənilmiş, daxili audit zamanı 811,95 manat dəyərində anbara mal qaytarılmışdır. Təqsirləndirilən şəxs özü daxili audit zamanı iştirak etmişdir. Yəni, yoxlama dövrünün əvvəlinə Təqsirləndirilən şəxs uçot üzrə mal qalığı 69454,67 manat olmuşdur. MMC-nin daxili auditi Şahid1 tərəfindən Təqsirləndirilən şəxs dislokasiyasına daxil olan satış nöqtələrində 21003,784 manatlıq faktiki mal qalığının olması müəyyən olunmuş, nəticədə, Təqsirləndirilən şəxs 48450,93 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmişdir. O, audit yoxlaması zamanı həm daxili audit yoxlaması zamanı tərtib olunmuş aktlan, həm sonradan daxili audit yoxlaması zamanı tərtib olunan akt əsasında tərtib olunmuş üzləşdirmə aktını, satış təmsilçisinə təhkim olunmuş terminaldan çıxarışları, satış fakturalarını, qəbzləri və sair sənədləri təftiş edərək Təqsirləndirilən şəxs öhdəsinə 48.450,93 manat çatışmazlığın olmasını müəyyən etmişdir. Audit zamanı Avrora MMC-nin əməkdaşları Vüqar Şamoyev və Şahid5 də auditdə iştirak etmişlər. Buna görə də, 25 dekabr 2020-ci il tarixli audit prosedurlarının aparılmasına dair akt və 06/12 №-li auditor rəyi tərtib etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, mühasibat sənədləri əsasında çatışmamazlıq müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs MMC ilə işgüzar münasibətləri var, özü audit kimi çox təşkilatlarda yoxlamalar aparmışdır. Məbləqlər qaimələr əsasında hesablanmış, yoxlamanı qaimələr əsasında aparmışdır. Terminal çıxarışlarını qaimələr əsasında yazmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 göstərdi ki, Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuşdur. Cəbrayıl ekspeditor işləmiş, özü isə 4 ildir ki, Zərərçəkmiş şəxs MMC-də sürücü işləyir. Anbardan faktura əsasında mal götürüb dükana təhvil vermişdir. Sürücü, dükançı səhərsi gün ekspeditor imza etmişdir. Cəbrayılın ərazisinə o, baxmamışdır. Fakturalar onun adına gəlsə də, o, imza etməmişdir. Mal verilməmiş, imza oluna bilməz. Özü Xızıya heç vaxt mal aparmamışdır. Pandemiya dövründə işləmiş, “berg”, “bizon” içkilərini və quru mallar daşımışdır. Gündəlik 10-15-30 min manatlıq “bizon” sifariş olunurdu. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X21 göstərdi ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs MMC-də işlədiyi zaman tanış olmuşdur. Özü sürücü, Cəbrayıl isə əvvəl sürücü, sonradan ekspeditor işləmişdir. Malı özü qəbul etmişdir. Cəbrayıl ekspeditor olan zaman onunla işləməmişdir. Cəbrayılın sifariş etdiyi malları daşımışdır. Cəbrayılla az müddətdə işləmişdir. Cəbrayıl ancaq “berg” sifariş etmişdir. Sifariş hər gün olmuşdur. Elə vaxt olmuşdur ki, o, 40 min manata yaxın mal daşımışdır. Bir gün ərzində 10-15 min manatlıq “bizon” içkisinin sifariş verilməsi mümkündür. Xızı rayonunda yerləşən hərbi hissəyə mal aparmamışdır. Dükana təhvil verəndə sürücü, ekspeditor, dükan sahibi imza edirlər. 2018-2024-ci illərdə rəsmi işləmişdir. Səbuhi Qurbanov adında dükan sahibi tanımır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Eyni zamanda Zərərçəkmiş şəxs MMC-da birlikdə işləmişlər. O, sürücü, Cəbrayıl isə ekspeditor işləmişdir. Özü Şabrana mal aparmışdır. Malın pulunun yığımına ekspeditor baxır. Cəbrayıl ancaq "xxxx" içkisi sifariş vermişdir. Sifarişdən sürücünün xəbəri olmur. Özü yalnız Şabrana mal aparmışdır. Malları təhvil verən zaman dükan sahibi təhvil alıb götürmüşdür. Özü Xızıya mal aparmamışdır. 15 min manatlıq "xxxx" sifariş oluna bilməz. Sifariş olunan mallardan heç vaxt etiraz daxil olmamışdır. Malı təhvil verəndə sürücü və dükancı imza edib götürmüşlər. İttiham aktının siyahısında olan şahid X14 məhkəməyə telegram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X8 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, 2012-ci İlidən 2021-cİ ilin yanvar ayına kimi Zərərçəkmiş şəxs MMC-nin Quba rayonu, İqriq kəndində yerləşən anbarında anbardar işləmiş, həmin dövrdə ondan başqa anbardar işləməmiş, həmin anbara mallar Bakı şəhərindən yük maşınları ilə faktura ilə birlikdə gətirilmiş, həmin fakturalarda malları sifariş vermiş satış təmsilçisinin, malları paylayacaq olan yük avtomobilinin sürücüsünün və malı sifariş vermiş satış nöqtəsinin adı qeyd olunmuş, mallar 3 ədəd satış fakturası ilə gəlmiş, satış fakturasının biri satış təmsilçisində, biri satış nöqtəsinin sahibində, digəri isə Zərərçəkmiş şəxs MMC-nin baş ofisinə göndərilmişdir. O, anbardar kimi, Bakı şəhərindən gələn yük maşınlarındaki malları boşaldılmasına nəzarət etmiş, malları anbara fəhlələr boşaltmışdır. Həmin mallar satış fakturalarında göstərilən dükanlara paylanmışdır. Onun malın hansı dükana çatması barədə məlumatı olmamışdır. Mallar gündəlik olaraq Bakı şəhərindən, satış təmsilçisinin sifariş verdiyi günün axşamı gəlmişdir. O, işlədiyi dövr ərzində satış təmsilçisinin mal sifariş verməsinin və bundan sonra malın gəlməməsinin şahidi olmamışdır. Ona ayrıca satış təmsilçilərin adına ümumi faktura gəlmişdir. Həmin fakturada satış təmsilçisinin adı və sifariş etdiyi mallar görsənmişdir. O, malları ayırıb sonradan yük avtomobillərinə yükləmişdir. Ərazi bölgüsü üzrə bir yük avtomobili, bir sürücü və bir satış təmsilçisi olmuşdur. Satış təmsilçisinin malları həmişə bir yük avtomobili ilə paylanmışdır. Təqsirləndirilən şəxs o, əvvəllər tanımamış, onunla münasibəti normal olmuş, heç bir ədavəti düşmənçiliyi olmamışdır. Cəbrayılı “Avrora" MMC-nin satış təmsilçisi kimi tanımışdır. Cəbrayıl Zərərçəkmiş şəxs MMC-nin tərkibində olan “Berq" MMC-də işləmiş, Cəbrayıl enerji içkilərinin satışı ilə məşğul olmuş, işlədiyi dövrdə onun sürücüsü Toğrul olmuşdur. Sonradan işçilərdən Cəbrayılın 48450,93 manat pul mənimsədiyini eşitmişdir. Təqsirləndirilən şəxs 48450,93 manat pulu hansı yolla mənimsəməsi barədə məlumatı olmamışdır. O, ancaq malların təhvil alıb sürücülərə verilməsini təmin etmişdir. Mal sifariş verilən zaman həmin mal mütləq olaraq anbara gətirilmiş və növbəti gün yük maşınlarına yüklənmişdir. Zərərçəkmiş şəxs MMC-də işlədiyi dövr ərzində Təqsirləndirilən şəxs sifariş verdiyi maldan anbarda qalan malın olmasını xatırlamamış, hər bir halda sifariş olunmuş mal anbardan çıxmışdır. Hərdən bir-iki gün mallar anbarda qalmış, buna səbəb isə sifariş olunmuş malın yük avtomobilinə yerləşməməsi olmuşdur. Lakin sonradan sürücü digər malları payladıqdan sonra anbarda qalan malı da götürüb aparmışdır. Hər həftənin birinci günü geri qaytarılan mallar Bakı şəhərinə göndərilmişdir. Satış nöqtələrinin sahibləri malları geri qaytaran zaman satış təmsilçiləri bu barədə terminala məlumat əlavə etmişlər. Buna görə də, Bakı şəhərində fakturalar tərtib olunub anbara göndərilmişdir. O, isə həmin fakturaları sürücüyə təqdim etmişdir. Sürücü isə dükanlardan malları yığıb anbara təhvil vermişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə geri qaytarılmış malların hamısı anbara təhvil verilmişdir. İttiham aktının siyahısında olan şahidlər Şahid3 və Şahid10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Şahid3 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, əvvəllər “Avrora" MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş, onunla tam maddi məsuliyyət haqqında müqavilə, əmək müqaviləsi bağlanmış, işlədiyi dövrdə heç bir çatışmazlığı olmamışdır. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, eyni zamanda, o, Zərərçəkmiş şəxs MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmişdir. Cəbrayıl ilə münasibəti normal olmuş, hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 2020-ci ilin avqust ayında eşitmişdir ki, Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılır və Cəbrayıla təhkim olunmuş bəzi satış nöqtələri ona təhvil veriləcəkdir. Cəbrayılın əsas satış nöqtələri Sərvan Xasəmmədova təhvil verilmiş, cəmi 17 satış nöqtəsi isə onun satış nöqtələrinə yaxın ərazidə yerləşdiyindən onlar Təqsirləndirilən şəxs təhvil alınaraq ona təhvil verilmişdir. O, 17 satış nöqtəsinin təhvil-təslimində yerində iştirak etmiş, həmçinin Təqsirləndirilən şəxs və audit Şahid1 da yerində yoxlama da iştirak etmişlər. Belə ki, sistem üzərindən göstərilən borc qalıqları onun, Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə yerində yoxlanılmış, satış nöqtəsindən sistemdə göstərilən borc üzrə borcunun olub-olmaması soruşulmuş və bundan sonra təhvil-təslim aparılmışdır. Satış nöqtələrinin deməsinə əsasən onlar da aktda imza çəkərək aktı təsdiqləmişlər. Yoxlamadan sonra Cəbrayıl və o, yoxlamanı təsdiq edərək aktı öz imzası ilə imzalamışlar. Bundan sonra, həmin satış nöqtələri onun öhdəliyinə keçmiş, yaranan əskik isə Təqsirləndirilən şəxs çatışmazlığı kimi hesablanmışdır. Satış nöqtəsi borcunu təsdiqlədiyi halda isə borc təhvil-təslimlə ona keçmişdir. Yoxlama başlamamışdan əvvəl audit Şahid1 tərəfindən yoxlama aktının boş qrafaları qarşısında Təqsirləndirilən şəxs İmza çəkdirərək yoxlamaya başlama halı baş verməmişdir. Akt tam ağ şəkildə olmuş və yoxlamaya bu formada başlamışdır. Təhvil alınacaq satış nöqtəsinə daxil olaraq sistem üzərində göstərilən borcun həqiqiliyi yoxlanılmışdır. Mağaza borcunu etiraf etdikdə və ya borcunun olmamasını bildirdikdə bu barədə aktda qeydiyyat aparılmış, mağaza sahibi imza çəkmişdir. Bundan sonra, Cəbrayıl da həmin satış nöqtəsinin qarşısında imza çəkərək faktı təsdiqləmiş, bu formada yoxlama davam etmiş, yekunda isə Cəbrayıl və o imzalamışdır. Satış nöqtəsi üzrə yerində yoxlama olmadan aktın Cəbrayıl tərəfindən imzalanması prosesi olmamışdır. Əgər Cəbrayıl satış nöqtəsinin dediyi ilə razılaşmasaydı, aktı imzalamaya bilərdi. Yoxlama zamanı Təqsirləndirilən şəxs narazılıq etdiyi məsələlər olmamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs hər hansı şəxs tərəfindən borcun silinəcəyi barədə vədlər verilərək aktın imzalanmasına təhrik edilməsi halları olmamışdır. Şahid10 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, 2014-cü ildən İdrisqışlaq kəndində atasına məxsus market işlətmiş, marketdə ərzaq məhsullarının satışını həyata keçirmiş, marketi atası ilə birlikdə işlətsə də, mühasibatlıq işlərini özü görmüş, sifariş olunan malları özü qəbul etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi kimi tanımışdır. Mallar satılandan sonra isə həmin malların pulunu satış təmsilçisinə əlbəəl ödəmiş, lazım olan mallarıda satış təmsilçisi vasitəsi ilə sifariş etmiş, sifariş etdiyi mallar yük avtomobili ilə gətirilmiş, mallar satış fakturası ilə çatdırılmış, satış fakturasının biri onda, digəri isə sürücüdə qalmışdır. O, malları qəbul etdikdən sonra dərhal satış təmsilçisinə pul ödəmişdir. 2020-ci ilin avqust ayıda o, dükanda olarkən Zərərçəkmiş şəxs MMC-nin auditi Şahid1 marketə gəlmiş, Nurlan ona Təqsirləndirilən şəxs işdən çıxdığını və bundan sonra yeni satış təmsilçisi ilə işləyəcəyini demiş, həmin vaxt Cəbrayıl və təzə işə başlamış satış təmsilçisi də gəlmişdir. Nurlan ona təhvil-təslim olunacağını və ona təqdim etdiyi sənəddə 144 manat borcunun olduğunu demiş, lakin o, heç bir borcunun olmadığını və malı alan kimi həmin gün onun pulunu satış təmsilçisinə ödədiyini bildirmiş, buna görə də borcunun olmaması barədə Nurlanın verdiyi sənədə imza atmışdır. O, Təqsirləndirilən şəxs iki dəfə "xxxx" enerji içkisi sifariş vermiş, həmin sifarişin pulunda o, həmin gün Cəbrayıla Ödəmişdir. O, sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs onun dükanının adına ona təhkim olunmuş terminalla mal sifariş versə də, həmin mallar onun dükanına yox başqa yerlərə daşınmışdır. İş materiallarında olan: “Avrora" MMC-nin 06 aprel 2020-ci il tarixli 169/k nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir; 06 aprel 2020-ci il tarixli 20/6855 nömrəli əmək müqaviləsindən və eyni tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir; “tam maddi məsuliyyət daşınması haqqında” 06 aprel 2020-ci il tarixli müqavilədən görünür ki, 06 aprel 2020-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında 06 aprel 2020-ci il tarixli müqavilə imzalanmış və Təqsirləndirilən şəxs MMC qarşısında vurulan ziyana görə tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür; Satış nümayəndəsinin vəzifə təlimatından görünür ki, satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması, müştərilərdən alınan pulların tam şəkildə və vaxtında şirkətin xəzinəsinə ödənilməsi tam maddi məsuliyyət daşıyan satış nümayəndəsinin vəzifəsi olmuş və Təqsirləndirilən şəxs 06 aprel 2020-ci il tarixdə həmin təlimatla tanış olaraq bunu öz imzası ilə təsdiq etmişdir; Zərərçəkmiş şəxs MMC-nin 16 mart 2020-ci İl tarixli əmrindən görünür ki, həmin tarixdən etibarən “Samsung Galaxy” markalı J400F modelli, **********8211736 İMEİ kodlu, P1.02.75.904.001302 kodunu daşıyan terminal Təqsirləndirilən şəxs təhkim edilmiş və sonuncu həmin tarixdən etibarən müvafiq terminalda edilən bütün mal və pul əməliyyatlarına görə tam maddi məsuliyyət daşımışdır; “Avrora" MMC-nin sabiq satış təmsilçisi Şahid2 təhkim edilmiş müştərilərin faktiki borc qalıqlarının özünün İştirakı ilə yoxlanılması barədə tərtib olunmuş 13-16 mart 2020-ci İl tarixli aktdan görünür ki, müştərilərin 16 mart 2020-ci il tarixə “Avrora" MMC-yə 17350,90 (on yeddi min üç yüz əlli manat doxsan qəpik) manat məbləğində faktiki mal qalığı, yəni borcu olmuş, həm müştərilər, həm də Təqsirləndirilən şəxs bu faktı öz imzaları İlə təsdiq etmiş və Təqsirləndirilən şəxs həmin məbləğdə borcu üzərinə götürmüşdür; 28 avqust 2020-ci il tarixli müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında akta və 13 mart 2020-ci il tarixdən 21 avqust 2020-ci il tarixədək Təqsirləndirilən şəxs ona təhkim olunmuş 1302 nömrəli teminal ilə sifariş verdiyi malların siyahısına dair terminaldan çıxarışa əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən malların satışından ümumilikdə 99128,64 (doxsan doqquz min yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti əldə edilməli olmuşdur; Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən 21 avqust 2020-ci İl tarixə kimi olan kassa ödənişlərindən görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən 21 avqust 2020-ci il tarixə kimi “Avrora" MMC-nin Quba filialının kassasına ümumilikdə 40664,70 (qırx min altı yüz altmış dörd manat yetmiş qəpik) manat məbləğində pul ödəmişdir; Təqsirləndirilən şəxs 13 mart 2020-ci İl tarixdən 21 avqust 2020-ci il tarixə kimi anbara qaytardığı malların siyahısından görünür ki, o, 13 mart 2020-ci il tarixdən 21 avqust 2020-ci il tarixə kimi anbara ümumilikdə 5391,29 (beş min üç yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat məbləğində mal qaytarmışdır; İş materiallarında olan audit aktından görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2020ci İl tarixdən 28 avqust 2020-ci il tarixədək olan dövr ərzində mal-pul dövriyyəsinin auditini aparmış və MMC-nin satış üzrə nümayəndəsi, maddi məsul şəxs Təqsirləndirilən şəxs 28 avqust 2020-ci il tarixə öhdəsində 48450,93 (qırx səkkiz min dörd yüz əlli manat doxsan üç qəpik) manat məbləğində satış pulunun çatışmazlığının olması müəyyən edilmişdir; İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamnı təhqiq edilmiş məhkəməxətşünaslıq ekspertizasının 08 iyun 2023-cü il tarixli 4/972 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 13 mart 2020-16 mart 2020-ci il yoxlama tarixlərini əks etdirən təhvil-təslim aktının son vərəqində “Təhvil aldı: Avrora firmasının satış nümayəndəsi: “A.S.A” bəndində “İmza:” qrafasındakı imza, 08 avqust 2020-14 avqust 2020-ci il yoxlama tarixlərini əks etdirən təhvil-təslim aktındakı cədvəldə “Satış nümayəndəsi Ad.Soyad.İmza” qrafasında “1302-Cebrayıl Manafov" sözlərinin qarşısındakı İmzalar və 14 avqust 2020-ci İl yoxlama tarixlərini əks etdirən təhvil-təslim aktının son vərəqində “Təhvil verdi: Avrora MMC-nin satış nümayəndəsi: A.S.A X12 İmza:” qrafasındakı imza, 08 avqust 2020-21 avqust 2020-ci il yoxlama tarixlərini əks etdirən təhvil- təslim aktındakı cədvəldə “Satış nümayəndəsi Ad.Soyad.İmza" qrafasında “1302- Cebrayıl Manafov” sözlərinin qarşısındakı imzalar və 08 avqust 2020-21 avqust 2020-cİ il yoxlama tarixlərini əks etdirən təhvil-təslim aktının son vərəqində "Təhvil verdi: Avrora MMC-nin satış nümayəndəsi: A.S.A X24:” qrafasındakı İmza, 08-13 avqust 2020-ci İl tarixlərdə tərtib edilmiş qarşılıqlı borc üzləşmə aktlarında "Təhvil verdi: Təqsirləndirilən şəxs İmza" qrafasındaki imzalar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur; İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamnı təhqiq edilmiş məhkəməmühasibatlıq ekspertizasının 08 İyun 2023-cü il tarixli 9/4221 nömrəli rəyindən görünür ki, iş materiallaında öz əksini tapmış sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 48450,93 manat məbləğində olmuşdur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bü çatışmazlığa görə kimiin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir; İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamnı təhqiq edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1082 nömrəli rəyindən görünür ki, iş materiallarında öz əskini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 48.450,93 manat məbləğində müəyyən olunur. “Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarix aralığında anbardan götürdüyü malların siyahısı. Terminal nömrəsi 1302" adlanan siyahıda 247-ci sırada qeyd edilmiş Şahid9 məxsus mağazaya 14.841,60 manatlıq malın verilməsi qeyd olunmuşdur. Həmçinin 25 dekabr 2020-ci il tarixli Audit AKTında “Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarix aralığında anbardan götürdüyü malların siyahısı. Terminal nömrəsi 1302" adlanan siyahı əsas götürülməklə hesablanmışdır. Bundan başqa Şahid9 məxsus mağazaya 14.841,60 manatlıq malın verilməsi iş materiallarında olan satış fakturaya əsasən öz təsdiqini tapır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin kassasına nəğd qaydada ödənilmiş pullara dair xx.xx.2020-ci il tarixli 1196,87 manat, xx.xx.2020-ci il tarixli 4000,32 manat, xx.xx.2020-ci il tarixli 939,85 manat, xx.xx.2020- ci il tarixli 1733,70 manat, xx.xx.2020-ci il tarixli 1000,00 manat kassa mədaxil qəbzləri də nəzərə alınmaqla, habelə 14.841,60 manatlıq malın verilməsi barədə 30FSLİ.20728.7911 nömrəli satış fakturası nəzərə alınmazsa Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 24.738,59 manat məbləğində müəyyən olunur. İş materiallarına olan subutların qiymətləndirilməsi haqqında 23 iyul 2023-cü il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs hesabında yaranmış ümumilikdə 10 651,54 (on min altı yüz əlli bir manat əlli dörd qəpuk) manat əskiklik onun ümumi çatışmazlığından çıxılmışdır.. Beləliklə məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, məhkəmədə tədqiq edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasından və sanksiyasından görünür ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə şəxsin həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdən 08 avqust 2020-ci ilədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 06 aprel 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, həmin tarixli əmək müqaviləsi, vəzifə təlimatı və 16 mart 2020-ci il tarixli terminalın təhkim əmrinə əsasən satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında "Avrora’’ MMC tərəfindən ona təhkim olunmuş 1302 nömrəli terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə və vaxtında şirkətin xəzinəsinə ödəmək, habelə digər səlahiyyətlərə malik tam maddiməsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında 16 mart 2020-ci İl tarixli akta əsasən 17351,01 (on yeddi min üç yüz əlli bir manat bir qəpik) manat dəyərində ödənilməli olan pul vəsaitlərini təhvil alıb 16 mart 2020-ci il tarixdən 08 avqust 2020-ci ilədək MMC tərəfindən ona təhkim olunmuş 1302 nömrəli terminal ilə yazdığı fakturalar əsasında satış üçün ümumilikdə 98472,24 (doxsan səkkiz min dörd yüz yetmiş İki manat iyirmi dörd qəpik) manat dəyərində MMC-yə məxsus müxtəlif məhsulları şəxsən sifariş verərək və 1326,79 manat öhdəsinə mal qəbul edərək nəticədə əldə etməli olduğu cəmi 117150,04 (yüz on yeddi min yüz əlli manat dörd qəpik) manat puldan anbara 5390,57 (beş min üç yüz doxsan manat əlli yeddi qəpik) manat dəyərində mal qaytardığını, satış nöqtələrində 29659,27 (iyirmi doqquz min altı yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində mal qaldığını, şirkətin xəzinəsinə 40664,70 (qırx min altı yüz altmış dörd manat yetmiş qəpik) manat ödədiyini, 08-14 avqust 2020-ci il tarixlərdə keçirilmiş inventarizasiya zamanı satış nöqtələrinin 286,36 (iki yüz səksən altı manat otuz altı qəpik) manat yerində xəzinəyə ödədiyini, 811,95 (səkkiz yüz on bir manat doxsan beş qəpik) manat məbləğində məhsulları anbara geri qaytardığını, 1198,19 (min yüz doxsan səkkiz manat on doqquz qəpik) manat endirimlərin olmasını, “Ağaeli” satış nöqtəsi tərəfindən sifariş verilən 1339,61 (min üç yüz otuz doqquz manat altmış bir qəpik) manat dəyərində malın pulunun ona ödənilməməsini nəzərə alaraq, “Avrora" MMC-yə məxsus cəmi 37799,39 (otuz yeddi min yeddi yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat məbləğində pulu Cəmiyyətin Quba rayonu, İqrik kəndində yerləşən Quba filialının xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını Öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, «dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi).» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə həm də dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri başa düşülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin“Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarına əsasən, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət işinin başlanması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMCyə məxsus vəsaitin mənimsənilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə başlanılmışdır; “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 06 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılmışdır; “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nİn 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmişdir; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən İş üzrə icraat dayandırılmışdır; “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir; Quba Rayon Məhkəməsinin 4(027)-40/2024 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 22 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir; “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır; “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edildiyindən həmin tarixdə iş üzrə icraat yenidən təzələnmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur; “cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay, yəni 21 iyun 2023-cü il tarixdən 21 avqust 2023-cü İl tarixədək uzadılmışdır; “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir; “Quba rayon Mərkəzi xəstəxanası” X26 xx.xx.2021-ci il tarixli, 2693 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur; Quba RİHB-nin Alekseyevka İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci İl tarixli 1245 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İqriq kəndində qeydiyyatdadır. Ailə tərkibi anası Manafova Sitarə Əİİhüseyn qızı və qardaşı X2 ibarətdir; Quba RİHB-nin Alekseyevka İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci İl tarixli 1246 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhər İƏD üzrə nümayəndəliyinin ərazisində yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını vurduğu zərəri tam ödədiyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini və əlavə cəzanın müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) il 16 (on altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) il 01 (bir) ay 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 127 (yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə müsadirə olunması təklif olunan əmlakın, mülki iddianın və üzərinə həbs qoyulan əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının: 65-ci bəndinə əsasən, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. 68-ci bəndinə əsasən, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət hadisəsi nəticəsində dəymiş ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi bildirdi ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə mülki iddiaçı iddiasından imtina edərək mülki iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası CPM-nin: 32.2.10-cu maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə mülki iddiaçı iddiadan imtina edir və ya mülki cavabdehlə barışıq sazişi bağlayır; 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər; 186.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, mülki iddiaçı iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişdir, cinayət mühakimə icraatı zamanı mülki iddiaçının iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, mülki iddiadan imtina edilmə məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə hesab edir ki, mülki iddiaçının mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-ni 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 16 (on altı) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 127 (yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X5, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə müsadirə olunması təklif olunan əmlakın, mülki iddianın və üzərinə həbs qoyulan əmlakın olmaması nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin mülki iddiasından imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-9/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-9/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver